Məhkəmə qərarları › İş №1(102)-226/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-226/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-226/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və məhkumun müdafiəçisi Müdafiəçi7 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə bəraət verilməsi və CM-in 311. 3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 2 avqust tarixli, 1(106)-285/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi Müdafiəçi7 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər O.Cəlilov (sədrlik edən və məruzəçi), X.Nuriyev və Ə.Əliyevdən ibarət tərkibdə) 2023-cü il 27 yanvar tarixli, 1(099)03/2023 saylı hökmü ilə, xx xxxx 1958-ci ildə Füzuli rayonunun Arayatlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "Füzuli Rayon Mərkəzi Xəstəxanası” X4 Cərrahiyyə şöbəsində həkim-ümu mi cərrah vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Füzuli rayonunun Babı kəndində yaşamış və hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Məhkum təqsirliliyi sübuta yetmədiyinə görə Azərbaycan Respublikası CM-in 314.2ci maddəsi ilə bəraət verilmiş, o, CM-in 311.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində CM-in 46.2-ci maddəsi tətbiq edilərək iki il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə və barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmişdir. Şirv an Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), İsmayıl Əhmədov və Yaşar Həşimovdan ibarət tərkibdə) 2024-cü il 2 avqust tarixli, 1(106)285/2024 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, hökmü dəyişdirilmədən saxlanılmış, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 27 yanvar 2023-cü il tarixdən 07 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay 10 (on) gün ona CM-in 311.3.2-ci maddəsi ilə CM-nin 62-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmış və onun üzərində qəti olaraq 3 (üç) il 1 (bir) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış dır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 2 avqust tarixli, 1(106)-285/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti və məhkumun müdafiəçisi Müdafiəçi7 tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətlnə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 22 yanvar tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum məhkəməyə ərizə göndərərək kassasiya şikayətinin geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə Məhkum ərizəsini nəzərə alaraq, dövlət ittihamçısının və müdafiəçinin məhkəmə çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti g eri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin kassasiya şikayəti geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhk əməsinin Cinayət kollegiyasının 2024-cü il 2 avqust tarixli, 1(106)-285/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi7 tərəfindən verilmiş kassasiya şikayəti məhkumun müraciətinə əsasən geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar