Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2258/2025 30.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmanov Nazim Nəriman oğlunun, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 aprel 2025-ci il tarixli, 1(105)-297/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum 3 dekabr 1989-cu ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu, Tərnəft kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Abşeron sanatoriyası, 6-cı korpusda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 9 sa ylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən, Məhkum alkoqol sərxoşluğu vəziyyətində tanışı X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 14 iyul 2022-ci il tarixdə saat 6 radələrində Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzində onlarla birlikdə masa xidmətçisi işləmiş və bir otaqda qalmış Zərərçəkmiş şəxs2 məxsus üzərində "xxxx" MMC-yə aid 7 manat dəyərində ***-***-**-** nömrəli danışıq kartı olan 500 manat dəyərində «Redmi Not9» model mobil telefonu - cəmi 507 manat dəyərində, Zərərçəkmiş şəxs7 məxsus üzərində "xxxx" Telekom MMC-yə aid 10 manat dəyərində ***-***-**-** nömrəli danışıq kartı olan 250 manat dəyərində «XİOMİ Mİ8» model mobil telefonu, içərisində 50 manat pul, 195 manat dəyərin də mobil telefon qulaqcığı, sonuncuya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi olan 60 manat dəyərində pul kisəsini - cəmi 565 manat dəyərində, qaldıqları otaqda olan çarpayının üstündən qanunsuz götürüb aparmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamış, habelə vətəndaşın şəxsiyyət vəsiqəsini talamışdır.
3. Bundan başqa, Məhkum alkoqol sərxoşluğu vəziyyətində təkrar, tanışı X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 14 iyul 2022-ci il tarixdə saat 06:10 radələrində Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzində onlarla birlikdə masa xidmətçisi işləmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs8 qaldıqları otağın qarşısına gəlib qabaqcadan razılaşdıqları kimi pusquda dayanıb kənar şəxslərin yaxınlaşmamasına nəzarət edərək Elçin Hüseynovun yaşayış sahəsi hesab edilən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs8 qaldıqları otağa qapını açmaqla qanunsuz daxil olaraq otağın pəncərəsinin qarşısından Zərərçəkmiş şəxs1 məxsus üzərində "xxxx" Telekom MMC-yə aid 10 manat dəyərində ***-***-**-** nömrəli danışıq kart olan 600 manat dəyərində «Samsung Galaxy A32» model mobil telefonu cəmi 610 manat dəyərində, Zərərçəkmiş şəxs4 məxsus üzərində "xxxx" Telekom MMC-yə aid 5 manat dəyərində ***-***-**-** nömrəli danışıq kart olan 500 manat dəyərində «Samsung A32» model mobil telefonu-cəmi 505 manat dəyərində, otaqda olan şkafın üstündən isə Zərərçəkmiş şəxs5 məxsus üzərində "xxxx" MMC-yə aid 5 manat dəyərində ***-***-**-** nömrəli danışıq kart olan 500 manat dəyərində «Redmi Not 9S» model mobil telefonucəmi 505 manat dəyərində və Zərərçəkmiş şəxs8 məxsus üzərində "xxxx" Telekom MMCyə aid 5 manat dəyərində ***-***-**-** nömrəli danışıq kart olan 550 manat dəyərində «Samsung A-71» model mobil telefonu-cəmi 555 manat dəyərində, qanunsuz götürüb aparmasına şərait yaratmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, yaşayış sahəsinə, qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır.
4. Bundan başqa, Məhkum alkoqol sərxoşluğu vəziyyətində təkrar, tanışı X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 14 iyul 2022-ci il tarixdə saat 06:15 radələrində Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzində onlarla birlikdə masa xidmətçisi işləmiş Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs6 qaldıqları otağın qarşısına gəlib qabaqcadan razılaşdıqları kimi pusquda dayanıb kənar şəxslərin yaxınlaşmamasına nəzarət edərək Elçin Hüseynovun yaşayış sahəsi hesab edilən Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs6 qaldıqları otağa qapını açmaqla qanunsuz daxil olaraq otağın pəncərəsinin qarşısından Zərərçəkmiş şəxs3 məxsus üzərində "xxxx" Telekom MMC-yə aid 5 manat dəyərində ***-***-**-** nömrəli və "xxxx" MMC-yə aid 5 manat dəyərində ***-***-**-** nömrəli danışıq kartları olan 550 manat dəyərində göy rəngli “Redmi Not 9” model mobil telefonu-cəmi 560 manat dəyərində, otaqda olan şkafın üstündən isə Zərərçəkmiş şəxs6 məxsus üzərində "xxxx" Telekom MMC-yə aid 5 manat dəyərində ***-***-**-** nömrəli danışıq kartı olan 500 manat dəyərində «Redmi Not 9C» model mobil telefonu-cəmi 505 manat dəyərində, qanunsuz götürüb aparmasına şərait yaratmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır.
5. Xaçmaz Rayon Məhkəməsinin (sədrlik edən hakim: X4) 3 fevral 2025-ci il tarixli, 1(067)10/2025 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlllərini törətməkdə təqsirli bilinməsi, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəz asının təyin edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 2 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Xəzər Rayon Məhkəməsinin 1(003)- 569/2024 saylı 24 iyul 2024-cü il tarixli hökmü ilə ona CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin olunmuş 2 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının hazırki hökmə təyin edilmiş 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla, ona 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən onun Xəzər RPŞ-da 20.2.2024-cü il tarixdən 22.2.2024-cü il tarixədək həbsdə saxlandığı 2 günün, habelə Xaçmaz RPŞ-da 5.9.2024-cü il tarixdən 6.9.2024-cü il tarixədək həbsdə saxlandığı 1 gün ün, cəmi 3 gün müddətin ona təyin edilmiş cəzadan çıxılması və üzərində qəti olaraq 3 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi, hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən qüvvəsində saxlanılması, onun hazırda Xəzər Rayon Məhkəməsinin 1(003)-569/2024 saylı 24 iyul 2024-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəza çəkmə müəssisəsində saxlanmasının nəzərə alınması, cəzaçəkmə müddətinin başlanğıcının 24 iyul 2024-cü il tarixdən hesablanması, iş üzrə mülki iddia və müsadirə olunası əmlakın olmamasının nəzərə alınması hökm edilmiş, hökmlə həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də həl l edilmişdir.
6. Hökmdən narazı qalan məhkum tərəfindən apellyasiya şikayəti verərək barəsində daha humanist hökm çıxarılmasını xahiş etmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət məhkəmə tərkibində) 15 aprel 2025-ci il tarixli, 1(105)297/2025 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 1(067)-10/2025 nömrəli, 3 fevral 2025-ci il tarixli hökmünün apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 aprel 2025-ci il tarixli, 1(105)-297/2025 nömrə li qərarından Məhkum tərəfindən kassasiya şikayətləri verilmişdir. II. Kassasiya şikayətlərinin dəlilləri və etirazlar:
9. Məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlilləri qismində aşağı instansiya məhkəmələri tərəfindən gəlinmiş nəticələrə istinadlar edilərək qeyd edilmişdir ki, məhkəmələr tərəfindən sübutlara tam və obyektiv qiymət verilməmiş, cəza təyin edilərkən ailə vəziyyəti, vurulmuş ziyanın ödənilməsi nəzərə alınmamış, ona ağır cəza təyin edilmişdir. Qeyd etdiklərinə əsasən məhkəmədən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 aprel 2025-ci il tarixli, 1(105)-297/2025 nömrəli qərarının dəyişdirilməsini və barəsində təyin olunmuş cəzanın 3 il müddətinə endirilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
11. Qərarda n dövlət ittihamçısı tərəfindən kassasiya protesti, zərərçəkmiş şəxslər tərəfindən isə kassasiya şikayəti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum kassasiya şikayətinin dəlillərini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsini xahiş etdi, həmçinin təqsirli bilinərək barəsində cəza təyin edilən CM-in 326.2-ci maddəsi ilə qanunvericiliyin tələblərinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə cəzadan azad edilməsinə etirazının olmadığını bildirdi.
13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı İmanov Nazim Nəriman oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kolle giyasından təmin edilməməsini xahiş etdi, həmçinin məhkumun təqsirli bilinərək barəsində cəza təyin edilən CM-in 326.2-ci maddəsi ilə qanunvericiliyin tələblərinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə onun cəzadan azad edilməsinə etirazının olmadığını bildirdi. IV. Hüquqi məsələlər:
14. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
15. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinay ət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
16. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
17. Məhkum kassasiya şikayətində barəsində təyin edilmiş cəzanın ağırlığını mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirmə mişdir.
18. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 aprel 2025-ci il tarixli, 1(105)-297/2025 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğ un olmalıdır”.
20. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
21. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
22. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu madd əsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
23. Cəzanı ağırlaşdıran halların tam siyahısı CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
24. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.
25. Təsvir edilən cinayət-hü quqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
26. Qeyd olunan cinayət-hüquqi normaların və m əhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum ona münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.
27. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, məhkum edilmiş şəxs Məhkum cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun t arixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran (müəyyən edilməmişdir) və yüngülləşdirən hallar (zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və X5 dəymiş zərər tam ödənildiyindən onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmaması), onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş Məhkum şəxsiyyəti, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi baxımından ona daha yüngül cəza təyin olunmasını qanunamüvafiq saymamış və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşmışdır.
28. G öründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının yüngülləşdirilməsinə dair apellyasiya şikayətində irəli sürülmüş daha yüngül cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşmayaraq hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.
29. Bununla belə, apellyasiya instansiyası məhkəməsi Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsini nəzərə almamaqla, maddi cinayət-hüquq normalarını düzgün tətbiq etməmişdir.
30. Belə ki, Məhkum ittiham edildiyi Azərbaycan Respublikası C M-nin 326.2-ci maddəsi həmin Məcəllənin 15.2-ci maddəsində böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilmiş, yenə də həmin Məcəllənin 75.1 və 75.1.1-ci maddələrinə görə isə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz.
31. Həmin Məcəllənin 75.2-ci maddəsi ilə müəyyən edilən qaydaya görə, müddətlər cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır, şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır.
32. Baxılan cinayət işinin materiallarından görünür ki, Məhkum qarşı Azərbaycan Respublikası CM-in 326.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, Zərərçəkmiş şəxs7 məxsus üzərində "xxxx" Telekom MMC-yə aid 10 manat dəyərində ******-**-** nömrəli danışıq kartı olan 250 manat dəyərində «XİOMİ Mİ8» model mobil telefonu, içərisində 50 manat pul, 195 manat dəyərində mobil telefon qulaqcığı, sonuncuya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi olan 60 manat dəyərində pul kisəsini-cəmi 565 manat dəyərində, qaldıqları otaqda olan çarpayının üstündən qanunsuz götürüb aparmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamış, habelə vətəndaşın şəxsiyyət vəsiqəsini talamışdır.
33. Verilmiş ittiham üzrə Məhkum həmin cinayət əməlini 14 iyul 2022-ci il tarixində törətdiyi müəyyən edilir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən 15 aprel 2025-ci il tarixində yekun qərar qəbul edilərkən hətta 3 fevral 202 5-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsi tərəfindən hökm elan edilərkən məhkum edilmiş şəxsin həmin epizod üzrə cinayət məsuliyyətinə cəlb edilmə müddətinin keçməsi nəzərə alınmalı idi.
34. Məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə cinayət işinin başlanması rədd edilərkən və ya başlanmış cinayət işinin icraatına xitam verilərkən, Azərbaycan Respublikası CPM-in 41.2-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin maddəyə əsasən, təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda, təqsirləndirilən (şübhəli) şəxsin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Bu halda cinayət təqibi Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün və ya məhkəmənin digər qərarının çıxarılması ilə başa çatır. Azərbaycan Respublikası CPM-in 43.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə baxışının gedişində cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyi hallarda, məhkəmə müdafiə tərəfinin razılığı ilə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmağa səlahiyyətlidir. Bununla yanaşı, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi üçün Azərbaycan Respublikası CPM-in 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyi halda təqsirləndirilən şəxsə cəza tətbiq etmədən ittiham hökmü çıxarır.
35. Baxılan cinayət işinin müəyyən edilən hallarını nəzərə almaqla istinad edilən maddi və prosessual cinayət-hüquqi müddəalara əsaslanan məhkəmə ko llegiyası hesab edir ki, Məhkum qarşı Azərbaycan Respublikası CM-in 326.2-ci maddəsi ilə verilən ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməməlidir.
36. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, kassasiya şikayətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 aprel 2025-ci il tarixli, 1(105)-297/2025 nömrəli qərarı və onun əsasında Xaçmaz Rayon Məhkəməsinin 3 fevral 2025-ci il tarixli, 1(067)10/2025 nömrəli hökmü dəyişdirilməli, Məhkum Azərbaycan Respublikası CM-in 326.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirildiyindən, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinə əsasən həm in maddə üzrə təyin edilmiş cəzadan azad edilməli, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə dair müddəalar hökmdən xaric edilməli, Xəzər rayon məhkəməsinin 1(003)-569/2024 nömrəli, 24 iyul 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin olunmuş 2 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Xaçmaz Rayon Məhkəməsinin 3 fevral 2025ci il tarixli, 1(067)10/2025 nömrəli hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla, ona 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum Xəzər RPŞ-da xx.xx.2024-cü il tarixdən xx.xx.20 24-cü il tarixədək həbsdə saxlandığı 2 gün, habelə Xaçmaz RPŞ-da xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlandığı 1 gün, cəmi 3 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 3 il 2 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmçinin hökm və qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Xaçmaz Rayon Məhkəməsinin 3 fevral 2025-ci il tarixli, 1(067)10/2025 nömrəli hökmü və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 aprel 2025-ci il tarixli, 1(105)-297/2025 nömrəli qərarı dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32 6.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə o, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən təyin edilmiş cəzadan azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Xaçmaz Rayon Məhkəməsinin 3 fevral 2025-ci il tarixli, 1(067)10/2025 nömrəli hökmü və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 aprel 2025-ci il tarixli, 1(105)-297/2025 nömrəli qərarından cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsinə dair müddəalar xaric edilsin. Xəzər rayon məhkəməsinin 1(003)-569/2024 nömrəli, 24 iyul 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin olunmuş 2 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Xaçmaz Rayon Məhk əməsinin 3 fevral 2025-ci il tarixli, 1(067)10/2025 nömrəli hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla, ona 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum Xəzər RPŞ-da xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlandığı 2 gün, habelə Xaçmaz RPŞ-da xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlandığı 1 gün, cəmi 3 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 3 il 2 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 aprel 2025-ci il tarixli, 1(105)-2 97/2025 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Məhkum tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin.