Məhkəmə qərarları › İş №1(102)-2279/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2279/2025

10.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2279/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, məhkumun müdafiəçiləri Müdafiəçi2, X1 və X3 iştirakları ilə, 14 yanvar 2000-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2i nömrəsiz evdə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 145.2.1, 145.2.3, 145.2.4, 145.2.5, 145.2.6 və 182.3.2-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1334/2024 nömrəli 1 iyul 2024-cü il tarixli tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-764/2024 nömrəli 4 aprel 2024-cü il tarixli hökmü ilə (hakimlər S.A.Məmmədzadə (sədrlik edən), Ə.İ.Məmmədov və A.Ə.A.Məcidov) Məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.1, 145.2.3, 145.2.4, 145.2.5, 145.2.6 və 182.3.2-ci maddələrində nəzərdə tutulan cinayə t əməllərinin törədilməsində təqsirli bilinib, ona Cinayət Məcəlləsinin 145.2.1, 145.2.3, 145.2.4, 145.2.5, 145.2.6-cı maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ona qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin əvvəlinin 26 mart 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Həmin hökmlə Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.1, 145.2.3, 145.2.4, 145.2.5, 145.2.6 və 182.3.2-ci maddələri ilə tə qsirli bilinərək məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1334/2024 nömrəli 1 iyul 2024-cü il tarixli qərarı ilə (hakimlər İ.A.İbrahimli (sədrlik edən), Ə.Q.Ələkbərov və Z.N.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.1, 145.2.3, 145.2.4, 145.2.5, 145.2.6 və 182.3.2-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-764/2024 nömrəli 4 aprel 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum kuryer kimi xidmət göstərdiyi ünvan 3 ünvanda yerləşən “Şeyx Lahmacun” adı ilə fəaliyyət göstərən ictimai iaşə obyektinin icarədarı X9 maddi cəhətdən müəyyən imkanlara malik olduğunu bilərək Rac Abramov və sonuncunun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə əmlakını ələ keçirmək məqsədilə həmin ictimai iaşə obyektində onun kimi kuryer vəzifəsində xidmət göstərən tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində 25 mart 2023-cü il tarixdə saat 23 radələrində həmin iaşə obyektində olan zaman iş vaxtının bitməsi səbəbindən Rac Abramovla zirzəmini yoxlayarkən əvvəlcədən bel çantasında gətirdiyi dəmir lingi silah qismində istifadə etməklə tətbiq edib, Rac Abramovun baş nahiyəsinə zərbələr endirməklə onu yerə yıxaraq yumruqla və təpiklə zərbələr vurmaqda davam edib sonuncuya zor tətbiq edərək alın nahiyəs inin cərrahi tikişə ehtiyacı olan əzilmiş-tikilmiş yarası, ənsə nahiyəsinin qançır-şişkinliyi və sol saidin sıyrığı kimi dərəcəsinə görə ümumilikdə sağlamlığı qısa müddətə pozan yüngül zərər vurmaya aid olan bədən xəsarətləri yetirərək sağlamlığı ücün təhlükəli olan zor tətbiq etmiş, həmin vaxt əvvəlcədən aralarında olan rolların bölgüsünə əsasən iaşə obyektinin qarşısında cinayətkar niyyətlərini həyata keçirmək üçün telefon vasitəsilə ondan gələcək xəbəri gözləyən Təqsirləndirilən şəxs isə Rac Abramovun azyaşlı övladı X10 zirzəmidən səs-küy gəldiyi üçün oraya düşdüyünü görərək onun arxasınca həmin obyektə daxil olub yetkinlik yaşına çatmayan Rauf Abramovun başını əli ilə divara vurub, sonuncuya zor tətbiq edərək təpə-gicgah nahiyəsinin qançır-şişkinliyi və sol qulaq seyvanının qançırı həm ümumilikdə, həm də ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirib köməksiz vəziyyətə gətirməklə zirzəminin digər otağına apararaq əllərini və ayaqlarını özü ilə gətirdiyi yapışqanlı lentlə oradakı stula bağlayıb həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə sonuncunu adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, o isə bundan sonra özü ilə gətirdiyi kapron sıxac və yapışqanlı lent vasitəsilə Rac Abramovun ayaqlarını bir-birinə bağlayaraq sonuncunu adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, daha sonra Təqsirləndirilən şəxs ilə birlikdə Rac Abramov və sonuncunun yetkinlik yaşına çatmayan azyaşlı övladı Rauf Abramovun şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə külli miqdarda yəni 200.000 (iki yüz min ) manat məbləğində pulu hədə-qorxu ilə tələb etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1334/2024 nömrəli 1 iyul 2024-cü il nömrəli qərarının ləğv edilməsi, məhkuma CM-nin 182.3.2-ci maddəsi ilə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Kassasiya şikayətində göstərilmişdir ki, irəli sürülmüş ittihamdakı Cinayət Məcəlləsinin 182-ci maddəsinin tərkib əlamətləri təqsirləndirilən şəxslərin əməllərində mövcud deyildir. Belə ki, iş materialları ilə CM-in 182-ci maddəsinin əlamətlərinin mövcud olması sübuta yetmir. Bu fakt işin hallarından da tam aydın görünür. İşin materiallarından və diskdən də görünür ki, X21 Abramovla heç bir məsələ araşdırmadan bi rbaşa onu arxadan vurmuşdur. Onunla söhbət aparmamış, onların arasında hər hansı bir məsələnin müzakirəsi olmamışdır. Şahin Quliyevin birbaşa olaraq, heç bir müzakirə olmadan zərər çəkmiş şəxsə xəsarət yetirməsi “hədə-qorxu ilə tələb etmə” cinayətinin əlamətini istisna edir. Yəni bu döymə hadisəsi qisas zəminində ona edilmiş söyüşlərin əvəzində baş vermişdir. Hesab edir ki, istintaq orqanı hüquqlarını müdafiə etdiyi şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddə ilə töfsif etməli idi. Bu hal eyni zamanda zərər çəkmiş şəxsin özünün ifadəsi ilə də təkzib olunur. Belə ki, zərər çəkmiş şəxs öz izahat və ifadələrində ona heç bir maddi ziyanın dəymədiyini göstərmişdir. Sual olunur hədə-qorxu ilə tələb etmək yolu ilə pulu ələ keçirmək istəyən şəxs nə üçün həmin obyektdə olan kassaya daxil olub, pulların bir qismini belə ələ keçirmir? Və yaxud da zərər çəkmiş şəxsləri nəyinsə müqabilində azad edərkən ən azından kassada belə nə pul varsa, onu zərərçəkmişdən götürməmiş, istəməmişdir. Bu faktın özünü zərər çəkmiş şəxs Rac Abramov da təsdiqləmişdir. Axı həmin vaxtı kassada müəyyən məbləğdə pul olmuşdur. Videodan da görünür ki, təqsirləndirilən şəxslərin heç biri kassaya yaxınlaşmamış, ora daxil olmamış, obyektdən hər hansı bir formada pul götürməmişdir. Eyni zamanda polislər onları tutarkən, nömrələnmiş pul ilə də əməliyyat aparılmamışdır. Bu da onu sübut edir ki, təqsirləndirilən şəxslər Rac Abramovdan bu və ya digər formada pul istəməmişlər. Hazırkı işdə CM-nin 182-ci maddəsinin tərkibinin olmaması cinayət işində olan daha bir sübutla təsdiq edilir. Bu sübut Şahin və Sakit arasında olan votsap danışıqlarıdır. Həmin danışıqların mətnindən görünür ki, Şahin və Sakit arasında zərər çəkmiş şəxslərdən pul istəniləcəyi, istəniləcəksə, hansı miqdarda istəniləcəyi, hansı məbləğ ilə sonra razılaşa biləcəkləri barədə hər hansı bir danışıq yoxdur. Halbuki, istintaq orqanı bu votsap yazısını sübut kimi təqdim edir. Əgər sübut kimi bu yazışma qəbul edilirsə, onda ittiham tərəfi bu söhbətdə pulun əldə edilməsinin metod və üsulları, pulu kim necə əldə edəcək, hansı miqdarda pul istəniləcək, pulun əldə edildiyi təqdirdə aralarında hansı qaydada bölüşdürüləcəyi barədə yazıları da təqdim etsin. İstintaq orqanı belə bir yazışmanı təqdim edə bilmir və edə də bilməz. Çünki, hazırkı işdə hədə-qorxu ilə pul tələb edilməsi halı mövcud deyildir. İş materiallarında yalnız zərər çəkmiş şəxslə rin özlərinin sözlərinə əsasən bu ifadə səslənir. Zərər çəkmiş şəxslərin ifadələri başqa sübutlarla təsdiq edilmir. Cinayət-Prosessual Məcəllənin tələbinə görə ittiham dəqiq olmalı, zərər çəkmiş şəxsin ifadəsi digər sübutlarla təsdiq edilməlidir. Lakin bu işdə zərər çəkmiş şəxsin ifadəsinin 200.000 manat tələb etmə hissəsi heç bir əlavə sübutlarla təsdiq edilmir. Yəni hazırkı işdə hədə-qorxu ilə tələb etmə, 200.000 manat pul istənilməsi özü şübhəlidir. Cinayət-Prosessual Məcəlləsinin tələbinə görə bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə şərh edilir. Hazırkı cinayət işində sübut yoxdur, 200.000 manatın istənilməsində isə böyük şübhə var. Belə olan halda hesab edir ki, hazırkı cinayət işində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinin tərkib əlaməti olmadığından hüq uqlarını müdafiə etdiyi şəxsə bəraət verilməli idi. Lakin təəssüflər olsun ki, məhkəmə bu halların heç birinə fikir verməmiş və düzgün olmayan qərar qəbul etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçiləri Müdafiəçi2, Ə.Hüseynovun və E.Vəliyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiy a protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində ona qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə CM-nin 182.3.2-ci maddəsi ilə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 145.1-ci maddəsinə əsasən adam oğurluğu ilə bağlı olmayan qanunsuz az adlıqdan məhrum etmə məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-nə görə, həmin əməl: 145.2.1. iki və ya daha çox şəxsə qarşı törədildikdə; 145.2.3. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; 145.2.4. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; 145.2.5. zərər çəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; 145.2.6. silahdan yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsində “hədə-qorxu ilə tələb etmə, yəni zərər çəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, on ların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 182.3.2-ci maddəsində “bu əməl külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və həmin əməllər on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşd ırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ veril ən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni h əll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X6rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin b ərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqı nda” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilm iş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında a raşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam sadalamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Aşağı instansiya məhkəmələrində zərər çəkmiş şəxs qismində dindirilmiş X16 öz ifadəsində bildirmişdir ki, Şahin onun ən yaxşı işçilərindən biri olmuşdur. Hadisə olan gün həmişəki kimi Şahinlə mehriban şəkildə danışıb yemək yemişlər. O, hər gün işçilər getdikdən sonra aşağıya düşərək işıqları və aparatları təhlükəsizliyi təmin etmək, hər hansı bir fövqəladə hadisənin olmasının qarşısını almaq məqsədiylə yoxlayır. Hadisə günü iş vaxtı bitdikdən sonra Şahin ona adam gözlədiyini bildirmiş və bu səbəbdən də onlarla qalmışdır. Həmişəki kimi o, zirzəmiyə düşərkən Şahin də onunla danışa-danışa aşağı düşmüş, o, aşağını yoxlayanda o görmədən Şahin pilləkənə tərəf getmiş və əvvəlcədən gizlətdiyi alətləri götürmüşdür. O, pilləkən tərəfə çatanda başına 2 dəfə zərbə endirildiyini hiss etmiş, əli ilə başını yoxladıqda qan görmüşdür. Daha sonra o, ətrafa baxanda bunu edənin Şahin olduğunu görmüşdür. Sonra Şahin onu yerə yıxmış və boğmağa başlamışdır. Bu zaman bir az güc toplayaraq, gedib çöldən kömək çağıra bilməsi üçün oğlunu çağırmağa başlamışdır. Lakin oğlundan səs gəlməmiş, sonradan isə ona məlum olmuşdur ki, Şahin Sakiti içəri salmışdır. Bir qədər sonra Sakit oğlunu ağzı bağlı şəkildə içəri gətirmiş, o, onların oğlunu tutduqlarını gördükdə, artıq heç nə edə bilməyəcəyini düşünmüşdür. Şahin 40 dəqiqə onu boğmuş və bu zaman ərzində heç nə deməmişdir. Şahin daha sonra onu stola bağlayaraq pul istəməyə başlamışdır. Bu zaman o, yanında 2000-3000 manat pul olduğunu, həmin pulu onlara verə biləcəyimi dedikdə, onlar evinə gedərək, kassadan 200000 (iki yüz min) manat pul götürmək istədiklərini bildirmişlər. Onun evində indiyə qədər kassa olmamış, bu səbəbdən də o, evdən pul götürmək istədiklərini dedikdə, o, təəccüblənmişdir. Bir az keçdikdən sonra dodağı quruduğunu və danışa bilmədiyini demiş və onlardan su istəmişdir. O, su ilə əl-üzünü yumuş, Sakitə və Şahinə əgər məni buraxsalar, sabaha 20 min manat verəcəyini, qalan pulu isə maşınını sataraq ödəyəcəyini demişdir. Bunları dedikdən sonra Sakit ona yaxınlaşaraq, əgər ona inanmalarını istəyirsə, cənab Prezidenti təhqir etməlidir, onlar da həmin anları video çəkəcəklər, əgər o, pul verməsə, həmin videonu sosial şəbəkələrdə paylaş maqla onu hədələmək üçün istifadə edəcəklərini demişlər. Bu zaman Şahin buna ehtiyac olmadığını və ona inandığını demiş, lakin Sakit yenə başqa yolların olduğunu deyərək, onun butulka ilə nalayiq videolarını çəkəcəkləri və pulu vermədiyi təqdirdə sosial şəbəkələrdə yayımlayacaqlarını bildirmişdir. O, vəziyyətdən çıxa bilmədiyini gördükdə, onlara yalvarmış, qucaqlamış və onları buraxmalarını xahiş etmişdir. Bunun nəticəsində Şahin onları buraxmış, maşına qədər yola salmış, sonra isə evə gəldikdə, ona sms yazaraq polisə getməməyini bildirmiş, qızı və həyat yoldaşının harada olduğunu bildiklərini, saylarının 10 nəfər olduğunu deyib, onu hədələmişdir. O, Şahinə zəng edərək pulun hazır olduğunu demiş, sözləşdikləri kimi saat 11-də restorana gəlmişdir. Bu zaman da Şahin polislər tərəfindən tutul muşdur. İşdə olan 26 mart 2023-cü il tarixli raportdan görünür ki, X4 RPİ-nin 19-cu PŞ-yə ərizə ilə müraciət edərək 25 mart 2023-cü il tarixdə saat 22.40 radələrində sahibkar olduğu ünvan 4 ünvanında yerləşən «Şeyx Lahmacun» adlı obyektin zirzəmisində obyektdə motokuryer işləyən Şahin adlı şəxs və 5 gün əvvəl işdən çıxardığı Sakit adlı şəxs tərəfindən qanırğı (montirovka) vasitəsilə, o cümlədən yumruq-təpik zərbələri vurularaq döyülmüş, ona və oğlu Abramov Raufa bıçaqla hədə-qorxu gəlinmiş, əl-qol və ayaqları skoç vasitəsi ilə bağlanmış, buraxılmaları üçün pul tələb olunmuşdur. İş materiallarında olan «Video görüntülərə baxış keçirilməsi haqqında» 26 mart 2023cü il tarixli protokoldan görünür ki, hadisə baş verən zaman «Şeyx Lahmacun» adlı obyektdə olan video görünütülərə baxış keçirilmiş və xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində sözügedən obyektin zirzəmisindən birinci mərtəbəyə çıxış qapısında Məhkum vətəndaş X12 əlindəki alətlə başından vuraraq yerə sərdiyi, bundan sonra bir neçə dəfə yumruq və təpik zərbələri ilə vurduğu, iki qolu ilə boğazından tutub boğduğu, 22:36 radələrində Təqsirləndirilən şəxs birinci mərtəbədən düşərək vətəndaş X13 ağzından tutaraq zorla zirzəmidə yerləşən soyunma-geyinmə otağına apardığı, daha sonra vətəndaş X9 hər iki şəxs tərəfindən ayağının bağlandığı və onların sonuncuya bir neçə zərbə vurduğu müəyyən olunmuşdur. «İfadənin yerində yoxlanılması haqqında» 27 mart 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması zamanı Məhkum hadisə yerini dəqiq göstərərək, xx.xx.2023-cü il tarix də saat 23 radələrində ünvan 3 ünvanda yerləşən «Şeyx Lahmacun» adlı obyektin zirzəmisində qabaqcadan özü ilə gətirdiyi dəmir ling ilə həmin obyektin sahibi Rac Abramovun baş nahiyəsindən vurmasını, sonucunun müvazinətini itirdikdən sonra bir neçə dəfə də onu vurduğunu, Təqsirləndirilən şəxs isə Racin oğlu Raufu digər otağa aparmasını, Sakitlə birlikdə Rac Abramovun ayaqlarını ağ rəngli plastik lent ilə bağlamasını, Rac və onun oğlunun azad olunması müqabilində ondan pul tələb etdiklərini bildirmiş, bundan sonra Rac və Rauf Abramovu azad etdiklərini göstərərək əvvəlki verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Qeyd olunan istintaq hərəkəti aparılan zaman onun yaşadığı mənzildən 1 ədəd göy rəngli dəmir ling, 1 ədəd yapışqan lent, ağ rəngli plastik lentlər və 1 ədəd Məhkum istifadəsində ola n «Huawei» markalı qara rəngli mobil telefon qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs Məhkum barəsində həyata keçirilmiş ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı sonuncunun kirayə yaşadığı mənzildən götürülmüş əşyalara baxış keçirilərək protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək qeyd olunan protokola əlavə edilmişdir. «İfadənin yerində yoxlanılması haqqında» 27 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd olunanları hadisə yerində dəqiq göstərərək xx.xx.2023-cü il tarixdə saat 23 radələrində ünvan 3 ünvanda yerləşən “Şeyx Lahmacun” obyektində obyekt sahibinin oğlu Rauf Abramovla söhbət etdiyini, qabaqcadan X7 ilə razılaşmaya əsasən sonuncunun zirzəmidə X12 dəmir linglə vuraraq zərərsizləşdirdiyini, bundan sonra səs-küy ə onun oğlu Rauf Abramov ilə birgə zirzəmiyə düşdüyünü, orada olan otaqda Rauf Abramovu saxlayaraq onun ayaqlarını ağ yapışqan lent və plastik ilə bağladığını, daha sonra Rac Abramovdan oğlunu və özünü sərbəst buraxmaq üçün pul tələb etdiklərini, sonuncu ilə razılaşdıqdan sonra onları sərbəst buraxmalarını bildirərək, əvvəlki ifadəsini bir daha təsdiq etmişdir. İşdə olan 10 iyun 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxs Məhkum ilə zərərçəkmiş X17 arasında həyata keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı X20 Abramovun əvvəlki və üzünə qarşı dediyi ifadəsini qismən təsdiq edərək, Sakitin otaqda Raufla aralarında olan söhbəti görməmiş və eşitməmiş, nə onun tərəfindən, nə də Sakit tərəfindən Rac Abramovdan 200.000 (iki yüz min) manat və ya başqa məbləğd ə pul tələb etmədiklərini göstərmişdir. Məhkəmə qərarlarında istinad edilmiş 10 iyun 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxs Məhkum ilə zərər çəkmiş şəxs X16 arasında həyata keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı X21 Quliyevin verdiyini əvvəlki və üzünə qarşı dediyi ifadəsini qismən təsdiq edərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə birlikdə 25 mart 2023-cü il tarixdə X8 hədə-qorxu ilə 200.000 manat pul tələb etməmişdir, o, 25 mart 2023-cü il tarixdə saat 22-23 radələləri arasında həmin vaxt işlədiyi dönər evində Rac Abramovu dəmir alətlə qəsdən vuraraq ona xəsarət yetirməsini təsdiq etmişdir. Buna səbəb o, olmuşdur ki, Rac onun ünvanına, atası Bəhrəm Quliyevin ünvanına söyüş söyməsi, həmçinin iş yoldaşı olmuş Fidanın ünvanına təhqiram iz ifadələr işlətmişdir. 24 mart 2023-cü il tarixdə Racın işdən qovduğu Fidan adlı ofisant qızla bağlı Rac hər dəfə zarafatyana demişdir ki, “sən onu alarsan, mən də lazım olanda istifadə edərəm, yəni cinsi əlaqədə olaram”. Racın bu hərəkətlərinə görə onu hadisə vaxtı dəmir linglə vuraraq ona xəsarət yetirmişdir. Racın nə səbəbə əvvəlki ifadəsini təsdiq edərək onun üzünə qarşı hadisə vaxtı ondan 200.000 (iki yüz min) manat pul istədiyinin səbəbini bilmir. Rac Abramov ona və atasının ünvanına nalayiq söyüşü bilavasitə onun üzünə qarşı deməmişdir. Bunu Fidan adlı qadın ona danışmış, Fidan adlı qadının anket məlumatlarını və telefon nömrəsini bilmir. Racın ayaqlarını ona görə bağlamışdır ki, o, durub üzərlərinə cummasın, Raufun ayaqlarını isə ona görə bağlamışdır ki, birdən mətbəxdən bıçaq götürüb qaçar, özünə ziyan yetirər. Onların əl-ayağı təxminən 1 saata kimi müddət ərzində bağlı vəziyyətdə qalmışdır. Racın əlləri açıq olmuş, onun yalnız ayaqları yapışqan lentlə bağlanmışdır. Lakin Raufun belə bir imkanı olmamışdır. Rac ondan üzr istədiyi üçün onu və onun oğlu Rauf Abramovun əl-ayaqlarına bağlanmış yapışqanlı lenti açmaq qərarına gəlmişdir. Rac Abramovu vurmasına səbəb onu qorxutmaq olmuşdur. Racın atası Bəhrəmin ünvanına nalayiq söyüşlər söyməsi, həmçinin Racın Fidanla bağlı onun şəxsiyyətini alçaldan sözlər işlətdiyinə görə onu cəzalandırmaq qərarına gəlmişdir. Belə ki, Rac ona təklif etmişdir ki, “Fidanı alarsan, mən də ondan istifadə edərəm (cinsi tələbatın ödənilməsini nəzərə tutur)”. İşdə olan 10 iyun 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirlə ndirilən şəxs ilə zərərçəkmiş X16 arasında həyata keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Məhkum Rac Abramovun ifadəsini qismən təsdiq edərək bildirmişdir ki, o, 2023-cü ilin fevral ayının ortalarından mart ayının ortalarına kimi hazırda üzləşdiyi Rac Abramova məxsus «Şeyx Lahmucun» dönər evində motokuryer işləmişdir. Hadisədən təxminən 1 həftə əvvəl Rac Abramov onu işdən çıxarmışdır. 25 mart 2023-cü il tarixdə saat 22:00 radələrində o «Şeyx Lahmucun» dönər evində işləyən Şahinlə görüşmək üçün həmin dönər evinə gəlmişdir. O, dönər evinə daxil olanda Racin oğlu Rauf dönər evində olmuşdur. Raufun yanında başqa adam olmamışdır. O, dönər evinə daxil olanda Şahini və Racı görməmişdir. Raufla görüşmüş, söhbət etməyə başlamışdır. Bu zaman dönər evinin zirzəmisindən bərk yıxılma, qışqırıq, söyüş səslərinin gəlməsini eşitmişdir. Sonra Rauf zirzəmiyə tərəf qaçmağa başlamışdır. O da Raufun arxası ilə qaçanda görmüşdür ki, Şahin zirzəmidə Racın boyun nahiyəsindən tutmuş, Rac da xırıltılı səs çıxarır. Raufun onların yanına gəlib həmin mənzərəni görməməsi məqsədilə Raufu qucaqlayıb tutmuş və onu pilləkənin sonuncu «tupik» deyilən yerdə 5-6 dəqiqə saxlamışdır. Racın Raufu çağırmaq səslərini, həmçinin Şahindən oğlunu görmək istəməsini xahiş etdiyini eşidərək Raufu zirzəmiyə onların yanına gətirmişdir. Bundan sonra isə o, Raufu zirzəmidə olan otağa aparıb stulda əyləşdirmişdir. Daha sonra isə Şahinlə Racın yanına qayıdıb gəlmişdir. Rac stulda əyləşəndən sonra Şahinin deməsi əsasında Racın ayaqlarını yapışqan lentlə bir-birinə bağlamışdır. X22 söhbət etməyə başlamışdır. Şahin Racdan s oruşmuşdur ki, “sən nə üçün mənimlə bağlı lazımsız söhbətlər etmisən?”. Rac da ona demişdir ki, “məni bağışla, düz söhbət etməmişəm”. Sonra o, su gətirmişdir. Rac üzünü yumuş, onun ayaqlarını açandan sonra isə gedib sanitar qovşağında özü əl-üzünü yumuşdur. Həmin vaxt Rac Şahinlə ona təqribən 10.000, 15.000 və 20.000 manat pul təklif edərək demişdir ki, “söhbəti aramızda bağlayaq”. Şahin və o, Raca demişdir ki, “biz bura pula görə gəlməmişik, onun döyülmə söhbətini bağlayaq”. Yekunda Şahin və o, Rac və Raufla görüşərək səmimi olaraq ayrılmışdır. Şahinlə o, hədə-qorxu ilə Racdan 200.000 manat pul tələb etməmişdir. Rac Abramovdan 200.000 (iki yüz min) manat istəməsi barədə onu bildirmişdir ki, sonuncunun nə səbəbə belə deməsinin səbəbini bilmir. Raufun əl-ayağını yapışqan lentlə bağlamamışdı r, Rac Abramovdan 200.000 (iki yüz min) manat pul tələb etməmişdir. Rac Abramovun əl-ayaqlarını bağlamaqlarının səbəbi kimi sonuncunun oradan qaçmaq istəməsini, aqressiv olmasını göstərmişdir. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-in 145.2.1, 145.2.3, 145.2.4, 145.2.5, 145.2.6 və 182.3.2-cü maddələrinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsas lı olaraq Məhkum əməlini CM-in 145.2.1, 145.2.3, 145.2.4, 145.2.5, 145.2.6 və 182.3.2-cü maddələri ilə tövsif edib onu həmin maddələrlə məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halları nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən mə hkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçi rən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzaya münasibətdə də qeyd edir ki, cəza məhkumun törətdiyi əməlin sanksiyasına uyğun ədalətli təyin edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin apel lyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisə ləndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 iyul 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəmə sinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1334/2024 nömrəli 1 iyul 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar