Məhkəmə qərarları › İş №1(102)-225/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-225/2023

19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-225/2023 19.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X20, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X10, zərərçəkmiş şəxslər X43 və X21, Məhkum iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Salyan Rayon Məhkməsinin 22 fevr al 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim A.H.Səmədov) Məhkum (xx xx xx 1987-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, Salyan Rayon Məhkəməsinin 12 noyabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə qəti olaraq 2500 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qərarı ilə cərimə cəzasının ödənilməmiş 2300 manat təşkil edən hissəsi 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, cəza 17 iyul 2020-ci ildə tam çəkilib qurtarmışdır, ünvan 1 ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tə qsirli bilinərək, 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 13 sentyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim R.M.Cəfərov, hakimlər E.İ.Əliyev və İ.Q.Abdullayevdən ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi X50 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkməsinin 22 fevral 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Hökmə əsasən, Məhkum təkrar dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayət əməlini törətmişdir. Belə ki, o, tama h niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvanxx sakini X35 etibarından sui-istifadə edərək 2070 manat pul verəcəyi təqdirdə sonuncuya əlilliklə bağlı təqaüdün, həmçinin övladlarına sosial yardım müavinətinin verilməsini təmin edəcəyi barədə yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 2020-ci il oktyabrın 12-də Salyan şəhərində yerləşən işlədiyi fərdi sığorta agentliyində xxx11dən həmin pulu alaraq sonuncunun 2070 (iki min yetmiş) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvanxx sakini X14 etibarından sui-istifadə edərək 2700 manat pul verəcəyi təqdirdə sonuncunun övladlarına sosial yardım müavinətinin verilməsini təmin edəcəyi barədə yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 2020-ci il noyabrın 3-də Salyan şəhərində yerləşən işlədiyi fərdi sığorta agentliyində xxx12dan həmin pulu alaraq sonuncunun 2700 (iki min yeddi yüz) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvanxxsakini X22 etibarından sui-istifadə edərək 850 manat pul verəcəyi təqdirdə sonuncunun nəvəsi X44 “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə təmin edəcəyi barədə yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 2021-ci il fevralın 10-da Salyan şəhərində yerləşən işlədiyi fərdi sığorta agentliyində xxx13d an həmin pulu alaraq sonuncunun 850 (səkkiz yüz əlli) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədiləünvanxx sakini X4 etibarından sui-istifadə edərək, 800 manat pul verəcəyi təqdirdə sonuncunu “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə təmin edəcəyi barədə yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 2021-ci il fevralın 19-da ünvanxxndə yol kənarında xxx14dan həmin pulu alaraq sonuncunun 800 (səkkiz yüz) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədiləünvanxx sakin i X3 etibarından sui-istifadə edərək 1690 manat pul verəcəyi təqdirdə sonuncunu və atası X6 “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə təmin edəcəyi barədə yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 2021-ci il fevralın 20-də ünvanxxndə yol kənarında xxx15dən həmin pulu alaraq sonuncunun 1690 (bir min altı yüz doxsan) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvanxx sakini X11 etibarından sui-istifadə edərək, 950 manat pul verəcəyi təqdirdə sonuncunu “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə təmin edəcəyi barədə yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 2021-ci il martın 2-də Salyan şəhərində yerləşən işlədiyi fər di sığorta agentliyində xxx16dən həmin pulu alaraq sonuncunun 950 (doqquz yüz əlli) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvanxxsakini X45 etibarından sui-istifadə edərək 1100 manat pul verəcəyi təqdirdə sonuncunu “DE” kateqoriyalı sürücülük vəsiqəsi ilə təmin edəcəyi barədə yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 2021-ci il martın 3-də Salyan şəhərində yerləşən işlədiyi fərdi sığorta agentliyində xxx17dan həmin pulu alaraq sonuncunun 1100 (bir min yüz) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya a ldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvanxxsakini X7 etibarından sui-istifadə edərək, 930 manat pul verəcəyi təqdirdə sonuncunu “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə təmin edəcəyi barədə yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 2021-ci il martın 7-də ünvanxxndə xxx19un yaşadığı evin yaxınlığında yol kənarında sonuncudan həmin pulu alaraq xxx19un 930 (doqquz yüz otuz) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvanxxsakini X5 etibarından sui-istifadə edərək, 830 manat pul verəcəyi təqdirdə sonuncunun oğlu xxx20u “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə təmin edəcəyi barədə yalan vəd verməklə a ldadıb inandırdıqdan sonra 2021-ci il martın 18-də Salyan şəhərində yerləşən işlədiyi fərdi sığorta agentliyində xxx21dan həmin pulu alaraq sonuncunun 830 (səkkiz yüz otuz) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvanxx sakini X29 etibarından sui-istifadə edərək 1100 manat pul verəcəyi təqdirdə sonuncunu “DE” kateqoriyalı sürücülük vəsiqəsi ilə təmin edəcəyi barədə yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 2021-ci il aprelin 1-də ünvanxxində yol kənarında xxx22nin atası X23 həmin pulu alaraq xxx23nin 1100 (bir min yüz) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Salyan şəhər sakini X1 etibarından sui-istifadə edərək sonuncunun arvadı X2 əlilliklə bağlı təqaüd verilməsini təmin edəcəyi barədə yalan vəd verməklə aldadıb inandırdıqdan sonra vahid niyyətlə 2021-ci ilin martın 25-də Salyan şəhərində yerləşən işlədiyi fərdi sığorta agentliyində xxx24dən 2000 manat, martın 29-da həmin agentlikdə 700 manat, aprelin 5-də həmin agentlikdə 1000 manat olmaqla, ümumilikdə 3700 (üç min yeddi yüz) manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədiləünvanxx sakini X46 etibarından sui -istifadə edərək 850 manat pul verəcəyi təqdirdə sonuncunu “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə təmin edəcəyi barədə yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 2021-ci il aprelin 28-də xxx25un tanışı X36 verdiyi həmin pulu Salyan şəhərində yerləşən işlədiyi fərdi sığorta agentliyində sonuncudan alaraq xxx42un 850 (səkkiz yüz əlli) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvanxxsakini X24 etibarından sui-istifadə edərək 1000 manat pul verəcəyi təqdirdə sonuncunu “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə təmin edəcəyi barədə yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 2021-ci il mayın 3-də ünvanxxində xxx26in yaşadığı evin yaxınlığında yol kənarında sonuncudan həmin pulu alaraq xxx27in 1000 (bir min) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvanxxsakini X37 etibarından sui-istifadə edərək 800 manat pul verəcəyi təqdirdə sonuncunu “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə təmin edəcəyi barədə yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 2021-ci il mayın 5-də Salyan şəhərində yerləşən işlədiyi fərdi sığorta agentliyində xxx28dən həmin pulu alaraq sonuncunun 800 (səkkiz yüz) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvanxxsakini X25 etibarından sui-istifadə edərək 1100 manat pul verəcəyi təqdirdə sonuncunu “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə təmin edəcəyi barədə yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 2021-ci il mayın 10-da Salyan şəhərində yerləşən işlədiyi fərdi sığorta agentliyində xxx29dan həmin pulu alaraq sonuncunun 1100 (bir min yüz) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvanxx sakini X38 etibarından sui-istifadə edərək 1000 manat pul verəcəyi təqdirdə sonuncunu “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə təmin edəcəyi barədə yalan vəd verməklə aldadı b inandırdıqdan sonra 2021-ci il mayın 12-də ünvanxxndə xxx30dan həmin pulu alaraq sonuncunun 1000 (bir min) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvanxx sakini X12 etibarından sui-istifadə edərək 1000 manat pul verəcəyi təqdirdə sonuncunu “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə təmin edəcəyi barədə yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 2021-ci ilin mayın 13-də ünvanxxində yol kənarında xxx31dən həmin pulu alaraq sonuncunun 1000 (bir min) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvanxxsakini X39 etibarından sui-istifadə edərək 900 manat pul verəcəyi təqdirdə sonuncunu “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə təmin edəcəyi barədə yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 2021-ci il mayın 19-da ünvanxxində xxx32dən həmin pulu alaraq sonuncunun 900 (doqquz yüz) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvanxx sakini X15 etibarından sui-istifadə edərək 1500 manat pul verəcəyi təqdirdə sonuncunu “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə, həmçinin ona sosial yardımla bağlı müavinətin verilməsini təmin edəcəyi barədə yalan vəd verməklə aldadıb inandır dıqdan sonra vahid niyyətlə 2021-ci il mayın 11-də ünvanxxndə yerləşən kafedə xxx33dan 900 manat, mayın 21-də həmin kafedə 600 manat olmaqla, ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvanxx sakini X30 etibarından sui-istifadə edərək 900 manat pul verəcəyi təqdirdə sonuncunu “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə təmin edəcəyi barədə yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 2021-ci il mayın 28-də Salyan şəhərində yerləşən işlədiyi fərdi sığorta agentliyində xxx34dan həmin pulu alaraq sonuncunun 900 (doqquz yüz) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlin i törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvanxx sakini X31 etibarından sui-istifadə edərək 800 manat pul verəcəyi təqdirdə sonuncuya idarə etdiyi “Qazel” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrik nömrəsində olan dəyişikliklə əlaqədar olaraq yeni nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsini təmin edəcəyi barədə yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 2021-ci il mayın 29-da Salyan şəhərində yerləşən işlədiyi fərdi sığorta agentliyində xxx35dən həmin pulu alaraq sonuncunun 800 (səkkiz) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvanxx sakini X21 etibarından sui-istifadə edərək 1700 manat pul verəcəyi təqdirdə sonuncunuya təqaüd verilməsini, həmçinin yaşadığı evə qaz xətti çəkilməsini təmin edəcəyi barədə yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 2021-ci il iyunun 17-də ünvanxxində xxx36ın yaşadığı evin həyətində sonuncudan həmin pulu alaraq xxx36ın 1700 (bir min yeddi yüz) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvanxxsakini X16 etibarından sui-istifadə edərək 800 manat pul verəcəyi təqdirdə sonuncunu “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə təmin edəcəyi barədə yalan vəd vermək lə aldadıb inandırdıqdan sonra 2021-ci il iyunun 20-də ünvanxxində xxx37dan həmin pulu alaraq sonuncunun 800 (səkkiz yüz) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvanxxsakini X47 etibarından sui-istifadə edərək 1000 manat pul verəcəyi təqdirdə sonuncunu “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə təmin edəcəyi barədə yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 2021-ci il iyunun 25-də Salyan şəhərində yerləşən işlədiyi fərdi sığorta agentliyində xxx38dən həmin pulu alaraq sonuncunun 1000 (bir min) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti il ə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvanxx sakini X26 etibarından sui-istifadə edərək 1100 manat pul verəcəyi təqdirdə sonuncunu “D” kateqoriyalı sürücülük vəsiqəsi ilə təmin edəcəyi barədə yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 2021-ci il iyulun 7-də ünvanxxndə yol kənarında xxx40dan həmin pulu alaraq sonuncunun 1100 (bir min yüz) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədiləünvanxx sakini X17 etibarından sui-istifadə edərək 900 manat pul verəcəyi təqdirdə sonuncunu “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə təmin edəcəyi barədə yalan vəd verməklə aldadıb inandı rdıqdan sonra 2021-ci il iyulun 8-də ünvanxxndə yol kənarında xxx41dan həmin pulu alaraq sonuncunun 900 (doqquz yüz) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvanxx sakini X8 etibarından sui-istifadə edərək 950 manat pul verəcəyi təqdirdə sonuncunu “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə təmin edəcəyi barədə yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 2021-ci il iyulun 11-də Salyan şəhərində yerləşən işlədiyi fərdi sığorta agentliyində xxx42dən həmin pulu alaraq sonuncunun 950 (doqquz yüz əlli) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvanxx sakini X40 etibarından sui-istifadə edərək 1850 manat pul verəcəyi təqdirdə sonuncunu “DE” kateqoriyalı, oğlu Şamil Kərimlini isə “B” kateqoriyalı sürücülük vəsiqələri ilə təmin edəcəyi barədə yalan vəd verməklə aldadıb inandırdıqdan sonra vahid niyyətlə 2021-ci il iyulun 6-da ünvanxxində yol kənarında xxx47vdan 1000 manat, iyulun 12-də həmin yerdə 850 manat olmaqla, ümumilikdə 1850 (bir min səkkiz yüz əlli) manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvanxxsakini X27 etibarından sui-istifadə edərək 900 manat pul verəc əyi təqdirdə sonuncunu “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə təmin edəcəyi barədə yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 2021-ci ilin iyulun 14-də ünvanxxində xxx46un yaşadığı evin yaxınlığında yol kənarında sonuncudan həmin pulu alaraq xxx46un 900 (doqquz yüz) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvanxx sakini X48 etibarından sui-istifadə edərək 950 manat pul verəcəyi təqdirdə sonuncunu “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə təmin edəcəyi barədə yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 2021-ci il iyulun 25-də Salyan şəhərində yerləşən işlədiyi fərdi sığorta agentliyində xxx45dan həmin pulu alara q sonuncunun 950 (doqquz yüz əlli) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvanxx sakini X32 etibarından sui-istifadə edərək 1000 manat pul verəcəyi təqdirdə sonuncunu “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə təmin edəcəyi barədə yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 2021-ci ilin iyulun 28-də Salyan şəhəri ilə ünvanxxni birləşdirən Kür çayı körpüsünün yaxınlığında yol kənarında xxx44dan həmin pulu alaraq sonuncunun 1000 (bir min) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvanxx sakini X28 etibarından sui-istifadə edərək 1000 manat pul verəcəyi təqdirdə sonuncunu “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə təmin edəcəyi barədə yalan vəd verməklə aldadıb inandırdıqdan sonra vahid niyyətlə 2021-ci ilin iyulun 29-da ünvanxxində xxx43nın yaşadığı evin yaxınlığında sonuncudan 900 manat, iyulun 30-da Salyan şəhərində yerləşən işlədiyi fərdi sığorta agentliyində 100 manat olmaqla ümumilikdə 1000 (bir min) manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvanxx sakini X13 etibarından sui-istifadə edərək 900 manat pul verəcəyi təqdirdə sonuncunun etibarnamə əsasında i darə etdiyi avtomobili adına rəsmiləşdirəcəyi barədə yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 2021-ci ilin avqustun 1-də Salyan şəhərində yerləşən işlədiyi fərdi sığorta agentliyində ZZZ2dan həmin pulu alaraq sonuncunun 900 (doqquz yüz) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvanxx sakini X9 etibarından sui-istifadə edərək 850 manat pul verəcəyi təqdirdə sonuncunu “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə təmin edəcəyi barədə yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 2021-ci il avqustun 1-də ünvanxxndə yol kənarında ZZZ1dan həmin pulu alaraq sonuncunun 850 (səkkiz yüz əlli) manat məbləğində pulunu ələ keçirm əklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvanxx sakini X33 etibarından sui-istifadə edərək 1750 manat pul verəcəyi təqdirdə sonuncunu “DE” kateqoriyalı sürücülük vəsiqəsi ilə təmin edəcəyi, həmçinin sonuncuya “99-xx-100” seriyalı dövlət qeydiyyat nişanı verəcəyi barədə yalan vəd verməklə aldadıb inandırdıqdan sonra vahid niyyətlə 2021-ci ilin avqustun 9-da ünvanxxində ZZZdan 1150 manat, avqustun 10-da ünvanxxndə yol kənarında 600 manat olmaqla, ümumilikdə 1750 (bir min yeddi yüz əlli) manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır k i, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən və apellyasiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən ziaynın qismən ödənilməsi, himayəsində əlil atasının və iki azyaşlı uşağının olması nəzərə alınmamış, nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2022-ci il tarixli qərarının dəyişdirilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəl ləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azınd an həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən və apellyasiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə cəzasının yüngülləşdirilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmi şdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olm alıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddə sində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, o cümlədən cinayətin ictimaitəhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan CM-in 62-ci maddəsinin nəzərdə tutduğu müstəsna hallar, və ya cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyi təqdirdə CM-in 60-cı maddəsinin təsbit etdiyi cəzanı yüngülləş dirən hallar və yaxud da CM-in 65.2-ci maddəsinin nəzərdə tutduğu cinayətlərin residivi, təhlükəli residivi, xüsusilə təhlükəli resdivi kimi hallar olduqda, həmin maddələrdə nəzərdə tutulmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu CM-in 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəs ində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, CM-in 62-ci maddəsinin nəzərdə tutduğu CM-in 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 58.3-cü maddəsində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına təsiri kimi mə sələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum ona həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılan Salyan Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli hökmündən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutla rdan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum 35 epizodda müxtəlif zərərçəkmiş şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş təkrar dələduzluq cinayətlərinin törədilməsində təqsirli olması barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsi qarşısında isə təqsirlilik, əməlin hüquqi tövsifi kimi məsələlər mübahisələndirilməmiş, müdafiəçinin hökmdən verdiyi apellyasiya şikayətində müstəsna olaraq Məhkum hökmlə təyin olunmuş 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının həddindən artıq ağır olması iddia edilməklə cəzanın yüngülləşdirilməsi barədə tələb irəli sürülmüşdür. Apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və tələbi təmin etməyib, Məhkum cəzanın təyin edilməsi hissəsində də Salyan Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli hökmünü dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkəməsi cəzanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə yaxın cəza təyin etməklə baxılan iş üzrə müəyyən edilmiş Məhkum himayəsində azyaşlı uşaqlarının olması, əməllərini etiraf edərək peşmançılıq hissi keçirməsi, zərərçəkmiş şəxslərin bir qisminə zərərin ödənilməsi, yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət xarakterizə olunması kimi halları və cəzasını ağırlaşdıran halların olmamasını Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, Məhkum şəxsiyyəti (xüsuslə də, cinayətlərin residivini yaratmasa da, onun əvvəllər xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətdiyinə görə - CM-in 178.2.4-cü maddəsi ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən çox sayda zərərçəkmiş şəxslərin əmlakının ələ keçirilməsində ifadə olunan təkrar dələduzluq cinayətlərini törətməsi), təyin olunan cəzanın onun islah olunmasına təsiri ilə birlikdə götürməklə tarazlaşdırılmış şəkildə nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Mahiyyət etibarı ilə apellyasiya şikayəti ilə üst-üstə düşən kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarını Məhkum cəzasının yüngülləşdirilməsinə (o cümlədən, Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsinə) əsas verən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Yuxarıda qeyd olunanlar məhkəmələr tərəfindən Azərbaycan Res publikası CinayətProsessual Məcəlləsinin 416.1, o cümlədən 416.1.21-ci maddəsində təsbit olunmuş pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət ko llegiyasının Məhkum barəsində olan 05 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar