Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2267/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məmmədəli oğlunun, Məhkum - Məhkum, Müdafiəçilər – Abşeron rayon Vəkil Bürosunun vəkilləri Məmmədov Elşad Bərşad oğlunun və Hüseynov Əli Meybulla oğ lunun iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Məmmədov Elşad Bərşad oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 1(005)23/2023 nömrəli (hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi) hökmü ilə 6 fevral 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmdən narazı qalan məhkum edilmiş şəxsin müdafiəçisi Hüseynov Əli Meybulla oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: A bbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Qaraqurbanlı Ramin Afad oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət məhkəmə tərkibində) 5 aprel 2023-cü il tarixli 1(103)-687/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Məmmədov Elşad Bərşad oğlu kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum, 15 yanvar 2022-ci il tarixdə saat 20:38:53-də nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Opel Meriva minik” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Binəqədi rayonu istiqamətindən “Koroğlu” metrostansiyası istiqamətinə doğru saatda 60 km sürətlə hərəkət edərkən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2096 ünvanının qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyərək həmin qaydaları pozmaqla idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə yolu sağdan sola keçən p iyada 1992-ci il təvəllüdlü X6 vuraraq X-a dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan açıq kəllə-beyin travması, kəllə-tağı və əsası sümüklərinin çoxsaylı qəlpəli açıq sınıqları, baş beyin və qişalarına qansızma, ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol göz ətrafı nahiyənin hematoması, üst və alt göz qapaqlarının qançırları, başın təpə nahiyəsinin, sol gicgah nahiyəsinin, burun ucunun, sol diz oynağının, sağ baldırın sıyrılmış yaraları xəsarətlərini yetirmişdir ki, nəticədə Məhkum ehtiyatsızlığından X aldığı kəllə tağı və əsası sümüklərinin sınığı nəticəsində baş beyin toxumasının əzilməsi, yan mədəciklərə və qişaları altına qansızma kimi xəsarətlər zərərç əkmiş X2 15 yanvar 2022-ci il tarixdə saat 21:10-da X22 ölümünə səbəb olmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Müdafiəçi Məmmədov Elşad Bərşad oğlu tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyasının Məhkum barəsindəki qərarı əsassız olduğundan ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq əsassız ittiham edilmiş, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, videogörüntüyə baxış keçirərək müəyy ən olunur ki, mərhum piyada X9 istintaqçının ekspertizanın keçirilməsi haqqındakı öz qərarında göstərdiyi kimi yolu adi yerişli hərəkətlə yox, birmənalı şəkildə iti qaçış sürətinin yuxarı həddinə uyğun sürətlə qaçıb keçməyə cəhd edir. Hadisə yerinə baxış protokolundan görünür ki, bir istiqamətdə hərəkət hissəsinin ümumi eni 32 metr olmaqla, 6 hərəkət zolağından ibarətdir, yəni 1 hərəkət zolağının eni 5,3 metrdir. Belə bir hərəkət zolağı standartı nəzərdə tutulmamışdır və bu səbəbdən də hadisə yerinə təkrar baxış keçirilməlidir. Hadisə yerinə baxış protokoluna əlavə edilmiş sxemdən görünür ki, bir istiqamətdə hərəkət hissəsi 6 yox, 7 hərəkət zolağından ibarətdir. Belə olan halda 1 hərəkət zolağının eni 4,57 metr təşkil edir. Bu məsələyə aydınlıq gətirilməlidir. Bundan başqa hadisə yerinin i stintaqçı tərəfindən tərtib edilmiş sxemindən görünür ki, guya piyada avtomobilin hərəkəti istiqamətində soldan sağa doğru 2-ci hərəkət zolağında vurulmuşdur. Halbuki videogörüntüdən açıq-aşkar görünür ki, təqsirləndirilən şəxs piyadanı vurmazdan əvvəl sol kənar zolaqla hərəkətdə olmuş və piyada həmin zolağa daxil olarkən avtomaşın onu vurmuşdur. Hadisənin videogörüntüsü ilə müstəntiqin tərtib etdiyi prosessual sənədlər arasında kəskin ziddiyyətlər var. Müstəntiq dindirilməklə bu ziddiyyətlər aradan qaldırılmalıdır. İstintaqçının hadisənin videogörüntüsü yazıldığı və cinayət işinin materiallarına əlavə edilmiş «DVD» diskinə zərərçəkmiş şəxsin hüquqi varisi və təqsirləndirilən şəxsin iştirakları ilə ayrı-ayrılıqda baxış keçirməsi haqqında tərtib etdiyi protokollar da göstərilənlərdən fərqli olaraq, müəyyən olunmuşdur ki, piyada vurulmazdan əvvəl qarşıda gedən çoxsaylı avtomaşınların qarşısından təqsirləndirilən şəxsin hərəkət zolağına doğru iti sürətlə qaçaraq çıxır və yalnız vurulma nöqtəsinə bir hərəkət zolağı enində məsafə qalmış, yəni vurulduğu nöqtəyə təxminən 4 metr qalmış təqsirləndirilən şəxsin piyadanın iti sürətlə sağdan sola doğru, yəni onun hərəkət zolağına doğru qaçmasını görmək imkanı olmuş və onu görmüşdür. Həmin ana qədər təqsirləndirilən şəxsin ondan sağda hərəkətdə olan çoxsaylı avtomaşınların hərəkətdə olmaları səbəbindən, onun piyadanı hərəkət hissəsində görmək imkanı olmamışdır. Yəni, ilk növbədə istintaqçı protokolların hər ikisində hadisənin baş verdiyi yolda, hadisə zamanı avtomobil axınının olmasını göstərmir və elə bir görüntü yaratmağa çalışır ki, eni 32 metr olan yolda piyada və təqsirləndirilən şəxsin idarə etdiyi avtomaşından başqa, heç bir nəqliyyat vasitəsi olmamışdır. Videogörüntüdən görünür ki, piyadanı vurmazdan əvvəl təqsirləndirilən şəxsin avtomaşınının sürəti 60 km/saat yox, 90-95 km/saat olmuşdur. Ona görə ki, 6-7 hərəkət zolağına malik yolda, avtomobil axınının mövcud olduğu bir vaxtda soldan birinci, yəni ötmə zolağında avtomobillərin 60 km/saat sürətlə hərəkət etməsi qeyri-realdır. Ona görə ki, belə hərəkət ötmə zolağında hərəkətdə olan digər avtomobillərin hərəkti üçün həm çox ciddi maneə olardı, həm də təhlükə yaradardı. Təqsirləndirilən şəxsin avtomaşınının hadisə zamanı 60 km/saat yox, ondan əhəmiyyətli dərəcədə yüksək sürətlə hərəkətdə olmasını istənilən sürücü adi gözlə də müəyyən edə bilər. Hərçənd bu video-t exniki espertizanın araşdırma predmetidir və həmin avtomaşının sürətini yalnız video-texniki ekspertiza tam dəqiqliklə müəyyən edə bilər. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2023-cü il tarixli qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində məhkum və müdafiəçiləri ayrı-ayrılıqda kassasiya şikayətinin dəlillərinə uyğun eyni məzmunlu çıxış edərək, kassasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prok uroru X14 çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2023-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçinin verdiyi kassasiya şikayətində Məhkum barəsində olan iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı, sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmə dikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2023cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Kassasiya şikayətinin dəlillərindən müəyyən olunduğu kimi, Məhkum ona verilmiş ittiham, yəni avtomobili idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərə rçəkmiş şəxsin ölümünə səbəb olma ilə bağlı heç bir cinayət xarakterli hərəkətlərə yol vermədiyini, əsassız və qanunsuz olaraq (təqsirliliyi sübuta yetirilmədən) məhkum edilməsi barədə iddialarını məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi və yeni faktlar müəyyən edilməsi üzərində qurmuşdur. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sü buta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinə baxarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdikləri faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsində əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçü n mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş v ə Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Kassasiya məhkəmə kollegiyası fikri davam etdirərək qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyi nə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 34 9.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlü yü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, istintaq orqanı tərəfindən X13 verilmiş avtomobil idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərç əkmiş şəxsin ölümünə səbəb olması və bu nəticənin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması ilə bağlı ittihamlar ibtidai istintaq zamanı toplanmış materiallarla, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, tədqiq edilmiş sübutların məcmusu ilə öz təsdiqini tapmamışdır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Ali Məhkəmənin Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarının 12-ci bəndində deyilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsasl ı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi video-müşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlil ik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Sübutlar qiymətləndirilərkən iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirilməlidir. Belə ki, cinayət işinin materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 15 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİnin İŞ-nin müstəntiqi X15 tərəfindən baxışda iştirak edən şəxslərin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış Bakı şəhəri, Nərimaov rayonu, Z.Bünyadov prospekti, 2096 ünvanında həyata keçirilmişdir. Y olun hərəkət hissəsi üfüqi, örtüyün vəziyyəti quru, yol örtüyünün eni 32m+24m, hərəkət zolaqlarının sayı 6, hərəkət hissəsinin eni 32 metrdir. Hərəkət hissədə qarşı-qarşıya nəqliyyat axınını ayıran səki var. Hərəkət hissəyə sağdan və soldan səki birləşir. Hərəkət nizamlanmayandır. Yol nişanları zonası yoxdur. Yol şəhər elektrik işığı ilə işıqlandırılmışdır. Vurulan piyadaların sayı bir nəfərdir. Piyada yolu sağdan sola keçərkən 29 m məsafədə vurulmuşdur. Piyadanın hərəkət istiqaməti sağdan sola doğru düzünədir. Hadisə yerində nəqliyyat vasitələrinin vəziyyəti baxışdan əvvəl hadisə yerindən təxliyə edilmişdir. Şinlərin izləri yoxdur. Tormozlama izləri, nəqliyyat vasitələrinin hərəkət istiqaməti əlamətləri, nəqliyyat vasitəsinin sınmış və itmiş hissələrinin mövcudluğu, nəqliyyat vasitələrini n ətrafdakı əşyalara toxunma izləri, digər izlər izlərin (qan, əl-barmaq) götürülməsi haqqında məlumat yoxdur. Hadisə DİN-nin “TŞ-6”-061-2 kamerası ilə qeydə alınması mümkündür. Həmçinin, cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” 16 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi X15 Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrini rəhbər tutub həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Məhkum və hal şahidlərinin iştirakları ilə piyadanın vurulması ilə əlaqədar olaraq “Opel Meriva minik” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilə cərimə meydançasında baxış keçirmişdir. Baxış zamanı müəyyən olundu: “Opel Meriva minik” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilə gecə vaxtı, açı q havada, süni işıqlandırma şəraitində baxış aparılmışdır. Avtomobil 2008-ci il buraxılışlı olmaqla universal tiplidir, boz-mavi metalik rənglidir. Mühərrikin iş həcmi 1248 sm3-dir. Avtomobilin qabaq sağ qanadı, ön buferinin sağ hissəsi, sağ ön fənərinin şüşəsi sınmış vəziyyətdədir. Ön şüşəsinin sağ tərəfi sınmış və çatlamış, ön kapotu əyilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən əşya və dəlil götürülməmişdir. Protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən əlavə və qeyd daxil olmamış, imzalarla təsdiq olunmuşdur. Baxış zamanı “Canon” markalı rəqəmsal fotoaparatdan istifadə olunmuşdur. O cümlədən, cinayət işinin materiallarında olan “Baxış aparılması haqqında” 9 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi X15 icraatında Azə rbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236.1-ci maddələrinin tələblərini rəhbər tutub həmin protokolu ondan ötrü tərtib etmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakı ilə Azərbaycan Respublikası DİN-nin Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş TŞ 6-061 nömrəli kamerası ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmış videogörüntülər olan 1 ədəd “DVD” diskə “HP” markalı kompyuterdən istifadə etməklə X1 iştirakı ilə baxış aparmışdır. Baxışa başlanmazdan əvvəl baxış iştirakçılarına onların Azərbaycan Respublikası CMP-nin 236-cı maddəsi ilə nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Baxış zamanı məlum olundu: “DVD” diskdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2096 -cı ünvan görüntüləndi, tarix xx.xx.2022-ci il, saat 20:14:58 saniyəni göstərir və yolun hərəkət hissəsində avtomobillərin həmin ünvanda sağ tərəfdən Ziya Bünyadov prospketi ilə “Koroğlu” istiqamətinə, sol tərəfdən isə Ziya Bünyadov prospektindən Binəqədi rayonu istiqamətinə intensiv hərəkətinin olduğu müşahidə olunur. Görüntülərdən göründüyü kimi yol asfalt beton örtüklü olmaqla yolu iki hissəyə daş səki ayırır. Görüntüdə tarix 15 yanvar 2022-ci il, saat 20:38:53 saniyəni göstərir, bu zaman yolun sağ tərəfindən, yəni Z.Bünyadov prospekti 2096 ünvandan “Koroğlu” metrostansiyası istiqamətinə doğru hərəkət edən avtomobil həmin yolu sağdan sola keçən kişi cinsindən olan piyadanı vurub yerə yıxır və avtomobilin ön tərəfinə atır. Bu zaman avtomobilin sürücüsü avtomobildən düşüb piyadanın yıxı ldığı yerə gəlir və həmin vaxt, yəni saat 20:38:55 saniyədə həmin avtomobilin arxa tərəfində təcili tibbi yardım avtomobili saxlayıb avtomobili piyada yıxılan tərəfə hərəkət etdirir. Sürücünün və yaxınlıqda olanların köməkliyi ilə piyada təcili tibbi yardım avtomobilinə qoyulduqdan sonra təcili tibbi yardım avtomobili hadisə yerindən gedir. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 “DVD” diskə baxış zamanı bildirmişdir ki, diskdə olan görüntülər həqiqətdir və reallığı əks etdirir, avtomobil vuran piyada onun oğlu 1992-ci il təvəllüdlü X7r. Azərbaycan Respublikası CPM-nin 260.5-ci maddəsinə əsasən baxışın keçirilməsində “HP” markalı printerdən istifadə olunmuşdur. Protokol tərəfindən iştirakçılara ucadan oxunmuş, protokolun tərtib edilmə qaydasına və məzmununa dair əlavə və qeydlər daxil olunmamı ş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2 mart 2022-ci il tarixli 8/342 nömrəli ekspert rəyindən görünür ki, Opel Meriva markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud şəraitdə nəqliyyat vasitəsinin tam dayanma yolu (Sd) 41,6 metrdir. Aparılmış hesabata əsasən piyada vurulana qədər qət etdiyi yolu keçməyə başladığı anda nəqliyyat vasitəsi piyadanın vurulma yerindən (Sa) 305,3 metr a ralı məsafədə olmuşdur. Cinayət işinin materiallarında olan “Baxış aparılması haqqında” 9 mart 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi X15 icraatında Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236.1-ci maddələrinin tələblərini rəhbər tutub həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Məhkum iştirakı ilə Azərbaycan Respublikası DİN-nin Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş TŞ 6-061 nömrəli kamerası ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmış videogörüntülər olan 1 ədəd “DVD” diskə “HP” markalı kompüterdən istifadə etməklə Məhkum iştirakı ilə baxış aparmışdır. Baxışa başlanmazdan əvvəl baxış iştirakçılarına onların Azərbaycan Respubl ikası CPM-nin 236-cı maddəsi ilə nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir: Baxış zamanı müəyyən olundu: “DVD” diskdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2096-cı ünvan görüntüləndi, tarix xx.xx.2022-ci il, saat 20:14:58 saniyəni göstərir və yolun hərəkət hissəsində avtomobillərin həmin ünvanda sağ tərəfdən Ziya Bünyadov prospketi ilə “Koroğlu” istiqamətinə, sol tərəfdən isə Ziya Bünyadov prospektindən Binəqədi rayonu istiqamətinə intensiv hərəkətinin olduğu müşahidə olunur. Görüntülərdən göründüyü kimi yol asfalt beton örtüklü olmaqla yolu iki hissəyə daş səki ayırır. Görüntüdə tarix 15 yanvar 2022-ci il, saat 20:38:53 saniyəni göstərir, bu zaman yolun sağ tərəfindən, yəni Z.Bünyadov prospekti 2096 ünvandan “Koroğlu” metrostansiyası istiqamətinə doğru hərəkət ed ən avtomobil həmin yolu sağdan sola keçən kişi cinsindən olan piyadanı vurub yerə yıxır və avtomobilin ön tərəfinə atır. Bu zaman avtomobilin sürücüsü avtomobildən düşüb piyadanın yıxıldığı yerə gəlir və həmin vaxt, yəni saat 20:38:55 saniyədə həmin avtomobilin arxa tərəfində təcili tibbi yardım avtomobili saxlayıb avtomobili piyada yıxılan tərəfə hərəkət etdirir. Sürücünün və yaxınlıqda olanların köməkliyi ilə piyada təcili tibbi yardım avtomobilinə qoyulduqdan sonra təcili tibbi yardım avtomobili hadisə yerindən gedir. Məhkum bildirdi ki, həmin görüntü olan “Opel Meriva minik” markalı **-KY-*** dövlət nömrə nişanlı avtomaşını onun özü idarə edir və avtomobillə piyadanı onun özü vurur. Belə ki, Məhkum bildirdi ki, həmin avtomobillə Z.Bünyadov prospekti ilə Binəqədi rayonu istiqamətindən ü zü “Koroğlu” metrostansiyası istiqamətində yolun sol hissəsi ilə saatda 60 km sürətlə hərəkət edərkən idarə etdiyi “Opel Meriva minik” markalı **-KY-*** dövlət nömrə nişanlı avtomaşınla Z.Bünyadov prospekti 2096 ünvanının qarşısına çatdıqda bir nəfər piyadanın yolu sağdan sola keçdiyini görmüşdür. Həmin vaxt Z.Bünyadov prospektində avtomaşınlar onun avtomobili ilə eyni istiqamətdə intensiv hərəkət edirdilər. Bu zaman o, idarə etdiyi “Opel Meriva minik” markalı **-KY-*** dövlət nömrə nişanlı avtomaşını tormozlayıb sol tərəfə qaçırtsa da hadisədən yan qaça bilməyib avtomaşının qabaq sağ hissəsi ilə yolu sağdan sola doğru keçən piyadanı vurmuş, piyada aldığı zərbədən qalxaraq onun idarə etdiyi avtomaşının alın şüşəsinin sağ tərəfinə dəyərək yerə düşmüşdür. Bundan sonra o, idarə etdiyi avtomaş ını dərhal saxlayaraq avtomaşından düşüb vurduğu piyadaya yaxınlaşmış və onu qaldırmaq istədikdə bu zaman TTYS-na məxsus avtomaşının dayandığını görmüşdür. TTYS-nın həkimləri onun idarə etdiyi avtomaşınla vurduğu piyadaya yaxınlaşmış və həmin piyadanı TTYS-na məxsus avtomaşına yerləşdirərək 3 saylı ŞKX-na aparmışlar. Onun özü də bundan sonra dərhal həmin xəstəxanaya getmiş və yolda olarkən DİN-nin 102 zəng xidmətinə törətdiyi yol nəqliyyat hadisəsi ilə bağlı məlumat vermişdir. 3 saylı ŞKX-da olarkən ona məlum olmuşdur ki, onun idarə etdiyi “Opel Meriva minik” markalı **-KY-*** dövlət nömrə nişanlı avtomaşınla vurduğu piyada ölmüşdür. Daha sonra isə avtomobillə vurduğu piyadanın X2 olması ona məlum olmuşdur. Məhkum “DVD” diskə baxış zamanı bildirmişdir ki, diskdə olan görüntülər həqiqətdir və reallığı əks etdirir, “Opel Meriva minik” markalı **-KY-*** dövlət nömrə nişanlı, avtomobili o, idarə edir və həmin avtomobillə vurulan piyada X7r. Azərbaycan Respublikası CPM-nin 260.5-ci maddəsinə əsasən baxışın keçirilməsində “HP” markalı printerdən istifadə olunmuşdur. Protokol tərəfindən iştirakçılara ucadan oxunmuş, protokolun tərtib edilmə qaydasına və məzmununa dair əlavə və qeydlər daxil olunmamış və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən iş üzrə təyin edilmiş kompleks əlavə yolnəqliyyat hadisələrinin tədqiqi ekspertizası və videoyazıların məhkəmə-kriminalistik ekspertizasının 20 oktyabr 2022-ci il tarixli 8/2382 nömrəli ekspert rəyindən görünür ki, Opel Meriva markalı, 90KY196 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhku m tədqiq olunan şəraitdə hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Məhkum avtomobili hərəkət sürəti «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yolda icazə verilən maksimum sürətdən artıq sürətlə idarə etdiyi şəraitində, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Videoyazıların məhkəmə ekspertizasının tədqiqatında göstərilənlərə əsasən qeyd olunan suallar üzrə tədqiqat aparılmır. Piyada nın yolun hərəkət hissəsinin hansı nöqtəsində sürücünün görünüş dairəsinə düşməsinin müəyyən olunması məsələsinin həlli videoyazıların məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından ekspert qarşısına qoyulmuş 3,4 və 5-ci suallar üzrə tədqiqat aparılmamışdır. Yol-nəqliyyat hadisələri araşdırılarkən sürücü tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulub-pozulmaması sualına cavab vermək üçün çox vaxt müxtəlif texniki qiymətləndirmələrə, hesablamalara və xüsusi bilik tələb edən başqa tədqiqatlara zərurət yaranır. Ona görə də məhkəmə yol-nəqliyyat, avtotexniki və başqa ekspertizalar təyin olunur. Bu ekspertizalarla sürücünün hadisənin qarşısını almağa texniki cəhətdən imkanın olub-olmadığı, zərurət olduqda təxmini hərəkət sürəti, hə rəkət istiqaməti, hadisənin mexanizmi ilə bağlı başqa məsələlər, eləcə də konkret nəqliyyat vasitəsinin təchizatı ilə bağlı qüsurların olub-olmadığı (texniki sazlığı) və başqa hallar aydınlaşdırılır. Sürücü tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmamasına dair (sürücünün hərəkətinə «Yol hərəkəti haqqında» Qanunun tələbləri baxımından qiymət verilməsinə dair) sual sırf hüquqi məsələdir və ekspert qarşısında hüquqi məsələlərə dair sual qoyula bilməz. Sürücünün hərəkətinin «Yol hərəkəti haqqında» Qanunun hər hansı müddəasını pozub-pozmadığını müstəntiq və hakim müəyyən etməlidir. Bu zaman onlar belə hüquqi qiymətləndirmə üçün ekspert rəyində göstərilən və xüsusi biliklər tələb edən tədqiqat nəticəsində əldə olunan məlumatlardan istifadə edə bilərlər (məsələn, eksp ert hadisə yerində aşkar olunan izlər əsasında nəqliyyat vasitəsinin sürətini müəyyən edərək öz rəyində konkret kəmiyyət göstərməlidir, müstəntiq və ya hakim isə hərəkət sürətinin kəmiyyətinin hadisə baş verən yerə aid sürət rejimini pozub-pozmadığını adı çəkilən Qanuna əsasən müəyyən etməlidir). Kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə toplanılmış və məhkəmədə tədqiq edilmiş təqsirləndirilən şəxsin, ekspertlərin ifadələrindən, “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 15 yanvar 2022-ci il tarixli protokoldan, “Baxış keçirilməsi haqqında” 16 yanvar 2022-ci il tarixli protokoldan, “Baxış aparılması haqqında” 9 fevral 2022-ci il və 9 mart 2022-ci il tarixli protokollardan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2 mart 2022-ci il ta rixli 8/342 nömrəli ekspert rəyindən, kompleks əlavə yol-nəqliyyat hadisələrinin tədqiqi ekspertizası və videoyazıların məhkəmə-kriminalistik ekspertizasının 20 oktyabr 2022-ci il tarixli 8/2382 nömrəli ekspert rəyindən, həmçinin cinayət işinin toplanılmış və tədqiq edilmiş digər sübutlarından məhkəmələrin gəldiyi nəticələri kassasiya şikayətinin dəlilləri ilə müqayisəli təhlil edərək, kassasiya şikayətində göstərilmiş Məhkum hadisənin qarşısını almağa texniki imkanının olmaması barədə dəlillərini əsassız hesab edir. Bunla bağlı apellyasiya məhkəməsi əsaslı olaraq göstərilən protokolları və rəyləri iş üzrə toplanmış sübutlarla müqayisəli şəkildə tədqiq edərək hadisənin ibtidai istintaqın müəyyən etdiyi şəraitdə baş verməsi qənaətinə gəlmişdir. Belə ki, hadisənin ibtidai istintaqın müəyyən etdiyi şəraitdə baş verməsi təqsirləndirilən şəxsin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları və iş üzrə toplanılmış digər mötəbər sübutlarla tam təsdiqini tapmışdır. Tədqiq olunmuş iş materiallarından, apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş avtomobili idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmağı nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olunması ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanı lması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (zərərçəkmiş şəxsin hüquqi varisi ilə barış ması, vurulmuş ziyanın tam ödənilməsi və sonuncunun ona qarşı şikayət və tələbinin olmaması, himayəsində onkoloji xəstəlikdən əziyyət çəkən anasının olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun və müdafiəçilərinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisi Məmmədov Elşad Bərşad oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Məmmədov Elşad Bərşad oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2267/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2267/2023
14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver