Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-227/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 və zərərçəkmiş şəxsin (mülki iddiaçı) atası Bərxudarov Asif Nəsib oğlunun iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayətinin qəbul edilməsindən imtina edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2022-ci il tarixli qərarından zərərçəkmiş şəxsin (mülki iddiaçı) atası Bərxudarov Asif Nəsib oğlu və vəkili X12 tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon Məhkəməsinin 9 fevral 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X20) Məhkum CM-in 263.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və onun üzə rinə Bərdə rayonunun Qarabağ qəsəbəsindəki yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Həmçinin göstərilən hökmlə iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində tanınmış Zərərçəkmiş şəxs1 mülki iddiası tam həcmdə təmin edilmiş və maddi ziyanın vurulmasına görə 13082 (on üç min səksən iki) manat, dövlət rüsumunun ödənilməsinə isə sərf olunmuş 30 (otuz) manat məbləğində pulun Məhkum tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsi hökm edi lmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər X7 (sədrlik edən və məruzəçi) X16 və X2 ibarət tərkibdə) 06 may 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Məhkum CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bərdə Rayon Məhkəməsinin 9 fevral 2021-ci il tarixli hökmü məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər X21 (sədrlik edən və məruzəçi), X4 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə) 30 noyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 may 2021-ci il tarixli qərarı 12 may 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsəi nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs1 maddi ziyanın vurulması və bununla bağlı onun mülki iddiasının təmin edilməsi hissələrində ləğv edilmiş və cinayət işi həmin hissələrdə yeni apellyasiya baxışına təyin edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X17 (sədrlik edən və və məruzəçi) X5 və X8 ibarət tərkibdə) 18 aprel 2022-ci il tarixli qərarı ilə məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, mülki iddia rədd edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə məhkum olunmasına dair Bərdə Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 1(104)-193/2021 say lı hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə “8 noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən Məhkum barəsində amnistiya tətbiq edilərək onun barəsində cinayət təqibinə xitam verilmiş, Məhkum barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilmişdir. Zərərçəkmiş şəxs1 atası Bərxudarov Asif Nəsib oğlu tərəfindən sonuncu qərardan kassasiya şikayəti verilmiş, qərarın mülki iddiaya aid hissədə ləğv edilməsi və mülki iddianın 8582 manat məbləğində təmin edilməsi xahiş olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər X13 (sə drlik edən və məruzəçi), X9 və X1 ibarət tərkibdə) 17 avqust 2022-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə məhkum olunmasına dair Gəncə Apellyasiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli l(104)-204/2022 saylı qərarından zərərçəkmiş şəxsin (mülki iddiaçı) atası tərəfindən verilmiş kassasiya şikayətinin qəbul edilməsindən imtina edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində göstərilmişdir ki, “Chevrolet Cruze” markalı **-DV-*** dövlət nömrə nişanlı minik avtomobilinin sahibi kimi maraqlı şəxs olaraq Gəncə Apellyasiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, l(104)-204/2022 saylı qərarından 22 iyul 2022-ci il tarixdə xəbər tutmuşdur. “Chevrolet Cruze” markalı **-DV-*** dövlət nömrə nişanlı minik avtomobili rəsmi sənədlərlə ona məxsusdur, yəni xüsusi əmlakıdır, oğlu Zərərçəkmiş şəxs1 həmin avtomobili 12 may 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı idarə etmə hüququ verən və onun tərəfindən verilmiş etibarnamə ilə idarə etmişdir. Həmin avtomobilin qanuni sahibi kimi maraqlı şəxs olaraq Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2022-ci il tarixli, 1(104)-204/2022 saylı qərarından mülki iddianın rədd edilməsi hadisəsində narazıdır, qərarı həmin hissədə qəbul etmir, qərarı həmin hissədə qanunsuz, mülki və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual hüquq normalarının ciddi pozulmaları ilə qəbul edilmiş qərar hesab edir. Sözügedən qərar iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilərək yeniqərar qəbul edilməsi üçün kassasiya şikayəti ilə Gəncə A pellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına müraciət etmiş, lakin əsassız olaraq Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 412.5-ci maddəsinə istinad edərək kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. Kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2022-ci il tarixli qərarının ləğv edilərək kassasiya şikayətinin qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya Apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin (mülki iddiaçı) atası Bərxudarov Asif Nəsib oğlunun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiym ət vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 409.1-ci maddəsinə əsasən kassasiya şikayəti vermək hüququna aşağıdakı şəxslər malikdirlər: 409.1.1. məhkum edilmiş, bəraət almış təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi; 409.1.2. zərər çəkmiş şəxs (xüsusi ittihamçı), onun qanuni nümayəndəsi və ya nümayəndəsi; 409.1.3. mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri. 409.1.4. Barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin müdafiəçisi və ya qanuni nümayəndəsi, xəstəliyin xüsusiyyəti ona öz hüquqlarından istifadə etməyə mane olmadıqda isə həmin şəxsin özü. 409.1.5. barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilmiş və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilmiş yetki nlik yaşına çatmayan şəxsin özü, onun qanuni nümayəndəsi və ya müdafiəçisi; 409.1.6. barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsi və ya müdafiəçisi. Həmin Məcəllənin 412.5-ci maddəsinə əsasən hüququ olmayan şəxslər tərəfindən və ya şifahi şəkildə ifadə edilmiş kassasiya şikayəti və ya kassasiya protesti qəbul edilə bilməz. Sözügedən Məcəllənin 415.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarından kassasiya şikayəti və ya kassasiya protesti vermiş şəxsin həmin şəxs kassasiya şikayəti və ya kassasiya protesti vermək hüququna malik olmadıqda; kassasiya şikayətini və ya kassasiya protestini baxılmamış saxlamaq hüququna malikdir. Cinayət prosessual qanunvericiliyi kassasiya şikayəti və protesti vermək hüququ olan şəxslərin dairəsini müəyyən etmiş və assasiya şikayəti və ya protesti onu vermək hüququ olmayan şəxs tərəfindən verildiyi halda baxılmamış saxlanılmasını təsbit etmişdir. Hazırki cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2022ci il tarixli qərarından zərərçəkmiş şəxsin (mülki iddiaçı) atası Bərxudarov Asif Nəsib oğlu kassasiya şikayəti vermişdir ki, həmin şəxs cinayət prosesinin iştirakçısı olmadığından kassasiya şikayəti vermək hüququna malik deyildir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cinayət işi üzrə proses iştirakçı olmadığından kassasiya şikayəti vermək hüququna malik olmayan Bərxudarov Asif Nəsib oğlunun kassasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun baxıl mamış saxlanılmış və apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmişdir. Buna görə də zərərçəkmiş şəxsin (mülki iddiaçı) atası Bərxudarov Asif Nəsib oğlu və vəkili X12 tərəfindən birgə verilmiş kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Zərərçəkmiş şəxsin (mülki iddiaçı) atası Bərxudarov Asif Nəsib oğlu və vəkili X12 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının kassasiya şikayətinin qəbul edilməsin dən imtina edilməsinə dair 17 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-227/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-227/2023
15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver