Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-225/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum iştirakları ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-ni n 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2019cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Ağayev Elçin Zəkəriyə oğlu) xx xxxxxx 1993-cü ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Ağsu rayonu, S.Vurğun küçəsi, ev 69-da qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə YYM-də yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 il 06 ay müdd ətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 01 dekabr 2018-ci il tarixdə saat 18:30-dan 19:10-dək olan müddət ərzində Bakı şəhəri Binəqədi rayonu Sumqayıt şossesi 3 ünvanda yerləşən Bakı Beynəlxalq Avtovağzalının içərisində küçə ticarəti ilə məşğul olan şəxslər - X4, X7, X5, X8, X9, X16 və şəxsiyyətləri naməlum olan digər şəxslərlə razılaşaraq, avtovağzalın rəhbərliyinin küçə ticarəti və səyyar satışa qoyduqları qadağadan narazı qalıb bunu bəhanə edərək, əsaslı səbəb olmadan, bir qrup şəxs halında ictimai qaydalara qarşı etinasızlıq göstərərək, əxlaq normalarını, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış və ictimai qaydalar ı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik edərək, bilərəkdən özlərini ictimai qaydaya qarşı qoymaqla gücünü nümayiş etdirməyə cəhd edərək avtovağzalın içərisində ictimai qaydanın qorunması üzrə vəzifələrini yerinə yetirərək onların xuliqanlıq hərəkətlərinin qarşısını almağa çalışan mühafizəçilər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı müqavimət göstərərək, zor tətbiq etməklə hədələyib daha sonra isə onların hər birinə qarşı zor tətbiq edərək sillə, yumruq və təpik zərbələri ilə vurub Zərərçəkmiş şəxs1 sağlamlığa zərər vurmayan dərəcələri təyin olunmayan boynun sol yan səthinin sıyrıqları xəsarətləri ilə müşayiət olunan, Zərərçəkmiş şəxs4 sağlamlığa zərər vurmayan, dərəcələri təyin olunmayan, burun ucunun, sağ çənə cismi proyeksiyasının sıyrıqları, boynun sol və sağ yan səthinin qançırları ilə müşayiət olunan, Zərərçəkmiş şəxs3 sağlamlığa zərər vurmayan dərəcələri təyin olunmayan sol əlin arxa səthinin sıyrığı xəsarətləri ilə müşayiət olunan, Zərərçəkmiş şəxs2 sağlamlığa zərər vurmayan dərəcələri təyin olunmayan, boynun sol yan səthinin sıyrığından ibarət olan bədən xəsarətləri yetirmiş, sonra isə X8 avtovağzalın inzibati binasının şüşəsini əlində olan bıçağı silah qismində istifadə etməklə bıçağın qulpu ilə sındırmış, Məhkum isə bel nahiyyəsindən çıxartdığı bıçağı silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs4 vurmaq istəmiş, lakin sonuncu zərbədən yayındığına görə bu mümkün olmamış, Məhkum daha sonra inzibati binanın yanğın şitinin şüşəsini əlində olan bıçağı silah qismində istifadə edərək, bıçağın qulpu ilə sındırıb Bakı Beynəlxalq Avtovağzalına ümumilikdə 2500 manat maddi ziyan vurulması ilə nəticələnən qərəzli xuliqanlıq hərəkətləri etmişlər. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Abbasov Mirzəli Əbdüləli oğlu, hakimlər Rəhimov Elmar Eldar oğlu və Mursaqulov Vaqif Ənvər oğlundanibarət tərkibdə) 30 iyul 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddində cəza təyin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmünü və apellyasiya məhkəməsinin qərarını ədalətsiz hesab edir. Belə ki, məhkəmələr tərəfindən törədilmiş əməlin tövsifində, ona istinad edilən əməlin tövsifində məhkuma istinad edilən əməllərin heç birinə münasibət bildirmədən, onun azadlıqdan məhrum olunmasına ailə şəraitinə təsirini və vəziyyətini yüngülləşdirən digər hallar nəzərə alınmamışdır. Odur ki, göstərilənlləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsini qərarını ləğv etməklə, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddində cəza təyin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələ ləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, həmin məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkum təqsirli bilindiyi cinayət əməli birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sü buta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması qərarda göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair nəticəsi ilə razılaşmışdır. Məhkum törətdiyi əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkumun təqsirli bilinməsi və əməlin tövsifi baxımından qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, şikayətdə də bu məsələlər mübahis ələndirilmir. Kassasiya şikayətində Məhkum aşağı həddə cəza təyin edilməsi xahiş olunur və bunlarla əlaqədar bir sıra dəlillərə istinad edilir. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında bu dəlillərlə əlaqədar aşağıdakılar göstərilmişdir: “...Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli, 1 (001)-213/2019 saylı hökmü dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə g örə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəmə tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətində, əməlin hüquqi tövsif məsələsi mübahisələndirilməklə ona ittiham olunduğu maddə üzrə icraata xitam verilməsi və əməlinin CM-nin müvafiq maddəsinə tövsif edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aparılan məhkəmə istintaqı zamanı verilmiş ifadələrin mötəbərliyi şübhə doğurmadığından və iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığından, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş, obyektiv sübutların məcmusu ilə Məhkum ittiham olunduğu maddə üzrə cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair həm ibtidai istintaq orqanı, həm də i şə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun qeyd edilən cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli, 1(001 )-213/2019 saylı hökmü ilə Məhkum əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanin növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardir. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həya şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o c ümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Birinci istansiya məhkəməsi tərəfindən aparılan icraat zamanı məhkum edilmiş şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Bununla da onun ittiham olunduğu maddənin sanksiyyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət qa nununun yuxarıda qeyd olunan normalarının tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun göstərilən qərarının tövsiyyələrini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəza onun şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Birinci instansiya məhkəməsinin hökmü ilə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə riayət olunmuş, Məhkum təqsirli bilindiyi cinayət qanununun maddəsinin sanksiyası ilə müəyyən edilmiş hüdudlar daxilində, cəzanın məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir....”. Göründüyü kimi, apellaysiya məhkəməsi şikayətin həmin dəlillərinə münasibət bildirmiş, nə səbəb dən onlarla razılaşmadığını qərarda göstərmiş, buna dair nəticəni işin hallarına, qanunun tələblərinə, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə iş materiallarına və işin faktiki hallarına, habelə qanun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Şikayətin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə görə məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiy a instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şikayətdə cəzanı yüngülləşdirilməli olduğu iddia olunsa da, müdafiə tərəfinin irəli sürdüyü bu dəlil iş materiallarına uyğun deyildir. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik və dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (o cümlədən kassasiya şikayətində də göstərilən) və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum i slah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bu baxımdan da qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-225/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-225/2020
19.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver