Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2277/2025 30.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, Zərərçəkmiş şəxs5, Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-901/2025 nömrəli, 13 may 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Quluzadə Cəhanə Əbülfət qızı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 09 iyul 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 178.3.2 və 320.1ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 01 avqust 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birin ci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 Bakı şəhəri Xəzər rayonunda yerləşən Teymur Əliyev adına olan sanatoriyaya bitişik tikilini özəlləşdirmək adı ilə vəd verib aldatmaqla vahid niyyəti ilə əhatə olunan qəsdlə ilk dəfə 15 may 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən “TOSOİL” yanacaq doldurma məntəqəsinin yanında 15000 manat, ikinci dəfə 23 may 2022-ci il tarixdə eyni ünvanda 5000 manat, daha sonra 13 iyun 2022-ci il tarixdə həmin yerdə 44000 manat, daha sonra 08 iyul 2022-ci il tarixdə həmin ünvanda 10000 manat, 22 iyul 2022-ci il tarixdə eyni ünvanda 2000 manat, sonuncu dəfə isə 13 dekabr 2022-ci il tarixdə ünvan 2 ünvanında 36600 manat pulu alıb ələ keçirməklə vədinə əməl etməyərək Zərərçəkmiş şəxs5 ümumilikdə 112600 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsi 1S saylı fərdi yaşayış evinə çıxarış almaq adı ilə vəd verib aldatmaqla vahid niyyəti ilə əhatə olunan qəsdlə ilk dəfə 05 mart 2023cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat dairəsində yerləşən “50 qəpik” çay evində 3000 manat, ikinci dəfə 07 mart 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospektində yerləşən “Expre ss Bank”a məxsus ödəmə terminalı vasitəsilə göndərilən 1000 manat pulu alıb ələ keçirməklə vədinə əməl etməyərək Zərərçəkmiş şəxs3 ümumilikdə 4000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, 2 mədən ərazisində olan yaşayış evinə çıxarış almaq adı ilə vəd verib aldatmaqla 18 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Puşkin küçəsində yerləşən “Ofisait” mağazasının qarşısında 1100 manat pulu alıb ələ keçirməklə vədinə əməl etməyərək Zərərçəkmiş şəxs2 1100 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, hüquq verən rəsmi sənədi saxtalaşdırmaqla tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 yaxın qohumu X4 adına ünvan 3 ünvanda yerləşən "xxxx" QSC-nə məxsus qeyri-yaşayış sahəsini "xxxx" QSC-nin "xxxx" MMC-nin A.Kərimovun adına yazılmış həmin obyektin digər şəxslərin istifadəsinə verilməsinin planlaşdırılmamasına dair 13-1/2-K-2041/1-8/2023 nömrəli 13 may 2023-cü il tarixli məktubunu istintaqa məlum olmayan vaxtda və üsulla saxtalaşdırmaqla dəmir yolunun balansında olan qeyri-yaşayış sahəsinin X4 adına qeydiyyata alınmasına etiraz edilmir cümləsini əlavə edib, sözügedən obyekti onun adına özəlləşdirəcəyi adı ilə vəd verib aldatmaqla 28 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerlə şən “Bakı” otelinin qarşısında olan parkda 80000 manat pulu alıb ələ keçirməklə vədinə əməl etməyərək Zərərçəkmiş şəxs4 80000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, 1-ci massivdə yerləşən bağ evinə çıxarış almaq adı ilə vəd verib aldatmaqla 2023-cü ilin iyul ayının son on günlüyündə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən “Gəncə” təndiri mağazasının qarşısında 5600 manat pulunu alıb ələ keçirməklə vədinə əməl etməyərək Zərərçəkmiş şəxs1 5600 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq et mişdir. Bundan başqa, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6 həyat yoldaşı X1 ləğv edilmiş “Azərbaycan Beynəlxalq Universiteti”ni bitirməsi barədə diplomu almaq adı ilə vəd verib aldatmaqla 2023-cü ilin avqust ayının ilk on günlüyündə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Bolmart” marketinin qarşısında 2800 manat pulunu alıb ələ keçirməklə vədinə əməl etməyərək Zərərçəkmiş şəxs6 2800 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-424/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddətin təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində 06 (altı) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsind ə çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 14 mart 2024-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, cinayət işi üzrə ibtidai istintaqın yenidən düzgün aparılması, yaxud əməllərinin Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsinə tövsif edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-901/2025 nömrəli, 13 may 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-424/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxl anılmışdır.
8. Hazırda apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərarından Məhkum müdafiəçisi Quluzadə Cəhanə Əbülfət qızı kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində müdafiəçi qeyd etmişdir ki, istintaq dövründə sübutlar düzgün qiymətləndirilməmiş, işə obyektiv baxılmamış, Məhkum zərərçəkmiş şəxslərlə borc münasibətlərində olmuş və bu münasibətlər mülki xarakter daşıdığından, borcların ödənilməməsi və gecikdirilməsi onun tərəfindən törədilmiş cinayət əməli sayıla bilməz. Bu əsasla müdafiəçi Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)901/2025 nömrəli, 13 may 2025-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiy a şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normala ra, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Müdafiəçisi kassasiya şikayətində Məhkum əməlində cinayət tərkibinin olmadığını iddia edib, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-901/2025 nömrəli, 13 may 2025-ci il tarixli qərarını yo xlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məc əlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilmə si cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarı, 6 may 2022-ci il).
21. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlində cinayət tərkibi olmadığına dair kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
22. Belə ki, məhkumun birinci instansiya məhkəməsini n hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkum özünü Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilməsə də, lakin onun həmin cinayətləri törətməkdə təqsiri məhkəməyədək icraat dövründə və məhkəmə istintaqı zamanı müdafiəçisinin iştirakı ilə verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidl ərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələri, istintaq və məhkəmə hərəkəti protokolları, maddi sübut və cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
23. Birinci instansiya məhkəməsinin yekun qənaətinin düzgünlüyünü yoxlayan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum hərəkətlərinin tədqiqindən, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin müvafiq maddələrin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulmuş cinayə tlərin tərkibinin olmasının sübuta yetirildiyi, Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında düzgün nəticəyə gəlmişdir.
24. Bununla belə, apellyasiya instansiyası məhkəməsi Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsini nəzərə almamaqla, maddi cinayət-hüquq normalarını düzgün tətbiq etməmişdir.
25. Belə ki, Məhkum ittiham edildiyi Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi həmin Məcəllənin 15.2-ci maddəsində böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilmiş, yenə də həmin Məcəllənin 75.1 və 75.1.1-ci maddələrinə görə isə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdi kdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz.
26. Eyni Məcəllənin CM-nin 75.2-ci maddəsinə müəyyən edilən qaydaya görə, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır, şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır.
27. Baxılan cinayət işinin materiallarından görünür ki, Məhkum qarşı Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, Zərərçəkmiş şəxs4 yaxın qohumu X4 adına, ünvan 3 ünvanda yerləşən, "xxxx" QSC-yə məxsus qeyri-yaşayış sahəsini "xxxx" QSC-nin "xxxx" MMC-sinin adından, A.Kərimovun adına yazılmış həmin obyektin digər şəxslərin istifadəsinə verilməsinin planlaşdırılmamasına dair 13-1/2-K-2041/1-8/2023 nömrəli, 13 may 2023-cü il tarixli məktubunu istintaqa məlu m olmayan vaxtda və üsulla saxtalaşdırmışdır.
28. Verilmiş ittiham üzrə Məhkum həmin cinayət əməlini istintaqa məlum olmayan vaxtda və üsulla törətdiyi göstərilsə də, zərərçəkmiş şəxsdən dələduzluq yolu ilə pul vəsaitinin 28 aprel 2023-cü il tarixində əldə olunması və saxtalaşdırılmış sənədin 13 may 2023-cü il tarixli olması həmin əməlin 28 aprel 2023-cü il – 13 may 2023-cü il tarixləri aralığında törədilməsi ehtimalını yaradır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən 13 may 2025-ci il tarixində yekun qərar qəbul edilərkən məhkum edilmiş şəxsin həmin epizod üzrə cinayət məsuliyyətinə cəlb edilmə müddətinin keçməsi nəzərə alınmalı idi.
29. Məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddətin in keçməsinə görə cinayət işinin başlanması rədd edilərkən və ya başlanmış cinayət işinin icraatına xitam verilərkən, Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin maddəyə əsasən, təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda, təqsirləndirilən (şübhəli) şəxsin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Bu halda cinayət təqibi Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün və ya məhkəmənin digər qərarının çıxarılması ilə başa çatır. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə baxışının gedişində cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyi hallarda, məhkəmə müdafiə tərəfinin razılığı ilə təqsirləndirilən şəxsə qa rşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmağa səlahiyyətlidir. Bununla yanaşı, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyi halda təqsirləndirilən şəxsə cəza tətbiq etmədən ittiham hökmü çıxarır.
30. Baxılan cinayət işinin müəyyən edilən hallarını nəzərə almaqla istinad edilən maddi və prosessual cinayət-hüquqi müddəalara əsaslanan məhkəmə kollegiyası hesab edir ki, Məhkum qarşı Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə verilən ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməməlidir.
31. Yekunlaşaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, kassasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-901/2025 nömrəli, 13 may 2025-ci il tarixli qərarı və onun əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-424/2025 nömrəli, 23 yanvar 2025ci il tarixli hökmü dəyişdirilməli, Məhkum Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirildiyindən, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən həmin maddə üzrə təyin edilmiş cəzadan azad edilməli, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə dair müddəalar hökmdən xaric edilməli, üzərində hökmlə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətə a zadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, qəti olaraq 06 (altı) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, hökm və qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Quluzadə Cəhanə Əbülfət qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-424/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli hök mü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-901/2025 nömrəli, 13 may 2025-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə o, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən təyin edilmiş cəzadan azad edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-424/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)901/2025 nömrəli, 13 may 2025-ci il tarixli qərarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsinə dair müddəalar xaric edilsin. Məhkum üzərində Bakı Ağır Cin ayətlər Məhkəməsinin 1(101)-424/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-901/2025 nömrəli, 13 may 2025-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 06 (altı) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-901/2025 nömrəli, 13 may 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.