Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2258/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2023-cü il tarixli, 1(103)-230/2023 nömrəli hökmündən apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Məmmədova Təranə Yavər qızı tərəfindən verilmiş kassasiya protes tinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 1(101)-282/2022 nömrəli (hakimlər: Ə.Q.Quliyev (sədrlik edən), A.İ.Paşayev və İ.X.Həsənzadədən ibarət tərkibdə) hökmü ilə xx xxxx xxx il tarixdə Şamaxı rayonu Qaravəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli himayəsində iki azyaşlı övladı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ona qarşı irəli sürülmüş ittihamdan xaric edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 10 may 2021-ci il tarixdən hesablanmışdır. xx xxxxxx 1988-ci il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay himayəsində bir azyaşlı övladı olan, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, xxxx qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ona qarşı irəli sürülmüş ittihamdan xaric edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaç əkmə müddətinin əvvəli 28 aprel 2021-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Qasımlı Anar Elman oğlu və təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi Məmmədov Tofiq Əlsəddin oğlu tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2023-cü il tarixli hökmü ilə (hakimlər: C.V.Hüseyn (sədrlik edən), H.Ç.Məmmədov və E.H.Allahverdiyevdən ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 1(101)-282/2022 saylı hökmü ləğv edilmiş, Məhkum1 CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri və X4 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən onlara həmin maddələr ilə bəraə t verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Məmmədova Təranə Yavər qızı tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlamaq, daşımaq və satmaq barədə şəxsiyyəti istintaqa məlum olmayan “İnstagram” sosial şəbəkəsində tanış olduğu "Seyid” adlı İran İslam Respublikasının vətəndaşı ilə aralarında əldə olunmuş razılaşmaya əsasən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda ümumilikdə 37,646 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini ona təhvil verməsi qarşılığında həmin heroinin pulunu elektron ödəmə sistemi vasit əsi ilə ona verilmiş bank hesabına ödəmiş, bundan sonra 2021-ci ilin aprel ayının sonlarında Bakı şəhəri “20 Yanvar” metro stansiyasının yaxınlığında yerləşən körpünün sütunlarından birinin yanına qoyulmuş külli miqdarda ümumilikdə 37,646 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini götürüb, satış məqsədi ilə daşıyaraq Sumqayıt şəhəri ərazisinə aparmış, orada 27 aprel 2021-ci il tarixdə Sumqayıt şəhəri 19-cu məhəllə ərazisində Məhkum2 ilə görüşdükdə, aldığı narkotik vasitənin 29,428 qramını 200 (iki yüz) manatı nağd, qalan 400 (dörd yüz) manatını isə sonradan ödəmək şərti ilə bir ədəd ağ rəngli üzərində “Sobranie” markalanma yazısı olan siqaret qutusunun içərisində Məhkum2 satmış, Məhkum2 qanunsuz olaraq satış məqsədilə aldığı ümumilikdə 29,428 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini daşıyaraq üzərində saxlamış, 28 aprel 2021-ci il tarixdə saat 11:00-da Sumqayıt şəhəri 18-ci məhəllə ərazisində Sumqayıt ŞPİ-nin 3-cü PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparılaraq üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən bir ədəd ağ rəngli üzərində “Sobranie” markalanma yazısı olan siqaret qutusunun içərisindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 29,428 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bundan sonra Məhkum1 “Seyid” adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyi satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda qalan 05 bükümdə ümumi təmiz çəki si 8,218 qram narkotik vasitəni heroini, daşıyaraq üzərində saxlayan zaman xx.xx.2021- ci il tarixdə saat 11:00-da Bakı şəhəri Yasamal rayonu ərazisində Sumqayıt ŞPİ-nin 3-cü PBnin əməkdaşları tərəfindən saxlanılaraq, 3-cü PB-ə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli qısaqol gödəkçənin sol yan cibindən 05 ədəd ağ rəngli sellofan polietilen paketə bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 2,150 qram, 2,155 qram, 1,850 qram, 1,212 qram, 0,851 qram ümumi təmiz çəkisi 8,218 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroin və həmin cibindən 01 ədəd üzərində heroin izləri olan elektron tərəzi aşkar olunaraq, götürülmüşdür. Məhkum2, Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən birləşərək cinayət əlaqəsinə girdikdən sonra, M əhkum1 “İnstagram” sosial şəbəkəsində tanış olduğu istintaqa adı İran İslam Respublikası vətəndaşı "Seyid” kimi məlum olan şəxslə aralarında yaranmış razılaşmaya əsasən alacağı narkotik vasitə olan heroinin pulunu elektron ödəmə sistemi vasitəsilə ona verilmiş bank hesabına ödəmiş, bundan sonra 2021-ci ilin aprel ayının sonlarında Bakı şəhəri ərazisində yerləşən "20 Yanvar” metro stansiyasının yaxınlığında yerləşən körpünün sütünlarından birinin yanına qoyulmuş külli miqdarda ümumilikdə 37,646 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini götürüb, satış məqsədi ilə daşıyaraq Sumqayıt şəhəri ərazisinə gətirmiş, 27 aprel 2021-ci il tarixdə Sumqayıt şəhəri 19-cu məhəllə ərazisində Məhkum2lə görüşdükdə aldığı narkotik vasitənin 29,428 qramını 200 (iki yüz) manatı nağd, qalan 400 (dörd yüz) manatı isə sonradan ödəmək şərti ilə bir ədəd ağ rəngli üzərində "Sobranie” markalanma yazısı olan siqaret qutunun içərisində sonuncuya vermiş, Məhkum2 isə Məhkum1 qanunsuz olaraq satış məqsədi ilə aldığı ümumilikdə 29,428 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini daşıyaraq üzərində saxlaması səbəbindən 28 aprel 2021-ci il tarixdə saat 11:00-da Sumqayıt şəhəri 18-ci məhəllə ərazisində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirildikdən sonra xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən bir ədəd ağ rəngli üzərində "Sobranie” markalanma yazısı olan siqaret qutunun içərisində, satış məqsədil ə əldə edib daşıyaraq üzərində saxladığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 29,428 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi Məhkum2 və Məhkum1 yuxarıda təsvir edilən narkotik vasitənin qanunsuz olaraq əldə edilməsində, daşınmasında, saxlanılmasında, satmaq niyyətində, satılmasında (Məhkum1 münasibətdə) təqsirliliklərinin sübuta yetirilməməsi barədə nəticəyə gəldiyindən, Məhkum1 CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri, Məhkum2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət vermişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərə findən sübutetməyə dair cinayət-prosessual qanunun normalarının, o cümlədən 143-146-cı maddələrinin tələbləri pozulmuş, iş üzrə toplanmış, birinci instansiya məhkəməsində araşdırılmış sübutlar Məhkum1 və Məhkum2 irəli sürülmüş ittiham üzrə təqsirli bilinmələri üçün kifayət etdiyi halda, məhkəmə əsassız olaraq polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş sübutları qəbul etməyib, müstəsna olaraq Məhkum1 və Məhkum2 özünümüdafiə xarakterli ifadələri əsasında təqsirliliklərinin sübuta yetirilməməsi haqqında qənaətə gəlib onlara bəraət vermişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1 - 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətlənd irərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2023-cü il tarixli, 1(103)-230/2023 nömrəli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnı z hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblər ini pozmaqla Məhkum1 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri və Məhkum2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliklərinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, onlara həmin maddələrlə bəraət verdiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 - 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu mürac iətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessul Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayə t-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət təqibi orqanı və birinci instansiya məhkəməsi Məhkum2 və Məhkum1 onlara isnad edilən əməlləri törətməsinə dair ittihamı X2in və Məhkum2 ibtidai istintaqın ilkin mərhələsində verdikləri izahat və ifadələri, Məhkum2 üzərindən 29,428 qram narkotik vasitə heroinin götürülməsi barəsində olan “şəxsi axtarış və götürmə barədə” 28 aprel 2021-ci il tarixli protokol, X2in üzərindən 8,218 qram narkotik vasitə heroinin götürülməsi barəsində olan “şəxsi axtarış və götürmə barədə” 10 may 2021-ci il tarixli protokol, həmin tədbirlər nəticəsində götürülmüş maddi sübutlar (narkotik vasitə) və tədbirlərin həyata keçirilməsində iştirak etmiş polis əməkdaşlarının ifadələri ilə, eləcə də məhkəmə ekspertizalarının rəyləri ilə əsaslandırmışlar. Apellyasiya instansiyası məhkəməsi isə belə nəticəyə gəlmişdir ki, Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda yəni 37,646 qram narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlaması və daşıması, həmin heroinin 29,428 qramını Məhkum2 satması, qalan 8,118 qram hissəsinin isə ondan aşkar edilməsi, Məhkum2 isə külli miqdarda narkotik vasitə hesab edilən 29,428 qram heroini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlaması və daşıması sübuta yetirilməmişdir. Apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən aşağıdakılardan çıxış etmişdir. Məhkum1 məhkəmədə məhkəməyədək icraat zamanı “etirafedici” izahat və ifadəni polis əməkdaşlarının qanunsuz təsir və təzyiqlərinə, döyülməsinə, işgəncəyə məruz qalmasına görə verdiyini; 10 may 2021-ci il tarixdə saat 11 radələrində deyil, 09 may 2021-ci il tarixdə saat 16 radələrindən polis əməkdaşları tərəfindən saxlanıldığını; faktiki olaraq heç bir əsas olmadan tutulub polis idarəsinə gətirilməsinə baxmayaraq, bundan irəli gələn prosessual hüquqlarına əməl olunmadığını; onun üzərində narkotik vasitələr aşkar edilməsə də, narkotik vasitələrin aşkar edilməsini rəsmiləşdirən sənədlərə imza etməyə məcbur edildiyini göstərmişdir. Məhkum2 məhkəmədə məhkəməyədək icraat zamanı “etirafedici” izahat və ifadəni polis əməkdaşlarının q anunsuz təsir və təzyiqlərinə, döyülməsinə, işgəncəyə məruz qalmasına görə verdiyini; 28 aprel 2021-ci il tarixdə saat 11 radələrində deyil, 27 aprel 2021ci il tarixdə, günorta saat 3-4 radələrində tutub Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparıldığını; faktiki olaraq heç bir əsas olmadan tutulub polis idarəsinə gətirildiyini; Turalın əleyhinə danışmağını təkid edildiyini; onun üzərində narkotik vasitələr aşkar edilməsə də, narkotik vasitələrin aşkar edilməsini rəsmiləşdirən sənədlərə imza etməyə məcbur edildiyini göstərmişdir. Kassasiya protestində irəli sürülmüş iddianın əksinə olaraq, apellyasiya məhkəməsi tərəfindən Məhkum1 və Məhkum2 ifadələri cinayət-prosessual qanunun 144-cü maddəsi tələb etdiyi kimi digər sübutlarla müqayisə edilməklə lazımınca yoxlanılmış, nəticədə həqiqətən də onlar barə sində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin “Əməliyyat-axtarış fəaliyyət haqqında” Qanunun tələblərinə cavab verməməsi, müvafiq olaraq həmin tədbirlərin gedişində onların saxlanılıb Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə gətirilmələrinin və bundan sonra orada həyata keçirilmiş axtarış və götürmələrin qanunsuz olması müəyyən edilmişdir. Belə ki, aparılmış məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, ittihamın iddia etdiyi kimi Məhkum1 10 may 2021-ci il tarixdə saat 11 radələrində deyil 09 may 2021-ci il tarixdə saat 16 radələrində polis əməkdaşları tərəfindən saxlanılmış və həmin gün axşam saatlarından etibarən 3-cü Polis Bölməsinə gətirilmişdir. Göstərilən hal - Məhkum1 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, onun özünün, əməliyyat tədbirində iştirak etmiş və həmin gün pol is bölməsində olmuş polis əməkdaşlarının anten məlumatları, ailə üzvlərinin şahid qismində verdikləri ifadələri, hətta həyat yoldaşının anten məlumatları və müdafiə tərəfindən təqdim edilmiş EQ6374582 nömrəli elektron qərarın surəti və digər sübutlarla tam təsdiq olunmuşdur. Eyni zamanda "xxxx" MMC-dən əldə edilmiş məlumatlardan görünür ki, Məhkum1 saxlanılmasında iştirak etmiş polis əməkdaşı X3un istifadəsində olan ********** nömrəsindən 09 may 2021-ci il tarixdə TX1in atası X1 istifadəsində olan ********** saylı nömrəyə saat 20:19-da zəng edilmiş, 33 saniyə danışıq olmuş, saat 20:21- də zəng edilmiş, 34 saniyə danışıq olmuş, saat 21:06-da zəng edilmiş və 22 saniyə danışıq olmuşdur. Bundan başqa iş materiallarında olan, müdafiə tərəfindən təqdim edilmiş və tədqiq edilmiş xxx nömrəli elekt ron qərarın surətindən və həmin qərara əlavə edilmiş fotoşəkillərdən görünür ki, Məhkum1 məxsus ** OX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə, saat 17:20:24-də Sumqayıt istiqamətində Bakı-Quba yolunun 26-cı kilometrliyində yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşdığından o, inzibati qaydada cərimə olunmuşdur. Həmin xətanı təsdiq edən fotoşəkillərdə Məhkum1 məxsus ** OX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön şüşəsinin sınıq olduğu açıq- aydın görünməkdədir ki, Məhkum1 saxlanılan zaman avtomobilinin şüşəsinin sındırılması işin mübahisəsiz halı olmaqla polis əməkdaşlarının ifadələri və baxış protokolu ilə təsdiq olunur. Həmçinin məhkəmə tərəfindən tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, ittihamın iddia etdiyi ki mi Məhkum2 28 aprel 2021-ci il tarixdə saat 11 radələrində deyil 27 aprel 2021-ci il tarixdə saxlanılaraq axşam saat 18:29-dan etibarən Sumqayıt şəhəri 3-cü Polis Bölməsində olmuşdur. Göstərilən hal - Məhkum2 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, onun özünün, şahid X5 anten məlumatları, həmçinin adı çəkilən şahidin vermiş olduğu ifadəsi ilə tam təsdiq olunmuşdur. Göründüyü kimi Məhkum1 09 may 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Yasamal rayonunun ərazisində saxlanılsa da, onun üzərində şəxsi axtarış və götürmə həmin yerdə və həmin tarixdə deyil, 20 saat sonra yəni 10 may 2021-ci tarixdə saat 12:24 Sumqayıt ŞPİ-nin 3-cü PB-də keçirilmiş, həmçinin Məhkum2 27 aprel 2021-ci il tarixdə 1516 radələrində saxlanılsa (anten məlumatlarından müəyyən olunur ki, 18:29-dan etiba rən Sumqayıt şəhəri 3-cü Polis Bölmədə olmuş) da, onun üzərində şəxsi axtarış və götürmə 20 saat sonra yəni 28 aprel 2021-ci tarixdə saat 12:10 həmin polis şöbəsində keçirilmiş, bununla belə ittiham tərəfindən şəxsi axtarışın Məhkum1 və Məhkum2 saxlanıldıqları yerdə və saat keçirilməsini istisna edən halların olduğunu təsdiq edən, eləcə də şəxsi axtarışın və götürmənin əvvəlcədən məhkəmə qərarını almadan keçirilməsini zəruri edən (təxirəsalınmazlığa dəlalət edən) sübutlar məhkəməyə təqdim edilməmişdir. Apellyasiya məhkəməsi Məhkum1 və Məhkum2 məhkəməyədək icraatda ilkin “etirafedici” izahat və ifadələrinin polis əməkdaşlarının qanunsuz təsirləri nəticəsində, o cümlədən döyülmələri, işgəncəyə məruz qalmaları səbəbindən vermələri barədə göstərdiklərini də araşdırmışdır. Belə ki, Apellyasiya məhkəməsi Cinayət Prosessual Məcəllənin 33 və 126-cı maddələrinin tələblərindən, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin "Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə verilmiş izah və tövsiyələrdən çıxış edərək Məhkum1 və Məhkum2 ibtidai istintaq zamanı vermiş olduqları ifadələri təzyiq və təsir nəticəsində vermələri ilə bağlı iddialarını cinayət işi üzrə toplanmış digər sübutların məcmusu ilə birlikdə tədqiq və təhlil edib, sonuncular tərəfindən məhkəmə iclasında verilmiş məlumatların inandırıcı və işin hallarına uyğun hesab etmişdir. Apellyasiya Məhkəməsi Məhkum1 və Məhkum2 saxlanılmaları, tutulmaları və ya onların üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda sonuncuların polis bölməsinə gətirilərkən üzərilərində xəsarətlə rin olmaları ilə bağlı hər hansı qeydin olmamasını, əməliyyat axtarış tədbirini keçirmiş polis əməkdaşlarının ifadələrində adları çəkilən şəxslərin saxlanılanılarkən onlarda xəsarətlərin olması barədə hər hansı xüsusatı bildirməmələrini, Məhkum1 şəxsi iş materiallarında olan 445 nömrəli "tutulmuş şəxsin tibbi kitabçası”nda (sağ əl barmaqlar üzərində sıyrılmış yara yeri, sol tərəfli çiyin nahiyyəsində hipermləşmiş dəri, burun üst nahiyəsində sıyrıq, burnun üstü qızartılı, hipermləşmiş dəri, boyun nahiyəsinin sol tərəfi göyərmiş, sol çiyin nahiyəsində göyərmə, sol əlində barmaq üstü nahiyyədə sıyrılmış yara yeri) xəsarətlərin qeydə alınmasını, Məhkum2 26 avqust 2021-ci il tarixdə (öz-üzünə xəsarət barədə akt, araşdırma materialı, Məhkum2 MSY-də saxlanılmasının uzadılması barədə qərarlar və s.) MSY-nin sanitar qovşağında unitazı sındırmaqla qırıntıları ilə öz-özünə xəsarət yetirməsini (ifadəsində ona təzyiqlər edildiyini, buna dözməyərək özünü öldürmək istədiyini və öz-özünə xəsarətlər yetirdiyini bildirmiş) tərəfindən qəbul edilmiş yekun məhkəmə aktında qabardaraq, həmçinin sadalanmış hallarla bağlı yəni Məhkum1 və Məhkum2 polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmalarına dair Sumqayıt Şəhər Prokurorluğunda aparılmış araşdırmaların formal, səthi və effektsiz olmasını qeyd edərək, Məhkum1 və Məhkum2 Konvensiyanın 3-cü maddəsinə zidd davranışa uğramaları barədə qənaətə gəlmişdir. Hazırkı kassasiya şikayətində dövlət ittihamçısının istinad etmiş olduğu – mahiyyəti üzrə işə baxan məhkəmənin səlahiyyətlərindən kənara çıxaraq Sumqayıt Şəhər Prokurorluğu tərəfindən aparılmış araşdırma nəticəsində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarların araşdırmasını həyata keçirməsi, həmin qərarlarda müəyyən edilmiş hallara yenidən münasibət bildirməsi (qərarların preyudisial olması) ilə bağlı dəlilərinə münasibətdə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsində deyilir: “Cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyil”. Həmin Məcəllənin 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzr ə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Bununla bağlı qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı tərəfindən qəbul edilmiş qərar mahiyyəti üzrə işə baxan məhkəmənin verilmiş ittihamın düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları nəzərdən keçirməsinə, o cümlədən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, həmçinin prosessual Məcəllə ilə təminat verilən hüquqlardan məhrum etmə və ya onları məhdudlaşdırmaqla əldə edilmiş sübutların mümkünlüyünə qiymət verilməsinin qarşısını alan prosessual maneə kimi çıxış edə bilməz. Prosessual qanunvericilik məhkəməyədək icraatda təqsirləndirilən şəxsin hərəkətlə rinə (həmçinin faktlara) qiymət verildikdən sonra mahiyyəti üzrə işə baxan məhkəmənin həmin hərəkətlərin (həmçinin faktların) araşdırılmasını, bununla bağlı müdafiə tərəfinin gətirdiyi dəlillərə baxılmasını, həmin hərəkətlərin (faktların) məhkəmə tərəfindən ibtidai istintaqın nəticələrindən fərqli şəkildə qiymətləndirilməsini istisna etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 25-ci maddəsində təsbit olunmuş hakimlərin müstəqilliyi prinsipinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər (maddə 25.2). Hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və h üquq düşüncəsi ilə həll edirlər (maddə 25.3). Müdafiə tərəfinin malik olduğu hüquqa uyğun olaraq da cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi (CPM, maddə 28) məhkəmənin üzərinə digər vəzifələrlə yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsini qoymuşdur (maddə 28.4.3). Cinayət-Prosessual Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinə görə cinayət prosesində heç bir sübutun və ya digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 33.3). Hakimlərin sübut lara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedura daxilində tədqiq edilənədək sübut və digər materialdan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Əks yanaşma, cinayət təqibi orqanının sübutların qiymətləndirilməsi, o cümlədən bu və ya digər mühüm əhəmiyyətli faktın mövcud olub-olmaması, təqsirləndirilən şəxsin əməlinin dəyərləndirilməsi, hüquqi tövsifi, təqsirliliyi üzrə qənaəti məhkəmənin nəticələrini əvvəlcədən müəyyən etmiş hal kimi, məhkəmə istintaqını isə xəyali və əhəmiyyətsiz icraat kimi qəbul edilməsi ilə nəticələnər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 16 bəndində qeyd olunur ki, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılm ası onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun qərarından verilmiş izahdan da göründüyü kimi mahiyyəti üzrə işə baxan məhkəmə nəinki məhkəməyədək icraat zamanı istintaq orqanın hətta məhkəmə tərəfindən qəbul edilmiş qərarlardan belə aslı deyil. Məhkəmə kollegiyası hesab edir ki, cinayət-prosessual qanunun prinsipləri və digər normaları mübahisələndirilən məsələnin məhz yuxarıda göstərilən qaydada şərh edilməsi üçün əsas verməklə həmin məsələnin kassasiya protestində göstərildiyi kim i təfsir edilməsini istisna edir. Odur ki, apellyasiya məhkəməsinin ibtidai istintaq orqanının ittihama birbaşa təsir göstərən faktlar və bu faktlara aid sübutlar barədə yanlış nəticəsi ilə qane olmayıb, müdafiə tərəfinin Məhkum1 və Məhkum2 təqsirsizlikləri ilə bağlı irəli sürdüyü dəlillərin (işgəncəyə və pis rəftara məruz qalmaları ilə bağlı) araşdırılması ilə bağlı müvafiq prosessual addımları, o cümlədən Sumqayıt Şəhər Prokurorluğunda aparılmış araşdırmaların formal, səthi və effektsiz olması ilə bağlı qənaəti prosessual pozuntu kimi qiymətləndirilə bilməz. Apellyasiya məhkəməsi yuxarıda sadalanmış hallarla yanaşı eyni zamanda Məhkum2 və Məhkum1 arasında xx.xx.2021-ci il tarixdə saat 19:05 radələrində baş tutmuş yazışmalara (Məhkum2 narkotik vasitələrin istəməsi ilə bağlı) qiymət verə rək göstərmişdir ki, qeyd olunan yazışmalar daha əvvəlki tarixlərə təsadüf olunmamaqla Məhkum2 tutulduğu və polisin nəzarətində olduğu müddətdə həyata keçirilmişdir (Məhkum2 həqiqətən 27 aprel 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılması apellyasiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır). Belə olan halda apellyasiya məhkəməsi göstərilən halı polis əməkdaşları tərəfindən şəxsin cinayətə təhrik edilməsinə yönələn provokasiya kimi qiymətləndirmişdir ki, qeyd olunan qənaət Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə, cinayətprosessual qanunun normalarının tələblərinə cavab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir. Göründüyü kimi bu cür (yəni, Məhkum1 və Məhkum2 Cinayət-Prosessual Məcəllənin normalarından irəli gələn prosessual hüquqları təmin edilmədiyi və işgəncəyə məruz qalmaları barədə iddiaları təkzib edilmədiyi üçün onların “etirafedici” ifadələrinin mötəbərliyinə ciddi şübhələr olduğu; “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun, CPMin tələblərinin pozulması ilə keçirilmiş tədbir) vəziyyətdə apellyasiya məhkəməsinin Məhkum1 və Məhkum2 məhkəməyədək icraatda verdikləri izahat və ifadələrini, “şəxsi axtarış və götürmə barədə” 28 aprel 2021-ci il tarixli və 10 may 2021-ci il tarixli protokolları, bu tədbirlərin gedişində əldə olunanları sübut kimi qəbul etməməsi cinayət prosesi tərəfinin təqdim etdiyi sübutlardan əsassız olaraq imtina etmə kimi şərh edilə bil məz. Çünki, Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcə llənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirlir”. Apellyasiya məhkəməsinin yuxarıda şərh edilən sübutlar barədə qənaətinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, həmin sübutların yolverilməzliyinə dair nəticəyə gəlməklə məhkəmə qeyd olunan normaların tələblərini pozmamışdır. Cinayət təqibi orqanının təqdim etdiyi digər sübutlara – şahid qismində dindirilmiş polis əməkdaşlarının, məhkəmə ekspertizalarının rəylərinə gəldikdə, onlardan birincilər müstəsna olaraq adları çəkilən şəxslər barəsində keçirilmiş əməliyyat-axtarış tədbirinin, “şəxsi axtarış və götürmə”nin gedişində baş verənlərlə aid olmaqla, ekspert rəyləri isə məhkəmə-narkoloji müayinəsinin, eləcə də narkotik vasitənin məhkəmə-kimyəvi tədqiqatının nəticələrini əks etdirməklə, bilavasitə cinayət əməli – Məhkum1 və Məhkum2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarına dəlalət edə biləcək (əməliyyat-axtarış tədbirinin əhatəsindən kənarda olan) hərəkətləri barədə məlumat vermirlər. Belə olan halda, apellyasiya məhkəməsinin təqdim olunmuş sübutların Məhkum1 və Məhkum2 onlara isnad edilən cinayət əməllərini törətməkdə təqsirli bilmək üçün kifayət etməməsi, onların təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlməsi sü butlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulması ilə əldə edilmiş qənaət kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üz rə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum1 və Məhkum2 məhkəməyə verdikləri məlumatların həqiqiliyi təkzib olunmadığı vəziyyətdə apellyasiya instansiyası məhkəməsinin onlara bəraət verməsi cinayət-prosessual qanunun yuxarıda təsv ir edilən normalarının tələblərinə cavab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.1 - 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Belə olan halda məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli və Məhkum1 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri və Məhkum2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliklərinin sübuta yetirilməməsi görə onlara bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2023-cü il tarixli, 1(103)-230/2023 nömrəli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Dövlət ittihamçısı Məmmədova Təranə Yavər qızı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum1 və Məhkum2 barələrində olan 02 may 2023-cü il tarixli, 1(1 03)-230/2023 nömrəli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2258/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2258/2023
24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver