Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2257/2023 14.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2121/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şik ayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum 7 may 1990-cı il tarixdə Masallı şəhərində anadan olmuşdur, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, kassir işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşamışdır. 2. 23 may 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 14 iyun 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansi ya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, X5 ölkə ərazisində narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Siyavuş” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək “Siyavuş” adlı şəxs tərəfindən göndərilmiş külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metafetamini Təqsirləndirilən şəxsla birlikdə istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edib yaşadıqları Bakı şəhəri, ünvan 3 ünvanına daşıyaraq orada saxlamış, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə daxil olmuş məlumat əsasında sonuncu xx.xx.2021-ci il tarixdə, saat 15:05-də Nəsimi RPİnin 20-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, ev 18 ünvanının qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 20-ci PB-nə gətirilmiş, polis bölməsində üzərində şəxsi axtarış keçirilən zaman qanunsuz hər hansı bir əşya müəyyən edilməmiş, lakin üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs onunla birlikdə kirayədə yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddə saxlamasını bildirdikdən sonra əməliyyat tədbirlərinin davamı kimi həmin gün saat 20:30- da Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən ünvan 6 ünvanına b axış keçirilərkən mənzilin giriş hissəsindən sağ tərəfdə yerləşən yataq otağındakı taxta konstruksiyalı çarpayının üzərindəki yastığın altına qoyulmuş qara rəngli əl çantasının içərisindən satış məqsədilə əldə etdiyi 4 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 42,262 qram, 28,761 qram, 26,262 qram və 51,005 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdar təşkil edən 148,290 qram eyni tərkibli narkotik vasitə heroin, 5 bükümdə ayrıayrılıqda təmiz çəkiləri 13,850 qram, 0,920 qram, 0,836 qram, 0,401 qram və 0,231 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdar təşkil edən 16,238 qram eyni tərkibli psixotrop maddə metamfetamin və arxasında “200g/0,01g” yazısı olan, narkotik vasitə və psixotrop maddələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı, üzərində narkotik vasitə və psixotrop madd ə izləri olan gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədilə külli miqdarda təmiz çəkisi 2,889 qram olan narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 22 fevral 2022-ci il tarixdə, saat 15:30-da özünü şübhəli apardığı üçün Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 7 ünvanının qarşısında saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki tünd qara rəngli, kənarında ağ rəngli xətt olan idman şalvarının sağ yan cibindən 1 bükümdə 2,889 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
5. Bakı Ağır Cinayətlər Məhkəm əsinin 1(103)-1201/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 22 fevral 2022-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Həmin hökmlə Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmişdir.
7. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib istintaq dövründə narkotiklərin digər şəxslərə satması barədə heç sübutun əldə edilmədiyini, nark otik vasitələrin istifadəçisi olsa da, satışı ilə heç vaxt məşğul olmadığını qeyd edərək, hökmün ləğv edilməsini, əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsini xahiş etmişdir.
8. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 da apellyasiya şikayəti verib Məhkum verilmiş ittihamın nə ibtidai istintaq zamanı toplanmış, nə də məhkəmə araşdırılması zamanı tədqiq edilmiş sübutlarla təsdiq edilmədiyini, həmçinin cinayət işi materiallarında qeyri mötəbər sübutlara istinad olunduğunu qeyd edərək, hökmün ləğv edilməsini, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2121/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şi kayəti təmin olunmamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(103)-1201/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 06 (altı) il müddətə endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
10. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
11. Kassasiya şikayətində törədilən cinayət əməlinin səhv tövsif edildiyi iddia edilməklə, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ədalətli qərarın qəbul edilməsi xahiş edilir.
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquq i məsələlər
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tə ləblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı k assasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Məhkum kassasiya şikayətində törətdiyi cinayət əməlinin tövsifini mübahisələndirməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
18. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2121/2022 nömrəli, 21 noyabr 2022-ci tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
20. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
21. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsi nin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasın ı, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
23. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
24. Belə ki, ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutlar hazırd a mübahisələndirilən qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq maddi və prosessual cinayəthüquqi normalara və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha araşdırılmış, məhkəmə haqlı olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsinin təsdiqi özünün və hazırki iş üzrə digər məhkum edilmiş şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı həmçinin şahid ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 fevral 2022-ci il tarixli, 6/1111 nömrəli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 X6 X2 6 aprel 2022-ci il tarixli, 1636 nömrəli rəyləri, telefon da nışıq məlumatlarına baxış keçirilməsi haqqında protokol, ani mesajlaşma sisteminə aid yazışmaların mətnləri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, həmçinin işdə olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə məhkumun və müdafiəçisinin apellyasiya şikayətlərində irəli sürdükləri dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaət i şübhə altına almaq üçün əsas görmür.
26. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, apellyasiya instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmışdır.
27. Qeyd olunanlar apellyasiya instansiyası məh kəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
28. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2121/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli, qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2121/2022 nömrəli, 21 noyabr 2022-ci il tari xli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.