Məhkəmə qərarları › İş №1(102)-2266/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2266/2023

21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2266/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və barəsindəki cinayət işi üzrə icraata xitam verilmiş Məhkum iştirakları ilə, Bakı şəhəri Binəq ədi Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CMnin) 221.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsinə, törətdiyi cinayət əməlinin CM-nin 127.2.3-cü maddəsindən CM-nin 127.1-ci maddəsinə tövsif edilərək cinayət işinin icraatına Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 39.1.3-cü maddəsinə əsasən xitam verilməsinə və Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Yusifov İlkin Fərhad oğlu tərəfindən verilmiş kassasiya protestinə və z ərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən nümayəndəsi Nümayəndə ilə birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əmirəliyev Fərid Mübariz oğlu) Məhkum, xx xxxxxxxx 1996-cı il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, CM-nin 221.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, törətdiyi cinayət əməli CM-nin 127.2.3-cü maddəsindən CM-nin 127.1-ci maddəsinə tövsif edilərək cinayət işinin icraatına CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmiş, Təqsirləndirilən şəx s, xx xxxxx 2000-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonunun Xırmandalı kəndində qeydiyyatında olan, ünvan 1 ünvanında yaşamış, CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Həmçinin hökmlə Məhkum və Təqsirləndirilən şəxs, hər birisinə cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilmiş, iş üzrə mülki iddiaçı qismində tanınmış Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmış və ona da mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah o lumuşdur. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum qarşı ibtidai istintaq orqanı tərəfindən CMnin 21.3 və 127.2.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, 17 may 2020ci il tarixdə saat 20 radələrində ictimai yer hesab edilən ünvan 3 ünvanın qarşısında əmisi oğlu Təqsirləndirilən şəxs ilə bir qrup şəxs halında birləşərək həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin darvazası qarşısında dayanaraq uca səslə danışdığından sonuncunun oradan uzaqlaşıb öz yaşadıqları evin qarşısına getmələri kimi haqlı iradını bəhanə gətirib əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr deməklə mübahisə edib ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozul masında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək qərəzli hərəkətlər edib, Təqsirləndirilən şəxs silah qismində istifadə olunan yerdən götürdüyü taxta parçası ilə Zərərçəkmiş şəxs dodaq nahiyəsindən vuraraq sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilməyən alt dodağın selikli qişasının səthi əzilmiş yarası ilə nəticələnən xəsarətlər, Məhkum isə yerdən götürdüyü silah qismində istifadə olunan daş parçası ilə Zərər çəkmiş şəxs sağ əl nahiyəsindən qəsdən vuraraq sonuncuya sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid sağ əlin I daraq sümüyünün sınığı, I barmağının əsas falanqasının medial tərəfdən sınığının qopması ilə müşayiət olan sağ əlin arxa səthinin və I barmağının arxa səthinin şişkinliyi ilə nəticələnən xəsarətlər yetirərək xuliqanlıq etməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səsəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihama əsasən, o, 17 may 2020-ci il tarixdə saat 20 radələrində ictimai yer hesab edilən ünva n 3 ünvanın qarşısında əmisi oğlu Məhkum ilə bir qrup şəxs halında birləşərək həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin darvazası qarşısında dayanaraq uca səslə danışdığından sonuncunun oradan uzaqlaşıb öz yaşadıqları evin qarşısına getmələri kimi haqlı iradını bəhanə gətirib əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr deməklə mübahisə edib ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək qərəzli hərəkətlər edib, Təqsirləndirilən şəxs silah qismində istifadə olunan yerdən götürdüyü taxta parçası ilə Zərərçəkmiş şəxs dodaq nahiyəsindən qəsdən vuraraq sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilməyən alt dodağın selikli qişasının səthi əzilmiş yarası ilə nəticələnən xəsarətlər, Məhkum isə yerdən götürdüyü silah qismində istifadə olunan daş parçası ilə Zərərçəkmiş şəxs sağ əl nahiyəsindən vuraraq sonuncuya xuliqanlıq niyyəti ilə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid sağ əlin I daraq sümüyünün sınığı, I barmağının əsas falanqasının medial tərəfdən sınığının qopması ilə müşayiət olan sağ əlin arxa səthinin və I barmağının arxa səthinin şişkinliyi ilə nəticələnən xəsarətlər yetirərək xuliqanlıq etməklə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Həmin ittihamlar üzrə işə baxan birinci instansiya məhkəməsi Məhkum və Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliklərinin sübuta yetirilməməsi, Məhkum isə zərər çəkmiş Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti olmadan onun sağlamlığına az ağır zərər vurması, lakin bu əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi barədə nəticəyə gələrək iş üzrə yuxarıda göstərilən hökm çıxarmışdır. Hökmdən dövlət ittihamçısı Fərzəliyev Nəzər Kamil oğlu tərəfindən verilmiş apellyasiya protestinə və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayəti nə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Habil Çingiz oğlu (sədrlik edən və məruzəçi), Murquzov İlqar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) 08 iyun 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti və apelyasiya şikayəti təmin edilməmiş, hökm isə həmin apelyasiya müraciətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2023-cü il tarixli qərarından dövlət ittihamçısı İ.F.Yusifov kassasiya protesti, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə nümayəndəsi Nümayəndəla birgə kassasiya şikayəti verərək ayrı-ayrılıqda qərarın ləğv edilməsini və işin yeni apelyasiya baxışına təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: CPM-nin bir sıra maddələrinə, ibtidai araşdırma orqanı tərəfindən Məhkum və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamlara, iş üzrə toplanmış və məhkəmə iclaslarından araşdırılmış sübutlara, məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən dövlət ittihamçısı İ.F.Yusifov kassasiya protestini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmişdir. Halbuki işin faktiki halları ilə bağlı dolğun və düzgün nəticəyə gəlmək üçün cinayət işi üzrə toplanmış bütün sübutlar tam, obyektiv, hərtərəfli və müqayisəli araşdırılmalı, sübutların tədqiqindən əsassız imtinaya yol verilməməli, yalnız bundan sonra geniş və ə laqəli sübutlar məcmusunun bu və ya digər nəticəyə gəlməyə əsas verdiyi müəyyən edilməli, məhkəmə baxışının nəticəsinə dair yekun qərar qanuni və əsaslı olmaqla yanaşı anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən edilmiş hallar, sübutlar və məhkəmənin gəldiyi nəticələr məntiqi ardıcıllıqla şərh edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı isə mücərrəd xarakter daşıyır və məhkəmə faktiki olaraq apellyasiya baxışında müəyyən etdiyi qənaəti qanunvericiliyin tələblərinə istinad etməklə cavablandırmamış, qərarda sübuta yetirilmiş hesab etdiyi cinayət əməlinin təsvirini verməmiş, məhkəmənin gəldiyi nəticə isə qeyri-müəyyəndir. Mübahisələndirilən qərarda apelyasiya instansiyası məhkəməsi sübutları tam, hərtərəfli və obyektiv yoxlamasını, müqayisəli şəkildə təhlil e tməsini, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməsini qeyd etsə də, həmin qərarda əksini tapmış mülahizələrindən belə təhlilin və qiymətləndirmənin aparılması müəyyən edilmir. Məhkəmənin zərərçəkmiş şəxsin ifadələrinə şübhə ilə yanaşması, şahidlərin ziddiyyətli ifadələrini sübut kimi qəbul etməsi, ittihamın sübutları olan məhkəmə-tibbi ekspertizasının rəyini, üzləşdirmə və digər istintaq hərəkətlərinin protokollarını, habelə digər sənədləri tədqiq etməməsi, onlara ümumiyyətlə münasibət bildirməməsi əsassız olmuşdur. Hərçənd, iş materiallarına görə, təqsirləndirilən şəxslər Məhkum və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı onlara elan edilmiş ittiham üzrə özlərini təqsirli bilmiş, habelə Zərərçəkmiş şəxsla aralarında keçirilmiş üzləşdirmə istintaq hər əkəti zamanı da bunu təsdiq etmişlər. Bundan başqa, onların həmin ittiham üzrə cinayət əməllərini törətmələri ibtidai araşdırma zamanı toplanmış sübutlarla təsdiq edilmiş, lakin birinci instansiya məhkəməsi kimi, apelyasiya instansiyası məhkəməsi də iş üzrə yekun qərar qəbul edərkən bu sübutlara deyil, Məhkum və Təqsirləndirilən şəxs müdafiəsinə yönəlmiş həm onların özlərinin, həm də bəzi şahidlərin ifadələrinə əsaslanmış, ibtidai araşdırma zamanı toplanamış sübutların qəbul edilməməsinin motivlərini isə qərarında əsaslandırmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında verdiyi ifadəsində Zərərçəkmiş şəxs vurmadığını göstərsə də, ibtidai istintaq zamanı dindirilərkən və zərər çəkmiş şəxslə üzləşdirilərkən Zərərçəkmiş şəxs əli ilə sifətindən vurduğunu etiraf etmiş, lakin məhkəmələr bu ifadələrə də qiymət verməmişlər. Bundan başqa cinayət işinin materiallarında olan, məhkəmə tibbi-ekspertizasının 19 may 2020-ci il tarixli 736 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - sağ əlin l daraq sümüyünün sınığı, I barmağının əsas falanqasının media! tərəfdən sınığının qopması ilə müşayiət olunan sağ əlin arxa səthinin və I barmağının arxa səthinin şişkinliyi, alt dodağın selikli qişasının səthi əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, dərəcələrinə görə alt dodağın selikli qişasının səthi əzilmiş yarası sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcələri təyin olunmur, sağ əlin I daraq sümüyünün sınığı, I barmağının əsas falanqasının medial tərəfdən sınığını n qopması ilə müşayiət olunan sağ əlin arxa səthinin və I barmağının arxa səthinin şişkinliyi isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Həmin xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 17 may 2020-ci il trixdə taxta parçası və daşla vurulan zərbələr nəticəsində əmələ gələ bilərdilər. Lakin, məhkəmələr qeyd olunan rəydə göstərilən Zərərçəkmiş şəxs barmağının sınığının sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olmasını yekun qərarda qiymətləndirsələr də, onun alt dodağın selikli qişasının səthi əzilmiş yarasına hüquqi qiymət verməmişlər. Göründyü kimi, məhkəmə ittiham tərəfinin təqdim etdiyi bütün sübutları tədqiq etməmiş, onları işin faktiki halları ilə müqayisə etməmiş, həmin sübutları yoxlamamış, onlara qanunvericliyin tələbləri baxımından münasibət bildirməmişdir. Habelə, məhkəmə təqsirləndirilən şəxslər Məhkum və Təqsirləndirilən şəxs məhkəmədə verdikləri ziddiyyətli ifadələrinin müdafiə xarakteri daşıdığını nəzərə almamaqla yanaşı, onların ibtidai istintaq zamanı ardıcıl olaraq verdikləri ifadələrini, habelə şahidlərin verdiyi ziddiyyətli ifadələri digər sübutlarla müqayisəli şəkildə təhlil etməyərək onlara münasibət bildirməmişdir. Mübahisələndirilən qərardan aydın deyil ki, məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrinin hansı hissəsini sübut kimi qəbul etmiş, hansı hissəsini isə rədd etmişdir. Daha sonra dövlət ittihamçısı İ.F.Yusifov xuliqanlıq cinayətinə təfsir verib bu təfsiri iş materialları ilə müqayisə edərək qeyd etmişdir ki, Məhkum və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla küçədə mübahisə etmiş, mübahisə edərkən qonşular da orada olmaqla sonuncuları sakitləşdirərək ayırmışlar. Məhkəmələr isə iş üzrə müvafiq nəticəyə gələrkən bu halları təsdiq edən mötəbər sübutları nəzərə almamış, nəticə etibarı ilə isə maddi hüquq normasının tətbiqində də səhvə yol vermişlər. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi zərər çəkmiş şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş məhkəmə müdafiəsi təminatı hüququnun, həbelə CPM-də təsbit olunmuş məhkəmə iclaslarında iştirak edərək məhkəmə nitqi və replika ilə çıxış etmək hüququnun pozulmasına yol vermişdir. Belə ki, zərərçəkmiş Zərərçəkmiş şəxs səhhəti ilə əlaqədar müalicə alması və mü alicə olunduğu tibb müəssisəsi barədə əvvəlcədən məlumat verməsinə və iştirakı olmadan məhkəmə baxışının yekunlaşdırılmamasını xahiş etməsinə baxmayaraq məhkəmə onun bu müraciətini nəzərə almamış və məhkəmə iclasını təxirə salmaq əvəzinə işə baxılmasını yekunlaşdırmış, beləliklə də qanunvericiliyin tələbləri pozulmuşdur. Şərh olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı İ.F.Yusifov onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Cəza təyin etmənin şərtləri, qaydaları və prinsipləri təsbit edilmiş CM-nin, kassasiya icraatını tənzimləyən CPM-nin bir sıra normalarına, Məhkum və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama və iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən zərər çəkmiş Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə birgə verdikləri kassasiya şikayə tini onunla əsaslandırmışlar ki, hazırki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktları Məhkum və Təqsirləndirilən şəxs törətdikləri cinayətin hallarına, bu cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun deyil, məhkəmələr toplanmış və araşdırılmış sübutlara düzgün qiymət vərməmiş, hər iki şəxsə CM-nin 221.3-cü maddəsi ilə bəraət verilməsi barədə əsassız nəticəyə gəlmişlər. Halbuki, onlar törətdikləri əmələ, bu əməli qrup şəklində törətdiklərinə, zərər çəkmiş şəxslə barışıq əldə etmədiklərinə görə ağrı cəzaya məruz qalmalıdırlar. Eyni zamanda kassasiya şikayətinin müəllifləri qeyd etmişlər ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xəstəliyi ilə bağlı məhkəmə iclasında itirak edə bilmədiyindən apellyasiya instansiyası məhkəməsinə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin məhkəmə onun müraciətini nəzərə almayaraq və iştirakını təmin etməyərək iş üzrə yekun qərar qəbul etmiş, bununla da onun hüquqları pozulmuşdur. Qeyd olunanlara əsaslanaraq kassasiya şikayətinin müəllifləri onların həmin şikayətinin təmin edilməsini xahiş edirlər. Kassasiya protestinə və kassasiya şikayətinə məhkəmə baxışı iclasının keçiriləcəyi yer və vaxt barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, onun nümayəndəsi Nümayəndə və bəraət almış şəxs Təqsirləndirilən şəxs naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə və kassasiya şikay ətinə zərər çəkmiş şəxs A.Zərərçəkmiş şəxs, onun nümayəndəsi Nümayəndə və bəraət almış şəxs Təqsirləndirilən şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin və kassasiya şikayətinin məzmunudan göründüyü kimi, həmin müraciətlərin müəllifləri apellyasiya instansiyası məhkəməsi tərəf indən iş üzrə toplanmış və araşdırılmış sübutlara düzgün qiymət verilmədiyini, bunun da nəticəsində əsassız olaraq Məhkum və Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə bəraət verilməsi, Məhkum əməlinin isə CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilməməsi barədə hökmün dəyişdirilmədən saxlanılmasını, qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını yolveilməz sübutlar təşkil etdiyini iddia edərək kassasiya qaydasında mübahisələndirilən 08 iyun 2023-cü il tarixli qərarın ləğv edilməli olması haqda tələblərini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirl iliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə və məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı İ.F.Yusifovun kassasiya protestini və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ilə birgə verdikləri kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum və Təqsirləndirilən şəxs barələrindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPMnin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstəril ən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qər arlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada təd qiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqa nların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda hər bir insanın, ümumilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, bunun üçün hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini, cinayət əməllərinin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpa olunmasını, onlara vurulmuş zərərin aradan qaldırılması üçün qanunveric ilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini də ehtiva edir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq tə min edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mö vcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin dü zgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qanunveiciliyin tələblərinə uyğun hüquqi mövqedən həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında çıxış etmişdir. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına h üquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digə r qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-c i maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halla r göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobu d pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə c inayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 349.5-ci maddəsində “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən, zərər çəkmiş şəxslərin və şahidlərin təkcə məhkəmə iclaslarında deyil, həmçinin onların məhkəməyədək icraat zamanı verdikləri ifadələrin də sübut kimi qəbul edilməsini və onlara əsaslanmasını nəzərdə tutur o halda ki, həmin ifadələr qanuni yolla, yəni CPM-nin 125.2-ci maddəsində göstərilən pozuntulara yol verilməməklə əldə edilsin və məhkəmə iclaslarında həmin ifadələr tədqiq olunaraq onlara müqayisəli şəkildə qiymət verilsin. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsasla na bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət m ühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cin ayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə uyğun hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olm alıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. Daha sonra məhkəmə kollegiyası vurbulamağı lazım bilir ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsind ə də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-d ə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin bu ya digər cinayəti törətməkdə təqsirli bilinməsi üçün qanunvericiliyin təsvir olunan normaları na eyni zamanda həmin cinayətin bütün cəhətlərinin müəyyən edilməsi zamanı da əməl olunmalı, bu cəhətləri təsdiq edən mötəbər sübutlar əldə edilməli, ibtidai araşdırma orqanının və bunlarla bağlı məhkəmələrin gəldikləri nəticə isə mülahizə xarakteri daşımamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, "Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, "Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və "Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında vurğulanmışdır ki, həmin Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda mə hkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr çəkişmə prinsipinə uyğun olaraq məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və məhz bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifələrin qanuna uyğun qaydada yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Həmçinin məhkəmə kollegiyası onu da vurğulayır ki, bu tələblərə nəinki cinayət işlərinə, sadələşdirilmiş icraat mteriallarına və ya xüsusi ittiham qaydasında verilmiş şikayətlərə birinci instansiya məhkəməsində baxılarkən, həmçinin həmin məhkəmənin çıxardığı hökmdən və ya qəbul etdiyi qərardan verilmiş apellyasiya şikayətlərinə və ya apellyasiya protestlərinə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən də əməl olunmalıdır. Bu zaman apellyasiya instansiyası məhkəməsinin yerinə yetirməli əsas vəzifələrdən biri də qəbul etdiyi yekun məhkəmə aktında apellyasiya müracitələrində əksini tapmış bütün dəlillərə əsaslandırılmış və inandırıcı cavab verməli olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunver iciliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestinə və kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, həmin sübutların toplanması, araşdırılması və qiymətləndirilməsi zamanı birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl olunması və törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Məhz bu vəzifələri yerinə yetirən kassasiya kollegiy ası hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökmün və onun dəyişdirilmədən saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş yekun qərarı təhlil edərək belə qənaətə gəlir ki, həmin məhkəmə aktları yuxarıda təsivr edilən tələblərə cavab vermir. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin də razılaşaraq qüvvədə saxladığı Binəqədi Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli hökmündən göründüyü kimi, həmin hökmün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin işə baxılması nəticəsində özünün gəldiyi qənaəti deyil, ibtidai araşdırma orqanı tərəfindən Məhkum və Təqsirləndirilən şəxs, hər birisinə qarşı ayrı-ayrılıqda irəli sürülmüş ittiham üzrə müəyyən olunan hallar təsvir edilmiş və yalnız hökmün h əmin hissəsinin sonunda məhkəmə adları çəkilən şəxslərə CM-nin 221.3-cü maddəsi ilə bəraət verilməli olmasını, Məhkum əməlinin isə CM-nin 127.1-ci maddəsi ilə tövsif edilməsi barədə nəticəyə gəlməsini qeyd etmişdir. Yəni, məhkəmə Məhkum və Təqsirləndirilən şəxs son nəticədə CM-nin 221.3-cü maddəsi ilə bəraət versə də belə qənaətə gəlmişdir ki, Məhkum CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Buna baxmayaraq, 06 sentyabr 2022-ci il tarixli hökmün təsviri-əsaslandırıcı hissəsində bu cinayətin təsviri verilməmiş, bununla da CPM-nin 353.2.1-ci maddəsində nəzərdə tutulmuş tələblər pozulmuşdur. Belə ki, CPM-nin 353.2.1-ci maddəsinə əsasən ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və n əticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri göstərilməlidir. Bununla yanaşı məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün hazırki iş üzrə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutların bir qisminə müraciət etməyi zəruri bilir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum özünü ona CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 17 may 2020-ci il tarixdə axşam saatlarında o, və əmisi oğlu Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs qonşuluğunda yaşayan Xin həyətində olmuş və həmin vaxt ona evdən çağırılması xəbəri gəldiyindən yaşadığı evə doğru hərəkət etməyə başla mışdır. Bu zaman qonşusu Zərərçəkmiş şəxs evinin həyətindən küçəyə çıxaraq nalayiq ifadələrlə onu təhqir etməyə başlamış və evinin qarşısından çıxıb getməsini tələb etmişdir. O, isə qonşusu Zərərçəkmiş şəxsə həmin ərazidə onun da yaşadığını, qonşu olduqlarını, ondan heç kimin bu vaxtadək narazılıq etmədiyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs üstünə yeriyərək onu vurmuş və o, yerə yıxılmışdır. Həmin vaxt hadisə yerinə əmisi oğlu Təqsirləndirilən şəxs da gəlmiş və onları ayırarkən o, da Zərərçəkmiş şəxsə yumruq atmış və onun yumruğu Zərərçəkmiş şəxsin qoluna dəymişdir. Sonra isə Zərərçəkmiş şəxs ona və Təqsirləndirilən şəxsa daş atmağa başlamışdır. Hətta Zərərçəkmiş şəxsin atdığı daşlardan biri qonşusu Şahid1 belinə dəymişdir. Daha sonra isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsı boğazından tutub qaldırmış və onun da ünvanına nalayiq ifadələr söyləmişdir. Bu zaman o, əmisi oğlu Təqsirləndirilən şəxsı buraxması üçün Zərərçəkmiş şəxsin əlindən vurub onu itələmiş, lakin Zərərçəkmiş şəxs barmağının necə zədələnməsindən xəbəri olmamışdır. O, Zərərçəkmiş şəxsə yumruq vuranda qoluna dəymiş, ola bilər ki, bir-biriləri ilə itələşən zaman sonuncunun barmağına xəsarət yetirmişdir. Məhkum bu ifadələrində qeyd etmişdir ki, münaqişənin təşəbbüskarı Zərərçəkmiş şəxs olmuş və yersiz olaraq onu və Təqsirləndirilən şəxsı təhqir etmişdir. Həmin iclasda Təqsirləndirilən şəxs özünü CM-nin 221.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 17 may 2020-ci il tarixdə axşam saatlarında o, əmisi oğlu Məhkumlə birlikdə Zərərçəkmiş şəxs qonşu luğunda yaşayan digər qonşuları Xun həyətində olmuş, həmin vaxt Məhkum evlərindən çağırıldığı üçün onlar birlikdə küçəyə çıxan zaman Zərərçəkmiş şəxs da yaşadığı evdən oraya çıxıb onları evinin qarşısında dayanmamalarını tələb edərək onları kobud şəkildə təhqir etməyə başlamışdır. Məhkum isə Zərərçəkmiş şəxsə qonşuluqda yaşadıqlarını və onlardan heç kəsin şikayətçi olmadıqlarını bildirdikdə Zərərçəkmiş şəxs Məhkumı vurub yerə yıxmışdır. O, dərhal araya girərək Zərərçəkmiş şəxsi Məhkumdan ayırmağa çalışmış, bu vaxt Məhkum Zərərçəkmiş şəxsə yumruq atan zaman onun yumruğu sonuncuya dəymiş, sonra isə ona sürtünmüşdür. Məhkumın yumruğunun Zərərçəkmiş şəxsin qolunun hansı hissəsinə dəyməsini görməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs daha da əsəbləşərək onu da təhqir etmiş və bununla da onlara t ərəf daş atmışdır. Zərərçəkmiş şəxsin atdığı daşlardan biri onlar tərəfə gələn qonşuları Şahid1ə dəymişdir. Daha sonra Zərərçəkmiş şəxsonun boğazından tutub qaldırdıqda əmisi oğlu Məhkum bunu görüb onu buraxması üçün Zərərçəkmiş şəxsin qolundan vurub itələmişdir. Zərərçəkmiş şəxsin barmağının necə zədələnməsini o, yəni Təqsirləndirilən şəxs görməmiş, bu münaqişənin təşəbbüskarı Zərərçəkmiş şəxs olmuş və həmin münaqişə zamanı o, sonuncunu vurmamışdır. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma zamanı Məhkum özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 17 may 2020-ci il tarixdə təxminən saat 20 radələrində o, və əmisi oğlu Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs qonşuluğunda yaşayan Xun həyətində olmuşlar. Həyətdə söhbət edən vaxt qardaşı X20in oğl u Məhəmməd Xun həyətinə gələrək ailə üzvlərinin onu evə çağırdıqlarını demiş, o, isə Məhəmmədə evə getməsini, bir azdan gələcəyini bildirmişdir. O, küçəyə çıxdıqda Zərərçəkmiş şəxs də öz həyətindən küçəyə çıxmış və heç bir səbəb olmadan ona “buradan get” demişdir. O, isə Zərərçəkmiş şəxsin sözünə təəcüblənərək “mən niyə buradan getməliyəm, mən də bu küçənin bir sakiniyəm” dedikdə, Zərərçəkmiş şəxs onunla kobud danışdığından aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı onların səs-küyünə Xun həyətində olan əmisi oğlu Təqsirləndirilən şəxs da küçəyə çıxaraq onun yanına gəlmiş və ondan bir qədər arxada dayanmışdır. Fiziki cəhətdən ondan çox güclü və hündürboylu olan Zərərçəkmiş şəxs onun yaxasından tutaraq geriyə doğru atmış və həmin zaman o, əsəbləşərək sonuncunun üzərinə gedib əlləri il ə Zərərçəkmiş şəxsin qollarına bir iki zərbə vurmuşdur. Əmisi oğlu Təqsirləndirilən şəxs onları aralarmaq istəmiş və həmin vaxt Zərərçəkmiş şəxs onun ünvanına söyüş söydüyündən Təqsirləndirilən şəxs sonuncuya cavab qaytarmış, bu zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsın boğazından tutub qaldırdıqda Təqsirləndirilən şəxs sonuncunu əli ilə vurmuşdur ki, onu buraxsın. Zərərçəkmiş şəxslə aralarında olan mübahisə 15-20 dəqiqə davam etmiş, Zərərçəkmiş şəxsdən bir qədər aralaşdıqdan sonra o, yerdən götürdüyü daşları Zərərçəkmiş şəxsə tərəf atmış, həmin daşların Sakitin bədəninin hansı nahiyyəsinə dəyməsindən xəbəri yoxdur. Apellyasiya icraatı zamanı isə Məhkum göstərmişdir ki, 17 may 2020-ci il tarixdə saat 20 radələrində o, və əmisi oğlu Təqsirləndirilən şəxs küçədə Xun qapısının qabağınd a dayandıqları vaxt yaxınlıqda yaşayan Zərərçəkmiş şəxs öz evindən küçəyə çıxaraq onlara səs-küy salmamalarını və özlərinin yaşadıqları evin qarşısına gedib orda oynamalarını tələb etmişdir. Buna cavab olaraq o, səs-küy salmadığını, həmin küçədə böyüyərək yaşadığını Zərərçəkmiş şəxsə bildirdikdə sonuncu onun üstünə gəlmiş və sinəsinə yumruq zərbəsi vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmış, bu vaxt Təqsirləndirilən şəxs da onları ayırmaq istədikdə zərərçəkmiş Təqsirləndirilən şəxsın boğazından tutmuş, o, isə onları ayırmaq üçün cəhd etmişdir. Həmin anda Təqsirləndirilən şəxsın boğazında barmaq izləri də qalmışdır. Lakin onlar həmin vaxt həkimdən aldıqları xəsarətlərlə bağlı arayış ala bilməmişlər. Onlar Zərərçəkmiş şəxs qarşı heç bir xuliqanlıq etməmiş, ona daş və ya başqa əşyalar at mamış və ona xəsarət yetirməmişlər. İbtidai araşdırma zamanı da, o, belə ifadələr vermiş, lakin müstəntiq həmin ifadələri təhrif etmiş, o, isə protokolu oxumadan imzalamışdır. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs göstərmişdir ki, 17 may 2020-ci il tarixdə təxminən saat 20 radələrində o, əmisi oğlu Məhkumlə birlikdə Zərərçəkmiş şəxs qonşuluğunda yaşayan Xun həyətində olarkən əmisi oğlu X20in oğlu Məhəmməd Xun həyətinə gələrək Məhkumu evdən çağırıldığını deyib getmişdir. Məhkum küçəyə çıxdıqdan bir neçə dəqiqə sonra o, küçədən səs-küy gəldiyini eşidərək oraya gəldikdə əmisi oğlu Məhkumla qonşu Zərərçəkmiş şəxs mübahisə etdiklərini görüb onlara yaxınlaşmış, Zərərçəkmiş şəxsin Məhkuma “burada dayanma, çıx get” dediyini, Məhkumın isə ona “bu küçədə yaşayıram, niyə getməliyəm” cavabı nı verməsini eşitmişdir. Bu zaman Sakit Məhkumın yaxasından tutaraq geriyə doğru atmış və Məhkum Zərərçəkmiş şəxsin hərəkətindən əsəbləşərək sonuncunun üzərinə yeriyib bir neçə dəfə əlləri ilə Sakitin bədəninin qol hissələrinə vurmuşdur. Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətdiyindən o, yəni Təqsirləndirilən şəxs sonuncuya cavab qaytardıqda Zərərçəkmiş şəxs onun boğazından tutub sıxmış, o, isə əli ilə sonuncunun sifətindən vurmuş, Zərərçəkmiş şəxslə onların aralarında olan mübahisə 15-20 dəqiqə davam etmiş, sonra o, Məhkumla birlikdə evlərinə getmişlər. Apellyasiya protestinə və apellyasiya şikayətinə məhkəmə baxışı iclasında isə Təqsirləndirilən şəxs göstərmişdir ki, o, və və əməisi oğlu Məhkum 17 may 2020-ci il tarixdə saat təxminən 20 radələrində həmişə, uşaq vaxtlarından bəri dayandıq ları, Zərərçəkmiş şəxs yaşadığı evdən 10 metr məsafədə olan yerdə dayanmış və bu vaxt sonuncu evinin həyətindən küçəyə çıxaraq onları təhqir etməyə başlamış, sonra isə Məhkumın sinəsindən itələyərək onu yerə yıxmışdır. Onları ayrımaq məqsədi ilə o, araya girdikdə Sakit onun boğazından tumuş, o, isə özünü bundan qurtulmaq üçün əlbəyaxa davaya girməyə məcbur olmuşdur. Sonra onlar oradan qaçıb getmişlər. Təqsirləndirilən şəxs həmçinin qeyd etmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadələri yazılmış protokolu o, oxumadan imzalamışdır və həmin protokolda yazılanlar həqiqətə uyğun deyil. Cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınaraq cinayət təqibinin müxtəlif mərhələlərində dindirimiş Zərərçəkmiş şəxs istər ibtidai aradırma zamanı, istərsə də məhkəmə iclaslarında eyni məzmunda ifadəl ər verərək göstərmişdir ki, o, hal hazırda yaşadığı evə köçdükdən bəri Məhkum, Təqsirləndirilən şəxs və onların tanışları onun evinin qapısının qarşısında yığışaraq səs-küy salmış, nalayiq hərəkətlər etmiş, spirtli içkilər qəbul edərək sərxoş vəziyyətdə olmuşlar. O, və ailəsi bundan narahat olduqlarına görə dəfələrlə onlara xəbərdarlıq etmişdir ki, evinin qabağında dayanmasınlar, getsinlər başqa yerə. Lakin onlar bu xəbərdarlıqlara məhəl qoymamış və hər dəfə öz məhəllələri olduğuna görə burada nə istəsələr edə biləcəklərini söyləmişlər. Buna görə də, o, dəfələrlə 102 qaynar xəttinə zəng vurub şikayət etmişdir. 17 may 2020-ci il tarixdə axşam vaxtı o, evdə olan zaman bundan əvvəl onun evini daşlayan uşaqların yenidən onun evinin qarşısında durub pivə içdiklərini görmüş və onlara oradan ge tməyi təklif etsə də, sonuncular getmək istəmədiklərindən onları qovmuşdur. Bu zaman Məhkum və Təqsirləndirilən şəxs ondan təxminən 15 metr aralaşaraq yerdən iri daş parçalarını götürüb ona tərəf atmağa başlamış, Təqsirləndirilən şəxs isə həmçinin ona taxta parçası da atmışdır. Atılan daşlardan biri onun sağ əlinə, digərləri isə onun darvazasına, taxta isə dodağına dəymiş, bunun da nəticəsində o, barmağından və dodağından xəsarətlər almışdır. Bundan sonra onlar qaçıb evlərinə getmişlər. Təsvir edilən bütün ifadələrin təhlili göstərir ki, Məhkum və Təqsirləndirilən şəxs, hər birisinin istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında verdikləri ifadələri nəinki zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, hətta onların özlərinin müxtəlif vaxtlarda verdikləri ifadələri ilə kəskin ziddiy yət təşkil edir. Məhkəməyədək icraat zamanı zərər çəkmiş Zərərçəkmiş şəxsla Məhkum və Təqsirləndirilən şəxs aralarında üzləşdirmələr keçirilərkən də zərərçəkmiş buna qədər verdiyi ifadələrini təsdiq etsə də, məhkəmələr naməlum səbəblərdən onun bu ifadələrinin bir hissəsini (Məhkum daş atması nəticəsində ona az ağır xəsarət yetirməsi hissəsindən başqa), o cümlədən Təqsirləndirilən şəxs ona taxta atması və dodağından xəsarət alması barədə hissəni sübut kimi qəbul etməkdən imtina etmiş, lakin qəbul etdikləri yekun məhkəmə aktlarında bunun səbəbini göstrməmiş və sübutların kifayətliliyə bağlı gəldikləri nəticəni heç cür izah etməmişlər. Məhkum və Təqsirləndirilən şəxs, hər birisi ayrılıqda məhkəmə iclaslarında verdikləri, yenə də ziddiyyətli olan ifadələrində ibtidai araşdırma zamanı verdiklər i ifadələrini inkar edərək bunun səbəbi kimi müstəntiq tərəfindən tərtib olunmuş protokolları oxumadan imzaladıqlarını bildirsələr də apellyasiya müraciətlərinə məhkəmə istintaqı aprılmaqla baxan apellyasiya instansiyası məhkəməsi onların bu iddialarını yoxlamamış və bu vəziyyətdə yenə heç bir əsaslandırma aparmadan sonuncuların ibtidai araşdırma zamanı deyil, məhkəmə iclaslarında verdiyi ifadələrinə üstünlük vermişdir. Lakin məhkəmənin bu nəticəsi də tam aydın deyil ona görə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəf daş atmasını, Təqsirləndirilən şəxs isə zərər çəkmiş şəxslə əlbayaxa olub dava etməsini etiraf etsələr də, apellyasiya müraciətlərinə məhkəmə baxışı iclasında hər ikisi Zərərçəkmiş şəxs qarşı ümumiyyətlə heç bir zorak ılıq hərəkətləri etmədiklərini bildirmişlər. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsi kimi bir tərəfdən Məhkum bu ifadələrini qəbul etməkdən imtina edərək sonuncunun məhz ibtidai araşdırma zamanı verdiyi ifadələrinin bir hissəsi ilə, yəni onun baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs daş atması və bu əməli nəticəsində sonuncunun sağlamlığına az ağır zərər vurulması ilə nəticələnmiş xəsarətlər yetirməsi barədə ifadələri ilə və bu haqda ibtidai araşdırma orqanının nəticəsi ilə razılaşmış, digər tərəfdən Məhkum və Təqsirləndirilən şəxs heç bir xuliqanlıq əməli törətməmələri barədə də ifadələrini mötəbər sübut kimi qiymətləndirmiş, lakin bununla belə heç bir əsaslandırma aparmadan zərər çəkmiş şəxsin ifadələrini qəbul etməkdən imtina etmiş, bir sübutun digərindən üstün olması səbəblərini isə aydınlaşdırmayaraq gəldiyi nəticəni kifayət qədər əsaslandırmamışdır. Eyni zamanda nə birinci, nə də ki apellyasiya instansiyası məhkəməsi Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş bədən xəsarətləri ilə yanaşı həm də ağırlıq dərəcəsi təyin olunmayan xəsarəti - alt dodağın selikli qişasının səthi əzilmiş yarası alması halına da diqqət yetirməyərək bu xəsarətin yetirilməsi ilə bağlı ibtidai araşdırma zamanı toplanmış sübutlara diqqət yetirməmiş və həmin sübutlara da heç bir qiymət verməmişdir. Halbuki, məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının 18 may 2020-ci il tarixli 736 nömrəli rəyinə əsasən, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - sağ əlin İ daraq sümüyünün sınığı, I barmağının əsas falanqasını n medial tərəfdən sınığının qopması ilə müşayiət olunan sağ əlin arxa səthinin və I barmağının arxa səthinin şişkinliyi, alt dodağın selikli qişasının səthi əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişlər, dərəcələrinə görə alt dodağın selikli qişasının səthi əzilmiş yarası sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcələri təyin olunmur, sağ əlin I daraq sümüyünün sınığı, I barmağının əsas falanqasının medial tərəfdən sınığının qopması ilə müşayiət olunan sağ əlin arxa səthinin və I barmağının arxa səthinin şişkinliyiisə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 17 may 2020-ci il trixdə taxta parçası və daşla vurulan zərbələr nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq onun özü tərəfindən yetirilməsi az inandırıcıdır. Bundan başqa, zərərçəkmiş Zərərçəkmiş şəxs verdiyi ifadələrində dəfələrlə göstərmişdir ki, dodağındakı xəsarəti ona Təqsirləndirilən şəxs üzərinə taxta parçası atmaqla yetirmişdir. Həmçinin Şahid2 ibtidai araşdırma zamanı göstərmişdir ki, 17 may 2020- ci il tarixdə saat təxminən 20 radələrində işdən evə gələrkən bir məktəbdə oxuduğu Məhkum və onun əmisi oğlu Təqsirləndirilən şəxsın Zərərçəkmiş şəxsla mübahisə edərək dalaşdıqlarını, münaqişə yeirnə çatanda Zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxsı qucağında tutub saxladığını, Təqsirləndirilən şəxsın isə onu buraxması üçün ağzına yumruq zərbəsi vurmasını görmüşdür. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsı buraxanda o, və orada olan digər şəxslər Sakitdən sakitləşməyi xahiş etmiş, münaqişə isə təxminən 3-5 dəqiqə çəkmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin münaqişə zamanı Məhkum Zərərçəkmiş şəxs daşla vuraraq ona əlindən xəsarətlər yetirmişdir. Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadələrindən görünür ki, o, Təqsirləndirilən şəxs və sonuncunun əmisi oğlu Məhkum tanıyır və onlarla bir küçədə yaşayır. 17 may 2020-ci il tarixdə saat təxminən saat 20 radələrində o, evdə olan zaman küçədən səs-küy gəldiyini eşidərək oraya çıxmış və bu zaman həmin vaxt Məhkumın və əmisi oğlu Təqsirləndirilən şəxsın hansı səbəbdənsə qonşuları Zərərçəkmiş şəxsla mübahisə edərək dalaşdıqlarını görmüşdür. O, münaqişə yerinə çatanda orada toplaşan şəxslər sonuncuları sakitləşdirib aralarmışlar. Ona görə də hadisə yerində kimin kimi vurduğunu görməmiş, hansı səbəbdən adları göstərilən mübahisə etdiklərini bilməmiş, lakin sonradan Təqsirləndirilən şəxsın əli ilə Sakitin dodağından, Məhkumın isə daşla Sakitin əlindən vuraraq xəsarət yerirdiklərini eşitmişdir. Oxşar ifadələri həmçinin ibtidai aradırma zamanı Şahid3 da vermişdir. Əvvəla bu ifadələrin təhlili göstərir ki, Zərərçəkmiş şəxsla Məhkum və Təqsirləndirilən şəxs aralarında 17 may 2020-ci il tarixdə baş vermiş münaqişə zamanı hadisə yerinə adları yuxarıda göstərilən şəxslərlə yanaşı başqa şəxslər də gəlmiş və məhz onların səyləri nəticəsində münaqişəni dayandırmaq mümkün olmuşdur. Digər tərəfdən, həm bu halla, ha belə göstərilən şahidlərin ibtidai araşdırma zamanı verdikləri ifadələri ilə zərər çəkmiş Zərərçəkmiş şəxs da ifadələri arasında ziddiyyətlərin olmasına baxmayaraq (əsasən sonuncunun dodağından aldığı xəsarətlərin yaranması səbəbi və hadisə yerinə çoxlu şəxslərin toplaşması ilə bağlı) məhkəmələr tərəfindən həmin ziddiyyətlərin aradan qaldırılması üçün heç bir tədbir görməmiş, yəni müvafiq araşdırma aparmamış, baş vermiş hadisə zamanı xuliqanlıq cinayətinin əsas tərkib əlamətlərindən biri olan ictimai qaydanın pozulub-pozulmaması aydınlaşdrılmamışdır. İş materiallarından göründüyü kimi, məhkəmələr yalnız Məhkum və Təqsirləndirilən şəxs ziddiyyətli ifadələrinə əsaslanaraq belə qənaətə gəlmişlər ki, münaqişə vaxtı hadisə yerində münaqişədə iştirak etmiş şəxslərdən başqa heç kim olmamış, bunun la da ictimai qayda pozulmamış, beləliklə də təqsirləndirilən şəxslərin xuliqanlıq cinayətini törətmələri sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası isə hesab edir ki, araşdırılmış sübutların məcmusu belə qənaətə gəlmək üçün kifayət etməmişdir ona görə ki, elə Məhkum və Təqsirləndirilən şəxs, hər birisi ayrı-ayrılıqda verdikdləri ifadələrində ilkin olaraq Məhkumlə Zərərçəkmiş şəxs arasında başlanmış mübahisənin küçədə, yəni ictimai yerdə səs-küyün yayılmasına səbəb olmuşdur. Bu baxımdan həmin vaxt ərazidə yaşayan şəxslərin buna biganə yanaşaraq oraya toplaşmaması barədə sonuncuların verdikləri ifadələri heç də inandırıcı görünmür və əksinə, səs-küyə hadisə yerinə başqa şəxslərin də gələrək onların münaqişənin qarşısını almağa səy göstərmələri məhkəmələr tərəfindən heç bir səbəb göstəril mədən sübut kimi qəbul edilməmiş şahidlər Şahid2, Şahid1 və Şahid3, hər birisinin ayrı-ayrılıqda ibtidai araşdırma zamanı verdikləri ifadələri ilə təsdiq edilir. Qeyd olunanlarla bağlı lazımi araşdırmanın aparılması, araşdırılmış sübutların həm ayrı-ayrılıqda, həm də məcmu şəklində qiymətləndirilməsi zəruri olmuşdur ona görə ki, bu tələb qanunvericiliyin müddəalarından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izahlarından və tövsiylərindən irəli gəlir. Belə ki, CM-nin 221.1-ci maddəsinin dispozisiyasına əsasən, xuliqanlıq cinayəti dedikdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür. Şəxs tərəfindən həm bu, həm də CM-nin 221.2-ci maddəsində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda həmin şəxsin CM-nin 221.3-cü maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Xuliqanlığın əsas tərkibini təsbit edən CM-nin 221.1-ci maddəsinin dispozisiyasından, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Az ərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında, habelə “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsir və şərhlərdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür tə sbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti, onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət sözügedən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdir ib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə aşıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyin i, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meylilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında da göstərilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli n əticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud surətdə pozulması; -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; -vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkə n təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normaları na qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizli k ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-nin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, CM-nin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və y a şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 3-cü bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozması, həmin qayda və normalara etinasızlıq göstərməsi kimi hallar deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa zərər vurma və xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Daha sonra məhkəmə kollegiyası kassasiya müraciətlərinin dəlillərinə cavab olaraq qeyd edir ki, məhkəmə iclaslarında həm Məhkum və Təqsirləndirilən şəxs, həm də şahidlər Şahid2, Şahid1 və Şahid3, hər birisi müstəntiqin onları aldatmasını bil dirib ibtidai araşdırma zamanı verdikləri ifadələrini inkar edərək onların əsl həqiqətdə verdikləri ifadələrinin müstəntiq tərəfindən dindirmə protokollarında düzgün əks olunmadığını, protokolları isə oxumadan imzaladıqlarını bildirsələr də, məhkəmələr bu şəxslərin cinayət təqibinin müxtəlif mərhələlərində müxtəlif məzmunda ifadələr vermələrinə nəzər yetirməyərək onların məhkəmə iclaslarında irəli sürdükləri iddialarını yoxlamamış, ən azından bu iddiaların düzgün olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə ibtidai araşdırmanı aparan müstəntiqin, habelə, şahidlərin göstərdikləri kimi, hadisə yerində olmuş başqa şəxslərin də müəyyən edilərək dindirilmələrini təmin etməmiş, bu haqda dövlət ittihamını müdafiə edən prokurorlara, yaxud da zərər çəkmiş şəxsə təklif irəli sürməmişlər. Hərçənd, adları göstərilən şəxslərin əvvəlki ifadələrinin dəyişdirilməsi səbəblərinin aydınlaşdırılması üçün belə araşdırmanın aparılması labüd olmuşdur, çünki həmin şəxslərin məhkəmə iclaslarında verdikləri ifadələri işin müəyyən edilmiş faktiki halları ilə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs ifadələri və məhkəmə-tibbi ekspertizasının rəyi ilə uzlaşmamışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, yuxarıda ifadələri təsvir edilmiş şəxslər müstəntiq tərəfindən dindirilərkən saxtakarlığa yol verilməsini bildirmələrinə baxmayaraq, cinayət işinin materialları ilə həm belə hal, həm də göstərilən və ya digər istintaq hərəkətlərinin aparılması zamanı onların hər hansı hüquqlarının pozulması, ifadələrinin alınması zamanı onların təsirə, təzyiqə və ya bu kimi başqa qanunsuz hərəkətlərə məruz qalmalar ı müəyyən edilməmiş, sonuncular məhkəmə iclaslarında bununla bağlı heç bir tutarlı dəlil irəli sürməmişlər. Məhkəmələr isə bu halları da yoxlamadan sadəcə olaraq Məhkum, Təqsirləndirilən şəxs, Şahid2, Şahid1 və Şahid3 məhkəmə iclaslarında verdikləri ifadələrini inandırıcı hesab edərək əsasən məhz həmin ifadələrə üstünlük verib onları qəbul etdikləri yekun məhkəmə aktlarının əsası kimi qəbul etmiş, bu ifadələri digər sübütlarla birgə müqayisəli şəkildə tədqiq etməyərək onların qanunvericilikdə nəzərdə tutulmuş qaydada qiymətləndirilməsini aparmamışlar. Daha sonra, məhkəmə kollegiyası kassasiya müraciətlərinə cavab verilməsi üçün yenə də cinayət işinin materiallarına müraciət edərək vurğulamağı lazım bilir ki, həm kassasiya protestinin, həm də kassasiya şikayətinin zərər çəkmiş şəxs Zərərç əkmiş şəxs apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirak etmək və bundan irəli gələn hüquqlarını həyata keçirmək imkanının məhkəmə tərəfindən məhdudlaşdırılması barədə dəlillərini əsaslı hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, həmin iş 06 sentyabr 2022-ci il tarixli hökmdən verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə baxılması üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən 06 oktyabr 2022-ci il tarixdə icraata qəbul edildikdən sonra həmin məhkəmənin apellyasiya müraciətlərinə ilkin baxış iclasının 21 oktyabr 2022-ci il tarixli qərarı ilə müraciətlərə baxılması 04 noyabr 2022-ci il tarixə təyin olunmuş, lakin bundan sonra məhkəmə iclasları 08 iyun 2023-cü il tarixədək müxtəlif səbəblərdən on beş dəfə təxirə salınmış, 12 may 2023-cü il tarixd ə məhkəmə istintaqı yekunlaşdırılmış, 08 iyun 2023-cü il tarixdə isə zərər çəkmiş Zərərçəkmiş şəxs və onun nümayəndəsinin iştirakları olmadan dövlət ittihamçısının, Məhkumun və Təqsirləndirilən şəxs müdafiəçilərinin çıxışları və təqsirləndirilən şəxslərin son sözləri dinlənildikdən sonra iş üzrə yekun qərar qəbul edilmişdir. Apellysiya icraatına aid sənədlərə görə, 30 may 2023-cü il tarxdə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edib məhkəmə iclasının təxirə salındığı 01 iyun 2023cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Elmi Tədqiqat Tibbi Bərpa İnstitunda stasionar müalicədə olacağını, (bu halı, yəni onun həqiqətən 31 may 2023-cü il tarixdən 22 iyun 2023-cü il tarixədək göstərilən tibb müəssisəsində stasionar müalicədə olmasını təsdiq edən tibbi sənədi zərərçəkmiş kassasiya şikayətinə əlavə etmişdir), müalicəsinin təxminən 11 iyun 2023-cü il tarixədək davam edəcəyini, bundan sonra məhkəmə iclasında iştirak etmək istəməsini bildirərək müalicəsi başa çatanadək işə baxılmasının təxirə salınmasını və onun məhkəmə iclasında iştirakının təmin olunmasını xahiş etmişdir. Həmin ərizə Bakı Apellyasiya Məhkəməsinə 30 may 2023-cü il tarixdə daxil olsa da, bu müraciət 01 iyun 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında deyil, 08 iyun 2023-cü il tarixdə, yəni yekun qərarın çıxarıldığı gün müzakirə edilərək təmin olunmamış, lakin bundan əvvəl apellyasiya instansiyası məhkəməsi tərəfindən ərizədə göstərilən hallar, yəni Zərərçəkmiş şəxs həqiqətən üzrlü səbəblərdən məhkəməyə gələ bilməməsi yoxlanılmamış, nəticədə isə digər proses iştirakçıları ilə yanaşı onun d a məhkəmə iclasında iştirak etmək və nitq və replika ilə çıxış etmək hüququ təmin edilməmişdir. Halbuki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. CPM-nin 87.6.11 və 87.6.12-ci maddələrində isə zərər çəkmiş şəxsin birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında və işin materiallarının tədqiqində iştirak etmək və həmin iclaslarda nümayəndəsi olmadıqda nitq və replika söyləmək hüquqları onun ayrılmaz hüquqları kimi təsbit edilmişdir. Bundan başqa, CPM-nin 392.2-ci maddəsinə əsasən, apellyasiya şikayətində və ya apellyasiya protestində məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətinin pisləşməsi barədə məsələ qoyulduqda, yaxud məhkəmə istintaqının aparılması apellyasiya i nstansiyası məhkəməsi tərəfindən zəruri hesab edildikdə, məhkum edilmiş və ya bəraət almış şəxs, onların qanuni nümayəndələri apellyasiya instansiyası məhkəməsinin iclasına mütləq çağırılmalıdırlar. Belə hallarda dövlət ittihamçısı və cinayət prosesində iştirakı məcburi olan müdafiəçilər də çağırılırlar. Apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxsin, habelə apellyasiya instansiyası məhkəməsinin iclasına mütləq çağırılan digər şəxslərin məhkəmə baxışında iştirakı və onların gəlməməsinin nəticələri bu Məcəllənin 311-316-cı maddələrinin tələblərinə müvafiq olaraq müəyyən olunur. CPM-nin 315.1-315.3-cü maddələrinin tələblərinə görə, zərər çəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün m əhkəmə iclaslarında iştirak etmək hüququna malikdir... Zərər çəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Zərər çəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham üzrə məhkəmə baxışı zamanı məhkəmə iclasına təkrarən gəlmədikdə cinayət prosesi tərəflərindən birinin xahişi ilə məhkəmə baxışı yenidən təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Lakin belə hallarda zərər çəkmiş şəxs (xüsusi ittihamçı) məhkəmə iclasına üzrlü səbəblərə görə gəlməsinin təkrarən mümkünsüzlüyünü məhkəmə iclası başlananadək məhkəməyə bildirməmişsə, məhkəmə öz qərarı ilə onun barəsində məcburi gətirilmə haqqında qərar çıxara bilər. Hazırki işin materiallarından göründüyü kimi, zərər çəkmiş Zərərçəkmiş şəxs 01 iyun və 08 iyun 2023-cü il tarixlərdə məhkəmə iclaslarına gəlməsə də, bunun səbəbini məhkəməyə ünvanladığı 30 may 2023-cü il tarixli ərizəsində əsaslandırmış, lakin apellyasiya instansiyası həmin səbəbin mövcudluğunu yoxlamadan son nəticədə onun qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının pozulmasına yol vermişdir. Bunununla yanaşı məhkəmə kollegiyası kassasiya şikayətinə və kassasiya protestinə baxılması ilə əlaqəda r CPM-nin 419.1-ci maddəsinin tələblərinə əsasən həmin müraciətlərin dəlillərindən asılı olmayaraq məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsini də yoxlamış və müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi Məhkum CM-nin 221.3-cü maddəsi ilə bəraət verilməli olması haqda nəticəyə gəldikdən sonra onun törətdiyi cinayət əməlini CM-nin 127.2.3-cü maddəsindən CM-nin 127.1-ci maddəsinə tövsif edib bu maddə ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verməkdə haqlı olmamış, apellyasiya instansiyası məhkəməsi isə aşağıda göstərilənləri nəzərindən qaçıraraq həmin məhkəmənin bu səhv nəticəsi ilə razılaşmışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Məhkum birinci instansiya məhkəməsinin məhkəmə iclasında özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs qəsdən xəsarətlər yetirməmiş, ola bilər ki, sonuncu həmin xəsarətləri onunla dalaşan zaman alsın. Oxşar ifadələri Məhkum həmçinin apellyasiya icraatı zamanı da vermişdir. Bu ifadələrin təhlili göstərir ki, Məhkum Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmasını, yəni CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini etiraf etməmiş və istər o, özü, istərsə də onun müdafiəçiləri onun əməlinin həmin maddə ilə tövsif edilməsini xahiş etməmiş və bu maddə ilə cinayət məsuliyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə cinayət işinin icraatına xitam verilməsi barədə məhkəməyə müraciət etməmiş və buna razılıqlarını ver məmişlər. Məhkəmələr CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriysına aid olmasına, CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsinə görə, habelə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibinə (cinqayət işi üzrə icraata) xitam verilməsi barədə CPM-nin 39.1.3-cü maddəsinin tələbinə əsaslanaraq Məhkum barəsində yuxarıda göstərilən qərarı qəbul edərkən nəzərə almamışlar ki, CPM-nin 43.3-cu maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. CPM-nin 44.2.1-ci maddəsində isə təsbit edilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar (o cümlədən müdafiə tərəfinin razılığı-m.k.) mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi yekun qərarın təhlili göstərir ki, həmin məhkəmə yuxarıda təsvir edilmiş digər çatışmazlıqlara, nöqsanlara və qanun pozutularına yol verməklə yanaşı Binəqədi Rayon Məhkəməsi tərəfindən CPMnin 44.2.1-ci maddəsinin tələblərinə də əməl edilməməsinə diqqət yetirməmiş və bu pozuntuya heç bir münasibət bildirməmişdlir. Bütün təsvir edilənlərdən çıxış edib kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən həm CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş, həm də yuxarıda göstərilən digər pozuntulara yol verilməsini qeyd edərək belə qənaətə gəlir ki, belə pozuntularla qəbul edilmiş yekun qərar qüvvədə saxlanıla bilməz və kassasiya müraciətləri təmin edilməklə həmin qərar ləğv edilməli, cinayət işi isə yeni apellyasiya baxışına qaytarılmalıdır. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını və kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini bir daha nəzərdən keçirib təhlil edərək, həmin müraciətlərin təmin edilməməsi barədə barəsindəki cinayət işini n icraatına xitam verilmiş Məhkum, kassasiya protestinin və kassasiya şikayətinin isə təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək həm kassasiya protestinin, həm də kassasiya şikayətinin təmin edilməsini və Məhkum CM-nin 221.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsinə, törətdiyi cinayət əməlinin CM-nin 127.2.3-cü maddəsindən CM-nin 127.1-ci maddəsinə tövsif edilərək cinayət işinin icraatına CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilməsinə və Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2023-cü il tarixli qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin olunm asını məqsədə müvafiq hesab edir. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutl ardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı İ.F.Yusifovun kassasiya protesti və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndəla birgə verdiyi kassasiya şikayəti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsinə, törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 127.2.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif edilərək cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən xitam verilməsinə və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2023cü il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasya baxışına təyin olunsun.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar