Məhkəmə qərarları › İş №1(102)-2274/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2274/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2274/2023 31.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2023-cü il tarixli 1(103)-399/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Yusifov İlkin Fərhad oğlu tərəfindən verilmiş kassasiya prote stinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 1(101)-125/2022 nömrəli (hakimlər: C.İ.Hüseynov (sədrlik edən), E.H.İsmayılov və S.İ.Əliyevdən ibarət tərkibdə) hökmü ilə xx xxxxxx 1979-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2anda yaşayan Məhkum1 xx xxxxxx 1971-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, xxx qeydiyyatda olan və ünvan 2anda yaşayan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlilikləri sübuta yetirilmədiyindən bəraət verilmiş, barələrində seçilmiş “həbs” qətimkan tədbiri dərhal ləğv edilmiş və onlar məhkəmə iclas zalında həbsdən azad edilmişlər. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Məhkum1 Bəhram oğlu tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2023-cü il tarixli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), C.V.Hüseyn və E.H.Allahverdiyev) apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bak ı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Yusifov İlkin Fərhad oğlu tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittiham əsasən Məhkum1 və Məhkum2 ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişlər ondan ötrü ki, Məhkum1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək məqsədi ilə Məhkum2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında naməlum mənbədən qanunsuz olaraq satış məqsədi ilə ümumi təmiz çəkisi 205,628 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi 143,092 qram olmaqla külli mi qdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin əldə edərək daşımış və 24 dekabr 2020-ci il tarixdə, saat 09:00 radələrində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində Məhkum1 və qrupun digər üzvü Məhkum2 ünvan 4 ünvanın qarşısında saxlanılaraq ünvan 5da yerləşən Bakı şəhri Nizami Rayon Polis İdarəsinə gətirilmiş və orada Məhkum1 üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan bir ədəd göy rəngli çantanın içərisində 01 ədəd bükümdə təmiz çəkisi 205,316 qram təşkil edən külli miqdarda, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və dörd ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 140,325 qram, 0,780 qram, 1,375 qram, 0,612 qram olmaqla ümumi təmiz çəkisi 143,092 qram təşkil edən külli miqdarda, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin, Məhkum2 üzərinə şəxsi axtarış keçirilən zaman isə onun əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə Məhkum1 üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetaminlə eynilik təşkil edən bir ədəd şəffaf sellofanın içərisində 0,312 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi Məhkum1 və Məhkum2 tərəfindən yuxarıda təsvir edilən narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsinin, daşınmasının və saxlanmasının sübuta yetirilməməsi barədə nəticəyə gəlib, onlara Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət vermiş, həmin nəticə ilə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış sübutlarla Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət üzrə təqsirli olmaları kifayət qədər sübut olunduğu halda, birinci instansiya məhkəməsi sübutları düzgün tədqiq edib qiymətləndirməmiş, nəticədə əsassız olaraq polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş sübutları qəbul etməyib, müstəsna olaraq Məhkum1 və Məhku m2 özünümüdafiə xarakterli ifadələri əsasında təqsirliliklərinin sübuta yetirilməməsi haqqında qənaətə gəlib onlara bəraət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2023-cü il tarixli, 1(103)-399/2023 nömrəli qərarı ilə, apelyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsi kimi subyektiv mülahizədən ibarət olan əsassız və qanunsuz yanaşma ilə düzgün olmayan nəticəyə gəlmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1 - 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2023-cü il tarixli, 1(103)-399/2023 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin ape llyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının lə ğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliklərinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, onlara həmin maddələrlə bəraət verdiyini, apellyasiya məhkəməsinin isə əsassız və qanunsuz olaraq bəraət hökmünü dəyişdirilmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nə ticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayətprosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndir ilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Cinayət-Prosessul Məcəllənin 42.1-ci maddəsində cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, şəxsin cinayətin törədilməsinə aidiyyatının olmaması və təqsirliliyinin sübuta yetirilməməsi bəraətin əsasları kimi göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM -in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət - Prosessual Qanunun 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsasland ığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin. Dövlət ittihamçısının kassasiya protestində Məhkum1 və Məhkum2 ibtidai istintaqın ilkin mərhələsində verdiyi izahat və ifadələrinə, onların ayrı ayrılıqda üzərilərindən 205,316 qram və 0,312 qram psixotrop maddə metamfetaminin götürülməsinə dair “şəxsi axtarış və götürmə barədə” 24 dekabr 2020-ci il tarixli (eyni tarixli iki protokol) protokollara, həmin tədbirlər nəticəsində götürülmüş maddi sübutlara (psixotrop maddələr) və tədbirlərin həyata keçirilməsində iştirak etmiş polis əməkdaşlarının ifadələrinə, eləcə də məhkəmə ekspertizalarının rəylərinə istinad edərək, Məhkum1 və Məhkum2 əməllərinin Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri tam sübut olunduğunu iddia etmişdir ki, bu da müraciət müəllifinin adları çəkilən şəxslərə qeyd olunan maddələrlə təqsirliliklərinin sübuta yetirilməməsi haqqında məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsinə dəlalət edir. Dövlət ittihamçısı kassasiya instansiyası məhkəməsini məhkəmə qərarlarında təsvir edilən və özünün kassasiya protestində gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya protestinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hü dudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, kassasiya kollegiyası kassasiya protestində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə əsassız olaraq bəraət verilməsinə dair iddiaların) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və kassasiya protestinin müəllifinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya protestində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməs ini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya protestinin müəllifinin iddialarının əksinə olaraq, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, baxılmış sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və qərarlar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmələrin Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlilikləri sübuta yetirilməməsi haqqında qənaətləri Məhkum1 və Məhkum2 özlərinin verdikləri məlumatlarla yanaşı, həmin məlumatların həqiqəti əks etdirməsi ilə bağlı birinci və apellyasiya məhkəməsində araşdırılmış sübutlara, o cümlədən Azercell” MMC, "Bakcell” MMC və "Naxtel” MMC mobil şəbəkələrdən götürülmüş bəraət almış şəxslərin və əməliyyat tədbirində iştirak etmiş əməliyyat müvəkkillərinin 21-24 dekabr 2020-ci il tarixləri əhatə edən mobil t elefon əlaqələrinə dair açıqlamalar və anten məlumatlarına (NMB-nin rəisi X6 istifadəsində olması qeyd olunan ***-***-**-** mobil nömrə təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 ifadələrində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən kirayədə yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində yerləşən mənzildə saxlanıldıqlarını israr etdikləri tarixdə və vaxtda, yəni 21 dekabr 2020-ci il tarixdə, gecə saat 20:43-dən başlayaraq Nizami rayonu, Şirin Mirzəyev küçəsinin, sonra isə 22 dekabr 2020-ci il tarixdə, gecə saat 02:01 radələrinədək Nizami rayonunun ərazisinə aid əhatə dairəsində olmuş), şahid qismində dindirilən Şahid4 Oqtay oğlu ifadəsinə (21 dekabr 2020-ci tarixdə Vüsalla Mirhəsənin kirayə yaşadıqları ünvanda olarkən Bakı şəhəri Nizami Ra yon Polis İdarəsinin əməkdaşlarının mənzilə daxil olub onları tutmuşlar), Şahid7 ifadəsinə (21 dekabr 2020-ci il tarixdə axşam Mirhəsənlə narkotikə görə tutulduqlarını, Mirhəsənin Bakı şəhəri Nizami Rayon Polis İdarəsində saxlanıldığını, Vüsalın isə pul tapıb aparması üçün buraxıldığını, "Qara Qarayev”ə gedib "Kapital bank”ın bankomatından təxmini yadında qaldığı kimi 2900 manat pul çıxardıb Vüsala verdiyini, Vüsalın pulu götürüb Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə getdiyini, oradan çıxdıqdan sonra isə pulu polisə verdiyini, əlavə olaraq 7.000 manat pul istənildiyini), Şahid7 məxsus kartı çıxarışına (22 dekabr 2020ci il tarixdə iki dəfəyə, ard-arda müvafiq olaraq 1.000 ABŞ dolları və 700 ABŞ dolları - cəmi 1.700 ABŞ dolları məbləğində pul "MİLLİON - Online” ödəniş sistemi vasitəsilə m ədaxil olunmuş və elə həmin gün, yəni 22 dekabr 2020-ci il tarixdə növbəti əməliyyat olaraq bir dəfəyə 1.683,00 ABŞ dolları nağd pul kart hesabından məxaric olunmuş), habelə NMB-nin rəisi X6 istifadəsində olmuş 055 *** ** ** mobil nömrə ilə bəraət almış Məhkum1 istifadəsində olmuş 060 *** ** ** mobil nömrə arasında 22 dekabr 2020-ci il tarixdə, saat 23:47-də telefon danışıqlarına (təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 cinayət işi üzrə saxlanıldıqları 24 dekabr 2020-ci il tarixdən təqribən iki gün əvvəl 33 saniyə danışıq aparılmış) və digər sənədlərə əsaslanmışlar. Bu və digər sübutlar yekun məhkəmə aktlarında ətraflı təsvir edilib hökmdə, eləcə də apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ittiham tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kolleg iyası isə qeyd olunan (kassasiya protestində eyni olan) dəlillərin yoxlanılması üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, nə sübutları yenidən təsvir etmək, nə də ki, bu sübutlar əsasında müəyyən olunmuş faktiki halları şübhə altına almaq üçün əsas görmür. Məhkum1 və Məhkum2 verdikləri məlumatların həqiqiliyi təkzib olunmadığı vəziyyətdə birinci instansiya məhkəməsinin sonunculara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verməsi, apellyasiya məhkəməsinin isə həmin nəticələrlə razılaşması cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə cavab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir. Belə olan halda, Məhkum1 və Məhkum2 bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmü və həmin hökmün dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin yekun qərarı qanunsuz və əsassız məhkəmə aktları kimi qiymətləndirilə bilməz. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.1 - 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dai r dövlət ittihamçısı X2 çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1 və Məhkum2 barələrində olan 18 may 2023-cü il tarixli, 1(103)-399/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Dövlət ittihamçısı Yusifov İlkin Fərhad oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1 və Məhkum2 barələrində olan 18 may 2023-cü il tarixli, 1(103)-399/2023 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar