Məhkəmə qərarları › İş №1(102)-228/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-228/2023

16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-228/2023 16.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri X5 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 və Məhkum müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏNETDİ:

1. Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Ə.R.Əliyev (sədrlik edən və məruzəçi), N.N.Mirzəyev və B.M.Məmmədov) 1(091)-35/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli hökmü ilə 25 avqust 1995-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Yevlax şəhər Gənclər və İdman idarəsində məşqçi müəllim işləmiş, Yevlax şəhəri, M,Hüseynzadə küçəsi, ev 7-də qeydiyyatda olmuş və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respub likası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.41. və 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 03 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. İşin halları:

2. Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs Məhkum olunmuşdur ona görə ki, o, X6 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib istintaqa məlum olmayan müddətdə və mənbədən külli miqdar hesab edilən 5,283 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdar hesab edilən 2,325 qram ümumi təmiz çəkidə kustar üsulla hazır lanmış psixotrop maddə olan metamfetamini əldə etmiş, həmin 5,283 qram narkotik vasitə olan heroinin külli miqdar hesab edilən 4,851 qramını və külli miqdar hesab edilən 2,325 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini X2 vasitəçiliyi ilə 19 yanvar 2021-ci il tarixdə saat 19:20 radələrində Yevlax şəhəri ərazisində Bakı-Yevlax avtomobil yolunun kənarında yerləşən Azpetrol yanacaqdoldurma məntəqəsinin yaxınlığında Şahid1 və X7 300 manata satmış, daha sonra Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 25 yanvar 2021-ci il tarixdə saat 15:00-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X12 şəhəri, Q.Quliyev küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib, üzərinə müdafiəçinin iştirakı ilə və video çəkiliş vasitəsilə şəxsi axtarış keçir ilən zaman əynində olan gödəkçənin sol iç cibindən satış məqsədilə saxladığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,309 qram və bir ədəd açıq şəkildə saxladığı təmiz çəkisi 0,123 qram, ümumi təmiz çəkisi 0,432 qram olan narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər A.M.Eyvazov (sədrlik edən və məruzəçi), E.Ş.Hüseynov vəİ.H.Şükürov) 1(107)-217/2022 nömrəli, 27 iyunl2022ci il tarixli qərarı ilə Apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 1(091)-35/2022 saylı hökmü məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Şəki Apelya siya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2022-ci il tarixli qərarı ləğv edilməsi və əməlinin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri:

3. Məhkumun müdafiəçisi (kassator) Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum əməlinə apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən aparılan məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.2-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, Şahid1 2013-cü ildən tələbəlik il lərindən bəri tanımış, Bakı şəhəriində qalanda Tural ilə münasibəti yaxşı olmuşdur.Elşən Səfərov isəonun evində usta işləmişdir. Bir dəfə Tural Yevlax şəhərinə gəlmiş, həmin vaxt Elşəndə onlarla birgə çay içmiş və bundan sonra Elşən ilə Turalın münasibətləri yaranmışdır. Tural ilə Elşən narkotik vasitə alış-verişi edəndə o, Sumqayıtda olmuş, Yevlax şəhərində olmamışdır. Odur ki, alqısatqı məlumatı olmamışdır. Birinci instansiya məhkəməsi istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən isə göstərmişdir ki, Şahid1la bayramlarda hal-əhval tutmaq üçün arabir telefonla danışmış, Tural həmin ərəfədə ona zərn vuraraq narkotik vasitə istəmiş, o, isə cavabında “mən bu yolun yolçusu deyiləm narkotik alış-verişi ilə də məşğul olmuram” demiş və bununlada telefon danışığı yekunlaşmış, narkoti k vasitə üçün Turalı heç kimə yönləndirməmişdir. Həm birinci instansiya məhkəməsinin hökmündə, həmdə X1 İnstansiyası məhkəməsinin qərarında göstərilir ki, məhkəmə istintaqı zamanı Şahid1 və Elşən Səfərovun qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası tərəfindən həmin ifadələr Məhkum müdafiəsinə yönəlmiş ifadələr kimi qəbul edilir.Məhkəmə hesab edir ki, hər iki şəxs məhkəmə istintaqı zamanı Məhkum müdafiə edən ifadələr verir. Odur ki, məhkəmə Məhkum elan olunan ittihamın əsasını məhz qeyd edilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri qoyur. Belə ki, cinayət işinin materialları ilə müəyyən olunur ki, nə ibtidai istintaqda, nə də birinci və apelyasiya instansiyada məhkəmə baxışı zamanı məhkum edilmiş şəxsin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsi, daşıması v ə ya saxlaması sübut edən qanuni yolla əldə edilmiş hər hansı bir sübut (sübutlar məcmusu) müəyyən edilməmişdir. Bundan əlavə məhkum edilmiş şəxs Məhkum həmin narkotik vasitəni hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi öz təsdiqini tapmamışdır. Həmçinin Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən satması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə cinayət işində heç bir dəlil yoxdur. Bununla bağlı apelyasiya şikayətinin dəlillərinə də, məhkəmə hüquqi qiymət verə bilməmişdir. Göründüyü kimi ittihamın əsası ehtimallara əsaslanır. Halbuki, ittihamın əsasını ehtimallar deyil, məhz mötəbər sübutlar təşkil etməlidir. Bütün şərh olunanlara baxmayara q ittiham tərəfi nə ibtidai istintaq, nə də məhkəmə istintaqı və baxışı zamanı məhkum edilmiş şəxsin irəli sürdüyü dəlilləri təkzib edən hər hansı sübut təqdim etmədən Məhkum narkotik və ya psixotrop maddəni satış məqsədilə əldə etməsini, bu məqsədlə hər hansı şəxslə danışıqlar aparmasını, alıcı ilə əlbir olmasını və sair zəruri halları sübuta yetirən heç bir mötəbər dəlil olmadan onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdar hesab edilən 5,283 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdar hesab edilən 2,325 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan olan metamfetamini əldə etməsi, saxlaması və daşıması qənaətinə gələrkən səhvə yol vermiş və onu düzgün olmayaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsini n 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərək cəza təyin etmişdir. Halbuki, Azərbaycan Respublikasının CPM-nin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Sadalananlardan da, göründüyü kimi ittihamın əsasını təşkil edən narkotik vasitə ona aid deyil və həmin narkotik vasitədən ümumiyyətlə heç bir xəbəri yoxdur və buna görə də, onun barəsində bəraət hökmü çıxarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılan icraat qanunvericiliyin tələblərinə uyğun aparılmamış, işin faktiki halları dəqiq müəyyən edilmədən əsassız qərar qəbul e dilmişdir. Tövsifin düzgünlüyü məsələsi bilavasitə bir sıra kriminoloji problemlərin həlli ilə bağlıdır.O cümlədən cinayətlərin düzgün hüquqi qiymətləndirilməsi cinayət-hüquqi statistikada cinayətkarlıqla bağlı işlərin həqiqi vəziyyətinin əks olunmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Buda öz növbəsində cinayətlərin profilaktikasına və qarşısının alınmasına dair adekvar tədbirləri işləyib hazırlamağa imkan verir Cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəbdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çı xışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2022-ci il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına qaytarılması barədə qərarı qəbul edilməlidir. Hüquqi məsələlər:

4. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Müdafiəçi2 kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Z.O.Əliyevanın çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.

5. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsas ən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır.

6. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilm əməsi yoxlanılır.

7. Verilmiş şikayətdə Məhkum əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir, cinayət işinin bəraətverici əsaslarla xitam edilməsi xahiş olunur.

8. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

9. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

10. Azərbaycan Respublikası CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır.

11. Azərbaycan Respublikası CM -in 234.2-ci maddəsinə əsasən “satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur.

12. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə görə “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.3. külli miqdarda törədildikdə — beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”

13. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. 14. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər.

15. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

16. Kassasiya şikayətində göstərilən dəlillərlə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, həm ibtidai araşdırma orqanı, həm də birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən Məhkum barəsində olan cinayət işi üzrə CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edilməyərək, iş üzrə toplanmış sübutlar hərtərəfli araşdırılmamış, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirilməmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətlər aradan qaldırılmadan yekun nəticəyə gəlinmişdir.

17. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət etməklə Məhkum v erilmiş ittihamlar üzrə sübutlara məhkəmələr tərəfindən qiymət verilərkən cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə riayət olunub-olunmamasına münasibət bildirməyi zəruri hesab edir.

18. İbtidai araşdırma orqanının və aşağı instansiya məhkəmələrinin gəldikləri nəticəyə görə Məhkum X6 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib istintaqa məlum olmayan müddətdə və mənbədən külli miqdar hesab edilən 5,283 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdar hesab edilən 2,325 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə etmiş, həmin 5,283 qram narkotik vasitə olan heroinin külli miqdar hesab edilən 4,851 qramını və külli miqdar hesab edilən 2,325 qram ümumi təmiz çəkid ə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini X2 vasitəçiliyi ilə 19 yanvar 2021-ci il tarixdə saat 19:20 radələrində Yevlax şəhəri ərazisində Bakı-Yevlax avtomobil yolunun kənarında yerləşən Azpetrol yanacaqdoldurma məntəqəsinin yaxınlığında Şahid1 və X7 300 manata satmış, daha sonra Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 25 yanvar 2021-ci il tarixdə saat 15:00-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X12 şəhəri, Q.Quliyev küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib, üzərinə müdafiəçinin iştirakı ilə və video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin sol iç cibindən satış məqsədilə saxladığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,309 qram və bir ədəd açıq şəkildə saxladığı təmiz çəkisi 0,123 qram, ümumi təmiz çəkisi 0,432 qram olan narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür.

19. Məhkum barədə birinci instansiya məhkəməsi müəyyən etdiyi işin faktiki hallarına əsasən, onun Şahid1 ilə Elşən Səfərov arasında olan narkotik vasitənin alqı-satqısından xəbəri olmuş, Şahid1 Əhməd Abulov ilk dəfə ona müraciət etdikdən sonra birbaşa Məhkum zəng etmiş və ondan narkotik vasitənin təşkil edilməsini xahiş etmiş, məhz bundan sonra Məhkum Elşən Səfərovla telefon əlaqəsi saxlayaraq Şahid1 adlı şəxsin ona zəng edəcəyini və onlara lazım olan qədər narkotik vasitənin təşkil edilməsini xahiş etmiş, daha sonra zəng edərək Şahid1 Elşən Səfərovun telefon nömrəsini vermiş, X8 Qafarovu əlaqələndirmiş, nəticədə hər iki şəxs arasında narkotik vasitənin alqı-satqısı baş vermişdir.

20. Birinci instansiya məhkəməsi sübutlara qiymət verərək, belə müəyyən etmişdir ki, qeyd edilən tarixdə X8 Qafarov arasında Yevlax şəhərində baş verən narkotik vasitə trafikindən, yəni satışından Məhkum xəbərdar olmuş, həmin satışda birbaşa iştirak etməsə də, iştirakçılar arasında olan razılaşmaya əsasən göstərilən hərəkətləri onlardan biri (Elşən Səfərov) həyata keçirmiş, o isə Elşən Səfərovla qabaqcadan aralarında müəyyən edilmiş razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlərin edilməsində iştirak etmişdir ki, bununla da ona istinad olunan cinayət əməllərini törətmişdir.

21. Şəki Apellyasiya Məhkəməsi qərarında Məhkum narkotik vasitələrin X8 Qafarov arasında alqı-satqısında satıcı tərəfdən çıxış etməsi qənaətinə gələrək qeyd etmişdir ki, “ hazırki işdən is ə, aydın şəkildə görünür ki, Məhkum özü narkotik vasitənin satışında maraqlıdır və onun şəxsi marağı vardır. Bu istintaq zamanı onun və alqı-satqıda iştirak etmiş şəxslərin ifadələri ilə yanaşı, cinayət işinin materiallarında olan telefon danışıqlarında 12 yanvar 2021-ci il tarixdə Məhkum istifadəsində olan 055-85613-36 saylı mobil nömrədən X2 istifadəsində olan ********** saylı mobil nömrəyə “qaqa axrki bular meni seleme borca salannan soram gelir), qaqulya qadanalaram sevindirde meni 2 qatam 1 qat ele meni)) bextiyardi” mesajını yazması və kollegiyanın iclasında bu mesajın yazılma səbəbinə aydınlıq gətirilməməsi ilə də öz təstiqini tapır”.

22. İlk öncə kassasiya məhkəməsi birinci və apelyasiya məhkəmələrinin gəldiyi o nəticə ilə razılaşaraq, qeyd edir ki, X8 Qafarov arasında alqı-satqıda Məhkum vasitəçi kimi iştirak etmişdir. Bu fakt iş üzrə mötəbər sübutlarla öz təsdiqini tapır, aşağı instansiya məhkəmələri bu barədə kifayət qədər əsaslanma aparmış, bu səbəbdən kassasiya məhkəməsi əlavə əsaslandırmağa ehtiyac görmür.

23. Lakin kollegiya Məhkum məhz X8 Qafarov arasında alqı-satqıda satıcı tərəfdən iştirakını mübahisəli hesab edir.

24. Məhkəmə təcrübəsinə və hüquq nəzəriyyəsinə əsasən, narkotik vasitə və psixotrop maddələrin satışı üzrə vasitəçinin əməlinin tövsifi zamanı həmin şəxslərin kimin marağından çıxış etməsi, təklifin alıcı, yaxud satıcı tərəfdən edilməsini, maddi marağın xüsusiyyətlərini nəzərə alınmalıdır.

25. Narkotik vasitə və psixotrop maddələrin satışı üzrə vasitəçinin əməlinin tövsifi zamanı onun vasitəçilik etməsinin xarakterini, həmçinin bu hərəkətləri hansı məqsəd və niyyətlə etməsini müəyyənləşdirmək vacibdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 11-ci bəndində qeyd edilir ki, Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CMin 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.

27. Məhkum alıcıların, yaxud satıcıların mənafesinə uyğun hərəkət etməsi cinayət işi üzrə əhəmiyyət kəsb edən sübutlarla müəyyənləşdirilməlidir.

28. Birinci instansiya məhkəməsi hökmdə “həmin satışda birbaşa iştirak etməsə də, iştirakçılar arasında olan razılaşmaya əsasən göstərilən hərəkətləri onlardan biri (Elşən Səfərov) həyata keçirmiş, o isə Elşən Səfərovla qabaqcadan aralarında müəyyən edilmiş razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlərin edilməsində iştirak etmiş” ifadəsini qeyd edərək, Məhkum satıcının mənafesinə uyğun hərəkət etməsi qənaətinə gəlmişdir.

29. Bununula əlaqədar kollegiya aşağıdakıları qeyd etməyi vacib bilir.

30. Elşən Səfərovla Məhkum həyata keçirilmiş alqı-satqıda rolu cinayət işi üzrə Elşən Səfərov, Şa hid1, Əhməd Abulov və Məhkum ibtidai istintaq, birinci və apelyasiya məhkəmələrində verdiyi ifadələr və onlar arasında aparılan yazışmaların tənqidimüqayisəli araşdırması nəticəsində müəyyən edilməlidir. Bu rolun mahiyyətinin müəyyənləşdirilməsi Məhkum əməlinin tövsifinə birbaşa təsir edir.

31. Qeyd olunan şəxslərin təqdim etdiyi ifadələrin aşağı instansiya məhkəmələri tərəfindən tədqiqi kifayət qədər əsaslı və qanunauyğun olmuşdur.

32. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarına əsasən, məhz Əhməd Abdulov və Şahid1 tərəfindən Məhkum narkotik vasitələrin əldə edilməsi barədə müraciət olunmuş, sonuncu narkotik vasitələr qəbul etmədiyini bu işlərlə məşğul olmadığını qeyd etmişdir. İşin hallarına görə hər iki şəxs Məhkum təkidlə narkotik vasitələrin əldə etməsini xahiş etmiş, məh z bundan sonra sonuncu razılıq vermişdir. İşin bu hallarına əsasən, B.Məmməli alıcının maraqlarından çıxış etmiş, onların xahişini yerinə yetirmişdir.

33. Kassasiya məhkəməsi qeyd edir ki, Məhkum istifadəsində olan ********** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə X2 istifadəsində olan ********** saylı mobil nömrəyə göndərilən “Qaqa inciyirsən çatmır nie otrada bilmedi bugunki 55 55den nese qalıb ortalixda bilmey istrem men pul gelecey 2min düzeltmey istrem ortalixnan”, “Ot deyejiydime sene”, həmçinin X2 istifadəsində olan ********** saylı mobil nömrədən Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə göndərilən “ay bexdeyar gelib pul alanda mazqimi ……. indi adboy versen”, “nece edek pulu ne qeder seni gozduyum” mesajların məzmunu onlar arasınd a münasibətlərin xarakterini müəyyən etmir.

34. Bu mesajların məzmunu, xüsusilə, Şahid1 və X9 Səfərovdan narkotik vasitələri alması prosesindəki Bəxtiyarın rolunun xarakterini açıqlamır və aydınlıq gətirmir. Bu mesajların məzmunundan görünür ki, Bəxtiyarla Elşən arasında xarakteri və məzmunu müəyyən edilməyən münasibətləri olmuşdur. Ola bilsin ki, bu münasibətlər Bəxtiyarın Elşəndən narkotik vasitələrin əldə edilməsi ilə bağlı olmuşdur.

35. Lakin bu münasibətlərin Şahid1 və X9 Səfərovdan narkotik vasitələri alması prosesinə aidiyyəti olması bu sübutlarla təsdiq olunmur.

36. İşin faktiki hallarından görünür ki, narkotik vasitələrin əldə edilməsi barədə alıcılar Şahid1 və Ə.Abdulov Məhkum müraciət etmiş, onların xahişindən sonra sonuncu E.Səfərovla onlar arasında əlaqənin yaradılmasında işti rak etmişdir.

37. İstər Şahid1 və Ə.Abdulov, istər E.Səfərov, istərsə də Məhkum cinayət təqibi zamanı verdikləri bütün ifadələrində narkotik vasitələrin alqı-satqısının nəticələri, detalları barədə sonuncunun məlumatı olmadığını qeyd etmişlər.

38. Cinayət işinin materiallarından və işin mübahisələndirilməyən faktiki hallarından görünür ki, X14 Səfərovdan narkotik vasitələr almağa gedərkən Bəxtiyar onlara zəng etmiş, narkotikin qiymətinin 40 manat olduğunu bildirmiş və 260 manat pulun onun əvəzinə Elşənə verməyi xahiş etmişdir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, Şahid1 Elşən Səfərova Məhkum əvəzinə 260 manat pulun verilməsinin əvəzli ya əvəzsiz olması araşdırılmamış, bu barədə Turala və Bəxtiyara ifadələri alınarkən suallar verilməmişdir. Onlar arasında 260 manat barədə hansı razılaşmala rın olması da müəyyənləşdirilməmşdir. Məhkum və E.Səfərov ifadələrində məhkumun sonuncuya borcu olduğunu və onun borcundan 260 manatın Elşənə verməsini Tural və Əhməddən xahiş etmişdir.

40. Kassasiya məhkəməsi qeyd edir ki, 260 manat pulun narkotik vasitənin alışı müqabilində deyil, məhz borc əvəzi Elşən Səfərəova ödənilməsi faktını təkzib edən heç bir sübut cinayət işinin materiallarında öz əksini tapmır.

41. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticəl əri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.

42. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir.”

43. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən irəli gələn araşdırmaları yerinə yetirməmişlər.

44. Azərbaycan Respublik ası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

45. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir.

46. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

47. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddə sində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir.

48. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir.

49. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməl idir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır.

50. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur.

51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, baş vermiş cinayət hadisəsinə düzgün hüquqi qiymət verilməsi üçün Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2022-ci il tarixli qərarı ləğv edilməli və iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.

52. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir.

53. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2022-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilsin. Kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar