Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2276/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlundan və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 mart 2023-cü il tarixli hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 may 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 mart 2023-cü il tarixli 1(101)-302/2023 nömrəli (hakimlər: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.xxxx-cu ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan1 qeydiyyatda olub, faktiki olaraq ünvan2 yerləşən nömrəsiz fərdi evdə yaşamış X9 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsiri sübuta yetirilmədiyindən o, təqsirsiz hesab edilərək ona bəraət verilmiş, barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilərək məhkəmə iclası zalında dərhal həbsdən azad edilmişdir. Hökmdən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mansırov Ziya İlham oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 may 2023-cü il tarixli 1(103)-1006/2023 nömrəli (hakimlər: Babayev Qədim Xalid oğlunun sədrliyi ilə, Murquzov İlqar Mustafa oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bak ı Ağır Cinayətlər Məhkəməsinin 7 mart 2023-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 may 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X6 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal edilən «Əli» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib, həmin cinayətin həyata keçirilməsi üçün üzəri nə düşən öhdəliyə əsasən, «Əli» adlı şəxsin «Whatsapp» proqram tətbiqi vasitəsilə telefon danışığı zamanı sonuncunun ona bildirdiyi istintaqa məlum olmayan tarixdə və ünvandan ümumi təmiz çəkisi 316,771 qram narkotik vasitə olan külli miqdarda heroini və narkotik vasitə hesab edilən təsir maddəsinin ümumi miqdarı 0,080 qram təşkil edən 2 ədəd üzərində «Methadone 40» göstəriciləri olan dərman konvolyutunda 20 ədəd açıq qəhvəyi rəngli, dərman həbləri-metadonu əldə edərək, İran İslam Respublikası vətəndaşı olması ehtimal edilən «Əli» adlı şəxsin «Whatsapp» proqram tətbiqi vasitəsilə ona bildirdiyi ünvanlara çatdırmaq məqsədilə yaşadığı ünvanda yerləşən nömrəsiz fərdi yaşayış evinə daşıyaraq orada saxlamış və həmin külli miqdarda narkotik vasitə olan heroini yaşadığı mənzildə satış məqsədilə e lektron tərəzidən istifadə etməklə 1 bükümdə təmiz çəkisi 16,427 qram və 1 bükümdə təmiz çəkisi 300,344 qram olan hissələrə bölmüş, 1 bükümdə təmiz çəkisi 300,344 qram olan heroini və 20 ədəd metadon həblərini yaşadığı ünvanda yerləşən nömrəsiz fərdi evdə saxlamış, 1 bükümdə təmiz çəkisi 16,427 qram olan heroini isə satış məqsədilə üzərində saxlamaqla daşımış və 14 iyun 2022-ci il tarixdə saat 20:30-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, yaşadığı ünvandakı evin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq, Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü PB-nin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan şalvarın sol yan cib indən satış məqsədilə əldə etdiyi bir bükümdə təmiz çəkisi 16,427 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroin aşkar edilərək götürülmüş və əməliyyat axtarış tədbirlərinin davamı olaraq yaşadığı ünvanda yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilərkən mənzilə girişdən sol tərəfdə yerləşən stulun alt hissəsində saxladığı çantanın içərisindən bir bükümdə təmiz çəkisi 300,344 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroin, 2 ədəd üzərində «Methadone 40» göstəriciləri olan dərman konvolyutunda 20 ədəd açıq qəhvəyi rəngli, təsir maddəsinin ümumi miqdarı 0,080 qram təşkil edən dərman həbləri-narkotik vasitə metadon və üzərində narkotik vasitə heroinə məxsus izlər olan 2 ədəd elektron tərəz i aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələrin gəldiyi nəticələr işin obyektiv hallarını əks etdirməmiş, cinayət qanunvericiliyinin maddi və prosessual hüquq normalarının pozulması ilə qərara gəlinmişdir. Məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyindən və bunun nəticəsi olaraq X6 əsassız olaraq bəraət verildiyindən, eləcə də cinayət və cinayətprosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin hökm qanunsuz olduğuna görə ləğv edilməli və iş yeni apel lyasiya baxışına təyin edilməlidir. Cinayət işinin materiallarından da göründüyü kimi təqsirləndirilən şəxsin əməli kifayət qədər sübuta yetirilsə də, məhkəmələr qeyd olunan sübutlara əhəmiyyət vermədən, təqsirləndirilən şəxsin işin faktiki halları ilə bağlı ziddiyyətli ifadələr verməsinə baxmayaraq, məhkəmə bu ifadələrə tənqidi yanaşmamış, təqsirləndirilən şəxsin ziddiyyətli ifadələrin verməsi səbəblərini araşdırmamış, onları digər sübutlarla yanaşı müqayisəli şəkildə təhlil etməmiş, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivlərini hökmdə və qərarda göstərməmişdir Belə ki, iş materiallarında olan və yuxarıda qeyd olunmuş X-un istifadəsində olan ***-***-**-** «Azerfon» nömrəsinə daxil olan məntlərinə nəzər saldıqda görünür ki, smslər nömrə istifadəçisinin, yəni X4 nark otik vasitələrin qanunsuz dövriyyəsi, yəni satışı ilə məşğul olmasını sübut edir. X-un istifadəsində olan mobil telefon nömrəsinə daxil olmuş çoxsaylı smslərdən yalnız “Dawda isdirem kolada 20 manatda pulum var” smsi kifayət edir ki, smsi ünvanlayan şəxs 20 manat pul müqabilində X-dan psixotrop maddə metamfetamin və narkotik vasitə heroin almaq üçün müraciət etməsi qənaətinə gəlməyə kifayət etsin. Bundan əlavə iş materiallarında olan oxşar məzmunlu çoxsaylı smslərdən görünür ki, həmin smsləri göndərmiş mobil telefon istifadəçiləri narkotik vasitə və psixotrop maddə aludəçiləri olmaqla asılılıq sindromundan irəli gələn ağrıları ilə bağlı X-dan həmin maddələr istəmələri aydın bəlli olur. Qeyd olunan məzmunda smslərin arasında xx.xx.2022-ci il tarixdə şahid-un istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən X4 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Elemede bele qardawimsan hec olmasa ac bir kelme soz de bele niye edirsen”, xx.xx.2022-ci il tarixdə “Qaqam heden yoxdan bir soz dede yoxsa gedey kendir alaq asaq ozumuzu bir cvb ver hec olmasa” məzmununda smslər göndərməsi müdafiə tərəfinin şahidi, məhkəmənin ifadəsini mötəbər və həqiqətə uyğun hesab etdiyi şahid-un narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan X-a nə üçün müraciət etməsi ilə bağlı konkret fikirlərin yaranmasına əsaslar verir. Belə olan halda X-un məhkəmədə X-un xeyrinə və onun müdafiəsi üçün verdiyi ifadələrinin nə qədər səmimi, həqiqətə uyğun olması aydın olur ki, həmin ifadəni mötəbər sübut kimi qiymətləndirmək olmaz. Eyni zamanda X-la birlikdə eyni avtotəmir sexində işlə yən X7 məhkəmədə verdiyi ifadəsi də X-un xeyrinə, onun müdafiəsi üçün verilmiş ifadədir. Məhkəmənin qənaətinə görə təqsirləndirilən şəxs cinayət işinin materiallarında qeyd olunmuş dövriyyəsi qadağan edilmiş predmetlərin ona məxsus olmadığı halda üzərində şəxsi axtarış və götürmə, habelə mənzilinə baxış keçirilməsi zamanı, eyni zamanda ibtidai istintaq zamanı həmin dövriyyəsi qadağan edilmiş maddələrin ona məxsus olmasına dair etirafedici ifadələr verməsinin səbəbi kimi polis əməkdaşları tərəfindən aldadılmasını, avtomobilini satıb, əldə etdiyi pul vəsaitini polis əməkdaşlarına verəcəyi halda onu buraxacaqlarını bildirdikləri üçün öyrədilmiş məzmunda ifadələr verdiyini qeyd etməsini də ağlabatan hesab etmişdir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqının əvvəlindən polis əməkdaşlar ı tərəfindən heç bir zorakılığa məruz qalmadığını, ona etirafedici ifadələr verməsi üçün fiziki təzyiq göstərilmədiyini bildirmiş, məhkəmə iclasında tədqiq edilmiş sübutlar, o cümlədən şəxsi axtarış və götürmə prosesinin əks olunduğu videogörüntülərlə də onun üzərində hər hansı bir xəsarət izlərinin olmadığı müəyyən edilmişdir. Belə olan halda təqsirləndirilən şəxsin hansı səbəbdən ibtidai istintaq zamanı etirafedici ifadələr verməsi daha da aydın görünür. Belə ki, məhkəmə ibtidai istintaq zamanı X-un cinayətin törədilmə mexanizmini əks etdirən etirafedici ifadələr vermə səbəbini sonuncunun elə məhkəmədə verdiyi inkaredici ifadələrində göstərdiyi həqiqətə uyğun olmayan ifadələri əsasında - polis əməkdaşları tərəfindən aldadılması, avtomobilini satıb, əldə etdiyi pul vəsaitini polis əməkdaş larına verəcəyi halda onu buraxacaqlarını bildirdikləri üçün öyrədilmiş məzmunda ifadələr verməsi ilə “ağlabatan” hesab etmişdir. Lakin, məhkəmə X-un məhkəmədə verdiyi özünü müdafiə xarakterli ifadələrinə tənqidi yanaşmaqla, digər ifadələr, sənədlər və sübutlarla birlikdə təhlil etməmişdir. Bundan başqa, X barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəməyə səmimi şəkildə törətmiş olduğu cinayəti etiraf etmiş, evində aşkar edilmiş narkotik vasitənin kimə məxsus olması, necə əldə etməsi və s. barədə ətraflı izah vermişdir. Müstəntiq tərəfindən ona veriləcək pul müqabilində vəziyyətinin yüngülləşdiriləcəyi vəd verilmiş X-un məhkəmədə bu şəkildə geniş etirafedici izah verməsi inandırıcı deyil. Məhkəmələr tərəfindən təqsirləndirilən şəxsin həm ibtidai istintaq zamanı, həm barəsində həbs qətim kan tədbiri seçilərkən məhkəmə zalında öz əməlini səmimi etiraf etməsi halları məhkəmənin gəldiyi yekun qərarlarında əsaslandırılmamışdır. Mövzusu narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı olan smslər hansı ziddiyyətli və şübhəli məqamlar yaratmışdır ki, məhkəmələr onu təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olması qərarına gəlmişdir və eyni zamanda apellyasiya məhkəməsi tərəfindən də qeyd olunan mesajlara əhəmiyyət verilməmiş, təqsirləndirilən şəxsin narkotik vasitələrin satışını birmənalı təsdiq edən sms mətinləri nəticədə təqsirləndirilən şəxsə bəraət verilməsi ilə nəticələnmiş hökmün qüvvədə saxlanılmasına səbəb olmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 may 2023-cü il tarixli qərarının ləğv edilm əsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, protestdə göstərilən dəlillərin nəzərə alınaraq verilmiş protestin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 may 2023-cü il tarixli qərarı ləğv edilərək işin apellyasiya instansiya məhkəməsinə yenidən baxılmağa təyin edilməsin xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: D övlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-nin 143-146-cı maddələrinin tələblərini pozmaqla X6 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona bəraət verdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsasları Azərbaycan Respublikası CPM-nin 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələri ndə nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 may 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş dig ər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razı laşaraq hesab etmişdir ki, X4 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmələr cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinay ət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab etmişlər ki, təqsirləndirilən şəxs X9 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla yanaşı, həmçinin X8 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Məhkəmələr müəyyən etmişlər ki, cinayət işi üzrə ibtidai istintaq materiallarına əsasən X4 ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməklə xx.xx.2022-ci il tarixdə, saat 20:30-da yaşadığı ünvanda evin yaxınlığında piyada hərəkət edən zaman saxlanılması, habelə bundan sonra Sabunçu RPİ-nin 14-cü PB-nin inzibati binasına aparılması və üzərinə şə xsi axtarış və götürmə, daha sonra isə yaşadığı evə axtarış keçirilməsi və bu mexanizm üzrə ittihamın əsasını təşkil edən sübutların olması rəsmiləşdirilsə də, məhkəmə istintaqı nəticəsində, həm təqsirləndirilən şəxsin ifadəsi, həm şahid ifadələri, həm də müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi digər sübutlarla (sənədlər, foto şəkillər və s.) hadisələrin həqiqətdə cinayət işinin materiallarında qeyd olunduğundan tamamilə fərqli şəkildə cərəyan etməsi müəyyən edilmişdir. İlk növbədə keçirilmiş əməliyyat-axtarış tədbirlərinin qanuniliyi, habelə əldə edilmiş sübutların qanuni yolla əldə edilməsi ilə bağlı məsələ ilə əlaqədar məhkəmələr müəyyən etmişlər ki, cinayət işinin materiallarına X4 ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarın qanuniliyinin yoxlanılması məqsədi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsinə dair məktub əlavə edilsə də, cinayət işinə həmin materialların məhkəməyə real olaraq təqdim olunmasına dair hər hansı bir sübut, o cümlədən həmin qərarın qanuni hesab edilməsi ilə bağlı hər hansı məhkəmə qərarı əlavə edilməmişdir. Daha sonra tədqiq olunan sübutların məcmusu ilə (məhkəmə hökmündə sadalanan və apellyasiya məhkəməsinin qərarında istinad olunduğu üçün təkrarlanmasına lüzum olmayan) müəyyən olunmuşdur ki, Bəraət almış şəxs-un barəsində əməliyyataxtarış tədbirlərinin keçirilməsi üçün ilkin addımların atılmasından Bəraət almış şəxs-un saxlanmasınadək təxminən 13 saat müddət ötmüş, X4 faktiki olaraq xx.xx.2022-ci il tarixdə saat 20.30 dəqiqədə deyil, saat 15:00-16:00 radələrində ünvan yaşadığı evin yaxınlığında piy ada hərəkət edərkən deyil, ünvanda yerləşən avtoservisdə avtomobilini təmir etdirən zaman saxlanılması müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş şahid ifadələri, eləcə də təqdim olunmuş fotoşəkillərlə öz təsdiqini tapmışdır. Çox saylı mobil telefonlara əsasən alınmış müvafiq anten məlumatlarına əsasən müəyyən edilmişdir ki, Bəraət almış şəxs- həqiqətən də xx.xx.2022-ci il tarixdə, saat 15:28-də ünvanda avtoservisdə quraşdırılmış antenin əhatə dairəsində olmuş, habelə müvafiq əməliyyat-axtarış tədbirini keçirmiş Şahid2 da elə həmin gün, həmin vaxtda ünvanda olmuşdur. Bundan əlavə məhkəmələr qeyd edilən halın yəni - X-un hər hansı bir xüsusi səbəb olmadığı təqdirdə özünə məxsus avtomobili yaşadığı evdən uzaqda yerləşən bir məkanda qoyub, özünün isə yaşadığı evdə olmasını və həmin gün saat 2 0:30-da yaşadığı ünvandaki evin yaxınlığında piyada hərəkət edən zaman saxlanılması xüsusatını (eyni zamanda bununla bağlı tərtib edilmiş istintaq materiallarının həqiqiliyini) şübhə altına almaq üçün tutarlı əsas hesab etmişlər. Məhkəmələr iş üzrə müəyyən olunmuş sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək hesab edir ki, Bəraət almış şəxs-un xx.xx.2022-ci il tarixdə, saat 16:00 radələrində polis əməkdaşları tərəfindən xxx marketin yaxınlığında yerləşən avtoservisin qarşısında saxlanmasına dair ifadəsində göstərdiyi xüsusatlar iş üzrə toplanmış sübutlar olan X11 və X7 birbaşa olaraq bu hadisəni görməklə məhkəmə iclası zamanı şahid qismində verdikləri obyektiv sübutlarla təsdiq olunan ifadələri, x-in də X-a məxsus avtomobili məhz «Kanal» adlanan marketin yaxınlığından tapmasını bil dirməsinə dair ifadəsi, Bəraət almış şəxs-un və Şahid2 istifadəsində olmuş mobil telefonların əhatə dairəsinə dair məlumatlar, o cümlədən şahidin məhkəməyə təqdim etdiyi Bəraət almış şəxs-un saxlanması zamanı çəkilmiş (çəkilmə tarixi, yeri və zamanı heç bir şübhə doğurmayan) fotoşəkillərlə təsdiq olunduğu qənaətinə gəlmiş və gəlinən qənaət prosessual normaların tələbləri baxımından əsaslandırılmışdır. Bundan əlavə Bəraət almış şəxs-un istintaq orqanı tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 16:00 radələrində saxlanmış olması halını sübuta yetirilmiş hesab etməklə yanaşı qeyd edir ki, Bəraət almış şəxs-un faktiki olaraq saxlanması vaxtı ilə hadisələrin qeyd edilən formada cərəyan etməsi halında istintaq orqanının iş materiallarında rəsmiləşdirdilməklə təsvir etdiyi Bəraət almış şəxsun saat 20:30-da saxlanması və 21:30da üzərinə şəxsi axtarış aparılması kimi hadisələrin cərəyan etməsi mexanizmi arasında 4 saatdan da çox bir müddətdə fərq yaranır və bu müddətdə Bəraət almış şəxsun tamamilə polisin nəzarəti altında olması işin mübahisəsiz halı kimi məhkəmə tərəfindən müəyyən olunmuşdur. Məhkəmə iclasında dindirilmiş şahidlər Şahid1 və Şahid2 Bəraət almış şəxs-un saxlandığı tarixdə ümumiyyətlə Ramana qəsəbəsində olmadıqlarını, orada hər hansı bir evdə axtarış keçirmədiklərini bildirmişlər. Lakin müəyən olunmuş anten məlumatları üzərindən Bəraət almış şəxs-un xx.xx.2022-ci il tarixdə, saat 16:00 radələrində ünvanda yerləşən avtoservisin qarşısında saxlanmasından sonra, həqiqətən bir müddət hələ x qəsəbəsi ərazisində olması, saat 18:30-da isə artıq Ramana qəsəbəsi ərazisində ol maqla, bir müddət sonra yenidən x qəsəbəsi yaxınlığına (Zabrat aeroportu) geri dönmüş olması müəyyən edilir ki, bu da X-un saxlanmasından sonra ifadəsində göstərdiyi polis əməkdaşları tərəfindən x qəsəbəsinə aparılmış olmasına dair halların iş üzrə toplanmış obyektiv sübutlarla təsdiq olunduğunun göstəricisi olaraq qəbul edilmişdir. Məhkəmələr Bəraət almış şəxs-un saxlanmasının, şübhəli şəxs qismində tutulması, üzərində şəxsi axtarış və götürmə aparılması, habelə yaşadığı evdə axtarış aparılması hərəkətlərinə və həmin halların istintaq materiallarında rəsmiləşdirilməsi ilə bağlı aparılan araşdırmanın nəticəsi kimi sadalanan çox saylı istintaq hərəkətlərinin özlüyündə cəmi 40 dəqiqə ərzində aparılmış olmasının fiziki olaraq mümkün olmamasını obyektiv həqiqət olaraq qəbul etməklə, Bəraət alm ış şəxs-un heç də istintaq materiallarında rəsmiləşdirildiyi kimi ünvanda yaşadığı evin yaxınlığında əməliyyat müvəkkilləri tərəfindən xx.xx.2022-ci il tarixdə saat 20:30-da saxlanılmadığı, sonuncunun faktiki olaraq xx.xx.2022-ci il tarixdə, saat 16:00 radələrində ünvan yaxınlığında yerləşən avtoservisin qarşısında saxlanmış olması barədə gəldiyi qənaətin əsaslılığına bir daha dəlalət edən hal kimi qiymətləndirmişlər. Məhkəmələr təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan dərhal sonra, yəni xx.xx.2022-ci il tarixdə, saat 16:00 radələrində avtoservisin yaxınlığında onun üzərində axtarış keçirildiyi zaman (qeyd olunan axtarış hərəkəti tamamilə qanunsuz olsa belə) onun üzərindən qanunla qadağan edilmiş heç bir maddə aşkar olunmadığı halda, o, faktiki olaraq saxlanıldıqda n təxminən 5 saatdan da artıq müddət sonra, yəni həmin gün saat 21:30 radələrində Sabunçu RPİ-nin 14-cü PB-də onun üzərində şəxsi axtarış keçirilən zaman Bəraət almış şəxsun üzərindən narkotik vasitə olan heroinin aşkar edilməsini qeyri-mümkün hesab etmişlər. Bundan başqa, X4 AR DİN BNMİ-nin təhqiqat qrupunun təhqiqatçısı Nizami Omarova olan ərizəsindən görünür ki, Bəraət almış şəxs- ərizə ilə müraciət edərək yaşadığı ünvanda yerləşən nömrəsiz fərdi evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Ərizənin tarix hissəsində iyun 2022-ci il tarixi qeyd edilsə də, dəqiq günün qeyd edilməsi üçün ayrılmış qrafa boş saxlanmışdır. Ərizə AR DİN BNMİ-nin ştampı ilə xx.xx.2022-ci il tarixinə, 008-5960M-3121 daxil olma nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə Bə raət almış şəxsun təhqiqatçıya müraciəti ilə bağlı ikinci ərizəsində də artıq iş materiallarında ikinci dəfə rast gəlinən oxşar formada natamamlığın mövcudluğuna münasibətdə qeyd edir ki, göstərilən xüsusat aparılan prosessual hərəkətlərin həqiqiliyinə şübhə yaradır. Bununla yanaşı məhkəmə həmin ərizənin Sabunçu RPİ-nin 14-cü PB-də olarkən alınmış olduğu halda, həqiqətən də Bəraət almış şəxs-un yaşadığı evə gedərək orada axtarış aparılmasınadək Azərbaycan Respublikası DİN BNMİ-yə daxil olub, müvafiq qaydada qeydiyyata alınmış olmasını da ağlabatan hesab etmir. Bundan əlavə müəyyən olunmuşdur ki, Bəraət almış şəxs-un yaşadığı evdə keçirilmiş baxış zamanı qeydə alınmış videogörüntüyə nəzər saldıqda, həmin videogörüntünün 11 dəqiqə 56 saniyə uzunluğunda olduğu, videogörüntünün 1 dəqiqə 30cu saniyəsində artıq X-un çantanı stulun altından çıxardaraq təqdim etdiyi, videogörüntünün 11-ci dəqiqəsinin bitməsinədək yalnız çantadan aşkar edilmiş narkotik vasitələr və elektron tərəzilərin rəsmiləşdirilməsi işlərinin aparıldığı, yalnız bundan sonra evin sanitar qovşağına və dəhlizinə daxil olmaqla, qapının kandarında dayanaraq (hər hansı əşya və ya predmetə belə toxunmadan) təhqiqatçının sözlə «həmin yerlərə baxış keçirildiyi və qanunsuz heç bir əşya edilmədiyini» bildirməsi və bu prosesin videogörüntünün geridə qalan 56 saniyəsindən də az bir müddəti əhatə etməsi müəyyən edilmişdir. Qeyd edilən videogörüntüdə istintaq hərəkətinin aparılmasında iştirak edən təhqiqatçı və iki əməliyyat müvəkkilinin bir ədəd çantanın daxilində iş üzrə əhəmiyyət kəsb edən predmetlərin aşkar edilməsindən sonra evin digər sahələrinə münasibətdə baxış (axtarış) keçirilməsi ilə bağlı səhlənkar hərəkətləri (faktiki olaraq keçirilməməsi) məhkəmədə sonuncuların sanki baxış keçirdikləri evə əvvəlcədən bələd olmaları və evin digər yerlərində iş üzrə əhəmiyyət kəsb edən heç bir predmetin olmamasına əmin olmaları təəssüratı doğurmuş və məhkəmə qeyd edilənləri X-un ifadəsində göstərdiyi və iş materiallarında olan obyektiv sübutlar – anten məlumatları ilə də uzlaşan Bəraət almış şəxs-un evinə istintaq orqanı tərəfindən daha öncədən rəsmiləşdirmə aparılmadan axtarış keçirilməsinə dair xüsusatlarla qarşılıqlı şəkildə tədqiq və təhlil edərək hesab edərək, göstərilən hallar sözügedən sübutun mötəbərliyinə təsir edən hal kimi qiymətləndirilmişlər. Bundan başqa, X-un mənzilinə baxış keçirilən zaman aşkar ed ilmiş narkotik vasitələrin ona məxsus olmasının qeyri-mümkünlüyü Bəraət almış şəxsun üzərində şəxsi axtarış və götürmə keçirilən zaman «aşkar edilmiş» narkotik vasitə olan heroinlə, mənzilindən aşkar edilmiş heroinin eyni tərkibli olması ilə də öz təsdiqini tapır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmələr hesab etmişlər ki, cinayət işinin materiallarında olan BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportlar, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar, təqsirləndirilən şəxs tərəfindən BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı Nizami Omarovun adına yazdığı, tarixi göstərilməyən ərizələr, şübhəli şəxsin tutulması haqqında qərar, şübhəli şəxsin tutulması haqqında protokol, şəxsi axtarış və göt ürmə aparılması haqqında qərar, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, evə baxış və götürmə aparılması haqqında qərar, evə baxış və götürmə aparılması haqqında protokol işin həqiqi hallarını əks etdirmir, qeyd olunan sənədlərə təhrif edilmiş məlumatlar qeyd edilməklə iş üzrə mötəbər sübut kimi çıxış edə bilməz və təqsirləndirilən şəxsə ittiham verilməsi üçün əsas ola bilməz. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, göstərilənlərə, apellyasiya instansiyası məhkəməsinin bəraət hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərarında ətraflı şəkildə sadalananlara əsasən, apellyasiya məhkəmə kollegiyası qanuni və əsaslı olaraq belə qənaətə gəlmişdir ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi olmasına dair ibtid ai istintaq orqanının gəldiyi nəticə mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Apellyasiya məhkəməsinin qərarını kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun və Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən, X6 Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi cinayət və cinayət-prosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Göründüyü kimi, təqsirləndirilən şəxsə tamamilə haqlı olaraq bəraət verilmiş və apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticənin və ümumilikdə qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əs aslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə gö türülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərətərfli və obyektiv yoxlanılmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirlir”. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirlil iyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayə t qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəm ə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəf indən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 mart 2023-cü il tarixli hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 may 2023-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2276/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2276/2023
21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver