Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2246/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxsin hüquqi varisi X6, Məhkum və onun müdafiəçisi Abdurəhmanlı Umud Xudaverdi oğ lunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 309.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi U.X.Abdurəhmanlı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli hökmü ilə (Nəbiyev Cəlil Cabbar oğlu (sədrlik edən və məruzəçi) Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1962-ci il tarixd ə Ağcabədi rayonunun Şənlik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" ASC-nin Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Ağcabədi Elektrik şəbəkəsinin satış üzrə nəzarətçi-mühəndisi vəzifəsində işləyən, Ağcabədi rayonunun Şənlik kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, CM-nin 309.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 70-ci maddəsinə əsasən ona təyin olunmuş həmin cəza 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Həmin hökmlə həmçinin X14 da CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və CM-nin 70-ci maddəsinə əsasən ona da təyin olunmuş həmin cəza 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. İşin halları: Birinci instansiya mhkəməsinin hökmünə əsasən, Məhkum "xxxx" ASC üzrə 30 aprel 2015-ci il tarixli əmrlə həmin Cəmiyyətin Aran Regional enerji təchizatı və satışı idarəsinin Ağcabədi Elektrik şəbəkəsinin satış üzrə nəzarətçi-mühəndisi vəzifəsinə təyin olunmaqla həmin vəzifədə işləyərkən "xxxx" ASC-nin Regional enerji təchizatı və satışı idarələrinin rayon elektrik şəbəkələrində çalışan əməkdaşlarının vəzifə təlimatına əsasən alınan və realizə edilən enerjinin miqdarı, ərazi üzrə alınan və istehlakçılara ötürülən elektri k enerjisi və abonentlər haqqında zəruri məlumatları əldə etmək, enerjinin haqqının yığılması vəziyyətinin uçotunu aparmaq, kommersiya itkilərini aşkar etmək, yüklərin simmetrik paylanmasına bilavasitə nəzarət etmək, elektrik enerjisinə olan borcların ödənişini təşkil etmək, kəsim ilə bağlı məsələləri təşkil etmək və nəzarətdə saxlamaq, sərfiyyatı şübhəli olan abonentlərin uçot komplektlərinin yerində araşdırılmasını təşkil etmək, rəhbərlik tərəfindən verilmiş göstəriş və tapşırıqların vaxtında və operativ yerinə yetirilməsini təşkil etmək, iş qrafikini aparıcı mühəndislə birlikdə dəqiq və məqsədyönlü təşkil etmək, elektrik enerjisinə olan borc siyahılarına əsasən ödənişi təşkil etmək, ödəniş etməyən abonentlərin enerji təminatlarının dayandırılması barədə məsələ qaldırmaq, qüsurlu sayğacl ar barədə dərhal aparıcı mühəndisə məlumat vermək, şəbəkəyə qanunsuz qoşulma hallarını aşkar etmək və aparıcı mühəndisi məlumatlandırmaq, gün ərzində qarşılaşdığı hər bir neqativ hallar barədə aparıcı mühəndisə məlumat vermək, abonent kabellərinin vəziyyətinə nəzarət etmək və sair inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində 06 fevral 2022-ci ildə, saat 14 radələrində Ağcabədi rayonunun Şənlik kəndində yerləşən ******* kod nömrəli, 1000 V gərginliyə malik elektrik transformatorunda baş vermiş qəza ilə əlaqədar həmin transformatorun qoruyucuları sıradan çıxdığına görə kəndin bəzi evlərində elektrik enerjisinin kəsilməsi səbəbindən həmin evlərin sakinləri telefonla ona müraciət etdikdən sonra xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 1.6.6, 1.6.12, 2.1.1, 2.1.2 və 3.1.1.1-ci yarımbəndlərinin tələblərinə əsasən fəaliyyətdə olan elektrik qurğularında, şəbəkə və avadanlıqlarda işlərə yalnız yazılı naryad-buraxılışlar və sərəncamlar əsasında operativ-təmir heyətinin üzvü olmaqla elektrik qurğusuna xidmət edən, elektrik təhlükəsizliyi üzrə III qrupa malik işçilərin buraxılmasını, həmin qurğular, şəbəkələr və avadanlıqlarda işlərin təhlükəsizliyini təmin edən təşkilati tədbirlərin görülməsini, həmçinin gərginliyi çıxarmaqla yerinə yetirilən işlərin icrasının təhlükəsizliyini təmin etmək məqsədi ilə müvafiq təş kilati-texniki tədbirlərin görülməsini təmin etmək üçün bu barədə aparıcı mühəndisə və ya baş mühəndisə məlumat verməli olduğu halda həmin tələblərin heç birinə qəsdən riayət etmədən, enerji satışı sahəsində müvafiq funksiyaları həyata keçirən vəzifəli şəxs kimi elektrik qurğularında, şəbəkə və avadanlıqlarda baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması sahəsində səlahiyyətlərə malik olmadığı üçün heç bir halda etmək hüququ olmayan hərəkətlərə yol verməklə 22 avqust 2019-cu ilədək Ağcabədi Elektrik şəbəkəsinin paylayıcı şəbəkə sahəsində elektrik montyoru işləmiş, lakin 06 fevral 2022-ci ildə faktiki olaraq işləməyən, əvvəlcədən bildiyi, elektrik təhlükəsizliyi üzrə xüsusi qrupa malik olmamaqla operativ-təmir heyətinin üzvü olmayan Şənlik kənd sakini X7 ***-***-**-** nömrəli mob il telefonuna həmin gün saat 14:05-də istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonundan zəng edərək, keçmiş iş yoldaşı və həmkəndli kimi aralarında olan tanışlıq münasibətindən istifadə etməklə sonuncuya həmin transformatorun qoruyucularını təmir etməsini tapşırıb, saat 14:47-də təkrarən zəng etməklə X7ni tələsdirərək eyni məzmunlu göstəriş verməklə sonuncunu fəaliyyətdə olan elektrik qurğusunun təmirinə cəlb etmiş, X7un onun tapşırığı əsasında həmin gün saat 15 radələrində Ağcabədi rayonunun Şənlik kəndində yerləşən həmin transformatorun yanına gedərək müvafiq təmir işlərinə başlamazdan əvvəl "xxxx" ASC-nin tabeliyində "xxxx" MMC-nin 110/35/10 kV-luq Ağcabədi yarımstansiyasının ***-***-**-** nömrəli xidməti telefonuna həmin gün saat 15:04-də istifadəsində olan ***-***-**-** nömr əli mobil telefonundan zəng edərək növbətçi-dispetçer Təqsirləndirilən şəxs həmin transformatoru elektrik enerjisi ilə təmin edən 1000 V-luq “Nizami” hava xəttini şəbəkədən ayırmasını və torpaqlamanı vurmasını bildirdiyi halda, sonuncunun həmin hava xətti əvəzinə səhvən xüsusi sərfiyyat transformatorunun xəttini şəbəkədən ayırması və torpaqlamanı vurması səbəbindən faktiki olaraq qeyd edilən transformatora elektrik cərəyanının ötürülməsi davam etdiyindən X7un həmin transformatorun karkası üzərinə çıxaraq qoruyucularını dəyişdirmək məqsədi ilə sağ əlini göstərilən transformatorun 1000 V gərginliyi olan elektrik enerjisinin giriş naqillərinə toxundurduğu anda elektrik cərəyanının vurması nəticəsində həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sağ əlin I, II, III, IV, V barmaq larında və sağ əlin ovuc səthində elektrik cərəyanının giriş dəliyi, sağ ayağın birinci barmağının alt səthində elektrik cərəyanının çıxış dəliyi, həmçinin sağlamlığa zərər vurmayan sağ əlin arxa səthində üç ədəd sıyrıq xəsarətləri alaraq elektrik cərəyanının vurması nəticəsində əmələ gəlmiş kəskin ürək-damar və tənəffüs çatışmazlığı səbəbindən ölməsində ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşmışdır. Hökmdən dövlət ittihamçısı Səfərov Tale Balabəy oğlu tərəfindən verilmiş apellyasiya protestinə, Məhkum və onun müdafiəçisi U.X.Abdurəhmanlı tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bəşirov Kamil Sücəddin oğlu (s ədrlik edən və məruzəçi), Xasməmmədov Elçin İsgəndər oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə) 31 may 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli hökmü isə Məhkum aid hissədə və apellyasiya müraciətlərinə münaibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2023-cü il tarixli qərarından dövlət ittihamçısı İ.H.Əsədov kasssiya kassasiya protesti, Məhkum müdafiəçisi U.X.Abdurəhmanlı isə kassasiya şikayəti verərək aşağıdakıları xahiş etmişlər: - dövlət ittihamçısı İ.H.Əsədov – qərarın ləğv edilməsini və cinayət işinin yeni apelyasiya baxışna təyin olunmasını; - müdafiəçi U.X.Abdurəhmanlı – qərarın ləğv edilməsi ni və hüquqlarını müdafiə etdiyi şəxs haqqında bəraət hökmünün çıxarılmasını. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Kassasiya protestində CM-nin bir sıra normalarına, işin müəyyən edilmiş faktiki hallarına, həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən dövlət ittihamçısı İ.H.Əsədov həmin protestini belə əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edərkən, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini (zərər çəkmiş şəxsin hüquqi varisinin ailəsinə maddi yardım etməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, onu bağışlamasını) CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul etməkdə haqlı olmamışdır. Belə ki, mövcud qanunvericiliyə əsasən, bu hallar onun barəsində CM-nin 70-ci maddəsi deyil, yalnız CMnin 60.1-ci maddəsinin tətbiqini şərtləndirə bilər. Belə olan halda, yəni digər şəxsin ölümü ilə nəticələnən vəzifə səlahiyyətlərini aşma cinayətini törətmiş Məhkum qeyri-səmimi olaraq özünü təqsirli bilmədiyi halda, onun zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsinin nəinki cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi, həm də bu əsasla onun barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsi də anlaşılan deyil. Bundan əlavə, hər iki instansiya məhkəmələri tərəfindən Məhkum təqsirini qismən etiraf etməklə əməlindən peşmançılıq keçirməsinin də cəzanı yüngülləşdirən hal kimi qəbul etməkdə haqlı olmamışlar ona görə ki, məhkum olunmuş şəxsin və onun müdafiəçisinin apellyasiya şika yətlərində ona bəraət verilməsi xahiş edilmiş, həmin şikayətlərdə onun müəllifləri Məhkum cinayət törətməməsi barədə iddia irəli sürərək buna məhkəmələri inandırmağa çalışmışlar. Belə olan halda Məhkum hərəkətlərinin könüllü gəlib təqsirini boynuna alma və ya cinayətin açılmasına fəal kömək etmə kimi qiymətləndirilməsi CM-nin 59.1.9 və 72.1-ci maddələrinin tələblərinə zidd olmuşdur. Daha sonra dövlət ittihamçısı qeyd etmişdir ki, birinci və apellyasiya instansiya məhkəmələri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı cinayətin törədilmə şəraitini, təqsirləndirilən şəxsin ilk məhkumluğunu, ali təhsilli olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, eləcə də ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadının olmasını, təqsirləndir ilən şəxsin müxtəlif xəstəliklərdən əziyyət çəkməsini, yaşını, yaşayış yerindən müsbət xarakterizə olunmasını və bu kimi sair halları CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq Məhkum cəmiyyətdən təcrid etmədən də islah olunmasına dair qənaətə gəlsələr də, sonuncunun yaşayış yeri üzrə hansı cəhətlərinə görə müsbət cəhətdən xarakterizə olunmasını və bunun nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını və hansı səbəbdən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmasını ittiham hökmünün və yekun qərarın təsviri-əsaslandırıcı hissəsində göstərməmişlər. Halbuki, şəxsin müsbət xarakterizə olunması cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydasına əməl olunmasının nəticəsidir və məhkəmələrin bununla bağlı gəldikləri nəticə formal xarakter daşımışdır. Kassasiya protesti müəllifinin qənaətinə görə, Məhkum barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini şərtləndirən hallardan heç biri mövcud olmadığına görə CPM-nin 416.1.21-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv edilməli və cinayət işi yeni apelyasiya baxışına təyin olunmalıdır. Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra nomalarına, işin müəyyən edilmiş faktiki hallarına, bu halların arxasında duran bəzi sübutlara, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən, habelə CM-nin 309.2-ci maddəsinə təfsir verən müdafiəçi U.X.Abdurəhmanlı kassasiya şikayətini b elə əsaslandırmışdır ki, iş üzrə toplanmış sübutlara əsasən X7 ölümü ilə nəticələnmiş hadisənin baş verməsinin səbəbi Məhkum hərəkətləri yox, "xxxx" ASC-nin tabeliyində olan "Mingəçevir Regional Elektrik Şəbəkəsi” MMC-nin 110/35/10 kV-luq Ağcabədi növbətçidispetçer Təqsirləndirilən şəxs X7un ona zəng edib 1000 voltluq “Nizami” hava xəttini şəbəkədən ayırmasını və torpaqlamanı vurmasını bildirdiyi halda, sonuncunun həmin hava xətti əvəzinə səhvən xüsusi sərfiyyat transformatorunun xəttini şəbəkədən ayırması və torpaqlamanı vurması, buna görə də təmir olunası transformatora elektrik cərəyanının ötürülməsi, X7un həmin transformatorun karkası üzərinə çıxaraq qoruyucuları dəyişdirmək məqsədi ilə sağ əlini göstərilən transformatorun 1000 V gərginliyi olan elektrik enerjisinin giriş naqillərinə t oxunması, bunun da nəticəsində onu elektrik cərəyanının vurması olmuşdur. Göründüyü kimi, məhkəmələrin gəldikləri nəticəyə əsasən, X7nin ölümünə səbəb cinayət işi üzrə məhkum edilmiş digər şəxsin - Təqsirləndirilən şəxs ehtiyatsızlıqdın etdiyi hərəkətləri olmuşdur. Belə olan halda, Məhkum əməli ilə X7nin ölümü arasında səbəbli əlaqənin mövcud olması sübuta yetirilmədən onun barəsində ittiham hökmünün çıxarılması əsassızdır. Daha sonra müdafiəçi qeyd etmişdir ki, işin hallarına görə, baş vermiş hadisə ilə bağlı yalnız Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli törədilmişdir ki, bu əməl də X7un ölümü ilə nəticələnmiş, lakin bir əməlin törədilməsi ilə bağlı əsassız olaraq birləşdirilmiş cinayət işi üzrə bir əmələ görə həm Təqsirləndirilən şəxs CM-nin 314.2-ci maddəsi ilə, həm də Məhkum CM-nin 309.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşlar. Halbuki, CPM-nin 49.1-ci maddəsinə əsasən, yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər. Bu halda isə cinayət ya qəsdən, ya da ehtiyatsızlıqdan törədilməlidir. Buna görə Məhkum və Təqsirləndirilən şəxs da ya qəsdən, ya da ehtiyatsızlıqdan cinayət törətməkdə ittiham oluna bilərdilər. Əks halda, hər iki şəxsin barəsində cinayət təqibləri bir icraatda birləşdirilə bilməz. Eyni zamanda, mərhum X7un ölümü ilə Təqsirləndirilən şəxs hərəkətləri arasında səbəbli əlaqənin mövcud olması halında baş vermiş nəticənin Məhkum hərəkətləri arasında səbəbli əlaqənin olmasını istisna edir. Lakin, bu məsələyə mə hkəmələr heç bir münasibət bildirilməmiş, bununla bağlı hallara qiymət verməmiş və hər hansı əsaslandırma aparmamışlar. Bundan başqa, iş üzrə toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Məhkum hələ X7a zəng etməzdən əvvəl artıq kənd sakinləri transformatorun təmiri üçün sonuncuya müraciət etmiş və X7 də məhz Məhkum zənginə görə yox, onların müraciətləri əsasında hadisə yerinə getmiş, o, bundan əvvəl də kənd sakinlərinin xahişi ilə müəyyən pul məbləğləri müqabilində bu və ya digər elektrik işlərini görmüş və bu hal da araşdırılmış sübutlarla təsdiq edilir. Bundan başqa kassasiya şikayətinin müəllifi bildirir ki, vəzifəli şəxsin əməlinin CM-nin 309.2-ci maddəsi ilə tövsif edilməsi üçün ilk növbədə həmin şəxsin öz səlahiyyətlərindən kənara çıxması faktı mövcud olmalıdır. İşin hallarından, şahidlərin ifadələrindən də göründüyü kimi, X7 mütəmadi olaraq kənddəki transformatorların təmiri ilə məşğul olduğu üçün bu göstəriş ona verilmiş olsa belə bu hal vəzifə səlahiyyətlərini aşma cinayəti kimi qiymətləndirilə bilməz. Şərh olunan dəlillərə əsaslanaraq müdafiəçi U.X.Abdurəhmanlı onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Dövlət ittihamçısı İ.H.Əsədovun kassasiya protestinin məzmunundan göründüyü kimi, onun müəllifi apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində Məhkum barəsində cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həddindən artıq yüngül cəza tədbirinin seçilməsini (şərti məhkumetmənin tətbiq edilməsini) iddia edərək bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqı nda tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Müdafiəçi U.X.Abdurəhmanlı isə kassasiya şikayətində hazırki cinayət işi üzrə müəyyən edilmiş faktiki halları mübahisələndirərək sübutlara qanuna müvafiq qaydada qiymət verilməməsini, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibinin olmamasına baxmayaraq əsassız və qanunsuz olaraq məhkum edildiyini iddia edir və bunlarla bağlı dəlillərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və Məhkum bəraət verilməsi haqqında qərarın qəbul olunması barədə tələbini CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrində nəzrdə tutulmuş hallarla əlaqələndirir. CPM-nin 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müva fiq olaraq sübutları tədqiq etmədikdə, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı İ.H.Əsədovun kassasiya protestini və müdafiəçi U.X.Abdurəhmanlının kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və Məhkum barəsində cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM- nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsini n hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya in stansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və y a prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə m ünasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərə kətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, bunun üçün hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini, cinayət əməllərinin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa olunması, onlara vurulmuş zərərin aradan qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini də ehtiva edir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılması nı deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqi qindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədi lməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət ə lamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Q ərarında da əksini tapmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Bundan başqa, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Re spublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olubolmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə, müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nət icələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqları na riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanm ış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azad lıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətənda şların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyə n edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldi yi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıx arılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qi ymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barəd ə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirli şəxsin barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da əməl edilməlidlir. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə uyğun hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi ü zrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblər ə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliy in tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. Daha sonra məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyas i hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezupsiyası prinsip inə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin bu ya digər cinayəti törətməkdə təqsirli bili nməsi üçün qanunvericiliyin təsvir olunan normalarına eyni zamanda həmin cinayətin bütün cəhətlərinin müəyyən edilməsi zamanı da əməl olunmalı, bu cəhətləri təsdiq edən mötəbər sübutlar əldə edilməli, ibtidai araşdırma orqanının və bunlarla bağlı məhkəmələrin gəldikləri nəticə isə mülahizə xarakteri daşımamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestinə və kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya insta nsiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsi zamanı prosessual hüquq normalarının tələblərinə əməl olunub-olunmamasını, törədilmiş əmələ maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini, bundan sonra isə bu və ya digər cinayətin törədilməsində əsaslı və qanuni olaraq təqsirli bilinmiş şəxsin barəsində seçilmiş cinayət hüquqi xarakterli tədbirin həm qanuni, həm də ədalətli olub-olmamasını yoxlamaq vəzifəsi düşür. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası ilk növbədə kassasiya şikayətinin dəlillərinə cavab olaraq Məhkum təqsirli bilindiyi ittihama və hazırki iş üzrə ibtidai araşdırma zamanı heç bir qanun pozuntusuna yol verilmədən toplanmış, birinci instansiya məhk əməsinin məhkəmə iclasında - tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların bir qisminə müraciət etməyi zəruri bilir. Əvvəla məhkəmə kolleiyası qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum CM-nin 309.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, birinci instansiya məhkəməsinin 26 yanvar 2023-cü il tarixlli hökmü ilə həmin ittiham üzrə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, Məhkum "xxxx" ASC üzrə 30 aprel 2015-ci il tarixli əmrlə həmin Cəmiyyətin Aran Regional enerji təchizatı və satışı idarəsinin Ağcabədi Elektrik şəbəkəsinin satış üzrə nəzarətçi-mühəndisi vəzifəsində işləyərkən vəzifəli şəxs kimi 06 fevral 2022-ci il tarixdə saat 14 radələrində Ağcabədi rayonunun Şənlik kəndində yerləşən ******* kod nömrəli, 1000 V gərginliyə malik elektrik transformatorunda baş vermiş qəza ilə əlaqədar həmin transformatorun qoruyucuları sıradan çıxdığına görə kəndin bəzi evlərində elektrik enerjisinin kəsilməsi səbəbindən həmin evlərin sakinləri telefonla ona müraciət etdikdən sonra xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 1.6.6, 1.6.12, 2.1.1, 2.1.2 və 3.1.1.1-ci yarımbəndlərinin tələblərinə əsasən fəaliyyətdə olan elektrik qurğularında, şəbəkə və avadanlıqlarda işlərə yalnız yazılı naryad-buraxılışlar və sərəncamlar əsasında operativtəmir heyətinin üzvü olmaqla elektrik qurğusuna xidmət edən, elektrik təhlükəsiz liyi üzrə III qrupa malik işçilərin buraxılmasını, həmin qurğular, şəbəkələr və avadanlıqlarda işlərin təhlükəsizliyini təmin edən təşkilati tədbirlərin görülməsini, həmçinin gərginliyi çıxarmaqla yerinə yetirilən işlərin icrasının təhlükəsizliyini təmin etmək məqsədi ilə müvafiq təşkilatitexniki tədbirlərin görülməsini təmin etmək üçün bu barədə aparıcı mühəndisə və ya baş mühəndisə məlumat verməli olduğu halda həmin tələblərin heç birinə qəsdən riayət etmədən, enerji satışı sahəsində müvafiq funksiyaları həyata keçirən vəzifəli şəxs kimi elektrik qurğularında, şəbəkə və avadanlıqlarda baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması sahəsində səlahiyyətlərə malik olmadığı üçün heç bir halda etmək hüququ olmayan hərəkətlərə yol verməklə 22 avqust 2019-cu ilədək Ağcabədi Elektrik şəb əkəsinin paylayıcı şəbəkə sahəsində elektrik-montyor vəzifəsində işləmiş, lakin 06 fevral 2022-ci ildə artıq həmin vəzifədə işləməyən, yəni elektrik təhlükəsizliyi üzrə müvafiq işləri görmək səlahiyyətinə malik olamayan Şənlik kənd sakini X7a həmin gün saat 14:05-də zəng edərək, keçmiş iş yoldaşı və həmkəndli kimi aralarında olan tanışlıq münasibətindən istifadə etməklə sonuncuya həmin transformatorun qoruyucularını təmir etməsini tapşırıb, saat 14:47-də təkrarən zəng etməklə X7u tələsdirərək eyni məzmunlu göstəriş verməklə sonuncunu fəaliyyətdə olan elektrik qurğusunun təmirinə cəlb etmiş, X7un onun tapşırığı əsasında həmin gün saat 15 radələrində Ağcabədi rayonunun Şənlik kəndində yerləşən həmin transformatorun yanına gedərək müvafiq təmir işlərinə başlamazdan əvvəl "xxxx" ASC-nin tabeli yində "xxxx" MMC-nin növbətçi-dispetçeri Təqsirləndirilən şəxs zəng edərək həmin transformatoru elektrik enerjisi ilə təmin edən 1000 V-luq “Nizami” hava xəttini şəbəkədən ayırmasını və torpaqlamanı vurmasını xahiş etmiş, lakin Təqsirləndirilən şəxs həmin hava xətti əvəzinə səhvən xüsusi sərfiyyat transformatorunun xəttini şəbəkədən ayırması və torpaqlamanı vurması səbəbindən faktiki olaraq qeyd edilən transformatora elektrik cərəyanının ötürülməsi davam etdiyindən X7un həmin transformatorun karkası üzərinə çıxaraq qoruyucularını dəyişdirmək məqsədi ilə sağ əlini göstərilən transformatorun 1000 V gərginliyi olan elektrik enerjisinin giriş naqillərinə toxundurduğu anda elektrik cərəyanının vurması nəticəsində həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid müxtəlif xəsarətlər al ması səbəbindən ölmüş, bununla da Məhkumun vəzifə səlahiyyətlərini aşması ağır nəticələrə - ehtiyatsızlıqdan X7un ölümünə səbəb olmuşdur. İstər ibtidai araşdırma zamanı, istərsə də birinci instnsiya məhkəməsinin məhkəmə iclasında Məhkum ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilsə də, faktiki olaraq həmin ittiham üzrə müəyyən edilmiş hallara uyğun olan və eyni məzmunlu ifadələr verərək göstərmişdir ki, o, 05 dekabr 2011-ci il tarixdən "xxxx" ASC-nin Ağcabədi Elektrik şəbəkəsində işləmiş, son beş ildə həmin şəbəkədə satış sahəsində nəzarətçi-mühəndis vəzifəsində işləməklə onun vəzifə səlahiyyətlərinə enerjinin satışının həyata keçirilməsi, elektrik enerjisinə görə borcların ödənilməsinin təmin edilməsi və bununla bağlı digər funksiyalar aid olmuşdur. 06 fevral 2022-ci il tarixd ə Şənlik kəndinin sakinləri telefonla ona zəng edərək kənddə işıqların kəsilməsi barədə məlumat verdikdə, o, əvvəllər "xxxx" ASC- nin Ağcabədi Elektrik şəbəkəsində elektrik-montyor vəzifəsində işləmiş, lakin 2019-cu ildə müəyyən nöqsanlara yol verdiyinə görə işdən çıxarılmış, heç yerdə işləməyərək Şənlik kəndində yaşayan mərhum X7a iki dəfə zəng edərək transformatorun qoruyucularının atdığını bildirmiş və ona gedib həmin transformatoru təmir etməsini, işə başlamazdan əvvəl isə Ağcabədi Elektrik şəbəkəsinin baş mühəndisi vəzifəsində işləyən Şahid1 zəng edərək torpaqlamanı vurdurmasını tapşırmış, bundan sonra isə X7un hansı hərəkətlər etməsindən xəbəri olmamışdır. Həmin gün günortadan sonra Şənlik kənd sakini Şahid2 ona zəng edərək X7ni elektrik cərəyanının vurduğunu, rayon mərkəzi xəstəxa nasına aparıldığını demiş, bundan sonra o, sonuncunun aldığı xəsarətlərdən vəfat etdiyini eşitmişdir. Məhkum əlavə olaraq qeyd etmişdir, o, X7a yuxarıda göstərilən tapşırığı versə də, onun belə tapşırıq verməsi səlahiyyəti olmamış, sonuncunun isə həmin tapşırığa uyğun olan işləri görmək bacarığı olduğundan, bundan əvvəl də bu kimi işləri gördüyündən, həmin gün hər hansı bədbəxt hadisənin baş verəcəyini zənn etməmişdir. Bununla belə, o, törətdiyi cinayət əməlini qismən etiraf edir və törətdiyi əməldən, yəni X7a transformatorun qoruyucularının dəyişdirilməsini ona tapşırmasına görə peşmançılıq çəkir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai aradırma zamanı verdiyi ifadələrini təsdiq etməklə göstərmişdir ki, əvvəllər elektrik şəbəkəsində elek trik-montyor vəzifəsində işləmiş mərhum X7 Ağcabədi rayonunun Şənlik kəndində yaşamaqla onun həmkəndlisi olmuş, kənd ərazisində yerləşən transformatorlarda hər hansı nasazlıq olanda kənd sakinləri ona müraciət edərək orada təmir işlərinin aparılmasını xahiş etmiş, buna görə də sakinlər 10-15 manat pul toplayaraq sonuncuya vermişlər. 06 fevral 2022-ci ildə günorta saatlarında o, yaşadığı evin yaxınlığında yerləşən transformatordan partlayış səsinin gəldiyini eşitdikdə transformatorun qoruyucularının atdığını başa düşmüş, bunun nəticəsində kəndin bir çox evlərində işıqlar sönmüş və buna görə rayon elektrik şəbəkəsinin Şənlik kəndi üzrə nəzarətçisi Məhkum zəng edib bu barədə ona məlumat vermiş, sonuncu isə həmin vaxt kənddə olmadığını, gec gələcəyini demişdir. Bundan təxminən beş dəqiqə sonra Məhkum ona zəng edib baş vermiş qəza ilə bağlı X7la danışdığını və onun transformatoru təmir edəcəyini bildirərək sonuncunun arxasınca maşın göndərməyi və ona beş-on manat məbləğində pul verməyi tapşırmışdır. O, yəni Şahid3 da X7ə zəng etmiş, X7 isə kənddə yoldaşları ilə yemək yediyini, bir azdan gələcəyini bildirmişdir. Saat 15 radələrində kənd sakini Razi “Mercedes-Benz” markalı avtomobili ilə X7ni transformatorun yanına gətirmiş, ona vermək üçün kənd sakinlərindən 10 manat pul toplanmış, X7 isə transformatora baxaraq qoruyucuların atdığını demiş, öz telefonundan yarımstansiyaya zəng etmiş, sonuncunun kiminlə danışdığını bilməmiş, X7 yarımstansiyanın dispetçerinə Şənlik kəndində yerləşən transformatorun qoruyucularının atdığını, onları dəyişəcəyini demiş, buna görə də dispetçerdən “Niza mi” hava xəttini şəbəkədən ayırmasını, torpaqlamanı vurmasını istəmişdir. Bu vaxt o, mağazaya getmiş və təxminən beş-on dəqiqə sonra transformatorda təkrar partlayış baş verməsi səsini eşidərək dərhal bayıra çıxmış, bu zaman elektrik cərəyanı X7ı vurduğu üçün sonuncunun yerə yıxılıb xırıldadığını görmüş, həmkəndlisi Şahid2 təcili tibbi yardıma zəng etmiş, kənd sakini X “Vaz 2106” markalı avtomobili ilə oradan keçdiyi üçün X7 onun avtomobilində xəstəxanaya aparılmış, bir qədər sonra X7ın öldüyünü öyrənmişdir. Şahid3 ifadələrinə analoji ifadələri həmçinin şahidlər – Ağcabədi rayonu Şənlik kəndinin sankinləri Şahid2, Şahid4, Şahid5 və digərləri də vermişlər. Eyni zamanda "xxxx" ASC-nin Ağcabədi Elektrik şəbəkəsində baş mühəndis vəzifəsində işləyən Şahid1 birinci instansiya məhkəməsində göstər mişdir ki, mərhum X7 əvvəllər həmin Elektrik şəbəkəsində hava xətti üzrə montyor vəzifəsində işləmiş, lakin sonuncu spirtli içki aludəsi olduğuna görə təxminən iki il əvvəl işdən azad edilmişdir. 06 fevral 2022-ci ildə havanın küləkli olması ilə əlaqədar elektrik enerjisi Ağcabədi şəhəri ərazisində bir neçə dəfə kəsilmiş, təkrar bərpa olunmuş, həmin gün “Nizami” hava xəttində də bir dəfə kəsinti olmuş, təxminən bir saat davam etmiş, buna görə də Şənlik kəndinə elektrik enerjisinin verilməs həmin müddət ərzində kəsilmişdir. Həmin gün saat 16 radələrində o, X7ın Şənlik kəndində yerləşən transformatorda təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində öldüyünü eşitmiş, sonuncunun hansı səbəbdən və kiminsə göstərişi ilə, yaxud özbaşına transformatorda işlər görməsi barədə əvvəlcəd ən heç bir məlumatı olmamışdır. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə ibtidai araşdırma zamanı hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış sübutlar birinci instansiya məhkəməsi tərəfindən tam həcmdə araşdırılmış, bu zaman məhkəmə hər hansı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesinin iştirakçılarının, o cümlədən Məhkum prosessual hüquqlarının pozulmasına yol verməmiş, araşdırılmış sübutların hamısı isə hökmdə ətraflı təsvir edilərək onlara qanuna müvafiq qiymət verilmişdir. Buna görə apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətlərinə baxılması zamanı həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək eyni zamanda iş üzrə gəldiyi nəticəni məhz həmin sübutlara istinad edərək əsaslandırmışdır. Araşdırılmış sübutların hamısının hazırki qəra rda təkrarən təsvirinə ehtiyac görməyən məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, həmin sübutlarla – telefon danışıqlarının aprılması haqqında məlumatlarla, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə, işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə və sair Məhkum elan olunmuş ittihamda, onun özünün və adları yuxarıda göstərilən şahidlərin verdikləri ifadələrində göstərdikləri hallar, yəni Məhkum vəzifə səlahiyyətlərini aşaraq X7a Ağcabədi rayonunun Şənlik kəndində yerləşən elektrik transformarında təmir işlərinin aparılması barədə tapşırıq verməsi, sonuncunun məhz, kassasiya şikayətində göstərildiyi kimi, kənd sakinlərinin və ya hər hansı şəxsin müraciəti, yaxud da götsərişinə əsasən deyil, məhz bu tapşırığa uyğun olara q transformatorda təmir işlərini görməsi, digər tərəfdən Məhkum istər baş vermiş qəza haqqında məlumat aldıqdan sonra "xxxx" ASC-nin Ağcabədi rayon Elektik şəbəkəsinin rəhbərliyinə məlumat verməyərək bu qəzanın aradan qaldırılması üçün müvafiq normativ sənədlərə uyğun olaraq tədbirlər görülməsinin xahiş etməməsi, X7un isə ona tapşırılan işi görməsi zamanı ehtiyatsızlıqdan onun ölümünün baş verməsi tam təsdiq olunur. Yəni iş üzrə ətraflı araşdırma aparılması nəticəsində müəyyən edilmişdir ki, özü vəzifəli şəxs olan Məhkum 06 fevral 2022-ci il tarixdə Şənlik kəndində yerləşən transformatorda qəzanın baş verməsi haqqında kənd sakinlərindən məlumat aldıqdan sonra qəzanın nəticələrinin aradan qaldırılması üçün naryadın ayrılması və digər tədbirlərin görülməsi məqsədi ilə rayon Elektrik şəbəkəsi nin rəisi X8 və ya müəssisənin digər səlahiyyətli şəxslərinə məlumat vermək əvəzinə, özünün satış üzrə nəzarətçimühəndis kimi səlahiyyətlərinə aid olmayan tədbiri görmək qərarına gəlmiş və bunun üçün rəsmi olaraq elektrik transformatorlarından və ya bu kimi digər qurğularda təmir işlərini görmək hüququna malik olmayan X7a belə işi görməsi barədə qanunsuz tapşırıq vermişdir. Məhkum təqsirli bilindiyi ittihamda göstərilməsə də, məhkəmə kollegiyası onun törətdiyi əməllərlə baş vermiş nəticə arasında səbəbli əlaqənin müəyyən edilməsi ilə bağlı onu da qeyd etməyi vacib sayır ki, Məhkum, özünün də bildiyi kimi, spirtli içki aludəçisi olan X7a yüksək gərginli qurğuda təmir işlərinin aparılması barədə göstəriş verərkən, onun həmin vaxt hansı vəziyyətdə olmasını (iş materiallarından göründüyü kimi, sonuncu ona tapşırılmış işi görməzdən əvvəl spirtli içki qəbul etmiş və buna görə sərxoş vəziyətdə olmuşdur), onu texniki təlükəsizlik tədbirləri barədə xəbərdar etməyərək bununla bağlı xüsusi təhlükəsizlik avadınlığı ilə təchiz olunub-olunmamasını aydınlaşdırmamış, əksinə ona ikinci dəfə də zəng edərək təkidlə tapşılırlmış işin görülməsi barədə göstəriş vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu hallar da Məhkum öz vəzifə səlahiyyətlərini aşmasına və onun əməlləri ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin olmasına dəlalət edir. Digər tərəfdən məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsaslanaraq belə qənaət gəlir ki, X7un əvvəllər də kənd sakinlərinin müraciətləri əsasında eyni xarakterli işləri görməsi Məhkum əməlinin qiymətləndirilməsi üçün heç bir əhəmiyyət kəsb etmir, çü nki o, ehtiyasızlıqdan ölümünə səbəb olmuş işi hər hansı başqa şəxsin müraciəti, göstərişi və ya xahişi əsasında deyil, məhz Məhkum tapşırığına əsasən görməyə başlamışdır. Məhkəmə kollegiyası öz qənaətli ilə bağlı həmçinin müvafiq normativ sənədlərə və işin digər materiallarına da müraciət edərək vurğulayır ki, işə əlavə edilmiş "xxxx" ASC-nin Regional enerji təchizatı və satışı idarələrinin rayon elektrik şəbəkələrində çalışan əməkdaşlarının vəzifə təlimatına əsasən, enerji satışı şöbəsinin nəzarətçi mühəndisinin vəzifələrinə alınan və realizə edilən enerjinin miqdarı, ərazi üzrə alınan və istehlakçılara ötürülən elektrik enerjisi və abonentlər haqqında zəruri məlumatları əldə etmək, enerjinin haqqının yığılması vəziyyətinin uçotunu aparmaq, kommersiya itkilərini aşkar etmək, yüklərin s immetrik paylanmasına bilavasitə nəzarət etmək, elektrik enerjisinə olan borcların ödənişini təşkil etmək, kəsim ilə bağlı məsələləri təşkil etmək və nəzarətdə saxlamaq, sərfiyyatı şübhəli olan abonentlərin uçot komplektlərinin yerində araşdırılmasını təşkil etmək, rəhbərlik tərəfindən verilmiş göstəriş və tapşırıqların vaxtında və operativ yerinə yetirilməsini təşkil etmək, iş qrafikini aparıcı mühəndislə birlikdə dəqiq və məqsədyönlü təşkil etmək, elektrik enerjisinə olan borc siyahılarına əsasən ödənişi təşkil etmək, ödəniş etməyən abonentlərin enerji təminatlarının dayandırılması barədə məsələ qaldırmaq, qüsurlu sayğaclar barədə dərhal aparıcı mühəndisə məlumat vermək, şəbəkəyə qanunsuz qoşulma hallarını aşkar etmək və aparıcı mühəndisi məlumatlandırmaq, gün ərzində qarşılaşdığı hər bi r neqativ hallar barədə aparıcı mühəndisə məlumat vermək, abonent kabellərinin vəziyyətinə nəzarət etmək və sair inzibati-təsərrüfat funksiyaları aiddir. Təlimatdan göründüyü kimi, Məhkum enerji satışı üzrə nəzarətçi-mühəndis kimi elektrik xəttlərində və avadanlıqlarında hər hansı qəzanın baş verməsi barədə məlumat aldıqda belə qəzanın aradan qaldırılması üçün tədbirlər görmək, hətta bunun üçün müvafiq işləri görmək səlahiyyətləri olan şəxslərə tapşırıqlar vermək və bununla bağlı başqa səlahiyyətləri həyata keçirmək hüququ olmamış, digər tərəfdən isə o, özü də hər hansı vəzifəli şəxsdən bu haqda göstəriş almamışdır. İş üzrə keçirilmiş əmək təhlükəsizliyinin tədqiqi haqqında məhkəmə ekspertizasının 10 may 2022-ci il tarixli 10/1359 nömrəli rəyindən görünür ki, Ağcabədi rayonu, Şənlik kəndin ə gedən yolun kənarında quraşdırılan transformatorda təmir işlər müvafiq təşkilatitexniki tədbirlər (naryad tərtib edilməsi, iş yerinin hazırlanması, zəruri açılmalar aparılması və sair) görülmədən aparıldığına görə baş vermiş hadisə ilə əlaqədar “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 1.6.6, 1.6.12, 2.1.1, 2.1.2, 2.1.8 və 3.1.1.1-ci bəndlərinin tələbləri pozulmuşdur ki, bu da baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Elektrik təhlükəsizliyi üzrə xüsusi qrupa malik və operativ heyətin üzvü olmayan işçini elektrik qurğusunun təmiri işinə cəlb etdiyi və həmin işin təhlükəsiz görülməsi üçün lazımi təşkilati-texniki tədbirlərin (naryad tərtib edilməsi, iş yerinin hazırlanması, zəruri açılmalar aparılması və sair) görülməsini təmin etmədiyi üçün “E lektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 1.6.6, 1.6.12, 2.1.1, 2.1.2və 3.1.1.1-ci bəndlərinin tələbləri həmin işin görülməsi barədə göstəriş vermiş "xxxx" ASC-nin Ağcabədi Elektrik şəbəkəsinin nəzarətçi mühəndisi Məhkum tərəfindən pozulmuşdur. 110/35/10 kV-luq Ağcabədi yarımstansiyasında növbətçi-mühəndis işləyən Təqsirləndirilən şəxs 10 kV-luq “Nizami” hava xəttini şəbəkədən ayırmaq barədə bildirməsinə baxmayaraq, sonuncu səhvən xüsusi sərfiyyat transformatorunun xəttini ayırmaqla əməliyyatın düzgün aparılmasını təmin etmədiyinə görə onun tərəfindən “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 2.1.8-ci bəndinin tələbləri pozulmuşdur. Hadisənin baş vermə səbəbinin şəxslərin hərəkətləri ilə bağlı olduğunu nəzərə a laraq, transformatorun texniki vəziyyəti ilə baş vermiş hadisə arasında səbəbli əlaqə olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020- ci il tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 1.6-cı bəndinin (Heyətə dair tələblər) 1.6.6-cı yarımbəndinə əsasən elektrik və istilik qurğularında və avadanlıqlarında əməliyyat çevirmələri operativ və operativ-təmir heyəti tərəfindən yerinə yetirilir. Çevirmələrə ikinci şəxs qismində yalnız istehlakçı müəssisənin müvafiq profil üzrə xidmətinin təmir və texniki heyətinin cəlb olunmasına icazə verilir. Qeyd edilən bəndin 1.6.12-ci yarımbəndinə əsasən gərginliyi 1000 V-dək olan elektrik qurğularında işlərin aparılması üçün elektrik qurğusuna xidmət edən, elektrik təhlükəsizliyi üzrə III qrupa malik, operativ heyətin üzvü olan işçilər buraxılır. “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 2.1-ci bəndinin (İşlərin təhlükəsiz aparılması ilə bağlı məsuliyyət) 2.1.1-ci yarımbəndinə əsasən elektrik və istilik qurğularında, şəbəkələrdə və avadanlıqlarda işlərin təhlükəsizliyini təmin edən təşkilati tədbirlər olaraq aşağıdakılar qəbul olunur: a) zəruri açılmalar aparılmalıdır; b) kommutasiya aparatlarının səhv və ya özbaşına qoşulması nəticəsində iş yerinə gərginlik verilməsinin qarşısını alan tədbirlər görülməlidir; c) kommutasiya aparatlarının əl intiqallarına və məsafədən idarəetmə açarlarına qadağanedici plakatlar asılmalıdır; ç) torpaqlanmalı olan cərəyan daşıyan hissələrdə gərginliyin olmaması yo xlanılmalıdır; d) torpaqlanma qoyulmalıdır (torpaqlanma bıçaqları qoşulmalıdır, onların olmadığı yerlərdə səyyar torpaqlanma qurğusu quraşdırılmalıdır); e) “torpaqlanma” göstərici plakatları asılmalıdır; ə) lazım olarsa, iş yerləri və gərginlik altında qalan cərəyan daşıyan hissələr çəpərlənməli və təhlükəsizlik plakatları asılmalıdır. Şərh olunan, biri-birini tamamlayan, məhkəmələr tərəfindən CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilərək qiymətləndirilmiş, mümkünlüyü və mötəbərliyi şübhə doğurmayan sübutlara əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum qarşı irəli sürülmüş və onun təqsirli bilindiyi ittiham həmçinin CM-nin 309.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin dispozitiv əlamətləri ilə tam uzlaşır və bu baxımdan, kassasiya şikayətində iddia edildiyi kimi, ona əməlində cinayət tərkibinin olmaması və ya başqa əsasla bəraət verilməsi mümkün deyil. Belə ki, CM-nin 309.2-ci maddəsinin tələbinə əsasən, həmin maddədə CM-nin 309.1-ci maddəsinə istinadən müəyyən edilmişdir ki, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi ağır nəticələrə səbəb olduqda, belə əməllər həmin şəxsin qeyd olunan maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Cinayət qanununun təhli edilən normasının tələbindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlinin vəzifə səlahiyyətlərini aşma cinayəti kimi qiymətləndirilməsi üçün araşdırılmış sübutlarla aşağıdakı halların təsdiq edilməsi tələb olunur: 1) motivindən və məqsədindən asılı olmayaraq vəzifəli şəxsin s əlahiyyətlərinə aid olmayan hərəkətlər etməsi; 2) fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada, yaxud ağır nəticələrin baş verməsində ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsi; 3) əməllə nəticə arasında səbəbli əlaqənin olması. Əvvəla iş materialları ilə təkzibedilməz şəkildə müəyyən olunur ki, Məhkum hazırki iş üzrə ona ittiham olunan əməli törədərkən, yəni X7un ölümü ilə nəticələnən hadisənin baş verdiyi 06 fevral 2022-ci il tarixdə "xxxx" ASC-nin Aran Regional enerji təchizatı və satışı idarəsinin Ağcabədi Elektrik şəbəkəsinin satış üzrə nəzarətçi-mühəndisi vəzifəsində işləməklə vəzifəli şəxs olmuşdur. Araşdırılmış sübutların təhlili həmçinin göstərir ki, tamamilə başqa səlah iyyətlərə malik olan Məhkum buna səlahiyyəti olmadığı halda, yəni vəzifə səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxaraq ümumiyyətlə Elektrik şəbəkəsində işləməyən X7a Ağcabədi rayonunun Şənlik kəndində yerləşən transformatorda baş vermiş qəzanın aradan qaldırılmasını tapşırmış, hazırki iş üzrə məhkum olunmuş Təqsirləndirilən şəxs öz növbəsində vəzifə səlahiyyətlərinə səhlənkar yanaşaraq “Nizami” hava xəttinin əvəzinə səhvən xüsusi sərfiyyat transformatorunun xəttini şəbəkədən ayıraraq faktiki olaraq qeyd edilən transformatora elektrik cərəyanının ötürülməsini dayandırmamış, bu barədə X7a yanlış məlumat vermiş, məhkum olunmuş həmin iki şəxsin törətdiyi əməlləri nəticəsində isə heç bir təhlükəsizlik avadanlığı olmayan, digər tərəfdən isə sərxoş vəziyətdə olan və cərayan olan xəttd ə işləməyə başlamış X7 cərayanın vurması nəticəsində ağır xəsarətlər alaraq ölmüş, yəni bu ictimai təhlükəli nəticə həm Məhkum, həm də Təqsirləndirilən şəxs onlara ittiham olunmuş əməlləri törətmələri səbəbindən baş vermiş, X7 isə qəza olan transformatorda hər hansı başqa şəxsin deyil, məhz Məhkum tapşırığına əsasən işləməyə başlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, bütün bu hallar Məhkum CM-nin 309.1-ci maddəsinin dispozisiyasında göstərilən əməlləri törətməsi, həmin əməllərin ağır nəticəyə ehtiyatsızlıqdan X7un ölümünə səbəb olması və törədilmiş əməllə baş vermiş nəticə arasında səbəbli əlaqənin olmasına, nəticə etibarı ilə isə onun CM-nin 309.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinə dəlalət edir. Buna görə, məhkəmə kollegiyası bu haqda birinci və apellyasiya instans iyası məhkəmələrinin iş üzrə gəldikləri nəticə ilə razılaşaraq belə qənaətə gəlir ki, Məhkum ona istinad olunan əməli törətməsi tam sübuta yetirilməklə həmin əməl CM-nin 309.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və belə olan halda müdafiəçi U.X.Abdurəhmanlının kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayraq və həmin dəlilləri adı çəkilən məhkumun cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirərək şikayətin təmin edilməsi, Məhkum barəsindəki cinayət işi üzrə icraata isə -xitam verilməsi üçün heç bir əsas görmür. Məhkum barəsində seçilmiş cəza tədbirinin – şərti məhkum etmənin açıq-aşkar yüngül olması ilə bağlı dövlət ittihamçısı İ.H.Əsədovun kassasiya protestində irəli sürdüyü dəlillərə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cinay ət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı nəzərə alınmalı digər hallara uyğun olmalıdır. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında məhkəmələrə ünvanlanmış tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmadan təqsirləndirilən şəxsə təyin edilmiş cəza, yaxud da onun barəsində tətbiq hər hansı digər cinayət-hüquqi xara kterli tədbir ədalətsiz və qanunsuz hesab edilə bilər. Belə ki, CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növ lərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinə görə, cəza sosia l ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı y üngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o, da nəzərə alınmalıdır ki, CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən CM-nin 59.1.1-59.1.14-cü maddəsində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinin tələblərinə görə isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüng ülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Hökmün əsaslı olmasına dair tələblər təsbit edilmiş CPM-nin 349.5-ci maddəsinin mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Re spublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzaslarından görünür ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqq ında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəm iyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habe lə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Göstərilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlər inin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CMnin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Kassasiya müraciətləri ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından, o cümlədən Məhkum müxtəlif xəstəliklərdən əzab çəkməsi haqqında sənədlərdən görünür ki, o, əvvəllər məhkum olunmamış, onun himayəsində heç bir yerdə işləməyən arvadı var, məhkum yaşayış yerindən müsbət xarakterizə olunur, 2017-ci ilin sentyabr ayında Mərkəzi Gömrük Hospitalında stasionar müalicədə olarkən onda LAD damarında 80%, HL damarında 80%,90%, RCA damarının distal seqmentində 80% darlıq aşka r edilmiş, 16 sentyabr 2017 tarixdə ona həmin Hospitalda LAD, HL, RCA damarına 5 ədəd “resolute inteqrity” (3,5x38mm, 3.0x12mm, 2.5x12mm, 3.5x22mm, 3.0x38mm) stend implant edilmiş, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Patomorfologiya Laboratoriyası tərəfindən Patohistoloji Müayinə edilərkən onda yoğun bağırsağın hiperplastik polipi üçün xarakter morfoloji mənzərə və yoğun bağırsaq polipi, polipektomiya xəstəliyi aşkar olunaraq xəstənin həkim nəzarətində olması məsləhət görülmüş, Milli Onkologiya Mərkəzində müayinə zamanı “enən çənbər bağırsağın dimunitiv polipi, Kolit”, “Ödemli qastrologiya, Kardiyanın çatmamazlığı” “Erozivı bulbit, Reflüks qastrit, öd yolları disfunksiyasının endoskopik əlamətləri, kor bağırsağında şişkin büküşlər, enən çənbər bağırsaqda eritema sahələri, 6-7mm ölçüdə çəhrayı polip, anal kanalda hemorroidal hiperplpziya” diaqnozlu xəstəliklərin olması müəyyən olunmuşdur. Zərər çəkmiş şəxs X7un hüquqi varisi qismində tanınmış X6 məhkəməyə ünvanlandığı və notarial qaydada təsdiq olunmuş ərizəsinə görə, o, həm Məhkumlə, həm də Təqsirləndirilən şəxsla barışmış, onları bağışlayır və onlara qarşı heç bir şikayət və tələbi yoxdur, buna görə də sonunculara azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir (CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş hal). İlk növbədə qeyd olunan sübutların məcmusuna qiymət verən birinci instansiyası məhkəməsi məhz həmin sübutlara əsaslanaraq, digər tərəfdən isə Məhkum özünü ona qarşı ittiham üzrə qismən təqsirli bilməsinə baxmayaraq faktiki olaraq həmin ittiham üzrə müəyyən edilmiş hallar a uyğun səmimi ifadələr verərək öz əməlindən peşmançılıq çəkməsini bildirməsinə, eyni zamanda iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsinə görə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədə uyğun hesab etmiş, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası həm işin müəyyən edilmiş hallarından, həm də məhkəmələr tərəfindən CM-nin 59.2-ci maddəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdikləri hallardan çıxış edərək hesab edlir ki, hər iki məhkəmənin gəldikləri bu nəticə qanunidir, əsaslıdır və ədalətlidir və Məhkum cəmiyyətdən təcrid olunmadan, yəni ona təyin olunmuş cəzanı real çəkmədən islah oluna bilməsi mümkündür. Belə qənaətə gələrkən məhkəmə ko llegiyası həmçinin cinayət qanunvericiliyinin aşağıda göstərilən normalarına və cəza təyini ilə bağlı vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərardakı tövsiyələrə əsaslanır. Belə ki, CM-nin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-nin 70.2-ci maddəsinin tələblərindən görünür ki, məhkəmə şərti məhkum etmə təyin edərkən tö rədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdır an hallar. Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Məhkəmələr tərəfindən Məhkum yaşayış yerindən müsbət xasiyyətləndirilməsinin və onun törətdiyi əməlindən peşmançılıq çəkməsinin əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınması barədə kassasiya protestinin dəlillərinə cavab verərək məhkəmə kollegiyası əvvəla qeyd edir ki, adı çəkilən məhkumun həqiqətən müsbət cəhətdən xarakterizə olunması ibtidai araşdırma orqanı tərəfindən iş üzrə istintaq aparılarkən hər hansı qanun pozuntusuna yol verilmədə n əldə edilmiş xasiyyətnamə ilə təsdiq olunur və bu halın olması ittiham aktında da göstərilmişdir. İş materiallarından göründüyü kimi, istər birinci instansiya, isərsə də apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında dövlət ittihamını müdafiə etmiş prokurorlar da həmin xasiyətnamənin yol verilməz sübüt olmasını mübahisələndirməmiş, saxtalığı və ya onun qanunsuzluğuna dəlalət edən digər əlamətləri müəyyən edilməyən həmin rəsmi sənədin sübutlar siyahısından çıxarılması, yaxud da xasiyyətnamədə əksini tapmış hər hansı halla bağlı araşdırmanın aparılması barədə təşəbbüs irəli sürməmiş və ibtidai araşdırma orqanı ilə yanaşı məhkəmələr də haqlı olaraq həmin xasiyyətnaməyə əsaslanaraq cinayət törətməyə meylli olmayan Məhkum müsbət cəhətdən xərakterizə olunması barədə nəticəyə gəli b bu halı CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirməklə onu Məhkum barəsində cəza tədbirinin seçilməsi zamanı nəzərə almışlar. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri bilir ki, Ali Məhkəmənin Cinayət Kollegiyası tərəfindən baxılmış digər cinayət işlərinin təhlili nəticəsində müəyyən edilir ki, həmin işlər üzrə də belə hal müvafiq xasiyyətnamə ilə təsdiq olunduğu halda məhkəmələr bir qayda olaraq məhkum olunmuş şəxslərin yaşayış, təhsil və ya iş yerləri üzrə müsbət cəhətdən xasiyyətləndirilmələrini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirərək həmin halı cəza təyini zamanı nəzərə almış, bu halın olmasını hətta dövlət ittihamçıları da məhkəmə çıxışlarında bildirmiş və sonuncular əksər hallarda verilmiş xasiyyətnamədə göstərilən hallar ı mübahisələndirməyərək həmin sənədləri mötəbər hesab etmişlər. Kassasiya protestinin CM-nin 72-ci maddəsinə istinad olunmaqla Məhkum səmimi peşmançılığı ilə bağlı dəlilinə münasibət bildirən məhkəmə kollegiyası, bir sıra əvvəlki qərarlarında göstərdiyi kimi, növbəti dəfə vurğulayır ki, səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etməyə dair tələblər nəzərdə tutulmuş CM-nin 72.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Göründüyü kimi, həmin maddədə qanunverici cinayət törətmiş şəxsin səmimi peşmanlıqla bağlı cinayət məsul iyyətindən azad edilməsi üçün mütləq şəkildə məcmu şəklində aşağıdakı şərtlərin olması barədə tələb irəli sürür: a) şəxs yalnız böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsinə görə təqsirləndirilməli; b) həmin şəxs könüllü gəlib təqsirini boynuna almalı; c) belə şəxs cinayətin üstünün açılmasına fəal kömək etməli, cinayət nəticəsində dəymiş ziyanı ödəməli və ya vurulmuş zərəri başqa yolla aradan qaldırmalıdır. Səmimi peşmanlığın dispozitiv əlamətləri kimi cinayət qanunvericiliyində cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması kimi hallar nəzərdə tutulmuşdur ki, belə hallar müəyyən edildikdə böyük ictimai təhlük törətməyən cinayət törətmiş şəxs həmin hallara əsasən cinayət məsuliyyətindən azad edilə bilər. Şəxsin digər kateqoriyalara aid (az ağır, ağır və ya xüsusilə ağır) cinayətər törətməsi halında isə hətta səmimi peşmanlıqla bağlı yuxarıda göstərilən hallar müəyyən edildikdə belə onun CM-nin 72.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi mümkün deyil. Belə olduqda isə məhkəmələr cəza təyini zamanı səmimi peşmanlığın müəyyən edilməsinə dəlalət edən halları həm ayrı-ayrılıqda, həm də cəm şəklində səmimi peşmanlıq kimi cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə ala bilərlər. Hazırki işin hallarına görə, əvvəla Məhkum törətdiyi cinayət ağır cinayətlər kateqoriyasına aiddir və buna görə məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında onun CM-nin 72.1-ci maddəsinə əsasən cina yət məsuliyyətindən azad edilməsini heç müzakirə belə etməmişlər, halbuki onun cinayət törətdikdən sonra etdiyi hərəkətlər, ibtidai araşdırma zamanı və məhkəmə iclaslarındakı davranışı və verdiyi eyni məzmunlu ifadələrində təqsirini qismən də olsa etiraf etməsi onun əməlindən səmimi peşmanlıq çəkməsinə dəlalət edir. Təsvir edilənlərdən belə nəticə hasil olur ki, Məhkum hökmdən apellyasiya şikayəti, müdafiəçisinin isə həm hökmdən apellysiya şikayəti və apellyasya instansiyası məhkəməsinin qərarından kssasiya şikayəti verəmələrinə baxmyaraq, məhkumun səmimi peşmanlığı ilə bağlı bütün hallar araşdırılmış sübutlarla öz təsdiqini tapır və məhkəmələr də bu halları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində səmimi peşmanlıq kimi nəzərə alarkən heç bir qanun pozuntusuna, o cümlədən CM-nin 72.1-ci m addəsinin tələblərinin pozulmasına yol verməmişlər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cəza təyini zamanı cinayət törətmiş şəxsin səmimi peşmanlığı məsələsinə təkcə cinayət hüquqi normalarının tələbləri baxımından deyil, həm də fəlsəfi nöqteyi nəzərdən diqqət yetirilməli və bu hal da təqsirkarın şəxsiyyətini səciyələndirən, digər tərəfdən isə cəzanı yüngülləşdirən hal kimi cəza təyini zamanı nəzərə alına bilər. Belə ki, fəlsəfi mənada peşmançılıq şəxsin etdiyi və ya etmədiyi hərəkətlərə görə keçirdiyi dərin təəssüf hissidir. Bu hissi keçirən şəxslərin digərlərindən fərqi ondan ibarətdir, onlar etdikləri hərəkətə, onun nəticələrinə biganə yanaşmır və etdikləri, yaxud da etmədikləri hərəkətə görə mənəvi əziyyət çəkirlər, bunu isə istər ifadələrində, istərsə də digər hərəkətlərində ifad ə edə bilərlər. Məhkəmə kolegiyası hesab edir ki, belə səmimi peşmanlıq həmçinin hər hansı cinayətin törədilməsinə görə təqsirli bilinmiş şəxsin cinayət törətməyə meylli şəxs olmamasının və tez bir zamanda islah oluna bilməsinin göstəricisidir. İş üzrə araşdırılmış sübutların, Məhkum verdiyi ifadələrin, habelə onun zərərçəkmiş şəxsin ailəsinə maddi yardım göstərməsi ilə bağlı etdiyi hərəkətlərin təhlili göstərir ki, o, məhkəmə istintaqı zamanı verdiyi ifadələrində törətdiyi əmələ görə pemançılıq çəkməsini bildirmiş, onun bu hissi keçirməsi ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq verdiyi ifadələrin biri-biri ilə üst-üstə düşən məzmunu ilə də təsdiq olunur, həmçinin araşdırılmış sübutlarla müəyyən edilir ki, o, zərərçəkmiş X7un ailəsinin maddi tələblərinin ödənilməsi üçün lazımi yardımlar edir, bu hallar da məhkumun yuxarıda göstərilənlərlə yanaşı həm də fəlsəfi nöqteyi nəzərdən səmimi peşmanlığından xəbər verir. Məhkəmə kollegiyası onu da vurğulayır ki, kassasiya qaydasında baxılmış bir çox işlərin öyrənilməsi və təhlili göstərir, həmin işlər üzrə məhkum olunmuş şəxslərin törətdikləri cinayət əməllərini səmimi etiraf edərək peşmançılıq çəkmələri bu işlər üzrə də onlara cəza təyin edilərkən CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilmiş, lakin bu məsələ də işlərə baxılmasında iştirak etmiş və təyin olunmuş cəzanın növü və həddi ilə razılaşmış dövlət ittihamçıları tərəfindən pozuntu hesab hesab edilməmiş və onlar məhkəmələrin mövqeyil ilə razılaşaraq birinci instansiya məhkəmələrinin hökmlərindən və ya apellyasiya instansiyası məhk əmələrinin hökm və qərarlarından müvafiq olaraq verdikləri apellyasiya və ya kassasiya protestlərində həmin məsələni mübahisələndirməmişlər. Beləliklə, məhkəmə kollegiyası birinci və apellyasiya instansiya məhkəmələrinin Məhkum barəsində cəza tədbirinin seçilməsi (şərti məhkum etmənin tətbiq edilməsi) məsələsini müzakirə edərkən əsaslandıqları halların cəzanı yüngülləşdirən hallar kimi hesab etmələrində heç bir qanun pozuntusu müəyən etmir, çünki onlar elə həm cinayət qanunvericiliyin özündə nəzərdə tutulmuş, həm də, qanunun tələb etdiyi qaydada müəyyən edilmişdir (CPM-nin 139.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq). Məhkəmə kollegiyası hesab edir ki, bu nəticənin şübhə altına alınması və onunla razılaşmamaq üçün əsaslar mövcud deyil. Dövlət ittihamçısının isə kassasiya protestində i stinad etdiyi halların ümumilikdə Məhkum şəxsiyyətinə, ailə vəziyyətinə, yaşına və səhhətinə, habelə cinayət təqibinin aparıldığı dövrdə davranışına münasibətdə cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınması mümkün deyil ona görə ki, belə halların dairəsi CM-nin 61.1.1-61.1.13-cü maddələri ilə məhdudlaşdırılmışdır. CM-nin 61.2-ci maddəsinə əsasən isə cəza təyin edilərkən həmin maddələrdə göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Məhkəmə kollegiyası həmçinin nəzərə alınmasını lazım bilir ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında xüsusi olaraq məhkəmələrə cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsini, cəzanın növünü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutmaları, cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirmələri tövsiyə edilmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda təsvir olunanlara əsaslanaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya protesti ilə ehtiva olunan CPM-nin 416.1.21ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol veilməməsini müəyən edir və buna görə həmin p rotestin dəlillərini qəbul edilməz sayaraq bu kassasiya müraciətinin də təmin edilməsi üçün əsaslar görmür. Buna görə, məhkəmə kollegiyası kassasiya müraciətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə bir daha təhlil edərək və kassasiya şikayətinin təmin edilməsi, kassasiya protestinin isə təmin edilməməsi barədə Məhkum, onun müdafiəçisi U.X.Abdurəhmanlının və zərər çəkmiş şəxsin hüquqi varisinin, kassasyia protestinin təmin olunması, kassasiya şikayətinin isə təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti və kassasiya protesti təmin edilməməli, Məhkum CM-nin 309.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Aprellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2023-cü il ta rixli qərarı kassasiya müraciətlərinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti və kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2246/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2246/2023
14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver