Məhkəmə qərarları › İş №1(102)-2264/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2264/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2264/2024 17.12.2024 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 aprel 2024-cü il tarixli, 1(107)-21/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 1(091)-149/2023 nömrəli hökmü ilə (hakimlə r X.M.Məmmədov (sədrlik edən), N.N.Mirzəyev və B.M.Məmmədov) xx xxxxxx 1971-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işsiz, Ağdam rayonunun Ətyeməzli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkməsinin əvvəli 09 yanvar 2023-cü ildən hesablanmış, hökmlə həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Birinci inst ansiya məhkəməsinin həmin hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 aprel 2024-cü il tarixli qərarı ilə (hakimlər İ.H.Şükürov (sədrlik edən), A.M.Eyvazov və X.H.Səmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmü dəyişdirilərək, Məhkum cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən 127.2.3-cü maddəsinə tövsif edilmiş, F.Ş.Allahverdiyevə Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, qalan hissələrdə hökmün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 aprel 2024- cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham irəli ürülmüş və birinci instansiya məhkəməsinin hökmünə əsasən həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 09 yanvar 2023-cü il tarixdə saat 17 radələrində özünə məxsus «Xəzər» markalı, 02-BM-69 dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində hərəkətdə olarkən, avtomobili yolun sağ yan kənarı ilə, yəni öz hərəkət hissəsi ilə hərəkət etdirməli olduğu halda, buna əməl etməyərək avtomobili yolun mərkəz hissəsi ilə şəhərin H.Əliyev prospekti istiqamətində hərəkət etdirərkən, onun idarə etdiyi avtomobillə eyni istiqamətdə arxadan hərəkət e dən Zərərçəkmiş şəxs idarə etdiyi «Mercedes Benz» markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etməsinə maneə yaratdığı üçün Zərərçəkmiş şəxs ona avtomobili yolun mərkəz hissəsi ilə hərəkət etdirməsinə etiraz olaraq səs siqnalından istifadə etdiyi üçün o, avtomobili yolun mərkəzində saxlayıb, pəncərəsini aşağı endirərək avtomobilin səs siqnalından istifadə etdiyinə görə Zərərçəkmiş şəxs irad tutduqda onunla Zərərçəkmiş şəxs arasında söz mübahisəsi yaranmış, bundan sonra o, «Xəzər» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə şəhərin H.Əliyev prospektinə daxil olub, avtomobili prospektin «Sənaye parkının» inzibati binasının qarşısında asfalt yolun sağ kənarında saxlayıb, avtomobilin salonundan bayıra çıxmış, onun avtomobili saxladığını və salondan düşdüyünü gör ən Zərərçəkmiş şəxs də idarə etdiyi avtomobillə şəhərin H.Əliyev prospektinə daxil olduqdan sonra, bir qədər irəlidə yerləşən avtobus dayanacağında avtomobili saxlamış, həmin vaxt o, «Xəzər» markalı avtomobilinin yanında dayanaraq, Zərərçəkmiş şəxs avtomobildən düşməsini gözləmiş, Zərərçəkmiş şəxs avtomobildən düşdükdən sonra isə o, əli ilə Zərərçəkmiş şəxs yaxınlığına gəlməsini işarə etdiyi üçün sonuncu asta addımlarla onun dayandığı istiqamətə tərəf gəlib, ona çatmasına az bir məsafə qalmış o, avtomobilinin salonundan götürdüyü və sağ əlində saxladığı, habelə Zərərçəkmiş şəxs ona yaxınlaşdığı anadək nümayiş etdirmədiyi, dəstəyi qırmızı və qara rəngli plastmasa bənzər materialdan hazırlanmış, üzlük geydirilmiş çapıcı-kəsici və əzici xassəyə malik olan, soyuq silah hesab edilməyən təsərrüf at-məişət təyinatlı balta ilə qəfil olaraq Zərərçəkmiş şəxs üzərinə hücum çəkib, sonuncunun qanunazidd davranışı və hər hansı bir zorakı hərəkəti ilə qarşılaşmadığı halda, heç bir əsaslı səbəb olmadan, özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyəti fövqündə qoymaqla və bununla da cəmiyyətin fərdi kimi ona qarşı açıqca hörmətsizlik ifadə etməklə, habelə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirməklə sağ əlində saxlamağa davam etdiyi, qeyd olunan balta ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən bir dəfə zərbə endirib, öz təşəbbüsü ilə başladığı mübahisə zamanı Zərərçəkmiş şəxs çapıcı əşyanın - baltanın təsirindən əmələ gəlməyə xarakterik, subdural hematoma ilə müşayiət olunan açıq kəllə beyin travması, alın sümüyünü n açıq sınığının yaranması ilə nəticələnən, yetirilən anda insan həyatı üçün təhlükəli olan qəsdən xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası komisyon məhkəmə-tibbi ekspertizasının T 36/2024 nömrəli rəyindən çıxış edərək Məhkum əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən 127.2.3-cü maddəsinə dəyişdirilmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində sübutların araşdırılması zamanı toplanmış sübutlarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər v urma cinayətini törətməsi təsdiq olunduğu halda apellyasiya instansiya məhkəməsi cinayətprosessual qanunun 143-146-cı maddələrinin ziddinə olaraq sübutları tədqiq edibqiymətləndirməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, əsassız olaraq Məhkum cinayət əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən 127.2.3-cü maddəsinə dəyişmişdir. Dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin hüquqi tövsifində səhv nəticəyə gəlinməsini göstərən hallar kimi xüsusilə ona istinad etmişdir ki, məhkəmə işdəki sübutların düzgün müqayisəli təhlilini aparmadan iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizalarda yaranmış ziddiyyəti aradan qaldırmadan əsassız olaraq Məhkum əməlini Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə tövsif etmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət -Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya pro testində apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə əsaslar olmadığı halda Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən 127.2.3-cü maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Ap ellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 aprel 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Kassasiya protes tində Məhkum törətməsi iddia edilən cinayət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində (baxılan işin kontekstində) “xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma” kimi təsbit olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin işin faktiki halları barədə gəldiyi qənaətə görə isə Məhkum xuliqanlıq niyyətilə ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Lakin, kassasiya protestində qeyd olunduğu kimi, baxılan işin materialları ona dəlalət edir ki, apellyasiya məhkəməsi işi n faktiki hallarına dair nəticələri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların məcmusundan hasil etməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsində təsbit olunmuş prinsipə əsasən, “hakimlər cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər”. “Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir”. Azərbaycan Respublikası CPM-in 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda, onlar sü but kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 143-cü maddəsinə əsasən məhkəmə tərəflərin vəsatəti və yaxud öz təşəbbüsü ilə sübutların toplanılmasında iştirak edir, o cümlədən dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanımaya təqdim etmə və digər prosessual hərəkətləri həyata keçirir. Cinayət-Prosessual Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəllənin 145-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət e tməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Qanunun 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Cinayət-prosessual qanunun 271.2-cı maddəsi ekspertin rəyində bu maddədə göstərilən digər məlumatlarla yanaşı “ekspertizanın aparılması xüsusiyyətlərini, o cümlədən ekspertin cinayət işinin hansı mat eriallarından istifadə etməsi, hansı maddi sübutların, nümunələrin və digər obyektlərin tədqiq edilməsi, hansı üsulların tətbiq edilməsi və onların etibarlılıq dərəcəsi, qoyulmuş suallara əsaslandırılmış cavablar, ekspertin təşəbbüsü ilə müəyyən edilmiş cinayət təqibi üçün əhəmiyyətli olan hallar barədə qeyd”in əks etdirilməsini tələb edir. Apellyasiya instansiyası məhkəmələrinin qərarından görünür ki, məhkəmə Məhkum zərərçəkmiş şəxsə az ağır zərər vurması haqqında nəticəyə gələrkən həlledici şəkildə məhkəmə baxışı zamanı keçirilmiş komisyon məhkəmə-tibbi T 36/2024 nömrəli rəyinə əsaslanmışdır. Belə ki, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6-Təcrübə və X8 Hüquqi Şəxsinə həvalə edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyul muşdur: Zərərçəkmiş şəxs aşkar edilmiş "sol alın təpə nahiyəsindəki çapılmış yara” xəsarəti (balta ilə yetirilməsi müəyyən olunur) nəticəsində şəxsdə "subdural hematoma, pnevmokranium tapıntısı, açıq kəllə beyin travması və alın sümüyünün açıq sınığı” əmələ gəlməsi mümkündürmü? Zərərçəkmiş şəxs sağ qaşının üzərində mövcud olan əməliyyat nəticəsində hazırki iş üzrə yaranmış xəsarətdən 02 il əvvəl yaranmış olan xəsarət obyektiv məhkəmə tibb əlamətlərinə görə xəsarət sayılırmı? Müsbət halda həmin əməliyyat izinin yəni yara izinin sağlamlığa zərərvurma baxımıdan dərəcəsi müəyyən edilsin. Aşkar edilmiş "subdural hematoma, pnevmokranium tapıntısı, açıq kəllə beyin travması və alın sümüyünün açıq sınığı” konkret olaraq xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən balta ilə yetirilmiş xəsarət nə ticəsində yaranmağa xarakterikdirmi? Komputer tomoqrafik müayinə nəticələrinə əsasən şəxsin dəri səthindən daxildə mövcud olan və müayinə cavabında qeyd edilmiş xəsarətlər bir neçə il əvvəl keçirilmiş hər hansı bir qəza və ya küt alətin təsirindən yaranmağa xarakterikdirmi? Mövcud tibbi sənədlərə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində hadisə nəticəsində yaranmış xəsarətin dərəcəsi müəyyən edilsin. Zərərçəkmiş şəxs yuxarıda sadalanan xəsarətlərin fonunda müəyyən müddət iradi hərəkət etmək iqtidarında ola bilərdimi? Komisyon məhkəmə-tibbi ekspertizasının T 36/2024 nömrəli Rəyinin nəticə hissəsində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs alın sümüyünün sol tərəfli xarici sümük səhifəsi hüdudunda məhdudlaşan izolə olunmuş xətti sınığı, alın nahiyyəsinin çapılmış yarası olmuşdur. Qeyd e dilən xəsarətlər çapıcı alətin təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilən balta zərbəsi nəticəsində yarana bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Apellyasiya instansiyası məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş ekspert Hafiz Kazımov ifadəsində göstərmişdir ki, ekspertiza rəyi arasında ziddiyyət ondan ibarətdir ki, birinci ekspert kəllədə olan xəsarəti sınıq kimi qiymətləndirmişdir. Alın sümüyü 2 səhifədən içəri səhifədən və ön səhifədən ibarətdir. Alın sümüyünün hər iki səhifəsində sınıq varsa ağır dərəcəli xəsarət kimi qiymətləndirilir. Ancaq burda çat olduğundan ağır dərəcəli xəsarət kimi yox yüngül dərəcəli xəsarət kimi qiym ətləndirilməlidir... Əgər çat xarici səthdə və yaxud daxili səthdə varsa yəni yalnız bir səthdə varsa həyat üçün təhlükəli əlamət sayılmır. Birinci ekspert öz yazdığına düzgün qiymət verməmişdir. Alın sümüyündə sınıq mövcud olmamışdır. Alın sümüyünün xarici səthində çat olmuşdur. Birinci ekspert zərərçəkmiş şəxsi görməyib. Ekspert təqdim edilmiş sənədlər əsasında rəy verib. Birinci ekspertin verdiyi rəyə əsasən zərərçəkmiş şəxsin aldığı xəsarətdən sonra onun aktiv hərəkəti mümkündür. Belə xəsarət bir həftə ərzində özünü büruzə verir. Lakin beyində damar zədələnərsə bu müddət 40 gün müddətinə qədər uzana bilər. Çünki, daxildən qan damcı formasında axdığından sonda insan kamatoz vəziyyətinə düşür və müayinə edilən zaman daxili qanaxma olduğu aşkar edilir. Lakin işin faktiki hallarına əsasən təkrar məhkəmə tibb ekspertizası rəyi vermiş ekspertin ifadəsi əvvəlki məhkəmə tibbi ekspertiza rəyi vermiş ekspertin ifadəsi arasında ziddiyyət yaranır. Belə ki, eyni məhkəmə istintaqı zamanı əvvəl dindirilmiş ilkin ekspert rəyini vermiş Rauf Qulyev ifadəsində göstərmişdir ki,...Müayinə zamanı onun sol alın təpə nahiyyəsində tikiş var idi. Ekspertizanın nəticəsi olaraq mən Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədənindəki aşkar olunan xəsarət subdural hemotoma ilə müşayiət olunan açıq kəllə beyin travması, alın sümüyünün açıq sınığı, çapıcı əşyanın ola bilsin baltanın təsirindən əmələ gəlmişdir. Qərarda göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə balta ilə yetirilə bilərdi, xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya ai d etmişik. Konkret bu halda klinik müşahidələrdən görünür ki, Zərərçəkmiş şəxs açıq kəllə beyin travması vardır və ümumi qəbul edilmiş qaydalara əsasən açıq kəllə beyin travması ağır dərəcədə qiymətləndirilir. Zərərçəkmiş şəxs alın sınığı müəyyən edilmişdir. Yenidən KT-də sınığın daxilə keçib keçməməsini müəyyən etmək olar. İfadələrdən göründüyü kimi ilkin tibbi ekspertiza rəyi vermiş ekspert tərəfindən də zərərçəkmiş şəxs canlı olaraq müayinə edilmiş (halbuki apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarda əvvəlki tibbi ekspertizanın keçirilməsi zamanı zərərçəkmiş şəxs ümumiyyətlə ekspertizaya təqdim edilməməsini qeyd edir) və bununla paralel olaraq onun sənədləri əsasında şəxs barəsində tibbi rəy verilmişdir. Həmin tibbi rəyin verilməsinə əsas olan sənədlərdən biri də məhz KT müa yinə sənədi olmuşdur hansı ki həmin sənəddə sınığın olması müayinəni aparmış radioloq tərəfindən qeyd edilmişdir. Təkrar ekspertiza zamanı isə ekspert özü də etiraf etmişdir ki onlar tərəfindən yeni KT müayinə aparılmamış və əvvəlki tomoqrafik çəkilişə baxaraq rəy vermişlər. İlkin ekspert öz ifadəsində həmçinin xətti sınıqla yanaşı açıq kəllə beyin travması olduğu üçün qəbul edilmiş qaydalar əsasında yetirilmiş xəsarətin ağır dərəcəli olması barədə rəyə gəldiyini qeyd etmişdir. Lakin təkrar ekspertiza rəyi vermiş ekspert tərəfindən bu məsələyə qiymət verilməmişdir. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində təsbit edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bu konstitusiyon tələbin cinayət m ühakimə icraatının həyata keçirilməsinə münasibətdə mənası ondan ibarətdir ki, cinayət işlərinə, sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə mahiyyəti üzrə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılması zamanı işin bütün hallarının, o cümlədən şəxsin təqsirlilik məsələsinin, onun törətdiyi əməl nəticəsində vurulmuş zərərin həcmi və miqdarının və digər əhəmiyyətli halların müəyyən edilməsi üçün məhkəmələr təqdim olunmuş sübutlardan, habelə apellyasiya müraciətlərinin dəlillərindən asılı olmayaraq digər sübutların da araşdırılmasını, zərurət yaranarsa müvafiq ekspertizaların təyin edilərək keçirilməsini təmin etməli, qəbul etdikləri yekun məhkəmə aktları isə ehtimallara və mülahizələrə deyil, məhkəmə iclaslarında araşdırı lmış mötəbər sübutlara əsaslanmalıdır. Bütün hallarda məhkəmələr bu və ya digər məsələ üzrə gəldikləri nəticəni əsaslandırmalıdılar. Hazırkı halda apellyasiya instansiyası məhkəməsi obyektiv həqiqətin müəyyən edilməsinin təmin edilməsi istiqamətində keyfiyyətsiz və natamam araşdırma həyata keçirmiş, o cümlədən iş materiallarında olan sübutları bir-biri ilə müqayisə etməklə tədqiq və təhlil etməmiş, məhkuma elan olunmuş ittiham üzrə müəyyən edilmiş halların inkar edilməsi üçün toplanmış sübutların fərqli şəkildə qiymətləndirilməsinin şərtlərini kifayət qədər əsaslandırmamış, sübutların müqayisəli təhlilini aparmadan, mövcud olan 2 ekspertiza arasında yaranmış ziddiyyəti aradan qaldırmamaqla, bununla da kifayət etməyən sübutlara əsasən Məhkum Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsi rləndirilməsinə dair ittihamı qəbul etməyərək, sonuncunun əməlində Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması haqqında nəticəyə gəlmişdir. Bu cür, yəni ibtidai istintaq zamanı toplanmış sübutlarla məhkəmədə verilən ifadələrin, ekspertiza rəyinin obyektiv müqayisəsi aparılmadığı üçün yuxarıda təsvir edilən sübutetmə qaydalarının pozulması ilə əldə olunmuş nəticə isə etibarlı sayıla bilməz. Nəticədə, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən hallar barəsində şübhələr meydana gəlmiş, apellyasiya instansiyası məhkəməsində də həmin (aradan qaldırılması mümkün olan) şübhələri aradan qaldırılmamışdir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərindən və işin müəyyən edilmiş faktiki hallarını təsdiq edən sübutlardan çıxış edərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələb etdiyi kimi, hazırkı iş üzrə həqiqətin müəyyən edilməsi üçün cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalı, şahid ifadələri, əldə olunmuş ekspertiza rəyləri toplanmış sübutlarla CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq müqayisəli şəkildə qiymətləndirilməli və yalnız bundan sonra Məhkum bu və ya digər cinayət əməlini törətməsi, o cümlədən onun əməlinin hüquqi tövsifi barədə nəticə verilməlidir. Odur ki, kollegiya apellyasiya məhkəməsinin hazırki işə baxarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində göstərilən pozuntulara yol verməsi, kassasiya protestinin əsaslı olması haqqında nəticəyə gəlir. Beləliklə, m əhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 aprel 2024-cü il tarixli, 1(107)-21/2024 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər Qərara aldı: Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 02 aprel 2024-cü il tarixli, 1(107)-21/2024 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin e

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar