Məhkəmə qərarları › İş №1(102)-226/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-226/2020

18.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-226/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə x23 Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas X28, Zərərçəkmiş şəxsin hüquqi varisi X8, onun nümayəndəsi X11, Məhkum2 madafiəçisivəkil X3, məhkumlar Məhkum4 və Məhkum6 müdafiəçisi-vəkil X2, Məhkum3 müdafiəçisivəkil X4, Məhkum5 müdafiəçisi-vəkil Abdullayev Qüdrət oğlunun, Məhkum1 və onun müdafiəçiləri-vəkillər X16 və X25 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2, Məhkum4, Məhkum3, Məhkum6 Məhkum5 və Məhkum1 barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: C.İ.Hüseynov (sədrlik edən və məruzəçi), E.N.İsmayılov və S.İ.Əliyevdan ibarət tərkibdə) Məhkum2 - xx xxxx 1991-ci il də Bak ı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, «BSKOM» firmasında işləmiş, bir uşaq atası, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, Cavadxan küçəsi, ev 19, mənzil 9-da yaşamış Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.6-cı və 145.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 120.2.1 və 120.2.6-cı maddələri ilə 14 il müddətə, CM-nin 145.2.4-cü maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə qəti olaraq, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 15 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 2 37.2.1 və 237.2.3-cü maddələri ilə təqsiri sübuta yetirilmədiyindən Məhkum2 bəraət verilmişdir; Məhkum3 -xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Ü1 yaşamış Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.6-cı və 145.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 120.2.1 və 120.2.6-cı maddələri ilə 14 il müddətə, CM-nin 145.2.4-cü maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə qəti olaraq, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə,15 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsiri sübuta yetirilmədiyindən Məhkum3 bəraət verilmişdir; xxx-xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, ü3 yaşamış Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.6-cı və 145.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 120.2.1 və 120.2.6-cı maddələri ilə 14 il müddətə, CM-nin 145.2.4-cü maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə qəti olaraq, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 15 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM- nin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsiri sübuta yetirilmədiyindən Məhkum4 bəraət verilmişdir; Məhkum5-xx xxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir uşaq atası, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Kalinin küçəsi, ev 4, mənzil 24-də yaşamış Azərbaycan Respublikası CM-nin 145.2.4, 307.3 və 307.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 145.2.4-cü maddəsi ilə 04 il müddətə, CM-nin 307.3-cü maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 307.1-ci maddəsi ilə cəza təyin edilməmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə qəti olaraq, cəzasını üm umi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.6, 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsiri sübuta yetirilmədiyindən Məhkum5 bəraət verilmişdir; xxxx-xx xxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü üzrə məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ü2-da yaşamış Azərbaycan Respublikası CM-nin 145.2.4, 307.3 və 307.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 145.2.4-cü maddəsi ilə 03 il müddətə, CM-nin 307.3-cü maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 307.1- ci maddəsi ilə cəza təyin edilməmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.6, 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsiri sübuta yetirilmədiyindən Məhkum1 bəraət verilmişdir; Məhkum6-xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, ü3 yaşamış Azərbaycan Respublikası CM-nin 307-ci maddəsinin qeyd hissəsində nəzərdə tutulan əsaslarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respubli kası CM-nin 120.2.1, 120.2.6, 145.2.4, 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsiri sübuta yetirilmədiyindən Məhkum6 bəraət verilmişdir. İşin halları: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Məhkum2, Məhkum3, Məhkum4, Məhkum1 və Məhkum5 ibarət qabaqcadan əlbir olan bir qrup şəxs zərərçəkmiş X12 adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, Məhkum2, Məhkum3 və Məhkum4 qabaqcadan əlbir olan bir qrup şəxs olaraq başqa cinayəti gizlətmək məqsədi ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum5 xüsusilə ağır cinayətin - başqa cinayəti gizlətmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə cinayətinin hazır lanmasını və qəsdən həmin cinayətin törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmiş, eyni zamanda qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmiş, təqsirləndirilən şəxs Məhkum6 isə doğma qardaşının da daxil olduğu qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə cinayətini, həmçinin doğma qardaşının da daxil olduğu qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək məqsədilə qəsdən adamöldürmədə ehtiva olunan xüsusilə ağır cinayətin törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmişdir. Belə ki, təqsirləndirilən şəxslər Məhkum2, Məhkum3, Məhkum4, Məhkum1, Məhkum5 və mərhum zərər çəkmiş X17 qabaqcadan əlbir olub 2013-cü ilin fevral-mart aylarında, təqsirləndirilən ş əxs Məhkum1 ü4sahəsində tikdiyi təmirsiz və nömrəsiz evdə həm özlərinin istifadəsi və həm də qanunsuz olaraq satmaları üçün marixuana narkotik vasitəsi əldə etmək məqsədi ilə tərkibində narkotik maddələr olan bitkilər kultivasiya etmək (əkib-becərmək) barədə razılığa gələrək, planlaşdırdıqları məqsədi həyata keçirmək üçün təqsirləndirilən şəxs Məhkum1 Qala qəsəbəsindəki təmirsiz evində yaşamaq üçün minimum şərait yaratmaq məqsədilə evi əhatə etmiş yarımçıq hasarı hördükdən və evdə kiçik təmir işləri apardıqdan sonra təqsirləndirilən şəxslərdən Məhkum2 tərəfindən internet vasitəsilə Hollandiya və İngiltərədən pul ödənilməklə tərkibi müəyyənləşdirilməmiş bitki toxumları alınıb əldə edilmişdir. Bundan sonra, planlaşdırılmış məqsədin davamı olaraq təqsirləndirilən şəxslər Məhkum2, Məhkum3, Məh kum4, Məhkum1 və Məhkum5, həmçinin mərhum zərər çəkmiş x1 bitki toxumları əkib becərmək üçün yerli mağazalardan alınmış dibçəkləri və torfu təqsirləndirilən şəxs Məhkum5 etibarnamə əsasında idarə etdiyi **-DR*** dövlət qeydiyyat nişanlı, VAZ-2106 markalı avtomaşınla təqsirləndirilən şəxs Məhkum1 Qala qəsəbəsindəki evinə apararaq otaqların birində yerləşdirmiş və marixuana narkotik vasitəsi əldə etmək məqsədi ilə xarici dövlətlərdən internet vasitəsi ilə əldə olunmuş bitki toxumlarını əkib-becərməyə başlamış, həmçinin bitkilərə qulluq və təhlükəsizlik məqsədləri ilə aralarında növbətçilik yaradıb gündəlik mühafizəni həyata keçirmişlər. Marixuana narkotik vasitəsi əldə etmək məqsədi ilə bitki toxumlarını əkib-becərməyə başladıqdan təxminən 2 ay sonra mərhum zərər çəkmiş x1un həmin evi tərk e dib, bir müddət geri qayıtmaması, olduğu yer barədə məlumat verməməsi, sonuncunun onların narkotik tərkibli bitkilər əkib-becərməsi barədə hüquq-mühafizə orqanlarına və ya qeyri şəxslərə məlumat verməsindən və ya belə məlumatı verə biləcəyindən şübhələndirmiş, eyni mövzuda müzakirələr zamanı təqsirləndirilən şəxs Məhkum2 törətdikləri qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə cinayətini gizlətmək məqsədi ilə x1u öldürməklə zərərsizləşdirmək barədə təklifi təqsirləndirilən şəxs Məhkum4 tərəfindən müsbət qarşılansa da, digər təqsirləndirilən şəxslər Məhkum5, Məhkum3 və Məhkum1 zərər çəkmiş x1un öldürülməsinin əleyhinə çıxaraq onun olduğu yeri müəyyənləşdirib, Məhkum1 məxsus Qala qəsəbəsindəki evə gətirərək marixuana narkotik vasitəsi yetişənədək orada saxlan ılması ilə cəzalandırılmasını təklif etmişlər. Həmin söhbətdən bir neçə gün sonra, xx xxx 2013-cü il tarixdə, saat 16-18 radələrində təqsirləndirilən şəxslər Məhkum2, Məhkum4 və Məhkum5 birlikdə, sonuncunun idarə etdiyi **-DR-*** dövlət qeydiyyat nişanlı, "VAZ-2106" markalı avtomaşınla Suraxanı rayonu ərazisində hərəkətdə olarkən, təsadüfən mərhum xxx yol kənarında dayandığını görüb avtomaşını saxlamış, ona bağa, yəni təqsirləndirilən şəxs Məhkum1 məxsus Qala ü evə gedəcəklərini bildirib onlarla birlikdə bağa getməyi ona təklif etmiş, təqsirləndirilən şəxslər Məhkum2 və digərlərinin niyyətini başa düşməyən mərhum zərər çəkmiş x1 təklifi qəbul edib avtomaşına oturmuş, təqsirləndirilən şəxslər Məhkum2, Məhkum4 və Məhkum5 la birlikdə, sonuncunun idarə etdiyi avtomaşınla təqsirləndirilən şəx s Məhkum1 məxsus Qala qəsəbəsindəki evə getmişdir. Bundan sonra təqsirləndirilən şəxslər Məhkum2, Məhkum4, Məhkum5, eləcə də həmin vaxt evdə olan Məhkum3 və Məhkum1 ibarət qabaqcadan əlbir olan bir qrup şəxs zərər çəkmiş X12 marixuana narkortik vasitəsi əldə etmək məqsədilə birlikdə əkdikləri bitkilərin məhsulunun yetişib yığılmasına və satılmasınadək həmin evdə qalacağı şərti altında, adam oğurluğu ilə bağlı olmayan qanunsuz azaldıqdan məhrum edib xx xxx 2013-cü il tarixədək təqsirləndirilən şəxs Məhkum1 məxsus, ü4sahəsində olan nömrəsiz evdə saxlamışlar. Bundan başqa, xx xxx 2013-cü il tarixdə, saat 13 radələrində təqsirləndirilən şəxslər Məhkum2, Məhkum3, Məhkum4, Məhkum5 və adam oğurluğu ilə bağlı olmayan qanunsuz azaldıqdan məhrum edilmiş zərər çəkmiş X17 təqsirləndirilən şəxs Məhkum1 məxsus, ü4sahəsində olan nömrəsiz evdə olarkən təqsirləndirilən şəxs Məhkum2 Məhkum5 avtomaşınla gedib sellofan torbalar və skoç (burada: yapışqanlı lent) almaq məqsədilə göndərdikdən sonra, təqsirləndirilən şəxslər Məhkum2, Məhkum3 və Məhkum4la mərhum zərər çəkmiş şəxs x1 arasında sonuncunun onların narkotik tərkibli bitkilər əkib-becərməsi barədə hüquq-mühafizə orqanlarına və ya qeyri şəxslərə məlumat verib-verməməsi ətrafında baş vermiş mübahisə zəminində təqsirləndirilən şəxs Məhkum3, bir neçə gün əvvəl təqsirləndirilən şəxs Məhkum2 x1u öldürmək barədə təklifinin əleyhinə çıxmasına baxmayaraq, törətdikləri qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə cinayətini gizlətmək məqsədi ilə zərər çəkmiş şəxs x1un boğazından tutub yerə yıxaraq onu boğmağa başlam ış, təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum4 isə x1un müqavimətini qırmaq üçün onun əllərindən və ayaqlarından tutmuş, sonra dəsmalla boğmuş, daha sonra balışı üzünə sıxmaqla onun dilaltı sümüyünün böyük buynuzunun patoloji hərəkətliliyi və ətraf toxumalarda qansızmalarla müşahidə olunan boyun üzvlərinin əllə, ilgəklə (dəsmalla) sıxılması nəticəsində əmələ gəlmiş həyat üçün təhlükəli ağır bədən xəsarəti olan ölümünə səbəb olmuş mexaniki asfiksiya vəziyyətinə salaraq onu qabaqcadan əlbir olan bir qrup şəxs olaraq qəsdən boğub öldürmüş, yəni zərər çəkmiş şəxs X12 qəsdən həyatdan məhrum etmişlər. Bundan sonra təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum4 mərhum x1un meyitini təqsirləndirilən şəxs Məhkum5 alıb gətirdiyi sellofan torbaya qoyub yapışqanlı lentlə sarımış, evin həyətində su anbar ı hazırlanması məqsədilə əvvəlcədən qazılmış quyunu daha da dərinləşdirərək cinayətinin baş verdiyi xx xxx 2013-cü il tarixdə, qaranlıq düşdükdən sonra hadisə yerinə çağırdıqları təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum5 köməkliyi ilə xx xxx 2013-cü il tarixə keçən gecə mərhum x1un meyitini həmin quyuya atıb üstünə beton tökdükdən sonra qum torpaqla örtüb gizlətmişlər. Bundan başqa, təqsirləndirilən şəxslər Məhkum2, Məhkum3, Məhkum4 tərəfindən zərər çəkmiş şəxs X9 həyatdan məhrum edilməsi başa çatdıqdan sonra xx xxx 2013-cü il tarixdə, saat təqribən 14 radələrində sellofan torba və yapışqanlı lent alıb hadisə yerinə Məhkum1 məxsus, ü4sahəsində olan ünvana qayıdan təqsirləndirilən şəxs Məhkum5 zərər çəkmiş şəxs X9 öldürüldüyünü görüb sellofan torba və yapışqanlı lenti verib hadisə yerində n çıxıb getmişdir. Elə həmin gün, yəni xx xxx 2013-cü il tarixdə, axşam təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum4 tərəfindən hadisə yerinə çağrılan təqsirləndirilən şəxslər Məhkum5 və Məhkum1 mərhum x1un meyitinin quyuda betonlanmaqla üzərinə torpaq töküb gizlədilməsində iştirak etmiş və bu hərəkətləri ilə təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum5 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.6-cı maddəsində nəzərdə tutulan xüsusilə ağır cinayətin - zərər çəkmiş şəxs X9 qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə cinayətini gizlətmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öldürülməsi cinayətinin hadisədən bir neçə gün əvvəl hazırlanmasını və həmin cinayətin xx xxx 2013cü il tarixdə törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmiş, həmçinin qabaqcadan vəd etmədən mərhum x1un meyitini gizlətməklə Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.6-cı maddəsində nəzərdə tutulan xüsusilə ağır cinayəti gizlətmişlər. Bundan başqa, təqsirləndirilən şəxs Məhkum6, baxılan iş üzrə təqsirləndirilən şəxslər Məhkum2, Məhkum3, Məhkum1, X17 və doğma qardaşı Məhkum4, həmçinin mərhum zərər çəkmiş Məhkum5 tərəfindən təqsirləndirilən şəxs Məhkum1 məxsus ü4 təmirsiz və nömrəsiz evdə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə cinayətini, həmçinin doğma qardaşı Məhkum4 da daxil olduğu qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə cinayətini gizlətmək məqsədilə zərər çəkmiş şəxs X9 öldürülməsində ehtiva olunan, Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.6-cı maddəsində nəzərdə tutulan xüsusilə ağır cinayətin törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə isə təqsirləndirilən şəxslər Məhkum2, Məhkum3, Məhkum4, Məhkum6, Məhkum1, X17 və Məhkum5 ibarət qabaqcadan əlbir olan bir qrup şəxs X12 adam oğurluğu ilə bağlı olmayan qanunsuz azaldıqdan məhrum etmiş, qabaqcadan əlbir olan bir qrup şəxslə başqa cinayəti gizlətmək məqsədi ilə qəsdən adam öldürmüş, qabaqcadan əlbir olan bir qrup şəxslə qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda marixuana əkib yetişdirmiş, qanunsuz olaraq satmış, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmiş, qanunsuz yolla əldə edib satmışdır. Belə ki, təqsirləndir ilən şəxslər Məhkum2, Məhkum3, Məhkum4, Məhkum6, Məhkum1, X17 və Məhkum5 ilə qabaqcadan əlbir olub 2013-cü ilin fevral-mart aylarında, Məhkum1 ü4sahəsində tikdiyi nömrəsiz evdə narkotik vasitə olan marixuana əkibbecərmək barədə razılığa gələrək, həmin məqsədi həyata keçirmək üçün internet vasitəsilə Hollandiya və İngiltərədən 350 avro dəyərində aldığı marixuana toxumunu əldə edərək alınmış dibçək və torfu Məhkum5 idarə etdiyi VAZ-2106 markalı avtomaşınla həmin dibçəkləri və torfu Qala qəsəbəsində yerləşən Məhkum1 məxsus evə gətirib otaqların birində yerləşdirməklə əkib-becərmiş, təxminən 2 ay sonra onların narkotik vasitələrin əkib-becərməsi barədə x1un hüquq-mühafizə orqanlarına və ya digər şəxslərə məlumat verməyindən şübhələndiyi üçün, törətdikləri cinayəti gizlətmək məqsədi ilə x1u öld ürmək qərarına gələrək, bu məqsədlə Məhkum5 idarə etdiyi VAZ-2106 markalı avtomaşınla Məhkum3, Məhkum1 və Məhkum4la birlikdə xx xxx 2013-cü il tarixdə Suraxanı rayonu ərazisində hərəkətdə olarkən x1u yolda görüb, narkotik vasitələri əkib-becərdikləri ünvana gətirib bir gün həmin evdə qanunsuz saxlamış, xx xxx 2013-cü il tarixdə saat 13 radələrində öz aralarında gəldikləri razılıq əsasında rolları bölməklə x1u öldürəndən sonra meyitini sellofan torbalara qoyub yapışqanlı lentlə sarıyıb basdırmaq məqsədilə, Məhkum5 Məhkum6la birlikdə Qala qəsəbəsində yerləşən mağazaların birinə gedib sallofan torba və yapışqanlı lent almaq üçün evdən çıxdıqdan sonra, Məhkum3 x1u boğazından tutub yıxmış, Məhkum2 və Məhkum4 x1un əllərindən və ayaqlarından tutub dəsmal ilə, sonra isə balışı üzünə sıxıb onun dil altı sümüyünün böyük buynuzunun patoloji hərəkətliliyi və ətraf toxumalarda qansızmalarla müşahidə olunan boyun üzvlərinin əllə, ilgəklə (dəsmalla) sıxılması nəticəsində əmələ gəlmiş həyat üçün təhlükəli ağır bədən xəsarəti olan ölümünə səbəb olmuş mexaniki asfiksiya yetirib boğub öldürmüş, sonra Məhkum2, Məhkum3, Məhkum4, Məhkum1, Məhkum5 və Məhkum6la birlikdə x1un meyitini sellofan torbaya qoyub həmin yapışqanlı lentlə sarıyıb, evin həyətində quyu qazaraq meyiti həmin quyuya atıb üstünə beton tökdükdən sonra qum torpaqla örtüb gizlətmişlər. Bundan sonra onlar həmin ilin iyul-avqust aylarında yetişdirdikləri 40 kq marixuananı qurudaraq kibrit qutularına qablaşdırıb, istintaqa məlum olmayan şəxslərə sataraq əldə edilmiş 15.000 manat pulu öz aralarında bölmüşlər. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə, zərərçəkmiş şəxsin hüquqi varisi X18, Məhkum2 müdafiəçisi X33 və Məhkum3 müdafiəçisi X5 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim X34, hakimlər X6 və X15 ibarət tərkibdə) xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və cinayət işini yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı ilə kassasiya protesti və kassasiya şikayəti qismən təmin edilərək, Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.6, 145.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş, CM-nin 234.4.1, 234.4.3, 237.2.1, 237.2.3-cü maddələri bəraət almış Məhkum2, X29, Məhkum4, Azərbaycan Respublikası CM-nin 307.3, 145.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş, CMnin 120.2.1, 120.2.6, 234.4.1, 234.4.3, 237.2.1, 237.2.3-cü maddələri bəraət almış Məhkum5, X30 və Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmuş, CM-nin 120.2.1, 120.2.6, 234.4.1, 234.4.3, 237.2.1, 237.2.3-cü maddələri ilə bəraət almış Məhkum6 barələrində Bakı Apellyasiya Məhkəmə sinin Cinayət kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi X18 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə ləğv edilmiş və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: M.Ə.x22ov (sədrlik edən və məruzəçi), X19 və X13 ibarət tərkibdə) xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə məhkum edilmiş şəxs Məhkum3 müdafiəçisi X5, məhkum edilmiş şəxs Məhkum2 müdafiəçisi X33 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X18 və onun nümayəndəsi X26 tərəfindən birgə verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiy a protesti qismən təmin edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü ləğv edilərək iş üzrə aşağıdakı məzmunda yeni hökm çıxarılmışdır: 1.Məhkum2Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.6-cı və 145.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-inin 120.2.1, 120.2.6- cı maddələri ilə 14 (on dörd) il müddətinə, CM-nin 145.2.4-cü maddəsi ilə4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzalarına,CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü və 237.2.1, 237.2.3-cü maddələri ilə təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. Cəzasınıciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmənin əvvəlinin xx xxxxxx 2016-cı il tarixdən hesablanması müəyyən edilmişdir.

1. Məhkum4Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.6cı və 145.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 120.2.1, 120.2.6-cı maddəsi ilə 14 (on dörd) il müddətinə, CM-nin 145.2.4-cü maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzalarına, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, CM-nin 234.4.1, 234.4.3-cü və 237.2.1, 237.2.3-cü maddələri ilə təqdiri sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin xx xxxxxx 2016-cı il tarixdən hesablanması, CM-nin 93.1.2-ci maddəsinə əsasən Məhkum4 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi müəyyən edilmişdir.

2. Məhkum3 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.6cı və 145.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 120.2.1, 120.2.6-cı maddəsi ilə 14 (on dörd) il müddətinə, CM-nin 145.2.4-cü maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzalarına, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə qəti olaraq 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü və 237.2.1, 237.2.3-cü maddələri ilə təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin xx xxxxxx 2016-cı il tar ixdən hesablanması müəyyən edilmişdir.

3. Məhkum5 Azərbaycan Respublikası CM-nin 120.2.1,120.2.6 və 145.2.4-cü maddələri ilə təqsirli bilinərək,CM-nin 120.2.1, 120.2.6-cı maddəsi ilə 13 (on üç) il müddətinə,CM-nin145.2.4-cü maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzalarına, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin xx xxxxxx 2016-cı il tarixdən hesablanması,CM-nin 93.1.2-ci maddəsinə əsasən Aydın Aydın oğlunun barəsində nar komaniyadan məcburi müalicə növündə tibbi xarakterli tədbir tətbiq edilməsi müəyyən edilmişdir.

4. Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.6 və 145.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 120.2.1, 120.2.6-cı maddəsi ilə13 (on üç) il müddətinə, CMnin145.2.4-cü maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzalarına, CM-nin66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalarıqismən toplamaq yolu ilə qəti olaraq 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin234.4.1 və 234.4.3-cü, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsiri sübuta yetirilmədiyindən Məhkum1 bəraət verilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi,cəza çəkməsinin əvvəlinin xx xxx 2017-ci il tarixdən hesablanması müəyy ən edilmişdir.

5. Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.6 və 145.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 120.2.1, 120.2.6-cı maddəsi ilə 12 (on iki) il müddətinə, CM-nin 145.2.4-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzalarına, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu iləqəti olaraq 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 2 (iki) il, 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 10 (on) il, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanmışdır. Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. Barəsində həbs qətimkan tədbiri seçilmiş, o, məhkəmə iclas zalından dərhal həbsə alınmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin xx xxxxxxxx 2019-cu il tarixdən hesablanması müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti və Məhkum1 tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya protestinin və kassasiyaşikayətinindəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində göstərmişdir ki, məhkəmə kollegiyasının gəldiyi nəticəyə əsasən, təqsirləndirilən şəxslər Məmmədzadə x20 Sabir oğlu, Məhkum3, Məhkum4, Məhkum1, Məhkum6 və Məhkum5 ibarət qabaqcadan əlbir olan bir qrup şəxsin zərər çəkmiş X12 adam oğurluğu ilə bağlı olmayan qan unsuz azadıqdan məhrum etməsi və sonradan onların qabaqcadan əlbir olan bir qrup şəxs olaraq başqa cinayəti gizlətmək məqsədi ilə qəsdən adam öldürmələri, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmələri mötəbər və təkzibolunmaz sübutlarla tam təsdiq olunduğundan, onların əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.6, 145.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalı, məhkəmə araşdırmasının nəticəsi olaraq Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü və 237.2.1, 237.2.3-cü maddələri ilə təqsirləri sübuta yetirilmədiyindən həmin şəxslərə bəraət verilməlidir.Lakin məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 416.0.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmiş və tətbiq edilməli olan cinayət qanunu normasını tətbiq etməyərək, tətbiq edilməli olmayan cinayət qanunu normasını tətbiq edərək Cinayət Məcəlləsinin 234.4.1,cü və 237.2.1, 237.2.3-cü maddələri ilə Məhkum2, Məhkum3, Məhkum4, Məhkum1, Məhkum6 və Məhkum5 təqsirliliyinin sübuta yetirilməməsi barədə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir.Apellyasiya instansiyası məhkəməsibaxılan iş üzrə təqsirləndirilən şəxslərin hamısına qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə irəli sürülmüş ittihalara münasibət bildirib qeyd etmişdir ki, cinayət işinin ibtidai istintaqı zamanı heç bir növdən olan narkotik vasitə, tərkibində narkotik maddələr olan bitkilər, həmin narkotik vasitə və ya tə rkibində narkotik maddələr olan bitkilərin miqdarı, əkilib-becərilildiyi konkret yer, narkotik vasitə və ya tərkibində narkotik maddələr olan bitkjjərin izləri, o cümlədən bitkilərin əkildiyi dibçəklər müəyyən edilməmiş, narkotik vasitə və ya tərkibində narkotik maddələr olan bitkilərin növünün, tərkibinin, miqdarının müəyyənləşdirilməsi üçün müvafiq ekspertizalar keçirilməmiş, maddi sübut kimi tanınmamış, həmçinin qanunsuz narkotik vasitələr əldə olunduğu təqdirdə kimə və ya kimlərə, hansı qiymətə satılması müəyyənləşdirilməmişdir.Məhkəmələr iş üzrə gəldikləri nəticəni əsaslandırarkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarmm qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 201 1-ci il tarixli qərarına istinad etmişlər.Həmin qərarın 3-cü bəndində məhkəmələrə tövsiyyə olunur ki, şəxsin Azərbaycan Respublikası CM-nin 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən maddələrin narkotik vasitə, psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə olduğunun, onların tibb məqsədləri üçün istifadəyə yararlı olub-olmamasını, bitkilərin narkotik xassəli bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Maddənin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, onun miqdarı, bitkinin isə narkotik xassəli olması dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə ya lnız ehtimallar əsasında yuxarıda göstərilən maddələrlə cinayət məsuliyyətinə cəlb oluna bilməz.Qeyd olunanlardan belə nəticə çıxır ki, təqsirləndirilən şəxslər Məhkum2, Məhkum4, Məhkum3, Məhkum5, Məhkum1 və Məhkum6 qarşı Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə bəraət verilməsi üçün əsas narkotik vasitələrin və tərkibində narkotik maddələr olan bitkilərin, onların izlərinin müəyyən edilməməsi, müvafiq ekspertizaların keçirilməməsi, maddi sübutun olmamasıdır.CinayətProsessual Məcəlləsinin 140-cı maddəsinə əsasən (Maddə

140. Bəzi sübutlar əsasında müəyyən edilən hallar) cinayət prosesi gedişində aşağıdakı hallar yalnız aşağıda göstərilən sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər: 140.0.1. ölümün səbəbi, bədən xəsarətinin a ğırlıq dərəcəsi və xarakteri - tibb sahəsində ekspertin rəyi;140.0.2 şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub- olmaması - psixiatriya sahəsində ekspertlərin rəyi; 140.0.3. şahidin və ya zərər çəkmiş şəxsin cinayət işi üzrə müəyyən edilməli halları xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində düzgün qavrayıb təsvir edə bilməməsi - psixiatriya sahəsində ekspertlərin rəyi; 140.0.4. zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsi n müəyyən yaş h əddinə çatması haqqında sənədləri olmadıqda yaşın müəyyən edilməsi - tibb və psixologiya sahəsində ekspertlərin rəyi; 140.0.5. təqsirləndirilən şəxsin əvvəlki məhkumluğunun olması və ona müəyyən cəza təyin edilməsi - məhkəmə hökmünün surəti.Göründüyü kimi cinayət-prosessual qanunvericiliyi cinayət işi üzrə maddələrin narkotik vasitə olduğunun, bitkilərin narkotik xassəli bitkilər olmasının aydınlaşdırılması üçün müvafiq ekspertizanın keçirilməsini zəruri saymır, konkret cinayət işi üzrə cinayətin predmetinin mövcud olmaması şəxsin təqsirsizliyi barədə nəticəyə gəlməyə əsas vermir.Cinayətin predmeti cinayət tərkibinin fakültativ (əlavə) əlamətidir, CM-nin 234 və 237-ci maddələrində nəzərdə tutulan cinayətlər üzrə cinayətin obyektinə (əsas bilavasitə obyekt - əhalinin sağla mlığının təhlükəsizlliyni təmin edən ictimai münasibətlərə, əlavə obyekt - ictimai təhzlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret insanın - fərdin sağlamlığı) əlavə olmaqla, həmin cinayətlərin spesifik xüsusiyyətlərini nəzərdə tutur.Cinayət qanunvericiliyinə görə CM-nin 234 və 237-ci maddələrində nəzərdə tutulan cinayətlər formal tərkibli cinayətlərdir və onların başa çatmış hesab edilməsi üçün təqsirkarın qeyd olunan maddələrdə nəzərdə tutulan hərəkətləri (yaxud hərəkətlərdən birini) törətməsi faktını müəyyən etmək kifayətdir. Formal tərkibli cinayətlər cinayətin obyekitiv cəhətinin elementlərindən yalnız hərəkət və ya hərəkətsizliyi nəzərdə tutur. Həmin cinayətlərə görə məsuliyyətin həllində obyekt və subyektiv əlamətlərlə yanaşı obyektiv cəhətin elementlərind ən yalnız kriminal hərəkət və ya hərəkətsizliyi müəyyən etmək lazımdır. Formal quruluşa malik cinayət tərkiblərinə əsasən məsuliyyətin həllində səbəbli əlaqənin (hərəkətlə (hərəkətsizliklə) nəticə arasında) müəyyən edilməsinə zərurət yaranmır. Formal cinayət tərkiblərində məsuliyyətin həllində təqsir ancaq hərəkətə (hərəkətsizliyə) görə müəyyən edilir.Cinayət Məcəlləsinin 234-cü maddəsinin obyektiv cəhəti qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, Cinayət Məcəlləsinin 237-ci maddəsinin obyektiv cəhəti qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplamadır. Şərh olunan cinayətlərin kriminal nəticələri cinayət tər kibinin hüdudlarından kənarda qalır və yalnız məsuliyyətin fərdiləşdirilməsinə təsir göstərir.Təqsirləndirilən şəxsin həmin maddələrin dispozisiyasında nəzərdə tutulan əməllərdən birini etməsi onun məsuliyyətə cəlb edilməsi üçün kifayətdir.Cinayət işi üzrə toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxslərin tərkibində narkotik maddələr olan bitkiləri əkmələri, kultivasiya etmələri və külli miqdarda satmaları bu bitkilərin satılması məqsədilə Qala qəsəbəsində Məhkum1 məxsus evin kirayə götürülməsi, xarici ölkədən həmin bitkilərin toxumlarının sifariş verilməsi, çəkiləcək xərclərin qarşılanması üçün qabaqcadan əlbir olan şəxslərin müəyyən məbləğdə pul əldə etmələri, müxtəlif qablar, elektrik avadanlıqları almaları, x1un həmin narkotik vasitələrin əkilməsi barədə məlumat sızdırılması ilə b ağlı öldürülməsi, cinayətişinə əlavə edilmiş poçt və internet sənədləri, həmin bitkilərdən əldə olunan narkotik vasitələri 15.000 manata satmaları ilə, o cümlədən təqsirləndirilən şəxslərin hər birinin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə təsdiq olunur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər x1un öldürülməsi ilə bağlı ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli ifadələr versələr də, narkotik bitkilərin əkiləməsini məhkəmə istintaqı zamanı da təsdiq etmişlər. Ona görə kassasiya protestinin təmin edilməsini xahiş etmişdir. Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hər hansı adam öldürmə prosesində iştirak etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə toplanmış sübutlara düzgün hüquq i qiymət verməmişdir. Ona görə də hökmün ləğv edilərək Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.6-cı maddələri ilə ona bəraət verilməsini və barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməməsi və kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum1 və müdafiəçilərin, kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsinin, kassasiya şikayətinin təmin edilməməsi, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmiş dir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya protestində təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə bəraət verilməsi mübahisələndirilmiş, narkotik vasitələr ortada olmasa da, həmin maddələrlə təqsirləndirilən şəxslərin əməllərində həmin cinayətlərin tərkibinin olmasını təsdiq edən sübutların cinayət işinin materiallarında kifayət qədər olması göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası cinayət işi üzrə x x xxxxxxxx 2019-cu il tarixli hökmündə işin bu hissəsi ilə əlaqədar belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxslərin hamısına qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə irəli sürülmüş ittihamlara münasibət bildirib qeyd edir ki, cinayət işinin ibtidai istintaqı zamanı heç bir növdən olan narkotik vasitə, tərkibində narkotik maddələr olan bitkilər, həmin narkotik vasitə və ya tərkibində narkotik maddələr olan bitkilərin miqdarı, əkilib-becərildiyi konkret yer, narkotik vasitə və ya tərkibində narkotik maddələr olan bitkilərin izləri, o cümlədən birkilərin əkildiyi dibçəklər müəyyən edilməmiş, narkotik vasitələr və ya tərkibində narkotik maddələr olan bitkilərin növünün, tərkibinin, miqdarının müəyyən edilməsi üçün müvafiq ekspertizalar k eçirilməmiş, maddi sübut kimi tanınmamış, həmçinin qanunsuz narkotik vasitə əldə olunduğu təqdirdə kimə və ya kimlərə, hansı qiymətə satılması müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli qərarının 3-cü bəndində məhkəmələrə tövsiyyə olunur ki, şəxsin Azərbaycan Respublikası CM-in 234240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən maddələrin narkotik vasitə, psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə olduğunun, onların tibb məqsədləri üçün istifadəyə yararlı olub-olmamasını, bitkilərin narkotik xassəli bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Maddənin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, onun miqdarı, bitkinin isə narkotik xassəli olması dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında yuxarıda göstərilən maddələrlə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Göründüyü kimi, təqsirləndirilən şəxslər Məhkum2, Məhkum4, Məhkum3, Məhkum5, Məhkum1 və Məhkum6 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə elan edilmiş ittiham həmin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələrə əsaslanmışdır. Məhkəmə kollegiyası apellyas iya instansiyası məhkəməsinin cinayət işinin bu hissəsi ilə əlaqədar gəldiyi nəticələri əsaslı hesab edərək qeyd edir ki, sözügedən cinayət əməllərinin obyektiv tərəfinin vacib əlamətləri kimi ittiham olunan maddənin narkotik maddə və ya tərkibində narkotik maddələr olan bitkilər olduğu, onların çəkisinin və miqdarının müəyyən edilməsi cinayət əməlinin hüquqi tövsifi üçün vacib olduğundan həmin maddələr ortada olmadığı halda cinayətin bu əlaməətlərinin mövcudluğunun müəyyən edilməsi mümkünsüz olur. Bundan başqa Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Hazırkı cinayət işi üzrə təqsirləndir ilən şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə olan cinayət əməlləri onların ibtidai istintaqdakı ifadələrindən başqa hər hansı başqa sübutla təsdiq edilmir. Ona görə də məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini əsassız hesqab edərək təmin olunmaması barədə qərara gəlir. Məhkum1 kassasiya şikayətində göstərmişdir ki, hər hansı adam öldürmə proseində oştirak etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir. Ona görə də həmin hökmün ləğv edilməsini, Azərbaycan Respublikası CMnin 120.2.1 və 120.2.6-cı maddələri ilə ona bəraət verilməsini və barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx xxxx 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. X20 məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2016-cı il tarixli şübhəli şəxs qismində ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında mən, x21, x22, x23, x24 və onun qardaşı x23 və x25 növbə ilə iki üç gün qalıb bitkilərə baxıb nəzarət edirdik. Həmin ərəfədə məlum olmuşdur ki, x23 tanımadığımız şəxslərə bizim həmin həyətdə narkotik vasitələri əkib-becərmə ilə məşğul olduğumuzu bildirmişdir. Bu məsələ ilə bağlı biz, yəni x21, x22, x23, x24 və onun qardaşı x23 və x25 ilə birlikdə bir neçə dəfə demişdik, lakin x23 etiraf etməmişdir. Sonuncu dəfə xx.xx.2013-cü il tarixdə mən, x23, x24, x22 x21 ilə qərara gəldik ki, bu məsələyə son qoyaq və x23 ilə söhbətimizi edək, hətta lazım olsa belə onu boğaraq öldürəcəyik. Hadisə g ünü x22 idarə etdiyi VAZ-2106 markalı avtomobillə gedib x25 ilə x23u gətirmiş, əlavə olaraq iki kürək və lom gətirmişdir. Həmin tarixdə gecə saat 23:00 radələrində x24, onun qardaşı x21, x22 və x25 evin sağ tərəfində olan boş sahədə torpağı qazmağa başlamışlar. Təqribən saat 06 radələrinə qədər yuxarıda qeyd olunan şəxslər təxminən 2,5-3 metr dərinliyində çuxur qazmışlar. Bundan sonra mənim iştirakımla x24, onun qardaşı x21, x22 və x25 meyiti həmin çuxura ataraq x22 və x24 tərəfindən əvvəldən hazırlanmış betonu və qalan torpağı araba vasitəsilə üstünə tökmüşük. Təqsirləndirilən şəxs qismində xx.xx.2016-cı il tarixdə ifadəsində göstərmişdir ki, uşaqları yığıb dedim ki, “x23 pulumu da atıb, onunla ciddi söhbət etməliyik, ya dilini birdəfəlik kəssin, əgər təsiri olmasa hətta onu itirməliyik. Bu təklifi mən Məhkum4, Məhkum5 və Məhkum1 bildirmişdim. Növbə ilə x25in evində mən, x24, x22, x1, elə x25in özü də qalırdı. ” X29 məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2016-cı il tarixli şübhəli şəxs qismində ifadəsində göstərmişdir ki, razılığa əsasən x25 narkotik vasitələrin onun evində əkilməsinə şərait yaradacaqdır. x20 təklif etdi ki, x23 bizi satıbsa, gərək onu öldürək, yoxsa hamımız yanarıq. Bu təklifi x20 mənə, Məhkum4, x22 x, x25 x bildirmişdir. Təklifə Məhkum4 razılaşmış, digərləri, yəni, o, özü, x25, x22 razılaşmamışlar. Mən x23la dalaşarkən onun boğazından tutub fənd işlədib yerə yıxdım. Bu vaxt x20 və x24 onun üstünə cumdu x22 və x25 evdə yox idi. x20 və x24 x23u boğmağa başladı. Məhkum5 məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2016-cı il tarixli şübhəli şəxs qismində ifadəsin də göstərmişdir ki, təxminən hadisədən bir həftə əvvəl mən, x, x21, x20 x25gilin evində yığışdıq. x20 dedi ki, x1 əkdiyimiz narkotik vasitələri oğurlamaq istəyir, ya da bu barədə polisə məlumat verəcək, x20 həmçinin təklif etdi ki, bunun qarşısını almaq lazımdır, buna görə də o, x23un öldürülməsini təklif etdi. Hadisə baş verən günü səhər saat 10-11 radələrində x20ı yaşadığı yerdən götürdüm. Ramin, x23, x25 və mərhum x23 Hümbətov isə x25gilin bağına artıq getmişdilər və orada bizi gözləyirdilər. x20la birlikdə x25in bağına gəldik, içəri keçərkən içəridə x21, x24, mərhum x1 və x25 var idi. Mən içriyə girən kimi x20 mənə dedi ki, get skoç al. Mən geriyə qayıdan da gördüm ki, x20la x21 artıq x1u öldürmüşlər. x24lə x25 evin həyətyanı sahəsində qəbir qazmağa başladılar Göstərilən ifadələrlə, Məhkum1 özünün ifadəsi və cinayət işinin materiallarında olan digər sübutlarla təsdiq edilir ki, x1un öldürülməsi 2013-cü ilin may ayında, təqsirləndirilən şəxs Məhkum1 ü4sahəsində tikdiyi təmirsiz və nömrəsiz evdə, onun və digər təqsirləndirilən şəxslərin iştirkalrı ilə müzakirə edilmiş, həmin evi tərk edib geri qayıtmamış x1 yenidən oraya gətirilərək bir gecə qaldıqdan sonra yenidən oranı tərk edəcəyi barədə şübhələr yarandığına görə onu ittihamda təsvir edilən qaydada öldürmüşlər. Zərərçəkmiş şəxs öldürülən zaman Məhkum1 hadisə yerində olması və zərərçəkmiş şəxsin meyitinin qazılıb basdırılmasında bilavasitə iştirak etməsi digər təqsirləndirilən şəxslər X10, X14 və Məhkum5 məhkəmə iclasında tədqiq olunmuş ifadələri ilə təsdiq edilir. Lakin, Məhkum1 zərərçəkmiş şəxsin bilavasitə həyatdan məhrum edilməsində hər hansı hərkət etməsini təsdiq edən sübutlar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. CM-nin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onla rın eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx xxxxxx 2002-ci il tarixli qərarının 5-ci bəndində izah edilmişdir ki, adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatda n məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayətlərdə qabaqcadan əlbir olan cinayətin icraçısı (icraçıları) ilə birlikdə digər iştirakçılar cin ayətin təşkilatçıları, təhrikçiləri və köməkçiləri qismində çıxış edə bilərlər. Belə şəxslərin əməlləri cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olmaqla CM-nin 32-ci maddəsinə istinad edilməklə 120.2.1-ci maddəsi ilə tövsif edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.6-cı maddələri ilə tövsif olunmuş əməlləri 32.5, 120.2.1, 32.5,120.2.6-cı maddələri ilə tövsif edilməli və bu qanun əsasında ona cəza təyin edilməli, məhkumun kassasiya şikayəti qismən təmin edilməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum1 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya protestinin dəlilləri əsassız, kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli hökmünün kassasiya şikayətinə münasibətdə dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edildiyindən kassasiya protesti təmin edilməməli, kassasiya şikayəti qismən təmin edilərək hökm dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci və 419.10.4-cü maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti təmin edilməsin və kassasiya şikayəti qismən təmin edilsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.6 və 145.2.4-cü maddələri ilə və qeyrilərinin məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli hökmü Məhkum1 kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Onun Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.6-cı maddələri ilə tövsif olunmuş əməlləri CM-nin 32.5, 120.2.1, 32.5,120.2.6-cı maddələri ilə tövsif edilsin. Həmin qanuna əsasn ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 12 (on iki) il, 9 (doqquz) ay müddətinə endirilsin. Bu cəza Azərbaycan Respublikası CM-nin 145.2.4-cü maddəsi ilə ona təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 66.3-cü maddəsinə əsasənqismən toplamaq yolu ilə üzərində qəti olaraq 13 (on üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlansın. Qalan hissədə hökm dəyişdirilməsin, qalan hissədə kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar