Məhkəmə qərarları › İş №1(102)-2251/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2251/2023

24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2251/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və məhkumun müdafiəçisi Zeynalov Əbülfəz Əli oğlunun iştirakları ilə, xx.xx.xx ildə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Azər baycan Respublikası xxx qeydiyyatda olmaqla, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 1(105)-275/2023 nömrəli qərarından məhkumun müdafiəçisi Zeynalov Əbülfəz Əli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 1 (124)-320/2023 nömrəli hökmü ilə (hakimlər: R.Ş.Əliyev (sədrlik edən), H.S.Əliyev və A.T.Rzayevadan ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqd an məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin 26 avqust 2022-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi Zeynalov Əbülfəz Əli oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər: E.G.Rəhimov (sədrlik edən), E.M.Əhmədov və M.Ə.Rzayevdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmiş, Məhkum CM-nin 234.1-1-ci maddəsi ilə 6 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 5 bükümdə ümumi təmiz çəkisi 18,561 qram narkotik vasitə olan heroini və 2 bükümdə ümumi təmiz çəkisi 4,444 qram psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 23.55-də Sumqayıt şəhəri, "Əşya bazarı” deyilən yerdə olan "Linkoln” yanacaq doldurma məntəqəs inin yaxınlığında Sumqayıt şəhər Polis idarəsinin 3-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirmiş olduqları əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq, Sumqayıt şəhər Polis idarəsinin 3-cü Polis bölməsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 05 ədəd ağ rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 5,885 qram, 0,317 qram, 5,258 qram, 5,100 qram, 2,001 qram ümumi təmiz çəkisi 18,561 qram olan qəhvəyi rəngli maddə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni tərkibli olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 ədəd ağ rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,112 qram və 2,332 qram ümumi təmiz çəkisi 4,444 qram olan ağ rəngli kristal şəkilli maddə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni tərkibli olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsində fərqli olaraq apellyasiya məhkəməsi Məhkum narkotik və psixotrop maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etməsinin, saxlamasının, habelə daşımasının sübut olunmaması haqqında nəticəyə gəlib onun əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə dəyişmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Zeynalov Əbülfəz Əli oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən, eləcə də apellyasiya məhkəməsində verdiyi apellyasiya şikayəti üzrə cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən əməlinin səmimi etiraf edərək peşman olması, ata və anasının onun himayəsində olmaları, cinayəti ağır həyat şəraiti nəticəsində törətməsi nəzərə alınmamış, nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Müdafiəçi Ə.Ə.Zeynalov hesab edir ki, məhkəmələr tərəfindən ədalət prinsipini, cəzanın məqsədlərini və cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri pozulmuşdur. Müdafiəçi Zeynalov Əbülfəz Əli oğlu kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2023-cü il tarixli qərarının dəyişdirilməsini, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1ci maddəsind ə nəzərdə tutulmuş minimum həddə cəzanın təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya ins tansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi Ə.Ə.Zeynalov kassasiya şikayətində apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və cəzasının yüngülləşdirilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2023-cü il tarixli qərarını kassasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, hab elə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarda elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, müdafiəçi Ə.Ə.Zeynalovun hüquqlarını müdafiə etdiyi şəxsə həddindən artıq ağır cəzanın təyin edilməsi haqqında iddiasının əsaslı olduğunu müəyyən edilir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin iş üzrə gəldikləri nəticədən fə rqli nəticəyə gələrək tərəfindən qəbul edilmiş qərarda Məhkum 18,561 qram narkotik vasitə heroini və 4,444 qram psixotrop maddə olan metamfetamini satış məqsədi ilə deyil, məhz şəxsi istehlak məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlaması barədə qənaətə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif etmişdir. Məhkum törətdiyi həmin əmələ görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin müəyyən etdiyi məhrumiyyətlər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və həmin əməl Cinayət Məcəlləsinin 15.4-cü maddəsində ağır cinayət kimi təsnif edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarına əsasən Məhkum münasibətdə onun cəzasını ağırlaşdıran hallarla yanaşı cəzasını yüngülləşdirən hallar da müəyyən edilməmişdir. Lakin məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına diqqət etdikdə Məhkum özünü təqsirli bilərək (narkotik və psixotrop maddələrin istifadə etmədə) ifadəsində qeyd olunan narkotik və psixotrop maddələrin ona aid olduğunu, uzun müddət istifadə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir ki, buda sonuncunun faktiki olaraq şəxsi istehlak məqsədi ilə narkotik və psixotrop maddə əldə edib daşıyaraq üzərində saxlaması barədə səmimi ifadə verməsinə və törətmiş olduğu əməli etiraf etməsinə dələt edən hal kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cu maddəsi ilə təqsirli bilərək məhkum edildiyindən m əhkəmənin həmin ifadələri CM-nin 59.2-ci maddəsi il onun cəzasının yüngülləşdiriən hal kimi qəbul etməməsi başa düşülən olduğu halda, apellyasiya məhkəməsinin faktiki olaraq məhkum edilmiş şəxsin dəlillərindən çıxış edək Məhkum 18,561 qram narkotik vasitə heroini və 4,444 qram psixotrop maddə olan metamfetamini satış məqsədi ilə deyil, məhz şəxsi istehlak məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlaması barədə qənaətə gədiyi halda həmin ifadələri onun əməlinin səmimi etirafı kimi qəbul etməməsi kollegiyaya aydın deyil. Bu səbəbdən məhkəmə kollegiyası Məhkum narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak məqsədi ilə əldə edib, daşıyaraq üzərində saxlaması barədə vermiş olduğu etirafedici ifadələrini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən sonuncunu n cəzasının yüngülləşdirlməsi üçün əsas olan hal kimi müəyyən edir. Bundan başqa məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, birinci instansiya məhkəməsi, Məhkum üzərində aşkar edilmiş külli miqdarda olan narkotik vasitənin və psixotrop maddənin məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması barədə nəticəyə gələrək, ona CM-in 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay (həmin maddənin sanksiyasının yuxarı həddindən yəni 12 ildən 4 il 6 ay az, aşağı həddindən yəni 5 ildən 2 il ay çox) müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Qeyd olunan cəza həddi dövlət ittihamçısı tərəfindən apellyasiya icraatı qaydasında mübahisələndirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə Məhkum əməlini CM-in 234.4.3-cü maddəsində 234.1-1-ci maddəsinə tövsif edilməsini müm kün bildiyi bir halda, əməlin bu şəkildə yüngülləşdirilməsinin sonuncunun törətdiyi cinayətin xarakterinin, ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcə azalmasına təsir etdiyi bir vəziyyətdə ona birinci instansiya məhkəməsi tərəfindən daha ictimai təhlükəli əmələ görə təyin edilmiş cəzadan 1 il aşağı həddə yəni 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlinin daha yüngül maddəyə tövsif edilməsi ona təyin edilmiş cəzada da özünü göstərməli olduğu halda apellyasiya məhkəməsi qeyd olunan halı nəzərə almayaq Məhkum CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə yaxın həddə caza təyin etmişdir. (həmin maddənin sanksiyasının yuxarı həddindən 1 il 6 ay az, aşağı həddindən isə 3 il 6 ay çox). Belə olan halda Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, həm də yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən hal, habelə iş üzrə onun cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti həmin maddənin sanksiyası daxilində azaldılmalı, bu əsasla da apellyasiya instansiyası məhkəməsinin qərarı ona aid hissədə dəyişdirilməlidir. Qeyd olunan səbəblər üzündən kollegiya baxılan işdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş əsasın mövcudluğu, həmin əsasa görə mübahisələndirilən qərarın dəyişdirilməli, kassasiya şikayətinin isə qismən təmin edilməli olması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun müdafiəçisinin, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumun müdafiəçisi Zeynalov Əbülfəz Əli oğlunun kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 13 iyun 2023-cü il tarixli, 1(105)-275/2023 nömrəli qərarı dəyişdirilərək sonuncuya həmin qərarla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il 6 (altı) aya endirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Zeynalov Əbülfəz Əli oğlunun k assasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 13 iyun 2023-cü il tarixli, 1(105)-275/2023 nömrəli qərarı dəyişdirilsin. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il 6 (altı) aya endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar