Məhkəmə qərarları › İş №1(102)-2269/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2269/2023

14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2269/2023 14.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum2 müdafiəçisi Müdafiəçi6 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1045/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 Ağakərim oğlu tərəf indən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum2 xx xxxxxx 1999-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, an və Bakı şəhəri, Sabunçu rayonu. Sabunçu qəsəbəsi, yeni tikilidə kirayədə yaşamış yaşayır. 2. 29 sentyabr 2022-ci il tarixli ittiham aktına görə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 234.4.1-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 14 oktyabr 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum2 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkə məyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1 qardaşı Məhkum2 və başqa şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitəni əldə etmə, saxlama və daşınma barədə razılığa gəlib, başqa şəxsin “Whatsapp” proqram tətbiqi vasitəsilə telefon danışığı zamanı sonuncunun ona bildirdiyi başqa ünvandan ayrı-ayrılıqda təmiz çəkiləri 105 qram və 105 qram, ümumi təmiz çəkisi 210 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək, başqa şəxsin “Whatsapp” proqram vasitəsilə ona bildirdiyi ünvanlara çatdırmaq məqsədilə üzərində saxlayaraq, Məhkum2 idarə etdiyi “Kia Rio” markalı avtomaşınla Sabunçu rayonu, Sabunçu qəsəbəsi, F.Mehdiye v küçəsinə daşımış və 29 may 2022-ci il tarixdə, saat 06 radələrində Məhkum2la birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi, nömrəsiz evin qarşısında Bakı şəhəri Sabunçu RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən Məhkum2la birlikdə saxlanılaraq, Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əlində saxladığı üzərində “Oba” yazısı olan sellofan torbanın içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 105 qram və 105 qram ümumi təmiz çəkisi 210 qram olan iki büküm çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-330/2023 nömrəli, 01 mart 2023-cü il tarixli hökmü ilə Məhkum2 Azərbaycan Respub likası CM-nin 234.4.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 29 may 2022-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir..

6. Həmin hökmlə Məhkum1 da təqsirli bilinərək məhkum edilmişdir.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2, təqsirləndirilən şəxs Məhkum1 müdafıəçisi Müdafiəçi4 və təqsirləndirilən şəxs Məhkum2 müdafıəçisi X4 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1045/2023 nömrəli, 07 i yun 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 apellyasiya şikayətlərindən imtina etdiklərinə görə həmin şikayətlərə münasibətdə apellyasiya icraatına xitam verilmiş, müdafiəçilər Müdafiəçi4 və X4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-330/2023 nömrəli, 01 mart 2023-cü il tarixli hökmü təqsirləndirilən şəxslərə təyin edilmiş cəzaya aid hissədə dəyişdirilmiş, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasının müddətinin 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilməsi, Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublik ası CM-nin 234.4.1-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətinin 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilməsi qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

10. Kassasiya protestində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CM-nin 2, 8, 41.2, 58.1, 58.3 və 70.2-ci maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, nəticədə Məhkum2 törətmiş olduğu cinayətin ağırlığına, ictimai təhlükəliliyinə və xarakterinə uyğun olmaya n cəza təyin etmişdir. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1045/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilir.

11. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticə sində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Dövlət ittihamçısı kassasiya protestində Məhkum2 təyin edilmiş cəzanın yüngül olduğunu iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

17. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu mad dəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətlər əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1045/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etmə lidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkıldə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

19. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cina yət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

20. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərini bilavasitə tənzimləyən Azərbaycan Respublikası CM-nin 62-ci maddəsində isə təsbit olunur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər”.

21. Həmin Məcəllənin 62.2-ci maddəsi ilə müəyyən edilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər.

22. Kassasiya protestindən aydın olur ki, dövlət ittihamçısı Məhkum2 Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinin əsassızlığını, cəzanın təqsirkarın törətdiyi cinayət əməlinin xarakt erinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmamasında, eləcə də cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmamasında görür.

23. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyində cinayət törətmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinin tətbiqini yalnız törədilmiş cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı etməmişdir.

24. Məhkəmə kollegiyasının fikrincə cinayətin xarakterini və ictimai təhlükəliliyini xarakterizə edən halların cəzanın təyin edilməsində əhəmiyyət kəsb edən digər hallardan ayrılıqda nəzərdən keçirilməsi, həmin halların özü-özlüyündə təqsirkarlara azadlıqdan məhrum etmə növündə cəzanın məhz cinayət-hüquqi normaların sanksiyaları daxilində təyin edilməsini tələb edən əsasla r kimi qiymətləndirilməsi ədalət prinsipinə (Azərbaycan Respublikası CM-nin 8-ci maddəsi), cəzanın təyin edilməsinin ümumi əsaslarına (Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsi) zidd yanaşma olardı.

25. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının mübahisələndirilməsi üçün kassasiya protestində gətirilən Məhkum2 törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə əlaqələndirilən dəlillərlə razılaşmır.

26. Cəzanı yüngülləşdirən halların düzgün olmayaraq nəzərə alınması və müstəsna hallar kimi qiymətləndirilməsi barədə kassasiya protestinin dəlillərinə gəldikdə, kollegiya bu dəlillərlə də razılaşmaq üçün əsas görmür ona görə ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsi məhkəmənin mülahizəsinə görə Azərbaycan Respublikası CM-nin 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən başqa halların da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasına yol verir.

27. Baxılan işdə apellyasiya instansiyası məhkəməsi Məhkum2 ibtidai istintaqın ilkin mərhələsində geniş ifadə verməklə cinayətin açılmasında iştirak etməsini iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi kimi qəbul edib, bu halə və ailəli olmaqla himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib, eyni zamanda cəzanı ağırlaşdıran halların olmadığını qeyd etdikdən sonra, humanizm prinsiplərini əsas götürməklə ağır nəticələrə səbəb olan və xüsusi müalicə tələb edən talassemiya xəstəliyindən əziyyət çəkməsini, eləcə də törədilmiş cinayətə görə bir ailənin üzvü olan digər qardaşı - Məhkum1 qanunla müəyyən edilən sanksiya həddində azadlıqdan mərhum etmə cəzasına məhkum edildiyini nəzərə alaraq, sadalanan halların məcmusunun Məhkum2 barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi üçün əsas verməsi barədə düzgün nəticəyə gəlmişdir.

28. Yuxarıda təsvir edilən cəzanın növü və həddini müəyyən edərkən nəzərə alınan halların ayrı-ayrı və məcmu formada mövcud olmasına dair məhkəmələrin gəldiyi nəticələr məzmun etibarı ilə həmin nəticələrlə uzlaşan, yolverilənliyi nə birinci, nə də ki apellyasiya instansiyası məhkəmələrində təkzib edilməyən sübutlarla təsdiq olunduğundan, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən halların müəyyən edilməsi zamanı Azərbaycan Respublikası CPM-nin 139.0.5, eləcə də həmin Məcəllənin 1 43-146-cı maddələrinin tələblərinin pozuntularına yol verilməmişdir.

29. Qeyd olunanlar onu deməyə əsas verir ki, Məhkum2 Аzərbаycаn Respublikası CM-nin 234.4.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az müddətli cəza vasitəsi ilə islah oluna biləcəyinə dair qənaətə gəldiyindən, həmin maddə ilə apellyasiya instansiya məhkəməsinin ona təyin etdiyi 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın təyin edilməsinin ümumi əsasları haqqında tələblərə, cəzanın məqsədlərinə (Azərbaycan Respublikası CM-nin 41-ci maddəsi), cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutuna dair Аzərbаycаn Respublikası CM-nin 62-ci maddəsinin müddəalarına, C inayət Məcəlləsinin prinsiplərinə, o cümlədən təqsirə görə məsuliyyət (Azərbaycan Respublikası CM-nin 7-ci maddə), ədalət (Azərbaycan Respublikası CM-nin 8-ci maddəsi) və humanizm (Azərbaycan Respublikası CM-nin 9cu maddəsi) prinsiplərinə cavab verməyən cəza kimi nəzərdən keçirilə bilməz.

30. Bu səbəblərdən kollegiya baxılan işdə Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.21-ci maddəsində göstərilən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini (dəyişdirilməsini) şərtləndirən halı müəyyən etmir və kassasiya protestinin təmin edilməməsi barədə nəticəyə gəlir.

31. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1045/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1045/2023 nömrəli, 07 iyun 2023-cü tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar