Məhkəmə qərarları › İş №1(102)-2245/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2245/2025

14.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2245/2025 14.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum, məhkum Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 aprel 2025-ci il tarixli, 1(104)-117/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Abdulla Məmmədov (sədrlik edən və məruzəçi), Roman Ələkbərli və Mikayıl Məmmədzadə) 06 dekabr 2024-cü il tarixli, 1(100)-241/2024 hökmü ilə xx xxxxxxx 1994-cü il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Göygöl şəhəri, Heydər Əliyev prospekti ev 52-də qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 126.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 06 dekabr 2024-cü il tarixdən hesablanmış, xx xxx 1988-ci il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Göygöl şəhəri, Heydər Əliyev prospekti ev 52-də qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 126.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Göygöl Rayon Məhkəməsinin 29 avqust 20 23-cü il tarixli 1(066)-95/2023 nömrəli hökmü ilə ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaqla üzərində qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 30 iyun 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin əsasən Təqsirləndirilən şəxs onunla faktiki olaraq ər-arvad kimi yaşayan Məhkum 2022-ci ilin aprel ayından başlayaraq Ağstafa rayonu Ceyrançöl ərazisi və sonrakı müddətdə Goranboy rayonu Alpout kəndində “Kərpicli” adlanan ərazisindəki fermalarda çoban işlədiyi müddətdə Məhkum həmin fermanın işlərini idarə edən və tez-tez fermaya gəlib-gedən qonşusu Zərərçə kmiş şəxslə sonuncunun Ağstafa və Goranboy rayonu ərazilərindəki fermalarda intim münasibətdə olmasından şübhələnək Məhkum ilə bu barədə xx.xx.2022-ci ildə aralarındakı söhbət zamanı sonuncu Zərərçəkmiş şəxslə olan münasibətini ona etiraf etdikdən sonra Turanəyə faktiki birgə nikahlarından olan azyaşlı övladlarını götürüb gedəcəyini demiş, Məhkum isə ailəsinin dağılacağı və azyaşlı övladından məhrum olacağını fikirləşib bütün olanlara səbəb olan Zərərçəkmiş şəxs xəsarət yetirərək onu cəzalandıracağını Təqsirləndirilən şəxs bildirmiş, 04 aprel 2023-cü il tarixdə saat 13 radələrində Goranboy rayonu Alpout kəndində “Kərpicli” adlanan ərazidə yerləşən fermada yaşadıqları bir otaqdan ibarət tikilidə həmin fermada onlar kimi çoban işləyən Şahid2la onlara nahar yeməyi gətirmiş Zərərçəkmiş şəxslə eyni masa arxasına əyləşib yeməyə hazırlaşdıqları vaxt Məhkum qisas almaq məqsədilə otaqdakı çarpayının üzərindəki döşəkçələrin arasında əvvəlcədən gizlətdiyi birinin dəstəyi sarı, digərinin dəstəyi isə ağ-göy-qırmızı rəngli olan iki ədəd mətbəx bıçağını götürərək oturaq vəziyyətdə olan Zərərçəkmiş şəxs kürək nahiyəsinə qəfil bir dəfə zərbə endirmiş, səbəbini bilsə də zərərçəkmişdən niyə arvadının ona xəsarət yetirməsini soruşan Təqsirləndirilən şəxs azyaşlı övladı ağladığı üçün onu bayıra çıxardıqdan sonra, içəridən qapını arxadan bağlayan Məhkum zərərçəkmişə yenidən xəsarət yetirmək istəyərkən zərərçəkmiş şəxs Turanənin diqqətinin yayınmasından istifadə edərək əlindəki bıçaqlardan birini alıb yerə atmış, digərini almağa və özünü müdafiə etməyə çalışanda, Zərərçəkmiş şəxs artıq onu üstələ diyini görən Məhkum qışqırıq səsinə içəridən bağlı qapını təpiklə vurub qıraraq içəri daxil olmuş və Məhkum qoşularaq müqavimətini qırmaq məqsədilə əlindəki bıçaqla Zərərçəkmiş şəxs sol bazusunun yuxarı arxa-bayır 1/3-də iki ədəd, sol saidin aşağı arxa səthində bir ədəd deşilmiş kəsilmiş, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid yaraları-bədən xəsarəti yetirmiş, zərbələrin təsirindən müqaviməti qırılan Zərərçəkmiş şəxs çarpayının üstünə yıxıldıqdan sonra isə Məhkum ilə birlikdə əllərindəki kəsici deşici alətlərlə (bıçaqlarla) Zərərçəkmiş şəxs döş qəfəsinin sol nahiyəsinə və bədənin digər nahiyələrinə zərbələr endirərək sonuncuya döş qəfəsinin sol yarısını dəlib keçən, sol tərəfli pnevmohemotoraksla nəticələnən, dərəcəsinə görə zərərçəkmiş şəxsin h əyatı üçün təhlükəli olan, sağlamlığa Ağır zərərvurmaya aid, həmçinin sol bazunun aşağı arxa nahiyəsində bir ədəd, sağ əlin ovuc səthində bir ədəd deşilmiş-kəsilmiş yaraları olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, beləliklə də Təqsirləndirilən şəxs Məhkum ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşlar. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Salman Hüseynov (sədrlik edən və məruzəçi), Əlizamin Abdullayev və Sevindik Əzizov) 03 aprel 2025-ci il tarixli, 1(104)-117/2025 nömrəli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli 1(100)-241/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumlar və Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri, dövlət ittihamçısı tərəfindən ve rilmiş apellyasiya protesti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 aprel 2025-ci il tarixli, 1(104)-117/2025 nömrəli qərarının ləğv edilərək ona daha yüngül cəza təyin edilməsi və ya CM-in 79-cü maddəsinə əsasən onun uşağı on dörd yaşına çatanadək cəzanın çəkilməsinin təxirə salınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs isə kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 aprel 2025-ci il tarixli, 1(104)-117/2025 nömrəli qərarının ləğv edilməsi və ona bəraət verilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxa n məhkəmələr cinayəti əri ilə əlbir olub törətməsini kifayət qədər sübut etmədən onu həmin maddə ilə məhkum etmişlər. Həmçinin ona münasibətdə CM-in 59-cu maddəsində nəzərdə tutulan, habelə həmin maddədə nəzərdə tutulmayan kifayət qədər cəzanı yüngülləşdirən halları nəzərə almadan ədalətsiz qərar çıxarmışdır. Məhkəmə tərəfindən cəza təyin edərkən onun 4 və 10 yaşı olan iki azyaşlı uşağının olması, cinayəti törətdikdən dərhal sonra DİN-in 102 xidmət mərkəzinə məlumat verib polis əməkdaşları gələnə kimi hadisə yerində gözləyərək cinayət alətini polisə təqdim etməsi, zərərçəkmiş şəxslə barışıq əldə olunduğu, istintaq və məhkəmə orqanlarının çağırışlarına vaxtlı-vaxtında getdiyi, istintaq və məhkəmənin gedişinə heç bir maneə yaratmadığı, barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini heç va xt pozmadığı, işə münasibətdə cəzanı ağırlaşdıran halların olmaması nəzərə alınmamışdır. Onun azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəticəsində 2 azyaşlı uşağın ana qayğısından məhrum qalmışdır. Kassator hesab edir ki, ona təyin edilmiş cəzanın yüngülləşməsi və barəsində CMin 79-cü maddəsi tətbiq edilməsi üçün kifayət qədər əsaslar mövcud olduğu halda işə baxan məhkəmələrin cinayət qanunvericiliyinin onlara verilən hüquqlardan istifadə etməmiş, onun barəsində ədalətsiz hökm çıxarmışlar. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, o heç bir cinayət törətməmişdir. Zərərçəkmiş şəxsin yoldaşı Məhkum əxlaqsız təkliflər etməsi və ona təcavüz etməsini, bu əməlləri təkrar törətdiyi üçün yoldaşı bezərək Zərərçəkmiş şəxs bıç aq xəsarətləri yetirmişdir. Cinayət işi üzrə araşdırma düzgün aparılmamış və o əsassız olaraq CM-in 126.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Məhkum həmçinin qeyd etmişdir ki, ona cinayət işi üzrə tərtib edilmiş ittiham aktı və məhkəmə bildirişləri təqdim edilmədən məhkəmə keçirilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası mə hkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. İlk-öncə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəmə sinin qərarının qanunsuz və əsassız olması barədə kassasiya şikayətinin dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldik də. Məhkumlar Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.1-ci maddəsi ilə təqsirli bilinmişlər. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. İş materiallarından görünü r ki, məhkumlar Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özlərini təqsirli hesab etməsələr də, onların törətmiş olduğu cinayət əməli zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərin keçirilməsi haqqında protokolları, ekspertiza rəyi və digər sübutlarla məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökmdə göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr Məhkum və məhkum Təqsirləndirilən şəxs barədə olan iş üzrə düzgün nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edi lmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Məhkəmə kollegiyası məhkumlar Məhkum və Təqsirləndirilən şəxs əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum və məhkum Təqsirləndirilən şəxs CM-in 126.2.1-ci ilə nəzərdə tutulmuş əməli törətməsi sübut edilmiş, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən cinayə t və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətlərinin Məhkum və məhkum Təqsirləndirilən şəxs barəsində olan apellyasiya məhkəməsinin qərarının əsassız və qanunsuz olması barədə dəlilləri ilə razılaşmır. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların apellyasiya instansiy ası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum və məhkum Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Birinci instansiya məhkəməsinin hazırlıq iclasının protokolundan görünür ki, 13 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs cinayət işi üzrə bildirişi və ittiham aktını almadığı ba rədə bildirdiyinə görə məhkəmə tərəfindən ona həmin sənədləri təqdim edilmiş və məhkəmənin hazırlıq iclası 20 noyabr 2023-cü il tarixə təxirə salınmışdır. Ona görə də, məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs məhkəmə iclasının ona ittiham aktı və bildirişi təqdim etmədən keçirilməsi barədə öz kassasiya şikayətində irəli sürdüyü dəlili əsaslı hesab etmir. Məhkum kassasiya şikayətinin digər dəlili məhkəmələr tərəfindən yüngülləşdirici halları nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törə dilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcr übəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsinin hökmündən və apelly asiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmələr Məhkum cəza təyin edərkən kassasiya şikayətində göstərilən halları nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin etmişlər. Göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Məhkəmələr Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiq edilməsi üçün əsasların olmaması qənaətinə gəlmiş və bu mövqelərini əsaslandırmışlar. Məhkəmələrin göstərilən mövqeyi cinayət qanunvericiliyinin tələblərinə tam uyğun olduğundan, məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Məhkum təqsirli bilindiyi maddənin sanksiya həddində cəza təyin etməsini və həmin cəzanın real olaraq çəkilməsini qanuni və ədalətli hesab edir. Belə olan halda, məhkəmələr tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 79-cu maddəsinin tətbiq edilməməsi qanunun tələblərinə tam uyğun gəlir. Belə ki, həmin maddənin məzmununa əsasən, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərə uşağın on dörd yaşına çatanadək cəzanın çəkilməsinin təxirə salınmasına yol verilmir. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum kassasiya ş ikayətində cəzanın həddindən artıq sərt olması, yüngülləşdirici halların nəzərə alınmaması, habelə ona Azərbaycan Respublikası CM-in 79-cu maddəsinin əsassız olaraq tətbiq edilməməsi barədə irəli sürdüyü dəlillər əsassızdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsi nin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum və Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Bundan əlavə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə alıb, ona ədalətli cəza təyin edilmişdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəmə sinin Məhkum və məhkum Təqsirləndirilən şəxs barəsində qərarın ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum və məhkum Təqsirləndirilən şəxs barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 aprel 2025-ci il tarixli, 1(104)-117/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Gənc ə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 aprel 2025-ci il tarixli, 1(104)-117/2025 nömrəli qərarı Məhkum və Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar