Məhkəmə qərarları › İş №1(102)-2262/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2262/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2262/2023 31.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əhmədova Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Göyçay rayonu, 2-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan və xxxx yaşamış, 08 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2022-ci il tarixli, 1(103)-1365/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 may 2022-ci il tarixli, 1(101)-667/2022 nömrəli hökmü ilə (hakim: C.İ.Hüseynov (sədrlik edən), E.H.İsmayılov və S.İ.Əliyev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan mə hrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcı 08 iyul 2021-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2022-ci il tarixli qərarı ilə, (hakimlər: F.A.Qasımov (sədrlik edən), E.E.Rəhimov və K.H.Əkbərov ) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, hökmündən cinayətlərin residivinə dair müddəalar xaric edilərək Məhkuma təyin olunmuş 06 (altı) il azadlıqdan məhrum etmə cəzası 05 (beş) il 09 (doqquz) aya endirilmiş, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəza sını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2022-ci il tarixli qərarından məhkumun kassasiya şikayəti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, X11 rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsilə təqsirli bilinərək, 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə, Göyçay rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qərarına əsasən təyin edilmiş cəzanın 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsinə, 25 iyun 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə, məhkumluğunun ödənilməməsinə və götürülməməsinə baxmayaraq, müəyyənləşdirilməmiş vaxtda və müəyyənləşdirilməmiş mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 2,738 qram təşkil edən, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini, ümumi təmiz çəkisi 3,396 qram təşkil edən kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsini və təmiz çəkisi 3,361 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsini əldə edərək üzərində saxlamaqla daşımışdır. 08 iyul 2021-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin (bundan sonra: RPİ-nin, CAŞnin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində XX Hövsan qəsəbəsində, İ.Əhlimanov küçəsində saxlanılaraq, saat 12:30-da ünvan 1 ünvanda yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin inzibati b inasına aparılmış, xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 05 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,520 qram, 0,141 qram, 0,196 qram, 0,836 qram, 1,045 qram, ümumi təmiz çəkisi 2,738 qram təşkil edən kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi, 02 ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,690 qram və 1,706 qram, ümumi təmiz çəkisi 3,396 qram təşkil edən kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsi və əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 3,361 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutların tədqiqinə dair cinayət-prosessual qaydalar pozulmuş, o cümlədən araşdırılmasını təklif etdiyi sübutların tədqiqindən əsassız olaraq imtina edilmiş nəticədə təqsirliliyi sübuta yetirilmədiyi, əməlində cinayət tərkibi olmadığı halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmü çıxarılmışdır. Məhkum məhkəmə istintaqının keçirilməsinin zəruri olması barədə fikrini əsasən onunla izah etmişdir ki, birinci instansiya məhkəməsində şahidlərin dindirilməsi ilə bağlı vəsatətlər təmin edilməmiş, Suraxanı Rayon DYPŞ-nin keçmiş baş inspektoru vəzifəsində işləmiş X14 ilə onun arasında olan telefon danışıqları, anten məlumatları əldə edilməmiş bununla da, birinci instansiya məhkəməsi tərəfindən sübutların tədqiqindən əsassız olaraq imtina edilmişdir. Məhkum kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-c u maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsas lardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, tərəfindən araşdırılmasını təklif edilmiş və hazırkı işin hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən sübutların tədqiqindən əsassız imtina edildiyini, nəticədə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərdə təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız olaraq həmin maddə ilə təqsirli bilindiyini iddia etməklə, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3-cü maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan fa ktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquq məsəl ələri üzrə nəticələrə gəlməsi üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxslərə bəraətin verilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət daşıyır. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələ lər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticiələrə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da məhkəmə istintaqı aparmadan həyata keçirmək mümkün deyil. Belə mülahizə üçün cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi, və ədalətliliyi prinsipi (CPM, maddə 28), cinayət prosesində tərəflərin çəkişməsi prinsipi (CPM, maddə 32), cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi (CPM, maddə 33), apellyasiya baxışında məhkəmə istintaqının aparılması və sübutların tədqiq edilməsi əsaslarına aid cinayət-prosessual qanunun 392.3, 400.2, 397.3-cü maddələri ilə yanaşı İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu təsbit edən 6-cı maddəsi və onun tətbiqi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent təcrübəsi də əsas yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Cinayət-Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. Bütün instansiya məhkəmələrində aparılan icraatlara, o cümlədən apellyasiya müraciətləri üzrə icraata şamil edilən bu prinsip hər bir tərəfin məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər imkanlara malik olmasını ehtiva edir (maddə 32.2.2). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hak imlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-in 392.3-cü maddəsinə görə “birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya insta nsiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 400.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması aşağıdakılar hesab edilir: “400.2.1. işin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olan halların təsdiq və təkzib edilməsi üçün şəxslərin dindirilməməsi, sənədlərin, maddi və ya digər sübutların tələb edilməməsi; 400.2.2. bu və ya digər halın tədqiqinin zəruriliyinin apellyasiya şikayətinin və ya apellyasiya protestinin apellyasiya instansiyası məhkəməsində baxışı zamanı təqdim edilmiş yeni materiallardan irəli gəlməsi; 400.2.3. barəsində tərbiyəvi və ya tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş məhkumun və ya bəraət almış şəxsin şəxsiyyəti barədə məlumatların kifayət qədər tam aydınlaşdırılmaması”. Apellyasiya baxışı zamanı yeni sübutları tədqiq etməyə isə apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 397.3-cü maddəsinə görə ən azı aşağıdakı hallardan biri mövcud olduqda haqlıdır: _ cinayət prosesinin iştirakçıları yeni sübutların birinci instansiya məhkəməsinə təqdim edilməməsini onlardan asılı olmayan səbəblərlə əsaslandırdıqda (maddə 397.3.1); _ birinci instansiya məhkəməsi bu sübutların tədqiqini obyektiv səbəb olmadan rədd etdikdə (maddə 397.3.2). Göründüyü kimi, CPM-in 397.3.1 və 397.3.2-ci maddələrində göstərilən hallar olduqda, yəni sübutlar cinayət prosesi tərəfinin iradəsi ziddinə olaraq birinci instansiya məhkəməsində tədqiq edilmədikdə, özü-özlüyündə bu po zuntu birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsas yaratmaqla apellyasiya icraatında məhkəmə baxışının məhkəmə istintaqı aparılmaqla, əlavə sübutlar tələb edilməklə (birinci instansiya məhkəməsinin baxmaqdan əsassız olaraq imtina etdiyi sübutları bilavasitə tədqiq etməklə) keçirilməsini tələb edən hal kimi nəzərdən keçirilə bilər. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən “hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir”. Bu maddənin apellyasiya icraatına tə tbiqi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyi bir çox presedentlərdə əksini tapmışdır. Belə ki, “Siqbatullin Rusiya Federasiyasına qarşı iş” üzrə 23 aprel 2009-cu il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir - “Şikayətlər üzrə prosedurlarda hansılarda ki, işlərə faktlar və hüquq nöqteyi-nəzərindən yenidən baxılır, Konvensiyanın 6-cı maddəsi bütün hallarda işə açıq və şəxslərin bilavasitə iştirakı ilə baxılmasını tələb etmir.... Bu məsələnin həlli zamanı konkret baxışın xüsusiyyətləri və həll edilməli olan məsələlərdən və onların şikayət vermiş şəxs üçün əhəmiyyətindən asılı olaraq müdafiə tərəfinin təmsilçiliyinin və mənafelərinin nə dərəcədə təmin olunduğu nəzərə alınmalıdır.... Misal üçün, şikayətə baxan məhkəmə şəxsin təqsirli olub-olmaması məsələsini araşdırmalıdırs a, təqsirləndirilən şəxsin ona isnad edilən cinayətləri törətməməsini əsaslandırmaq üçün təqdim etdiyi sübutları bilavasitə qiymətləndirmədən həmin məsələni həll etmək mümkün deyil”. Yuxarıda təsvir olunanları hazırki işə tətbiq etməklə cinayət işinin müvafiq materiallarına baxdıqda isə aşağıdakılar müəyyən olunur. Belə ki, Məhkum ibtidai istintaq mərhələsində ona təqdim edilmiş prosessual sənədləri imza etməkdən (tutma və şəxsi axtarış və götürmə protokolları istisna olunmaqla), eyni zamanda izahat və ifadə verməkdən imtina edək yalnız 09 iyul və 10 iyul 2021-ci tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən bir sualla cavab verərək israrla ondan aşkar edilmiş narkotik və psixotrop maddələrin ona aid olmadığını göstərmişdir. Həmçinin Məhkum barəsində həbs qətimkan tədb iri seçilməsinə dair vəsatətə 10 iyul 2021-ci il tarixdə Suraxanı Rayon Məhkəməsində baxılarkən sonuncu iştirak etdiyi qapalı məhkəmə iclasında eyni ilə özünü təqsirli bilməyərək əvvəllər polis əməkdaşı ilə aralarında mübahisəsi olduğundan ona böhtan atıldığını, həmçinin polis əməkdaşları tərəfindən işgəncə məruz qalmasını bildirmişdir. Suraxanı rayon prokurorluğunun müstəntiqi XX tərəfindən Məhkum qapalı məhkəmə iclasında vermiş olduğu məlumatlarla əlaqədar araşdırma aparılmış, ilkin olaraq 17 avqust 2021-ci tarixdə 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, daha sonra X anasının Göyçay prokurorluğuna müraciətindən sonra (polis əməkdaşı X10 rüşvət vermə faktı və oğlu Məhkum işgəncəyə məruz qalması ilə bağlı) yeni xususatların araşdırılması üçün 17 avqust 2021-ci tarixli qərar ləğv edilmişdir. 25 sentyabr 2021-ci tarixdə 222-C-21 nömrəli material üzrə Azərbaycan Respublikası CMP-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş (eyni müstəntiq), qeyd olunan qərarın təsviri əsaslandırcı hissəsinə diqqət etdikdə Suraxanı Rayon DYPŞ-nin baş inspektoru vəzifəsində işləmiş X7 (izahatında faktiki olaraq Məhkumlə görüşdüyü təsdiq etmiş), Suraxanı RPİ-nin CAŞ-nın rəis müavini vəzifəsində işləmiş Şahid1 (izahatında Məhkum polis idarəsinə gətirilərkən müqavimət göstərdiyində başı avtomobilə dəydiyindən xəsarət aldığını bildirmiş), təqsirləndirilən şəxs Məhkum (izahatında X rüşvət verdiyini iddia edərək bu əsasla tutulduğunu və işgəncəyə məruz qaldığını bildirmiş) və anasının izahatları alınmışdır. Bundan başqa məhkəməyədək icraat zaman Məhkum mə nzilindən 28 iyul 2021-ci tarixdə (məhkəmə qərarı əsasında) axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmiş, həmçinin Azerfon və Azercel Telekom MMC-dən təqsirləndirilən şəxsə istifadəsində olmuş mobil telefon danışıqları barədə məlumatlar götürülmüş lakin sonuncunun narkotik vasitələrin dövriyyəsində iştirakı ilə bağlı əhəmiyyət kəsb edən əşya, predmet, sms mətinləri və danışıqlar aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təqribən 04 və ya 05 iyul 2021-ci il tarixdə özünə məxsus X markalı avtomaşınla Bakıya gəlmiş, maşının prujini qırıldığından o, təzə prujin almış və əvəzləşdirməsi üçün Hövsanda ustaya aparmış, həmin vaxt əvvəllər görmədiyi və tanımadığı, adının X olmasını sonradan öyrəndiyi DYP əməkdaşı ora gəlmiş, maşının arxasının aşağı, qarşı tərəfinin isə yuxarı olduğunu və sənədləşdiriləcəyini bildirmişdir. X maşının sənədlərini ondan almış, geri qaytarmaq üçün 150 manat pul istəmiş, X imkanının olmadığını demiş və 50 manata razılaşmışlar, həmçinin əlaqə üçün telefon nömrələrini bir- birinə vermişlər. 06 iyul 2021-ci il tarixdə o, X görüşüb pulu ona vermiş, X sənədləri onun özünə qaytarmış və bu zaman rüşvət verdiyi yerdə onu mobil telefonunda olan gizli kamera ilə videoya çəkmiş, pulu X onun öz maşınında vermiş, pulu verərkən hətta 10 manatını saxlayıb X 40 manat vermişdir. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Sonra Göyçaydan onun tanışı, X isə qohumu X adlı şəxs ona zə ng etmiş, gedib X görüşməyi və şikayəti geri götürməyi, videonu silməyi xahiş etmiş, X onun pulunu qaytaracağını bildirmişdir. O, Biləcəridə özünün dostu X adlı şəxslə görüşmüş və videounu ona göstərmişdir. O da bir nəfər tanışı olduğunu, zəng edib ona deyəcəyini bildirmişdir. Daha sonra təqsirləndirilən şəxs Məhkum ifadəsində göstərdi ki, 08 iyul 2021-ci il tarixdə o, özünün istifadəsində olan ***-***-**-** və ya ***-***-**-** mobil telefon nömrələrindən biri ilə DYP əməkdaşı X zəng etmiş və gedib Hövsanda X sonuncunun maşınında görüşmüşdür. Maşını təhlükəsizlik şəhər kamerasının altına sürdürmüş, məqsədi onun X görüşməsi və sonuncunun pulu ona qaytarması prosesinin şəhər kameralarında qeydə alınmasına nail olmaq olmuşdur. X görüşəcəyi barədə danışıqlarını Hövsanda dükan işlədən bacısına da danışmış, 50 manatı həmin bacısından götürüb X vermişdim, lakin videoçəkiliş edəcəyini bacısına deməmişdir. X maşında ondan aldığı pulu geri qaytarmış, onu işdən çıxartmaqla ona nəsə edə bilməyəcəyini demişdir. O, əl verib X görüşmək istədikdə maşının qapısı açılmış və X iş yoldaşları, təxminən 10-15 nəfər onu tutub 31-ci Polis Bölməsinə aparmışlar. Bölmədə mobil telefonu əlindən alınmış, kodu sındırılmış və Xa bağlı videogörüntülər silinmişdir. Lakin o, tutulanadək X bağlı çəkdiyi video görüntüləri bir neçə surətdə çoxaltmışdır. O, saxlanılarkən üzərində heç bir növdə narkotik vasitə olmamışdır. Onun üstünə narkotik vasitə qoyulşmuş və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə alınacağı bildirilmişdir. 31-ci Polis Bölməsində ona verilən narkotik maddəni qəbul etmək istəmədi yindən döyülmüş, ona işgəncə verilmişdir. Məcburiyyət qarşısında polisin dediyini demiş, narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. O, polisdə çox döyüləcəyindən, zəif və xəstə olduğundan ölə biləcəyindən qorxub polisin dedikləri kimi narkotiki boynuma götürmək məcburiyyətində qalmışdır. O, "ağ ciyər vərəmi” diaqnozu ilə xəstə olmuş, döyülərkən sifətindən, qaşındın xəsarətlər almışdır. Bunları istintaq təcridxanasında qeydiyyata alsalar da, araşdırma zamanı keçirilən məhkəmə-tibbi ekspertiza reyində onun heç bir xəsarət almadığı göstərilmişdir. O, real həyatda narkotik vasitə görməmiş, satışı ilə məşğul olmamış, heç vaxt istifadə etməmişdir. Sonradan isə, bildiyinə görə onun çəkdiyi videoya görə X tutduğu vəzifəsindən azad edilmişdir. Təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Mü dafiəçi1 Əsgər oğlu tərəfindən işin obyektiv və hərtərəfli araşdırılması, həmçinin Məhkum ifadəsində vermiş olduğu məlumatların yoxlanılması məqsədi ilə Göyçay Rayon Polis İdarəsinin əməkdaşı Qəhrəmanın, X16 Xidmətinin əməkdaşı X və Məhkum bacısının şahid qismində dəvət edilib dindirilməsi ilə bağlı vəsatət verilmiş, lakin məhkəmə kollegiyası tərəfindən verilmiş vəsatət əsasız olduğundan rədd edilmişdir. Halbuki yuxarıda istinad edilmiş 25 sentyabr 2021-ci tarix cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar diqqət etdikdə Suraxanı Rayon DYPŞ-nin keçmiş baş inspektoru vəzifəsində işləmiş X7 Məhkum YPX avtopatrula əyləşməsinin qarşısını almamaqla yanaşı avtomobildə söhbətlər apardıqdan sonra sonuncunun sənədlərini qaytarmaqla onun inzibati məsuliyyətdən kənara qalmasına şərait yarat dığına görə DİN-də yoxlama aparılmış və yol verilmiş pozuntulara görə X tutduğu vəzifəndən azad edilmişdir. Göstərilən hal özü özlüyündə müdafiəçinin əlavə şahidlərin dindirilməsi barədə vəsatətinin kifayət qədər əsaslı olmasına və ittihamın mahiyyətinə təsir edən (Məhkum provokasiya uğraması ilə bağlı) önəmli meyar kimi çıxış etdiyi təsdiq etdiyi halda məhkəmə verilmiş vəsatəti tutarlı əsaslar gətirmədən rədd etmiş, bununla müdafiə tərəfinin cinayət prosesində ittiham tərəfi ilə bərabər şərtlər əsasında çəkişməsinə şərait yaratmaq məqsədi ilə heç bir tədbir görməmişdir. Eyni zamanda Məhkum eynilə kassasiya şikayətində olduğu kimi, apellyasiya şikayətində də, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində qanunsuz heçnə olmadığı və işgəncəyə məruz qaldığını qeyd etməklə, Cinayət Məc əlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsini mübahisələndirmiş və ona həmin ittiham üzrə bəraət verilməsi haqqında tələbini işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Bununla belə, apellyasiya məhkəməsi 05 iyul 2022-ci il tarixli ilkin baxış qərarında məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışını məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən məhkəmə iclasına təyin etmişdir. Halbuki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsində tərtib olunmuş protokolları və məhkum tərəfinin apellyasiya şikayətində istinad etdiyi dəliləri nəzərdən keçirsəydi, görə bilərdi ki, əslində irəli sürülmüş dəlillər Cinayət-Prosessual Məcəllənin 392.3, 400.2, 397.3-cü maddələrində təsbit edilmiş apellyasiya baxışında məhkəmə istintaqının keçirilməsi, sübutların tədqiq edilməsi əsasları ilə əlaqəli olan dəlillər idi. Məhkəmə kollegiyası hesab edir ki, bu şəkildə, yəni birinci instansiya məhkəməsinin mühüm əhəmiyyətə malik olan halların təsdiq və ya təkzib edilməsi ilə bağlı şahidlərin dindirilməsinə dair müdafiə tərəfinin vermiş olduğu vəsatəti rədd etdiyi, bununla da, sübutların tədqiqindən obyektiv səbəb olmadan imtina edildiyi, həmçinin apellyasiya məhkəməsinin məhkumun apellyasiya şikayətində istinad etdiyi dəlillərin (işgəncə ilə bağlı) xarakterinə əhəmiyyət vermədən məhkəmə istintaqının keçirilməsindən imtina etdiyi vəziyyətdə birinci instansiya məhkəməsi tərəfin dən qəbul edilmiş məhkəmə hökmü eyni ilə apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə qərarı cinayət-prosessual qanunun tələblərinin gözlənilməsi ilə qəbul edilmiş qanuni və əsaslı məhkəmə aktları kimi çıxış edə bilməz. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsi məhkəmə qərarlarının qanuni və əsaslı olmasını tələb edir. Cinayət-prosessual qanunun 121.2-ci maddəsinə görə “vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır”. Avropa Konvensiyasının 6-cı maddəsi də (Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqelərinə görə) məhkəmə qərarlarının əsaslandırılmasını məhkəmə müdafiəsi, xüsusilə də, şəxslərin öz mövqeyini məhkəməyə çatdırmaq, məhkəmə tərəfind ən dinlənilmək hüququnun mühüm aspekti kimi nəzərdə tutur və məqsədi şəxsləri özbaşnalıqdan müdafiə etmək olan hüquqi vasitə kimi xarakterizə edir. Belə ki, Avropa Məhkəməsi məhkəmə qərarının əsaslandırılması problemi üzrə mövqeyini “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı iş” üzrə 11 yanvar 2007-ci il tarixli qərarının 83-cü bəndində belə şərh etmişdir: “...artıq formalaşmış ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi prinsipini əks etdirən presedent hüququna uyğun olaraq məhkəmələrin və ədalət mühakiməsini həyata keçirən başqa orqanların qərarlarında onların qəbul edilməsi əsasları yetərincə əks etdirilməlidir. 6-cı maddənin 1-ci bəndi məhkəmə instansiyalarından tələb edir ki, onlar çıxardıqları qərarların əsaslarını göstərsinlər, lakin həmin bəndə hər bir dəlilin ətrafl ı cavablandırmasını tələb edən qayda kimi baxmaq olmaz. Qərarın əsaslandırılması barədə vəzifə hansı həcmdə yerinə yetilməlidir – bu qəbul edilən qərarın xarakterindən asılıdır (X8rşı iş üzrə 9 dekabr 1994-cü il tarixli qərarın 29-cu bəndi). Baxmayaraq ki, məhkəmələr konkret iş üzrə dəlillərin müəyyən edilməsi məsələsi haqqında qərarın verilməsində və tərəflərin mövqelərinin əsaslandırılması üçün sübutların gətirilməsində məhdud səlahiyyətlərdən istifadə edirlər, bu orqanlar qəbul etdikləri qərarların motivlərini təsvir etməklə öz hərəkətlərinin əsaslarını göstərməyə borcludurlar (Suominen Finlyandiyaya qarşı iş üzrə 1 iyul 2003-cü il tarixli qərarın 36-cı bəndi). Əsaslandırılmış qərarın daha bir rolu ondan ibarətdir ki, bu halda tərəflərə aydın olur ki, onların mövqeləri dinlənilib. Bun dan başqa qərarın əsaslandırılması tərəflərə onu mübahisələndirməyə, apellyasiya məhkəməsinə isə həmin qərara yenidən baxmağa imkan yaradır. Qərarda əsasların təsvir edilməsi ictimaiyyət tərəfindən ədalət mühakiməsi üzərində nəzarətin həyata keçirilməsi üçün başlıca vasitədir. (Xirvisaari Finlyandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli qərarın 30-cu bəndi)”. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında 14-cü bəndində qeyd olunur ki, əlavə sübutların tədqiq edilməsi barədə vəsatətlərə baxılarkən cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquq larının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlərin rədd edilməsini qadağan edən, eləcə də vəsatət və ya xahişə əsasən qəbul edilmiş qərarın əsaslandırılmasını və həmin qərarda müraciət etmiş şəxsin dəlillərinə verilmiş qiymətin əks etdirilməsini tələb edən CPM-in 121.2-ci maddəsinin müddəalarına əməl olunmalıdır. Adı çəkilən qərarın 15-ci bəndində qeyd olunur ki, məhkəmələr əlavə sübutların tədqiq edilməsinə dair vəsatətlər üzrə nəticəyə gələrkən belə vəsatətlərin rədd edilməsi haqqında qərarlarda gəldikləri nəticələrin motivlərinin göstərilməsini vacib hesab edən Avropa Məhkəməsinin mövqeyini də nəzərdən qaçırmamalıdırlar. Apellyasiya məhkəməsi məhkəmə baxışının gedişində də, məhkəmə istintaqının keçirilməsi üçün zərurətin olmaması haqqında 05 iyul 2022-ci il tarixli qərarında ifadə etdiyi mövqeyindən geri çəkilməmiş, beləliklə də nəinki digər sübutları və faktları bilavasitə araşdırmadan, heç təqsirli olduğunu mübahisələndirən məhkum edilmiş şəxsin özünün belə ona isnad edilmiş ittiham, bu ittihamın faktiki əsasını təşkil etmiş hallar üzrə ifadəsini almadan apellyasiya baxışını yekunlaşdırıb, Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmışdır. Beləliklə, yuxarıda təsvir edilənlər, yəni müdafiə tərəfinin apellyasiya şikayətində Məhkum təqsirliliyi, birinci instansiya məhkəməsində sübutların tədqiqi, onun tərəfindən müəyyən edilmiş faktiki hallar mübahisələndirildiyi və məhkuma bəraət verilməsi haqqında tələblər irəli sürüldüyü halda apellyasiya instansiyası məh kəməsinin əsaslandırmamış ilkin baxış qərarı ilə məhkəmə istintaqını aparmaqdan imtina etməsi, məhkəmə baxışında bilavasitə sübutları tədqiq etmədən, faktları araşdırmadan apellyasiya şikayəti ilə qaldırılan məsələlər haqqında yekun nəticəyə gəlməsi onu deməyə əsas verir ki, apellyasiya məhkəməsində aparılmış məhkəmə baxışı yuxarıda gətirilən cinayət-mühakimə icraatının prinsiplərinə, digər cinayət-prosessual normalara, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə və onun tətbiqi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə uyğun olmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməli, apellyasiya şikayətinə onun məzmununa və irəli sürülmüş apellyasiya tələbinin xarakterinə adekvat olan prosedurda – ətraflı məhkəmə istintaqı aparılmaqla təkrarən baxı lmalıdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, cinayət-prosessual qanun məhkəmə istintaqının keçirilməməsi barədə əvvəl qəbul edilmiş qərar ləğv edilmədən də məhkəmə baxışının gedişində zərurət yarandığı hallarda (məsələn, CPM-in 400.2.2-ci maddəsinin nəzərdə tutduğu vəziyyətdə) apellyasiya məhkəməsi tərəfindən həmin məsələyə yenidən baxılmasının və məhkəmə istintaqının keçirilməsi barədə qərarın qəbul edilməsinin qarşısını almır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi əsası kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.3-cü maddələrində göstərilən halları nəzərə alır. Həmin normalara əsasən məhkəmə sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq e tmədikdə, cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətinin təmin edilməsinə, dövlət ittihamçısı X2 isə kassasiya şikayətinin təmin edilməməsinə dair çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 02 avqust 2022ci il tarixli, 1(103)-1365/2022 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 02 avqust 2022-ci il tarixli, 1(103)-1365/2022 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar