Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-226/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 və Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyun 2022-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim: X22, hakimlər: X18 (məruzəçi) və X19) 14 mart 2022-ci il tarixli hökmü ilə xx.xx.1970-ci ildə Göyçay rayonu Cəyirli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Göyçay rayonu Cəyirli kəndində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş, bəraət alması ilə əlaqədar cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X20 və X9 ibarət tərkibdə) 14 iyun 2022-ci il tarixli hökmü ilə Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilmişdir. İş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 1(091)-2/2022 nömrəli hökmü ləğv edilmişdir. Təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib 04 il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Məhkum məhkəmə iclas zalından həbs olunmuşdur. Təqsirləndirilən şəxs Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 14 iyun 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində etibarnamə ilə idarə etdiyi, faktiki olaraq Zərərçəkmiş şəxs5 məxsus texniki cəhətdən saz vəziyyətdə olan "DAEWOO GENTRA” markalı, **-NO-*** qeydiyyat nişanlı avtomobillə Göyçay-Bərgüşad yolunun Göyçay rayon Cəyirli kəndi ərazisindən keçən hissəsində üzü Ucar rayon istiqamə tində hərəkətdə olarkən, «X30» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli olduğu halda, habelə hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyib avtomobili yaşayış məntəqəsi daxilində 80 km/saat sürətlə idarə edərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, Qanunun bu tələblərinə riayət etməməsi səbəbindən “Cəyirli” mağazasının yaxınlığında qarşı əks hərəkət zola ğı ilə üzü Göyçay şəhəri istiqamətinə doğru hərəkətdə olan Zərərçəkmiş şəxs1 mülkiyyətində olan X1 vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi VAZ-21011 markalı **-EJ-*** qeydiyyat nişanlı avtomobillə toqquşduqda VAZ- 21011 markalı **-EJ-*** qeydiyyat nişanlı avtomobil sola istiqamətlənərək yolun sol kənarında hərəkətsiz vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs4 məxsus VAZ-21104 markalı X733BH123 qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsindən dəymiş, nəticədə ehtiyatsızlıqdan X7 idarə etdiyi avtomobili yararsız hala salıb Zərərçəkmiş şəxs1 2000 manat ziyan, VAZ-21104 markalı X733BH123 qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs4 1050 manat, “DAEWOO GENTRA” markalı, **-NO-*** qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs5 8874 manat ziyan vurmaqla VAZ-21011 m arkalı **-EJ-*** qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 baş və boyun nahiyəsinin əziyi, gərilməsi ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, Zərərçəkmiş şəxs3 sağ dirsək oynağı ətrafı nahiyənin çapıqları fonunda sağ dirsək oynağında hərəkətin bir qədər ağrı ilə müşahidə edilməsi və sol baldırın orta 1/3-nin iç səthində hematoma və damar partlaması ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, sürücü X7 qapalı kəllə beyin travması, baş beynin yumşaq toxumalarına, mədəciklərə qansızmalar, döş qəfəsinin sağ tərəfində İİİ-İV qabırğaların yerdəyişmiş qapalı sınıqları, sağ alın-təpə nahiyəsində yumşaq toxumaların əzilmişcırılmış və burun tağı nahiyəsinin yaraları, döş qəfəsini n ön, sağ dirsək oynağı, sağ saidin arxa səthlərinin və sağ diz oynağı nahiyəsinin dəri altı qansızmaları, sağ çiyin üstü və sağ bazunun yuxarı 1/3-nin arxa səthinin, sol mil-bilək və sol əl barmaqları proyeksiyalarının, gövdənin arxa səthində belin sağ iç hissəsinin və sol diz oynağı nahiyəsinin sıyrıqları ilə nəticələnən ölümünə səbəb və sonuncunun idarə etdiyi avtomobildə qabaq sağ oturacaqda əyləşmiş X3 qapalı kəllə-beyin travması, ağır dərəcəli beyin əzilməsi, beyin ödemi, serebral koma, beyin qişaları altına, toxumasına və mədəciklərinə qansızmalar, sağ çənə və hər iki baldır sümüklərinin qapalı yerdəyişmiş sınıqları, sağ alın-qaş-gicgah nahiyəsində və sağ qulaq seyvanında yumşaq toxumaların əzilmiş-cırılmış yaraları, sağ gözün yuxarı qapaq nahiyəsinin hematoması ilə nəticələnən ölüm ünə səbəb olan yol nəqliyyat hadisəsi törədərək yol hərəkəti qaydalarını pozmuşdur. Kassasiya şikayətinin dəlilləri: Şikayət müəllifi qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(107)-190/2022 nömrəli hökmü maddi və prosessual hüquq normalarınm pozulması ilə qəbul edilmiş, təqsirləndirilən şəxsin əməlinə düzgün qiymət vermilməmiş, iş materialları obyektiv araşdırılmamış və qiymətləndirilməmişdir. İşin halları brinci instansiya məhkəməsində araşdırılarkən məlum olmuşdur ki. Məhkum bas vermiş hadisə zamaı toqquşmadan əvvəl Gövcav şəhəri istiqamətində hərəkətdə olan VAZ 21011 markalı avtomaşının qarşısında hərəkətdə olan yük avtomobili olmuş və Ələkbər Babayev həmin yük avtomobilinin arxasından qəfildən əks yola çıxarkən Bakı səhəri istiqamətində hərəkətdə olan Mə hkum idarə etdiyi Daewoo Gentra markalı avtomaşınla toqquşmuşdur. İbtidai araşdırma zamanı nə Vaz 21011 markalı avtomaşında olan zərərçəkmiş şəxslərdən, nə də ki, Daewoo Gentra markalı avtomaşında olan şəxslərdən həmin vaxt orada digər avtomaşının olması məsələsinə aydınlıq gətirilməmiş, birinci instansiya məhkəməsində araşdırma zamanı hər iki avtomaşında olan şəxslər VAZ 21011 markalı avtomaşının qarşısında yük avtomobilinin hərəkətdə olduğunu bildirmişlər. Bundan əlavə hadisə yerinə baxış zamanı müəyyən olunmuşdur ki, toqquşma yeri Məhkum idarə etdiyi avtomaşının hərəkətdə olduğu volun hərəkət hissəsindən bir metr sağ tərəfdə baş vermiş və hadisə verində tormoz izləri aşkar edilməmişdir. Məhkum ifadəsində Vaz 21011 markalı avtomaşının qəfildən onun yoluna yıxdığından tormozu basmağa imka nının olmadığını, ancaq avtomaşını qəfildən sağa çəkə bildiyini göstərmişdir. Hadisə yerində tormoz izinin olmaması Məhkum ifadəsində göstərdiklərini bir daha təsdiq edir və onun təhlükə yaranan zaman toqquşma nöqtəsinə kimi məsafə 42,2 metrdən daha yaxın olmuşdur. İbtidai araşdırma orqanının əsaslandığı kimi Vaz 21011 markalı avtomaşının Məhkum hərəkətdə olduğu yola çıxdığı andan toqquşma nöqtəsinə kimi 60 metr məsafə olmuş olsa, sürücü ən azından özünü qorumaq instikti kimi toqquşma nöqtəsinə qədər tormozu basmış olardı. İstintaq orqanı tərəfindən VAZ 21011 markalı avtomaşının toqquşmadan qabaq sürəti 20 km/saat, toqquşmaya qədər qət etdivi məsafə isə qövsvari formada 15 metr götürülmüş, bunun əsasında isə Daewoo Gentra markalı avtomaşının toqquşma nöqtəsinə qədər məsafə götürülmüşdür. M əhkəmə baxışı zamanı hadisə verinə baxış keçirilən zaman zərərçəkmiş şəxslərin ifadəsi əsasında VAZ 21011 markalı avtomaşının sürəti toqquşmadan əvvəl 40 km/saat sürət olduğu bildirilmişdir ki, təkrar məhkəmə vol nəqliyyat ekspertizası da həmin məlumat əsasında təyin edilmiş ekspertizanın 24 may 2021-ci il tarixli 8/974 nömrəli rəyi hadisənin real mexanizminə uyğun gəlmədiyi və nəqliyyat vasitəsinin sürətinin 40 km/saatdan aşağı olduğu qeyd edilmişdir. Vaz 21011 markalı avtomaşında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Elcin oğlu və X16 əlavə dindirmə zamanı sərnişinləri olduqları VAZ 21011 markalı avtomobilin sürücüsü Ələkbər Babayevin avtomaşını dönən vaxtı sürətinin təxmini olaraq 20-35 km/saat arası olmasını, ümumiyyətlə dəqiq avtomaşının sürətinə fikir vermədiklərini avtomaşının dönən vaxtı sürətinin ən aşağı 20 km/saat, ən yuxarı isə 40 km/saat ola biləcəyinə görə məhkəməyədək icraat zamanı həmin avtomaşının dönmə zamanı 20 km/saat sürətdə olduğunu, məhkəmə araşdırması zamanı isə 40 km/saat sürətlə döndüyünü göstərmişlər. Ekspertiza tədqiqatının təsviri hissəsində qevd edilən hesablamanı və ekspert Hikmət İbişovun ifadəsinə də uyğun olaraq VAZ 21011 markalı avtomaşının 20 km/saat sürətlə 7,2 metr məsafəni 1,296 saniyəyə qət etmiş, bu zaman Daewoo Gentra markalı avtomaşın toqquşma nöqtəsinə qədər olan 28,8 metr olmuşdur ki, bu halda ekspertin də rəyindən göründüyü kimi Məhkum hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Lakin apellyasiya instansiyası məhkəməsi işin bu hallarına tənqidi yanaşmış, heç bir araşdırma aparmadan sadəcə ehtimallara əsaslanaraq ittiham hökmü çıxarmışdır. Halbuki işin bütün halları birind instansiya məhkəməsi tərəfindən uzun müddət, hərtərəfli və tam araşdırılmış və sonda qanuni və ədalətli hökm çıxarılması ilə nəticələnmişdir. Hesab edir ki, işdə olan şübhələr və ziddiyyətlər CPM-nin 145.3-cü maddəsinə əsasən ittiham tərəfinin heç bir sübutu ilə aradan qaldırılmadığına görə təqsirləndirilən Məhkum xeyrinə həll edilməli idi. Məhkum əməli heç bir mötəbər sübutla təsdiqini tapmadığı halda onun CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsi nə yuxarıda təsvir edilən cinayət mühakimə icraatının prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalara, nə də ki, (nəticə eibarı ilə) İnsan Hüquqlarının və X13 Haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit olunmuş ədalətli məhkə mə araşdırması hüququnun ehtiva etdiyi tələblərə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə cavab verən mühakimə prosesi kimi qiymətləndirilməməlidir. Bu isə onu göstərir ki, baxılan işdə məhkəmə tərəfindən məhkəmə hökmünün apellyasiya qaydasında ləğv edilməsini şərtləndirən pozuntulara yol verilmişdir. Hesab edir ki, təqsirləndirilən şəxs Məhkum əməlinə düzgün hüquqi qiymət verilməsi üçün iş üzrə müəyyən edilmiş bütün faktiki hallar məcmu halında qiymətləndirilməlidir. Müdafiəçi kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, hökmünün ləğv edilməsi və Məhkum Azərbaycan RespublikasıCM-in 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi sübuta yetirilmədiyi üçün onun barəsində aparılan cinayət təqibinə bəraətverici əsaslarla xita m verlməsi barədə qərar dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraci ətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib-qiymətləndirilmədiyi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və iş üzrə i craata bəraətverici əsaslarla xitam veriməsi barədə tələbi məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyun 2022ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Re spublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlər ini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səb əbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumun CM-in 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılan sübutlara düzgün istinad etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmi n sübutları hazırkı qərarda sadalamağı məqsədəmüvafiq hesab edir. Məhkum elan edilmiş ittihamdan göründüyü kimi, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində etibarnamə ilə idarə etdiyi, faktiki olaraq Zərərçəkmiş şəxs5 məxsus texniki cəhətdən saz vəziyyətdə olan "DAEWOO GENTRA” markalı, **-NO-*** qeydiyyat nişanlı avtomobillə Göyçay-Bərgüşad yolunun Göyçay rayon Cəyirli kəndi ərazisindən keçən hissəsində üzü Ucar rayon istiqamətində hərəkətdə olarkən “Cəyirli” mağazasının yaxınlığında qarşı əks hərəkət zolağı ilə üzü Göyçay şəhəri istiqamətinə doğru hərəkətdə olan Zərərçəkmiş şəxs1 mülkiyyətində olan X1 vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi VAZ-21011 markalı **-EJ-*** qeydiyyat nişanlı avtomobillə toqquşduqda VAZ-21011 markalı **-EJ-*** qeydiyyat nişanlı avtomobil sola istiqamətlə nərək yolun sol kənarında hərəkətsiz vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs4 məxsus VAZ-21104 markalı X733BH123 qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsindən dəymiş, nəticədə ehtiyatsızlıqdan X7 idarə etdiyi avtomobili yararsız hala salıb Zərərçəkmiş şəxs1 2000 manat ziyan, VAZ-21104 markalı X733BH123 qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs4 1050 manat, “DAEWOO GENTRA” markalı, **-NO-*** qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs5 8874 manat ziyan vurmaqla VAZ-21011 markalı **-EJ-*** qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, Zərərçəkmiş şəxs3 sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, sürücü X7 ölümünə səbəb və sonuncunun idarə etdiyi avtomobildə qabaq sağ oturacaqda əyləşmiş X3 ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədərək yol hərəkəti qaydalarını pozmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı Məhkum ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Daewoo Gentra” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində yaşayan tanışı Səxavət Musayevin arvadı Şahid2, Göyçay rayonu Bığır kənd sakini Şahid1 və sərnişin kimi avtomaşının qabaq oturacağında əyləşmiş Sənan Həmidli adlı şəxsi ilə birlikdə Göyçay-Ucar avtomobil yolu ilə Ucar rayonu istiqamətinə Göyçay rayonu Cəyirli kəndi ərazisində təxminən 70-80 km/saat sürətlə hərəkətdə olarkən “Yuxarı Şirvan” kanalını keçib “Cəyi rli” marketin qarşısına çatdıqda qarşıdan üzü Göyçay şəhəri istiqamətinə doğru hərəkət edən yük avtomaşının arxasından Vaz 21011 markalı avtomobil təxminən 10 metr məsafədən ani bir vaxtda sükanı sola burub, “Cəyirli” market istiqamətinə dönmüş, bu zaman heç bir tədbir görə bilməyərək ancaq avtomobili sağa doğru çəkmiş, lakin buna baxmayaraq idarə etdiyi avtomobilin qabaq tərəfi Vaz 21011 markalı avtomobilin sağ yan tərəfi ilə toqquşmuşdur. Hadisə nəticəsində onun idarə etdiyi avtomobil sağa, Vaz 2İ011 markalı avtomobil isə sol ehtiyat yola istiqamətlənərək dayanmış, eyni zamanda Vaz 21011 markalı avtomobil yolun kənarında dayanaraq gümüşü rəngli Vaz 21010 markalı avtomobilə dəymişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X14 ifadəs ində göstərmişdir ki, 02 may 2020-ci il tarixdə müqəddəs Ramazan ayı ilə əlaqədar olaraq oruc tutduqlarına görə dostları Elton Qasımov və Aqşin Allahverdiyevlə birlikdə iftar üçün ərzaqları almaq məqsədilə saat 18 radələrində həmkəndlisi, taksi fəaliyyəti ilə məşğul olan Ələkbər Babayevə yaxınlaşıb onları GöyçayUcar avtomobil yolunun Cəyirli kəndindən keçən hissəsində yolun kənarında yerləşən "Cəyirli” marketə aparmasını xahiş etmiş, sonuncu özünə məxsus Vaz 21011 markalı, **EJ-*** dövlət nömrə nişanlı avtomobillə Eltonla o, avtomobilinin arxa oturacağına, Aqşinin isə avtomobildə qabaq oturacağında əyləşməklə Göyçay şəhəri istiqamətinə doğru hərəkət etdirməyə başlamışlar. Göyçay-Bərgüşad yolu ilə üzü Göyçay istiqamətində hərəkətdə olarkən sürücü Ələkbər Babayev avtomobilin sürətini təxminə n 90-100 km/saat sürətə qədər artırmış, Şirvan restoranının qarşısına çatdıqda isə yanacağa qənaət etmək məqsədilə sürət qutusunu neytral vəziyyətə gətirib avtomobilin mühərrikini söndürərək həmin vəziyyətdə avtomobili idarə etməyə başlamışdır. Getdikcə avtomobilin sürətini azaltmağa başlamış, Cəyirli kəndi ərazisində Yuxarı Şirvan kanalının sahilində olan "Cəyirli” marketə yaxınlaşdıqda qarşılarında yük avtomobili olmuşdur. Ələkbər Babayev yük avtomaşının arxasından idarə etdiyi avtomobili işə salmadan və sürət qutusunu dəyişmədən sola, yəni "Cəyirli” marketə dönmək üçün ani bir vaxtda qarşı hərəkət yoluna çıxmış, həmin vaxt əks istiqamətdə ağ rəngli "Daewoo” markalı avtomobil hərəkətdə olsa da Ələkbər Babayev idarə etdiyi avtomobillə həmin "Daewoo” markalı avtomobilin keçməsini gözləmə dən gəldiyi sürətlə mağazanın qarşısına tərəf dönmüşdür. Bu zaman qarşıdan gələn "Daewoo” markalı avtomobilin qabaq tərəfi Ələkbərin idarə etdiyi Vaz 21011 markalı avtomobilin sağ yan tərəfindən dəymiş, nəticədə Ələkbərin avtomobili sağa istiqamətlənərək yolun sağ kənarında hərəkətsiz vəziyyətdə dayanmış VAZ 21010 markalı avtomobilə dəyib dayanmışdır. "Daewoo” markalı avtomobil isə sol ehtiyat yola istiqamətlənərək dayanmış, bundan sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gələrək Vaz 21011 markalı avtomobilin sürücüsü Ələkbər Babayevi və Aqşin Allahverdiyevi xəstəxanaya aparmışdır. Ələkbər Babayev və Aqşin Allahverdiyev almış olduğu xəsarətlərdən sonradan xəstəxanada öldüklərini bilmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, hadisə ilə bağlı heç bir şikayət və tələbi olmamı şdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 eyni məzmunlu ifadə verərək X8 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, özünə məxsus VAZ21104 markalı X733BH123 qeydiyyat nişanlı avtomobili olmaqla xx.xx.2020-ci il tarixdə saat 18 radələrində idarə etdiyi avtomobillə Göyçay rayon Cəyirli kəndində üzü Bakı şəhər istiqamətinə gedəndə yolun sol ehtiyyat hissəsində avtomobili saxlayaraq avtomobilindən təxminən 5-10 metr aralıda tək dayanmış, həmin vaxt ani bir vaxtda toqquşma səsi eşitdikdən sonra Bakı şəhəri istiqamətindən gələn VAZ-21011 markalı avtomobillə üzü Göyçay istiqamətindən Bakı istiqamətinə hərəkətdə olan ağ rəngli Daevo markalı avtomobilin toqquşduqlarını və zərbədən VAZ-21011 markalı avtomobilin qabaq sol hissəsi ilə onun avtomobilinin arxa sol hissəsindən dəyib dayandığını görmüşdür. İstintaq zamanı keçirilmiş hadisə yerinə baxış keçirilməsinə dair xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Göyçay-Ucar avtomobil yolunun Cəyirli kəndindən keçən hissəsində "Cəyirli market” mağazasının yaxınlığıdır. Həmin yol iki tərəfli olmaqla asfalt örtüklü və hamardır. Yolun hərəkət hissəsinin eni 6 metrdir. Üzü Ucar rayonu istiqamətinə doğru baxdıqda yolun sağ kənarında 5 metrlik ehtiyat yol vardır. Toqquşma ehtiyat yolun üzərində baş vermişdir. Üzü Ucar rayonu istiqamətinə baxdıqda yolun sağ kənarında toqquşma yerinə qədər məsafə 1 metrdir. Hadisə baş verən vaxt hava aydın, yol quru olmuşdur. Hadisənin baş verdiyi yer yaşayış məntəqəsinə daxildir və həmin yolda maksimal sürət 60 km/saatdır. "Daewoo” markalı avtomobil toqquşmadan sonra toqquşma yerindən 10 metr məsafədə yolun sağ ehtiyat hissəsində çəpəki istiqamətdə, Vaz 21011 markalı avtomobil isə toqquşma yerindən 24 metr məsafədə yolun sol ehtiyat hissəsində Vaz 21010 markalı avtomobilə dəyib dayanmışdır. Baxış zamanı "Daewoo” markalı, **-NO-*** dövlət nömrə nişanlı avtomobilin qabaq hissəsinin, Vaz 21011 markalı, **-EJ-*** dövlət nömrə nişanlı avtomobilin isə sağ yan tərəfinin əzildiyi müəyyən edilmişdir. Hadisə yerində tormoz izləri aşkar edilməmişdir. İstintaq zamanı keçirilmiş məhkəmə yol-nəqiyyat hadisəsi ekspertizasının xx.xx.2020-ci il tarixli 8/946 saylı rəyində göstərilmişd ir ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, VAZ-21011 markalı **-EJ-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 hərəkətlərində "X30” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Babayev avtomobili sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyindən onun hərəkətlərində "X30” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1 -ci hissəsinin 1 -ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. "DAEWOO GENTRA” markalı, **-NO-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində "X30” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1 -ci bəndinin t ələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində X30” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 24 may 2021-ci il tarixli 8/974 nömrəli rəyində göstərilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə məhkəmə tərəfindən müəyyən edilən, VAZ-21011 markalı avtomobilin sola dönməyə başladığı andan toqquşma yerinə kimi 40 km/saat sürətlə 7,2metr məsafə qət etməsi və sürücü Məhkum ifadəsində göstərdiyi, VAZ-21011 markalı avtomobil onun yoluna çıxan anda avtomobillər arasında 10 metr məsafənin olması məlumatl arı real hadisə mexanizminə uyğun deyildir. Birinci instansiya məhkəməsində ekspert qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X25 ifadəsində göstərmişdir ki, məhkəmə hadisə yerinə baxışı zamanı VAZ markalı avtomobil sola dönməyə başlayarkən onun hərəkət sürətinin 40 km/saat olması və dönməyə başladığı yerdən toqquşma yerinə qədər məsafə ölçülərkən məsafənin 7.2 m olduğu müəyyən edilmiş və hadisə mexanizmi VAZ-21011 sola dönmək əməliyyatı aparılarkən qarşıdan əks istiqamətdə hərəkətdə olan Daewoo-nun hərəkəti istiqamətində hərəkət hissəsinin sağ kənarında toqquşmasından ibarət olmuşdur. Ekspert tədqiqatı zamanı müəyyən edilmişdir ki 40 km sürətlə gedən avtomobil 7,2 km məsafəni 0,65 saniyə vaxt ərzində qət etmiş, 0,65 saniyə vaxt ə rzində sürücünün hər hansı bir tədbir görməsi inandırıcı olmamışdır, çünki minimal reaksiya vaxtı hadisənin dərk etmə vaxtı 0,6 saniyə təşkil etmişdir. Sürücü təhlükəni dərk etməli və sükan mexanizminə təsir etməlidir. Sükan mexanizmi işə düşəndən sonra avtomobil yolun ehtiyat hissəsinə çıxmalıdır ki, 0,65 saniyə ərzində bu hərəkətləri etmək mümkün görünməmişdir. Ona görə də müəyyən edilimiş VAZ markalı avtomobilin 40 km/s sürətlə dönməsi və toqquşmaya qədər 7.2 m məsafə qət etməsi real olmamışdır. Qeyri-reallıq həm də hərəkət sürətinin 40km dən kiçik olması, yaxud da dönməyə başladığı andan 7,2 m dən daha böyük məsafə qət etməsi olmuşdur. Sürücünün qət etmə müddəti 0,52 saniyə olduğundan həmin vəziyyətdə bu hərəkətləri etmək mümkün olmamışdır. Həmin anda təhlükə yarananda onlar arasında 1 0 m-dən artıq məsafə olmuşdur. Tədqiqat zamanı sürücünün təhlükəyə reaksiya vermək vaxtı 1 saniyə kimi götürülmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş əlavə məhkəmə yol nəqliyyatı ekspertizasının 12 yanvar 2022-ci il tarixli 8/3210 saylı rəyində göstərilmişdir ki, məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən, "DAEWOO Gentra” markalı, **-NO-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində "X30” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1 -ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən; - hərəkət üçün təhlükə yaranan anda "DAEWOO Gentra” markalı, **-NO-*** qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 42,2 metrdən kiçik məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Məhkum hadisənin qarşısını almağa texniki imkanı olmamışdır və onun hərəkətlərində "X30” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmamışdır. - hərəkət üçün təhlükə yaranan anda "DAEWOO Gentra” markalı, **-NO-*** qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 42,2 metrdən böyük məsafədə olmasının təhqiqat tərəfindən müəyən edilməsi şəraitində, sürücü Məhkum hadisənin qarşısını almağa texniki imkanı olmuş, onun hərəkətlərində "X30” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1 -ci bəndinin tələ blərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və sürücü Məhkum hərəkətlərində Qanunun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21011 markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü X7 hərəkətlərində "X30” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Ə.Babayev avtomobili sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyindən onun hərəkətlərində "X30” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işi üzrə müəyyən edilmiş h allardan və sübutların müqayisəli təhlilindən görünür ki, toqquşmadan əvvəl Göyçay şəhəri istiqamətində hərəkətdə olan VAZ 21011 markalı avtomaşının qarşısında hərəkətdə olan yük avtomobili olmuş və Ələkbər Babayev həmin yük avtomobilinin arxasından qəfildən əks yola çıxarkən Bakı şəhəri istiqamətində hərəkətdə olan Məhkum idarə etdiyi Daewoo Gentra markalı avtomaşınla toqquşmuşdur. İbtidai araşdırma zamanı nə Vaz 21011 markalı avtomaşında olan zərərçəkmiş şəxslərdən, nə də ki, Daewoo Gentra markalı avtomaşında olan şəxslərdən həmin vaxt orada digər avtomaşının olması məsələsinə aydınlıq gətirilməmiş, birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı hər iki avtomaşında olan şəxslər VAZ 21011 markalı avtomaşının qarşısında yük avtomobilinin hərəkətdə olduğunu bildirmişlər. Hadisə yerinin sxemindən və məhkəmə yol nəqliyyatı ekspertizalarının rəylərindən göründüyü kimi hadisə yerində hərəkət üstünlüyünə məhz məhkum edilmiş şəxsin idarə etdiyi "DAEWOO Gentra” markalı, **-NO-*** qeydiyyat nişanlı avtomobil malik olmuş, onun hərəkət etdirdiyi avtomobilin yaxınlaşdığı vəziyyətdə X2 idarə etdiyi Vaz 21011 markalı, **EJ-*** dövlət nömrə nişanlı avtomobili sola döndərib əks hərəkət zolağına çıxaraq bununla da «X30» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Birinci instansiya məhkəməsi hadisə yerinə baxış keçirmə və ifadənin yerində yoxlanılması kimi istintaq hərəkətləri keçirirək bunun nəticəsi olaraq hadisə yerinin yeni sxemini tərtib etmişdir. Göstərilən istintaq hərəkətlərində t əqsirləndirilən şəxs, onun müdafiəçisi, iş üzrə ibtidai istintaqı aparmış müstəntiq X17 və kriminalist-Göyçay RPŞ-nin kriminalist təhqiqatlar qrupunun inspektoru X11 ilə yanaşı, hadisənin şahidi olmuş zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 da iştirak etmişdir. X2 idarə etdiyi Vaz 21011 markalı, **-EJ-*** dövlət nömrə nişanlı avtomobilin yük avtmobilinin arxasında hərəkət etdiyi qeyd edilmiş, avtomobillərin toqquşma anına kimi qət etdikləri məsafə və vaxt hadisə yerinin sxemində istintaq orqanı tərəfindən tərtib olunmuş sxemdə qeyd edilənlərdən fərqli rəqəmlərlə ifadə edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən hadisə yerinə baxış zamanı müəyyən olunmuşdur ki, toqquşma nöqtəsi Məhkum idarə etdiyi avtomaşının hərəkətdə olduğu yolun hərəkət hissəsindən bir metr sa ğ tərəfdə baş vermiş və hadisə yerində tormoz izləri aşkar edilməmişdir. Məhkum ifadəsində Vaz 21011 markalı avtomaşının qəfildən onun yoluna çıxdığından tormozu basmağa imkanının olmadığını, ancaq avtomaşını qəfildən sağa çəkə bildiyini göstərmişdir. Hadisə yerində tormoz izinin olmaması təqsirləndirilən şəxs Məhkum ifadəsində göstərdiklərini bir daha təsdiq etməklə birinci instansiya məhkəməsinə onun təhlükə yaranan anda toqquşma nöqtəsinə kimi məsafənin 42,2 metrdən daha yaxın olması qənaətinə gəlməyə əsas vermişdir. Həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 birinci instansiya məhkəməsində verdikləri ifadələrində VAZ 21011 markalı avtomobildə olduqlarını, avtomobilin qarşısında yük avtomobilinin getdiyini bildirmişlər. Həmçinin şahid Abdullayev Samir hadisə zam anı təsadüfən mağazanın qabağında dayandığını və yük avtomobilinin arxasında bir avtomobilin hərəkət etdyini və döndüyünü gördüyünü bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş iş üzrəistintaqı aparmış müstəntiq zərərçəkmiş şəxslərin yük avtomobili barədə məlumat vermədiklərini, özünün də onlara bu barədə sual vermədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlardan göründüyü kimi, hazıki cinayət işi üzrə baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobillərin toqquşma yerinə kimi qət etdiyi, həmçinin hərəkət üçün təhlükə yarandığı anda qəza törətmiş avtomobilin vurulma yerindən olduğu məsafə istintaq orqanı və məhkəmə tərəfindən fərqli rəqəmlərlə ifadə edilərək nəticədə təhlükə yarandığı andan toqquşma yerinə qədər qət edilən məsafənin və vaxtın dəqiqləşdirilməsində qeyri-müəyyənlik yaranmışdır. Belə ki, yol nəqliyyat hadisəsinin baş verməsi faktı üzrə keçirilən yol-nəqliyyat hadisəsi ekspertizası zamanı rəy verilməsi məqsədi ilə hərəkət üçün təhlükə yaranmazdan əvvəl avtomobillərin hərəkətdə olduğu halda onun hərəkət istiqaməti (yola paralel və ya perpendikulyar), təhlükə yaranan anda hərəkət istiqaməti və təhlükə yaranan andan avtomobillərin toqquşduğu yerə qədər qət etdiyi məsafə kimi məlumatlar, avtomobillərin hərəkət sürəti və yaxud təhlükə yaranan andan avtomobillərin toqquşduğu ana qədər keçən vaxt kimi məlumatlar mühüm əhəmiyyət kəsb edir. Yalnız yol-nəqliyyat hadisəsinin düzgün mexanizmi əsasında verilmiş məhkəmə ekspertizası rəyi əsasında baş vermiş hadisədə nəqliyyat vasitəsi sürücüsünün hadisənin qarşısını almağa texniki imkanının, həmçinin hərəkətlərində “X30” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq, nəticədə yol nəqliyyat hadisəsinin baş verməsində təqsirinin olub-olmadığı müəyyən edilməlidir. Hazırki cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən yol-nəqliyyat hadisələrinə dair ekspert rəyləri arasında olan hadisənin mexanizminə dair müəyyən edilmiş ziddiyyətlərin aradan qaldırılması üçün tədbir görülməmişdir. Halbuki hadisənin düzgün mexanizmini müəyyən etmək və ekspertiza rəyləri arasında ziddiyyətin aradan qaldırılması təkrar ekspertiza təyin edilməsi, həmçinin istintaq fərziyyələrinin yoxlanılması və qiymətləndirilməsi məqsədilə xüsusi təcrübə (istintaq eksperimenti) keçirilməsi yolu ilə mümkündür. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plen umu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında vurğulamışdır ki, hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. Hüquq normalarının dəqiq, aydın, birmənalı və müəyyən olması, hüquqtənzimetmə sistemində onların bir-birinə uyğunluğu tələbi konstitusion prinsiplərdən irəli gəlir. Əks təqdirdə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquqtətbiqetmə təcrübəsi yaranar. Həmçinin «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qayd alarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 1 -ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyy ətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 12-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istinta q eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmələrə həmçinin izah edilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «X30» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənl əşdirilməlidir. Cinayət Məcəlləsinin 263.3-cü maddəsində avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb osəbəb olan əmələ görə cinayət məsuliyyəti nəzərdə tutur. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Qeyd olunanlara əsaslanaraq kassasiya məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanı tərəfindən hadisənin düzgün mexanizmini müəyyən edilməsi istiqamətində baş vermiş hadisənin bütün təfərrüatları tam müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkib hissəsinin yaranması üçün yol hərəkəti qaydalarının poz ulması ilə ictimai təhlükəli əməl, nəticələr arasında səbəbli əlaqənin olub-olmaması, yəni, hazırki cinayət işi üzrə hadisənin düzgün müəyyən edilmiş mexanizmi əsasında yol nəqliyyat hadisələri ekspertizasının rəyi əsasında sürücünün hadisənin qarşısını almağa texniki imkanının olub-olmaması müəyyən edilməlidir. Apellyasiya məhkəməsi Məhkum təqsirli olması barədə nəticəyə gələrkən ittihamın əsasını təşkil edən ziddiyyətli sübutlara istinad etmiş və iş üzrə araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymətləndirməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işi üzrə toplanmış sübutlar arasında ziddiyyət aradan qaldırılmamış, Məhkum təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də şəxsin yol verdiyi «X30» Qanunun tələblərinin pozuntusu ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmamasının müəyyən olunması üçün təkrar və ya əlavə ekspertizanın rəyləri, birinci instansiya məhkəməsi tərəfindən istintaq eksperimentinin keçirilməsi nəzərə alınmamışdır. Nəticədə baş vermiş yol nəqliyyat hadisəsinin mexanizmi, nəqliyyat vasitələrinin toqquşma yeri, təhlükə yaranan andan avtomobillərin toqquşduğu yerə qədər qət etdiyi məsafə və nəqliyyat vasitələrinin toqquşduğu ana qədər keçən vaxt kimi məlumatlar fərqli rəqəmlərlə ifadə olunaraq dəqiq müəyyən edilməmişdir. Cinayət təqibi üzrə toplanmış süb utlardan, o cümlədən əlavə, təkrar məhkəmə-yol hərəkətləri ekspertizalarının rəylərindən göründüyü kimi, mərhum sürücü Ə.Babayev hərəkət zamanı diqqətini avtomobilin idarə etdiyi masından və daim dəyişən yol şəraitindən ayırmamalı, avtomobili sola döndərib qarşı sol hərəkət zolağına çıxarmazdan əvvəl qarşıdan əks istiqamətdə hərəkətdə olan sürücü Məhkum idarə etdiyi Daewoo Gentra markalı avtomobilə yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq avtomobili sola döndərib qarşı əks hərəkət zolağına çıxarmalı idi. Lakin sürücü Ə.Babayev idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan VAZ-21011 markalı avtomobili qeyd olunan yol şəraitində hərəkət etdirərkən qarşıdan əks istiqamətdə sürücü Məhkum idarə etdiyi Daewoo Gentra markalı avtomobilin yaxınlaşd ığı vəziyyətdə avtomobili sola döndərib qarşı əks hərəkət zolağına çıxarması, hərəkət üçün təhlükə yaratması və nəqliyyat vasitələrinin Daewoo Gentra markalı avtomobilin hərəkət zolağında toqquşması onu izah edir ki, mövcud vəziyyətdə VAZ-21011 markalı avtomobilin sürücüsü Ə.Babayevin hərəkətlərində «X30» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Ə.Babayev avtomobili sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiiyindən onun hərəkətlərində «X30» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Birinci instansiya məhkəməsinin hadisənin mexanizminə dair təqdi m etdiyi məlumatlara əsasən ekspertlər hesab etmişdir ki, hərəkət üçün təhlükə yaranan anda "DAEWOO Gentra” markalı, **-NO-*** qeydiyyat nişanlı avtomobilin sürücü Məhkum hadisənin qarşısını almağa texniki imkanı olmamışdır və onun hərəkətlərində "X30” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1 -ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı olan digər materiallara məhkəmə iclasla rında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Cinayət Prosessual Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 14 4-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Göstərilən Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum Cinayət Məcəlləsini 263.3-cü maddəsi ilə təqsirli hesab edərkən cinayət təqibi üzrə toplanmış sübutları tədqiq edib mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi ü zrə qiymətləndirərkən cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini pozmuşdur. Belə ki, Apellyasiya məhkəməsi tərəfindən işə qismən məhkəmə istintaqı aparılmaqla baxılaraq əlavə şahidlər dindirilməmiş, istintaq zamanı əldə edilmiş və birinci instansiya məhkəməsində tədqiq edilən, həmçinin birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı əldə edilən sübutlara istinad edilmişdir. Lakin göstərilən məhkəmə bir sübutun digərinə nisbətən üstün qüvvəyə malik olması barədə gəldiyi nəticəni kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, "Xirvisari Finlandiyaya qarşı” 27 sentiyabr 2001 -ci il, "X21rşı” 09 dekabr 1994cü il və "Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992- ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından aslı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vas itədir. Oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Bundan başqa, qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X6rşı 18 yanvar 1978-ci il qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin d əlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə zidd olaraq işin hallarını tam, hərtərəfli tədqiq edilmədən yekun nəticəyə gəlmişdir ki, bu hal da Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsinə əsasən qərarın kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar sırasına daxildir. Belə ki, CPM-in 416.1.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətini qismən təmin etməklə, Məhkum barəsində olan Şəki Apel lyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2022-ci il tarixli hökmünün Məhkum həbsə alinmasına dair müddəalar istisna olmaqla ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, sübutlar arasında ziddiyyətlərin aradan qaldırılması üçün tədbirlər görülməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyun 2022-ci il tarixli hökmü Məhkum həbsə alinmasına dair müddəalar istisna olmaqla ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-226/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-226/2023
15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver