Məhkəmə qərarları › İş №1(102)-225/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-225/2024

09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-225/2024 09.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi – Nümayəndə1 Vüsal oğlunun iştirakları ilə, Saatlı Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixl i hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 avqust 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Saatlı Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 1(055)-26/2023 nömrəli (hakim: Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi) hökmü ilə xxxx-cu ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, işləməyən, xxx-da qeydiyyatda olmaqla xxxx yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cə za müddəti ərzində üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuş, cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alı nmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 avqust 2023-cü il tarixli 1(106)546/2023 nömrəli (hakimlər: Abdullayev İlkin Qismət oğlu (sədrliyi ilə), Xasməmmədov Elçin İsgəndər oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Saatlı Rayon Məhkəməsinin 14 iyun 2023cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 avqust 2023-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Saatlı Rayon Məhkəməsinin 14 iyun 2023-cü i l tarixli hökmü ilə, Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə əsasən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 7 fevral 2006-cı il tarixli Qanununun 7-ci maddəsinin, eləcə də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması” Qaydalarının 2.1-ci bəndinin tələblərinə əsasən, 60 yaşına çatdıqdan sonra əmək pensiyası hüququnun yaranması və bundan sonra əmək pensiyasının təyin olunması üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna, yaxud Fondun şəhər (rayon) şöbələrinə müraciət edə bilmək hüququ olduğu halda Şahid2 xx.xx.1960-cı il tarixdə anadan olmasına və bu barədə xxxx 1966-cı il tarixdə xx KİN 65 nömrəli doğum haqqında akt qeydi tərtib olunmasına baxmayaraq, aralarında olan razılaşmaya uyğun olaraq bu barədə Saatlı RPŞ-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun kiçik inspektoru vəzifəsində işləmiş, polis serjantı Şahid1 şəxsən məlumat verməklə, sonuncunun həqiqi təsir imkanlarından istifa də edərək həmin şöbənin baş inspektoru olmaqla təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olan öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X4 Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.7-ci bəndinin tələblərinə zidd olaraq, vəsiqə verən orqanın məsul əməkdaşı kimi vətəndaşın şəxsiyyət vəsiqəsinin verilməsi barədə ərizə-anketinin düzgün doldurulduğunu vətəndaşdan əlavə sənəd tələb etmədən, İAMAS-da toplanılan və Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri, Vahid Miqrasiya Məlumat Sistemi və digər dövlət informasiya resursları tərəfindən İAMAS-a təqdim oluna n məlumatlar əsasında yoxlamadan Şahid2 doğum tarixinin “xx.xx.1956-cı il” kimi göstərilməsi ilə bağlı qərarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, Mirəflan Məmmədova buna görə Şahin Allahverdiyevdən və Təqsirləndirilən şəxs pul vəsaiti istəməsini və almasını ondan gizlətməklə, bildirməsinə əsasən, Mirəflan Məmmədovun razılığını almaqla onunla sövdələşib, qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməyə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığına təhriki əsasında, 2018-ci ilin avqust ayının sonlarında Şahid1 Saatlı rayonu ərazisində yerləşən "xxxx"ın qarşısında özü üçün birbaşa yolla istəyib, maddi nemət olan 1.200 (bir min iki yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla alaraq, məzm ununa Şahid2 doğulduğu tarixin “xx.xx.1956-cı il” olmasına dair bilə-bilə yalan məzmunlu qeydlər daxil edildiyi Saatlı Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsini əldə edərək, həmin şəxsiyyət vəsiqəsində doğum tarixinin səhv göstərildiyini bilə-bilə həmin saxta vəsiqədən Təqsirləndirilən şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq istifadə etməklə cinayətdən xəbərsiz Şahid2 10 sentyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Saatlı şəhəri, H.Əliyev prospekti 91 ünvanında yerləşən Saatlı rayon şöbəsinə (hazırda Nazirliyin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon filialına) yaşa görə əmək pens iyasının təyin edilməsi üçün müraciət etməsindən sonra, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Saatlı rayon Dövlət Arxivinin arayışı əsasında tərtib edilən xx.xx.2018-ci il tarixli aktı və əmək pensiyasının yaranmasına səbəb olan digər zəruri sənədləri cinayətdən xəbərsiz olan Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin pensiya təyin edən komissiyanın digər üzvlərinə təqdim etməsinə, bununla da Şahid2 barəsində komissiyanın xx.xx.2018-ci il tarixli qərarı ilə saxta sənəd əsasında sonuncunun hüququnun yarandığı tarixdən, yəni xx.xx.2016-cı il tarixdən hesablanmaqla ömürlük olaraq aylıq 171,50 manat əmək pensiyası təyin olunmasına nail olmaqla “Kapital Bank» ASC-də Şahid2 adına açılmış hesaba 5 oktyabr 2018-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək köçürülmüş əmək pen siyası təyinatlı pul vəsaitinin istifadə edilməsi üçün təqdim edilmiş “Kapital Bank“ ASC-yə aid 676867******9727 nömrəli plastik kartdan həmin pul vəsaitlərini, o cümlədən, qeyd edilən hesaba 2018-ci ilin oktyabr ayında 378,34 manat, noyabr ayında 378,34 manat, dekabr ayında 378,34 manat, 2019-cu ilin yanvar ayında 378,34 manat, fevral ayında 389,70 manat, mart ayında 384,02 manat, aprel ayında 384,02 manat, may ayında 384,02 manat, iyun ayında 384,02 manat, iyul ayında 384,02 manat, avqust ayında 384,02 manat, sentyabr ayında 384,02 manat, oktyabr ayında 389 manat, noyabr ayında 389 manat, dekabr ayında 389 manat, 2020-ci ilin yanvar ayında 389 manat, fevral ayında 455,40 manat, mart ayında 422,20 manat, aprel ayında 422,20 manat, may ayında 422,20 manat, iyun ayında 422,20 manat, iyul ay ında 422,20 manat, avqust ayında 422,20 manat, sentyabr ayında 422,20 manat, oktyabr ayında 233,20 manat, noyabr ayında 233,20 manat, dekabr ayında 233,20 manat, 2021-ci ilin yanvar ayında 233,20 manat, fevral ayında 286,36 manat, mart ayında 259,78 manat, aprel ayında 259,78 manat, may ayında 259,78 manat, iyun ayında 259,78 manat, iyul ayında 259,78 manat, avqust ayında 259,78 manat, sentyabr ayında 259,78 manat, oktyabr ayında 259,78 manat, noyabr ayında 259,78 manat, dekabr ayında 259,78 manat, 2022-ci ilin yanvar ayında 259,78 manat, fevral ayında 327,45 manat, mart ayında 268,62 manat, aprel ayında 318,62 manat, may ayında 268,62 manat, iyun ayında 268,62 manat, iyul ayında 318,62 manat, avqust ayında 268,62 manat, sentyabr ayında 268,62 manat olmaqla, ümumilikdə 48 ay üzrə köçürül müş cəmi 15.942,53 manat (on beş min doqquz yüz qırx iki manat əlli üç qəpik) məbləğində pul vəsaitini şəxsən və Təqsirləndirilən şəxs vasitəsilə Saatlı rayonu ərazisində yerləşən bankomatdan 2018-ci ilin oktyabr ayından 2022-ci ilin sentyabr ayının 15-dək olan müddət ərzində çıxarmaqla, nağdlaşdıraraq Təqsirləndirilən şəxs ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, aldatma yolu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon filialına məxsus cəmi 15.942,53 manat (on beş min doqquz yüz qırx iki manat əlli üç qəpik) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, son uncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə hüquq verən saxta vəsiqədən qanunsuz olaraq istifadə etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən barəsində ədalətsiz qərarlar qəbul edilmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı, yəni, 13 mart 2023-cü il tarixdə iş üzrə vurulmuş ziyanın əvəzində 15.942.53 manat Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmişdir. Cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsi Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən, hərəkətlərini səmimi etiraf edib peşimançılıq çəkməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, özünün və həyat yoldaşının xəstəlikdən əziyyət çəkməsi Azərbaycan R espublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. Belə ki, məhkəmələr cəza təyin edərkən yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halları nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin etmək əvəzinə həddindən artıq ağır olan azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Odur ki, Məhkum vermiş olduğu kassasiya şikayəti ilə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini və cəzasının cərimə cəzası ilə əvəz edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Nümayəndə1 çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamın ın müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin olunmamasını və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 avqust 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hal ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 avqust 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və nümayəndənin apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara gör ə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 avqust 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilir. Verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın ağır olduğu və şəxsin törə tmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya şikayətinin dəlillərinə qiymət verərək aşağıda göstərilənlərin kassasiya instansiya məhkəməsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin etmək məqsədilə gələcəkdə oxşar işlər üzrə də nəzərə alınmasını məqsədə müvafiq hesab edir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun ol malıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Mə hkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən (cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsi, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, özünün və arvadının xəstəlikdən əziyyət çəkməsi) və ağırlaşdıran (bilə-bilə saxta sənəddən istifadə etmə cinayətini qabaqcadan əlbir olmuş bir qrup şəxslə törətməsi) halların olması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsə dləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 15.942,53 manat Məhkum tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş və qəbul edilmiş həmin tarixli qərarla həmin vəsait iş üzrə vurulmuş ziyanın ödənişi kimi nəzərə alınmış və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılır. Həmçinin cinayət işində olan arayış və xasiyyətnamədən görünür ki, Məhkum yaşayış yerindən müsbət xarakterizə olunur. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində məhkum barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cina yət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-in 62-ci maddəsi); 4) şərti məhkum etmə ins titutunu tətbiq etməyə (CM-in 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cə zanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hes ab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prose ssual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 avqust 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar