Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2245/2024 10.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli hökmü i lə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 16 noyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli hökmü ilə (hakimlər Məmmədov Əli İrfan oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Telman Qulaməli oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət məhkəmə tərkibində) Məhkum, 11 noyabr 1984-cü il tarixdə Özbəkistan Respublikasının Daşkənd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində iki azyaşlı əkiz uşaqları olan, heç yerdə işləməmiş, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 sentyabr 2013-cü il tarixli hökmü ilə CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 5 may 2017-ci il tarixli qərarı ilə həmin hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti cəzası 7 (yeddi) il 6 (altı) ayadək endirilmiş, Xətai Rayon Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli qərarı ilə onun əməlləri CM-in 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilərək, ona 4 (dörd) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilm əklə cəzasını çəkmiş hesab edilmiş, məhkumluğu ödənilməmiş, həbs olunanadək ünvan 1 ünvanında yaşamış, CM-in 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə, CM-in 310-cu maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə, CM-in 32.4, 312.2-ci maddəsi ilə 4 (dörd) il müddətə, CM-in 66.3-cü maddəsinə əsasən isə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda z iyan vurmaqla təkrarən dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəkləri hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə vahid niyyətlə maddi nemətin rüşvət qismində verilməsinə təkrarən qeyrilərini təhrik etmişdir. Belə ki, Məhkum aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə rəfiqəsi Şahid1 özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin kapitan rütbəli əməkdaşı kimi təqdim etməklə, həmin Xidmətdə yüksək vəzifə lərdə işləyən şəxslərlə guya yaxın əlaqələrinin olmasını, müəyyən pul müqabilində istənilən şəxsi dövlət qurumlarına işə düzəldə biləcəyini mütəmadi şəkildə bildirməsi ilə əlaqədar Şahid1 övladı Şahid4 Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinə işə düzəltməsində köməklik göstərilməsinə dair 2018-ci ilin sonlarında Şahid1 məxsus ünvan 2 ünvanında yerləşən evində görüşləri zamanı sonuncunun özünə müraciəti ilə əlaqədar 2018-ci ilin noyabrdekabr aylarında qeyd olunan yaşayış evində sonuncuya özünün Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyində işləyən şəxslərlə geniş əlaqələrə malik olduğunu, həmin səfirlikdə işləyən "X” adlı şəxslə guya yaxın münasibətinin olduğunu, həmin əlaqələrindən istifadə edərək Şahid4 aylıq əmək haqqı 3.000 manat olmaqla, səfirl ikdə qısa müddətə hər hansı bir işə düzəldə biləcəyini yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu həmin səfirliyin "X” adlı səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını özü barədə formalaşdırdığı inam və etibardan sui-istifadə edərək bildirib, Şahid1 razılığını almaqla onunla sövdələşərək, həmin adla 2018-ci ilin noyabr-dekabr aylarında ayrı-ayrı vaxtlarda sonuncuya məxsus Abşeron rayonu, Saray qəsəbəsindəki həmin evdə 10.000 (on min) manat məbləğində nağd pul vəsaitini, habelə 1 ədəd çəkisi 15 qram, dəyəri 3.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 5.1 00 manat olan 750 əyyarlı "carera and carera” brendli üzük, 1 ədəd çəkisi 10 qram, dəyəri 4.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 6.800 manat olan 750 əyyarlı brilyant qaşlı qızıl üzük, 1 ədəd çəkisi 25 qram, dəyəri 7.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 11.900 manat olan 750 əyyarlı brilyant qaşlı qızıl boyunbağı, 1 ədəd çəkisi 14 qram, dəyəri 500 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 850 manat olan 750 əyyarlı çəhrayı-göy qaşlı qızıl üzük, 1 ədəd çəkisi 10 qram, dəyəri 1.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.700 manat olan 750 əyyarlı qızıl üzük, 1 ədəd çəkisi 17 qram, dəyəri 2.000 manat olan 750 əyyarlı ağ daşlı dəst qızıl sırğaüzük, 1 ədəd çəkisi 7 qram, dəyəri 500 manat olan 750 əyyarlı qızıl nişan üzüyü, 1 ədəd çəkisi 15 qram, dəyəri 1.8 00 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 3.060 manat olan 750 əyyarlı brilyant qaşlı qızıl zapinka, 1 ədəd çəkisi 17 qram, dəyəri 600 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.020 manat olan 750 əyyarlı silsilə sırğa qızıl üzük və 1 ədəd çəkisi 10 qram, dəyəri 2.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 3.400 manat olan 750 əyyarlı brilyant qaşlı qızıl üzüyü alıb, həmin pul vəsaitini, eləcə də qızılzinət əşyalarını sataraq əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə yolu ilə Şahid1 məxsus cəmi 46.330 (qırx altı min üç yüz otuz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə hüquqi şəx sin - dövlətin, qurumlarının nüfuzunun qorunub saxlanılması ilə bağlı hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 və Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verilməsinə Şahid1 təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə rəfiqəsi Şahid1 vasitəsi ilə tanış olduğu Şahid2 özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin kapitan rütbəli əməkdaşı kimi təqdim etməklə, həmin Xidmətdə yüksək vəzifələrdə işləyən şəxslərlə guya yaxın ə laqələrinin olduğunu, müəyyən pul müqabilində istənilən şəxsi dövlət qurumlarına işə düzəldə biləcəyini mütəmadi şəkildə bildirməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xəstəxanasında diş həkimi vəzifəsinə düzəltməsində köməklik göstərilməsinə dair 2018-ci ilin dekabr ayında Şahid1 məxsus ünvan 2 ünvanında yerləşən evində görüşləri zamanı Şahid2 özünə müraciəti ilə əlaqədar, həmin vaxt qeyd olunan evdə sonuncuya özünün və atasının guya Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində işlədiyini, bu səbəbdən həmin Xidmətdə işləyən yüksək vəzifəli şəxslərlə guya yaxın əlaqələrinin olduğunu, həmin əlaqələrindən istifadə edərək Şahid2 tezliklə Xidmətin xəstəxanasında diş həkimi vəzifəsinə işə düzəldəcəyini yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu həmin Xidmətin səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək bildirib, Şahid2 razılığını almaqla, sonuncu ilə sövdələşərək, həmin adla 2018-ci ilin dekabr ayının sonlarında ünvan 2 ünvanında yerləşən Şahid1 məxsus həmin evdə 10.000 (on min) manat məbləğində nağd pul vəsaitini, eləcə də inandırmaq üçün onun barəsində tərcümeyi-halı, şəxsiyyət vəsiqəsinin surətini, yaşayış yerindən arayışı, hərbi biletin əslini Şahid2 alıb, həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan s uiistifadə yolu ilə Şahid2 məxsus 10.000 (on min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə hüquqi şəxsin dövlətin, qurumlarının nüfuzunun qorunub saxlanılması ilə bağlı hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verilməsinə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə rəfiqəsi Şahid1 vasitəsi ilə tanış olduğu Şahid3 özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin kapitan rütbəli əməkdaşı kimi təqdim etməklə, həmin Xidmətdə yüksək vəzifələrdə işləyən şəxslərlə guya yaxın əlaqələrinin olduğunu, müəyyən pul müqabilində istənilən şəxsi dövlət qurumlarına işə düzəldə biləcəyini mütəmadi şəkildə bildirməsi ilə əlaqədar şəkər xəstəliyi ilə əlaqədar barəsində əlillik dərəcəsi təyin edilib əlilliyə görə pensiya almasında köməklik göstərilməsinə dair 2020-ci ilin yanvar-fevral aylarında Şahid1 və Şahid3 ilə görüşləri zamanı sonuncunun özünə müraciəti ilə əlaqədar, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışan yüksək vəzifəli şəxslərlə guya yaxın əlaqələrinin olduğunu, hə min əlaqələrindən istifadə edərək Şahid3 tezliklə şəkər xəstəliyi ilə əlaqədar əlillik dərəcəsi təyin ediləcəyi və əlilliyə görə pensiya alacağını yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həmin səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını özü barədə formalaşdırdığı inam və etibardan sui-istifadə edərək bildirib, Şahid3 razılığını almaqla onunla sövdələşərək, həmin adla 2020-ci ilin yanvar-fevral ayında ünvan 3 ünvanında yerləşən Şahid3 məxsus evin həyətində 1.000 (min) manat məbləğində nağd pul vəsaitini, eləcə də t ibbi arayış sənədini Şahid3 alıb, həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə yolu ilə Şahid3 məxsus 1.000 (min) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə hüquqi şəxsin - dövlətin, qurumlarının nüfuzunun qorunub saxlanılması ilə bağlı hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təkrarən təhrik etmişdir. Bakı Ağır Cinayətlər Məhkəmə sinin 10 aprel 2023-cü il tarixli hökmü 23 may 2023cü il tarixdə qanuni qüvvəyə minmiş və 24 may 2023-cü il tarixdə icraya yönəldilmişdir. 22 iyul 2023-cü il tarixdə Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli hökmündən apellyasiya şikayəti və eyni tarixli vəsatətlə məhkəməyə müraciət edərək həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmiş, lakin 4 avqust 2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək həmin apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Məmmədov Əli İrfan oğlu) 4 avqust 2023-cü il tarixli qərarı ilə Məhkum ərizəsi təmin edilmiş və onun hökmdən verdiyi apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa olunmasına dair vəsatəti geri qaytarılmışdır. Bundan sonra, Məhkum 12 sentyabr 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli hökmündən təkrarən apellyasiya şikayəti vermiş və eyni tarixli vəsatətlə məhkəməyə müraciət edərək həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən hakim Məmmədov Əli İrfan oğlu) Məhkum apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolegiy asının (hakimlər İbrahimov Anar Firdovsi oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə) apellyasiya şikayətinə ilkin baxış iclasının 16 noyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2023-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və hökmdən apellyasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərarın qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Barəsində qəbul edilmiş məhkəmə aktlarına istinad edən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli hökmü rəsmi qaydada ona 2 may 2023-cü il tarixə Gəncə şəhərində olarkən təqdim edilmişdir. Şikayət müəllifi daha sonra qeyd etmişdir ki, barəsində eyni şikayətlə Göygöl Rayon Məhkəməsində əlavə məhkəmə istintaqının aparılması səhhətinin və psixoloji vəziyyətinin pisləşməsinə səbəb olmuş və bu səbəbdən də apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Tənha ana olmaqla himayəsində iki azyaşlı uşaqlarını olmasını, anasının yüksək təzyiq, şəkər və böyrək çatışmamazlığından əziyyət çəkməsini, yataq xəstəsi olmasını nəzərə alaraq onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya şikayətinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kass asiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadal anan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Daha sonra məhkəmə kollegiyası kassasiya şikayətinə cavab olaraq vurğulayır ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin hə yata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmlərindən və ya digər yekun qərarlarından apellyasiya şikayətlərinin və ya apellyas iya protestlərinin verilməsi qaydasını və müddətləri tənzimləyən cinayətprosessual qanunvericiliyin normalarına müraciət etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 381.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. CPM-in 384.1.1-ci maddəsinin tələləbrinə görə, iş üzrə ittiham və ya bəraət hökmü çıxarıldıqda, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə hökmün və ya müvafiq qərarın surətinin həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. CPM-in 384.2-ci maddəsində təsbit edilmişdir ki, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət prosesinin hər bir iştirakçısının, o cümlədən məhkum olnmuş şəxsin təkrar məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə qanunvericilikdə yuxarıda göstərilən müddətlər buraxılmaqla apellyasiya şikayətinin və ya apellyasiya protestinin verildiyi hallarda üzrlü səbəblərdən buraxılmış müddətin bərpa edilməsi mümkünlüy də nəzərdə tutulmuşdur. Belə ki, CPM-in 386.1-ci maddəsinin tələblərindən görünür ki, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi mü ddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-in 386.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. CPM-in 386.3-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilm ə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. CPM-in 391.3.3-cü maddəsində apellyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasında qəbul etdiyi qərarlardan biri kimi apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərarın qəbul edilməsi nəzərdə tutulmuşdur. Belə qərarlardan isə kassasiya şikayətini və ya kassasiya protestini vermək hüququna malik olan şəxslər tərəfindən 1 (bir) ay müddətində kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi CPM-in 410.1.1-ci maddəsində təsbit edilmişdir. Qanunvericiliyin şərh edilən normalarına əsasən cinayət işinin materiallarının təhlili nəticəsində müəyyən edilir ki, iş materiallarına əlavə edilmiş sənədlərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli hökmünün surəti 11 aprel 2023-cü il tarixli 1(101)-60/2023 saylı məktubla poçt vasitəsilə Məhkum təqdim olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilmiş və 2 may 2023-cü il tarixdə ondan qəbz alınmaqla məhkuma verilmişdir. Bu tarixdən hesablanmaqla 20 (iyirmi) gün müddətində hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyindən həmin hökm 23 may 2023-cü il tarixdə qüvvəyə minmiş və 24 may 2023-cü il tarixli göstərişlə icraya yönəldilmişdir. Yalnız, 22 iyul 2023-cü il tarixdə, yəni hökmün surəti ona verildiyi gündən 2 (iki) ay 20 (iyirmi) gündən sonra Məhkum ilk dəfə onun barəsindəki 10 aprel 2023-cü il tarixli hökmdən apellyas iya şikayəti vermiş və eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsi qarşısında apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmış, lakin 4 avqust 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək öz vəsatətini geri götürməsini bildirdiyindən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakiminin 4 avqust 2023-cü il tarixli qərarı ilə Məhkum ərizəsi təmin edilmiş və onun hökmdən verdiyi apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa olunmasına dair vəsatəti geri qaytarılmışdır. Bundan sonra, Məhkum 12 sentyabr 2023-cü il tarixdə, yəni hökmün surəti ona verildiyi tarixdən 4 (dörd) ay 10 (on) gündən sonra yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli hökmündən apellyasiya şikayəti vermiş və eyni tarixli vəsatətlə məhkəməyə müraciət edərək həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və bundan sonra ağır xəstəliyə tutulması, bu müddətlərdə fövqəladə hadisənin baş verməsi və ya onun hər hansı başqa üzrlü səbəblərdən vaxtında apellyasiya şikayəti verməsi üçün maneə yaradan hallar müəyyən edilmir, Məhkum isə müraciətlərində və kassasiya şikayətində barəsində eyni şikayət üzrə Göygöl Rayon Məhkəməsində yenidən məhkəmə istintaqı aparılması psixoloji vəziyyətinin və səhhətinin pisləşməsinə səbəb olduğunu iddia etsə də, məhkəmələrə bu halı təsdiq edən heç bir sübut təqdim etməmişdir. Halbuki, CPM-in 139.0.6-cı maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq həmçinin vurğulamağı lazım bilir ki, həmin materiallara əsasən Məhkum və birinci instansiya məhkəməsinin məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Sadıqova Rəna Rasim qızı hazırkı cinayət işinə mahiyyəti üzrə baxılmasına dair məhkəmə iclaslarında və hökmün elan olunmasında iştirak etmişlər və onların hökmdən vaxtında apellyasiya şikayətlərini vermələri üçün heç bir maneə olmamışdır. Məhz buna görə də apel lyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında Məhkum ikinci vəsatətinə baxan Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi həmin müddətin bərpa edilməsi üçün heç bir üzrlü səbəb müəyyən etmədiyindən, 28 sentyabr 2023-cü il tarixdə qəbul etdiyi qərarla məhkumun vəsatətini təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi isə 16 noyabr 2023-cü il tarixdə qəbul etdiyi qərarla haqlı olaraq birinci instansiya məhkəməsinin həmin qərarını dəyişdirilmədən saxlamışdır. Kassasiya kollegiyası yuxarıda göstərilənləri və qanunvericiliyin şərh edilən tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında Məhkum vəsatətinin rədd edilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan kassasiya şikayətinin dəlilərini qəbuledilməz sayaraq bu dəlillər üzərində qurulmuş tələbin təmin edilməsini mümkün bilmir. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edib kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli hökmü ilə Məhkum CM-in 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 16 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanıl malıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasın 16 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2245/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2245/2024
10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver