Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2268/2025 04.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarovun və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə; Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı2n, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi X1, məhkumlar Məhkum2, Məhkum1 və Məhkum1 müdaf iəçisi Müdafiəçi1 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2025-ci il tarixli 1(106)-62/2025 nömrəli hökmündən Məhkum2, Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Saatlı Rayon Məhkəməsinin (sədrlik edən hakim İxtiyar Abuşov) 12 sentyabr 2024cü il tarixli, 1(055)-13/2024 nömrəli hökmü ilə xx xxxxxx 1983-cü ildə Saatlı rayonu Qaracalar kəndində Anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Saatlı rayon SİB-də elektrik işləyən, Saatlı rayonu Seyidlər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 127.2.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlığın məh dudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 221.2.1-ci maddəsi ümumi ittihamdan xaric edilmişdir, hökmün icrasının Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılmış, xx xxxxxxx 1988-ci ildə Saatlı rayonu Qaracalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Saatlı rayonu Seyidlər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından təqsirsiz hesab edilmiş və ona bəraət verilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü, 221.2.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, 23 iyul 2023-cü il tarixdə saat 21 radələrində Saatlı rayonu Seyidlər kəndində məscidin qarşısında qardaşı Məhkum2 ilə birlikdə bir qrup şəxs halında bacısı Sənubər Ağayevanın ailə həyatına müdaxilə etməsi səbəbindən məhərrəmlik ayı ilə bağlı həmin məsciddə keçirilən məclisdə iştirak edən sonuncunun qaynı Zərərçəkmiş şəxs məscidin həyətindən küçəyə çağırıb, orada Zərərçəkmiş şəxs hərəkətlərinə adekvat olmadığı üçün əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsin də, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda ifadə olunan, vətəndaşlar üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib qəsdən yumruq və təpiklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona sol budun yuxarı 1/3-də bayır səthdə, sol baldırın yuxarı 1/3-də bayır səthdə sıyrıqlardan ibarət sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən və alın nahiyəsində fluktasiya edici hematomadan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətləri yetirməklə və onu öldürməklə hədələyərək məhərrəmlik ayı ilə əlaqədar məsciddə keçirilən məclisin gedişatını və həmin məcli sdə iştirak edən şəxslərin dincliyini pozub qəsdən xuliqanlıq etmiş, həmin qərəzli xuliqanlıq hərəkətlərini edərkən həm də xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs kürək nahiyəsindən qəsdən zərbə vuraraq ona L1, L2, L3, L4 fəqərələrinin sol köndələn çıxıntılarının minimal yerdəyişmiş qapalı sınıqları ilə müşayiət olunan onurğa xətti üzrə 1- 5-ci fəqərəsi səviyyəsində qançırlardan ibarət sağlamlığının uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuş, yəni bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərb aycan Respublikası CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, 23 iyul 2023-cü il tarixdə saat 21 radələrində Saatlı rayonu Seyidlər kəndində məscidin qarşısında qardaşı Məhkum1 ilə birlikdə bir qrup şəxs halında bacısı Sənubər Ağayevanın ailə həyatına müdaxilə etməsi səbəbindən məhərrəməlik ayı ilə bağlı həmin məsciddə keçirilən məclisdə iştirak edən sonuncunun qaynı Zərərçəkmiş şəxs məscidin həyətindən küçəyə çağırıb, orada Zərərçəkmiş şəxs hərəkətlərinə adekvat olmadığı üçün əsaslı səbəb olmadan ictimai q aydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsində, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda ifadə olunan, vətəndaşlar üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib qəsdən yumruq və təpiklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona alt və üst dodaqda qansızmalar, ənsə nahiyələrində, onurğa xətti üzrə 5-8-ci döş fəqərəsi səviyyəsində, sağ b öyrək proyeksiyasında, sağ bazunun orta 1/3-də bayır səthdə qançırlardan, sağ və sol diz oynaqlarının ön səthində sıyrıqlardan ibarət sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən xəsarətləri yetirməklə və onu öldürməklə hədələyərək məhərrəmlik ayı ilə əlaqədar məsciddə keçirilən məclisin gedişatını və həmin məclisdə iştirak edən şəxslərin dincliyini pozub qəsdən xuliqanlıq etmiş, yəni bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Pərviz Hacıyev (sədrlik edən və məruzəçi), Cavid Sultanov və Pərviz Əhmədov) 16 may 20 25-ci il tarixli 1(106)-62/2025 nömrəli hökmü ilə Saatlı Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 1(055)-13/2024 nömrəli hökmü ləğv edilmiş, Məhkum2 CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Məhkum1 CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 127.2.3-cü maddəsi ilə 1 (bir) il 6 (altı) müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 221.2.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətinə azadl ıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 16 may 2025-ci il tarixdən hesablanmışdır. Məhkum2 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2025-ci il tarixli 1(106)-62/2025 nömrəli hökmünün ləğv edilməsini və barəsində bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum1 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2025-ci il tarixli 1(106)-62/2025 nömrəli hökmünün ləğv edilməsini və Məhkum1 ittihamından CM-in 221.2.1-ci maddəsinin xaric edilməsi və ona CM-in 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsi qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2025-ci il tarixli 1(106)-62/2025 nömrəli hökmünü dəyişdirərək məhkumlar Məhkum2 və Məhkum1 təqsirli bilindikləri maddələr üzrə yuxarı həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, əməlində cinayət tərkibi olmadığından təqsirsiz hesab edilməli və ona bəraət verilməlidir. Belə ki, ona verilən ittiham qərəzli və əsassız olmuşdur. Birinci instansiya məhkəməsində ona verilmiş ittiham öz təsdiqini tapmamış, iş üzrə dindirilmiş şahid ifadələri və tədqiq edilmiş digər sübutlar nəticəsində onun günahsız olduğu sübuta yetirilmişdir. “Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. B ilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə baxışı zamanı dindirilmiş şəxslərin ifadələri ilə də müəyyən edilmişdir ki, onun (onların) zərərçəkmiş şəxslə aralarında olan məsələni aydınlaşdırmaq məqsədi ilə ictimai qaydanı pozmamaq üçün zərərçəkmiş şəxsi əyləşdikləri məscidin içərisində və ya onun həyətində deyil, insanların uzaq olduğu yerə, yəni hadisə yerinə baxış protokolunda göstərilən məscidin giriş qapısından 30 metr uzağa çağırmışlar, onlar mübahisə edərkən səs-küy yaranmış, məsciddəki insanlar səsə gəldikdən sonra onlar, yəni o və qardaşı oradan uzaqlaşmışlar. Onun və qardaşı Məhkum1 zərərçəkmiş şəxslə müb ahisə edərkən ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətləri yox idi. Sadəcə onlar şəxsi münasibətlər zəminində zərərçəkmiş şəxsi cəzalandırmaq istəmişlər. Məhkum1 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin hökmü qanunsuz və əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə yekun qərar (hökm) qəbul edərkən cinayət işinin materiallarını tam araşdırmadan, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verməyərək əsassız olan hökm qəbul etmişdir. Cinayət işinin materiallarından da görünür ki, Məhkum1 ilə Zərərçəkmiş şəxs qohumdurlar, onların arasında əvvəlcədən də münaqişə olmuşdur. Zərərçəkmiş şəxs ilə aralarında olan münasibət yaxşı olmuş, lakin təxm inən 2023-cü ilin aprel ayında Eyvaz Sənubəri hədələməyə başlamış və nəticədə Eyvaz Sənubəri xırda məişət probleminə görə təhqir edərək evdən qovmuş və işlətdiyi mobil telefonu əlindən almışdır və hal-hazıradək telefonu belə qaytarmamışdır. Məhz Mircamal ilə Eyvazın arasında mübahisədə bu səbəbdən baş tutmuşdur. Burdan acıq aydın görünür ki, Azərbaycan Respublikası Al Məhkəməsinin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2004-cü il 23 mart tarixli 1 saylı qərarının 3-cü bəndinə qeyd edilmiş hallar məhz buna aid etmək olar. Məhkum1 əməli şəxsi münasibətlər zəminində başlanılmış və bu hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. Məhkum1 əməli ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsində, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda ifadə olunan, zərər çəkmiş şəxsi öldürmək hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edilməsi halı ümumilikdə sübuta yetirilməmişdir. Bu səbəbdən də, hesab edirik ki, onun əməli həm də xuliqanlıq kimi qiymətləndirilə bilməz. İttiham yalnız zərər çəkmiş şəxsin ifadəsi əsasında qurulmuşdur. Məhkəmə kollegiyası öz hökmündə «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Re spublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibat hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarına istinad etmişdir və Məhkum1 və Məhkum2 tərəfindən törədilmiş cinayət əməli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında xuliqanlıq cinayət əməli üçün əsas qismində ayrılmış 3 əlamətə tam şəkildə cavab verdiyini göstərmişdir. Bununla bağlı qeyd etmək istəyirik ki, sözü gedən qərara əsasən "Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiy asında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir." Bundan başqa sözü gedən mübahisə zamanı heç bir vətəndaş üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən hər hansı bir hərəkət olmamışdır. Ona görə də hesab edirik ki, apellyasiya məhkəməsinin cinayət kollegiyası əsassız olaraq sözü gedən qərara istisna etmiş v ə öz hökmünün əsası kimi qiymətləndirmişdir. Məhkum1 əməli şəxsi münasibətlər zəminində başlanılmış və bu hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. Məhkum1 tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsində, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda ifadə olunan, zərər çəkmiş şəxsi öldürmək hədəsi ilə müşayiət edilən qərəzli hərəkətləri olmamışdır. Ona görə də hesab edirik ki, onun əməli xuliqanlıq kimi qiymətləndirilə bilməz. Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hər iki təqsirləndirilən şəxs istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiya məhkəməsində özlərini təqsirli bilməmişlər. Hər iki şəxs öz əməllərinə tənqidi yanaşmamış, əməllərindən peşman olduqlarını deməmişlər. Lakin buna baxmayaraq apellyasiya instansiya məhkəməsi hər iki şəxsə çox yüngül cəza təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi hansı əsasla Məhkum2 azadlığın məhdudlaşdırılması cəzasını təyin etməsini əsaslandırmamışdır. Apellyasiya instansiya məhkəməsi digər təqsirləndirilən şəxs Məhkum1 iki il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etməklə də, təqsirləndirilən şəxs ə çox yüngül cəza təyin etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Məhkum2, Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətləri təmin olunmamalı, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2025-ci il tarixli 1(106)-62/2025 nömrəli hökmü Məhkum1 aid hissədə amnistiya aktının tətbiq edilməsi ilə əlaqədar dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və c inayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum2 və Məhkum1 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətlərinin başlıca dəlili ondan ibarətdir ki, məhkumların əməlləri xuliqanlıq cinayətinin tərkibini yaratmır. Onlar əsassız ol araq CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşlar. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəb ərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin bu dəlillərinə qiymət verərək iş materiallarına əsasən qeyd edir ki, Məhkum2 və Məhkum1 özlərini Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilməsələr də, onların həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətmələri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu – zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyləri və digər sübutlarla mə hkəmə istintaqında təsdiq edilmişdir. Belə ki, cinayət işi üzrə toplanmış və məhkəmə tərəfindən araşdırılmış sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, məhkumlarla zərərçəkmiş şəxs arasında baş vermiş münaqişə şəxsi münasibətlər zəminində yaranmış olsa da, münaqişə zamanı məhkumlar tərəfindən zərərçəkmiş şəxsə qarşı zor tətbiq edilməsi, habelə onların yüksək səslə söyüş söymələri və səs-küy salmaları nəticəsində hadisə yerinə yaxın ərazidə yerləşən məsciddə keçirilən dini mərasim pozulmuşdur. Belə ki, baş verən hadisə səbəbindən molla tərəfindən duanın oxunması yarımçıq saxlanılmış, məsciddə ibadət edən şəxslər mərasimi tərk edərək hadisə yerinə toplaşmışlar. Bu hallar məhkumların əməllərinin ictimai asayişi kobud şəkildə pozduğunu və dini ayinlərin normal gedişinə maneə yaratdığın ı təsdiq edir. Məhkəmə təcrübəsində formalaşmış hüquqi mövqeyə əsasən, münaqişənin başlanma səbəbi şəxsi xarakter daşısa belə, əməllərin nəticə etibarilə ictimai asayişi pozması və cəmiyyət üçün narahatlıq yaratması həmin əməllərin hüquqi tövsifinə birbaşa təsir göstərir. Bu baxımdan, müdafiə tərəfinin məhkumların hərəkətlərinin yalnız şəxsi münasibətlər çərçivəsində qiymətləndirilməsi barədə arqumentləri əsassız hesab edilir və məhkəmə tərəfindən qəbul edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı iş üzrə müəyyən edilmiş faktiki hallara qiymət verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 3-cü bəndində göstərilən hüquqi mövqeyə tam uyğundur. Belə ki, iş materiallarından göründüyü kimi, məhkumlarla zərərçəkmiş şəxs arasında münaqişə ilkin mərhələdə şəxsi münasibətlər zəminində başlasa da, məhkumların sonrakı davranışları bu çərçivədən kənara çıxaraq ictimai qaydanın kobud şəkildə pozulması ilə müşayiət olunmuşdur. Məhkumlar tərəfindən açıq ictimai məkanda zor tətbiq edilməsi, söyüş söymə və yüksək səs-küy salınması nəticəsində yalnız zərərçəkmiş şəxsə deyil, həm də ətrafda olan digər şəxslərə, o cümlədən dini ayinlərin icrasında iştirak edən şəxslərə qarşı açıq-aşkar hörmətsizlik nümayiş etdirilmişdir. Hadisə zamanı yaxınlıqda yerləşən məsciddə keçirilən dini mərasimin pozulması, duanın oxunmasının dayandırılması və ibadət edən şəxslərin məscidi tərk etməyə məcbur qalması məhkumların əməllərinin ictimai təhlükəlilik dərəcəsini əyani şək ildə göstərir. Bu baxımdan, Plenum qərarında da qeyd edildiyi kimi, şəxsi münasibətlər zəminində başlanmış hərəkətlərin sonradan ictimai qaydanı kobud pozan və cəmiyyətə qarşı açıqaşkar hörmətsizlik ifadə edən xarakter alması həmin əməllərin xuliqanlıq kimi tövsif edilməsinə əsas yaradır. Apellyasiya instansiyası məhkəməsi də məhz bu hüquqi meyarları rəhbər tutaraq, məhkumların əməllərini düzgün hüquqi qiymətləndirmiş və əsaslı nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə həm iş üzrə müəyyən edilmiş faktiki hallara, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izahlarına uyğun olmaqla qanuni və əsaslıdır. Apellyasiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsas lanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən məhkumlar Məhkum2 və Məhkum1 qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Azərbaycan Respublikası CM-in 221 -ci maddəsinin dispozisiyasından görünür ki, xuliqanlıq dedikdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür. Həmin maddədə xuliqanlıq əməllərinin bir qrup şəxs tərəfindən törədilməsi ağırlaşdırıcı (tövsifedici) hallar qismində nəzərdə tutulur. Bir qrup şəxs tərəfindən törədilmiş xuliqanlıq CM-in 221.2.1-ci maddəsi ilə tövsif edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, hadisə ictimai yerdə - məscidə yaxın küçədə baş vermiş, təqsirləndirilən şəxslərin hərəkətləri nəticəsində həmin yerdə ictimai qayda kobud surətdə pozulmuş, təq sirləndirilən şəxslər bir qrup şəxs halında zərərçəkmiş şəxsə qarşı zorakılıq hərəkətləri törətmiş, yəni qəsdən yumruq və təpiklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq onun sağlamlığına yüngül zərər vurmaya aid xəsarətləri yetirməklə və onu öldürməklə hədələyərək məhərrəmlik ayı ilə əlaqədar məsciddə keçirilən məclisin gedişatını və həmin məclisdə iştirak edən şəxslərin dincliyini pozub qəsdən xuliqanlıq etmişlər. Həmin qərəzli xuliqanlıq hərəkətlərini edərkən həm də xuliqanlıq niyyəti ilə Məhkum1 Zərərçəkmiş şəxs kürək nahiyəsindən qəsdən zərbə vuraraq ona L1, L2, L3, L4 fəqərələrinin sol köndələn çıxıntılarının minimal yerdəyişmiş qapalı sınıqları ilə müşayiət olunan onurğa xətti üzrə 15-ci fəqərəsi səviyyəsində qançırlardan ibarət sağlamlığının uzun müddət po zulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuş vurmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum2 CM-in 221.2.1-ci maddəsi ilə, Məhkum1 isə CM-in 127.2.3 və 221.2.1-ci maddələri düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyy əti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, Məhkum1 CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə, Məhkum2 isə CM-in 221.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olmaları tam sübuta yetirilmiş və barələrində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Məhkumların kassasiya şikayətlərinin dəlillərindən biri apellyasiya instansiyası məhkəməsinin hökmünün qanunsuz və əsassız olmasıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci mad dəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, apellyasiya məhkəməsi iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmasını, bu sübutlara hansı səbəblərdən üstünlük verməsini hökmdə göstərmişdir. Məhkəmə kollegiyası məhkumlar Məhkum2 və Məhkum1 əməllərinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumların təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Buna əsasən də kassasiya kollegiyası şikayətlərinin bu dəlilini əsassız sayır. Zərərçəkmiş şəxs kassasiya şikayətinin başlıca dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumlar Məhkum2 və Məhkum1 təyin olunmuş cəzanın yüngül olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən c əza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun un qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətmə kdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə məhkumlar Məhkum2 və Məhkum1 barəsində cəza təyin edərkən onların əməllərində cəzanı yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından məhkumlara təq sirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ağır növündə və ya daha da yuxarı həddində cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Hökmdən görünür ki, məhkəmə Məhkum2 və Məhkum1 təyin edəcək cəzanın növünü müəyyən edərkən məhkumların şəxsiyyətlərini və işin hallarını kifayət qədər nəzərə almışdır. İşin materiallarında da məhkumların cəzalarının ağırlaşdırılması üçün digər əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumlara təyin edilmiş cəza onların törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətlərinə və işin hallarına uyğun gəlir, məhkumların islah edilməsi üçün yetərlidir və cəzanın digər məqsədlərinə cavab verir. Odur ki, zərərçəkmiş şəxsin kassasiya şika yətinin bu barədə dəlili əsassızdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Məhkum1 barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli Qərarı tətbiq edilməlidir. Belə ki, qərarın 19.5-ci maddəsinə əsasən məhkəmələr – bu Qərarın 2.12-ci və 2.13cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində aministiya tətbiq edir. Həmin Qərarın 3.1-ci hissəsinə əsasən az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslərin cəzaları 6 ay azaldılmalıdır. Məhkum1 Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə təqs irli bilinmişdir. Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsinin sanksiyası bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsinin sanksiyası iki ilədək müddətdə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Amnistiya haqqında qərarın qəbul edildiyi gün Məhkum1 azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş müddəti 1 (bir) ildən ar tıq olmuşdur. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, Məhkum1 barəsindəki qərarının kassasiya şikayətlərinə münasibətdə ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmiş, lakin Məhkum1 barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli Qərarının 3.1-ci maddəsi tətbiq edilməlidir. Saatlı rayon İcra və Probasiya Şöbəsinin rəisi A.Hüseynovun 13 yanvar 2026-cı il tarixli məktubdan görünür ki, Məhkum2 “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarına əsasən Saatlı rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2025-ci il tarixli 1(106)-62/2025 nömrəli hökmünü isə Məhkum1 aid olan hissədə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli Qərarına əsasən dəyişdirilməsini əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Re spublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə və Məhkum2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə məhkum olunmalarına dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2025-ci il tarixli 1(106)-62/2025 nömrəli hökmü Məhkum1 aid olan hissədə dəyişdirilsin. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli Qərarı tətbiq edilsin və qərarın 3.1-ci maddəsinə əsasən Məhkum1 CM-in 66.2-ci maddəsi ilə cinayətlərin məcmusu üzrə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılaraq üzərin də 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissəsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2268/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2268/2025
04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver