Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2277/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs1 nümayəndəsi, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Məmmədzadə Əkbər Yusif oğlunun iştirakları ilə xx xxx 1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi sahibkarlıq fəaliyyəti ilə məş ğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2a yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2, 178.2.4, 29, 178.2.2 və 29, 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2024-cü il tarixli 1(104)-196/2024 nömrəli qərarından Zərərçəkmiş şəxs1 nümayəndəsi, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Məmmədzadə Əkbər Yusif oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 1(100)-32/2024 nömrəli hökmü ilə (hakimlər: R.N.Ələkbərli (sədrlik edən), D.H.İmanov və M.M.Məmmədzadə) Məhkum – Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 29, 178.2.2 və 29, 178.2.4cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə, CM-in 29, 178.2.2 və 29, 178.2.4-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CMin 69.3-cü maddəsinə əsasən, Məhkum tutulduğu 1 (bir) gün müddətin ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin ə vvəlinin 30 oktyabr 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2024-cü il tarixli qərarı ilə (hakimlər: Ə.G.Abdullayev (sədrlik edən), S.B.Hüseynov və R.M.Cəfərov) apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaq la təkrarən dələduzluq etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2020-ci ilin dekabr ayında cinayətdən xəbərsiz Göygöl rayonu, Üçtəpə kənd sakinləri Şahid8 və Şahid1 vasitəsi ilə tanıdığı Göygöl rayonu, Üçtəpə kəndində yaşayan Zərərçəkmiş şəxs1 övladı – xx.xx.1999-cu il təvəllüdlü Şahid1 barəsində Gəncə Hərbi Prokurorluğunda Azərbaycan Respublikası CM-in 333.6-cı maddəsi ilə başlanmaqla istintaqı aparılan ********* nömrəli cinayət işinin istintaqı zamanı sonuncuya köməklik göstərilməsi üçün Zərərçəkmiş şəxs1 yaşadığı Göygöl rayonu, Üçtəpə kəndində yerləşən evində görüşləri zamanı s onuncunun bu barədə özünə müraciətindən sonra, xx.xx.2010cu il tarixdən xx.xx.2011-ci il tarixədək Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidməti Taborunda işləyib, xx.xx.2011-ci il tarixdə daxili işlər orqanlarından xaric olunmasına baxmayaraq, sonuncuya güya özünün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsində işlədiyini, bütün hüquq mühafizə orqanlarında yüksək vəzifədə çalışan tanışlarının olduğunu yalandan bildirib, həmin tanış vəzifəli şəxslərin köməkliyi ilə Şahid1 köməklik göstərə biləcəyini, yəni onun barəsində Gəncə Hərbi Prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə əməlinin Azərbaycan Respublikası CM-in daha yüngül maddələrinə tövsif edilərək işin Gəncə Hərbi Məhkəməsinə göndəriləcəyini, məhkəmənin isə qısa müddətə qeyd edilən ci nayət işinə baxaraq sonda iş üzrə icraata xitam verəcəyini, həmçinin bundan sonra Şahid1 Gəncə hərbi prokurorunun sürücüsü kimi işə düzəldəcəyini ona yalandan vəd verib, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə qeyd edilən məsələlərin müsbət həlli üçün yaxın münasibətdə olduğu Gəncə Hərbi Prokurorluğunun yüksək səlahiyyətli vəzifəli şəxsinin Şahid1 xeyrinə edəcəyi hərəkətə görə 15.000 manat məbləğində pul vəsaitinin verilməsinin, eyni zamanda, yaxın münasibətdə olduğu Gəncə Hərbi Məhkəməsinin yüksək səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə 8.000 manat məbləğində pul vəsaitinin verilməsinin, cəmi 23.000 manat pul vəsaitinin özünün tanışı olan vəzifəli şəxslərə verilməsinin zəruri olmasını Zərərçə kmiş şəxs1 yalandan bildirməklə, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla 2020-ci ilin dekabr ayının ortalarında Gəncə şəhəri, Kəpəz rayonu,Nizami Gəncəvi prospekti 23 ünvanında yerləşən Gəncə Hərbi Prokurorluğunun inzibati binasının yaxınlığında cinayətdən xəbərsiz Şahid10 idarə etdiyi “Nissan” markalı avtomobildə Zərərçəkmiş şəxs1 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini almaqla, həmçinin eyni niyyətlə, 16 dekabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 onu əlaqə saxlayıb çağırması ilə əlaqədar ünvan 5 ünvanında yerləşən "xxxx" QSC-nin Gəncə filialına gələrək sonuncunun həmin bankdan kredit qismində götürdüyü 12.000 (on iki min) manat pul vəsaitini sonuncudan orada almaqla, həmçinin, eyni niyyətlə, 2020-ci ilin dekabr ayında Gəncə şəhəri, Kəpəz rayonu, Nizami Gəncəvi prospe kti 23 ünvanında yerləşən Gəncə Hərbi Prokurorluğunun inzibati binasının yaxınlığında cinayətdən xəbərsiz Şahid10 idarə etdiyi “Nissan” markalı avtomobildə 3.000 (üç min) manat pul vəsaitini Zərərçəkmiş şəxs1 alıb ələ keçirməklə, ümumilikdə qeyd edilən qaydada cəmi 23.000 (iyirmi üç min) manat məbləğində pul vəsaitini əldə edərək şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus cəmi 23.000 (iyirmi üç min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2020-ci ildən tanıdığı Göygöl rayonu, Üçtəpə kəndində yaşayan Zərərçəkmiş şəxs2 bibisi oğlu Şahid1 barəsində Gənc ə Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.6-cı maddəsi ilə başlanmaqla istintaqı aparılmış və Gəncə Hərbi Məhkəməsinin icraatında olan ********* nömrəli cinayət işinin icraatına xitam verilib sonuncunun azadlığa buraxılmasında köməklik göstərilməsi üçün Zərərçəkmiş şəxs2 Gəncə şəhərində özü ilə müntəzəm görüşləri zamanı sonuncunun bu barədə özünə müraciətindən sonra ona xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidməti Taborunda işləyib, xx.xx.2011-ci il tarixdə daxili işlər orqanlarından xaric olunmasına baxmayaraq, güya özünün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsində işlədiyini, bütün hüquq mühafizə orqanlarında yüksək vəzifədə çalışan tanışlarının olduğunu Göy göl rayonu, Üçtəpə kənd sakini Zərərçəkmiş şəxs1 eyni məzmunlu müraciəti əsasında yalandan bildirməklə, nəticədə 2020-ci ilin dekabr ayında sonuncudan aldığı 23.000 manat pul vəsaitini qaytaracağına dair Zərərçəkmiş şəxs2 yalandan söz verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin sədri kimi təqdim etdiyi, cinayətdən xəbərsiz Gəncə şəhəri Nizami Rayon Məhkəməsində böyük məsləhətçi vəzifəsində işləyən Şahid11 vasitəsi ilə Şahid1 köməklik göstərə biləcəyini, belə ki, sonuncu barəsində Gəncə Hərbi Məhkəməsində baxılan cinayət işinin icraatına xitam verilməsi və bir ay ərzində Şahid1 azad olunacağına nail olacağını ona yalandan vəd verib, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə qeyd edilən məsələnin müsbət həlli üçün özünün yaxın münasibətdə olduğu Gəncə Hərbi M əhkəməsinin yüksək səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə 15.000 manat pul vəsaitinin verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs2 yalandan bildirməklə, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla Zərərçəkmiş şəxs2 11 avqust 2021-ci il tarixdə saat 20:15-də ünvan 8 ünvanında yerləşən “Araz Market”in içərisinə yerləşdirilmiş “eManat” elektron ödəmə sistemi vasitəsi ilə 1.000 (bir min) manat, “MilliÖn” elektron ödəmə sistemi vasitəsi ilə 1.000 (bir min) manat pul vəsaitini özünün rekvizitlərini təqdim etməsi əsasında, "xxxx" ASC tərəfindən əri X2 adına verilmiş 409809******5659 nömrəli özünün istifadəsində olan kart hesabına göndərməsinə nail olmaqla, həmçinin, eyni niyyətlə, Zərərçəkmiş şəxs2 12 avqust 2021-ci il tari xdə "xxxx" elektron ödəmə sistemi vasitəsi ilə “Plastik kartın nağd pulla artırılması xidməti”ndən istifadə edilməklə, saat 07:11-də 2.000 (iki min) manat, saat 07:13-də 2.000 (iki min) manat, saat 07:17-də 5.000 (beş min) manat, saat 07:21-də 2.800 (iki min səkkiz yüz) manat pul vəsaitini özünün rekvizitlərini təqdim etməsi əsasında "xxxx" ASC tərəfindən əri X2 adına verilmiş, özünün istifadəsində olan 409809******5659 nömrəli kart hesabına göndərməsinə nail olmaqla, habelə, eyni niyyətlə Zərərçəkmiş şəxs2 1 sentyabr 2021-ci il tarixdə, saat 00:55də Göygöl rayonu, Üçtəpə kəndində yerləşən “Rəvan market”in içərisində yerləşdirilmiş “Milli ön” elektron ödəmə sistemi vasitəsi ilə 450 (dörd yüz əlli) manat pul vəsaitini özünün rekvizitlərini təqdim etməsi əsasında "xxxx" ASC tərəfindən əri X2 adına verilmiş 409809******5659 nömrəli özünün istifadəsində olan kart hesabına göndərməsinə nail olmaqla, qeyd edilən qaydada həmin kartdan Gəncə şəhərində yerləşən müxtəlif bankomatlarda həmin müddətdə istifadə edərək nağdlaşdırma yolu ilə cəmi 14.250 (on dörd min iki yüz əlli) manat pul vəsaitini əldə edərək, habelə bir müddət sonra Zərərçəkmiş şəxs2lə Gəncə şəhərində görüşərək 500 (beş yüz) manat və sonradan 250 (iki yüz əlli) manat olmaqla, cəmi 750 (yeddi yüz əlli) manat pul vəsaitini ondan şəxsən alıb, ümumilikdə 15.000 (on beş min) manat pul vəsaitini əldə edərək şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus cəmi 15.000 (on beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurma qla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2018-ci ildən tanıdığı Gəncə şəhər sakini Şahid2 barəsində Şəki Ağır Cinayətlər Məhkəməsinin icraatında olan Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə sonuncuya aşağı həddə cəza təyin edilməsinə köməklik göstərilməsi üçün 2021-ci ilin noyabr ayında özünə müraciətindən sonra Şahid2lə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən çay evində görüşləri zamanı sonuncuya güya özünün müxtəlif hüquq mühafizə orqanlarında, o cümlədən Şəki Ağır Cinayətlər Məhkəməsində yüksək vəzifədə çalışan tanışlarının olduğunu, həmin vəzifəli şəxslər vasitəsilə, həmçinin Gəncə şəhəri Nizami Rayon Məhkəməsində işləyən tanış vəzifəli şəxs kimi təqdim etdiyi, cinayətdən xəbərsiz Gəncə şəhəri Nizami Rayon Məhkəməsində böyük məsləhətçi vəzifəsində çalışan Şahid11 vasitəsi ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin icraatında Şahid2 CM-nin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə sonuncuya məhkəmənin şərti məhkum etmə tətbiq edib və ya aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinə köməklik göstərə biləcəyini, həmin məsələni həll etmək imkanında olduğunu Şahid2 yalandan bildirib özünə qarşı inam yaratdıqdan sonra, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Şəki Ağır Cinayətlər Məhkəməsinin yüksək səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə 7.000 manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını Şahid2 yalandan bildirməklə, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla Şahid2 24 noyabr 2021-ci il tarixdə, saat 21:51də Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində yerləşən “Araz market”in içərisinə yerləşdirilmiş “eManat” elektron ödəmə sistemi vasitəsi ilə sonuncunun atası Zərərçəkmiş şəxs3 məxsus 1.000 (bir min) manat pul vəsaitini özünün rekvizitlərini təqdim etməsi əsasında, "xxxx" ASC tərəfindən cinayətdən xəbərsiz əri X2 adına verilmiş 409809******5659 nömrəli özünün istifadəsində olan kart hesabına göndərməsinə nail olmaqla, həmçinin, eyni niyyətlə, Şahid2 25 noyabr 2021-ci il tarixdə, saat 21:59-da Gəncə şəhəri, Yeni Gəncə q əsəbəsi, Ə.Mehmandarov küçəsində yerləşən “Araz Market”in içərisinə yerləşdirilmiş “Milli ön” elektron ödəmə sistemi vasitəsi ilə sonuncunun atası Zərərçəkmiş şəxs3 məxsus 3.600 (üç min altı yüz) manat pul vəsaitini özünün rekvizitlərini təqdim etməsi əsasında, "xxxx" ASC tərəfindən cinayətdən xəbərsiz əri X2 adına verilmiş həmin nömrəli özünün istifadəsində olan kart hesabına göndərməsinə nail olmaqla, habelə, eyni niyyətlə, Şahid2 29 noyabr 2021-ci il tarixdə, saat 20:09-da Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində yerləşən “Araz Market”in içərisinə yerləşdirilmiş “Milli ön” elektron ödəmə sistemi vasitəsi ilə sonuncunun atası Zərərçəkmiş şəxs3 məxsus 1.250 (bir min iki yüz əlli) manat pul vəsaitini özünün rekvizitlərini təqdim etməsi əsasında, "xxxx" ASC tərəfindən cina yətdən xəbərsiz əri X2 adına verilmiş həmin nömrəli özünün istifadəsində olan kart hesabına göndərməsinə nail olmaqla, qeyd edilən qaydada həmin kartdan Gəncə şəhərində yerləşən müxtəlif bankomatlarda həmin müddətdə istifadə edərək nağdlaşdırma yolu ilə cəmi 5.850 (beş min səkkiz yüz əlli) manat pul vəsaitini əldə edərək şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 atası Zərərçəkmiş şəxs3 məxsus cəmi 5.850 (beş min səkkiz yüz əlli) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Şahid2 aldadılmasını müəyyən edib qalan pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərə k, həmin pul vəsaitini ondan ala bilməyib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 atası Zərərçəkmiş şəxs3 məxsus 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs1 nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum ittiham olunduğu cinayətə görə qanunla nəzərdə tutulmuş ən yüksək həddə cəza təyin ediulməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd olunur ki, aşağı instansiya məhkəmələri tərəfindən cəza təyin edərkən maddi hüquq normalarının tələblərinə əməl edilməmiş, işin faktiki hallar ına diqqət yetirilməmiş, cinayətin xarakteri, təqsirləndirilən şəxsin şəxsiyyəti, təyin edilən cəzanın təqsirləndirilən şəxsin islah oluna biləcəyinə yetərli olması nəzərə alınmamış və təqsirləndirilən şəxs barəsində yüngül olmaqla açıq-aydın ədalətsiz cəza təyin edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə nümayəndə Ə.Məmmədzadənin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini mü əyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Zərərçəkmiş şəxs1 nümayəndəsinin kassasiya şikayətində qeyd olunur ki, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya instansiyası məhkəməsinin qərarı təqsirləndilən şəxsə az cəza təyin edilməsi hissəsində əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı müdafiə tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası məhkəmənin qərarına yalnız zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinə münasibətdə qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlak ını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 178.2-ci maddəsinə əsasən “Eyni əməllər: 178.2.2. təkrar törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Res publikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayə t ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2 021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımın dan məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul e dilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəld ilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hall ar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası hes ab edir ki, Məhkum barəsində cəza təyin olunarkən məhkəmələr düzgün olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, himayəsində bir azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hal kimi qiymətləndirib həm bu halları, həm də cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış və bu halların məcmusuna uyğun olaraq məhkuma onun təqsirli bilindiyi CMin 178.2.2, 178.2.4, 29, 178.2.2 və 29, 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə, yəni 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin etmişdir. Cəza təqsirləndirilən şəxsin şəxsiyyətinə, ailə vəziyyətinə, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmaqla yanaşı, onun islah olunaraq, cəmiyyətin normal üzvünə çevrilməsi perspektivlərini də nəzərdə tutmalıdı r. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, cəzanın məqsədi birmənalı olaraq, təqsirləndirilən şəxsdən törətdiyi əmələ görə qisas almağa yönəlməməli, onun cəzasını çəkib qurtardıqdan sonra islah olunması, cəmiyyətin normal üzvü kimi yaşamaq şansını saxlamasını da nəzərdə tutmalıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki,Məhkum barəsində daha ağır cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənləri nəzərə almaqla, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətinin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2024-cü il tarixli qərarı zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişikl ik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2024-cü il tarixli qərarı Zərərçəkmiş şəxs1 nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2277/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2277/2024
27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver