Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2256/2023 31.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRAR Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun iştirakları ilə, xx xxxx xxxxx ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, himayəsində 2009-cu il təvəllüdlü azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, x qeydiyyatda olan, hal-hazırd a cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli, 1(103)-1302/2022 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2022-ci il tarixli, 1(101)-665/2022 nömrəli hökmü ilə (hakimlər R.Ə.Sadıxov (sədrlik edən), N.A.Kərimov və A.İ.Paşayev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ibtidai istintaq zamanı onun xx.xx.2021-ci il tarixdən xx.xx. 2021-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün CM-in 69.3-cü maddəsinin tələbinə əsasən hesaba alınmaqla və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 04 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli 03 mart 2022-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Müdafiəçi4 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: F.A.Qasımov (sədrlik edən), E.E.Rəhimov və K.H.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 20 22-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum satış məqsədilə qanunsuz olaraq küllü miqdarda psixotrop maddə əldə etmək məqsədilə X7 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə küllü miqdarda təmiz çəkisi 3,497 qram olan psixotrop maddə metamfetamini əldə edərək daşıyaraq saxlamış, xx.xx.2021-ci il tarixdə saat 23 radələrində qrupun digər üzvü X5 həmin psixotrop maddənin bir hissəsini, təmiz çəkisi 2,472 qram olan metamfetamini saxlaması üçün ona vermiş, həmin tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Nizami RPİ-nin X5 əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı o, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 49 ünvanın qarşısında Şahid1 idarə etdiyi "BMV” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq ünvan 4ləşən Nizami RPİ-nə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki açıq çəhrayı rəngli gödəkçənin sol yan cibindən üzərində "Prima” yazısı olan siqaret qutusunun içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 2,472 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində "Riboksin” sözləri yazılmış 01 ədəd baş hissəsi qırıq, daxilində narkotik vasitə heroin izləri olan şüşə ampul aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirinin davamı olaraq xx.xx.2021-ci il tarixdə saat 23:40 radələrində X5 Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospekti 51 ünvanın qarşısında saxlanılaraq ünvan 4ləşən Nizami RPİ-nə gətirilmiş, orada X5in üzərinə keçirilmiş şəxsi axtarış zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən xarici əlamətlərinə və kimyəvi komponent və tərkibinə görə Məhkum üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetamin ilə eynilik təşkil edən təmiz çəkisi 1,025 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib qiymətləndirilməmiş, nəticədə əsassız olaraq əməli qabaqcadan əlbir ola n bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma kimi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, müvafiq olaraq da o, törətdiyi əməllə uzlaşmayan həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətləri olmadığı üçün Bakı Apellyasiya Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qərarını dəyişdirərək, onun əməlinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən CM-nin 234.1-ci maddəsinə tövsif etməklə, 234.1-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respub likası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddəd ə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunduğunu, əməlinə uyğun olmayan cəzaya məruz qaldığını iddia edərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi və ona CM-in 234.1-ci maddəsi ilə yüngül cəzanın təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsasla r kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibi nin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüqu qi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətl ərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair birinci instansiya məhkəməsinin hökmünə və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarına baxdıqda, aydın olur ki, işin faktiki hallarının yuxarıda - hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş qaydada müəyyən edilməsinə “məhkumun həm ibtidai istintaq zamanı həmdə məhkəmədə verdiyi ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, əməliyyatı keçirmiş polis əməkdaşlarının və iş üzrə keçən şahidlərin ifadələri, məhkəməkimyəvi ekspertizasının rəyi”, ondan və digər məhkum edilmiş şəxs X5dən aşkar edilmiş psixotrop maddələrin xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eynilik təşkil etməsi olmuşdur. Məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət etməklə Məhkum 22 mart 2021-ci il tarixdə tutularkən üzərində aşkar edilmiş narkotik vasitələrə görə verilmiş ittiham üzrə sübutlara məhkəmələr tərəfindən qiymət verilərkən cinayət və cinayətprosessual qanunvericiliyinin tələblərinə riayət olunub-olunmamasına münasibət bildirməyi zəruri hesab edir. Belə ki, 22 mart 2021-ci il tarixdə Nizami Polis İdarəsinin X5 baş əməliyyat müvəkkili polis mayoru Şahid4 raportla həmin idarənin rəisinə müraciət edərək daxil olmuş əməliyyat məlumatında “X və X2” adlı şəxslərin qanunsuz narkotik vasitələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələri əldə edərək saxlaması və daşımasının b ildirərək həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Bundan sonra, 22 mart 2021-ci il tarixdə qəbul edilmiş təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsinə dair qərara əsasən həmin tarixli əmrlə yaradılmış əməliyyat qrupunun üzvləri tərəfindən ilkin olaraq həmin tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 49 ünvanın qarşısında Şahid1 idarə etdiyi avtomobil ilə saxlanılmış və avtomobildə olan Məhkum və Şahid1 şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nə gətirilmişlər, aparılmış əməliyyat-axtarış tədbirlərin davamı olaraq həmin vaxt metronun "Q.Qarayev” stansiyası yaxınlığında X1 Nizami RPİ-nə gətirilmişdir. Məhkum hüquqlarının hansı tarix və saatdan məhdudlaşd ırmasına əhəmiyyət verilmədən onun barəsində 23 mart 2021-ci tarixdə saat 00:30-dan - 00:50-dək şübhəli şəxsin tutulması barədə protokol tərtib olunur, daha sonra üzərində müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla həmin tarixdə 01:00-dan - 01:20-dək şəxsi axtarış və götürmə aparmaqla əynində olan açıq çəhrayı rəngli gödəkçənin sol yan cibində “Prima” yazısı olan siqaret qutusunun içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 2,472 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və üzərində "Riboksin” sözləri yazılmış 01 ədəd baş hissəsi qırıq, daxilində narkotik vasitə heroin izləri olan şüşə ampul aşkar edilərək götürülmüşdür. Eyni prosedur Məhkum ilə birlikdə avtomobildə saxlanılmış Şahid1, həmçinin daha sonra saxlanılmış X7 barəsində hə yata keçirilmiş, X5in üzərində 1,025 qram, Şahid1 üzərində isə 2,534 qram psixotrop maddə metamfetamin aşkar edilmişdir. Hər üç şəxsin ilkin izahat və ifadələri alındıqdan sonra Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilməklə barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, X7 və Şahid1 CM-nin 234.4.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində həbs qətimkan tədbiri seçilmişdir. İlkin olaraq qeyd olunmalıdr ki, Məhkum qanunsuz narkotik vasitələrin satışı ilə məşğul olması, satış məqsədi narkotik vasitələri əldə edərək saxlaması və daşıması barədə hər hansı əməliyyat məlumatı daxil olmamış, əməliyyat məlumatı məhz “X və X2” adlı şəxslərin qanunsuz narkotik vasitələrin satışı ilə məşğul olması, satış məqsədi narkotik vasitələri əldə edərək saxlaması və daşıması barəsində olmuşdur. Digər tərəfdən qeyd olunmalıdır ki, hazırki cinayət işinin materiallarından diqqət etdikdə görünür ki, məhkəməyədək istintaq mərhələsində Şahid1 və X9ə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürüldüyü halda Məhkumn 24 mart 2021-ci il tarixdən CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Həmçinin müstəntiq tərəfindən onun CMnin 234.1-ci maddəsi ilə məhkəməyə verilməsi ilə bağlı 2 fərqli vaxtlarda tərtib olunmuş ittiham aktları Nizami Rayonu Rayonun prokurorunun müavini X9 tərəfindən qəbul edilmiş, 17 iyul 2021-ci tarixdə və 23 sentyabr 2021-ci tarixli qərarlarla əlavə ibtidai istintaq hərəkətlərinin aparılması və ittiham a ktının yenidən tərtib olunması Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə qaytarılmış, sonuncu dəfə qaytarıldıqdan sonra müstəntiq heç bir istintaq hərəkəti həyata keçirmədən yalnız Şahid2 (vermiş olduğu ifadəsində Məhkum dair heç bir məlumat verməyərək yalnız X9i ifşa edən ifadələr vermişdir) şahid qismində dindirməklə kifayətlənərək Məhkum 07 oktyabr 2021-ci tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ittiham irəli sürmüşdür. Cinayət işi materiallarından müəyyən edilir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ittihamın irəli sürülməsi üçün əsas sonuncunun üzərindən aşkar edilmiş 2,472 qram psixotrop maddə metamfetaminin külli miqdarda olması və X5də aşkarlanmış 1,025 qram psixotrop me tamfetamin ilə xarici əlamətlərinə, kimyəvi komponent və tərkibinə görə eynilik təşkil etməsi olmuşdur. Lakin nə ibtidai istintaq zamanı nədəki məhkəmələrdə Məhkum tərəfindən psixotrop maddənin əldə edilməsi, saxlanılması, daşınması, bunu həyata keçirən qrup və güdülən məqsədlə bağlı hərtərəfli, tam və obyektiv araşdırılma aprılmadığından Məhkum tutulması və aşkar edilmiş narkotik vasitələrin rəsmiləşdirilməsi məqsədi ilə tərtib edilmiş sənədlərin işin gerçək hallarını əks etdirib-etdirmədiyini müəyyən etmək mümkün deyil. Belə ki, Məhkum ifadəsində göstərmişdir ki, X5 22 mart 2021-ci il tarixdə ona zəng edərək həmin gün dostları ilə görüşərək metamfetamin istifadə edəcəyini və onu da görüşə dəvət etməsini bildirmiş, o da X2lə razılaşaraq həmin gün axşam saatlarında "Sabunçu keçidi” deyilən yerdə görüşmüş, sonradan X2in dostu olanX6 gəlmiş, onlarX6nın idarə etdiyi avtomobilə əyləşmişdilər.X6 və onun yanındakı olan şəxs X2ə 30 manat verib metamfetamin sifariş vermişdilər. X2 telefonunda danışıq konturu olmadığı üçün o, onun telefonu ilə kiminləsə danışmış, maşından düşüb danışdığı şəxslə getməmişdən əvvəl siqaret qutusunu ona verib demişdir ki, "bizim ikimiz üçün çəkməyə patimiz var”. X2 onun telefonunu götürərək avtomobildən düşüb metafetamin almaq üçün getmiş, bir müddət sonraX6ya zəng edib onları metronun "Q.Qarayev” stansiyasının yaxınlığına çağırmışdır. Onlar deyilən yerə gedən zaman yolda polis əməkdaşları onları saxlayıb Bakı şəhəri Nizami RPİ-nə aparmışlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 göstərmişdir ki, o, heç bir yerdə işləmir, 2 aydır psixotrop maddə olan metamfetamin istifadə edir. X2 ilə tanışı X4in vasitəsi ilə tanış olmuşdur. X2 və X4 əvvəllər "Yaşıl Bazar” deyilən yerdə qonşu olmuşlar, həmin yerlər söküldükdən sonra arada bir görüşmüşlər. xx.xx.2021-ci il tarixdə axşam saatlarında X4lə bir yerdə olan zaman X4 ona söyləmişdir ki, əlinə pul gəlib, onunla bir yerdə metamfetamin qəbul etmək istəyir. O razılıq verdikdən sonra X4 X2ə zəng edib metamfetamin almaq istədiyini demişdir. X2 bir dəfə də onlar üçün metamfetamin almışdır. Beləliklə həmin gün axşam saatlarında o X4lə öz avtomobilində X2i götürmək üçün Sabunçu dairəsinə getmişdir. Orada X2i və sonuncunun yanında olan X3 adlı qızı götürüb "Neftçilər” dairəsinə gəlmişlər. X2 demişdir ki, orada tanışı ilə görüşüb onlar üçün metamfetamin alacaqdır. Onlar "Neftçilər” dairəsinə çatdıq dan sonra X4 metamfetamin almaq üçün X2ə 30 manat vermişdir. X2 getdikdən az sonra zəng edib onları metronun "Q.Qarayev” stansiyasının yanına çağırmışdır. O idarə etdiyi avtomobili ilə deyilən yerə yaxınlaşan zaman polis əməkdaşları onları saxlayıb Nizami rayon polis idarəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs X5i məhəllə uşağı kimi tanıyır, Məhkum isə bir dəfə 22 mart 2021X5əddinin yanında görmüşdür. Şahid1 isə o sosial şəbəkədən tanımış, onu X2lə tanış etmişdir. O, X2ə metamfetamin almaq üçün pul verməmiş, X2lə bir yerdə narkotik vasitə və ya psixotrop maddə istifadə etməmiş, X2, X3 və X2in dostuX6dan həmin gün aralanmış, onların tutulmasından isə həmin gün xalası oğlu dalaşdığına görə saxlanıldığı üçün bö lməyə getdikdə bilmişdir. Onun bu işə heç bir aidiyyatı yoxdur. Məhkəmədə ona ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və həmin ifadədə sonuncu göstərmişdir ki, 22 mart 2021-ci il tarixdəX6 ilə görüşüb qərara gəlmişlər ki, metamfetamin alıb qəbul etsinlər, bu məqsədlə X2ə zəng edib onlar üçün metamfetamin tapmasını xahiş etmişlər, o X2ə söyləmişdir ki, pulu da o verəcək, həmin axşam oX6, X2 və X3 görüşmüşlər, X2in ondan 30 manat alıb metamfetamin almaq üçün avtomobildən düşərək getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Məhkum qısa zamanda tanımış, onunla bir dəfə birlikdə metamfetamin qəbul etmişlər. xx.xx.2021-ci il tarixdə Məhkum ilə birlikdə axşam saatlarında tanışlarıX6 və X4 ilə "Sabunçu keçidi” deyilən yer də görüşmüş, məqsədləri əldə edərək birlikdə istifadə etmək olmuşdur. Metamfetamin əldə etmək üçün pulu isə X4 verməli idi. Hamısı birlikdəX6nın idarə etdiyi avtomobilə əyləşmiş və metronun "Neftçilər” stansiyasına getmişlər. Orada o, X7 adlı tanışı ilə telefon əlaqəsi saxlayaraq ona 30 manatlıq metamfetamin sifariş vermişdir. X7 ona «Diqlas» ticarət mərkəzinin yanına gəlməsini, orada onunla telefon əlaqəsi saxlamasını, özünün isə gizlətdiyi yerdən metamfetamin götürməyə getdiyini demişdir. X7i «Diqlas» ticarət mərkəzinin yanında maşından düşürmüşlər, o, ona yaxınlıqdakı aptekə dəyib oradan isə «Diqlas» ticarət mərkəzinin yanında metamfetaminlə onu gözləyəcəyini demişdir. Sən demə, X7 maşından düşəndə maşının arxa oturacağına, X3nin yanına bir ədəd siqaret qutusu qoyub getmişdir. Bunu yaln ız X3 görmüş, lakin əhəmiyyət verməmişdir. Bundan sonra X4 ona 50 manatlıq əskinas verərək onu xırdalayaraq 20 manatını ona qaytarmasını, 30 manatı isə metamfetaminə görə X7ə verməsini bildirmişdir. Pulu yaxınlıqdakı ticarət yerində xırdalayaraq 20 manatı X4ə vermiş və X7in dediyi «Diqlas» ticarət mərkəzinin yanına metafetamini götürməyə getmişdir. Orada bir saata yaxın X7i gözləmiş, sonuncuya bir neçə dəfə zəng etsə də sonuncuya düşə bilməmiş, bundan sonra X4ə zəng vurmuş, sonuncu da cavab verməmiş, lakin bir azdan zəng edərək maskasız olduqlarına görə polis əməkdaşları onları şöbəyə gətirmiş, hal-hazırda şöbədən çıxıb «PANDA» ticarət mərkəzinin yanına getdiklərini, onun da oraya gəlməsini bildirmişlər. O, onların yanına gedən zaman 3 nəfər polis əməkdaşları onu saxlayıb polisə aparmışlar, X3ni,X6nı və X4i orada görmüşdür. Xatırladığı qədər X3nin də üzərindən metafetamin aşkar edilmiş və onu həbs edərək X3 ilə birlikdə cinayət məsuliyyətinə cəlb etmişlər, lakin X3ni həbs etməmişlər. Həmçinin X8 ibtidai istintaq zamanı 23 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində dindirilərkən əlavə olaraq bildirmişdir ki, o, Məhkum ona verdiyi siqaret qutusunun içərisində psixotrop maddənin olmasından xəbəri olmamışdır. Belə ki, o, qutunu ona saxlamaq üçün vermiş və istəməmişdir ki, maddənin olmasındanX6nın və X4in xəbəri olsun. Bu səbəbdən də onlardan 30 manat alıb yenidən “mal” almaq üçün Qara Qarayev metrostansiyası ərazisinə getməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Məhkum keçirdikləri əməliyyat təd biri ilə əlaqədar tanıyır. Belə ki, o, hadisə baş verən zamanda Bakı şəhəri, Nizami RPİ-nin X6 baş əməliyyat müvəkkili vəzifəsində çalışırdı, hal-hazırda isə Nizami RPİ-nin İB-nin müstəntiqi vəzifəsindədir. xx.xx.2021-ci il tarixdə "X2 vəX6” adlı şəxslərin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddənin saxlaması, qəbulu və satışı ilə məşğul olması barədə bölməyə məlumat daxil olmuş, məlumatla əlaqədar əməliyyat tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş, ondan və həmkarları X9 və Şahid6 ibarət əməliyyat qrupu yaradılmış və xx.xx.2021-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 49 ünvanın qarşısında Şahid1 idarə etdiyi avtomobil ilə saxlanılmış və avtomobildə olan Məhkum və Şahid1 şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nə gətiril mişlər. Aparılmış əməliyyat-axtarış tədbirlərin davamı olaraq həmin vaxt metronun "Q.Qarayev” stansiyası yaxınlığında X1 Nizami RPİ-nə gətirilmişdir. Hər üç şəxs idarənin təhqiqatçısına təqdim edilmiş, təhqiqatçı tərəfindən X5, Şahid1 və Məhkum müdafiəçi dəvət olunaraq hər birinin üzərinX5axış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman Məhkum üzərindəki siqaret qutusunda 2,472 qram psixotrop maddə - metafetaminə bənzər maddə, Şahid1 üzərindən 01 ədəd bükülüdə 2,534 qram metafetaminə bənzər maddə və X5in üzərindən 01 ədəd bükülüdə 1,025 qram metafetaminə bənzər mX5ərək götürülmüşdür. İlk növbədə qeyd olunmalıdır ki, məhkum X10 (həm ibtidai həmdə məhkəmə istintaqı zamanı) ondan aşkar edilmiş psixotrop maddənin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə etməsi, daş ıyaraq saxlaması ilə bağlı ifadələr vermədiyi halda birinci instansiya məhkəməsi qeyd olunan ifadələri etirafedici ifadələr, həmçinin Məhkum qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən əsas sübut kimi qiymətləndirmişdir. Bundan başqa proses iştirakçılarının vermiş olduqları ifadələrin təhlili göstərir ki, Məhkum həm ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində, həmçinin birinci instansiya məhkəməsinin baxış iclasında eyni və ardıcıl ifadələr verdiyi halda, onunla bərabər saxlanılan Şahid1 və daha sonra saxlanılan X7, həmçinin hazırkı iş üzrə şahid qismində keçən Şahid2 fərqli-fərqli ifadələr vermişlər. Birinci instansiya məhkəməsi Məhkum ifadələrində vermiş olduğu məlumatların (X9in siqaret qutusunu ona verib demişdir ki, "bizim ikimiz üçün çəkməyə patimiz var”) həqiqəti əks etdirib etdirməməsi ilə bağlı heç bir təhlil aparmadan, həmçinin X3 ibtidai araşdırma dövründən başlayaraq vermiş olduğu fərqli-fərqli ifadələrinin (Məhkum siqaret qutusunun içərisində psixotrop maddənin verməsi, X7 adlı şəxsin ümumiyyətlə həmin vaxt hadisə yerində olması, həmin şəxsin maşından düşəndə maşının arxa oturacağına, X3nin yanına bir ədəd siqaret qutusu qoyması) həm özü özlüyündə həm də yuxarıda adları çəkilən şəxslərin ifadələri ilə uzlaşmayaraq ziddiyyət təşkil etdiyi halda, bu uyğunsuzluqlardan törəyən şübhələri aradan qaldırmaq üçün heç bir tədbir görmədən Məhkum 01 ədəd bükümdə aşkar edilmiş 2,472 qram psixotrop maddə metamfetamin satış məqsədi ilə əldə edib, saxlayaraq daşımasının, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsi rliyinin sübuta yetirilməsinə dair nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi də, birinci instansiya məhkəməsinin sübutların tədqiqi məsələsində yol verdiyi pozuntuları (araşdırmanın natamamlığı) aradan qaldırılmayaraq verilmiş ifadələrin qarşılıqlı, həmçinin hazırkı iş üzrə toplanmış sübutlarla müqayisəli formada təhlili həyata keçirməmiş, verilmiş ifadələrin mötəbərliyinə qiymət verməmiş, Məhkum dəlillərini (ifadəsində istinad etmiş olduğu hallar) lazımınca yoxlamamış, bununla da, məhkəmə cinayət-prosessual qanunun 8-ci maddəsi ilə ehtiva olunan, eləcə də cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsiplərindən (CPM, maddə 33) irəli gələn vəzifələrini lazımınca yerinə yetirməmişdir. Qe yd olunan prinsiplərə, sübutların tədqiqinə dair cinayət-prosessual qaydalara (CPM-in 143-146-cı maddələrinə) əməl olunmadan əldə edilmiş nəticə də mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası eyni zamanda birinci və apellyasiya instansiyası məhkəmələrin Məhkum cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi ilə bağlı gəlmiş olduqları nəticəyə münasibət bildirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 31-ci maddəsi iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılığı nəzərdə tutur. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən “qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törəd ilmiş cinayət hesab olunur”. Bu maddədə iki və ya daha çox şəxsin “qabaqcadan razılaşması” dedikdə, onların əvvəlcədən, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsinə başlayana qədər (cinayətə hazırlıq mərhələsində) cinayətin birgə törədilməsi barədə razılığa gəlmələri başa düşülür. Belə (qabaqcadan) razılaşmanın olmadığı iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət isə Cinayət Məcəlləsinin 34.1-ci maddəsində “bir qrup şəxs” tərəfindən törədilmiş cinayət kimi təsnif edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il 2 №li Qərarın 11-ci bəndində qeyd edilir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndi rilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.” İş üzrə toplanmış və araşdırılmış sübutların təhlili göstərir ki, X8in satış məqsədi ilə 3,497 qram olan psixotrop maddə əldə edilməsi, daşınması və sair qanunsuz dövriyyəsi ilə bağlı hərəkətlərində Məhkum iştirak etməsi, eləcə də X8 tərəfindən Məhkum psixotrop maddəni verdikdən sonra sonuncunun əldə edilmiş narkotik və psixotrop vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar etdiyi hərəkətlərdə iştirakının konkret nədə ifadə olunması məhkəmələr tərəfindən ümumiyyətlə araşdırılmamış və göstərilən bu hala heç bir qiymət verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, formal olaraq Məhkum X8lə qabaqcadan əlbir olması qeyd olunsa da, sonuncunun iştirakçılıqda hərəkətlərinin nədə ifadə olunması qəbul edilmiş yekun məhkəmə aktlarında təsvir edilməmişdir. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlməsi üçün əsas r olunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri proses iştirakçıları tərəfindən mübahisələndirildiyi halda (bununla bağlı tələbləri), həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət kəsb edir. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv y oxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticiələrə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da məhkəmə istintaqı aparmadan həyata keçirmək mümkün deyil. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələrinin Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən irəli gələn araşdırmanın həyata keçirmələri öyrənilmiş cinayət işi materiallarından müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməli, apellyasiya şikayətinə onun məzmununa və irəli sürülmüş apellyas iya tələbinin xarakterinə adekvat olan prosedurda – ətraflı məhkəmə istintaqı aparılmaqla təkrarən baxılmalıdır. Odur ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən əsaslı hesab edilməli, onun dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla mübahisləndirilən qərar ləğv edilməli, apellyasiya şikayəti üzrə məhkəmə baxışı təkrarən keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum, habelə şikayətin təmin edilməməsinə dair dövlət ittihamçısı X4 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum oğlunun barəsində olan 11 oktyabr 2022-ci il tarixli, 1(103)-1302/2022 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya qaydasında baxılması üçün yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 11 oktyabr 2022-ci il tarixli, 1(103)-1302/2022 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-2256/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2256/2023
31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver