Məhkəmə qərarları › İş №1(102)-228/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-228/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-228/2025 12.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyun 2024-cü il tarixli qərarından Məhkum və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin (hakim Elxan Əmirəliyev) 25 yanvar 2024-cü il tarixli 1(073)-6/2024 nömrəli hökmü ilə 05 yanvar 1975-ci il tarixdə Cəlilabad rayonu, Ləkin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, İİ qrup əlil, fərdi əməklə məşğul olmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 23 may 2023-cü il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi ilə tiryəkdən kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 1,603 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib daşımaqla saxlamış, 2023-cü ilin may ayının 20-də saat 18:30-da, Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən «Seyrəngah» parkında həmin narkotik vasitə olan heroinin 0,748 qramını bir ədəd sellofan kəsiyi bükümündə tanışı Təqsirləndirilən şəxs 10 manata qanunsuz olaraq satmış, 2023-cü ilin may ayının 26-da yaşadığı, Cəlilabad şəhəri, 20 yanvar küçəsində yerləşən 106 nömrəli evinə Cəlilabad rayon m əhkəməsinin qərarına əsasən axtarış keçirilərkən yataq otağında olan çarpayının üzərindəki döşəyin altından 3 ədəd bükümdə, döşəyin üstündən 2 ədəd bükümdə, qonaq otağındakı divanın altından isə 1 ədəd bükümdə, cəmi 6 ədəd kağız bükümdə qanunsuz olaraq saxladığı ayrı-ayrılıqda təmiz çəkisi 0,137 qram, 0,184 qram, 0,144 qram, 0,127 qram, 0,144 qram, 0,119 qramümumi təmiz çəkisi 0,855 qram qalan eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Yaşar Həşimov (sədrlik edən və məruzəçi),Əhmədov İsmayıl və Əliyev Elşad ibarət tərkibdə) 03 iyun 2024-cü il tarixli 1(106)-325/2024 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum və müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin o lunmamış, Cəlilabad Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, 1(073)-6/2024 nömrəli hökmü həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin 03 iyun 2024-ci il tarixli 1(106)-325/2024 nömrəli qərarının ləğv edib onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkum kassasiya şikayəti verərək əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsini, sağ böyrək xəstəliyindən ağır cərrahiyyə əməliyyatı olunmağını nəzərə alaraq CPM-in 319.2-ci maddəsinin qanuni tələblərinə tam uyğun olaraq barəsində olan azadlıqdan məhrumetmə cəzasının ləğv edilməsini, barəsində tam ədalətli və qanuni məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxs Məhkum olunmasına dair 03 iyun 2024-ci il tarixli 1(106)-325/2024 nömrəli qərarı qəbul etməklə Azərbaycan Respublikası CPM-in 28.5 və 351.2-ci maddələrinə zidd olaraq həmin qərarı ehtimallara əsaslanmaqla çıxarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 03 iyun 2024-ci il tarixli 1(106)-325/2024 nömrəli qərarında qeyd olunur ki, birinci instansiya məhkəməsi Məhkum qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiy ası həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Məhkum Azərbaycan Respublikası CM-in 234.2-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan Cəlilabad Rayon Məhkəməsi və istərsə də apellyasiya instansiya məhkəməsi heç bir mötəbər sübut növü əldə edib, ittihama əlavə etməmiş, hər iki məhkəmənin gəldiyi son nəticə ibtidai istintaq orqanının əldə etmiş olduğu əsassız, mötəbərliyi və mənşəyi bəlli olmayan sübutlara əsaslanmış, etmədiyi əmələ görə Məhkum əsassız olaraq CM-in 234.2ci maddəsi ilə təqsirli bilib ağır cəzaya məhkum etmişlər. Məhkəmələrin qəbul etdikləri hökm və qərarlardan görünür ki, istər ibtidai istintaq orqanı və istərsə də və məhkəmə baxışları zamanı Məhkum elan olunmuş ittiham konkret sübutla r, dəlillər əldə olunmamış, istintaq orqanı və məhkəmələr şübhələrə, fərziyyələrə istinad etməklə son nəticəyə gəlib Məhkum əsassız olaraq təqsirli bilib, məhkum etməyə nail olmuşlar. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlanılması CPM-in 319.2-ci maddəsinə əsasən qanuni tələblərinə ziddir. Belə ki, o, 25 noyabr 2016-cı il tarixindən sağ böyrəyinin bədxassəli şişindən əziyyət çəkir. 2023-cü ilin fevral ayından Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Onko-Urologiya şöbəsində-sağ böyrəyin xərçəngi, sağ böyrəyin rezeksiya cərrahi əməliyyatına məruz qalmışdır. Xəstəlik tarixçəsi surətini işi aparan müstəntiqə təqdim etsə də, müstəntiq qərəzli şəkildə tərtib etdiyi ittiham aktında bu barə də yüngülləşdirici hal kimi qeyd etməmişdir. Birinci instansiya və məhkəmə istintaqı dövründə təqdim etdiyi epikrizi qəbul edərək qəbul etdiyi ədalətsiz məhkəmə hökmündə qeyd etsə də, CPM-in 319.2-ci maddəsinin tələblərinə tam zidd olaraq ona 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş üzrə hər hansı bir əsaslı maddi sübut, yəni elektron tərəzi, “alıcının” ona verdiyi pul əsginası, aşkar olunmuş narkotik bükümlərinin üzərində onun barmaq izləri yoxdur. Onun narkotik vasitə istifadəçisi olmasını ibtidai istintaq və məhkəmə istintaqı dövründə səmimi şəkildə etiraf etmişdir. Cinayət işi materiallarından görünür ki, cinayət işi üzrə hər hansı mülki şəxs iş üzrə şahid qismində işə cəlb edilməyib. Apellyasiya şikayətinin tam, obyektiv araşdırılması üçün əlavə şahid qism ində həyat yoldaşı Mehparə Nəsirlinin ifadə verməsi üçün şifahi vəsatəti əsassız olaraq rədd edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin hal ları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum və onun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətlərinin əsas dəlili ondan ibarətdir ki, məhkumun narkotik vasitələri satmaq niyyəti sübuta yetirilmədən barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansi yası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Pr osessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, digər məhkum Təqsirləndirilən şəxs, şahidlər Şahid1, Şahid4 və Şahid3 ifad ələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişlər ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir, kassasiya şikayətlərində göstərilən dəlillər məhkumun və onun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq, həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cinayət işinin materialların a, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirini təsdiq etmək üçün kifayət edir. Belə ki, Məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirsiz olduğuna dair təqdim edilmiş dəlillər birinci instansiya məhkəməsində ətraflı araşdırılmış və onun Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi əməliyyat-axtarış və istintaq hərəkətlərində iştirak etmiş şahidlərin dolğun və ətraflı ifadələri ilə yanaşı, məhkumdan narkotik vasitələri almış digər məhkum Təqsirləndirilən şəxs hazırkı ittihamla uzlaşan ifadələr i, istintaq hərəkətlərinin protokolları, maddi sübutlar, ekspert rəyləri və digər sübutlarla təsdiq olunmuşdur. Göründüyü kimi, Məhkum əldə etdiyi narkotik vasitəni satmaq niyyəti, habelə həmin narkotik vasitənin bir qismini satması cinayət işi üzrə sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməlinin hüquqi tövsifi və işin faktiki halları barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilə nlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmiş, onun barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi və ya onun əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyun 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyun 2024cü il tarixli qərarı apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar