Məhkəmə qərarları › İş №1(102)-2268/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2268/2023

14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2268/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məmmədəli oğlunun, Zərərçəkmiş şəxs1 nümayəndəsi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Məmmədov Vüqar Zirəddin oğlunun, Bəraət almış şəxs - Məhkum, Müdafiəçi - Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Kərimli Nurlan Əzizağa oğlunun iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli hökmündən Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə, onun nümayəndəsi Məmmədov Vüqar Zirəddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli 1(101)-1151/2022 nömrəli (hakimlər: Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, Paşayev Azər İslah oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət məhkəmə tərkibində) hökm ü ilə xx xxxx 1985-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, XXX-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 7 sentyabr 2021-ci il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Zərərçəkmiş şəxs2 nümayəndəsi İsmayılov Riçard Zamil oğlu tərəfindən verilmiş mülki iddia təmin edilməklə ümumilikdə 47.735 (qırx yeddi min yeddi yüz otuz be ş) manat pulun təqsirləndirilən şəxs Məhkum tutularaq Zərərçəkmiş şəxs2 ödənilməsi hökm edilmişdir. Hökmlə məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023cü il tarixli 1(103)-231/2023 nömrəli (hakimlər: Əyyubov Fərid İlham oğlunun sədrliyi və məruzəsilə, Mehdiyev Emin Əlixan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə) hökmü ilə Məhkum apellyasiya şikayəti təmin olunmuş, Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət ver ilmiş, Məhkum məhkəmə iclası zalından dərhal həbsdən azad olunmuş, Məhkum cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilmiş, Zərərçəkmiş şəxs2 nümayəndəsi İsmayılov Riçard Zamil oğlu tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli hökmündən Zərərçəkmiş şəxs1 tərəfindən kassasiya şikayəti, onun nümayəndəsi Məmmədov Vüqar Zirəddin oğlu tərəfindən kassasiya şikayətinə əlavə və dövlət ittihamçısı tərəfindən isə kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir onda n ötrü ki, o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 məxsus, sonuncunun oğlu Şahid10 adına qeydiyyata alınmış, milli pul vahidi ilə 51000 manat təşkil edən 30000 ABŞ dollar dəyərində Kia markalı Stinger modelli Az **-TV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 30000 ABŞ dollarına satıb pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq 27 may 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 razılığı ilə Şahid10 tərəfindən onun adına Kia markalı Stinger modelli avtomobilə görə notarial qaydada baş etibarnamə verilməsinə nail olduqdan sonra həmin tarixdə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə ünvan 1 ünvanın qarşısında sonuncunun oğlu X- Səfərovdan 51000 manat dəyərində Kia markalı Stinger Az **-TV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini alıb ələ keçirərək ünvan 2 ünvanda yerləşən "Azcar" avtosalona olan borcunun əvəzinə vermiş, eyni niyyətlə qanunsuz əməllərini davam etdirib Zərərçəkmiş şəxs1 məxsus, sonuncunun oğlu X-in adına qeydiyyata alınmış, milli pul vahidi ilə 42500 manat təşkil edən 25000 ABŞ dollar dəyərində BMW markalı 528İ modelli Az **-XG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 25000 ABŞ dollarına satıb pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 20 oktyabr 2020- ci il tarixdə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək ünvan 3 ünvanda yerləşən "On brend" av tosalonun qarşısından BMW markalı 528İ modelli Az **-XG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini sonuncunun oğlu X-dən alıb ələ keçirərək, 26 oktyabr 2020-ci il tarixdə X tərəfindən həmin avtomobilə görə adına notarial qaydada baş etibarnamə verilməsinə nail olduqdan sonra avtomobili Şahid9 milli pul vahidi ilə 28900 manat təşkil edən 17000 ABŞ dollarına sataraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 ümumilikdə 93500 manat dəyərində əmlakını ələ keçirməklə sonuncuya külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus X8 adına qeydiyyata alınmış 18500 manat dəyərində Kia markalı Optima modelli Az **-BG-*** dövlət qeydiyyat nişanl ı minik avtomobilini 18500 manata satıb pulunu verəcəyinə dair yalan vəd verməklə aldadaraq, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/10 nömrəli ünvanda yerləşən "099" avtosalona satışa qoyulmuş Kia markalı Optima modelli Az **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini qeyd edilən qiymətə Şahid4 satacağına inandırmaqla Zərərçəkmiş şəxs2 tərəfindən 4 sentyabr 2020-ci il tarixdə avtomobilə görə notarial qaydada Şahid4 adına baş etibarnamə verilməsinə nail olduqdan sonra həmin gün Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/10 nömrəli ünvanda yerləşən “099” avtosalonda avtomobili sonuncuya 15000 manata sataraq pulunu ələ keçirmiş, eyni niyyətlə qanunsuz əməllərini davam etdirərək Zərərçəkmiş şəxs2 məxsus 9000 manat dəyərində Opel markalı Astra modelli Az **-XY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 9000 manata satıb pulunu verəcəyinə dair yalan vəd verməklə aldadaraq, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/10 nömrəli ünvanda yerləşən “099” avtosalona satışa qoyulmuş Opel markalı Astra modelli Az **-XY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini qeyd edilən qiymətə Şahid6 Yadulla oğluna satacağına inandırmaqla Zərərçəkmiş şəxs2 tərəfindən 7 oktyabr 2020-ci il tarixdə avtomobilə görə notarial qaydada Şahid6 adına baş etibarnamə verilməsinə nail olduqdan sonra həmin gün Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/10 nömrəli ünvanda yerləşən “099” avtosalonda avtomobili sonuncuya 7000 manata sataraq pulunu ələ keçirmiş, eyni niyyətlə qanunsu z hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs2 məxsus, sonuncunun anası X2 adına qeydiyyata alınmış 11000 manat dəyərində Toyota markalı Corolla modelli Az **-DY*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 11000 manata satıb pulunu verəcəyinə dair yalan vəd verməklə aldadaraq, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/10 nömrəli ünvanda yerləşən "099” avtosalona satışa qoyulmuş Toyota markalı Corolla modelli Az 99- DY-726 dövlət qeydiyyat nişanlı minik avtomobilini qeyd edilən qiymətə X1 Zərərçəkmiş şəxs2 inandırmaqla sonuncunun razılığı ilə anası X tərəfindən 08 oktyabr 2020-ci il tarixdə avtomobilə görə notarial qaydada X-in adına baş etibarnamə verilməsinə nail olduqdan sonra həmin gün Bakı şəhəri, Nizami rayonu, Babək prospekt i, 22/10 nömrəli ünvanda yerləşən "099” avtosalonda avtomobili sonuncuya 9000 manata sataraq pulunu ələ keçirmiş, eyni niyyətlə qanunsuz hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs2 məxsus, sonuncunun tanışı X14 adına qeydiyyata alınmış 9000 manat dəyərində Opel markalı Astra modelli Az **-EY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 9000 manata satıb pulunu verəcəyinə dair yalan vəd verməklə aldadaraq, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/10 nömrəli ünvanda yerləşən "099” avtosalona satışa qoyulmuş Opel markalı Astra modelli Az **-EY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini qeyd edilən qiymətə X-yə satacağına Zərərçəkmiş şəxs2 inandırmaqla sonuncunun razılığı ilə tanışı X tərəfindən 19 oktyabr 2020-ci il tarixdə avto mobilə görə notarial qaydada Şahid6 adına baş etibarnamə verilməsinə nail olduqdan sonra həmin gün Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22/10 nömrəli ünvanda yerləşən "099” avtosalonda avtomobili sonuncuya 7000 manata sataraq pulu ələ keçirməklə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 ümumilikdə 47500 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN, ONA ƏLAVƏNİN VƏ KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxs1 kassasiya şikayətini, nümayəndə isə həmin şikayətə əlavəni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası əsassız olaraq çıxış edərək zərərçəkmiş şəxslərin apellyasiya baxışında verdikləri ifadələrini mahiyyətini təhrif edərək ifadələrdə göstərilən hallara və xüsusatlara tənqidi yanaşmı şdır. Məhkəmə kollegiyasının iclasında sədrlik edən hakim müdafiə tərəfin mövqeyini ifadə edərək hazırki dələduzluq cinayətinin mahiyyətini və tərkibini təhrif etməklə qərarında cinayət qanunvericiliyinin normalarına öz subyektiv mülahizələrinə əsasən qiymət vermişdir Məhkəmə dünyasını dəyişmiş oğlu X-un həyatda olmamasını əlində əsas tutaraq onunla təqsirləndirilən şəxs arasında baş vermiş münasibətlərinin və guya Məhkum tərəfindən mərhum oğluna hissə-hissə pul qaytarılması barədə təqsirləndirilən şəxsin ifadələrinin xüsusatlarını heç bir sübutla təsdiq edilmədiyi halda qanunsuz və əsassız olaraq inandırıcı qəbul edərək, hətta oğlunun cinayət hadisəsindən zərərçəkmiş hesab edilməsini aradan qaldıran əsaslar gətirməklə bu münasibətlərin mülki hüquqi xarakterli olmasına dair qanunsuz mövqe bildirmişdir. Halbuki cinayət işində toplanmış sübutlar bu cinayət əməlini təsdiq etmişdir. Hətta müdafiə tərəfindən dindirilən iki şahid də heç bir konkret hallar göstərmədən pulun hissə-hissə oğluna qaytarılmasını bildirsələr də, məhkəmə kollegiyası onların mərhum oğluna pulun Məhkum və qeyd edilən iki şahid tərəfindən hissə-hissə qaytarılması tarixlərini və ərazilərini araşdırmaqla şahidlərlə təqsirləndirilən şəxsin və mərhum oğlunun istifadə etdiyi mobil anten əhatəsi məlumatlarını araşdırmamışdır. İşdən göründüyü kimi Məhkum ona və digər Zərərçəkmiş şəxs2 məxsus avtomobillərin külli miqdarda pulları mənimsəmişdir, həmin hallar isə işdə olan və doğruluğu təkzib oluna bilməyən hüquqi sənədlərlə, üzləşmə protokolları, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirlən şəxslə rin, şahidlərin məhkəmədə verdikləri ifadələri və digər sübutlarla təsdiqlənmişdir. İnkar edilmir ki, digər araşdırmaların nəticələri hazırki iş üzrə heç bir hüquqi əhəmiyyət kəsb etmir, lakin indiki işdə olan sübutların qiymətləndirilməsində və bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunmasında işin bütün halları müqayisəli təhlil edilməlidir. Göründüyü kimi, ittihamın sübutlarının ağlabatan təkzibi olmadan şəxsə verilmiş bəraət ağır cinayətə görə Məhkum məsuliyyətdən kənarda qalması ilə nəticələnməklə digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cinayət qanununun xəbərdaredici funksiyasının əhəmiyyətinin itirilməsi təhlükəsini yaratmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələrin gəldiyi nəticələr işin obyektiv hallarını əks etdirməmiş, cinayət qanunvericiliyinin maddi və prosessual hüquq normalarının pozulması ilə qərara gəlinmişdir. Belə ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, şahid qismində dindirilmiş Şahid7, Şahid1 və Şahid3 ifadələrindən də göründüyü kimi Məhkum həm Zərərçəkmiş şəxs1 məxsus “KİA Stinger” markalı ** TV *** dövlət qeydiyyat nişanlı və “BMW 528i” markal ** XG *** dözlət qeydiyyat nişanlı avtomobilləri satmaq adı ilə ələ keçirərkən, həm də Zərərçəkmiş şəxs2 məxsus “KİA Optima” markalı ** BG *** dövlət qeydiy yat nişanlı, “Opel Astra” markalı ** XY *** dövlət qeydiyyat nişanlı, “Toyota Corolla” markalı ** DY *** dövlət qeydiyyat nişanlı və “Opel Astra” markalı ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilləri satıb pulları götürərkən əvvəlcədən formalaşmış niyyət əsasında həmin özgəyə məxsus əmlakları ələ keçirmək olmuşdur. Ali Məhkəmənin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilən halların (niyyət və real maliyyə əmlakı) müəyyən edilməsi üçün ilk növbədə mübahisə doğurmuş avtomobil satışlarının tarixinə nəzər salmaq lazımdır. İlk avtombil 27 may 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus Kia Stinger, 4 sentyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus Kia Optima, 7 okty abr 2020-ci Zərərçəkmiş şəxs2 məxsus Opel Astra, 8 oktyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus Toyota Corolla, 19 oktyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus Opel Astra və 26 oktyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus BMW 528İ markalı avtomobilləri sataraq pullarını ələ keçirmişdir. Sadalanan ələ keçirilmiş avtomobillərin satış tarixlərinə nəzər saldıqda müəyyən etmək olar ki, həmin avtomobillərin satışı qısa zaman kəsiyində baş vermiş və həmin avtomobillərin satılaraq pullarının Məhkum tərəfindən ələ keçirilməsi məhz onun niyyətinin əvvəlcədən ələ keçirmək olmuşdur. Bundan başqa Məhkum Zərərçəkmiş şəxs2 məxsus əmlakın ələ keçirilməsi ilə bağlı Ali Məhkəmənin qərarında qeyd edilmiş öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı əvvəlcədən real maliyyə imkanlarının olm adığı halda yalan vəd verməsi ilə əlaqədar onu göstərmək olar ki, Məhkum Zərərçəkmiş şəxs2 məxsus Kia Optima markalı avtomobili satıb pulunu daha sonra verəcəyini vəd etsə də həmin vədinə əməl etmədən yenidən Zərərçəkmiş şəxs2 məxsus Opel Astra markalı 2 avtomobili və Toyota Corolla markalı avtomobili satarkən də pulu daha sonra verəcəyini vəd etməsi onun həmin əmlakı ələ keçirmək niyyətinin olduğunu təsdiq edir. Belə ki ilk satdığı avtomobilin pulunu sahibinə qaytarmadan və bunun üçün real maliyyə imkanları olmadığı halda növbəti avtomobillərlə bağlı pulu sahibinə qaytara bilməyəcəyi halda Məhkum tərəfindən növbəti avtomobilləri də satarkən də Zərərçəkmiş şəxs2 eyni vədi etməsi bir daha onun niyyətinin Zərərçəkmiş şəxs2 aldadaraq əmlakının ələ keçirməsi olmasını təsdiq edir. Məhkəmənin qərarında istinad etdiyi digər bir hal isə Məhkum X-yə satdığı avtomobillərin pullarının müqabilində Volksvagen Touareg markalı avtomobili verməsini göstərmişdir ki, bununla da Məhkum aldatmaq niyyətini təkzib etmişdir. Halbuki, Volksvagen Touareg markalı avtomobili Zərərçəkmiş şəxs1 da ifadəsində göstərmişdir. Hətta bildirmişdir ki, Volksvagen Touareg markalı avtomobildən başqa X oğlu X-ə idarə etmək üçün başqa avtomobillər də vermiş, həmin avtomobillərin də sonradan icarədə olduqları müəyyən olunmuşdur. Məhkəmə kollegiyası həmin Volksvagen Touareg markalı avtomobilin nəyə görə X-in ifadəsinin təsdiqi kimi, yəni birgə kommersiya fəaliyyətindən uzaqlaşdırmağın təsdiqi kimi qəbul edir amma Zərərçəkmiş şəxs1 ifadəsinin təsdiqi kimi yəni satılmış iki avtomobilin əvəzinə yeni avtomobil alınmas ının təsdiqi kimi qəbul etmədiyini qərarda əsaslandırmamışdır. Belə ki, Zərərçəkmiş şəxs1 da ifadəsində qeyd etmişdir ki, oğlu X-nin BMW 528İ markalı avtomobili satmaqda məqsədi yeni avtomobil almaq olmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məmmədəli oğlu çıxış edərək, kassasiya şikayətinin, ona əlavənin və kassasiya protestinin təmin edilməsini və Bakı Apellyasiya Məhkəm əsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli hökmünün ləğv edilib işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində nümayəndə Məmmədov Vüqar Zirəddin oğlu çıxış edərək, kassasiya şikayətinin, kassasiya şikayətinə əlavənin və kassasiya protestinin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli hökmünün ləğv edilib işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Kərimli Nurlan Əzizağa oğlu çıxış edərək, kassasiya şikayəti və kassasiya protesti ilə razı olmadıqlarını, iş üzrə zərərçəkmiş şəxs Rəşad İsmixanovun hansı əsasla zərərçəkmiş şəxs kimi tanındığını anlamadıqlarını, digər zərərçəkmiş şəxsin ümumiyyətlə kassasiya şikayəti vermədiyini və onun apellyasiya instansiyasının hökmü ilə razı olduğunu bildirib, verilmiş kassasiya şikayətinin, kassasiya şikayətinə əlavənin və kassasiya protestinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində bəraət almış şəxs Məhkum çıxış edərək, verilmiş kassasiya şikayətinin, kassasiya şikayətinə əlavənin və kassasiya protestinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətin ə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya müraciətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıd akıları qeyd edir: Zərərçəkmiş şəxs kassasiya şikayətində, nümayəndə həmin şikayətə əlavədə, dövlət ittihamçısı isə kassasiya protestində apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə ona bəraət verdiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsini şərtləndirən əsasları Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhk əmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini, ona əlavəni və kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbi t olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun t ədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul e tdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Birinci instansiya məhkəməsi Məhkum ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsədə, məhkəmə iclasında zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri və işdə olan digər sübutlarla qeyd olunan cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, lakin apellyasiya instansiyası məhkəməsi bununla razılaşmayaraq, sübutları təkrar tədqiq edərək, o cümlədən, təqsirləndirilən və zərərçəkmiş şəxsləri təkrar dindirib və digər sübutları nəzərdən keçirib haqlı olaraq müəyyən etmişdir ki, Məhkum verilmiş ittiham üzrə bəraət hökmü çıxarılmalıdır. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, zərərçəkmiş şəxs kassasiya şikayətində, nümayəndə həmin şikayətə əlavəd ə, dövlət ittihamçısı isə kassasiya protestində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olubolmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin, ona əlavənin və kassasiya protestinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayətprosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə ha qlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciətləri olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin, onun nümayəndəsinin kassasiya şikayətində və ona əlavədə, dövlət ittihamçısının isə kassasiya protestində irəli sürülmüş məhkəmə hökmünün ləğv edilməsi barədə tələblərinin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və tərəflərin məh kəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya müraciətlərində gətirdikləri faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən hökmün ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ ke çirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və s.) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42 ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Kassasiya müraciətlərində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin hökmü həmin normalarla ziddiyyət təşkil etmir. Cinayət işinin materialları ilə müəyyən edilir ki, istər “Kia” markalı “Stinger” modelli, istərsə də “BMW” markalı avtomobillər X tərəfindən X-in və onun atası X-in iradəsinə uyğun olaraq özgəninkiləşdirilmiş, bundan sonra X-in oğlu X- ilk olaraq “Kia” markalı “Stinger” modelli maşının pulunu, daha sonra “BMW” markalı maşının pulunu dövriyyəyə buraxmaq üçün Məhkum vermişdir. Məhkum ilə X15 və Zərərçəkmiş şəxs2 arasında mülki münasibətlərin mövcud olması, Məhkum nə X-ə, nə X-ə, nə də Ələkbərə qarşı dələduzluq niyyətinin olmaması Məhkum ibtidai istintaq və məhkəmə baxışları zamanı verdiyi ifadələri ilə, iş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələri ilə, Zərərçəkmiş şəxs1 ziddiyyətli ifadələri ilə və iş üzrə toplanılmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər mötəbər sübutlarla öz əksini tapır. Məhkum Zərərçəkmiş şəxs1 ümumilikdə 93500 manat dəyərində əmlakını ələ keçirməklə sonuncuya külli miqdarda ziyan vuraraq dələduzluq etməsinə və Zərərçəkmiş şəxs2 ümumilikdə 47500 manat xeyli miqdarda maddi ziyan vurmasına dair epizodlar üzrə təqsirliliyi sübuta yetirilmədiyindən apellyasiya instansiyası məhkəmə tərəfindən haqlı olaraq barəsində ittiham elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona bəraət verilmişdir. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respubl ikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmələr nəzərə almalıdır ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-nin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-nin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Qeyd edilən normaların tələbləri baxımından çıxış edən apellyasiya məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham yalnız zərəçəkmiş şəxslərin ifadələri üzərində qurulmuşdur, həmin ittihamlar bir-birini tamamlamayan ehtimallarla və ziddiyyətlərlə müşaiyət olunmaqla ittiham üzrə təqdim olunmuş sübutlar Məhkum təqsirli bilinməsi üçün kifayət etmir və mötəbərliyi sual altındadır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətini onunla əsaslandırmışdır ki, ittiham tərəfi Məhkum təqsirliliyini sübuta yetirə bilməmiş, ittihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayət-prosessual qanunvericiliyin müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermir, sübutlar şübhəli və ziddiyyətlidir. Bu səbəbdən də, ittiham tərəfinin əsaslandığı sübutlar məhkəmənin gəldiyi qənaəti daha da möhkəmləndirmişdir. Apellyasiya məhkəməsinin hökmünü kassasiya müraciətlərinin dəlilləri ilə birgə təh lil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya müraciətlərinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsi cinayət-prosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittiham üzrə təqsirliliyi sübuta yetirilməsinə dair aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfs ir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya müraciətlərində göstərilmiş yuxarıda sadalanan dəlillər Məhkum barəsində bəraət hökmü çıxarılmasına dair apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin və ümumilikdə hökmünün qanuniliyini şübhə altına almağa əsas vermir. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs və dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəsini mübahisələndirərkən sübutların məcmusundan çıxış etməmiş, məhkəmənin deyil, məhz onların mövqeyi cinayət mühakimə icraatının əsas prinsip və şərtləri, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələbləri ilə uzlaşmır. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində nəzərdə tutulmuş və göstərilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübh əli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin yuxarıda göstərilən hər iki normasının həm məzmununa, həm də mənasına görə, ittihamın sübut edilməsində şübhələrin yarandığı mövqeyində olan məhkəmə ilk növbədə həmin şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirləri görməli və yalnız bu mümkün olmadıqda həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsində təsbit olunur ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya müraciətlərində apellyasiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün və hökmün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; şəxsə bəraət verilməsinə dair apellyasiya instansiya məhkəməsinin hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum bəraət verilməsi barədə yekun nəticə CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Bununla belə məhkəmə kollegiyası cinayət işinin materiallarını, apelyasiya məhkəməsinin hökmü ilə müqayisəli nəzərdən keçirirkən, yalnız məhkəmə tərəfindən Cinayət-Prosessual Məcəllənin iki maddəsi ilə, yəni CPM-nin 42.1.2 və 42.1.4-cü maddələri ilə Məhkum bəraət verilməsinin qanunvericiliyin tələblərinin pozulması barədə nəticəyə gəlir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarına əsasən bəraət hökmünün nəticəvi hissəsində cinayət qanununun hər bir maddəsi üzrə təqsirləndirilən şəxsə cinayətprosessual qanunla nəzərdə tutulan hansı əsaslarla bəraət verildiyi göstərilməlidir. Şəxsə cinayət qanunun bir maddəsi ilə bir əmələ görə irəli sürülmüş ittiham üzrə bəraət yalnız cinayət-prosessual qanunda göstərilən bəraətin əsaslarından biri ilə verilə bilər. Məhkəmənin bəraət hökmününün təsviri-əsaslandırıcı hissəsinə əsasən müəyyən olunur ki, məhkəmə kollegiyasının Məhkum bəraət verilməsinə dair gəldiyi nəticə əməldə cinayət tərkibinin olmaması əsasına u yğun olmaqla Azərbaycan Respublikası CinayətProsessual Məcəllənin 42.1.2-ci maddəsinə istinad olunmalı idi. Bu səbəbdən də, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli hökmünün təsviri-əsaslandırıcı hissəsindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən (CPM-nin 42.1.4-cü maddə) bəraət verilməsinə dair müddəalar xaric edilməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023cü il tarixli hökmündən Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti, onun nümayəndəsi Məmmədov Vüqar Zirəd din oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli hökmünün təsviri-əsaslandırıcı hissəsindən Məhkum Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməsinə dair müddəalar xaric edilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəllənin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti və onun nümayəndəsi Məmmədov Vüqar Zirəddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli hökmü dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli hökmünün təsviri-əsaslandırıcı hissəsindən Məhkum Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməsinə dair müddəalar xaric edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar