Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2275/2023 21.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1169/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qərarından dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Bəraət almış şəxs Məhkum xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 8 inzibati binada qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayır. 2. 10 oktyabr 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, 03 dekabr 2021-ci il ta rixdə, saat 23:45 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq, həyətdə saxlanc yeri kimi istifadə olunan tikilidən bir ədəd 870 manat dəyərində “Baymak” markalı 24 kv-lıq kombini, qonaq otağının plastik pəncərəsini vintaçarla açıb qonaq otağına daxil olub həmin otaqdan bir ədəd 550 manat dəyərində “Samsung” markalı 88 dioqanal televizoru, cəmi 480 manat dəyərində dörd ədəd hər biri 10 seksiyalı radiatorları, cəmi 60 manat dəyərində bir ədəd 5 seksiyalı radiatoru, ümumi dəyəri 900 manat olan video görüntü kameralarının DVR aparatını və həyətdə olan kameranın elektrik naqillərini, bir ədəd 80 manat dəyərində elektrik qəfədanını, ümumi dəyəri 300 manat olan mü xtəlif növ qabqacaqları, ümumi dəyəri 100 manat olan uşaq paltarlarını, ümumi dəyəri 150 manat olan bir ədəd masaüstü kompyuter prosessorunu və monitorunu gizli olaraq talayıb, sonuncuya ümumilikdə 3490 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 20 dekabr 2021-ci il tarixdə, saat 20:30 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq, həyətdə saxlanc yeri kimi istifadə olunan tikilidən ümumi dəyəri 300 manat olan üç ədəd qazan dəstini, 50 manat dəyərində bir ədəd elektrik drelini və 90 manat dəyərində bir ədəd elektrik qəfədanını gizli olaraq talayıb, sonuncuya ümumilikdə 440 manat dəyərində maddi ziyan vurmaqla təkrar oğur luq etmişdir. Bundan başqa o, təkrarən 27 dekabr 2021-ci il tarixdə saat 11 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs10 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ünvansız fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq, evin plastik pəncərəsini əli ilə basıb açmaqla evə daxil olub yataq otağında paltar şkafının içərisində qadın əl çantasından 2000 manat nağd pulu gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən 14 yanvar 2022-ci il tarixdə, saat 00:15 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Milli Ordu küçəsində yerləşən torpaq sahəsinə hasardan keçməklə qanunsuz daxil olaraq, torpaq sahəsindən b ir ədəd 40 manat dəyərində su sayğacını, cəmi 972 manat dəyərində 243 metr uzunluğunda elektrik naqilini, konteynerin 120 manat dəyərində bir ədəd plastik qapısını, konteynerin cəmi 300 manat dəyərində iki ədəd dəmir qapılarını, “Hovo” markalı yük avtomobilinin əyləc sistemi üçün nəzərdə tutulmuş bir ədəd 600 manat dəyərində hava balonunu, “Shantu SD23” markalı buldozer tipli traktorun cəmi 900 manat dəyərində iki ədəd katok-rolikini, tikintidə istifadə olunan cəmi 400 manat dəyərində 20 ədəd nərdivanı, cəmi 240 manat dəyərində iki ədəd plastik pəncərələri, cəmi 700 manat dəyərində 35 ədəd dəmir borunu və cəmi 400 manat dəyərində yük avtomobilinə məxsus müxtəlif növ ehtiyyat hissələrini gizli olaraq talayıb, sonuncuya ümumilikdə 4672 manat dəyərində maddi ziyan vurmaqla təkrar oğurluq etmi şdir. Bundan başqa o, təkrarən 30 yanvar 2022-ci il tarixdə saat 15:30 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs9 yaşadığı ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq, həyətdə masanın üzərindən bir ədəd 50 manat dəyərində qazanı, həyətdə kombi aparatının yerləşdirildiyi saxlanc yerindən bir ədəd 150 manat dəyərində laqondanı, bir ədəd 130 manat dəyərində dreli, bir ədəd 260 manat dəyərində “Bosch” markalı taxtakəsən aləti gizli olaraq talayıb, sonuncuya ümumilikdə 590 manat dəyərində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən 09 fevral 2022-ci il tarixdə saat 20:30 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs6 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozunda yerləşən ünvansız fərdi yaşayış evinin həyətinə daş hasardan qanunsuz daxil olaraq, həyətdəki fərdi yaşayış evinin plastik pəncərəsini əli ilə basıb açmaqla evə daxil olub uşaq otağında taxta paltar dolabından 2300 manat nağd pulu gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən 07 mart 2022-ci il tarixdə saat 22 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs11 məxsus ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə daş hasardan qanunsuz daxil olaraq, həyətdəki fərdi yaşayış evinin plastik pəncərəsini əvvəlcədən özü ilə götürdüyü vintaçarla açmaqla evə daxil olub, mətbəxdən bir ədəd 200 manat dəyərində soyuducunun mator hissəsini, bir ədəd 150 manat dəyərində təzyiq gücləndirici (gidraforu) ilə birlikdə su matorunu, bir ədəd 800 manat dəyərində işıq gücləndirici aparatı, sanitar qovşaqdan bir ədəd 150 manat dəyərində su qızdırıcısmı, ümumi dəyəri 700 manat olan elektrik naqillərini gizli olaraq talayıb, sonuncuya ümumilikdə 2000 manat dəyərində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən 14 mart 2022-ci il tarixdə saat 11 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik yaşayış massivində ünvansız fərdi yaşayış evinin həyətinə daş hasardan qanunsuz daxil olaraq, fərdi yaşayış evinin otağının asma qıfılını qırmaqla evə otağa daxil olub şkafda pul qabının içərisindən 300 manat nağd pulu, cəmi 1400 manat dəyərində hər biri 10 qram olan iki ədəd qızıl qadın üzüklər i, bir ədəd 150 manat dəyərində gümüş üzüyü, bir ədəd 150 manat dəyərində gümüş sepi, bir ədəd 40 manat dəyərində kişi qol saatını gizli olaraq talayıb, sonuncuya ümumilikdə 2040 manat dəyərində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən 04 aprel 2022-ci il tarixdə saat 23:30 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində ünvansız bağ evinin həyətinə daş hasardan keçməklə qanunsuz daxil olaraq, həyətdən 650 manat dəyərində 50 metr uzunluğunda 16x5 ölçüdə elektrik naqilini və 200 manat dəyərində bir ədəd ağac kəsən aparatı gizli olaraq talayıb, sonuncuya ümumilikdə 850 manat dəyərində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrar ən 08 aprel 2022-ci il tarixdə saat 11 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs5 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozunda yerləşən ünvansız fərdi yaşayış evinin həyətinə giriş qapısının asma qıfılını daşla qırmaqla həyətə qanunsuz daxil olaraq, həyətdəki fərdi yaşayış evinin plastik pəncərəsini əli ilə basıb açmaqla evə daxil olub yataq otağında şkafdan bir ədəd 400 manat dəyərində qadın qızıl sepi, bir ədəd 600 manat dəyərində qızıl kişi üzüyü və bir ədəd 500 manat dəyərində qadın qızıl üzüyü gizli olaraq talayıb, sonuncuya ümumilikdə 1500 manat dəyərində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən 25 aprel 2022-ci il tarixdə saat 23 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zə rərçəkmiş şəxs12 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Daş Karxanası yaşayış massivində yerləşən ünvansız fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq, həyətdən bir ədəd su qızdırıcısını gizli olaraq talayıb, sonuncuya 200 manat dəyərində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən 03 may 2022ci il tarixdə, saat 00:30 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs7 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ramana Gülçülük sovxozunda ünvansız fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq, evin plastik pəncərəsini əli ilə basıb açmaqla evə daxil olub uşaq otağından 2500 manat pulu gizli olaraq talayıb təkrar oğurluq etmişdir. 3. 26 oktyabr 2022-ci il tarixdə B akı şəhəri Sabunçu Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi açıq məhkəmə baxışına təyin olunmuşdur.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-138/2023 nömrəli, 14 aprel 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir.
5. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, bəraət hökmünü ləğv etməklə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməsi, cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması bar ədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin hallarına uyğun olmaqla etirafedici ifadələr vermiş və daha sonra qeyd olunan cinayət əməllərini törətməməsi ilə bağlı əlavə ifadə verməmiş, ümumiyyətlə bununla bağlı nə özü, nə də müdafiəçi tərəfindən vəsatət qaldırılmamışdır. Həmçinin, döyülmə xüsusatı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılmış və fakt təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərardan təqsirləndirilən şəxs tərəfindən hər hansı instansiyaya şikayət verilməmişdir. Tərtib edilmiş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmiş, keyfiyyətli hüquqi yardım aldığı üçün onun hər hansı fiziki və ya psixi zorakılığa mər uz qalmadığı və bununla da müdafiə hüququnun pozulmadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə təqsirləndirilən şəxsin daha dolğun və işin hallarına uyğun olan məhkəməyədək icraat dövründə verdiyi ifadəsini deyil, məhkəmə istintaqı zamanı vermiş olduğu özünümüdafiə xarakterli ifadəsini əsas götürməklə sonuncuya bəraət verilməsində haqlı olmamışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1169/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qərarı ilə dövlət ittihamçısının apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-138/2023 nömrəli, 14 aprel 2023-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
7. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya pro testi vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
8. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eynidir, dövlət ittihamçısı onları təkrarlamaqla qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən hazırki yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyinin tələblərinə müvafiq olaraq işdəki sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və ittiham edilmiş şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmişdir. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymət ləndirib, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1169/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
9. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edil məsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
14. Dövlət ittihamçısı kassasiya protestində məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə Məhkum əsassız bəraət verildiyini iddia edərək, kassasiya xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
15. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
16. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
17. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qa nunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
19. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsinin əsaslarına gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində müəyyən edilən qaydalara görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasə n qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
20. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
21. Həmin M əcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
22. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərsin.
23. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmalarının, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPMnin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və y ekun nəticə Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.
24. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası eyni zamanda nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
25. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
26. Bu baxımdan məhkəmə kollegiyası nəzərə alır ki, kassasiya protestind ə göstərilən dəlillərə bütövlükdə birinci instansiya məhkəməsinin qəbul etdiyi hökmdə geniş təfsir edilməklə hərtərəfli, dolğun və əsaslı cavablandırma verilmiş, apellyasiya protesti üzrə araşdırma aparan apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarında isə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi təsdiqlənərək bu dəlillər üzrə dəqiqləşdirmə aparılmışdır. Kassasiya protestinin müəllifi həmin məhkəmə qərarlarında müəyyən edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır.
27. Məhkəmə kollegiyası bu halı da kassasiya protestinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və təkrarlayır ki, hazırkı kassasiya protestində qaldırılan məsələlər üzrə apellyasiya instansi yası məhkəməsinin gəldiyi nəticələr cinayət işinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların və formalaşmış məhkəmə təcrübəsinin düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas müəyyən edilmir.
28. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
29. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1169/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.