Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-227/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mehrəliyev Vüsal Bəhram oğlunun, Məhkum və onun müdafiəçisi X80nun vəkili X5 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 yanvar 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim E.Z.Hümbətov) Məhkum (xx xxxxxx 1982-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 20 noyabr 2017-ci il tarixdən hesablanması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayə t Kollegiyasının 08 yanvar 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim F.G.Zeynallı, hakimlər N.R.Mövsümov və T.Q.Məmmədovdan ibarət məhkəmə tərkibi) Məhkum apellyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 yanvar 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum 20 aprel 2016-cı il tarixdə, saat 18:30 radələrində ünvan5nin yaxınlığında, XX80nin inzibati binasının yanında Zərərçəkmiş şəxs3 bacısı oğlanlarını XX85ndə aylıq əmək haqqı 747 manat olan mühafizəçi işinə düzəldəcəyini vəd edərək, ondan 1260 manat pulunu alıb ələ keçirməklə dələduzluq etmiş, yəni etibardan sui-istifadə etmə v ə ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrarən 25 may 2017-ci il tarixdə, saat 10:30 radələrində ünvan6ndə yaşayan Zərərçəkmiş şəxs6 mobil nömrəsinə zəng edərək, oğlu X9 “XX90ndə işə düzəldəcəyinə vəd verərək, sənədlərini düzəltməsini və 465 manat pulu Zaqatala rayon poçtundan XXX85na X7 adına göndərməsini demiş və həmin məbləğdə pulu almışdır. 26 may 2017-ci il tarixdə Zərərçəkmiş şəxs6 yaşadığı ünvana gələrək sonuncudan evində oğlunun işə düzəltməsi üçün əlavə 200 manat, ümumilikdə 665 manat pulunu alıb ələ keçirməklə dələduzluq etmiş, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan əlavə o, təkrarən 01 iyun 2017-ci il tarixdə ünvan7 sakini Zərərçəkmiş şəxs2nun yaşadığı evə gedərək, XXX65 haqqında sənədlər i hazırlamasını və Bakı şəhərində XXXX66ndə işə düzəldəcəyini vəd edərək sonuncudan 360 manat, işə düzəltmək və sənədlərin hazırlanmasına isə 340 manat, ümumilikdə 700 manat pulunu alıb ələ keçirməklə dələduzluq etmiş, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan əlavə o, təkrarən 2017-ci ilin iyul ayında ünvan9nda Zərərçəkmiş şəxs4 ilə tanış olmuş, ünvan10nda siqaret ticarəti ilə məşğul olduğunu və siqaret satmaqda ona köməklik edəcəyini vəd edərək 16 iyun 2017-ci il tarixdə 2700 manat pulunu almış və əlavə poçt vasitəsi ilə X2 adına 500 manat pul göndərməsini demiş, beləliklə ümumilikdə onun 3200 manat pulunu alıb ələ keçirməklə dələduzluq etmiş, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. B undan başqa o, təkrarən 15 avqust 2017-ci il tarixdə ünvan12 sakini X12 2500 manata XXX98ndə işə düzəldəcəyini vəd verərək, ünvan14 XX44ğın yanında ondan 1700 manat pulunu almışdır. 17 avqust 2017-ci il tarixdə, saat 11:58 radələrində sonuncunun yeznəsi X10 adı ilə ünvan15ndan X1 adına XXX77 vasitəsi ilə göndərilmiş 1500 manat pulunu alıb ələ keçirməklə dələduzluq etmiş, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrarən 26 avqust 2017-ci il tarixdə saat 11 radələrində ünvan16nda yerləşən XX22ndə istirahət edərkən orada sərpayıçı işləyən ünvan18 sakini Zərərçəkmiş şəxs5 XXX11nda işə düzəldəcəyi adı ilə 600 manat pulunu aldadıb ələ keçirməklə dələduzluq etmiş, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmla kını ələ keçirmişdir. Bundan əlavə o, təkrarən 06 sentyabr 2017-ci il tarixdə pula ehtiyacı olduğu üçün tanışı Zərərçəkmiş şəxs1 ilə telefon əlaqəsi saxlayıb, ünvan19ndə olduğunu və ona 500 manat pulu X3 adına XXXX44 ilə göndərməsini demiş və həmin məbləğdə pulu almışdır. 07 sentyabr 2017-ci il tarixdə yenə tanışı Zərərçəkmiş şəxs1 ilə telefon əlaqəsi saxlayaraq 1000 manat pulu XXXX55 ilə X3 adına göndərməsini demiş və həmin məbləğdə pulu almışdır. 12 sentyabr 2017-ci il tarixdə ünvan20nda olarkən yenə Zərərçəkmiş şəxs1 ilə telefon əlaqəsi saxlayaraq onu XXXX66ndə xadimə işinə düzəldəcəyini vəd edərək, 1500 manat pulu XXX777 ilə X13 adına göndərməsini demiş və həmin məbləğdə pulu XXX333ndan götürərək ələ keçirməklə dələduzluq etmiş, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən onun məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən zərərçəkmiş şəxslərə az miqdarlarda ziyan vurması, məcburi köçkün olması, ailə vəziyyətinin ağır olması, himayəsində azyaşlı uşaqlarının olması nəzərə alınmamış, nəticədə o, Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının aşağı həddinin 2 il olmasına baxmayaraq daha uzun müddətə azadlıqdan məhrum etməyə, yəni həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə, habelə Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli fərmanına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 yanvar 2 019-cu il tarixli qərarının dəyişdirilməsini, ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassa siya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən və apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, cəzasının yüngülləşdirilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 yanvar 2019-cu il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətm iş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.1.1-ci maddəsinə görə cinayətlərin resdivi cəzanı ağırlaşdıran haldır. Cinayət Məcəlləsinin 65.2-ci-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəs ində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cə za və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, Məhkum ona həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş cəzanın ədalətsiz olması haqqında iddia və bu cəzanın yüngülləşdirilməsi barədə tələb Məhkum tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və tələbi təmin etməyib, Məhkum Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair Şamaxı Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli hökmünü dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkəməsi cəzanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi cəzanı yüngülləşdirən halları – Məhkum az ağır cinayət törətməsini, cinayəti qismən etiraf edib əməlindən peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın bir qismini ödəməsini Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən təqsirləndirilənin şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, baxılan işdə cəz anın CM-in 65.2-ci maddəsinin qaydaları əsasında (Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin – beş ilin üçdə ikisndən az olmamaq şərtilə) təyin edilməsini tələb edən cəzanı ağırlaşdıran halın – cinayətlərin təhlükəli residivinin olması, cəzanın Məhkum ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan normalarının və ədalət prinsipinin (CM, maddə 8) tələblərinə cavab verən cəza təyin etmişdir. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən əsaslar qismində müəyyən edilmiş halları və yaxud kassasiya şikayətində istinad olunan digər halları Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsini tələb edən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının, ədalət prinsipinin tələblərinə əməl etmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətində istinad olunan, lakin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən halların Məhkum cəzasının yüngülləşdirilməsinə əsas verməməsi barədə nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət - prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunanlar Məhkum kassasiya şikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci maddəsində təsbit olunmuş pozuntuların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və onun müdafiəçisi XXXX965un, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamç ısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 08 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 08 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hafiz Nəsibov
Məhkəmə qərarları › İş №1(102)-227/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-227/2020
19.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver