Məhkəmə qərarları › İş №1(102)-2281/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2281/2024

10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2281/2024 10.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-203/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxx 1959-cu il tarixdə Ucar rayonu, Qazıqumlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Məlikballı kəndində qeydiyyatda olmaqla yaşamışdır. 2. 16 sentyabr 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 13 oktyabr 2022-ci il tarixdə Ucar Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin fak tiki hallarına görə, Məhkum 16 iyun 2022-ci il tarixdə, saat 21 radələrində nəqliyyat vasitəsini idarəetmə hüququ verən B kateqoriyalı, AC 923903 nömrəli sürücülük vəsiqəsi əsasında etibarnamə ilə ayıq halda idarə etdiyi “VAZ-21063 minik” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ucar rayonu, Məlikballı kəndinin içərisində asfalt örtüklü yolla Ucar rayonu, Qazıqumlaq kəndi istiqamətində hərəkətdə оlаrkən “Yоl hərəkəti hаqqındа” Аzərbаycаn Respublikаsı Qаnununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, buna əməl etməyərək ona əks istiqamətdə hərəkətdə olan 25 oktyabr 2004-cü il təvəllüdlü velosipedçi X2 gör dükdə idаrə etdiyi avtomobilin sürətini tаm dаyаnmа həddinə qədər аzаltmаyaraq hərəkətini dаvаm etdirib, sonuncunu idarə etdiyi maşınla vurub ona baş beyinə qansızma ilə ağırlaşan kəllə əsası sümüklərin xətti sınığı, sağ baldır sümüklərinin qapalı sınığı ilə müşayiət edilən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirib ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X1 ölümünə və idarə etdiyi velosipedin yararsız hala düşməsi ilə 125 (bir yüz iyirmi beş) manat maddi ziyan vurulmasına səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir.

5. Ucar Rayon Məhkəməsinin 1(063)-6/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 03 (üç) il müddətin ə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 12 aprel 2023-cü il tarixdən hesablanması, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Hökmdən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, hökmün yenidən araşdırılması və ədalətli hökm çıxarılmasını xahiş etmişdir.

7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-203/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Ucar Rayon Məhkəməsinin 1(063)-6/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Hazırda ape llyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində qeyd edilmişdir ki, cinayət işi materiallarında olan və barəsində daha yüngül cəza təyin edilməsini mümkün edən xüsusatlar məhkəmələr tərəfindən nəzərə alınmamış, nəticədə ona ağır cəza təyin edilmişdir. Buna səbəbdən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-203/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qərarının dəyişdirilməsi, təyin olunmuş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının aşağı endirilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəmə sinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum ona təyin edilm iş cəzanın şəxsiyyətinə, törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmadığını iddia edərək, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)203/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsb it olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

20. Cəzanın məqsədini təsbit edən Azərbaycan Res publikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

22. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hü quqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

23. Məh kəmə kollegiyası Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə kassasiya şikayətinin dəlillərini müzakirə edib apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.

24. Belə ki, baxılan cinayət işinin materiallarından göründüyü kimi, Məhkum ehtiyatsızlıqdan bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə (yol hərəkəti qaydalarını pozmaqda) təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 263.2-cü maddəsi ilə 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

25. Azərbaycan Respublikası CM-nin 263.2-cü maddəsində göstərilən cinayətə görə əsas cəza qismində 2 (iki) ildən 06 (altı) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərə tutulmuşdur.

26. Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələri isə cəzaçəkmə yeri kimi ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum edilmiş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrini, beş ildən artıq müddətə azadlıqdan məhrum edilmiş şəxslər üçün isə ümumi rejimli cəzaçəkmə müəssisələrini müəyyən edir.

27. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi bu maddə ilə təqsirli bilinən şəxslərə beş il və beş ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmək (seçim etmək) imkanlarını nəzərdə tutduğundan, təyin olunmuş cəza müddətindən asılı olaraq, cəzaçəkmə yeri qismində onlara ümumi rejimli cəzaçəkmə müəssisəsi və yaxud ondan daha mülayim saxlanma şərtləri olan, o cümlədən şəxsin cəzaçəkmə müəssisəsindən kənarda olmaqla sərbəst hərəkət etməsini mümkün edən məntəqə tipli cəzaçəkmə müəssisəsi təyin edilə bilər.

28. Bir tərəfdən cinayət qanunu normasında bu cür seçim etmək (şəxsi 5 il müddətə cəza təyin edib məntəqəyə göndərmək və ya 5 ildən artıq müddətə cəza təyin edib ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərmək) imkanının mövcudluğu, digər tərəfdən isə Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində cinayət cəzasının məhkumun islah edilməsini, sosial ədalətin bərpasını, özü və digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını təmin etməli olan cinayət-hüquqi tədbir kimi təsbit edilməsi onu deməyə əsas verir ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi il ə təqsirli bilinən şəxsə təyin olunan cəzanın Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin nəzərdə tutduğu cəzanın məqsədlərini təmin edə bilib- bilməyəcəyini düzgün qiymətləndirmək üçün yalnız cəzanın müddətindən çıxış etmək kifayət etmir, bu zaman həmin cəzanın hansı növ cəzaçəkmə müəssisəsində çəkilməli olduğuna da əhəmiyyət verilməlidir.

29. Çünki, məntəqə tipli cəzaçəkmə müəssisəsində və ümumi rejimli cəzaçəkmə müəssisəsində məhkumların saxlanılma şərtləri, xüsusilə də şəxsin azadlıq hüququna və sərbəst hərəkət etmək imkanlarına qoyulan məhdudiyyətlərin dərəcəsi arasında ciddi fərq olduğundan (məntəqə tipli cəzaçəkmə müəssisəsində olan şəxs üçün hətta müəssisədən kənarda sərbəst hərəkət etmək imkanı nəzərdə tutulduğundan), konkret təqsirkarın şəxsiyyətini səciyyələndirən hallar dan asılı olaraq, bir məhkum üçün - onun islah edilməsi perspektivləri baxımından - məntəqə tipli cəzaçəkmə müəssisəsi yetərli olduğu halda, digər məhkumun islah edilməsi, onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün həmin növ müəssisənin qaydaları və qoyduğu məhdudiyyətlər kifayət etməyə, onun azadlığının daha ciddi şəkildə məhdudlaşdırılması tələb oluna bilər. Odur ki, belə hallarda cəzanın təyini (təyin olunmuş cəzanın yoxlanılması) məsələlərinə baxılması zamanı təqsirkar şəxs üçün onun islah olunmaq perspektivləri baxımından hansı - ümumi rejimli, yoxsa məntəqə tipli cəzaçəkmə müəssisəsinin daha münasib olması məsələsi təqsirkarın şəxsiyyətini xarakterizə edən hallardan asılı olaraq araşdırılmalı və düzgün həll edilməlidir.

30. Yaxud təqsirkarın törətdiyi c inayətin xarakteri, ictimai təhlükəliliyi, cinayətin törədilmə halları, meydana gətirdiyi ictimai-təhlükəli nəticələr elə məzmun daşıya, ciddi və ağır ola bilərlər ki, cəmiyyətin nəzərində, o cümlədən zərərçəkmiş şəxslərin qohumlarının, yaxınlarının baxışında məhkuma təyin olunmuş, onun məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməsinə, o cümlədən müəssisədən kənarda olmasına səbəb olmuş cəza obyektiv olaraq sosial ədaləti bərpa etməyən tədbir kimi görünə bilər.

31. Belə olan halda həmin cəza digər şəxslərə münasibətdə də öz xəbərdaredici (çəkindirici) rolunu səmərəli şəkildə yerinə yetirə bilməz.

32. Məhkəmə kollegiyasının bu fikirləri ilə apellyasiya instansiya məhkəməsinin hazırda mübahisəsi edilən qərarı müqayisə edildikdə isə görünür ki, birinci instansiya məhkəməsinin hökmü ilə Az ərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası həddində təyin edilmiş 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasını dəyişdirmədən qüvvəsində saxlayan apellyasiya instansiya məhkəməsi, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin nəzərdə tutduğu halları və məhkumun islah olunması, sosial ədalətin bərpa edilməsinin təmin edilməsi, digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından həmin cəzanın və cəzaçəkmə müəssisəsinin növünün törədilmiş cinayətin xarakterinə, ictimai-təhlükəlilik dərəcəsinə, törədilmə hallarına, meydana gətirdiyi ictimai-təhlükəli nəticələrə uyğun olub-olmadığını lazımınca araşdırmışdır.

33. Cinayətin ictimai-təhlükəliliyini xarakterizə edən həmin halların fonunda apellyasiya instansiyası məhkəməsinin məhkum ed ilmiş şəxsə cəza təyini məsələsini həll edərkən törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməməsini, sonuncunun ondan şikayətçi olduğunu nəzərə alaraq, Məhkum birinci instansiyası məhkəmə tərəfindən təyin edilmiş cəzanı dəyişdirilmədən saxlamış, o cümlədən, cəzanın məhkumun islah edilməsi, sosial ədalətin bərpa edilməsi, digərlərini cinayət törətməkdən çəkindirmək üçün kifayət edibetməməsinə lazımi əhəmiyyət vermiş, nəticədə Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir.

34. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

35. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyas ı məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

36. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

37. Odur ki, məh kəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-203/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-203/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar