Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2272/2023 31.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun iştirakları ilə xx xxxx ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin 134 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 1(103)-1297/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 1(011)-63/2023 nömrəli hökmü ilə (hakim: S.S.Hacıyeva) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 134-cü maddəsi ilə 01 (bir) il 02 (iki) ay müddətə, CM-in 221.3-cü maddəsi ilə 03 (üç) il 02 (iki) ay müddətə, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 22 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmənin həmin hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), İ.M.Murquzov və A.V.Tanrıverdiyevdən ibarət tərkibdə) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2023-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İ şin halları: Hökmə əsasən Məhkum 02 iyul 2022-ci il tarixdə saat 13:30 radələrində alkoqol sərxoşluğu vəziyyətində ünvan 2 ünvanda yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısına gəldikdən sonra, evin qarşısında keçmiş qaynanası Zərərçəkmiş şəxs onun keçmiş arvadı X3 olduğu yer barədə ona məlumat verməməsini bəhanə gətirib, heç bir əsaslı səbəb olmadan üzərinə hücum edərək vətəndaşların gözü qarşısında ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bi r çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxs üzərində zor tətbiq edilməsi habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verib, mətbəxdən götürdüyü istintaqla müəyyən edilməsi mümkün olmayan silah qismində istifadə etdiyi bıçağı silahın real tətbiqinə əsaslar olduğu halda bir əli ilə zərərçəkmişin boğaz nahiyəsindən sıxıb sonuncunun qarın nahiyəsi istiqamətində tutmaqla hədənin icra ediləcəyi üçün real əsaslarla öldürməklə hədələmiş, həmin vaxt qonşuluqda yaşayan Şahid2 müdaxiləsi nəticəsində Zərərçəkmiş şəxs kənarlaşdırılıb mənzildən çıxarıldıqdan sonra mətbəxdən götürdüyü fincandan silah qismində istifadə edərək həmin fincanı Zərərçəkmiş şəxs baş nahiyəsi istiqamətində atmaqla sonuncunun yayınmasından sonra f incanın fərdi yaşayış evinin divarına dəyərək qırıqlarının onun sağ ayaq nahiyyəsinə dəyməsi nəticəsində ona sağ ayaq pəncəsinin kəsilmiş səthi yarası xəsarətləri ilə müşayiət olunan, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş, ardınca özündə olan bıçaqla fərdi yaşayış evinin pəncərələri üzərindəki toru cırmaqla zədələyib, habelə mətbəxdə olan qabqacaq əşyalarını sındırmaqla məhv edib, qərəzli hərəkətlərini təxminən 15 dəqiqə müddət ərzində davam etdirməklə, Zərərçəkmiş şəxs ümumilikdə 200 manat ziyan vurmaqla xuliqanlıq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 221.3-cü maddələri ilə təqsirli bilərək, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə qeyri-humanist və ədalətsiz hökm çıxardığı halda, apellyasiya instansiyası məhkəməsi də işi tam araşdırmadan əsassız olaraq hökmdən onun tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməmişdir. Belə ki, məhkum öz kassasiya şikayətində məhkəmələr onun valideynlərinin rəhmətə getməsini və özünün ürək xəstəsi olduğunu, bu və digər halları kifayət qədər nəzərə almamış və nəticədə onun barəsində ədalətsiz məhkəmə aktları qəbul etmişlər. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2023-cü il tarixli qərarının dəyişdirilməsini, ona təyin olunmuş cəzasının yüngülləşdirilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması ü zrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləs inin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən ona cəza təyin edilərkən və apellyasiya məhkəməsində cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtlənd irən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və c inayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşd irən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsində sadalanan, eləcə də həmin maddədə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, Məhkum ona ədalət və humanizm prinsipləri ilə bir araya sığm ayan həddindən artıq ağır cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, Məhkum onun barəsində ədalətsizliyə yol verilməsi haqqında iddianı və birinci instansiya məhkəməsinin təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının daha az müddətə təyin edilməsi barədə tələbi apellyasiya məhkəməsi qarşısında da irəli sürmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və tələbi təmin etməyib, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 221.3-cü maddələri ilə həm ayrı ayrılıqda həmdə cinayətlərin məcmusu üzrə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 fevral 2023-cü, 1(011)-63/2023 nömrəli hökmünü dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkə məsi Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun cəzasını yüngülləşdirən hal kimi himayəsində azyaşlı uşağının olmasını, cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini, şəxsiyyəti səciyələndiriən başqa məlumatları (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli hökmünə əsasən CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulan əməlin törədilməsində təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, barəsində "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməklə cəzadan azad edilm əklə məhkumluğunun götürülməsində cəmi 7 ay 14 gün sonra yeni cinayət törətmiş), təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, eləcə də cəzanın məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 221.3-cü maddələri ilə həm ayrı ayrılıqda həmdə cinayətlərin məcmusu üzrə Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Mahiyyət etibarı ilə cəzanın mübahisələndirilməsi üçün verilmiş apellyasiya şikayətini təkrarlayan kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edən dəlillər gətirilmədiyindən, məhk əmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş cəzanı yüngülləşdirən halları Məhkum cəzasının daha da yüngülləşdirilməsini mümkün edən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Yuxarıda qeyd olunanlar Məhkum kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiya sı kassasiya şikayətinin təmin edilməsi haqqında Məhkum və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 1(103)-1297/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 1(103)-1297/2023 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən
Məhkəmə qərarları › İş №1(102)-2272/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2272/2023
31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver