Məhkəmə qərarları › İş №1(102)-2282/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2282/2025

06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2282/2025 06.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-126/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxar aq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olan, x kəndində daimi yaşayış qeydiyyatında olmaqla, faktiki olaraq ünvan 1 ünvanında yaşamışdır. 2. 05 may 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 13 iyun 2023-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya m əhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 oğlu olan X3 Hallar Nazirliyində işə düzəltmək adı ilə vəd edib aldatma yolu ilə 03 dekabr 2021-ci il tarixdə Xəzər rayonu Binə qəsəbəsi ərazisində yerləşən 31 saylı notariusun qarşısında 2000 manat pulunu ələ keçirməklə talayaraq sonuncuya qeyd edilən məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs2 Naib oğlunu Fövqəladə Hallar Nazirliyində işə düzəltmək adı ilə vəd edib aldatma yolu ilə ayrı-ayrı vaxtlarda sonuncunu n Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospektində yerləşən 2 saylı Doğum evinin qarşısında 23 iyun 2022-ci il tarixdə 5000 manat, ünvan 2 ünvanında yerləşən «Sizin Marketdən» «Emanat» vasitəsi ilə 24 iyun 2022-ci il tarixdə göndərdiyi 420 manat, cəmi 5420 manat pulunu ələ keçirməklə talayaraq sonuncuya qeyd edilən məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs3 Mürsəl oğlunu Fövqəladə Hallar Nazirliyində işə düzəltmək adı ilə vəd edib aldatma yolu ilə ayrı-ayrı vaxtlarda sonuncunun Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospektində yerləşən 2 saylı Doğum evinin qarşısında 03 avqust 20 22-ci il tarixdə 1500 manat, Xəzər rayonu Qala qəsəbəsi ərazisində yerləşən «Rahat Marketin» qarşısında 04 avqust 2022-ci il tarixdə 250 manat, cəmi 1750 manat pulunu ələ keçirməklə talayaraq sonuncuya qeyd edilən məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir.

5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-427/2023 nömrəli, 05 sentyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş şərti məhkum etmənin ləğv edilməsi, Azərbaycan Respublikası CM -nin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2022-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 32.4,312.2ci maddələri ilə təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının yeni hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, üzərində qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 02 noyabr 2022-ci il tarixdən hesablanması hökm edilmiş, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün cinayət qanununun normasını düzgün tətbiq etməklə dəyişdirilməsini xahiş etmişdir.

7. Hökmdən təqsirləndirilən şəxs Məhkum da apellyasiya şikayəti verib, barəsində təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-126/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-427/2023 nömrəli, 05 sentyabr 2023-cü il tarixli hökmünün dəyişdirilməs i, Məhkum Zərərçəkmiş şəxs1 2000 manat məbləğində maddi ziyan vurmaqla törətdiyi dələduzluq epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi və həmin hissədə barəsində cinayət təqibinə xitam verilməsi, ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının artırılaraq 02 (iki) il 06 (altı) ay həddində müəyyən edilməsi, Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2022-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmənin ləğv edilməsi, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2022-ci il tarixli hökm ü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 32.4,312.2-ci maddələri ilə təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş cəzaya münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 04 iyun 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 310 və 320.1-ci maddələri ilə təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının yeni hökmlə təyin olunmuş cəza ilə (cinayətlərin məcmusu üzrə) qismən toplanılmaqla üzərində qəti o laraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

10. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya şikayətinə baxılarkən qanunun tələblərinə riayət olunmamış, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli Qərarı rəhbər tutulmalı olduğu halda məhkəmə tərəfindən nəzərə alınmamışdır. Konstitusiya Məhkəməsinin həmin qərarında, eləcə də Konstitusiya Məhkəməsi Palata sının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 17 aprel 2023-cü il tarixli Qərardadında ifadə olunan hüquqi mövqeyə əsasən, başqalarına rüşvət vermə adı altında özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirən və faktiki olaraq heç bir vəzifəli şəxsə rüşvət vermək niyyəti olmayan şəxsin əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunmur. Həmçinin, bu halda rüşvət verməyə təhrik etmə cinayətinin Azərbaycan Respublikası CM-nin 32.4, 312-ci maddəsinin tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətləri mövcud olmadığından, belə əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız Azərb aycan Respublikası CM-nin 178ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-126/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası CM-nin 312-ci maddəsinə xitam verilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir.

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş mə hkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Kassasiya şikayətində Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar kimi müəyyən edilmiş hallardan hər hansı birinə istinad olunmadan, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddə si üzrə əməlində cinayət tərkibinin mövcud olmadığını iddia etməklə, məhkum edilmiş şəxs faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-126/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq kassasiya şikayətinin dəlillərini aşağıda göstərilənlərə görə əsassız hesab edir.

18. Belə ki, kassasiya şikayətində yeganə d əlil kimi irəli sürülmüş məhkumun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 312-ci maddəsinə xitam verilməsi barədə arqumentə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, baxılan cinayət işi üzrə məhkəmə araşdırmalarının predmeti cinayət təqibi orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş və onun Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittihamdan ibarət olmuşdur.

19. Məhkum barəsində digər cinayət işi üzrə qəbul edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir.

20. Qüvvədə olan cinayət qanunvericiliyinin tələblərinə əsasən, bir cinayət işinə aid ittiham üzrə məhkəmə araşdırmasını həyata keçirən məhkəmənin başqa məhkəmənin icraatında olmuş cinayət işi üzrə çıxarılmış hökmə hər hansı formada müdaxilə edərək, həmin iş üzrə barəsində cinayət təqibi aparılan şəxsin törətmiş olduğu əməlinə yenidən qiymət verməsi səlahiyyəti yoxdur. Bu səbəbdən, məhkəmə araşdırma predmeti olmayan başqa hökmə hər hansı formada müdaxilə etmədən, yalnız təyin edilmiş cəzanın çəkilməmiş hissəsini öz hökmü ilə təyin etdiyi cəzaya Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsini əsas götürməklə, hökmlərin məcmusu qaydasında qismən birləşdirməklə qəti cəzanın təyin edilməsində məhkəmə tam düzgün nəticəyə gəlmişdir.

21. Baxılan iş üzrə gəlinən nəticənin doğruluğu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyi ilə də təsdiqini tapır. Həmin hüquqi mövqedə verilən şərhə əsasən, təq sirləndirilən şəxs barəsində cinayət işi üzrə ittihama baxan məhkəmə, məhkəməyə verilmiş məhz həmin ittiham çərçivəsində məsələləri həll etməli, o cümlədən məhkəmə qarşısında irəli sürülmüş ittiham üzrə şəxsin təqsirli bilinməsi, cəzalandırılmasını istisna edən halların olmaması nəticəsinə gəldikdə, məhkəmə qarşısında irəli sürülmüş məhz konkret ittiham çərçivəsindən kənara çıxmayaraq və ona uyğun olaraq təqsirləndirilən şəxsə cəzanın verilməsi məsələsini həll etməli, ondan əvvəl başqa məhkəmə tərəfindən baxılmış ittihamla əlaqədar məsələlərə, o cümlədən həmin ittiham üzrə cəzanın təyin edilməsi məsələsinə müdaxilə etməməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxı mından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il tarixli Qərarı).

22. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkum birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində ona təyin edilmiş cəzanı mübahisələndirsə də, apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət qanununun normalarına riayət edilib-edilməməsi, törədilən cinayətin sübuta yetirilməsi və onun hüquqi tövsifinə dair nəticələrin qanuniliyini yoxlamış, hazırda mübahisə predmetini təşkil edən qərarında ibtidai istintaq mərhələsində toplanmış və birinci instansiya məhkəməsinin icraatında tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə, həmçini n mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrıayrılıqda və məcmu şəkildə təhlil etmişdir. Bu təhlil nəticəsində apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdırmış, sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsi zamanı Azərbaycan Respublikası CPM-nin 143-145-ci maddələrinin tələblərinə riayət etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından qiymətləndirmiş, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edərək onlara və onların məcmusuna hərtərəfli, tam və obyektiv hüquqi qiymət vermiş, düzgün nəticəyə gələrək, işin araşdırılması zamanı tədqiq edilmiş sübutlara, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə müqayisəli qiymət verməklə, Məhkum törətmiş olduğu cinayət əməllərini haqlı olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif etmişdir.

23. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələri ndə nəzərdə tutulan cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPMnin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmiş, hökmü yalnız cinayət qanununun düzgün tətbiq olunmaması əsası ilə dəyişdirmişdir.

24. Məhkəmə kollegiyası həmçinin onu da nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətb iqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.

25. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

26. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-126/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanar aq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-126/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar