Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-226/2024 09.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum - Məhkum1 iştirakları ilə, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1 və 32.3,320.1-ci maddələri, Məhkum2 Ci nayət Məcəlləsinin 32.5,311.1-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 mart 2023-cü il tarixli 1(099)-83/2023 nömrəli (hakimlər: Məmmədov Müşfiq Vaqif oğlu (sədirliyi ilə), Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1988-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, üç uşaq atası, ali təhsilli, xxxx işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1, 32.4,312.2, və 32.3,320.1-ci maddələrində n əzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.3,320.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən həmin cəzalar qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 7 sentyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması; xx.xx.1979-cu ildə Cəlilabad rayonu, x kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, üç uşaq atası, 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,311.1 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək, ona CM-in 32.5,311.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 32.4,312.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində cəzaçəkmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilmiş, Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəzanı çəkməsi himayəsindəki uşağı – 22 noyabr 2016-cı il təvəllüdlü X9 14 yaşına çatmasınadək, yəni 22 noyabr 2030-cu il tarixə kimi təxirə salınmış, Məhkum2 üzərinə azyaşlı və digər uşaqlarına qayğı göstərmək və onların tərbiyəsi ilə məşğul olmaq vəzifələri qoyulmuş, göstərilən davranışı üzərində nəzarətin həyata keçirilməsi onun yaşadığı və qeydiyyatda olduğu yer üzrə Cəlilabad rayon İcra və Probasiya şöbəsinə tapşırılmış və Məhkum2 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilmiş, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da Azərbaycan Respubli kası CM-in 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 3000 (üç min) manat miqdarında cərimə cəzası təyin edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 mart 2023-cü il tarixli qərarı ilə Məhkum1 və Məhkum2 zərərçəkmiş şəxslərlə barışdığına, onlara dəymiş ziyanı tamamilə və cinayət nəticəsində vurulmuş ziyanın 25 % miqdarında dövlət büdcəsinə ödədiyinə görə Məhkum1 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri, Məhkum2 isə həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri təqsirləndirilmələrinə dair cinayət təqibinə xitam verilmiş və onlar cinayət məsuliyyətindən azad edilmişdir. Hökmdən Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasın ın 25 may 2023-cü il tarixli 1(106)343/2023 nömrəli (hakimlər: Abdullayev İlkin Qismət oğlu (sədrliyi ilə), Xasməmmədov Elçin İsgəndər oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 mart 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə əsasən Məhkum1 Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilmiş, Məhkum1 Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə bəraət verilmiş, həmin hökmdən Məhkum1 Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə və cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsinə dair müddəalar xaric edilmiş, Məhkum1 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 mart 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 32.3,320.1-ci maddəsi ilə təyin edilmiş 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplanılmış və ona cinayətlərin məcmusu üzrə qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 mart 2023-cü il tarixli hökmü CinayətProsessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, o cümlədən Məhkum2 Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə də ləğv edilmiş, Məhkum2 Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə bəraət verilmiş, həmin hökmdən Məhkum2 Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə və cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsinə dair müddəalar xaric edilmiş, Məhkum2 üzərində yalnız Cinayət Məcəlləsinin 32.5,311.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası s axlanılmış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 mart 2023-cü il tarixli hökmü Məhkum1 apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Məhkum1 xxx müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayət əlaqəsinə girib atası X7 1995-2005-ci illərdə rəsmi olaraq işləməsinə dair arayış və bu barədə qeydiyyatın aparıldığı əmək kitabçasının verilməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin avqust ayının ortalar ında Məhkum2 müraciət etmiş Zərərçəkmiş şəxs1 guya özlərinin ayrı-ayrı qurumların rəhbər vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olması və həmin əlaqələri vasitəsilə qeyd edilən məsələni müsbət həll edəcəklərini yalandan bildirib, özləri barədə formalaşdırdıqları inam və etibardan istifadə edərək, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar xin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sonuncunun Cəlilabad rayon 35 saylı X1 1995-2005-ci illərdə işləməməsinə baxmayaraq, onun qeyd edilən illərdə həmin idarədə işləməsinə dair arayış verilməsinə görə qabaqcadan əlbir olduğu Məhkum2lə birlikdə birbaşa yolla maddi nemət olan 5.500 (beş min beş yüz) manat məbləğində pul vəsaitinin özləri vasitəsilə rüşvət qismində verilməsini n zəruri olmasını aldatmaqla 2022-ci ilin avqust ayının ortalarında Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “x” kafesində bildirərək, Zərərçəkmiş şəxs1 razılığını almaqla sövdələşib, həmin niyyətlə 18 avqust 2022-ci il tarixdə Cəlilabad rayonu ərazisində yerləşən “x” kafesində həmin məbləğdən ilkin olaraq 3.000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 alıb törətdiyi əməlləri gizlətməklə cinayət məsuliyyətindən yayınmaq və özünə olan inamı möhkəmləndirməklə yenidən eyni xarakterli əməllər törətmək məqsədilə hüquq verən rəsmi sənədin qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırılmaqla hazırlanması cinayət əməlinin törədilməsini təşkil və həmin cinayətin törədilməsinə rəhbərlik edərək, yəni əvvəllər Cəlilabad rayon 35 saylı X3 İdarəsinin direktoru işləmiş, cinayət tör ədilən vaxt vəzifəli şəxs olmayan Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayında müraciət edib X15 rayon 35 saylı X3 İdarəsində 1995-2005-ci illərdə işləməməsinə baxmayaraq, sonuncunun qeyd edilən illərdə həmin idarədə işləməsinə dair saxta arayış və əmək kitabçasının verilməsinə görə 100 manat məbləğində pul təklif edib Təqsirləndirilən şəxs hüquq verən rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırlamağa razılığını alıb, bundan sonra, cinayətkar niyyətinə uyğun olaraq, 2022-ci ilin avqust ayında yaşadığı ünvan 3 ünvanında yerləşən evində məzmununa X7 guya xx.xx.1995-ci il tarixli 25 nömrəli əmrlə Cəlilabad rayon 35 saylı X3 İdarəsində İİ dərəcəli fəhlə vəzifəsinə işə qəbul edilməsi, xx.xx.2005-ci il tarixli, 350 nömrəli əmrlə işdən azad olunması barədə bil ə-bilə yalan məlumatlar daxil edərək arayış nümunəsini hazırlayıb həmin sənədi və razılaşmalarına əsasən 100 manat pul vəsaitini həmin müddətdə Cəlilabad şəhəri ərazisində Təqsirləndirilən şəxs təqdim edərək sonuncu tərəfindən həmin arayışın və əlavə olaraq özündə olan əmək kitabçasına X7 xx.xx.1995-ci il tarixli 25 nömrəli əmrlə Cəlilabad rayon 35 saylı X3 İdarəsində İİ dərəcəli fəhlə vəzifəsinə işə qəbul edilməsi, xx.xx.2005-ci il tarixli, 350 nömrəli əmrlə işdən azad olunması barədə bilə-bilə yalan məlumatların daxil edilərək imzalanıb, Təqsirləndirilən şəxs özündə əvvəlcədən saxlamış olduğu Cəlilabad rayon 35 saylı X3 İdarəsinin möhürü ilə təsdiq edilməsinə nail olub, hüquq verən rəsmi sənəd hesab olunan həmin saxta arayış və əmək kitabçasını sonuncudan alıb 22 avqust 2022-ci il tarixd ə Zərərçəkmiş şəxs1 həmin saxta rəsmi sənədləri təqdim edib, aralarındakı razılaşmaya əsasən sonuncudan həmin vaxt qeyd edilən kafedə qalan 2.000 manat pul vəsaitini nağd qaydada almaqla, həmçinin Zərərçəkmiş şəxs1 Məhkum2 cinayətdən xəbərsiz olan qohumu X2 adına olan "xxxx" ASC-yə məxsus 4127********7746 nömrəli plastik karta köçürmüş olduğu 500 manat pul vəsaitinin Məhkum2 tərəfindən xx.xx.2022-ci il tarixdə Cəlilabad şəhəri Şahid1 prospektində yerləşən bankomatdan nağdlaşdırmasından sonra əldə edib, həmin pul vəsaitlərini sonuncu ilə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus cəmi 5.500 (beş min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Məhkum2lə qabaqcadan əlbir olan bir qrup qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar x-in xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs1 vahid niyyətlə təhrik etmiş, Təqsirləndirilən şəxs hüquq verən rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlamasını təşkil etməklə həmin cinayətin törədilməsinə rəhbərlik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Məhkum2 il ə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayət əlaqəsinə girib qohumu Şahid2 1995-2005-ci illərdə rəsmi olaraq işləməsinə dair arayış və bu barədə qeydiyyatın aparıldığı əmək kitabçasının verilməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin avqust ayının ortalarında Məhkum2 müraciət etmiş Zərərçəkmiş şəxs2 Məhkum2lə birlikdə guya özlərinin ayrı-ayrı qurumların rəhbər vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olması və həmin əlaqələri vasitəsilə qeyd edilən məsələni müsbət həll edəcəklərini yalandan bildirib, özləri barədə formalaşdırdıqları inam və etibardan istifadə edərək, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışına xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sonuncunun Cəlilabad r ayon 35 saylı X3 İdarəsində 1995-2005ci illərdə işləməməsinə baxmayaraq, sonuncunun qeyd edilən illərdə həmin idarədə işləməsinə dair arayış verilməsindən ötrü qabaqcadan əlbir olduğu Məhkum2lə birlikdə birbaşa yolla maddi nemət olan 6.000 (altı min) manat məbləğində pul vəsaitinin özləri vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla 2022-ci ilin avqust ayının ortalarında Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “x” kafesində bildirərək, Zərərçəkmiş şəxs2 razılığını almaqla sövdələşib, həmin niyyətlə Məhkum2lə birlikdə qeyd edilən kafedə Zərərçəkmiş şəxs2 22 avqust 2022-ci il tarixdə 2.000 manat və 2022-ci ilin avqust ayının sonlarında 2.000 manat pul vəsaitini nağd qaydada alıb, Zərərçəkmiş şəxs2 özünün rekvizitlərini verdiyi "xxxx" ASC-yə məxsus 4169********0 639 nömrəli plastik karta köçürmüş olduğu 1.000 manat məbləğində pul vəsaitini 2022-ci ilin avqust ayının sonlarında Cəlilabad şəhəri, Azərbaycan küçəsində yerləşən bankomatdan nağdlaşdıraraq əldə etməklə, həmçinin 2022-ci ilin avqust ayının sonlarında Məhkum2 vasitəsilə Cəlilabad şəhəri, Qurtuluş prospektində “x” kafesinin yaxınlığında Zərərçəkmiş şəxs2 1.000 manat məbləğində pul vəsaitini almaqla, həmin pul vəsaitlərini Məhkum2lə aralarında bölüb öz şəxsi ehtiyaclarına sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus cəmi 6.000 (altı min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Məhkum2 lə qabaqcadan əlbir olan bir qrup qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü və Məhkum2 vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs2 vahid niyyətlə təkrarən təhrik etmişdir. Bundan başqa, o, qeyd edilən vəzifədə işləyərkən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 12 may 2016-cı il tarixli x nömrəli əmri ilə təsdiq edilmiş vəzifə təlimatına əsasən, arxivdə olan sənədlərin mühafizəsini, uçotunu təşkil etmək, arxivin profilinə uyğun komplektləşdirmə mənbələrinin müəyyən edilməsi, milli arxiv fonduna məxsus sənədlərin tərkibinin öyrənilməsi, qanunla müəyyən olunan müddət başa çatdıqdan sonra həmin sənədlərin dövlət mühafizəsinə q əbulu işini təşkil etmək, vətəndaşları qəbul etmək və vermiş olduğu sorğuları cavablandırmaq, idarə, müəssisə və təşkilatlardan daxil olmuş müraciətləri cavablandırmaq və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi tanışı Məhkum2 məsləhət və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdiyi yardımda, eləcə də cinayət yolu ilə əldə edilmiş pul vəsaitini əldə edib ona sahiblik edərək özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni tanışı Şahid1 babası Sədulla Əliyevin adına “R.Axundov” adına sovxozun 1969-1971-ci illərin qaytanlanmış torpaq kitabında 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmasına dair mü diri olduğu arxivdə saxlanılan zəruri sənədlərin təqdim edilməsi ilə əlaqədar özünə xx.xx.2022-ci il tarixdə müraciət etmiş Zərərçəkmiş şəxs2 Məhkum2 həmin görüş zamanı Zərərçəkmiş şəxs2 qeyd edilən məsələnin həllinin maddi nemət qarşılığında tez bir zamanda asanlıqla həll oluna bilməsi, veriləcək sənədlərdə heç bir yanlışlıq olmamasına dair bildirməklə onda əminlik yaratmasından sonra qeyd edilən sənədin təsdiq olunub Zərərçəkmiş şəxs2 təqdim edilməsinə görə Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “x” kafesində özü və Məhkum2 üçün şəxsən birbaşa yolla maddi nemət olan 500 (beş yüz) manat məbləğində pul vəsaitini ondan rüşvət qismində istəyib, həmin niyyətlə 2022-ci ilin avqust ayının sonlarında maddi nemət olan 400 (dörd yüz) manat məbləğində pul vəsaitini özü və Məhkum2 üçün bir başa yolla şəxsən Zərərçəkmiş şəxs2 qeyd edilən kafedə rüşvət qismində Məhkum2 köməkçiliyi ilə almaqla, həmçinin, eyni niyyətlə 2022-ci ilin avqust ayının sonlarında Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “x” kafesinin yaxınlığında Zərərçəkmiş şəxs2 məxsus 100 (bir yüz) manat məbləğində pul vəsaitini sonuncudan özü və Məhkum2 üçün birbaşa yolla sonuncu vasitəsilə almaqla, ümumilikdə 500 (beş yüz) manat məbləğində pul vəsaitini Məhkum2 köməkçiliyi ilə rüşvət qismində alıb sonuncu ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, verdiyi vədə əməl edərək 2022-ci ilin avqust ayının sonlarında xx.xx.2022-ci il tarixli 298 nömrəli arayışa “R.Axundov” adına sovxozun 1969-1971-ci illərin qaytanlanmış torpaq kitabında x-in adına 0,12 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair məlumatlar daxil etməklə öz imzası və möhürü ilə təsdiq edərək həmin arayışı Zərərçəkmiş şəxs2 təqdim etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar CPM-in 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və qiymətləndirilmədiyindən, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən əsassız olaraq Məhkum1 və Məhkum2 CM-in 32.4,312.2-ci maddəsi ilə bəraət verildiyindən hökm ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, iş üzrə ibtidai istintaq orqanı tərəfindən toplanılmış və məhkəmələrdə tədqiq edilmiş sübutlardan görünür ki, Məhkum1 və Məhkum2 ittiham olunduğu əməlləri törətməsi kifayət qədər sübuta yetirilmişdir, həmçinin həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları və işin faktiki hallarını mübahisələndirməmişlər. Lakin apellyasiya instansiya məhkəməsi Məhkum1 və Məhkum2 verilmiş ittihamdan CM-in 32.4,312.1-ci maddəsini xaric etməli olduğu halda, ona həmin maddə ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verməklə səhv nəticəyə gəlmiş, bununla da cinayət işi üzrə toplanmış sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və qiymətləndirilməmiş, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları məhkəmələr tərəfindən düzgün tətbiq edilməmişdir. Bundan əlavə, “Məhkəmə hökmü haqqında” Azər baycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 38-ci bəndinin 3-cü abzasında da qeyd edilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, Məhkum1 və Məhkum2 əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Bundan başqa, hökmün nəticəvi hissəsinə görə məhkəmənin bəraətlə bağlı gəldiyi nəticənin əsasını Məhkum1 və Məhkum2 CM-in 32.4,312.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi təşkil etmişdir. Başqa sözlə, əgər məhkəmə Məhkum1 və Məhkum2 CM-in 32.4,312.2-ci maddəsi ilə bəraət verilməli olması qənaətinə gəlmiş olsa da be lə, həmin bəraət təqsirliliyi sübuta yetirilməməsi ilə deyil, əməlində cinayət tərkibi olmaması əsası ilə verməli idi. Yəni, məhkəmə prosessual əsas olaraq şəxsin təqsirliliyinin sübuta yetirilməməsini nəzərdə tutan CPM-in 42.1.4-cü maddəsinə deyil, əməldə cinayət tərkibi olmamasını nəzərdə tutan həmin Məcəllənin 42.1.2-ci maddəsinə istinad etməli idi. Yəni, məhkəmənin bəraət qənaətinin əsası düzgün qəbul olunsa, eyni məntiqlə, dələduzluq cinayətinin törədilməsində də Məhkum1 və Məhkum2 təqsirliliyi sübuta yetirilməmiş hesab edilməli idi (ona görə ki, hər iki cinayət əməli bir faktla bağlı olmuş, obyektiv cəhətin icrası vahid üsulla törədilmiş, məhkəmə də bunun doğruluğunu qəbul etmişdir). Mahiyyət etibarilə, məhkəmə Məhkum1 və Məhkum2 CM-in 32.4,312.2-ci maddəsi ilə bəraət verərkən, təqsi rləndirilən şəxslərin əməlində həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibinin olmamasına (CPM-in 42.1.2-ci maddəsi) istinad etsə idi, bu daha məntiqli və ağlabatan yanaşma olardı. Odur ki, yuxarıda yazılanları nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin 25 may 2023-cü il tarixli hökmünün ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinin təmin olunmasını və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-cü il tarix li hökmünün ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum1 çıxış edərək, kassasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddəd ə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkumlar barəsində yekun nəticəyə gəlinərkən prosessual hüquq normalarının apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün tətbiq edilmədiyini, qanunsuz və ədalətsiz hökm qəbul edildiyi və nəticədə maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə hökmünün kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Re spublikası CPM-in 416.1.2-ci (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cə hətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq təl əblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Belə ki, Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin c inayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməli nin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Kassasiya məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum1 və Məhkum2 barələrində CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyin sübuta yetirilməməsi əsasına görə CM-in 32.4,312.2-ci maddəsi ilə onlara bəraət verərək qanunsuzluğa yol vermişdir. Kassasiya protestində Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1 və 32.3,320.1-ci maddələri ilə, Məhkum2 isə Cinayət Məcəlləsinin 32.5,311.1-ci maddəsi ilə məhkum edilmələri barədə məhkəmələr tərəfindən gəlinən nəticəl ər mübahisələndirilməmişdir. Məhkum1 və Məhkum2 CM-in 32.4,312.2-ci maddəsi ilə təqsirliliklərinin sübuta yetirilməməsinə görə bəraət verilməsi hissəsinə gəldikdə isə kassasiya protestinə əsasən dövlət ittihamçısı apellyasiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə verilmiş ittihamdan CM-in 32.4,312.2-ci maddəsini çıxarmalı olduğu halda, səhvən bəraət hökmü çıxarmasını, bəraət hökmünün çıxarılmalı olması təqdirdə isə bəraətin əsasının təqsirliliyin sübuta yetirilməməsi deyil, əməldə cinayət tərkibinin olmaması olduğunu əsaslandırmağa çalışmışdır. Məhkəmə kollegiyası kassasiya protestinin qeyd edilən dəlilləri ilə qismən razılaşaraq aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir. Məhkum1 və Məhkum2 təqsirləndirildikləri Azərbaycan Respublikası CM-in 32.4,312.2-ci maddəsinin dispoz isiyası - vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrikçilik kimi müəyyən edilmişdir. İşdə olan sübutları və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarını əlaqəli şəkildə təhlil edərək hesab edir ki, onlar Məhkum1 və Məhkum2 CM-in 32.4, 312.2-ci maddəsi ilə əhatə olunan cinayət əməli üzrə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan vermir. Belə ki, həmin Plenumun qərarına əsasən rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Qeyd olunmalıdır ki, yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun un “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin “Qeyd” hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul tarixli 2022-ci il Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 17 aprel 2023-cü il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə, təqsirkarın, yəni başqalarına rüşvət vermə adı ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmiş və heç kimə rüşvət vermək niyyəti olmayan şəxsin əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından, əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul tarixli 2022-ci il Qərarının təsviriəsaslandırıcı hissəsində həmçinin qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik” kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstə sna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 17 aprel 2023cü il tarixli Qərardadında vurğulamışdır ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu n şərh olunan hüquqi mövqeyinə əsaslanaraq “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” 19 may 2023-cü il tarixli Qərarı ilə 11 iyun 2015-ci il tarixli Qərarının 36-cı bəndini aşağıdakı redaksiyada vermişdir: “Dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi” - “psevdorüşvətçi”) şəxslər tərəfindən törədilməsi ilə bağlı olan aşağıdakı məsələlərə cəlb edilsin. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çə kmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər onları vermiş şəxsin subyektiv qiymətləndirilməsində artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasına yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətlərin (hərəkətsizliyin) edil məsini gözləyir. Özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edib aldadaraq və ya etibardan sui-istifadə edərək pul, qiymətli kağızlar və ya sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-is tifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 731, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci 3 maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçü n zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Lakin məhkəmə kollegiyası həmçinin qeyd edir ki, oxşar hallar üzrə təqsirləndirilən şəxsə CM-in 32.4,312.2-ci maddəsi ilə bəraət verilməli, yoxsa elan olunmuş ittihamdan xaric edilməsinə dair məhkəmə təcrübəsində müxtəlif fikirlər və hüquqi yanaşmalar mövcud olmuş və həmin yanaşmalara uyğun fərqli qərarlar qəbul edilmişdir. Belə ki, ilkin olaraq həqiqətəndə məhkəmə təcrübəsində daha çox oxşar hallar üzrə təqsirləndirilən şəxsə CM-in 32.4,312.2-ci maddəsi ilə bəraət verilməli olması təcrübəsi üstünlük təşkil etmiş və həmin yanaşma kassasiya qaydasında da mümkün hesab edilmişdir. Lakin son dövr A li Məhkəmənin formalaşdırdığı vahid məhkəmə təcrübəsinə əsasən bir mənalı şəkildə müəyyən edilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsi ittihamdan xaric edilməlidir. Belə ki, «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndində də təsbit edilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Bu baxımdan hal-hazırda formalaşmış məhkəmə təcrübəsinə əsasən Məhkum1 və Məhkum2 barəsində CM-in 32.4,312.2-ci maddəsi ilə bəraət hökmünün çıxarılması əsassız hesab edilməsinə baxmayaraq, apellyasiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslər barəsində bəraət hökmünün çıxarılması işə baxılarkən həmin dövrdə mövcud məhkəmə təcrübəsinə uyğun hesab edilməlidir. Bununla belə kassasiya məhkəmə kollegiyası kassasiya protestinin o dəlili ilə razılaşır ki, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi hökmünün nəticəvi hissəsində şəxslərə CM-in 32.4,312.2-ci maddəsi ilə bəraət verən zaman düzgün olmayaraq bəraətin əsası kimi “təqsirliliyin sübuta yetirilməməsi” göstərmişdir. Belə ki, CPM-in 42.2.4-ci maddəsinə görə bu Məcəllənin 42.1.4-cü maddəsində n əzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə şəxs barəsində bəraət hökmü çıxarılır. Cinayət işinin materiallarından və məhkəmələr tərəfindən qəbul edilmiş qərar və hökmlərin məzmunundan da aydın olduğu kimi, Məhkum1 və Məhkum2 əməlləri üzrə təqsirli olması, yəni zərərçəkmiş şəxslərə qarşı dələduzluq cinayətini törətməsi iş üzrə toplanılmış sübutlarla öz təsdiqini tapmışdır. CPM-in 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda şəxs barəsində bəraət hökmü çıxarılır. Şirvan Apelyasiya məhkəməsi tərəfindən Məhkum1 və Məhkum2 CM-in 32.4,312.2-ci maddəsi ilə verilmiş həmin bəraət düzgün olmayan əsasla, yəni əməldə cinayət tərkibi olmaması əsası ilə deyil, təqsirliliyi sübuta yetirilməməsi əsası ilə verilmişdir. Bu səbəbdən də, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum1 və Məhkum2 CM-in 32.4,312.2-ci maddəsi ilə təqsirliliyin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi düzgün nəticə kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-cü il tarixli hökmü dəyişdirilməli, Məhkum1 və Məhkum2 CM-in 32.4,312.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliklərinin s übuta yetirilməməsi əsası ilə bəraət verilməsi hissəsi dəyişdirilərək, Məhkum1 və Məhkum2 CM-in 32.4,312.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə CPM-in 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməsi barədə qərar qəbul edilməlidir. Cinayət-Prosessual Məcəllənin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1 və 32.3,320.1-ci maddələri, Mə hkum2 Cinayət Məcəlləsinin 32.5,311.1-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-cü il tarixli hökmü kassasiya protestinə əsasən dəyişdirilsin. Məhkum1 və Məhkum2 “Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə bəraət verilsin” hissəsi dəyişdirilərək, “Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibin olmadığına görə Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə bəraət verilsin” sözlər ilə əvəz edilsin. Hökm qalan hissədə kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-226/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-226/2024
09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver