Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2268/2024 10.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkumun müdafiəçisi Kərimov Çingiz İbinyamin oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-212/2024 nömrəli, 23 may 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum XX XX XX il tarixdə İran İslam Respublikasının Qəzvin şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, yük nəqliyyat vasitəsi sürücüsü işləyən, əvvəllər məhkum olunmamış, X1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 26 iyul 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 10 avqust 2023-cü il tarixli Astara Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxı şına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 12 iyun 2023-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən bir ədəd sellofan bükülüdə 0,098 qram tiryək narkotik vasitəsini əldə edərək malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “Scania” markalı, XX XX dövlət qeydiyyat nişanlı dartıcı və “Krone” markalı, XX XX dövlət qeydiyyat nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsinin dartıcısının salonunda yerləşən yataq yerinin üzərində olan çantadakı şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulan kiçik ölçülü qara rəngli qabın içərisində gizlədib Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Gürcüstana ge dərkən 12 iyun 2023-cü il tarixdə Astara rayonunun inzibati ərazisində yerləşən Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin tarixdə saat 19 radələrində nəqliyyat vasitəsinə gömrük nəzarəti qaydasında keçirilmiş yoxlama zamanı qeyd edilən narkotik vasitə göstərilən yerdən aşkar edilərək götürülmüşdür.
5. Astara Rayon Məhkəməsinin 1(018)-131/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsin də çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 12 iyun 2023-cü il tarixdən hesablanması hökm edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, xarici vətəndaş olduğunu, cinayət əməlindən xəbərinin olmadığını, narkotik istifadəçisi olmadığını göstərib, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsini xahiş etmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-212/2024 nömrəli, 23 may 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Astara Rayon Məhkəməsinin 1(018)-131/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli hökmü cəza hissəsində dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə tə yin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 6000 (altı min) manat cərimə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 11 (on bir) ay 11 (on bir) gün müddət nəzərə alınmaqla, təyin edilmiş cərimə cəzasının azaldılması və onun üzərində qəti olaraq 2000 (iki min) manat cərimə cəzasının saxlanılması, cərimə cəzasını icra etdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması qərara alınmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya protestində qeyd edilmişdir ki, Məhkum Azərbayc an Respublikası CM-nin 206.2-ci maddəsi ilə yüngül cəza təyin edərkən məhkəmələr törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, onun nəticəsi, törədilməsi halı, şəraiti, məqsədi və motivi, məhkumun şəxsiyyətini və cinayətin törədilməsi zamanı davranışı nəzərə almamış, cəza təyin etmə barədə Azərbaycan Respublikası CM-nin 8, 41, 58.3-cü maddələrinin tələblərini pozmuş, “Azərbaycan Respublikası CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarının tələblərinə əməl etməmiş, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında olan tövsiyələri nəzərə alınmamış, cəzanı yüngülləşdirən və ağırlaşdıran ha llar düzgün tətbiq etməmiş, nəticədə Məhkum yüngül cəza təyin edilmişdir. Göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-212/2024 nömrəli, 23 may 2024-cü il tarixli qərarının cəza təyini hissəsində ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktl arı təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilmə məsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Dövlət ittihamçısı Məhkum təyin edilmiş cəzanın yüngül olduğunu iddia edərək, kassasiya xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassas iya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətlər əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-212/2024 nömrəli, 23 may 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddəl ərində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 a prel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkıldə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında həmçinin qeyd edilir ki, qüvvədə olan cinayət qanunu cəza anlayışına bir sıra yeni elementlər daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsini xüsusi vurğulamışdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azər baycan Respublikası CinayətProsessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarları).
19. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
20. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərini bilavasitə tənzimləyən Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində isə təsbit olunur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılması na fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.
21. Həmin Məcəllənin 62.2-ci maddəsi ilə müəyyən edilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər.
22. Kassasiya protestindən aydın olur ki, protest müəllifi Məhkum Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 206.2-ci maddəsində müəyyən ediləndən daha yüngül cəza, cərimə cəzasına məhkum edilməsinin əsassızlığını, cəzanın təqsirkarın törətdiyi cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onu n şəxsiyyətinə uyğun olmamasında, eləcə də cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmamasında görür.
23. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyində cinayət törətmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinin tətbiqi yalnız törədilmiş cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı edilməmişdir.
24. Məhkəmə kollegiyasının fikrincə cinayətin xarakterini və ictimai təhlükəliliyini xarakterizə edən halların cəzanın təyin edilməsində əhəmiyyət kəsb edən digər hallardan ayrılıqda nəzərdən keçirilməsi, həmin halların özü-özlüyündə təqsirkarlara cəzanın məhz ittiham edildiyi cinayət-hüquqi normaların sanksiyaları daxilində təyin edilməsini tələb edən əsaslar kimi qiymətləndirilməsi ədalət prinsipinə (Azərbaycan Res publikası CM-nin 8-ci maddəsi), cəzanın təyin edilməsinin ümumi əsaslarına (Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsi) zidd yanaşma olardı.
25. Kassasiya protesti ilə mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, Məhkum qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirdiyi narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından əhəmiyyətli dərəcədə az olması, habelə dövlət sərhədini keçdiyi anda aşkar olunması səbəbindən faktiki olaraq Azərbaycan Respublikasının ərazisində dövriyyəyə daxil ola bilinməməsi (daşınılmaması, saxlanılmaması), onun törətdiyi əməlindən səmimi peşman olması cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar kimi qiymətləndirilmişdir.
26. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəm əsinin qərarının mübahisələndirilməsi üçün kassasiya protestində gətirilən Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə əlaqələndirilən dəlillərlə razılaşmır.
27. Cəzanı yüngülləşdirən halların düzgün olmayaraq nəzərə alınması və müstəsna hallar kimi qiymətləndirilməsi barədə kassasiya protestinin dəlillərinə gəldikdə, kollegiya bu dəlillərlə də razılaşmaq üçün əsas görmür ona görə ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsi məhkəmənin mülahizəsinə görə Azərbaycan Respublikası CM-nin 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən başqa halların da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasına yol verir.
28. Baxılan işdə birinci instansiya məhkəməsi Məhkum cəzasını yüngülləşdirən hallar kimi ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməli et iraf edərək peşmançılıq hissi keçirməsini, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etsə də, apellyasiya instansiyası məhkəməsi hökmü cəza hissəsində dəyişdirərək, məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi qənaətinə gəlmişdir.
29. Məhkum cinayət məsuliyyətini yüngülləşdirən qeyd edilən hallara əlavə olaraq apellyasiya baxışı dövründə məhkumun müdafiəçi apellyasiya instansiyası məhkəməsinin nəzərinə daha bir halı çatdıraraq, Karşan şəhəri Tibb Elmləri və Sağlamlıq Xidmətləri Universiteti Şəhid Behişti Xəstəxanasından verilmiş tibbi sənəd təqdim etmişdir. Həmin sənəddən görünür ki, Məhkum qızı olan Səna Mohammadinin qan hüceyrələrində xərçəng əlamətləri aşkar olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi bu halı Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alıb hesab etmişdir ki, məhkumun ailəsində işləyib yeganə qazanc gətirən və ailəsini maddi baxımdan təmin edən şəxs olması, xüsusi ilə onun ailəsində xərçəng xəstəliyindən əziyyət çəkən uşağının olması onun cəzasını yüngülləşdirən müstəsna hal kimi qəbul edilməlidir.
30. Yekun olaraq apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin müəyyən etdiyi Məhkum törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan və onun cinayət məsuliyyətini yüngülləşdirən halları, habelə Məhkum ailə vəziyyəti ilə bağlı halları Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə uyğun qaydada m üstəsna hallar kimi qiymətləndirib, haqlı olaraq sonuncu barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını cərimə cəzası ilə əvəz etmişdir.
31. Yuxarıda təsvir edilənlər, cəzanın növünü müəyyən edərkən nəzərə alınan halların ayrı-ayrı və məcmu formada mövcud olmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrin məzmun etibarı ilə həmin nəticələrlə uzlaşan, yolverilənliyi təkzib edilməyən sübutlara əsaslanmasını təsdiq etdiyindən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cəzanı yüngülləşdirən halların müəyyən edilməsi zamanı Azərbaycan Respublikası CPM-nin 139.0.5, eləcə də həmin Məcəllənin 143-146-cı maddələrinin tələblərinin pozuntularına yol verilməmişdir.
32. Qeyd olunanlar onu deməyə əsas verir ki, Məhkumin Аzərbаycаn Res publikası CM-nin 206.2-ci maddəsinin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza olan cərimə cəzasının vasitəsi ilə islah oluna biləcəyinə dair qənaətə gəlməsi mümkün olduğundan, həmin maddə ilə apellyasiya instansiyası məhkəməsinin ona təyin etdiyi cərimə cəzası Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın təyin edilməsinin ümumi əsasları haqqında tələblərə, cəzanın məqsədlərinə (Azərbaycan Respublikası CM-nin 41-ci maddəsi), cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutuna dair Аzərbаycаn Respublikası CM-nin 62-ci maddəsinin müddəalarına, Cinayət Məcəlləsinin ümumi prinsiplərinə, o cümlədən təqsirə görə məsuliyyət (Azərbaycan Respublikası CM-nin 7-ci maddə), ədalət (Azərbaycan Respublikası CM-nin 8-ci maddəsi) və humanizm (Azərbaycan Respublikası CM-nin 9-cu maddəsi) məqsədlərinə cavab verməyən cəza kimi nəzərdən keçirilə bilməz.
33. Bu səbəblərdən kollegiya baxılan işdə Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.21-ci maddəsində göstərilən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini (dəyişdirilməsini) şərtləndirən halı müəyyən etmir və kassasiya protestinin təmin edilməməsi barədə nəticəyə gəlir.
34. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-212/2024 nömrəli, 23 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə ko llegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-212/2024 nömrəli, 23 may 2024-cü il tarixli qərarı kasasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.