Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-228/2024 31.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), İlkin Əbülfəz oğlu Rəcəbov və Rəşad Məhərrəm oğlu Abdulovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, zərərçəkmiş şəxsin hüquqi varisi X3, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X5 və Məhkum müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Elmin Rüstəmov (sədrlik edən və məruzəçi), Faiq Mahmudov və Xəqani Səmədov) 26 oktyabr 2020-ci il tarixli, 1(100)227/2020 nömrəli hökmü ilə, xx xxxxxxxx 1971-ci ildə xxxx rayonunun xxxx kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, xxxx rayonu xxxx kəndində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 29,120.2.3 və 29,120.2.4-cü maddələri ilə təqsirli bilinib 14 (on dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisə sində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 21 aprel 2019-cu il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, 20 aprel 2019-cu il tarixdə, saat 18 radələrində yaşadığı Tovuz rayonunun Yanıqlı kəndindəki toy məclisində spirtli içki qəbul edib sərxoş vəziyyətə düşdükdən sonra piyada yaşadığı evə qayıdarkən yolda onunla rastlaşan həmkəndlisi Şahid1 onun yerişini yamsılamasından əsəbiləşib Şahid1 söyərək özünün yaşadığı evə getmiş, sonuncunun onun arxasınca gələrək yaşadığı evin qarşısında ona və ailə üzvlərinə fiziki zor tətbiq etməsindən hiddətlənib evin mətbəx otağına daxil olaraq oradan soyuq silah hesab edilməyən təsərrüfat təyinatlı bıçağı götürərək həmin vaxtı artıq həyətdən çıxıb evləri istiqamətində gedən Şah id1 arxasınca piyada hərəkət etməklə sonuncunun yaşadığı evin həyətinin giriş darvazasının qarşısına gəlmiş, bu zaman onun əlində bıçaqla gəlməsini görən Şahid1 səsinə baş verə biləcək qanunazidd hərəkətlərinin qarşısını almaq məqsədi ilə küçəyə çıxan və əlindəki bıçaqla zorakı hərəkətlər etməyə cəhd etməsini görüb ictimai borcunu yerinə yetirərək onun qarşısına çıxıb sakitləşdirməyə çalışan Şahid1 atası X9 buna görə qisas alıb qəsdən öldürmək qərarına gələrək bu niyyətlə Calal Tağıyevi arvadı X4 gözləri qarşısında hər ikisinə bununla əzab və iztirab verdiyini dərk edərək xüsusi amansızlıqla əlində olan bıçaqla Calal Tağıyevin həyat fəaliyyəti üçün vacib orqanlar yerləşən qarın nahiyəsinə bir dəfə vuraraq, ona qarın nahiyəsinin sol yan divarının, nazik bağırsaq müsaqirələrinin və sağ böyrə yin aşağı qütbünün zədələnməsi ilə müşayiət edilən, törədildiyi an həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, bundan sonra zərərçəkmişə növbəti zərbələr yetirməyə çalışdıqda həmin vaxt hadisə yerində olan Şahid3 və Şahid4 bıçağı əlindən alaraq onu zərərsizləşdirdiklərindən Calal Tağıyevi bilavasitə qəsdən öldürməyə yönəldilmiş hərəkətlərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Calal Tağıyevi ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Elçin Xasməmmədov (sədrlik edən və məruzəçi), Teyyub Muxtarov və Çingiz Məmmədov) 21 yanvar 2022-ci il tarixli 1(104)-7/2022 nömrəli qə rarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2020-cı il tarixli 1(100)-227/2020 saylı hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-in 29,120.2.3 və 29,120.2.4-cü maddələrindən CM-in 126.2.2 və 126.2.3-cü maddələrinə tövsif edilmiş, Məhkum CM-in 126.2.2 və 126.2.3-cü maddələri ilə təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əziz Seyidov ( sədrlik edən və məruzəçi), Tahir Kazımov və Ələsgər Novruzov) 07 dekabr 2022ci il tarixli, 1(102)-1721/2022 saylı qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2022-ci il tarixli 1(104)-7/2022 nömrəli qərarı ləğv edilmiş və cinayət işi yeni apelyasiya baxışına qaytarılmışdır. Dövlət ittihamçısı X6 tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi X4 nümayəndəsi X10 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əlizamin Abdullayev (sədrlik edən və məruzəçi), İslam Həsənov və Aygül İsgəndərova) 12 iyun 2023-cü il tarixli, 1(104)-210/2023 nömrəli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2020-cı il tarixli, 1(100)-227/2020 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 və zərərçəkmiş şəxsin hüquqi varisi X8 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Gəncə Apelyasiya Məhkəməsinin 12 iyun 2023cü il tarixli, 1(104)-210/2023 saylı qərarının ləğv edib yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində olan cinayət işi üzrə ibtidai və məhkəmə istintaqı zamanı araşdırma tam və obyektiv aparılmadan onun əməlinə hüquqi qiymət verilmiş, qərar ziddiyyətli ifadələr əsasında çıxarılmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum kassasiya şikayətinin başlıca dəlili məh kəmələr tərəfindən cinayət işi materiallarının tam və obyektiv araşdırılmadan onun əməlinə hüquqi qiymət verməsi ilə əlaqədardır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin dispozisiyasına əsasən digər şəxsi qəsdən həyatdan məhrum etmə qəsdən adam öldürmə cinayəti hesab olunur. Həmin əməlin xüsusi amansızlıqla, zərərçəkmiş şəxsin ictimai borcunun yerinə yetirilməsi ilə əlaqədar törədilməsi CM-in 120-ci maddəsində ağırlaşdırıcı tövsifedici əlamətlər qismində nəzərdə tutulur və əməlin müvafiq olaraq CM-in 120.2.3 və 120.2.4-cü maddələri ilə tövsif edilməsinə əsas olur. Azərbaycan Respublikası CM-in 120-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli həm birbaşa, həm dolayı qəsdl ə törədilə bilər. Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Ona görə də qəsdən adam öldürməyə cəhd yalnız birbaşa qəsdlə törədilir. Təqsirkar öz əməlinin ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir, lakin zərərçəkmiş şəxsin ölümü onun iradəsindən asılı olmayan səbəblərdən baş vermir. Azərbaycan Respublikası CM-in 126-cı maddəsi ilə nəzərdə tutulmuş əməl isə qəsdən sağlamlığına ağır zərər vurmasından ibarət olur. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, qəsdən adam öldürməyə cəhd zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmasın da ifadə olunursa, həmin cinayət əməlini qəsdən sağlamlığa ağır zərər vurma əməlindən fərqləndirən əsas amil onun subyektiv cəhətidir. Belə ki, birinci halda təqsirkar zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vuran əməli məhz sonuncunu həyatdan məhrum etmək məqsədi ilə törədir, ikinci halda isə təqsirkar bu əməli törədərkən zərərçəkmişi öldürmək istəmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə ə laqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Konstitusiya Məhkəməsi Plenumunun “ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymə t verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Göründüyü kimi qanun tələblərinə görə əməlin düzgün tövsif edilməsi və şəxsin konkret cinayət əməlinin törədilməsində təqsirli olunmasına dair ittiham hökmünün çıxarılması üçün onun törətdiyi əməldə həmin cinayətin bütün əlamətlərinin olması məhkəmə iclasında qanunla müəyyən edilmiş qaydada tədqiq edilmiş mötəbər və mümkün sübutlar əsasında müəyyən edilməli, məhkəmənin gəldiyi nəticə hökmdə əsaslandırılmalıdır. İstintaq orqanı təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in in 29,120.2.3 və 29,120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirini təsdiq etmək üçün məhkəməyə onun özünün ifadə si, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, məhkəmə-tibbi və məhkəmə-psixiatrik ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sübutlar təqdim etmişdir. Həmin sübutlarla müəyyən edilmişdir ki, 20 aprel 2019-cu il tarixdə saat 19 radələrində Məhkum həmkəndlisi Şahid1 ilə şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı sonuncunu bıçaqla təqib etmiş və bu zaman baş verə biləcək hadisənin qarşısını almaq çalışan Şahid1 atası X9 yaxınların gözü qarşısında bir dəfə qarın nahiyəsindən bıçaqla vuraraq sağlamlığına ağır zərər vurmuşdur. Bundan sonra Məhkum Calal Tağıyevə yenidən bıçaq zərbələri yetirməyə çalışsa da, həmin vaxt hadisə yerində olmuş Şahid3 və Şahid4 bıçağı onun əlindən alıb ona bunu etmək imkan verməmişlər. Hadisənin məhz qeyd ed ilmiş şəraitdə və qaydada baş verməsi Məhkum özünün qismən etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə, ekspertiza rəyləri ilə, maddi sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. İstintaq orqanı və məhkəmələr nəticəyə gəlmişlər ki, məhkum zərərçəkmişi öldürmək məqsədi ilə bu əməllər törətmiş və onun əməli Azərbaycan Respublikası CM-in 29,120.2.3 və 29,120.2.4-cü maddələri ilə tövsif etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb nəticəyə gəlir ki, məhkəmələrin məhkumun əməlinin tövsifinə dair gəldiyi nəticələr əsaslıdır. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci i l tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, qəsdən adam öldürmə işlərinə baxarkən məhkəmələr təqsirkarın niyyətini məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Ali Məhkəmənin Plenumunun həmin qərarının 8-ci bəndində izah edilmişdir ki, xüsusi amansızlığın əlamətləri təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkum ifadəsində zərərçəkmişi öldürmək istəməməsini bil dirsə də, zərərçəkmiş şəxsin hüquqi varisi F.A.Tağıyevanın və şahidlər Şahid4 və Şahid3 ifadələri ilə müəyyən edilmişdir ki, Oktay Abdiyev əlində bacaqla zərərçəkmiş şəxsin oğlu Şahid1 təqib etməklə sonuncunun öz evinin həyətinə daxil olduqdan sonra evə yaxınlaşıb “hamınızı qıracam öldürəcəm” sözləri demiş və zərərçəkmiş şəxs Calal Tağıyev onu sakitləşdirmək üçün qabağına çıxanda zərərçəkmiş şəxsin qarın nahiyəsinə bıçaqla vurmuşdur. Həmin vaxt hadisə yerində olmuş Şahid4 və Şahid3 Məhkum yerə yıxaraq bıçaq onun əlindən almış və Calal Tağıyevə yenidən zərbə endirməyə imkan verməmişlər. İşin bu halları, yəni məhkumun öldürmək niyyətini sözlə ifadə etdikdən sonra zərərçəkmiş şəxsə həyat üçün önəm daşıyan nahiyəsinə bıçaq zərbəsini endirməsi və yalnız hadisə yerində olmuş şəxslərin müdaxiləsi nəticəsində zərərçəkmiş şəxsə daha bıçaq zərbələrini vura bilməməsi Məhkum zərərçəkmiş şəxsi öldürmək niyyətini təsdiq edir. Həmin sübutlarla həmçinin müəyyən edilmişdir ki, Məhkum zərərçəkmiş şəxsi onun arvadı F.A.Tağıyevanın gözü qarşısında bunu dərk edərək bıçaqla vurmuşdur. Ali Məhkəmə Plenumunun müvafiq qərarında əks olunmuş hüquqi mövqenin işığında məhkəmələr düzgün nəticəyə gəlmişlər ki, məhkumun niyyəti məhz zərərçəkmiş şəxsi öldürmək olmuşdur, məhkum bu əməli xüsusi amansızlıqla zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar törətmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən məhkumun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 29,120.2.3 və 29,120.2.4-cü maddələri ilə tövsif olunmuş və onu həmin maddələr ilə təqsirli bilmişlə r. Hökmdən və apelyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apelyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. Birinci və apelyasiya instansiyası məhkəmələrinin məhkumun əməlinin tövsifi ilə əlaqədar gəldikləri nəticənin iş üzrə toplanmış sübutlara və işin hallarına uyğun olduğundan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünü və apelyasiya instansiyası məhkəməsinin qərarını əsaslı və qanuni hesab edir və kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Belə ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3 və 29,120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi cinayət işi üzrə toplanmış sübutlarla tam təsdiq olunmuşdur. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin iş üzrə araşdırmanın tam və obyektiv aparılmaması barədə dəlilini də əsaslı hesab etmir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar hə m də qeyd olunmalıdır ki, bu dəlillər apelyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Bundan əlavə məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır. Məh kəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3, 59 və 63-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassız olduğundan razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALİR: Məhkum barəsində Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kolle giyasının 12 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkumun kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-228/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-228/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver