Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2257/2025 23.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, bəraət almış şəxs X1, onun müdafiəçisi İsayev Elşad Nəsrəddin oğlunun, Zərərçəkmiş şəxs iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-223/2025 nömrəli, 02 iyul 2025-ci il tarixli qərarından dövlət ittihamçısı Qasımova Sevinc Cahangir qızı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Bəraət almış şəxs X7 xxxxx-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, x kəndində daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllə ünvanında yaşamışdır. 2. 08 iyun 2024-cü il tarixli ittiham aktına görə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, "xxxx" ASC 11 saylı fili alı ilə 06 iyun 2014-cü il tarixdə bağlanmış 51KDİ/14 saylı ipoteka müqaviləsi əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini və onun yerləşdiyi 0,0215 ha torpaq sahəsini ipoteka ilə yüklü etmiş və buna baxmayaraq 2015-ci ilin yanvar ayının əvvəlində ipoteka saxlayanın yazılı razılığı olmadan ipoteka predmetinə dair sərəncam vermək hüququ olmadığı və bunu bildiyi halda, atası X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ipotekada olduğunu bildiyi halda həmin əmlakı sonuncunun adına rəsmiləşdirəcəyini yalandan vəd verməklə, satmaq adıyla aldadaraq Zərərçəkmiş şəxs vahid niyyətlə 05 yanvar 2015-ci il tarixdə saat 12 radələrində bir sıra hallarda özü birbaşa, ayrı-ayrı hallarda isə atası Xla birlikdə 650 00 manat pulu Abşeron rayonu, Masazır qəsəbəsində olan “Qardaşlar” kafesində, 06 yanvar 2015-ci il tarixdə saat 11 radələrində onun satacağını vəd etdiyi Abşeron rayonu, Masazır qəsəbəsi, A.Abdulhüseynov küçəsi 1A nömrəli evdə 5000 manat, 16 yanvar 2015-ci il tarixdə həmin evdə 5000 manat, 15 mart 2015-ci il tarixdə saat 14-də X8 qəsəbəsində olan ofisində Xun iştirakı ilə 7000 manat, 07 aprel 2015-ci il tarixdə saat 10-da Masazır qəsəbəsinin girişində olan “Petrol” yanacaq doldurma məntəqəsinin qarşısında 5000 manat, 15 may 2015-ci il tarixdə saat 15 radələrində qeyd edilən evdə 5000 manat, 10 iyul 2015-ci il tarixdə saat 12 radələrində X8 qəsəbəsində “Omid” tikinti mağazası ilə üzbəüz yerləşən ofisində 2625 manat, 20 avqust 2015-ci il tarixdə saat 16 radələrində Xun işlədiyi həmin ofisd ə 3630 manat, 10 sentyabr 2015-ci il tarixdə saat 14 radələrində həmin ofisdə onun iştirakı ilə atası X 2567 manat, 18 dekabr 2015-ci il tarixdə həmin ofisdə onun iştirakı ilə atası X 2178 manat, cəmi 103000 manat pulu etibarından sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. 3. 24 iyul 2024-cü il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə X7 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-68/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli hökmü ilə X5 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə bəraət verilməsi hökm edi lmiş, digər məsələlər həll edilmişdir.
5. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verib, bəraət hökmünün qanunsuz və əsassız hesab edilərək, ləğv edilməsi və X7 barəsində ittiham hökmü çıxarılmasını xahiş etmişdir.
6. Hökmdən həmçinin dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün ləğv edilməsi, X1 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cinayət qanunvericiliyinin müddəalarına uyğun cəza təyin edilməklə məhkum edilməsinə dair yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-223/2025 nömrəli, 02 iyul 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-68/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli hökmü apellyasiya şikayəti və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Qasımova Sevinc Cahangir qızı kassasiya protesti, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
9. Kassasiya protestində cinayət işinin materiallarında olan mövcud sübutlara, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə istinad edilməklə həmin sübutlar əsasında X1 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsinin tam sübuta yetirildiyi iddia edilir. Lakin məhkəmələr tərəfindən bu sübu tlar nəzərə alınmamış, təhlil edilməmiş, bir-biri ilə müqayisə olunmamış, sübutların mötəbərliyi müəyyən edilməmiş və sübutların məcmusuna hüquqi qiymət verilməmişdir. Məhkəmələr öz qərarlarında cinayət işinin başlanmasının rədd edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında əvvəlki qərarlara istinad etmişdir ki, həmin qərarlar hüquqi qüvvəsini itirmiş və fakt üzrə cinayət işi başlanmışdır. Bundan başqa, məhkəmələr Zərərçəkmiş şəxs HK-1/908 nömrəli material üzrə verdiyi izahatı əsas götürmüşdür. Həmin material üzrə aparılmış tədqiqat zamanı Zərərçəkmiş şəxs şikayət olunan şəxs qismində təhqiqata cəlb edilmiş, Azərbaycan Respublikası CM-nin tələblərinə uyğun olaraq yalan xəbərçilik və ya yalan izahat verməyə görə ona xəbərdarlıq edilməmişdir. Məhkəmələr, həmçinin, yanlış olar aq qərara almışdır ki, nə zərərçəkmiş şəxs, nə də onun şahid kimi göstərdiyi Şahid2 ilkin danışıqlarda və razılaşmada Bəraət almış şəxsin iştirakını qeyd etmişdir. Əksinə, sübutlar göstərir ki, Zərərçəkmiş şəxs ev alınması ilə bağlı ilkin olaraq təqsirləndirilən şəxsin atası Xla əlaqə saxlamış, qiymət barədə razılıq Xla əldə edilmiş, evi o göstərmiş, 65.000 manat məbləğində pul ona verilmiş və bank əməliyyatları da onun iştirakı ilə həyata keçirilmişdir. Təqsirləndirilən şəxsə verilmiş ittihama görə, o, atası X ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs aldatmaqla etibarından sui-istifadə etmişdir. Bununla belə, məhkəmələr zərərçəkmiş və şahid ifadələri ilə təsdiq olunan halları, o cümlədən pulun Bəraət almış şəxsin iştirakı ilə X təqdim ed ilməsini, banka gedərkən Bəraət almış şəxsin avtomobildə olmasını, habelə mənzilin mülkiyyətçisi qismində Bəraət almış şəxsin alıcıya daşınmaz əmlakın ipoteka yüklü olması barədə məlumat verməməsini nəzərə almamışlar. Nəticədə məhkəmələr göstərilən halları nəzərə almadan, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirmədən, ittihamı təsdiq edən sübutların qəbul edilməməsi səbəblərini yekun qərarda göstərmədən faktiki hallara uyğun olmayan nəticəyə gəlmiş və mövcud sübutların düzgün təhlilinə əsaslanaraq ittiham hökmü çıxarmaq əvəzinə hüquqi cəhətdən əsaslandırılmamış məhkəmə aktlarını qəbul etmişlər. Göstərilənlər nəzərə alınmaqla, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-223/2025 nömrəli, 02 iyul 2025-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına qayt arılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
10. Zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətində apellyasiya şikayətində əvvəl irəli sürdüyü dəlilləri təkrarlayaraq qeyd etmişdir ki, Bəraət almış şəxsin atası Xun göstərişi ilə “Girov haqqında” Azərbaycan Respublikası Qanunun 31-ci maddəsinin tələbləri pozulmaqla "xxxx" ASC-nin yazılı razılığı olmadan Zərərçəkmiş şəxs bütün əmlakı üzərində sərəncam vermək hüququ verən, notariat qaydasında rəsmiləşdirilmiş etibarnamə verilməsi baş vermişdir. Zərərçəkmiş şəxs, atası Xun göstərişi ilə bir neçə dəfə pulu alıb atasının banka olan borcunu ödəməsi barədə ifadələr alınmışdır. Faktiki olaraq, Bəraət almış şəxs atası ilə qabaqcadan əlbir olaraq, ipoteka ilə yüklü şəxsi evini satmaq adı ilə Zərərçəkmiş şəxs aldadaraq pulunu ələ keçirmiş dir. Buna baxmayaraq, Sumqayıt Ağır Cinayətlər Məhkəməsi qanunsuz olaraq onun barəsində bəraət hökmü çıxarmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi isə Cinayət Kollegiyasında aparılmış qismən istintaq zamanı Bəraət almış şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin tərkibi olmasının təsdiqlənməsinə, həmin faktın zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və notariat qaydasında rəsmiləşdirilmiş etibarnamə sənədləri ilə təsdiq edilməsinə baxmayaraq, heç bir əsas göstərmədən ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək həmin sübutların tədqiqindən əsassız imtina etmişdir. Nəticədə, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-nin 416.0.1-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq birinci instansiya məhkəməsinin Bəraət almış şəxs barəsində çıxarmış bəraət hökmünün dəyişdirilmədən saxlanılması barədə qanunsuz qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi Bəraət almış şəxs barədə bəraət hökmü çıxararkən və apellyasiya instansiyası məhkəməsi həmin bəraət hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edərkən qanunsuz olaraq Abşeron rayon polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi Eldəniz Əsgərovun bu cinayət işi üzrə Bəraət almış şəxsin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan əməlinin sübuta yetirilməməsi və Bəraət almış şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisənin mülki xarakterli olması barədə icraata xitam verilməsi barədə qərarına əsaslanmış və Eldəniz Əsgərovun həmin qərar üzrə gəldiyi nəticəni haqlı hesab etmiş, lakin həmin qərarın qanunsuz olduğundan prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorunun 18 dekabr 2023-cü il tarixli qərarı ilə ləğv edildiyini nəzərə almamışdır. Göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-223/2025 nömrəli, 02 iyul 2025-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
11. Kassasiya protesti və kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsin də məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Hər iki kassasiya müraciətində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyi, nəticədə X5 əsassız bəraət verildiyi iddia edilməklə, kassasiya xahişləri Azərbaycan Respublikası CPM-nin 416.1.2 v ə 416.1.3-cü maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirilmişdir.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini və kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-223/2025 nömrəli, 02 iyul 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.
18. Baxılan cinayət işinin öyrənilməsi nəticəsində müəyyən olunur ki, X5 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə verilən ittihama görə o, 06 iyun 2014-cü il tarixdə "xxxx" ASC-nin 11 saylı filialı ilə bağladığı 51KDİ/14 n ömrəli ipoteka müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0,0215 hektar torpaq sahəsini ipoteka ilə yükləmiş, lakin 2015-ci ilin yanvar ayının əvvəllərində ipoteka saxlayanın yazılı razılığı olmadan, ipoteka predmetinə dair sərəncam vermək hüququnun olmadığını və bunu bildiyi halda, atası X2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmiş, ipotekada olduğunu bildiyi həmin əmlakı guya onun adına rəsmiləşdirəcəyi barədə yalan vəd verməklə, satmaq adı altında aldadaraq ondan 103.000 (yüz üç min) manat məbləğində pul vəsaitini ələ keçirərək özgə əmlakını etibarın sui-istifadə və aldatma yolu ilə mənimsəməklə külli miqdarda ziyan vurmuş, bununla da dələduzluq cinayəti törət mişdir.
19. Qeyd edilən ittihamla razılaşmayan birinci instansiya məhkəməsi, X1 təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsi barədə hökm qəbul etmiş və gəldiyi bu qənaətini aşağıdakı əsas hallarla izah etmişdir: 1) HK1/908 nömrəli material üzrə 10 mart 2016-cı il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda Zərərçəkmiş şəxs ifadəsində Xun ona alqı-satqı predmeti olmuş evin "xxxx" ASC-də girovda olduğunu və banka 57.000 manat məbləğində borcun mövcudluğunu bildirdiyini göstərməsi; 2) İstintaq orqanı tərəfindən mərhum atası ilə zərərçəkmiş şəxs arasında baş verənlərdən Bəraət almış şəxsin məlumatlı olmasını, habelə onun zərərçəkmiş şəxsdən hər hansı formada maddi nemət əldə etməsini təsdiq edən sübutların toplanmaması; 3) İttiham tərəfin dən çıxış edən şəxslərin ifadələrində ciddi ziddiyyətlərin mövcud olması.
20. Nəticədə birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, “əvvəlcədən Xla zərərçəkmiş şəxs arasında evin alqı-satqısı ilə bağlı razılıq olunmuş, zərərçəkmiş şəxs evin ipoteka ilə yüklü olduğunu bilmiş, kredit ABŞ dolları ilə olduğundan Azərbaycan manatının devalvasiyasından sonra krediti ödənişi artdığına görə tərəflər arasında kreditin ödənilməsi və ya verilmiş pulun qaytarılması ilə bağlı mülki mübahisə yaranmış, bu mübahisə uzun müddət davam etmişdir. Xun ölümündən sonra isə zərərçəkmiş şəxs evin banka olan borcunun təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etsə də, Bəraət almış şəxs onun bu tələbini yerinə yetirmədiyinə görə ondan əsassız şikayət etməyə başlamışdır.”
21. Birinci instansiya məhkə məsinin əsas götürdüyü hallardan birincisinə münasibət olaraq məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi, bəraət hökmünün çıxarılması üçün əsas götürülmüş HK1/908 nömrəli material üzrə 10 mart 2016-cı il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar Abşeron Rayon Prokurorluğunun müvafiq qərarı ilə ləğv edilmişdir.
22. İstinad edilən bu halla bağlı məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, Azərbaycan Respublikası CPM-nin “Prosessual qərarların preyudisial əhəmiyyəti” başlıqlı 65-ci maddəsinin 1-ci bəndinin təfsiri belə nəticəyə gəlməyə imkan verir ki, cinayət prosesini həyata keçirən orqanın yalnız ləğv edilməmiş qərarı hüquqi qüvvəyə malik olub həmin məsələ üzrə yeni qərarın qəbul edilməsinə əsas verir.
23. İstintaq orqanı tərəfindən qəbul edildiyi iddia olunan həmin sənədlə bağlı həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində aparılan araşdırmalar zamanı zərərçəkmiş şəxs istintaq dövründə ümumiyyətlə belə bir ifadə vermədiyini və həmin sənədin saxta olduğunu bildirmişdir (cild 4, vər. 47).
24. Habelə qeyd olunmalıdır ki, 10 mart 2016-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar məhkəməyə kserosurət şəklində təqdim edildiyindən, həmin sənədin əslinin əldə edilməsi məqsədilə Abşeron Rayon Polis İdarəsinə və Abşeron Rayon Prokurorluğuna sorğular göndərilmiş, cavab məktublarında hər iki qurum toplanmış materialın məhv edildiyini bildirmişdir (cild 4, vər. 147-148).
25. Bununla belə, birinci instansiya məhkəməsi qanunvericiliyin istinad edilən tələb inə əməl etməmiş, sübutun mötəbərliyi baxımından qiymətləndirmə istiqamətində müəyyən addımlar atsa da, sonradan bir tərəfdən hüquqi qüvvəsini itirmiş prosessual qərarın eyni məsələ üzrə yeni qərarın qəbul edilməsində istifadəsini mümkün saymış, digər tərəfdən isə qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiqlənmədən, sadə kserosurət şəklində təqdim edilmiş, texniki vasitələrin tətbiqi ilə məzmununun təhrif edilməsi ehtimalı istisna olunmayan sənədi sübut kimi qəbul etmiş, kobud prosessual pozuntunu təşkil edən addımlarını heç bir hüquqi arqumentlə əsaslandırmamışdır.
26. Bəraət hökmünün çıxarılmasına əsas olmuş birinci instansiya məhkəməsinin 2-ci arqumenti - istintaq orqanı tərəfindən X1 zərərçəkmiş şəxsdən hər hansı formada maddi nemət əldə etməsini təsdiq edən sübutun toplanmamasına münasibətdə qeyd olunmalıdır ki, məhkəmə qarşısında Bəraət almış şəxs mərhum atası olan digər təqsirləndirilən şəxsin əməllərindən xəbərsiz olduğunu bildirsə də, onun məhkəməyədək icraat mərhələsində verdiyi ifadələri bu mövqedən fərqlənmişdir.
27. Belə ki, istintaqın ilkin mərhələlərində təqsirləndirilən şəxs qismində dindirilərkən Bəraət almış şəxs bildirmişdir ki, mərhum atası Xun 2014-cü ildə daha əvvəl onun adına özəlləşdirilmiş ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini və evin yerləşdiyi 0,0215 ha torpaq sahəsini ipotekaya qoyub bunun müqabilində "xxxx" KB ASC-dən 75000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Sonra atası ona evi Zərərçəkmiş şəxs satdığını demiş və o, sonuncuya mülki etibarnamə vermişdir ki, banka olan kredit borcunu ödədikdən sonra evi öz adına keçirsin. Da ha sonra atasının zərərçəkmiş şəxslə mübahisələri yarandığından aralarında məhkəmə çəkişmələri olmuşdur. Evi zərərçəkmiş şəxsə satmadığını bildirsə də, sonuncudan 2 dəfə ipoteka kreditinin pulunu alıb banka ödədiyini təsdiqləmişdir (cild 1, vər. 85).
28. Oxşar məzmunlu ifadəni Bəraət almış şəxs onunla Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə prosessual hərəkəti zamanı təkrarlamışdır (cild 1, vər. 88-89).
29. Eləcə də cinayət işinin materiallarında olan X1 barəsində seçilmiş həbsdə saxlama müddətinin uzadılması barədə Abşeron Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qərarının 3-cü səhifəsindən görünür ki, barəsində həbsdə saxlama müddətinin uzadılması barədə təqdimata baxılarkən, o, bir neçə dəfə Zərərçəkmiş şəxs kredit borcunun ödənilməsi məqsədi ilə 1200 manatdan - 13000 man ata qədər pul vəsaitinin almasını təsdiqləmişdir (cild 1, vər. 171).
30. Qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası xatırlatmağı vacib hesab edir ki, vahid məhkəmə təcrübəsinin formalaşması məqsədi ilə qəbul etdiyi müvafiq Plenum qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmələrin onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verilməli olduqlarını xüsusilə vurğulamışdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” qərarı, № 15, § 33, 24 dekabr 2021-ci il).
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərinə baxmayaraq, birinci instansiya məhkəməsi X1 ibtidai ist intaq dövründə verdiyi ifadələrini qəbul etdiyi hökmdə ümumiyyətlə əks etdirməmiş, məhkəmə iclasında fərqli ifadə verməsinin səbəblərini araşdırmamış, təkcə onun məhkəmədə verdiyi ifadəsini hüquqi qüvvəsini itirmiş 10 mart 2016-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın kserosurətindəki məlumatlarla müqayisəli təhlil etməklə kifayətlənmiş, məhkəməyədək icraat mərhələsində verdiyi ifadələrlə mövcud ifadəsi arasında yaranmış kəskin ziddiyyətləri nəzərdən qaçırmış və bu ziddiyyətlərə hüquqi qiymət verməmişdir.
32. İttiham tərəfindən çıxış edən şəxslərin, yəni zərərçəkmiş şəxs və şahidlərin ifadələrində ziddiyyətlərin olmasına dair birinci instansiya məhkəməsinin arqumenti ilə əlaqədar məhkəmə kollegiyası həmin ifadələrin nəzərdən keçirilməsini məqsədəmüvafiq h esab edir.
33. Belə ki, ibtidai istintaq dövründə və məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 2014-cü ilin dekabr-2015-ci ilin yanvar aylarında ev almaq niyyətinə düşmüşdür. X11 təcili ev satdığını demişdirlər. Əslində o, Abşeron rayonu Masazır qəsəbəsindən deyil, Bakı şəhərindən ev almaq istəmişdir. 135 min manata evin satıldığını demiş, həmin vaxt kirayə evdə yaşamış, kirayə qaldığı ev əşyalı olmuşdur. Evə gəlib baxıb bəyənmiş, qiymətini soruşmuşdur, qiymətinin 135 min manat olduğunu, aşağı qiymətinin 130 min manata olduğunu, imkanının çatmadığını demişdir. Həmin küçənin arxa məhləsindəki evləri ona göstərmiş, evlərin qiymətinin 170 min, 180 min, 200 min manata olduğunu demişdirlər. Həmin evləri almaq üçün imkanı çatmamışdır. X ona z əng edərək YYın əsgərlik məsələsi üçün pul lazım olduğunu demişdir. Masazır qəsəbəsi ərazisində “Qardaşlar” kafesinə gəlmiş, evi 115 min manata verə biləcəklərini demişdirlər. Ona sonra zəng etmiş, evi 115 min manata sata biləcəkləri barədə bildirmişdirlər. O da kirayə qaldığı evi satdıqlarına görə evdən çıxmalı olmuşdur. 75 min manat pulu verib evə köçə biləcəyini ona demişdirlər. O isə 65 min manat pulu olduğunu demişdir. Pulu vermiş, ona evin açarları və evin texniki pasportunu verib 1 həftəyə kimi evə köçə biləcəyini bildirmişdirlər. Uşaqların Yardımlı rayonunda olduğu üçün onlar gəldikdən sonra evi onun adına keçirəcəklərini bildirmişdirlər. Evi aldıqdan sonra valideynlərini evə gətirmiş, xeyir-dua almışdır. Səhəri gün kirayə yaşadığı evdən bu evə köçməyə başlamışdır. Onlar yenə qapıy a gəlib ondan 5 min manat pul verməsini istəmişdirlər. Evə köçdükdən 1 həftə sonra onlara zəng edib evi onun adına keçirmələrini bildirmişdir. Onu müxtəlif bəhanələrlə yubatmışdırlar. Tanışı olan bir ev alqı satqısı ilə məşğul olan adama ev almaq niyyətini bildirmiş, ondan ev tapıb-tapmadığını soruşmuşdur. Ev sahibinin də adının X olduğunu, evi oğluna tikdirdiyini demişdir. Həmin bunları danışdığı tanışı bir nəfərə zəng etmiş, “Xgil zərərçəkmiş şəxsində evini yıxıb” dedi. Ona bunların maklerlər qrupu olduğunu və insanları aldatdıqlarını, polislə də əlbir olduqlarını demişdir. Bu hadisə ona pis təsir etmiş, onların ofisinə getmiş, ya pulu qaytarmalarını, ya da ki, evi onun adına keçirmələrini bildirmişdir. Onu yenə aldatmışdırlar. Dostu Klosu götürüb yenə bunların ofisinə getmişdir. Klos on a bildirmişdir ki, maşından düşməsin o, danışıb hər şeyi həll edəcək. Bunlar Klosa demişdirlər ki, 5 günə məsələni həll edəcəklər. O içəri girmədiyi üçün bu sözləri Klosa kimin dediyini bilməmişdir. YYa zəng etmiş, YY telefonu açmamış, atası geri zəng etmişdir. Bu dəfələrlə belə davam etmişdir. Bir gün ona demişdirlər ki, bəs belə bir problem var ev bankdadır. Evi bankdan çıxartdıqdan sonra onun adına keçirə biləcəklərini demişdirlər. Nə baş verdiyini başa düşməmiş, özünü itirmişdir. Onlar haqqında ona elə məlmatlar verilmişdir ki, artıq o onlarla “qurban olum, başına dönüm” ifadələri ilə danışmışdır. Bu barədə bir neçə dost-tanışla danışmış, hadisədən artıq dostları da xəbərdar olmuşdurlar. Banka gedib nə baş verdiyini öyrənməyin ən yaxşı hal olduğunu ona demişdirlər. Unibanka gəlmiş, YY atası və bir başqa tanımadığı adam olmuşdur. X bank işçilərinin evin ona satıldığını bankda bildirilməməsini ondan xahiş etmişdir. Ona 45 min manat borcları olduqlarını demişdirlər. YY çöldə oturmuş, atası Xlə o, banka keçmişdilər. X bank işçisinə nə qədər ödəniş etməli olduğunu soruşmuş, o da cavabında 78 min manat ödəniş etməli olduğunu qeyd etmişdir. X ona borcunu köhnə məzənnə ilə deməyini bildirmişdir. Bank müdiri borcunun 60 min dollar olduğunu demişdir. Bu sözlərdən sonra o əsəbləşmiş, evin ona satıldığını bildirmişdir. Bankdan çıxdıqdan sonra evin ona lazım olmadığını, pulunu qaytarmalarını bildirmişdir. Bir gün Abşeron Rayon Polis İdarəsindən ona zəng gəlmiş, idarəyə gəlməli olduğunu ona bildirmişdirlər. Qorxduğu üçün idarəyə getməkdən boyun qaçırtmışdır. Toyda olan zaman oğlu zən g edib demişdir ki, polis əməkdaşları gəlib onu soruşmuş, polis əməkdaşına zəng edərək, evdən getmələrini evdəkilərin narahat olacaqları səbəbindən sabah polis idarəsinə gələcəyini bildirmişdir. Səhəri gün təhqiqatçı yenidən ona zəng etmişdir. Təhqiqatçı avtomatla bunların evlərinə girdiyini, YYın anasına balta atdığını, güllələmək istədiyini və bu hadisənin bir ay əvvəl olduğunu demişdir. O da belə hadisənin olmadığını bildirmişdir. Onlarla Baş Müəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində görüşəcəklərini bildirmişdir. Əslində onun məqsədi onları şikayət etmək deyil, pulunu almaq üçün gözlərini qorxutmaq, şər-böhtan olduğunu bildirmək olmuşdur. 3-4 gün sonra ona bağlı nömrədən yenidən zəng gəlmiş, zəngin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsindən olduğunu demişlər, o da n iyə ora getməli olduğunu soruşmuş, oraya getməli olduğunu, idarədə aydınlaşdırılacağını demişdirlər. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə getmiş, YYın atasına 5-6 nəfər sual vermişdir. Atası yalandan onun onların evinə hücum etdiyini, avtomat və balta ilə ailə üzvlərini hədələdiyini bildirmişdir. Təəccüb içində qalmışdır. Sonra ona Abşeron Rayon Polis İdarəsindən zəng gəlmişdir ki, zərərçəkmiş şəxs müəllim, polis idarəsinə yaxınlaşın doğrudan da gördük ki, bu adam yaxşı adam deyil, araşdıraraq görmüşdürlər ki, bunların hamısı şər böhtandır. Polis idarəsinə getmiş, deyilənlərin əsassız olduğundan məsələnin bağlandığını demişlər. Bu hadisədən sonra ona müxtəlif bəhanələrlə yenə rəsmiləşdirməni yubatmışlar. Dəfələrlə Abşeron Rayon Polis idarəsinə şikayət etmişdir. Onu aldat dıqları üçün bu olanlardan sonra onlara yenə pul vermişdir. Bankdan çıxdıqdan sonra beş min manat pul verilməli olduğunu ona demişdirlər. Guya iş artıq həll edilir. Geri addım ata bilmədiyindən onlara yenə pul vermişdir. 38 min pulu YYa yanacaq doldurma məntəqəsinin qabağında vermişdir. Bir neçə dəfə ondan pul aldıqdan sonra yenə banka getmişdir. Bankdan ona bildirmişdirlər ki, onlar banka heç bir ödəniş etməmişdirlər. Onlara 2515 manat ödəmişdir ki, sənədini versinlər, amma heç bir sənəd ona verilməmişdir. Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, X, YY, Klos və o görüşmüş, pulu birlikdə vermişdirlər. Ona evin YYa tikildiyini və onların makler olmadığını demişdirlər. Ev YYın olmuşdur. Danışıqları YY və atası ilə aparmışdır. 70 min manat pul verməmişdən qabaq evin ipo tekada olduğunu bilməmişdir. 70 min pulu YYla atasına Klosla birlikdə vermişdir. Pulu YY götürmüş, sayıb atasına vermişdir. Həmin vaxt ona texniki pasport verilmiş, evin başqa sənədinində olduğunu həmin vaxt bilməmişdir. Evin çıxarışın olduğunu bilməmişdir. Evin girovda olmağını “bunlar” ona deməmişdir. Etibarnaməni ona YY vermiş, etibarnamə evlə bağlı olmuşdur. Etibarnaməni həmin ərəfədə oxumamışdır. Nə yazıldığını bilməmişdir. Polisə nə vaxt müracİət etdiyini xatırlamır. Onları polisə şikayət etməmişdir. Onlar onu polisə şikayət etmişdir. Həmin evdə hazırda yaşayır. Ona ödəniş edilməmişdir. Evin nə vaxt hərraca çıxarıldığını bilməmişdir. X öldükdən sonra YYa zəng etmiş, evin sənədini soruşmuşdur. YY atasının yas mərasimi verdikdən sonra sənədini ona verəcəyini demişdir. YY 15 gündən sonr a ona zəng edərək saat 2-də 20 yanvar ərazisinə gəlməyini demişdir. Banka getmişdirlər. YYın yanında əmisi dediyi bir şəxs olmuşdur. Bankın işçisinin dediyinə görə ondan başqa bir qoca qadın və kişini də aldadıblar. Bank işçisi 60 min manat pul müqabilində evin sənədini verəcəklərini demişdir. YYgilin yanındakı adam onların 32 min manat verəcəklərinin olduğunu demişdir. Mübahisə olduğunu gördükdən sonra YYgili çölə çıxardıb demişdir ki, 60 min manata o da köməklik edə bilər. YYın əmisi ondan bir ay möhlət istəmiş, razılaşmamışdır. YY da ondan 20 gün möhlət istəmiş, razılaşmışdır. Bir ay tamam olmuş, YYa zəng etmiş, YY dedi ki, özünü öldürməyə gedir. Bir borclu o deyil, bir neçə nəfərə borcu var. Bir həftə keçmiş qapısına icra məmuru gəlmişdir. Abşeron Rayon Polisin İdarəsinə hansı ildə şik ayət etdiyini xatırlamır. Onu dolayı yolla tanışlar vasitəsilə X ilə tanış etmişlər. Birinci dəfə X ev axtaranda filan ev var adıyla gedib bir bir evlərə baxanda tanımışdır. Evi satan adamlarla - YY və Xlə görüşmüşdür. Həmin ərəfədə 4-5 nəfər adam olmuşdur, onları tanımamışdır. YYı, Xi və yanlarında olan başqa bir adamı evin qapısında görmüşdür. X demişdir ki, evi oğluna tikmişdir. Evin qiymətini birinci olaraq 135 min manat demişdir. Həmin ərəfədə 135 min manata ev almaq istəməmişdir. Evin qiymətini soruşub getmişdir. Evi almaq niyyəti olduğundan həmin evə bir də qayıtmışdır. Ev barəsinə X və YYla danışmışdır. Evi ala bilməyəcəyini deyib getdikdən sonra, X ona zəng edərək ona təcili pul lazım olduğunu, onun gəlib onlarla danışmağını bildirmiş, o da Xə o qədər imkanının olmadığını, hələ ev in içərisinə də əşyalar alıb qoymalı olduğunu bildirmişdir. Bu söhbətləri Xlə etmiş, Masazırın girişində Xlə danışmışdır. Həmin gün Masazırın girişində Xə zəng etmiş, X ona evi 115 min manata verəcəyini demişdir. X YYın əsgərlik məsələsinə görə təcili pul lazım olduğunu demişdir. İlkin olaraq ondan 75 min manat pul istəyəndə, orada YY, X, Klos və o olmuşdur. O da 65 min manat verə bilər deyib 65 min manat pul verib, evin texniki pasportunu, evin açarını götürüb evə getmişdir. Evin Bankda olduğunu təxminən 20 gün-1 ay sonra bilmişdir. 10 mart 2016-cı il tarixli izahatda yazılanları o deməmişdir. Evi alan zaman evin bankda girovda olduğunu X ona deməmişdir. Həmin sənəd saxtadır. Həmin izahatda yazılanlardan onu xəbəri olmamışdır. Bankın işçiləri də onlarla əlbir olmuşdur. Onların 2500 dollar aylıq borcları olmuşdur, o həmin borcun olduğunu bilib bu işə razı olmamışdır. Çünki onun buna imkanı olmamışdır, kirayədə qalmışdır. Polis əməkdaşları bu ailə ilə əlbir olduğu üçün onun izahatları elə yazılmışdır. O bu qədər kredit götürə bilməzmiş, evin bankda olduğunu bilmiş olsaydı gedib bankda bu adamlarla mübahisə etməzdi. Camal adlı şəxsi tanımır. Bankın yanında X maşından düşmüş, YY bu vaxt maşında oturmuşdur. Xlə banka daxil olanda YY maşında oturmuşdur. Abşeron Rayon Polis İdarəsinə YY və atasından şikayət yazmışdır. Onu idarəyə çağırmış, bu barədə izah almışdırlar. 2015-ci ilin yanvar ayından evə köçüb yaşamışdır. Öz adından banka bir və ya iki dəfə ödəniş etmişdir. Ümumilikdə öz adından 2325 manat banka ödəniş etmişdir. İlkin olaraq onlara 65 min manat, 5 min manat da sonrad an ödəmişdir. Ev Masazır qəsəbəsində 2.5 yarım torpaq sahəsinin içindədir. Evin neçə kvadrat metr olduğunu bilməmişdir. Həmin vaxt bazarda belə bir evin neçəyə olmağını bilməmişdir. Çıxarışsız ev aldığını bilməmişdir. Ev tam təmirli, əşyasız evdir. Bir mətbəx, bir zal, yuxarı mərtəbədə də kiçik 4 otaqdır. Hazırda işləmir, bu hadisədən sonra Mənzil Kommunal İstismar sahəsinin rəisi işləmişdir. Ona qədər ticarətlə məşğul olmuşdur. Onlardan baş etibarnamənin verilməsini istəməmişdir. Baş etibarnaməni ona YY vermişdir. Evi bankdan çıxartmaq üçün etibarnamə verilməmişdir. Bu məsələni etibarnaməni ilə həll eləmək olmasını bilməmişdir. 5 min manat pulu öz atasının yanında YYa vermişdir.
34. İbtidai istintaq dövründə və məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdi r ki, Zərərçəkmiş şəxs Viadadi oğlu tanışıdır. Onunla münasibətləri həmişə normal olmuşdur. 2015-ci ilin yanvar ayının əvəllərində tarix yadında deyil, zərərçəkmiş şəxs ünvan 5 ünvanında yerləşən evi aldığını bilərək onunla birlikdə evin pulunu verməyə getməyi xahiş etmişdir. O da sonuncu ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsinə gəlmiş, orada Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Duz Gölünün kənarında sonradan adının YY və X kimi bildiyi şəxslərlə görüşmüşdür. Həmin vaxtı YY Əfarsimə demişdir ki, ev onundur və 135000 manata satır. Sonradan isə ona təcili pul lazım olduğu üçün evi 103.000 manata satacağını demişdir. zərərçəkmiş şəxs də onunla razılaşaraq ilkin olaraq 65000 manat pulu onun yanında sayaraq YYa vermiş ki, qalan pulu da evin sənədləşməsi hazır olduqdan sonra verəc əkdir. Bundan sonra YY evin texniki pasportunu zərərçəkmiş şəxsə vermişdir. Həmin anda nə YY, nə də ki, atası X zərərçəkmiş şəxsə deməmişdir ki, ev kreditdədir. Bundan sonra qalan pulu o, cümlədən evin zərərçəkmiş şəxsin adına keçirilməsini qeydiyyatda olan şəxslər gəldikdən sonra keçirəcəklərini demişlər. Sonradan isə hissə-hissə ümumilikdə 103.000 manat pulu zərərçəkmiş şəxs YYa vermişdir. Sonradan YY evin sənədlərini vermədiyi üçün onlara məlum olmuşdur ki, ev kreditdədir. Ona görə də sonradan devalvasiya olduğu üçün YY evi Əfarsimin adına keçirə bilməmişdir. Ona görə də zərərçəkmiş şəxs sonradan YY və atası Xin barəsində şikayət etmişdir. O, 65000 manat pulu zərərçəkmiş şəxsin yanında olarkən zərərçəkmiş şəxsin YYa verməsini görmüş, həmin vaxtı YY orada deməmişdir ki, ev bankda kreditd ədir. YY zərərçəkmiş şəxsi aldadaraq onun əmlakını ələ keçirmişdir. O, zərərçəkmiş şəxsin yanında olarkən YY dəfələrlə zərərçəkmiş şəxsə demişdir ki, bankın pulunu ödəyib sənədlərini verəcəklər. Lakin sonradan YYın atası öldükdən sonra bütün hər bir şeyi Xin üstünə atmışdır.
35. İbtidai istintaq dövründə və məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. 2015-ci ildə oğlu zərərçəkmiş şəxs ona bildirmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində YY adlı şəxs evini ona satır və evi almaq üçün YYla 103000 manata razılaşmışlar. Həmin pulun 65000 manatını YYa vermişdir. 06 yanvar 2015-ci il tarixdə günortaya az qalmış o, oğlu zərərçəkmiş şəxsin yeni aldığı evdə olan zaman YY atası Xlə evə gəlmiş və zərərçəkmiş şəxs onun yanında 5000 manat pulu sayaraq atası Xin yanında YYa vermişdir. YY da pulu sayaraq götürmüşdür. zərərçəkmiş şəxs orada YYa və atası Xə bununla da 70000 manat pul verdiyini, qalan pulu qısa müddətdə verəcəyini bildirmişdir. Sonradan zərərçəkmiş şəxs ona bildirmişdir ki, YY və X onu aldadıb, ona satdığı evi banka girov qoyulub pul götürülüb və buna görə o, evi adına rəsmiləşdirə bilməmişdir.
36. Qeyd olunan şəxslər verdikləri ifadələrdə oxşar məzmunlu məlumatları həm ibtidai istintaq, həm də məhkəmə araşdırması mərhələlərində təqdim etmiş olsalar da, məhkəmə zərərçəkmiş şəxsin müxtəlif dövrlərdə verdiyi eyni məzmunlu ifadələri ilə hüquqi qüvvəsini itirmiş 10 mart 2016-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın kserosurətində əksini tapan ifadəsi arasında mövcud ol an ziddiyyətə istinad edib, ittiham tərəfində çıxış edən şəxslərin, o cümlədən zərərçəkmişin və şahidlərin ifadələrinin tədqiqini ümumiyyətlə həyata keçirməmişdir.
37. Halbuki, cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə istənilən halda toplanmış sübutların məcmusunu Azərbaycan Respublikası CPM-nin 144–146-cı maddələrində nəzərdə tutulmuş qaydada tədqiq etmək vəzifəsinin daşıyıcısıdır.
38. Belə ki, Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsində təsbit edilmiş qaydaya əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
39. Həmin Məcəllənin 145.1-ci maddəsinin tələ bi ondan ibarətdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
40. Eyni Məcəllənin CPM-nin 146.1, 146.2 və 146.2.3-cü maddələrinin ümumi məzmununa görə isə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir.
41. Məhz bu məntiqi prosesin nəticəsi olaraq qanunverici Azərbaycan Respublikası CPM-nin 3 53.2, 353.2.2, 353.2.4 və 353.2.5-ci maddələrində məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və digər sübutların rədd edilməsinin motivlərinin, ittihamın hər hansı hissəsi əsassız hesab edildikdə bunun əsaslarının, təqsirli şəxsin hərəkətlərinin tövsifi dəyişdirildikdə isə bu dəyişiklik üçün motivlərin göstərilməsini mütləq qayda olaraq müəyyən etmişdir.
42. Məhkəmə araşdırmasının ədalətlilik tələblərinə riayətlə aparılıb-aparılmamasının yoxlanılması, ayrı-ayrı hallar və ya hadisələrin təcrid olunmuş şəkildə qiymətləndirilməsi yolu ilə deyil, hər bir iş üzrə cinayət təqibinin bütövlükdə təhlili əsasında həyata keçirilməsi tələbi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) qərarlarında da əksini tapmışdır (F.S.M. İspaniyaya qarşı, 13 mart 2025, § 54).
43. Təfsir edilənlərdən göründüyü kimi, həm milli cinayət-prosessual normalar, həm də beynəlxalq təcrübə məhkəmələrdən qərar qəbul edərkən cinayət təqibi üzrə toplanmış bütün sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını, onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından qiymətləndirilməsini, təhlil edilərək bir-biri ilə müqayisəli tədqiq olunmasını və məcmusu əsasında yekun nəticəyə gəlməsini tələb edir.
44. Baxılan işdə isə, yuxarıda göstərildiyi kimi, birinci instansiya məhkəməsi zərərçəkmiş şəxsin cinayət təqibinin müxtəlif mərhələlərində verdiyi oxşar məzmunlu ifadələri ilə hüquqi qüvvəsini itirmiş 10 mart 2016-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda olan ifadəsi arasında müəyyən etdiyi ziddiyyətləri X6 bəraət verilməsi üçün yetərli hesab etmiş, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrinə hüquqi münasibətini bildirməmişdir.
45. Məhkəmənin qəbul etdiyi nəticəni əsaslandırmaq vəzifəsinə gəldikdə vurğulanmalıdır ki, bu öhdəlik birbaşa Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsində təsbit edilmiş tələbdən irəli gəlir. Həmin normaya görə, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
46. Konstitusiyanın istinad edilən norması Azərbaycan Respublikası CPM-nin 349.3349.4-ci maddələrində də əksini tapmışdır. Həmin maddələrdə göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır, hökm Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Resp ublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir.
47. Konstitusion normanın şərhini verən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarında da qeyd edilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməlidir. Əsaslandırma qərarın ictimai qəbul olunmasında, onun məhz ədalətli kimi qavranılmasında mühüm rol oynayır, əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” qərarı, 12 may 2009-cu il).
48. Habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qəbul etdiyi müvafiq qərarında göstərilir ki, hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməli, təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifi qanuna müvafiq surətdə izah edilməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” qərarı, §§ 32 və 39).
49. Müvafiq əsaslandırma təmin edilmədən mühüm məsələ üzrə nəticənin verilməsi, Avropa Məhkəməsinin hüquqi mövqeyinə də ziddir. Həmin Məhk əmənin presedent hüququna görə, məhkəmə və tribunallar qəbul etdiyi qərarların əsasında dayanan səbəbləri aydın və əsaslı şəkildə göstərilməlidirlər (Məzahir Cəfərov Azərbaycana qarşı, 2 aprel 2020, § 35; Zayidov Azərbaycana qarşı (No. 2), 24 mart 2022, § 91; Fətullayev Azərbaycana qarşı (No. 2), 7 aprel 2022, § 83).
50. Bütün təsviri verilənlər belə nəticəyə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsi X7 barəsində bəraət hökmünü qəbul edərkən cinayət-prosessual qanunvericilikdə müəyyən edilmiş sübutların qiymətləndirilməsinə dair mütləq xarakter daşıyan tələblərə riayət etməmişdir.
51. Qeyd edilənlər apellyasiya protestində və apellyasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin diqqətinə çatdırılsa da, məhkəmə irəli sürülmüş dəlillərə münasibət bildirmədən, birinci insta nsiya məhkəməsinin hökmünü yalnız mücərrəd formada təsdiqləyən qərar qəbul edilməsi ilə kifayətlənmişdir.
52. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, apellyasiya məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırıb obyektiv qiymət versin və baxdığı işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Belə ki, ədalətli məhkəmə araşdırılması ziddiyyətli halların aradan qaldırılmalı olmasını, işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəaların olmamasını qaçılmaz edir. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ə n ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Qərarı, 12 aprel 2017-ci il).
53. Eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq Plenum qərarında da müəyyən edilmişdir ki, apellyasiya insta nsiyası məhkəməsinin istər hökmü, istərsə də digər yekun qərarı olsun, məhkəmə aktının qanuniliyi və əsaslılığı meyarları ilə ehtiva olunan tələblərə cavab verməli, apellyasiya müraciətlərinə məhkəmənin adekvat cavabını əks etdirməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” qərarı, § 92).
54. Beləliklə, yuxarıda göstərilənlərin yekunu olaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi müvafiq sübutların tədqiqini təmin etmədiyindən əsaslandırılmamış məhkəmə aktı qəbul etməklə Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsinin tələbini pozmuş, bu pozuntu isə Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsinə əsasən mübahisələndirilən qərarın ləğv edilməsinə və işin yeni apellyasiya baxışına göndərilməsinə əsas v erir.
55. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, qeyd edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-223/2025 nömrəli, 02 iyul 2025-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı Qasımova Sevinc Cahangir qızı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-223/2025 nömrəli, 02 iyul 2025-ci il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.