Məhkəmə qərarları › İş №1(102)-2252/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2252/2025

14.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2252/2025 14.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyul 2025-ci il tarixli 1(105)-472/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim Ramiz Quliyev) 06 may 2025-ci il tarixli 1(060)-353/2025 nömrəli hökmü ilə xx xxxxxx 1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, X8 qəsəbəsi, Dənizçi küçəsi, ev 85 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə qaldığı 2 (iki) gün müddət ona təyin edilən cəzadan çıxıl maqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 06 may 2025-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Məhkum istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan xeyli miqdarda yəni, 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,297 qram və 0,414 qram çəkidə olmaqla ümumilikdə 0,711 qram çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, 03 fevral 2025-ci il tarixdə saat 17:20 dəqiqədə Sumqayı t ŞPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dənizçi küçəsi, 85 saylı evin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkcənin sağ yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,297 qram olan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürüldükdən sonra, Məhkum Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilən zaman Sumqayıt ŞPİ-nin MSY-nin 10 saylı kamerasında polis əməkdaşları tərəfindən üzərinə tam axtarış keçirilərkən gödəkcənin sol yan cibinin astar nahiyəsindən təmiz çəkisi 0,414 qram olan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ruhiyyə Əsgərova (sədrlik edən və məruzəçi), Elçin Məmmədov və Rəşadət Ağayev) 02 iyul 2025ci il tarixli 1(105)-472/2025 nömrəli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 06 may 2025ci il tarixli, 1(060)-353/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyul 2025-ci il tarixli 1(105)-472/2025 nömrəli qərarının ləğv edilməsini və işin hallarını yenidən araşdırıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamışdır. Məhkum polis şöbəsində əməkdaşlar tərəfindən fiziki və psixoloji şiddətə məruz qaldığını, məcburi videoçəkiliş aparıldığını, ailəli olmasını, himayəsində iki azyaşlı övlad olmasını qeyd etsə də, məhkəmə bunlara əhəmiyyət vermədən ona həbslə əlaqəli cəza təyin etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Məhkum “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli Qərarı tətbiq edilməklə apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan i barətdir ki, onun üzərində psixotrop maddə olmamış, barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər məhkumun birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin həmin dəlilləri araşdırmış və onların əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zam anı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarını n tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun ifadəsini, şahidlər X6, X3, X1, X4, X7 verdikləri ifadələri, məhkəmə ekspertizasının rəyini, istintaq hərəkətlərinin protokollarını və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzə rdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi Məhkum apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirini təsdiq etmək üçün kifayət edir. Belə ki, birinci instansiya məhkəməsində Məhkum dəlilləri ətraflı araşdırılmış və sonuncunun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ni törətməsini əməliyyat-axtarış və istintaq hərəkətlərində iştirak etmiş şahidlərin dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri, istintaq hərəkətlərinin protokolları və videogörüntülər, maddi sübut, ekspert rəyi və toplanmış digər sübutlarla öz təsdiqini tapmışdır. Göründüyü kimi Məhkum narkotik vasitəni əldə edib saxlamasını təsdiq edən hallar – onun üzərində psixotrop maddənin aşkar edilməsi, psixotrop maddənin növü və miqdarı hazırkı iş materialları ilə birmənalı olaraq təsdiq edilir. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş ma teriallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkum birinci instansiya məhkəməsində keçirilən baxış iclası zamanı üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olduğunu eti raf etmişdir. Azərbaycan Respublikası CPM-in 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Qanunun qeyd olunan normasına əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum üzərindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,297 qram və 0,414 qram çəkidə olmaqla ümumilikdə 0,711 qram çəkidə psixotrop maddə-metamfetaminin cinayətprosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilməsi yuxarıda qeyd olunan sübutlara təsdiq olunmasına baxmayaraq, məhkum onların qəbul olunmasının yolverilməzliyini iddia etmiş və bunu ibtidai istintaq zamanı onun tərəfindən cinayət törədilməsi barədə ifadənin polis əməkdaşları tərəfindən ona psixi və fiziki zor tətbiq edilməsi nəticəsində verilməsi ilə əsaslandırmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən dəlillər müdafiə tərəfinin apellyasiya müraciətinin əsasını da təşkil etmişdir. Apellyasiya instansiya məhkəməsi həmin dəlilləri araşdırmış və onların əsassız olması barədə nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cinayət işi üzrə həm ibtidai istintaqda, həm məhkəmə icraatı zamanı Məhkum cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müdafiəçinin yardımından istifadə etmək hüququ təmin edilmişdir. Məhkəməyədək icraat zamanı polis əməkdaşları tərəfindən məhkuma psixi və fiziki zor tətbiq edilməsi barədə iddialar hazırkı cinayət işi üzrə həm birinci instansiya məhkəməsi, həm də prokurorluq orqan ları tərəfindən araşdırılmış və təsdiqini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsi işin konkret sübutlarına – şahid ifadələrinə, ekspertiza rəylərinə və digər mötəbər sənədlərə əsaslanaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, apellyasiya şikayətində bu barədə irəli sürülmüş dəlilləri əsassız hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə iş materiallarına və məhkəmə iclasında tədqiq edilmiş sübutlara tam uyğun olmuşdur və əsaslıdır. Kassasiya şikayətində isə məhkuma psixi və fiziki zor tətbiq edilməməsi barədə məhkəmələrin gəldiyi nəticəni təkzib edən və apellyasiya şikayətində göstərilməyən hər hansı yeni hal və ya sübut təqdim edilmədiyindən, məhkəmə kollegiyası bu məsələyə dair kassasiya şikayətində ir əli sürülmüş dəlilləri əsassız hesab edir. Belə ki, məhkumun üzərində narkotik vasitələrin aşkar edilməsindən və bu barədə etirafedici ifadə verməsindən bir gün sonra Məhkum barəsində məhkəmə-tibbi ekspertiza keçirilmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, onun bədəninin üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, nə məhkum, nə də onun müdafiəçisi ibtidai istintaq zamanı, eləcə də işə birinci instansiya məhkəməsində baxılarkən məhkuma qarşı psixi və ya fiziki zor tətbiq edilməsi barədə hər hansı şikayətlə müraciət etməmişlər. Bu səbəbdən də apellyasiya instansiya məhkəməsi təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz polisin hədə-qorxusu nəticəsində əldə edilməsinə dair təqsirlənd irilən şəxsin dəlili ilə razılaşmayaraq, onun ibtidai istintaq zamanı verdiyi ifadə cinayət işi üzrə digər sübutlarla təsdiq edildiyindən həmin ifadəni həqiqətə uyğun və mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz polisin hədə-qorxusu nəticəsində əldə edilməsinə dair dəlili ilə razılaşılmaması əsaslı və sübutların qiymətləndirilməsinə dair qanun normalarının tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının tövsiyələrinə uyğun olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməlinin hüquqi tövsifi və işin faktiki halları barədə birinci instansiya məhkəməs inin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq orqanı sübutların toplanmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmi ş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmiş və həmin ittiham üzrə ona bəraət verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli Qərarı tətbiq edilməlidir. Qərarın 19.5-ci maddəsinə əsasən məhkəmələr – bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində aministiya tətbiq edir. Həmin Qərarın 3.1-ci hissəsinə əsasən az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslərin cəzaları 6 ay azaldılmalıdır. Göründüyü kimi Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyası bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıq dan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Amnistiya haqqında qərarın qəbul edildiyi gün məhkumun azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş müddəti 1 (bir) ildən artıq olmuşdur. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, Məhkum barəsindəki qərarının kassasiya şikayətinə münasibətdə ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmiş, lakin Məhkum barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnist iya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli Qərarının 3.1-ci maddəsi tətbiq edilməlidir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyul 2025-ci il tarixli 1(105)-472/2025 nömrəli tarixli qərarını isə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli Qərarına əsasən dəyişdirilməsini əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyul 2025-ci il tarixli 1(105)-472/2025 nömrəli qərarı dəyişdirilsin. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli Qərarı tətbiq edilsin və qərarın 3.1-ci maddəsinə əsasən Məhkum təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ay azaldılsın və üzərində 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissəsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar