Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2254/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Muxtarov Teyyub Asif oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 noyabr 2021-ci il tarixli 1(101)-1668/2021 nömrəli (hakimlər: Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov Azad Əli Ağa oğlu və Ağayev Zeynal Qurban oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxx 1996-cı il tarixdə x rayonu, x kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmamış, xxx kəndində qeydiyyatda olmaqla xxx nömrəsiz fərdi evdə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum 18 iyun 2021-ci il tarixdən 19 iyun 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 1 (bir) gün müddətin təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının həbs edildiyi 5 oktyabr 2021-ci il tarixdən hesablanması, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyiş dirilmədən saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Məhkum barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicənin təyin edilməsi və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması müəyyən edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilmiş, iş üzrə maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Yusubov Orxan Hümbət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 aprel 2022-ci il tarixli 1(103)-408 /2022 nömrəli (hakimlər: Abdulov Rəşad Məhərrəm oğlu (sədrliyi və məruzəsi ilə), Hüseyn Cavid Vaqif oğlu və Babayev Qədim Xalid oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Təqsirləndirilən şəxs və Məhkum CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 noyabr 2021-ci il tarixli hökmü ləğv edilmiş və yeni hökm çıxarılmış, Məhkum əməlində CM-in 234.4.1-ci maddəsinin tərkibi olmadığından Məhkum CM-in 234.4.1-ci maddəsi ilə bəraət verilmiş, onun təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, Məhkum CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun 18 iyun 2021-ci il tarixdən 19 iyun 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 1 (bir) gün müddətin təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 1 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4, 9.2 və 9.3-cü bəndlərinin tətbiq olunaraq Məhkum təyin edilmiş 1 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının 6 ay azaldılmaqla, üzərində qəti olaraq 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, onun təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddətin c əzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının həbs edildiyi 5 oktyabr 2021-ci il tarixdən hesablanması, CM-in 93.1.2-ci maddəsinin tələbinə əsasən Məhkum barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilərək ona narkomaniyadan məcburi müalicənin təyin edilməsi və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınası müəyyən edilmiş, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.1-ci maddəsinin tərkibi olmadığından Təqsirləndirilən şəxs CM-in 234.4.1-ci maddəsi ilə bəraət verilmiş, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, tutuld uğu və həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu 18 iyun 2021-ci il tarixdən hesablanması, CM-in 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomanıyadan məcburi müalicənin təyin edilməsi və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması müəyyən edilmişdir. Həmin hökmlə həmçinin, iş üzrə maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Hökmdən dövlət ittihamçısı Hacıyev Ziya Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci tarixli 1(102)-1616/2022 nömrəli (hakimlər: Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə kassasiya protesti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 aprel 2022-ci il tarixli hökmü ləğv edilmiş və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2023-cü il tarixli 1(103)-694/2023 nömrəli (hakimlər: Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən, məruzəçi hakim), Əhmədov Həsən Hüseyn oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçi Yusubov Orxan Hümbət oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Təqsirləndirilən şəxs və Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhk um olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 noyabr 2021-ci il tarixli hökmü ləğv edilmiş və yeni hökm çıxarılmış, Məhkum əməlində CM-in 234.4.1-ci maddəsinin tərkibi olmadığından ona CMin 234.4.1-ci maddəsi ilə bəraət verilmiş, Məhkum təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, o CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum 18 iyun 2021-ci il tarixdən 19 iyun 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 1 (bir) gün müddət təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 1 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, “8 Noyabr – Zəfər Günü münasib ətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4, 9.2 və 9.3-cü bəndləri tətbiq olunmuş və Məhkum təyin edilmiş 1 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası 6 ay azaldılmaqla, üzərində qəti olaraq 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum həbsdə saxlanıldığı müddət hazırda təyin edilmiş cəza müddətinə hesablanmaqla cəzasını çəkmiş hesab edilmiş, CM-in 93.1.2-ci maddəsinin tələbinə əsasən Məhkum barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicənin təyin edilməsi və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması müəyyən edilmiş, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.1-ci maddəsinin tərkibi olmadığından Təqsirləndirilən ş əxs CM-in 234.4.1-ci maddəsi ilə bəraət verilmiş, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, tutulduğu və həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu 18 iyun 2021-ci il tarixdən hesablanması, CM-in 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicənin təyin edilməsi və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması müəyyən edilmişdir. Həmin hökmlə həmçinin, iş üzrə maddi sübutlar və məhkə mə məsrəfləri məsələləri də həll edilmişdir. Hökmdən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Ələkbərov Anar Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə və məhkum X8 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2023-cü tarixli 1(102)-1749/2023 nömrəli (hakimlər: Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, kassasiya protesti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2023-cü il tarixli hökmü Məhkum aid hissədə ləğv edilmiş, cinayət işi həmin h issədə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2024-cü il tarixli 1(103)-107/2024 nömrəli (hakimlər: Məmmədov Habil Çingiz oğlu (sədrliyi və məruzəsi ilə), İbrahimov Anar Firdovsi oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 noyabr 2021-ci il tarixli hökmü Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair hissədə ləğv edilmiş və həmin hissədə yeni hökm çıxarılmış, Məhkum əməlində CM-in 234.4.1-ci maddəsinin tərkibi olmadığından ona CM-in 234.4.1-ci maddəsi ilə bəraət verilmiş, Məhkum təqsirli bilindiyi CM -in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, Məhkum CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş Məhkum 18 iyun 2021-ci il tarixdən 19 iyun 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 1 (bir) gün müddət təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 1 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4, 9.2 və 9.3cü bəndləri tətbiq olunmuş və Məhkum təyin edilmiş 1 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası 6 ay azaldılmaqla, üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum həbsdə saxlanıldığı müddət hazırda təyin edilmiş cəza müddətinə hesablanmaqla cəzasını çəkmiş hesab edilmiş, CM-in 93.1.2-ci maddəsinin tələbinə əsasən Məhkum barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicənin təyin edilməsi və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İttiham aktından görünür ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olar aq külli miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda külli miqdarda 2,945 qram çəkidə narkotik vasitə olan heroini və 1,781 qram çəkidə psixotrop maddə olan metafetamini satışı məqsədi əldə edərək üzərilərində saxlamaqla daşımış, 18 iyun 2021-ci il tarixdə saat 3:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolunda Təqsirləndirilən şəxs baş etibarnamə əsasında idarə etdiyi “Volkswagen” markalı ** TD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə olan zaman DİN-nin Əlahiddə Çevik Polis A layının 11-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Xəzər RPİ-nin 3-cü PB-nə gətirilmiş və həmin gün saat 4:10 radələrində Xəzər RPİ-nin 3-cü PB-nin inzibati binasında xidməti otaqların birində videoçəkilişlə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qırmızı rəngli gödəkcəsinin sol qolunun alt hissəsində gizlətdiyi “Rotmans” siqaret qutusunun içindəki külli miqdarda 6 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,942 qram, 0,283 qram, 0,345 qram, 0,363 qram, 0,327 qram və 0,685 qram olmaqla ümumi təmiz çəkisi 2,945 qram olan qəhvəyi rəngli tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 4 ədəd sellofan bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,492 qram, 0,387 qram, 0,354 qram və 0,548 qram olmaqla ümumi təmiz çəkisi 1,781 qram ağ rəngli kristalşəkilli maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Birinci və apellyasiya instansiyası məhkəmə kollegiyaları isə yuxarıda qeyd olunmuş nəticələrə gəlmişlər. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası 26 aprel 2024-cü il tarixli hökmü qəbul edərkən, ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etmədiyindən və törədilmiş əməlin tövsifində səhvə yol verildiyindən həmin hökm ləğv olunmalı və cinayət işinin apellyasiya instansiyası m əhkəməsində yenidən baxılması təyin edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən çıxarılmış hökmdə məhkəmənin gəldiyi qənaət əsaslandırılmamışdır. Məhkəmənin yeni apellyasiya baxışı zamanı hansı xüsusatı araşdırması və nə müəyyən etməsi qeyri-müəyyəndir. Bakı Apellyasiya Məhkəməsi öz hökmündə həlledici şəkildə Ali Məhkəmənin 20 sentyabr 2023-cü il tarixli qərarına istinad etmiş, həmin qərarda əks olunmuş müddəaları öz qərarına köçürməklə kifayətlənmişdir. Bakı Apellyasiya Məhkəməsi sadəcə formal araşdırma ilə, əvvəlcədən mövqeləri bəlli olan iş üzrə məhkum olunmuş iki şəxsi dindiməklə kifayətlənib tam əsassız yekun qənaətə gəlmişdir. Apellyasiya məhkəməsi Məhkum əməlinin tövsifində ondan aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin külli miqdar təşkil etməsini, ps ixotrop maddə olan metamfetaminin çəkisinin isə külli miqdarın aşağı həddinə yaxın olmasını nəzərə almamışdır. Məhkum əldə etdiyi heroinin miqdarının həmin vasitənin şəxsi istehlak miqdarından təxminən 19 dəfədən çox, külli miqdarın aşağı həddindən isə təxminən 1.4 dəfədən artıq olması, ondan, həmçinin digər fərqli növdə psixotrop maddə olan metamfetaminin aşkar edilməsi həmin narkotik vasitə və psixotrop maddənin məhz satış məqsədi ilə əldə edildiyini bir daha təsdiqləyir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə, Məhkum onun üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini və psixotorop maddə olan metamfetamini qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində əldə etməmiş və polis əməkdaşları onların olduqları avtomaşına yaxınlaşarkən narkotik vasitəni və psixotrop maddəni Təqsirləndirilən şəxs təklifi ilə üzərində gizlədərkən ayrı-ayrı bükümlərdə qablaşdırılmış həmin əşyaları satmaq niyyətində olmamışdır. Araşdırılmış sübutların təhlili ilə müəyyən edilir ki, Məhkum ona elan olunmuş ittiham üzrə təqsirliliyi şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, şəxsi axtarış və götürmə haqqında 18 iyun 2021-ci il tarixli protokollar, bu istintaq hərəkətlərinin aparılmasını əks etdirən videoçəkilişlər və digər mötəbərliyi inkar edilməyən dəlillərlə də təsdiqini tapmışdır. Bu haqda ittihamın əsasını isə digər sübutlarla yanaşı Məhkum da ifadələri təşkil etmişdir ki, yuxarıda qeyd olunduğu kimi, həmin ifadələrə görə sonuncu Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını bilmiş, hətta bir neçə dəfə ondan 10, 20 manat məbləğində pul müqabilində heroin də aldığını etiraf etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə işin obyektiv sübutlarla müəyyən olunmuş bu faktiki hallarına diqqət yetirməmiş, tamamilə əsassız olaraq hesab etmişdir ki, nə qədər ki, Məhkum özü şəxsən əldə etdiyi narkotik vasitəni və psixotrop maddəni satmaq niyyətində olmamış və bu barədə Təqsirləndirilən şəxs ilə qabaqcadan razılıq əldə etməmişdir, ona CM-in 234.4.1-ci maddəsi ilə bəraət verilməli, əməli isə CM-nin 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs həm ona, həm də Məhkum elan olunmuş ittihamda göstərilən miqdarlarda narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədilə əldə edərək əvvəl hamısını üstündə saxlayıb daşıması, X-in isə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması haqda bilməsi və belə məlumatı olduğu təqdirdə onun həmin narkotik vasitənin əsas hissəsini, psixotrop maddənin isə hamısını X-dan götürüb gizlətməsi, yəni əldə edərək üzərində saxlaması və daşıması işin müəyyən edilmiş və mübahisəsiz hallarıdır. Bu baxımdan, işin faktiki hallarının hüquqi qiymətləndirməsindən belə nəticəyə gəlinir ki, göstərilən halda, artıq, hər iki şəxsin əməlində iştirakçılığın kəmiyyət və keyfiyyət əlamətləri mövcud olmuşdur, eyni zamanda, Məhkum əməlində iştirakçılığın əqliintellektual meyarı da yaranmış (o, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda satış məqsədini bilmiş, özünün də gecə vaxtı onunla görüşməkdə məqsədi sonuncudan ağrılarını dindirmək üçün narkotik vasitə əldə etmək olmuşdur), onun, narkoti k vasitə və psixotrop maddənin bir qismini istifadə, çox hissəsini isə satış məqsədi ilə üzərində saxlamış və daşımış Təqsirləndirilən şəxs onları götürüb saxlaması sonuncunun əməllərini polislərdən pərdələmək və gizlətmək niyyətilə olmuşdur. Bu həm də o deməkdir ki, o, artıq Təqsirləndirilən şəxs satış məqsədi ilə üzərində daşıdığını bildiyi narkotik vasitə və psixotrop maddəni özü götürüb saxlamaqla bunu arzu etmiş, davranışları aşkar edilməyəcəyi təqdirdə sonuncunun əməllərini gələcəkdə davam etdirməsinə öz hərəkətləri ilə şüurlu surətdə yol vermiş (başqa sözlə, həmin maddələri əldə etdiyi andan o, Təqsirləndirilən şəxs əməllərinə ortaq olmuşdur, lakin ən yaxşı halda, məhkəmə onun bu əməlinə CM-in 32.5, 234.4.3-cü maddəsi ilə - külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqda köm əkçilik etmə kimi də qiymət verməmişdir.), yəni, onun bu hərəkəti Təqsirləndirilən şəxs sonrakı davranışlarını şərtləndirmiş və hər ikisinin əməli vahid ictimai təhlükəli nəticəyə (Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitəni saxlamasına) istiqamətlənmişdir. İttiham verilən cinayət əməlləri isə maddi deyil, formal tərkibli olduğundan, burada Məhkum narkotik vasitə və psixotrop maddəni sonradan satıb-satmaması heç bir əhəmiyyət kəsb etmir və onun həmin maddələri əldə edib saxladığı andan, yəni CM-in 234.2-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin an azı birinin edildiyi andan cinayət başa çatmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2024-cü il tarixli hökmünün ləğv etməklə cinayət işinin apellyasiya in stansiyası məhkəməsində yeni baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu çıxış edərək, protestdə göstərilən dəlillərin nəzərə alınaraq verilmiş protestin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2024-cü il tarixli hökmünün ləğv edilərək işin apellyasiya instansiya məhkəməsinə yenidən baxılmağa təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, a şağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən Məhkum əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən hökmün ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kol legiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2024cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşü lür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsif i üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəs ində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına da ir meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Qeyd edilən normaların tələbləri baxımın dan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2024-cü il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin hökmlərindən görünür ki, Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxıl arkən məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə öz təsdiqini tapmış, lakin sonradan işə baxan apellyasiya məhkəməsi qeyd olunan nəticə ilə haqlı olaraq razılaşmamış, apellyasiya məhkəmə baxışı zamanı iş materiallarında olan sübutların məcmusuna əsasən Məhkum qeyd olunan narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə etmədiyi, cinayət əməlinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmədiyi qənaətinə gəlinərək onun əməli CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş, ona əməlində CM-in 234.4.1-ci maddəsinin tərkibi olmadığından həmin maddə ilə bəraət verilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutl arın hansına əsaslanılması hökmdə göstərilmişdir. Kassasiya məhkəmə kollegiyası protestin dəlillərini iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 9-cu bəndində qeyd edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarına əsasən həqiqətən məhkumun üzərindən aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni satış niyyəti ilə əldə edib saxlamasını, narkotik vasitənin satışı üçün istehlakçı ilə razılaşmalarının olmasını, xüsusi avadanlığın olmasını təsdiq edən və ya həmin xüsusatlar barədə məlumatları əks etdirən hər hansı bir mötəbər sübut müəyyən olunmamışdır. Kassasiya məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən belə hesab edir ki, kassasiya protestinin Məhkum əməlinin əsassız olaraq tövsif edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsi Ambulator Məcburi Narkoloji Tibbi Yoxlamasının 10 sentyabr 2021-ci il tarixli 3373 nömrəli rəyindən görünür ki, Məhkum opioidlərin və psixotrop maddə olan metafetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narko maniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Cinayət işinin materiallarından müəyyən olunduğu kimi, narkomaniya xəstəliyindən əziyyət çəkən təqsirləndirilən şəxs Məhkum məhz şəxsi istifadəsi üçün narkotik vasitə almışdır. Həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı Məhkum əldə etdiyi narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. Məhkum narkotik vasitəni bir neçə dəfə Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün alması, üzərində aşkar edilmiş narkotik vasitənin Təqsirləndirilən şəxs məxsus olmaqla, sonuncu tərəfindən ona polis əməkdaşlarından gizlədilməsi məqsədi i lə verilməsi cinayət işi üzrə toplanılmış sübutlarla təsdiqini tapsa da, Məhkum ondan aşkar edilmiş narkotik vasitəni satış məqsədilə əldə etməsinə dəlalət edən hər hansı bir sübut aşkar edilməmişdir. Kassasiya məhkəmə kollegiyası həmçinin onu qeyd etməyi zəruri hesab edir ki, Məhkum aşkar edilmiş narkotik və psixotrop maddələr polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirinin nəticəsində yox, məhz Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının 11-ci Patrul Bölüyünün əməkdaşlarının gecə reydi zamanı mümkün olmuşdur. Yəni, sonuncunun narkotik vasitələrin satışını həyata keçirməsi ilə bağlı polis əməkdaşlarında hər hansı mənbədən daxil olmuş məlumat olmamışdır. Belə ki, Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının 11-ci Patrul Bölüyünün əməkdaş ları 18 iyun 2021-ci il tarixdə saat 03:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu deyilən ərazidən keçdikləri zaman “Volkswagen” markalı, **-TD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ara məhəllədə görüb saxlamışlar və vətəndaşlar Məhkum, eləcə də X3 qeyri-səmimi cavablar verməsi onları şübhələndirdiyindən vətəndaşlar polis bölməsinə dəvət edilmişlər. Daha sonra Məhkum Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə aparılmış və idarədə onun üzərində video çəkiliş aparmaqla şəxsi axtarış və götürmə haqında 18 iyun 2021-ci il tarixdə müvafiq protokol tərtib olunmuşdur. Həmin protokola əsasən müəyyən olunur ki, vətəndaş Məhkum əynində olan qırmızı rəngli gödəkcəsinin sol qolunun içəri hissəsi ndə gizlətdiyi üzərində “Rotmans” sözləri yazılmış siqaret qutusunun içərisindən 10 ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim edərək, həmin bükülülərin 6 ədədinin içərisində narkotik maddə “Kakos” olduğunu, 4 ədədinin içərisində isə “Metamfetaminin” olduğunu bildirib, onları Təqsirləndirilən şəxs ona verdiyini, həmçinin Təqsirləndirilən şəxs bir neçə dəfə narkotik maddə aldığını və onun online narkotik maddənin satışı ilə məşğul olduğunu bildirmişdir. O cümlədən, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları – Şahid1 və Şahid3 vermiş olduqları ifadələrində Məhkum üzərindən aşkar olunan bükümlərin Təqsirləndirilən şəxs məxsus olduğunu bildirdiyini təsdiq etmişlər. Odur ki, ittihamın əsasını təşkil edən göstərilən şahid ifadələrindən də Məhkum satış məqsədi ilə külli miqdarda nar kotik vasitə əldə etməsini müəyyən etmək mümkün olmamış, əksinə yuxarıda sadalanmış mötəbər sübutlardan da açıq-aşkar görünür ki, sonuncunun üzərindən aşkar edilmiş narkotik və psixotrop maddələr məhz Təqsirləndirilən şəxs aid olmaqla, polis əməkdaşlarından gizlədilməsi məqsədi ilə ona verilmişdir. Təqsirləndirilən şəxs Məhkum narkotik vasitə heroini satış məqsədi ilə deyil, özünün istifadəsi üçün üzərində gəzdirməsi barədə vermiş olduğu ifadə işin faktiki hallarına uyğun gəldiyindən özünü müdafiə xarakteri daşıması ağlabatan hesab olunmur. Bütün qeyd edilənlərə baxmayaraq, ibtidai istintaq orqanının qərarı ilə kifayət qədər əsaslar olmadan, heç bir mötəbər sübut əldə edilmədən, hər hansı əsaslanma aparılmadan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittih am elan etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, istintaq orqanı aşkar olunmuş narkotik vasitəyə münasibətdə Məhkum niyyətinin qiymətləndirilməsində hələ cinayət təqibinin əvvəlində irəli sürdüyü ehtimalı və subyektiv mülahizəni CPM-in 124.1-ci maddəsi baxımından mötəbər dəlillə əsaslandırmaq üçün bir sıra istintaq hərəkətləri icra etmişdir, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə Məhkum üzərindən aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin həmin narkotik vasitənin satılmasından şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi təsdiqini tapmamışdır. Cinayət işinin materiallarında Məhkum üzərində müəyyən olunmuş narkotik vasitənin və psixotrop maddənin məhz satış məqsədi ilə saxlaması xüsusatı hər hansı bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Məhkum istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübutlar əldə edilmədiyindən, o cümlədən narkotik vasitənin və psixotrop maddənin hazırlanması üçün avadanlıq aşkar edilmədiyindən, Məhkum həmin narkotik vasitəni və psixotrop maddəni satmaq niyyətində olmamasına əsas verən hal kimi qəbul olunmuşdur. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamç ısının məhkumun əməlinin düzgün tövsif olunmaması barədə iddiasının əsassız olduğu müəyyən edilir. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bağlı təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM- in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı A pellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2024-cü il tarixli hökmü kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2254/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2254/2024
26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver