Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2266/2024 10.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-482/2024 nömrəli, 22 may 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1988-ci il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Lerik rayonu, Piran kəndində qeydiyyatda olmaqla yaşamışdır. 2. 10 yanvar 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 24 yanvar 2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallar ına görə Məhkum 2023-cü ilin mart ayının əvvəlindən etibarən Lənkəran rayonu, Şovu kənd sakini olan tanışı Təqsirləndirilən şəxs1 ilə sonuncunun yaşadığı Lənkəran rayonu, Şovu kəndinə qonşu kəndlərin sakinlərinə məxsus olub, yaxın ərazidəki açıq meşəlik sahəyə buraxılmış nəzarətsiz iri-buynuzlu mal-qaranı boynuna ip bağlamaqla əvvəlcədən yaşadığı kəndin yaxınlığından keçən çay kənarına gətirib, sonra oradan birlikdə gizli olaraq talayaraq, satışından qazanc əldə edib öz aralarında bölməklə bağlı razılığa gəlib, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, bu məqsədlə əvvəlcədən əldə olunmuş razılığa və ümumi niyyətə uyğun hərəkət edərək, Təqsirləndirilən şəxs1 2023-cü ilin mart ayının əvvəlində, saat 15 radələrində Lənkəran rayonu, Siyablı kəndinin meşəlik ərazisinə gedib, Lənkə ran rayonu, Rvo kənd sakini Zərərçəkmiş şəxs11 Məmmədtağı oğluna məxsus olub, meşəlik əraziyə otlamağa buraxdığı 1 (bir) baş ağ-qara rəngli, bir yaşlı, diri çəkisi 200 kq, 1000 (min) manat qiymətində iri-buynuzlu yerli cins dişi dananın açıq meşəlik ərazidə otladığını və nəzarətsiz olduğunu müşahidə edib, özü ilə apardığı ipi həmin heyvanın buynuzuna bağlayaraq, əvvəlcədən razılaşdıqları kimi, çay kənarına apardıqdan və ona məlumat verməsindən sonra sonuncu gecə saat 23 radələrində onların əsl niyyətindən xəbərsiz olan qohumu Təqsirləndirilən şəxs2 idarə etdiyi “Qazel” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı yük avtomobilində Lənkəran rayonu, Şovu kəndindəki çay kənarına gəldikdən sonra birlikdə sürücü Təqsirləndirilən şəxs2 bazara satmağa aparmaq istədikləri həmin heyvanı guya kənd sakinindən almaları barədə yalan məlumat verməklə, Zərərçəkmiş şəxs11 Məmmədtağı oğluna məxsus 1000 (min) manat qiymətində dananı gizli olaraq talayıb qeyd olunan yük avtomobilinə mindirməklə, Masallı rayonunda yerləşən “mal bazarı”nda satıb, əldə etdikləri məbləği öz aralarında bölərək, Zərərçəkmiş şəxs11 Məmmədtağı oğluna həmin məbləğdə ziyan vurmaqla, özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talayıb, oğurluq etmişdir. Bundan başqa, o, təkrar 2023-cü ilin mart ayının əvvəlindən etibarən Lənkəran rayonu, Şovu kənd sakini olan tanışı Təqsirləndirilən şəxs1 ilə sonuncunun yaşadığı Lənkəran rayonu, Şovu kəndinə qonşu kəndlərin sakinlərinə məxsus olub, yaxın ərazidəki açıq meşəlik sahəyə buraxılmış nəzarətsiz iri-buynuzlu mal-qaranı boynuna ip bağlamaqla əvvəl cədən yaşadığı kəndin yaxınlığından keçən çay kənarına gətirib, sonra oradan birlikdə gizli olaraq talayaraq, satışından qazanc əldə edib öz aralarında bölməklə bağlı razılığa gəlib, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, bu məqsədlə əvvəlcədən əldə olunmuş razılığa və ümumi niyyətə uyğun hərəkət edərək, Təqsirləndirilən şəxs1 2023-cü ilin mart ayının əvvəlində saat 15 radələrində Lənkəran rayonu, Siyablı kəndinin meşəlik ərazisinə gedib, həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus olub, meşəlik əraziyə otlamağa buraxdığı 1 (bir) baş ağ-qara rəngli, bir il altı ay yaşlı, diri çəkisi 160-170 kq, 1000 (min) manat qiymətində iri-buynuzlu yerli cins erkək dananın açıq meşəlik ərazidə otladığını və nəzarətsiz olduğunu müşahidə edib, özü ilə apardığı ipi həmin heyvanın buynuzuna bağlayaraq, əvvəlcədən razılaşdıqları kimi, çay kənarına apardıqdan və ona məlumat verməsindən sonra sonuncu gecə saat 23 radələrində onların əsl niyyətindən xəbərsiz olan qohumu Təqsirləndirilən şəxs2 idarə etdiyi “Qazel” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı yük avtomobilində Lənkəran rayonu, Şovu kəndindəki çay kənarına gəldikdən sonra birlikdə sürücü Təqsirləndirilən şəxs2 bazara satmağa aparmaq istədikləri həmin heyvanı guya kənd sakinindən almaları barədə yalan məlumat verməklə, Zərərçəkmiş şəxs1 məxsus 1000 (min) manat qiymətində dananı gizli olaraq talayıb qeyd olunan yük avtomobilinə mindirməklə, Salyan rayonunda yerləşən “mal bazarı”nda satıb, əldə etdikləri məbləği öz aralarında bölərək, Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmaqla, özgənin əmlakını təkrar qabaqcadan əl bir olan bir qrup şəxs halında gizli olaraq talayıb, oğurluq etmişdir. Bundan başqa o, təkrar 2023-cü ilin mart ayının əvvəlindən etibarən Lənkəran rayonu, Şovu kənd sakini olan tanışı Təqsirləndirilən şəxs1 ilə sonuncunun yaşadığı Lənkəran rayonu, Şovu kəndinə qonşu kəndlərin sakinlərinə məxsus olub, yaxın ərazidəki açıq meşəlik sahəyə buraxılmış nəzarətsiz iri-buynuzlu mal-qaranı boynuna ip bağlamaqla əvvəlcədən yaşadığı kəndin yaxınlığından keçən çay kənarına gətirib, sonra oradan birlikdə gizli olaraq talayaraq, satışından qazanc əldə edib öz aralarında bölməklə bağlı razılığa gəlib, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, bu məqsədlə əvvəlcədən əldə olunmuş razılığa və ümumi niyyətə uyğun hərəkət edərək, Təqsirləndirilən şəxs1 2023-cü ilin mart ayının əvvəlində saat 15 radələrində Lənkəran rayonu, Siyablı kəndinin meşəlik ərazisinə gedib, həmin kənd sakini Zərərçəkmiş şəxs2 məxsus olub, meşəlik əraziyə otlamağa buraxdığı 1 (bir) baş qara rəngli, dönmə cins, beş yaşlı, diri çəkisi, təxminən, 250-260 kq, 1500 (bir min beş yüz) manat qiymətində inəyin açıq meşəlik ərazidə otladığını və nəzarətsiz olduğunu müşahidə edib, özü ilə apardığı ipi həmin heyvanın buynuzuna bağlayaraq, əvvəlcədən razılaşdıqları kimi, çay kənarına apardıqdan və ona məlumat verməsindən sonra sonuncu gecə saat 23 radələrində onların əsl niyyətindən xəbərsiz olan qohumu Təqsirləndirilən şəxs2 idarə etdiyi “Qazel” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı yük avtomobilində Lənkəran rayonu, Şovu kəndindəki çay kənarına gəldikdən sonra birlikdə sürücü Təqsirləndirilən şəxs2 bazara sat mağa aparmaq istədikləri həmin heyvanı guya kənd sakinindən almaları barədə yalan məlumat verməklə, Zərərçəkmiş şəxs2 məxsus 1500 (bir min beş yüz) manat qiymətində inəyi gizli olaraq talayıb qeyd olunan yük avtomobilinə mindirməklə, Salyan rayonunda yerləşən “mal bazarı”nda satıb, əldə etdikləri məbləği öz aralarında bölərək, Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vurmaqla, özgənin əmlakını təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talayıb, oğurluq etmişdir. Bundan başqa o, təkrar 2023-cü ilin mart ayının əvvəlindən etibarən Lənkəran rayonu, Şovu kənd sakini olan tanışı Təqsirləndirilən şəxs1 ilə sonuncunun yaşadığı Lənkəran rayonu, Şovu kəndinə qonşu kəndlərin sakinlərinə məxsus olub, yaxın ərazidəki açıq meşəlik sahəyə buraxılmış nəzarətsiz iri-buynuzlu mal-qaranı boynuna ip bağlamaqla əvvəlcədən yaşadığı kəndin yaxınlığından keçən çay kənarına gətirib, sonra oradan birlikdə gizli olaraq talayaraq, satışından qazanc əldə edib öz aralarında bölməklə bağlı razılığa gəlib, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, bu məqsədlə əvvəlcədən əldə olunmuş razılığa və ümumi niyyətə uyğun hərəkət edərək, Təqsirləndirilən şəxs1 2023-cü ilin mart ayının əvvəlində saat 15 radələrində Lənkəran rayonu, Siyablı kəndinin meşəlik ərazisinə gedib, rayonun Daştatük kənd sakini Zərərçəkmiş şəxs4 məxsus olub, meşəlik əraziyə otlamağa buraxdığı 1 (bir) baş boz rəngli, yerli cins, iki yaşlı, diri çəkisi, təxminən, 250 kq, 1500 (bir min beş yüz) manat qiymətində inəyin açıq meşəlik ərazidə otladığını və nəzarətsiz olduğunu müşahidə edib, özü ilə apardığı ipi hə min heyvanın buynuzuna bağlayaraq, əvvəlcədən razılaşdıqları kimi, çay kənarına apardıqdan və ona məlumat verməsindən sonra sonuncu gecə saat 23 radələrində onların əsl niyyətindən xəbərsiz olan qohumu Təqsirləndirilən şəxs2 idarə etdiyi “Qazel” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı yük avtomobilində Lənkəran rayonu, Şovu kəndindəki çay kənarına gəldikdən sonra birlikdə sürücü Təqsirləndirilən şəxs2 bazara satmağa aparmaq istədikləri həmin heyvanı guya kənd sakinindən almaları barədə yalan məlumat verməklə, Zərərçəkmiş şəxs4 məxsus 1500 (bir min beş yüz) manat qiymətində inəyi gizli olaraq talayıb qeyd olunan yük avtomobilinə mindirməklə, Masallı rayonunda yerləşən “mal bazarı”nda satıb, əldə etdikləri məbləği öz aralarında bölərək, Zərərçəkmiş şəxs4 həmin məbləğdə ziyan vurmaqla, öz gənin əmlakını təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talayıb, oğurluq etmişdir. Bundan başqa o, təkrar 2023-cü ilin mart ayının əvvəlindən etibarən Lənkəran rayonu, Şovu kənd sakini olan tanışı Təqsirləndirilən şəxs1 ilə sonuncunun yaşadığı Lənkəran rayonu, Şovu kəndinə qonşu kəndlərin sakinlərinə məxsus olub, yaxın ərazidəki açıq meşəlik sahəyə buraxılmış nəzarətsiz iri-buynuzlu mal-qaranı boynuna ip bağlamaqla əvvəlcədən yaşadığı kəndin yaxınlığından keçən çay kənarına gətirib, sonra oradan birlikdə gizli olaraq talayaraq, satışından qazanc əldə edib öz aralarında bölməklə bağlı razılığa gəlib, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, bu məqsədlə əvvəlcədən əldə olunmuş razılığa və ümumi niyyətə uyğun hərəkət edərək, Təqsirləndirilən şəxs1 2023-cü ilin mart ayının əvvəlində saat 15 radələrində Lənkəran rayonu, Siyablı kəndinin meşəlik ərazisinə gedib, rayonun Daştatük kənd sakini Zərərçəkmiş şəxs5 məxsus olub, meşəlik əraziyə otlamağa buraxdığı 1 (bir) baş sarımtıl rəngli, beş yaşlı, yerli cinsli, diri çəkisi, təxminən, 250 kq, 1500 (bir min beş yüz) manat qiymətində inəyin açıq meşəlik ərazidə otladığını və nəzarətsiz olduğunu müşahidə edib, özü ilə apardığı ipi həmin heyvanın buynuzuna bağlayaraq, əvvəlcədən razılaşdıqları kimi, çay kənarına apardıqdan və ona məlumat verməsindən sonra sonuncu gecə saat 23 radələrində onların əsl niyyətindən xəbərsiz olan qohumu Təqsirləndirilən şəxs2 idarə etdiyi “Qazel” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı yük avtomobilində Lənkəran rayonu, Şovu kəndindəki çay kənarına gəldikdən sonra b irlikdə sürücü Təqsirləndirilən şəxs2 bazara satmağa aparmaq istədikləri həmin heyvanı guya kənd sakinindən almaları barədə yalan məlumat verməklə, Zərərçəkmiş şəxs5 məxsus 1500 (bir min beş yüz) manat qiymətində inəyi gizli olaraq talayıb qeyd olunan yük avtomobilinə mindirməklə, Masallı rayonunda yerləşən “mal bazarı”nda satıb, əldə etdikləri məbləği öz aralarında bölərək, Zərərçəkmiş şəxs5 həmin məbləğdə ziyan vurmaqla, özgənin əmlakını təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talayıb, oğurluq etmişdir. Bundan başqa o, təkrar 2023-cü ilin mart ayının əvvəlindən etibarən Lənkəran rayonu, Şovu kənd sakini olan tanışı Təqsirləndirilən şəxs1 ilə sonuncunun yaşadığı Lənkəran rayonu, Şovu kəndinə qonşu kəndlərin sakinlərinə məxsus olub, yaxın ərazidəki açıq meşəlik sahə yə buraxılmış nəzarətsiz iri-buynuzlu mal-qaranı boynuna ip bağlamaqla əvvəlcədən yaşadığı kəndin yaxınlığından keçən çay kənarına gətirib, sonra oradan birlikdə gizli olaraq talayaraq, satışından qazanc əldə edib öz aralarında bölməklə bağlı razılığa gəlib, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, bu məqsədlə əvvəlcədən əldə olunmuş razılığa və ümumi niyyətə uyğun hərəkət edərək, Təqsirləndirilən şəxs1 2023-cü ilin mart ayının əvvəlində saat 15 radələrində Lənkəran rayonu, Siyablı kəndinin meşəlik ərazisinə gedib, həmin kənd sakini Zərərçəkmiş şəxs3 məxsus olub, meşəlik əraziyə otlamağa buraxdığı 1 (bir) qara rəngdə, yerli cins, beş yaşlı, diri çəkisi, təxminən, 250 kq, 1300 (bir min üç yüz) manat qiymətində inəyin açıq meşəlik ərazidə otladığını və nəzarətsiz olduğunu müşa hidə edib, özü ilə apardığı ipi həmin heyvanın buynuzuna bağlayaraq, əvvəlcədən razılaşdıqları kimi, çay kənarına apardıqdan və ona məlumat verməsindən sonra sonuncu gecə saat 23 radələrində onların əsl niyyətindən xəbərsiz olan qohumu Təqsirləndirilən şəxs2 idarə etdiyi “Qazel” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı yük avtomobilində Lənkəran rayonu, Şovu kəndindəki çay kənarına gəldikdən sonra birlikdə sürücü Təqsirləndirilən şəxs2 bazara satmağa aparmaq istədikləri həmin heyvanı guya kənd sakinindən almaları barədə yalan məlumat verməklə, Zərərçəkmiş şəxs3 məxsus 1300 (bir min üç yüz) manat qiymətində inəyi gizli olaraq talayıb qeyd olunan yük avtomobilinə mindirməklə, Cəlilabad rayonunda yerləşən “mal bazarı”nda satıb, əldə etdikləri məbləği öz aralarında bölərək, Zərərçəkmiş şəxs 3 həmin məbləğdə ziyan vurmaqla, özgənin əmlakını təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talayıb, oğurluq etmişdir. Bundan başqa o, təkrar 2023-cü ilin mart ayının əvvəlindən etibarən Lənkəran rayonu, Şovu kənd sakini olan tanışı Təqsirləndirilən şəxs1 ilə sonuncunun yaşadığı Lənkəran rayonu, Şovu kəndinə qonşu kəndlərin sakinlərinə məxsus olub, yaxın ərazidəki açıq meşəlik sahəyə buraxılmış nəzarətsiz iri-buynuzlu mal-qaranı boynuna ip bağlamaqla əvvəlcədən yaşadığı kəndin yaxınlığından keçən çay kənarına gətirib, sonra oradan birlikdə gizli olaraq talayaraq, satışından qazanc əldə edib öz aralarında bölməklə bağlı razılığa gəlib, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, bu məqsədlə əvvəlcədən əldə olunmuş razılığa və ümumi niyyətə uyğun hərəkət edə rək, Təqsirləndirilən şəxs1 2023-cü ilin mart ayının əvvəlində saat 15 radələrində Lənkəran rayonu, Siyablı kəndinin meşəlik ərazisinə gedib, həmin kənd sakini Zərərçəkmiş şəxs6 məxsus olub, meşəlik əraziyə otlamağa buraxdığı 1 (bir) sarı rəngli, 4-5 yaşlı, dönmə cinsli, diri çəkisi, təxminən, 250 kq, 1300 (bir min üç yüz) manat qiymətində boğaz inəyin açıq meşəlik ərazidə otladığını və nəzarətsiz olduğunu müşahidə edib, özü ilə apardığı ipi həmin heyvanın buynuzuna bağlayaraq, əvvəlcədən razılaşdıqları kimi, çay kənarına apardıqdan və ona məlumat verməsindən sonra sonuncu gecə saat 23 radələrində onların əsl niyyətindən xəbərsiz olan qohumu Təqsirləndirilən şəxs2 idarə etdiyi “Qazel” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı yük avtomobilində Lənkəran rayonu, Şovu kəndindəki çay kənarın a gəldikdən sonra birlikdə sürücü Təqsirləndirilən şəxs2 bazara satmağa aparmaq istədikləri həmin heyvanı guya kənd sakinindən almaları barədə yalan məlumat verməklə, Zərərçəkmiş şəxs6 məxsus 1300 (bir min üç yüz) manat qiymətində inəyi gizli olaraq talayıb qeyd olunan yük avtomobilinə mindirməklə, Salyan rayonunda yerləşən “mal bazarı”nda satıb, əldə etdikləri məbləği öz aralarında bölərək, Zərərçəkmiş şəxs6 həmin məbləğdə ziyan vurmaqla, özgənin əmlakını təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talayıb, oğurluq etmişdir. Bundan başqa o, təkrar 2023-cü ilin mart ayının əvvəlindən etibarən Lənkəran rayonu, Şovu kənd sakini olan tanışı Təqsirləndirilən şəxs1 ilə sonuncunun yaşadığı Lənkəran rayonu, Şovu kəndinə qonşu kəndlərin sakinlərinə məxsus olub, yaxın ərazidək i açıq meşəlik sahəyə buraxılmış nəzarətsiz iri-buynuzlu mal-qaranı boynuna ip bağlamaqla əvvəlcədən yaşadığı kəndin yaxınlığından keçən çay kənarına gətirib, sonra oradan birlikdə gizli olaraq talayaraq, satışından qazanc əldə edib öz aralarında bölməklə bağlı razılığa gəlib, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, bu məqsədlə əvvəlcədən əldə olunmuş razılığa və ümumi niyyətə uyğun hərəkət edərək, Təqsirləndirilən şəxs1 2023-cü ilin mart ayının əvvəlində saat 15 radələrində Lənkəran rayonu, Siyablı kəndinin meşəlik ərazisinə gedib, Lənkəran rayonu Əşlə kənd sakini X1 məxsus olub, meşəlik əraziyə otlamağa buraxdığı 1 (bir) baş, qırmızı rəngli, yerli cins, üç yaşlı, diri çəkisi, təxminən, 240 kq, 1200 (bir min iki yüz) manat qiymətində inəyin açıq meşəlik ərazidə otladığını və nəzarətsiz olduğunu müşahidə edib, özü ilə apardığı ipi həmin heyvanın buynuzuna bağlayaraq, əvvəlcədən razılaşdıqları kimi, çay kənarına apardıqdan və ona məlumat verməsindən sonra sonuncu gecə saat 23 radələrində onların əsl niyyətindən xəbərsiz olan qohumu Təqsirləndirilən şəxs2 idarə etdiyi “Qazel” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı yük avtomobilində Lənkəran rayonu, Şovu kəndindəki çay kənarına gəldikdən sonra birlikdə sürücü Təqsirləndirilən şəxs2 bazara satmağa aparmaq istədikləri həmin heyvanı guya kənd sakinindən almaları barədə yalan məlumat verməklə, X1 məxsus 1200 (bir min iki yüz) manat qiymətində inəyi gizli olaraq talayıb qeyd olunan yük avtomobilinə mindirməklə, Salyan rayonunda yerləşən “mal bazarı”nda satıb, əldə etdikləri məbləği öz aralarında bölərək, zərərç əkmiş şəxs X1 həmin məbləğdə ziyan vurmaqla, özgənin əmlakını təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talayıb, oğurluq etmişdir. Bundan başqa o, təkrar 2023-cü ilin mart ayının əvvəlindən etibarən Lənkəran rayonu, Şovu kənd sakini olan tanışı Təqsirləndirilən şəxs1 ilə sonuncunun yaşadığı Lənkəran rayonu, Şovu kəndinə qonşu kəndlərin sakinlərinə məxsus olub, yaxın ərazidəki açıq meşəlik sahəyə buraxılmış nəzarətsiz iri-buynuzlu mal-qaranı boynuna ip bağlamaqla əvvəlcədən yaşadığı kəndin yaxınlığından keçən çay kənarına gətirib, sonra oradan birlikdə gizli olaraq talayaraq, satışından qazanc əldə edib öz aralarında bölməklə bağlı razılığa gəlib, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, bu məqsədlə əvvəlcədən əldə olunmuş razılığa və ümumi niyyətə uyğun hərəkət edərək, Təqsirləndirilən şəxs1 2023-cü ilin mart ayının əvvəlində saat 15 radələrində Lənkəran rayonu, Siyablı kəndinin meşəlik ərazisinə gedib, Lənkəran rayonu Əşlə kənd Zərərçəkmiş şəxs8 məxsus olub, meşəlik əraziyə otlamağa buraxdığı 1 (bir) baş sarı rəngli, yerli cins, 5 yaşlı, diri çəkisi, təxminən, 250 kq, 1500 (bir min beş yüz) manat qiymətində boğaz inəyin açıq meşəlik ərazidə otladığını və nəzarətsiz olduğunu müşahidə edib, özü ilə apardığı ipi həmin heyvanın buynuzuna bağlayaraq, əvvəlcədən razılaşdıqları kimi, çay kənarına apardıqdan və ona məlumat verməsindən sonra sonuncu gecə saat 23 radələrində onların əsl niyyətindən xəbərsiz olan qohumu Təqsirləndirilən şəxs2 idarə etdiyi “Qazel” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı yük avtomobilində Lənkəran rayonu, Şovu k əndindəki çay kənarına gəldikdən sonra birlikdə sürücü Təqsirləndirilən şəxs2 bazara satmağa aparmaq istədikləri həmin heyvanı guya kənd sakinindən almaları barədə yalan məlumat verməklə, Zərərçəkmiş şəxs8 məxsus 1500 (bir min beş yüz) manat qiymətində inəyi gizli olaraq talayıb qeyd olunan yük avtomobilinə mindirməklə, Masallı rayonunda yerləşən “mal bazarı”nda satıb, əldə etdikləri məbləği öz aralarında bölərək, Zərərçəkmiş şəxs8 həmin məbləğdə ziyan vurmaqla, özgənin əmlakını təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talayıb, oğurluq etmişdir. Bundan başqa o, təkrar 2023-cü ilin mart ayının əvvəlində Lənkəran rayonu, Şovu kənd sakini olan tanışı Təqsirləndirilən şəxs1 ilə özünün yaşadığı Lənkəran rayonu, Şovu kəndinə qonşu kəndlərin sakinlərinə məxsus olub, yaxın ərazidəki açıq meşəlik sahəyə buraxılmış nəzarətsiz iri-buynuzlu mal-qaranı eyni üsulla gizli olaraq talayaraq, satışından qazanc əldə edib öz aralarında bölməklə bağlı razılığa gəlib, 2023-cü ilin sentyabr ayının ortalarında qohumu Təqsirləndirilən şəxs2 bu barədə bildirməsi və sonuncunun ona edilmiş təkliflə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, bu məqsədlə əvvəlcədən əldə olunmuş razılığa və ümumi niyyətə uyğun hərəkət edərək Təqsirləndirilən şəxs1 2023-cü il sentyabr ayının ortalarında, saat 15 radələrində Lənkəran rayonu Siyablı kəndinin əhatəsində yerləşən meşə sahəsinə gedib, Lənkəran rayonu Daşdatük kənd sakini Zərərçəkmiş şəxs4 məxsus olub, meşəlik əraziyə otlamağa buraxdığı 1 (bir) baş, sarı rəngli, yerli cins, 6 yaşlı, diri çəkisi, təxminən, 250 kq, 1500 manat qiymətində inəyin açıq meşəlik ərazidə otladığını və nəzarətsiz olduğunu müşahidə edib, özü ilə apardığı ipi həmin heyvanın buynuzuna bağlayaraq, əvvəlcədən razılaşdıqları kimi, çay kənarına apardıqdan və ona məlumat verməsindən sonra qrupun digər üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə saat 23 radələrində sonuncunun idarə etdiyi “Qazel” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı yük avtomobilində Lənkəran rayonu, Şovu kəndindəki çay kənarına gəldikdən sonra birlikdə Zərərçəkmiş şəxs4 məxsus 1500 (bir min beş yüz) manat qiymətində inəyi gizli olaraq talayıb qeyd olunan yük avtomobilinə mindirməklə, Masallı rayonunda yerləşən “mal bazarı”nda satıb, əldə etdikləri məbləği öz aralarında bölərək, Zərərçəkmiş şəxs4 həmin məbləğdə ziyan vurmaqla, özgənin əmlakını təkrar qabaqcadan ə lbir olan bir qrup şəxs halında gizli olaraq talayıb, oğurluq etmişdir.
5. Lənkəran Rayon Məhkəməsinin 1(049)-81/2024 nömrəli, 13 mart 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 25 sentyabr 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut və digər məsələlər həll edilmişdir.
6. Həmin hökmlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da təqsirli bilinərək məhkum edilmişlər.
7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Həbibov Vəliə həd Heydər oğlu apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-482/2024 nömrəli, 22 may 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 1(049)-81/2024 nömrəli, 13 mart 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, ailə vəziyyəti, yəni himayəsində 3 azyaşlı övladının, yaşlı və xəstə anasının olması, eləcə də onun ailəsində yeganə qazanc gətirən şəxs olması kimi cəzasını yüngülləşdirən hallar məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Göstərlənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-482/2024 nömrəli, 22 may 2024-cü il tarixli qərarının dəyişdirilməsi, cəzasının yüngülləşdirilərək, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetin i qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi no rmaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Kassasiya şikayətində Məhkum ona təyin edilmiş cəzanın ağır olduğunu iddia edib daha yüngül cəza təyin edilməsini xahiş edərək, mübahisələndirdiyi qərarın ləğv edilməsini tələb edən əsas kimi faktiki olaraq məhkəmənin sübutları tədqiq etməməsinə, yəni Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci mad dəsində nəzərdə tutulmuş hala istinad etmişdir.
17. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-482/2024 nömrəli, 22 may 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
19. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bi linən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
20. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
21. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azad lıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
23. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar d a elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
24. İstinad edilənlərə əsaslanmaqla Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğ undur.
25. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilindiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aid edilmiş, həmin maddələrin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
26. İş materiallarından göründüyü kimi, məhkəmələr Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən hallar olaraq himayəsində yetkinlik yaşına çatmayan övladlarının olması, yaşadığı yer üzrə müsbət x arakterizə olunması, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyası həddində - 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, bununla da Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.
27. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
28. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirini n təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
29. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
30. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-482/2024 nömrəli, 22 may 2024-cü il ta rixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-482/2024 nömrəli, 22 may 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.