Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2251/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Məmmədov Pərvin Aftandil oğlunun iştirakları ilə xx xxxxx 1985-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 147.1 və 147.2ci maddələri ilə cinayət məsuliyyətə cəlb olunması haqqında xüsusi ittihamçınun xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul olunmasından imtina edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 aprel 2024-cü il tarixli 1(103)1067/2024 nömrəli qərarından barəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxs xüsusi ittihamçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: xüsusi ittihamçı, X1 Azərbaycan Respublikası CM-in 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, xx.xx.2023-ci il tarixdə X5 https: // www.Youtube. com/live/fbsUikuR3İY?si=p_lzrZcSHNBfSZ7O 45 dəqiqə 03 saniyə 432.000 abunəsi olan “Youtube” i nternet portalında fəaliyyət göstərən “Kanal 13”də canlı yayımda qardaşı X və ailəsi ilə aralarında olan mübahisələrlə bağlı çıxış edərkən barəsində şər, böhtan xarakterli məlumatları elan edərək 1.943 nəfərin baxmasına nail olmaqla onun şərəf və ləyaqətini alçaltmışdır. Belə ki, X5 canlı yayımda çıxış zamanı 22:32-ci dəqiqədə barəsində olan CM-in 237.1-ci maddəsi (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) ilə Yevlax Rayon Məhkəməsinin hökmünü şərh edərək məhkəmə hökmünün ədalətsiz çıxarıldığını bildirərək “əslində satış məqsədi olub, sadəcə burda özü istifadə yazılıb, o bu gün də kənddə bu işlərlə məşğul olur, kənddə adla tanınır, xüsusi ittihamçı yoxlanılsa narkotik vasitələrin istifadəçisidir” deyərək onun az ağır və ağır cinayətdə törətdiyini bildirməklə böhtan atmışdır. Barəsində olan xx.xx.2018-ci il tarixli Yevlax Rayon Məhkəməsinin hökmündə o yalnız bir neçə yabanı halda olan çətənə kolunu həyətində yetişdirərək istifadə etdiyi üçün ittiham olunmuş, ona narkotik vasitələrin satışı ittihamı verilməmişdir. Həmin hökm artıq qanuni qüvvəsini almış və məhkumluğu ödənilmişdir. X5 onun barəsində böhtan xarakterli məlumatları kütləvi informasiya vasitələrində paylaşaraq onu nüfuzdan salmağa çalışmışdır. Şikayətə əlavə etdiyi video görüntüdən və “Youtube” internet portalından olan görüntülərdən göründüyü kimi yuxarıda qeyd edilən əməllərin xx.xx.2023-cü il tarixdə X5 tərəfindən törədilməsi, törədilmiş əməlin 1.943 nəfər tərəfindən baxılaraq izlənilməsi tam sübuta yetirilir. X5 “əslində satış məqsədi olub, sadəcə burda özü istifadə yazılıb, o bu gündə kənddə bu işlərlə (əkini və ya satışı nəzərdə tutur) məşğul olur, kənddə adla tanınır, xüsusi ittihamçı yoxlanılsa narkotik vasitələrin istifadəçisidir” deyərək onu ilk olaraq xeyli miqdarda narkotik vasitənin satışını (Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi) və daha sonra həmin Məcəllənin 234.1-ci və İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsini törətməkdə böhtan atması əməlində Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddəsinin tərkibi vardır. Belə ki, Cinayət Məcəllənin 147.1 və 147.2-ci maddələrinin tələbləri baxımından X5 “Youtube” internet portalında fəaliyyət göstərən “Kanal 13”də yalan olduğunu bilə-bilə böhtan ataraq əslində satış məqsədi olub, sadəcə burda özü istifadə yazılıb, o bu gündə kənddə bu işlərlə (əkini və ya satışı n əzərdə tutur) məşğul olur, kənddə adla tanınır, xüsusi ittihamçı yoxlanılsa narkotik vasitələrin istifadəçisidir” bildirərək onu az ağır və ağır cinayət törətməkdə ittiham edərək böhtan atması onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salacaq böhtan xarakterli hərəkətlərdir. Belə ki, hətta X10nin atası X narkotik istifadə etməsi barədə polisə yalan məlumat vermiş, həmin məlumat əsasında polislər tərəfindən o, tibbi müayinədən keçilərək narkotik vasitələrinin istifadəçisi olmadığı təsdiq olunmuşdur. Qeyd olunanları nəzərə alaraq X1 Azərbaycan Respublikası CM-in 147.1 və 147.2-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb edilməsi və iki il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkə məsinin 11 mart 2024-cü il tarixli 1(006)-157/2024 saylı qərarına əsasən X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçınun xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Qərardan narazı qalan xüsusi ittihamçı xüsusi ittihamçınun nümayəndəsi və vəkili Səfərov Vüsal Kazım oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli 1(006)-157/2024 nömrəli qərarının ləğv edilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 aprel 2024-cü il tarixli 1(103)-1067/2024 nömrəli qərarı ilə xüsus i ittihamçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli 1(006)157/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanmışdır. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərarından narazı qalan xüsusi ittihamçı xüsusi ittihamçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi və şikayətin icraata qəbul edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, şikayətə əlavə etdiyi video görüntüdən və “Youtube” internet portalından scan edilmiş görüntülərdən göründüyü kimi şikayətdə təsvir e dilən əməllərin xx.xx.2023-cü il tarixdə X5 tərəfindən törədilməsi, törədilmiş əməl 1943 nəfər tərəfindən baxılaraq izlənilməsi tam sübuta yetirilir. X5 “əslində satış məqsədi olub, sadəcə burda özü istifadə yazılıb, O (yəni onu nəzərdə tutur) bu gündə kənddə bu işlərlə (əkini və ya satışı nəzərdə tutur) məşğul olur, kənddə adla tanınır, xüsusi ittihamçı yoxlanılsa narkotik vasitələrin istifadəçisidir” deyərək onu ilk olaraq xeyli miqdarda narkotik vasitənin satışı CM-in 234.4.3-cü maddəsi və daha sonra narkotik vasitənin istifadəçisi CM-in 234.1 və İXM-in 206-ci maddəsini törətməkdə böhtan atması əməlində CM-in 147.1 və 147.2-ci maddəsinin cinayət tərkibi vardır. Məhkəmə hazırlıq iclası zamanı X5 izahatında törətdiyi əməli etiraf etmiş, məqsədi məhkəmə hökmünü şərh etmək olduğunu bildir mişdir. İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 6 (1) maddəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Lakin istisnasız olaraq bütün prosessual mərhələlərdə xüsusi ittihamçına münasibətdə Konvensiyanın 6 (1) maddəsi əsasında malik olduğu ədalətli və qərəzsiz məhkəmə araşdırması hüququ kobud şəkildə pozulub. Xüsusi ittihamçı hesab edir ki, məhkəmənin işin məhkəmə baxışına təyin etmədən, kifayət qədər araşdırma aparmadan şəxsin əməllərində CM-in 147.1-ci və 147.2 maddəsinin əlamətlərinin olmaması qənaətinə gəlməsi kobud prosess ual pozuntudur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməməsi barədə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs R.Süleymanzadənin və müdafiəçi P.Məmmədovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı verilmiş kassasiya şikayətinə münaibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcə llənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş şikayətdə apellyasiya instansiyası mə hkəməsinin qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsi və şikayətin icraata qəbul edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi böhtana, yəni yalan olduğunu biləbilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaya, həmin Məcəllənin 147.2-ci maddəsi isə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmağa görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası CPM-in 302.1-ci maddəsi məhkəmənin hazırlıq iclasının nəticələrinə görə digər hallarla yanaşı aşağıdakı hallar olduqda da xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçiril məsindən imtina edilməsini tələb edir: - şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə (CPM, maddə 302.1.2); - şikayətin məzmunu Azərbaycan Respublikası CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda (302.1.3); - cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə (302.1.4); - cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda (302.1.6); - şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə (302.1.7); - şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə (302.1.8). Azərbaycan Respublikası CPM-in 302.2.3-cü maddəsinə görə həmin (CPM-in 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində göstərilən) hallar olduqda məhkəmə hazırlıq iclasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 6-cı bəndində məhkəmələrə izah edilir ki, Avropa Məhkəməsinin president hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcüdluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi süb ut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. İş materiallarından görünür ki, X1 hərəkətlərində birbaşa qəsdini, yəni X1 xüsusi ittihamçına böhtan atması və onun barəsində ağır və ya xüsusilə ağır cinayətin törətməkdə ittiham edən böhtan xarakterli məlumatların yaymasına dəlalət edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293-3.1-293.3.7-ci maddələrinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilm əsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilir. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılır. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq hesab etmişlər ki, qanunvericiliyin normalarının tələbinə və mənasına görə hər hansı şəxsə qarşı irəli sürülmüş ittihamın sübut edilməsi ittiham tərəfinin üzərinə düşür, irəli sürülmüş xüsusi ittiham isə hələ gələcəkdə sübut olunub-olunmamasından asılı olmayaraq icraata qəbul edilib baxılması üçün ilk öncə müvafiq sübutlarla ə hatə olunmalıdır. Hazırkı halda, sübutetmə yükü və müvafiq olaraq sübutların təqdim edilməsini təmin etmək yükü daşıyan xüsusi ittihamçı xüsusi ittihamçı X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində ittiham etsə də, X1 hərəkətində cinayətin əlamətlərinin olmasına dair mötəbər sübutların təqdim edilməsini təmin etməmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda şərh edilən əsaslara görə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxs xüsusi ittihamçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1- ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. X1 Azərbaycan Respublikası CM-in 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətə cəlb olunması haqqında xüsusi ittihamçınun xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul olunmasından imtina edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 aprel 2024-cü il tarixli qərarı xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2251/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2251/2024
27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver