Məhkəmə qərarları › İş №1(102)-2273/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2273/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2273/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə x xxxx 1977-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməyən, Bərdə rayonu, Mehdixanlı kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu, Cic imli kəndində yaşayan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 mart 2024-cü il tarixli 1(104)-56/2024 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli 1(021)-136/2023 nömrəli hökmü ilə (hakim E.M.Əhmədov) X6 - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. Məhkəmənin həmin hökmündən dövl ət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2024-cü il tarixli 1(104)-56/2024 nömrəli qərarı ilə (hakimlər: N.T.Əliyev (sədrlik edən), S.B.Hüseynov və Ə.G.Abdullayev) apellyasiya protesti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İstintaq orqanı tərəfindən verilən ittihama görə X2 məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə ” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 42,09 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış, 1 aprel 2023-cü il tarixdə saat 12:10 radələrində Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Cicimli kəndində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, ünvan 1 ünvanında yerləşən Bərdə rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd mavi rəngli sellofan paketdə təmiz çək isi 42,09 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi X6 bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayarkən ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqində n əsassız imtina etdiyindən, işdəki sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilmədiyindən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Dövlət ittihamçısının fikrincə, ibtidai araşdırma orqanı tərəfindən bəraət almış şəxsin barəsində olan cinayət işinin istintaqı zamanı cinayət prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla toplanmış sübutlarla onun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmiş və məhkəmə əsassız olaraq həmin sübutları mötəbər hesab etməyərək bəraət almış şəxsin təqsirliliyinin sübuta yetirilməməsi nəticəsinə gəlmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şək ildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiya sı məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protestdə qeyd edilir ki, X5 əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmələr həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olm ayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənlə şdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bəraət almış şəxsə bəraət verilməsinə dair birinci instansiy a məhkəməsinin hökmünü qüvvədə saxlamış, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri təqsirləndirilən şəxsin xeyrinə həll etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarında iş üzrə əməliyyat axtarışı tədbirini keçirmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı tərəfindən həmin pozuntuların aradan qaldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin qərarında verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Belə ki, birinci instansiya məhkəm əsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X8 ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 1 aprel 2023-cü il tarixdə evdə olmuşdur. Səhər evdə yatan zaman polislər evinə gələrək onu 40 dəqiqə gözləyərək onu şöbəyə aparmışlar. Həmin qırx dəqiqə ərzində o, qoyunlarını qonşunun həyətinə ötürmüşdür. Şöbədə ona bildirmişlər ki, o narkotik istifadə etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməlidir. Onun üzərində narkotik vasitə olmamışdır. Şöbədə müəyyən məsələlər olduğu üçün məcbur olub narkotikin ona mənsub olmasını bildirmişdir. Onu polislər evdən götürüb birbaşa Şöbəyə aparmışlar. Onun qeyd edilən narkotikdən ümumiyyətlə xəbəri olmamışdır. Sadəcə dedilər ki, kamera qarşısında c ibindən çıxart stolun üstünə qoy. O, heç bir cinayət törətməmişdir. Şöbəyə aparılanda ayağında qolbaq olmuşdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, Bərdə rayonu, Cicimli kəndində yaşayan X5 qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması barədə polis şöbəsinə məxfi məlumat daxil olmuşdur. Buna görə də, onlar əməliyyat-axtarış tədbirləri keçirərək 1 aprel 2023-cü il tarixdə X3 rayonu, Cicimli kəndində saxlamış və Bərdə rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Bundan sonra X6 üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir əd əd sellofan bükümdə olan kütlə aşkar edilmişdir. Daha sonra bəraət almış şəxsa üzərində hansı əşyanın olub-olmaması barədə verilmiş sual cavab olaraq bildirmişdir ki, üzərində kənddə yabanı halda bitən “kalapına” bitkisi var. Həmin bitki marixuanaya bənzədiyindən təhqiqatçı tərəfindən tərəzidə çəkilərək qablaşdırılmışdır. O, əvvəllər bəraət almış şəxsı tanımamış, onun evinin harada yerləşməsindən məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid1 şahid qismində dindirilmiş Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 vermiş olduğu ifadədən fərqlənməyən, eyni məzmunlu ifadə vermiş və qeyd edilən xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş və ifadəsi məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edi lmiş şahid Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən, polis kapitanı Şahid2 Bakir oğlu ifadəsində göstərmişdir ki, Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı xüsusi rütbəsindədir. 1 aprel 2023-cü il tarixdə Bərdə rayonu, Cicimli kəndində yaşayan X5 qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması barədə polis şöbəsinə məxfi məlumat daxil olmuşdur. Buna görə də, o və Bərdə rayon Polis Şöbəsinin KTQ-nun baş inspektoru, polis kapitanı Şahid1, Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı, Şahid3 ilə birlikdə əməliyyat axtarış tədbirləri keçirərək 1 aprel 2023-cü il tarixdə saat 12:10-da X3 rayonu, Cicimli kəndində saxlanı laraq Bərdə rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. Bundan sonra Bərdə rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı polis mayoru X12 tərəfindən X6 hüquq və vəzifələri izah edildikdən sonra hüquqlarını müdafiə etməsi üçün Bərdə rayon Vəkillər Bürosunun vəkili X17 dəvət edilərək bəraət almış şəxs Bəndəliyevə təqdim edilmişdir. X19 şübhəli şəxs qismində tutularaq onun, Bərdə rayon Polis Şöbəsinin KTQ-nun baş inspektoru, polis kapitanı Şahid1, Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı, Şahid3 iştirakı ilə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs bəraət almış şəxs Bəndəliyevə təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olub-olmaması, varsa könüllü olara q təhvil versin. Şübhəli şəxs bəraət almış şəxs Bəndəliyev masaya doğru yaxınlaşaraq əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd sellofan bükümdə olan kütləni masanın üzərinə qoymuş, həmin bükümün içərisində olan kütləni öz istifadəsi məqsədi ilə kəndlərində yabanı halda bitmiş “Kanapilə” bitkisi olduğunu, siqareti olmayanda istifadə etdiyini bildirmişdir. Bundan X19in üzərinə polis leytenantı Şahid3 tərəfindən yoxlanılmış, sonuncunun əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd siqaret qutusu, həmin gödəkçənin sol içəri cibindən bir ədəd boş sellofan torba, həmin gödəkcənin sol yan cibindən bir ədəd alışqan, bəraət almış şəxs Bəndəliyevin əynində olan göy rəngli cins şalvarın sol yan cibindən kiçik ölçülü kağız parçaları və bir ədəd 5 manatlıq pul əskina zı aşkar edilmişdir. bəraət almış şəxs Bəndəliyevin təqdim etdiyi sellofan torbada olan kütləyə baxış keçirilmiş və həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər olması bildirilmişdir. Həmin kütlə ardınca elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 43,93 qram olması müəyyən edilmişdir. Sorğu zamanı bəraət almış şəxs Bəndəliyev həmin kütləni yaşadığı Bərdə rayonu, Cicimli kənd ərazisindən tapdığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş kütlə 1 ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş və bəraət almış şəxs Bəndəliyev də iştirakçılar ilə birlikdə həmin zərfin üzərini imza etmişdirlər. Bunun ardınca bəraət almış şəxs Bəndəliyevin üzərindən aşkar edilmiş 01 ədəd qara rəngli mobil telefona bənzər nəzarət qurğusu, 1 ədəd 5 manatlıq əskina za, siqaret qutusuna, kağız parçalara baxış keçirilmiş, lakin sübut əhəmiyyətə malik olmadıqları üçün bəraət almış şəxs Bəndəliyevin özünə qaytarılmışdır. bəraət almış şəxs Bəndəliyevdən saxlanılarkən hər hansı zorakılığa məruz qalıb-qalmaması sorğu edilən zaman hər hansı bir zorakılığa məruz qalmamasını və bununla əlaqədar heç bir şikayətinin olmamasını bildimişrdir. Bununla da, baxış istintaq hərəkəti başa çatdırılmışdır. Əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, X8 onun həyat yoldaşıdır. Hadisə günü polislər onların evinə gəlmiş, qapını döyən zaman qapını o açmışdır. Mülki geyimdə olan polislər ondan bəraət almış şəxsı soruşmuşlar. O, polislərə bəraət almış şəxsın evdə olduğunu bildirmişdir. Daha sonra o, evə keçib bəraət almış şəxsı çağıraraq polislərin onu axtard ığını bildirmişdir. bəraət almış şəxs qapıya çıxmış, daha sonra həyətdə olan qoyunları qonşunun həyətinə ötürmüş, evdə paltarlarını dəyişərək polislərlə birlikdə polis şöbəsinə getmişdir. Sonradan ona bəraət almış şəxsın tutulması məlum olmuşdur. O, həmin vaxt bəraət almış şəxsın ayağında qolbaq olduğuna görə həmin vaxt həmin qolbaqla bağlı onun polislər tərəfindən polis şöbəsinə aparılmasını düşünmüşdür. O, bəraət almış şəxsdan polislərin nəyə görə onu axtarmasını soruşduqda bəraət almış şəxs ona səbəbini bilmədiyini demişdir. Cinayət işi materiallarına əlavə edilmiş 1 aprel 2023-cü il tarixdə «Şəxsi axtarış və götürmə aparılması haqqında» tərtib edilmiş protokoldan görünür ki, həmin gün video çəkilişlə Bərdə rayon Polis X1 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirmə zamanı X6 təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. bəraət almış şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə olan kütləni masanın üzərinə qoymaqla təqdim etmiş, həmin bükümün içərisində olan kütləni öz istifadəsi məqsədi ilə kəndlərində yabanı halda bitmiş “Kanapilə” bitkisi olduğunu, siqareti olmayanda istifadə etdiyini bildirmişdir. Bunun ardınca bəraət almış şəxs Bəndəliyevin üzəri polis leytenantı Şahid3 tərəfindən yoxlanılmış, sonuncunun əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd siqaret qutusu, həmin gödəkcənin sol içəri cibindən bir ədəd boş sellofan torba, həmin gödəkcənin sol yan cibindən bir ədəd alışqan, bəraət almış şəxs ə ynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd mobil telefona bənzər nəzarət qurğusu, həmin şalvarın arxa cibindən kiçik ölçülü kağız parçaları və bir ədəd 5 manatlıq pul əskinazi aşkar edilmişdir. Bunun ardınca bəraət almış şəxs təqdim etdiyi sellofan torbada olan kütləyə baxış keçrilmiş, baxış zamanı həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər olması bildirilmişdir. Ardınca həmin kütlə elektron tərəzidə çəkilmiş və 43,93 qram olması müəyyən edilmişdir. Sorğu zamanı bəraət almış şəxs həmin kütləni yaşadığı Bərdə rayon Cicimli kəndi ərazisindən topladığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha X19in üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə 1 ədəd ağ rəngli zərfə qoyulmuş, zərfin üzərində zəruri qeydlər aparılmış, həmin zərf DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götrülmüşdür. Bunun ardınca bəraət almış şəxs Bəndəliyevin üzərindən aşkar edilmiş, 1 ədəd qara rəngli mobil telefona bənzər nəzarət qurğusu, 1 ədəd 5 manatlıq pul əskinazına, siqaret qutusuna, kağız parçalarına baxış keçrilmiş, lakin, iş üçün əhəmiyyət kəsb etmədiyindən bəraət almış şəxs Bəndəliyevin özünə qaytarılmışdır. bəraət almış şəxs Bəndəliyevdən saxlanılarkən polis əməkdaşları tərəfindən hər hansı təsirə, təziqə və zorakılığa məruz qalıb qalmaması sorğu edilmişdir. Lakin, bəraət almış şəxs Bəndəliyev polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalmadığını, bununla əlaqədar olaraq hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Bunun ardınca proses iştirakçılarına prosesin keçirilməsi ilə əlaqədar olaraq hər hansı bir suallarının olub-olmaması sorğu edilmiş, lakin, iştirakçılar tərəfindən hər hansı sual daxil olunmamışdır. Baxış keçirilməsi zamanı çəkilmiş video görüntü bir ədəd DVD disk daşıyıcısına köçürülərək protokola əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 1 aprel 2023-cü il tarixdə X5 Bərdə rayon Polis Şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən istifadə edildiyi üçün həmin video çəkilişi əks etdirən bir ədəd DVD diskdən görünür ki, Bərdə rayon Polis Şöbəsinin KTQ-nin baş inspektor-kriminalisti polis kapitanı Şahid1 oğlunun, Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Bakir oğlunun və Bərdə rayon Vəkillər Bürosunun vəkili X10 iştirakı ilə Bərdə rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X12 tərəfindən X5 üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs bəraət almış şəxs Bəndəliyevə təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olub-olmaması, varsa könüllü olaraq təhvil versin. Şübhəli şəxs bəraət almış şəxs Bəndəliyev masaya doğru yaxınlaşaraq əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd sellofan bükümdə olan kütləni masanın üzərinə qoymuş, həmin bükümün içərisində olan kütləni öz istifadəsi məqsədi ilə kəndlərində yabanı halda bitmiş “Kanapilə” bitkisi olduğunu, siqareti olmayanda istifadə etdi yini bildirmişdir. Bundan X19in üzəri polis leytenantı Şahid3 tərəfindən yoxlanılmış, sonuncunun əynində olan qararəngli gödəkcənin sağ yan cibindən bir ədəd siqaret qutusu, həmin gödəkçənin sol içəri cibindən bir ədəd boş sellofan torba, həmin gödəkcənin sol yan cibindən bir ədəd alışqan, bəraət almış şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən kiçik ölçülü kağız parçaları və bir ədəd 5 manatlıq pul əskinazı aşkar edilmişdir. bəraət almış şəxs təqdim etdiyi sellofan torbada olan kütləyə baxış keçirilmiş və həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər olması bildirilmişdir. Həmin kütlə ardınca elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 43,93 qram olması müəyyən edilmişdir. Sorğu zamanı bəraət almış şəxs həmin kütləni yaşadığı Bərdə rayonu Cicimli kənd ə razisindən tapdığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş kütlə 1 ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş və bəraət almış şəxs də iştirakçılar ilə birlikdə həmin zərfin üzərini imza etmişdirlər. Bunun ardınca bəraət almış şəxs üzərindən aşkar edilmiş 1 ədəd qara rəngli mobil telefona bənzər nəzarət qurğusu, 1 ədəd 5 manatlıq əskinaza, siqaret qutusuna, kağız parçalara baxış keçirilmiş, lakin sübut əhəmiyyətə malik olmadıqları üçün bəraət almış şəxs özünə qaytarılmışdırlar. bəraət almış şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalıb-qalmaması sorğu edilən zaman hər hansı bir zorakılığa məruz qalmadığını və bununla əlaqədar heç bir şikayətinin olmadığını bildirmişdir. Bununla da, baxış istintaq hərəkəti başa çatdırılm ış və video çəkiliş yekunlaşmışdır. Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Regional Bölməsinin 2 aprel 2023-cü il tarixli 16/389 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “ Vət: X5 üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd mavi rəngli sellofan paketdə, təmiz çəkisi 42,09 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qurudulmuş marixuana təmiz çəkisi - 42,09 qram, tədqiqata sərf edildi 0,04 qram, qalıq - 42,05 qram. Cinayət işi materiallarına əlavə edilmiş Gəncə şəhəri Narkoloji Dispanserin 23 may 2023-cü il tarixli 902 saylı rəyi ilə müəyyən edilmişdir ki, X8, narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarından müəyyən olunur ki, X5 üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı hər hansı bir şəxsdən əldə etməsi və əvvəllər qanunsuz olaraq başqa şəxslərə narkotik vasitə və ya psixotrop maddə satması faktı müəyyən olunmamışdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını verilmiş protestlə əlaqəli şəkildə təhlil edərək, aşağı i nstansiya məhkəmələrinin mövqeyləri ilə razılaşaraq qeyd edir ki, məhkəmələr haqlı olaraq hesab etmişlər ki, iş materiallarında olan sübutların ziddiyyətli olması və X8 tərəfindən törədilməsi ehtimal olunan əməlin tamamilə təkzib edilməsi müşahidə edillir. Bu hallar “keçirilmiş tədbirin” yeri və zamanının təhrif edilmiş olması, X5 1 aprel 2023-cü il tarixdə saat 10:50-də Bərdə rayon Polis Şöbəsinin inzibati binasında olmasına baxmayaq onun guya 1 aprel 2023-cü il tarixdə saat 12:10-da Bərdə rayonu Cicimli kəndi ərazisində saxlanılması, onun birbaşa yaşadığı evdən Bərdə rayon Polis şöbəsinə gətirilməsi kimi faktlarla öz təsdiqini tapmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin 3-16-21/1-983 saylı 4 sentyabr 2023-cü il tar ixli və 3-16-21/1-1009 saylı 8 sentyabr 2023-cü il tarixli məktublara əsasən məhkəməyə təqdim edilmiş məhkum X5 1 aprel 2023-cü il tarixdə hərəkət trayektoriyasına dair elektron monitorinq sistemindən çıxarışdan müəyyən olunur ki, məhkum X8 1 aprel 2023-cü il tarixdə səhər saat 10:33-də evdən çıxaraq birbaşa Bərdə rayon Polis Şöbəsinə getmiş və həmin tarixdə saat 10:50-də Bərdə rayon Polis Şöbəsində olmuşdur. Bərdə rayon Polis Şöbəsində olarkən mobil nəzarət qurğusunun enerjisi bitdiyindən 2 aprel 2023-cü il tarixdə saat 05:07-dən izlənmə məlumatları “Attenti” elektron monitorinq sisteminə daxil olmamışdır. Həmçinin, cinayət işinin materiallarında olan məktublara əlavə edilmiş X5 1 aprel 2023-cü il tarixdə hərəkət trayektoriyasına dair video çıxarışa baxış keçirilərkən müəyyən edilmişdir k i, X8 1 aprel 2023-cü il tarixdə saat 10:33-də evindən birbaşa çıxaraq hər hansısa bir yerdə dayanmadan vəhərəkət istiqamətini dəyişdirmədən birbaşa Bərdə rayon Polis Şöbəsinə getmiş və 17 dəqiqədən sonra, yəni 10:50-də Bərdə rayon Polis Şöbəsinin inzibati binasında olmuş və həmin binadan bir daha çıxmamışdır. Bundan əlavə, cinayət işinin materiallarında olan Ədliyyə Nazirliyinin Probasiya Xidmətindən daxil olmuş X5 1 aprel 2023-cü il tarixdə hərəkət trayektoriyasına dair video çıxarışa baxış keçirilərkən də müəyyən edilmişdir ki, X8 1 aprel 2023-cü il tarixdə saat 10:33-də evindən birbaşa çıxaraq hər hansısa bir yerdə dayanmadan və hərəkət istiqamətini dəyişdirmədən birbaşa Bərdə rayon Polis Şöbəsinə getmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi materiallarının 9-cu s əhifəsinə əlavə edilmiş 1 aprel 2023-cü il tarixli “Təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi barədə” qərarda qeyd edilmişdir ki, 1 iyun 1977-ci il tarixdə Bərdə rayonu Cicimli kəndində anadan olmuş, Azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, Azərbaycan Respublikası vətəndaşı, Bərdə rayonu Mehtixanlı kəndində qeydiyyatda olmaqla Bərdə rayon, Cicimli kəndində yaşayan X5 narkotik vasitələri əldə edərək üzərində saxlaması, istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olması ehtimalı olduğundan onun üzərində şəxsi axtarış keçirilsin. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Əməliyyat axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda “üzərində şəxsi axtarış” adlanan heç bir əməliyyat axtarış tədbiri qeyd edilməmişdir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatınd a sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşy alar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma m ənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən göründüyü kimi, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud CPM-nin tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-n in 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını apa ran orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübu tları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə k ollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, X6 elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yaranan şübhələr X5 xeyrinə təfsir edilməlidir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, bəraət almış şəxsin özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərt ib edilməsi əsasında bəraət almış şəxsin qanunsuz olaraq narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlaması cinayətini törətməsi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bəraət almış şəxsin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittihamda nəzərdə tutulan cinayət əməlində təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edi r ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüq uq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu sə bəbdən də CPM- in 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq X5 qanunsuz olaraq narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlaması cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Yuxarıda göstərilənlər i nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla, əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X8 barəsində Gəncə Apellyas iya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2024-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar