Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2283/2023 31.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Bəraət almış şəxsin və müdafiəçisi Həsənov Araz Musa oğlunun iştirakları ilə, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 1(101)-702/2021 saylı hökmü ilə (hakimlər: Z.Q.Ağayev (sədrlik edən), A.Ə.Məcidov və S.S.Hüseynov) xx xxxx i l tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, Dövlət Gömrük Komitəsi "Azərterminalkompleks” Birliyinin Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin baş inspektoru vəzifəsində işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 213-1.2.1 və 308.1-ci maddələrinə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CMnin 179.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə, CM-nin 213-1.2.1 maddəsi ilə 04 (dörd) il müddətə, CM-nin 308.1-ci maddəsi ilə 01 (bir) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yo lu ilə qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş həmin cəza 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vuraraq mənimsəməklə talamış, aksiz markası ilə markalanmalı olan külli miqdarda malları aksiz markası olmadan vahid niyyətlə satış məqsədilə saxlamaqla satmış, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə müh üm zərər vuraraq vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Belə ki, o, 29 avqust 2018-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Zərərçəkmiş şəxs Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin baş inspektoru vəzifəsində işləyərkən Zərərçəkmiş şəxs direktorunun xx.xx.2016-cı il tarixli, 107 saylı əmri ilə təsdiq edilmiş həmin Birliyinin Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin Əsasnaməsinin 3 və 5.6-cı bəndlərinə, habelə həmin Birliklə aralarında bağlanmış 10 sentyabr 2018-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən müsadirə edilmiş, habelə şəxsin dövlət xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin gömrük orqanının müraciəti əsasında Birliyin anbarların a qəbuletmə aktı tərtib etməklə qəbul edilməsini həyata keçirmək, gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə gömrük orqanları tərəfindən saxlanca götürülmüş və istintaq altında olan malların anbarlara qəbul edilməsini həyata keçirmək, müsadirə edilmiş və ya şəxsin dövlətin xeyrinə imtina etdiyi malların anbarlara yerləşdirilməsini və saxlancını həyata keçirmək, Birliyin anbarına təhvil verilmiş malların və nəqliyyat vasitələrinin siyahısını tutmaq və uçotunu aparmaq, malların satış üçün hazırlanmasını təmin etmək və digər səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi, ona etibar edilmiş maddi sərvətlərin qeydinə qalmalı, müəssisənin, idarənin rəhbərliyinə vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməli və lazım gəldikdə qorx ulu vəziyyətin səbəblərini adınlaşdırmalı, ona etibar edilmiş maddi sərvətlərin dəqiq uçotunu aparmalı və müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerə təqdim etməli olduğu halda, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını mənimsəməklə talamaq məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyatİstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə maddi sübut qismində tanınaraq Dövlət Gömrük Komitəsinə məxsus olmaql a xx.xx.2020-ci il tarixli “maddi sübutun təhvil verilməsi” barədə aktla qeyd olunan Baş idarənin təhqiqat şöbəsinin baş təhqiqatçısı X7 tərəfindən saxlancın təmin edilməsi üçün Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu Məhəmmədi qəsəbəsində yerləşən anbarında şəxsən özünə təhvil verilmiş 924000 qutu “Milano”, 983500 qutu “Cavallo”, 584000 qutu “Kent Nanotek 2.0” və 29000 qutu “X11” markalı Azərbaycan Respublikası aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış siqaretləri (tütün məmulatlarını) anbara yükləyib saxlanc üçün qəbul etdikdən sonra xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək olan müddətdə 1 qutunun dəyəri 1,5 manat olmaqla cəmi 12679,5 (on iki min altı yüz yetmiş doqquz manat əlli qəpik) manat dəyərində “Milano” markalı siqaretdən 8.453 (sə kkiz min dörd yüz əlli üç) qutu, 1 qutunun dəyəri 1.5 manat olmaqla cəmi 12003 (on ik min üç) manat dəyərində “Cavallo” markalı siqaretdən 8.002 (səkkiz min iki) qutu, 1 qutunun dəyəri 3 manat olmaqla cəmi 67746 (altmış yeddi min yeddi yüz qırx altı) manat dəyərində "Kent Nanotek 2.0” markalı siqaretdən 22582 (iyirmi iki min beş yüz səksən iki) qutu və 1 qutunun dəyəri 4 manat olmaqla cəmi 65592 (altmış beş min beş yüz doxsan iki) manat dəyərində "X11” markalı siqaretdən 16398 (on altı min üç yüz doxsan səkkiz) qutu olmaqla, ümumilikdə 158020,5 manat (bir yüz əlli səkkiz min iyirmi manat əlli qəpik) dəyərində tütün məmulatlarını istintaqa məlum olmayan şəraitdə anbardan çıxarmaqla aksiz markası ilə markalanmalı olan qeyd olunan külli miqdarda məhsulları aksiz markası olmadan satış məqsədil ə istintaqla müəyyən edilməyən yerdə saxlamaqla satıb əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məxsus olmaqla ona etibar olunmuş 158020,5 manat (bir yüz əlli səkkiz min iyirmi manat əlli qəpik) dəyərində əmlakı külli miqdarda ziyan vurmaqla vahid niyyətlə mənimsəyərək talamış, həmin hərəkətləri ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin maddi sübut qismində tanınmış əşyaların (malların) qorunub-saxlanılması ilə əlaqədar fəaliyyətini pozmaqla qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı X3 tərəfindən verilmiş apellyasiya protestinə və Məhkum və onun müdafiəçisi Müdafiəçi2 tərəf indən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2021-ci il tarixli, 1(103)-1275/21 nömrəli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), İ.M.Murquzov və H.H.Əhmədovdan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti isə qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum barəsində CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi və üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilməsinə dair müddəalar hökmdə xaric olunmuş, Məhkum CM-nin 179.3.2, 213-1.2.1 və 308.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində CM-nin 4 6.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə CM-nin 179.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə, CM-nin 213-1.2.1 maddəsi ilə 04 (dörd) il müddətə, CM-nin 308.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum dərhal məhkəmə zalından həbsə alınması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəlinin 16 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 07 dekabr 2021-ci il tarixli 1(102)-1909/2021 nömrəli qərarı ilə (hakimlər: Ş.Y.Yusifov (sədrlik edən), F.A.Kərimov və N.R.Mövsümovdan ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi yenidən apellyasiya baxışına təyin edilmişdir. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2022-ci il tarixli, 1(103)-685/2022 nömrəli hökmü ilə (hakimlər: K.H.Əkbərovun sədrliyi və məruzəsi ilə, E.E.Rəhimov və F.A.Qasımovdan ibarət tərk ibdə) apellyasiya protesti təmin olunmamış, apellyasiya şikayətləri təmin olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 213-1.2.1 və 308.1-ci maddələri ilə məhkum edilməsinə dair 07 iyun 2021-ci il tarixli hökmü ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Məhkum təqsiri sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 179.3.2, 213-1.2.1 və 308.1-ci maddələri ilə bəraət verilmişdir. İş üzrə maddi sübut olan qeyd edilən siqaretlərin (tütün məmulatların) Məhkum təhvil verilməsi barədə tərtib edilmiş xx.xx.2020ci il tarixli "maddi sübutun təhvil verilməsi” haqqında aktın cinayət işinin materiallarında saxlanılması, Məhkum cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququnun izah edilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 213-1.2.1 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsiri sübuta yetirilmədiyindən müvafiq cinayətləri törətmiş şəxs müəyyən edilmədiyindən bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin müəyyən edilərək cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materialların ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi hökm edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin hökmündən Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2023-cü il tarixli, 1 (102)-76/2023 nömrəli qərarı ilə (hakimlər: Ə.C.Seyidov (sədrlik edən), T.L.Kazımov və Ə.Ə.Novruzovdan ibarət tərkibdə) kassasiya protesti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2022-ci il tarixli hökmü ləğv edilmiş, cinayət işi yenidən apellyasiya baxışına təyin edilmişdir. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2023-cü il tarixli, 1(103)-835/23 nömrəli hökmü ilə (hakimlər: E.Ə.Mehdiyev (sədrlik edən), C.V.Hüseyn və F.İ.Əyyubov ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilmiş, apellyasiya protesti isə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyun 2021ci il tarixli hökmü ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Məhkum təqsiri sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 179.3.2, 213-1.2.1 və 308.1-ci maddələri ilə bəraət verilmişdir. İş üzrə maddi sübut olan qeyd edilən siqaretlərin (tütün məmulatların) Məhkum təhvil verilməsi barədə tərtib edilmiş xx.xx.2020-ci il tarixli "maddi sübutun təhvil verilməsi” haqqında aktın cinayət işinin materiallarında saxlanılması, Məhkum cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququnun izah edilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 213-1.2.1 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsiri sübuta yetirilmədiyindən müvafiq cinayətləri törətmiş şəxs müəyyən edilmədiyindən bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qa ydada həmin şəxsin müəyyən edilərək cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materialların ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti vermişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış və birinci instansiya məhkəməsində baxılmış sübutlarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 213-1.2.1 və 308.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət üzrə təqsirliliyi kifayət qədər sübut olunduğu halda, apellyasiya instansiyası məhkəməsi sübutları düzgün tədqiq edib qi ymətləndirməmiş, işin faktiki halları ilə müqayisəli təhlil aparmadan, müstəsna olaraq Məhkum özünümüdafiə xarakterli ifadəsi əsasında təqsirliliyinin sübuta yetirilməməsi haqqında qənaətə gəlib ona bəraət vermişdir. Protest müəllifi cinayət iş üzrə toplanmış sübutlardan anbarda hər hansı bir oğurluq hadisəsi baş vermədiyini, siqaretlər məhz anbarın qapısından daxil olmaqla götürüldüyünü, həmçinin aşkar edilmiş boş karton qutularının olmasını və hər hansı bir kənar müdaxilənin olmamasını qeyd edərək anbarda olan siqaretlərin açar və möhürün təhvil verilmiş Ağəli Cəlilzadə tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəməklə talamasını, sonuncunun aksiz markası ilə markalanmalı olan külli miqdarda malları aksiz markası olmadan vahid niyyətlə satış məqsədilə saxlamaqla satmasını id dia edir. Apellyasiya məhkəməsi isə hərtərəfli tam və obyektiv araşdırma aparmadan yanlış nəticəyə gəlmiş, əsassız olaraq təqsirləndirilən şəxsə bəraət vermişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2023-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümu mi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Mə hkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum Cinayət Məcəlləsinin 179.3.2, 213-1.2.1 və 308.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddələrlə bəraət verdiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Res publikası CPM-in 416.1.1 - 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessual Məcəllən in 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təqsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Dövlət ittihamçısı kassasiya protestində anbarda hər hansı oğurluq hadisəsinin baş verməməsinin, siqaretlərin məhz anbarın qapısından daxil olmaqla götürlməsinin, aşkar edilmiş karton qutularının boş olmasının, anbara kənar müdaxilənin olmaması nın, anbarda olan siqaretlərin açar və möhürün təhvil verilmiş Məhkum tərəfindən talanmasının, onun 158020,5 manat dəyərində aksiz markası ilə markalanmalı olan külli miqdarda tütün məhsullarının aksiz markası olmadan satış məqsədilə istintaqla müəyyən edilməyən yerdə saxlamaqla satıb əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf etdiyinın, sonuncunun öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə külli miqdarda ziyan vurmasının kifayət qədər sübut olunduğu halda apellyasiya instansiyası məhkəməsinin sübutları düzgün tədqiq edib qiymətləndirmədiyini iddia edərək, apellyasiya məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 213-1.2.1 və 308.1-ci maddələri ilə verilmiş bəraətin əsaslarını mübahisələndirmişdir. B ununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2, 213-1.2.1 və 308.1-ci maddələri ilə bəraət verildikdən sonra apellyasiya məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 1(103)-685/2022 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyası tərəfindən Məhkum Cinayət Məcəlləsinin 179.3.2, 213-1.2.1 və 308.1-ci maddələri ilə verilmiş bəraətin mübahisələndirilməsinə dair kassasiya protestinə istinad edilmiş dəlilərə baxılmış və Ali Məhkəmənin Cinayət kollegiyası (11 yanvar 2023-cü il tarixli, 1(102)-76/2023 nömrəli qərarı) apellyasiya məhkəməsinin Məhkum göstərilən maddələrlə bəraətin verilməsinin iş üzrə toplanmış sübutlarla uzlaşan qanuni və əsaslı nəticə he sab etmiş və dövlət ittihamçısının kassasiya protestini qismən təmin etməklə X əmlakın rəhbərlik etdiyi anbarda yerləşdirilərək saxlanılması və qorunmasını lazımi qaydada təşkil edib-etməməsi məsələlərinə qiymət verilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2022ci il tarixli, 1(103)-685/2022 nömrəli hökmü ləğv edib, cinayət işini yeni apellyasiya baxışına təyin etmişdir. Belə ki, Ali Məhkəmənin Cinayət kollegiyası 11 yanvar 2023-cü il tarixli, 1 (102)76/2023 qərarından görünür ki, işə baxan məhkəmə kollegiyası Məhkum tərəfindən saxlanılıb qorunması üçün ona etibar edilmiş əmlakın talanmasında iştirakını təsdiq edən sübutlar müəyyən edilmədiyini qeyd edərək, Məhkum əmlakın rəhbərlik etdiyi anbarda yerləşdirilərək saxlanılması və qorunmasını lazımi qayda da təşkil edib-etməməsi məsələlərinə qiymət verilməsini zəruri hesab etmişdir. Qeyd olunan qərarda məhkəmə kollegiyası apellyasiya məhkəməsinin Məhkum müqavilə ilə ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün obyektiv və subyektiv imkanlarının olması, həmin vəzifələri lazımınca yerinə yetirməsi, ona inanılıb tapşırılmış malların mühafizəsini tələb olunan qaydada yerinə yetirilməsi kimi halların mövcudluğunu araşdırmadığını, Məhkum inanılıb tapşırılmış malların talanması ilə onun vəzifəli şəxs kimi işinə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi arasında səbəbli əlaqə olub-olmaması hallarına qiymət vermədiyini vurğulayaraq göstərilən halların araşdırmasının zəruri olduğunu göstərmişdir. Bakı Apellyasiya Məhkəməsi nin Cinayət kollegiyası yeni apellyasiya baxışında çıxardığı 31 may 2023-cü il tarixli, 1(103)-835/2023 nömrəli hökmündə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hüquqi mövqeyini tam olaraq nəzərə almışdır. Məhkəmə kollegiyası qanuni qüvvədə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2023-cü il tarixli, 1 (102)-76/2023 qərarı ilə həll edilmiş məsələlərin cinayət prosessual qanunvericiliyinin tələbləri baxımından hazırki kassasiya baxışında başqa cür həll edilməsinin qanuni əsaların olmadığnı, eyni zamanda həmin qərarda əks olunmuş (apellyasiya məhkəməsinin 31 may 2023-cü il tarixli, 1(103)-835/2023 nömrəli hökmündə təkrarlanmış) məhkəmə kollegiyasının dəlillərinin hazırki qərarda təkrar təsvir edilməsinə zərurət görmür və apellyasi ya məhkəməsinin Məhkum öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vuraraq mənimsəməklə talamasının, aksiz markası ilə markalanmalı olan külli miqdarda malları aksiz markası olmadan vahid niyyətlə satış məqsədilə saxlamaqla satmasının, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinin sübuta yetirilməməsi ilə bağlı qənaətini qanuni və əsaslı nəticə kimi qiymətləndir. Apellyasiya Məhkəməsinin Ali Məhkəmənin Cinayət kollegiyası 11 yanvar 2023-cü il tarixli, 1(102)-76/2023 qərarından araşdırması tələb olunan - Məhkum əməlində səhlənkarlığın əlamətlərinin olub-olmaması ilə bağlı vermiş hüquqi qiymətinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət Məcəlləsinin 314.1-ci maddəsindən görünür ki, vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibət göstərməsinin ehtiyatsızlıqdan ictimai təhlükəli nəticəyə səbəb olması bu əməllərə görə cinayət məsuliyyətini şərtləndirən zəruri haldır (ehtiyatsızlıqdan baş verən ictimai təhlükəli nəticə davranışı kriminallaşdıran əlamət olduğundan, bütövlükdə əməl ehtiyatsızlıqdan törədilən cinayət hesab olunur). Təqsirə görə məsuliyyət prinsipini nəzərdə tutan Cinayət Məcəlləsinin 7-ci maddəsinə görə isə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəy yən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət Məcəlləsinin 26.3-cü maddəsinə əsasən “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətzislik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Ehtiyatsızlığın sözügedən formasının tərifindən göründüyü kimi, şəxsin əməli ilə ictimai təhlükəli nəticə arasında səbəbli əlaqənin olduğunu iddia etmək üçün tələb olunan şərt şəxsin lazımi diqqət və ehtiyatlılıq göstərdiyi halda öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını görə bilməsidir. Həmçinin qeyd olunmalıdr ki, vəzifəli şəxs in səhlənkarlığa görə cinayət məsuliyyətinə cəlb olunması üçün onun üzərinə hansı hüquq və vəzifələrin qoyulduğunu, bunların hansı hüquqi akt ilə müəyyən edildiyini, məhz hansı vəzifələrin yerinə yetirilibyetirilmədiyini və qulluq vəzifələrini yerinə yetirmək üçün vəzifəli şəxsin real imkanının olub-olmadığını müəyyən etmək zəruridir. Öyrənilmiş cinayət işi materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Zərərçəkmiş şəxs tabeliyində olan anbarlarda saxlanılan əmlakların mühafizəsi və qorunması üzrə vəzifəli şəxslərin hüquq və vəzifələri Zərərçəkmiş şəxs Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin xx.xx.2016-cı ildə təsdiq edilmiş Əsasnaməsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Zərərçəkmiş şəxs direkto ru ilə bağlanmış tam maddi məsuliyyət haqqında nümunəvi fərdi müqavilə ilə müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təqdim etdiyi və apellyasiya məhkəməsi tərəfindən tədqiq edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Zərərçəkmiş şəxs Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin Əsasnaməsində şöbənin inspektorlarının vəzifələri ümumi şəkildə göstərilmiş, həmin Birliyinin tabeliyində olan anbarlarda saxlanılan əmlakların mühafizəsi və qorunması üzrə hər hansı vəzifə və öhdəlik qeyd olunmamışdır. Belə öhdəliklər Birliyin direktoru ilə bağlanmış tam maddi məsuliyyət haqqında fərdi müqavilə ilə tənzim olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Zərərçəkmiş şəxs Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin Əsasnaməsinin 3.1.6-cı maddəsində anbarlara nəzarətdən kənar malların daxil olmasının və çıxarılmasının istisna edilməsini həyata keçirmək Şöbənin əsas vəzifəsi kimi qeyd olunmuşdur. Əsasnamənin 5.5.1-ci bəndinə əsasən şöbənin rəisi şöbəyə ümumi rəhbərliyi həyata keçirir. Apellyasiya məhkəməsi tərəfindən Zərərçəkmiş şəxs Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin Əsasnaməsi təhlil edilərək müəyyən edilmişdir ki, Məhkum verilmiş ittihamda istinad edilən Şöbənin Əsasnaməsinin 5.6-cı bəndinin məzmunu tamamilə fərqli olmaqla, həmin bənd Şöbə rəisinin müavinin səlahiyyətlərinə aiddir. Bundan başqa iş materiallarında olan əmrlərdən və müqavilələrdən məlum olur ki, Azərbaycan Respublika sı Dövlət Gömrük Komitəsi Zərərçəkmiş şəxs direktorunun xx.xx.2018-ci il tarixli, 182/482Ş nömrəli əmri ilə Məhkum Zərərçəkmiş şəxs Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin baş inspektoru vəzifəsinə təyin edilmişdir. Lakin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, birliyin direktorunun xx.xx.2018-ci il tarixli, 182/545 Ş nömrəli əmri ilə bundan əvvəl digər əməkdaşların öhdəsində olan malların təhvil-təslim aktına əsasən Birliyin Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin baş inspektoru vəzifəsinə keçirilmiş Məhkum verilməsi, onunla “Tam maddi məsuliyyət haqqında” müqavilənin bağlanması əmr olunsa da, həmin əmrin icrası təmin olunmamış, Zərərçəkmiş şəxs tərəfindən tərtib edilmiş xx.xx.2018- ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilə Məhkum tərəfindən imzalanmamışdır. Yəni Məhkum xx.xx.2018-ci il tarixli "Tam maddi məsuliyyət haqqında” müqavilə ilə tanış edilməmiş, müqavilənin şərtləri ilə razı olub-olmaması barədə onun fikri öyrənilməmiş, müqavilə onun tərəfindən imzalanmanmadığından ona münasibətdə hüquqi qüvvəyə minməmiş, sonuncunun bu müqavilə üzrə müvafiq vəzifələri yaranmamışdır. Halbuki yuxarıda qeyd edildiyi ki, anbarda saxlanılan əmlakların mühafizəsi və qorunması üzrə konkret vəzifələr yalnız tam maddi məsuliyyət haqqında fərdi müqavilədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin a bəndinə əsasən işçi saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 200-ci maddəsinin birinci hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Digər tərəfdən apellyasiya məhkəməsi tərəf indən müəyyən edilmişdir ki, Birliyinin tabeliyində olan Məhəmmədi qəsəbəsində yerləşən həmin anbarda axşam saat 18:00-dan səhər saat 09:00-a mühafizəçi tərəfindən mühafizə həyata keçirilmiş, lakin Birliyin rəhbərliyi tərəfindən saat 09:00-dan axşam saat 18:00-a kimi anbarda nəzarətin təşkili təmin olunmamış, yalnız anbarda malların olmadığı aşkar edildikdən sonra Birlik tərəfindən anbarın daxilində və xaricində müşahidə kameraları quraşdırılmışdır. Zərərçəkmiş şəxs Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin əməkdaşları, o cümlədən Məhkum iş vaxtı şöbənin inzibati binasında olmuşlar. Belə olan halda, apellyasiya məhkəməsinin Məhkum üzərinə hər hansı hüquq və vəzifələrin qoyulmaması, qeyd olunan halın hüquqi akt ilə müəyyən edilməməsi, sonuncunun m alların qorunması üzrə qulluq vəzifələrini yerinə yetirmək üçün real imkanı olmaması haqqında yekun nəticəsi işin faktiki halları ilə uzlaşmayan qənaət kimi qiymətləndirilə bilməz. Təsvir edilən halların, cinayət təqibi orqanının təqdim etdiyi sübutlar bazasına, ittihama yaranan ciddi şübhələrin fonunda apellyasiya məhkəməsi Cinayət Məcəlləsinin 179.3.2, 213-1.2.1 və 308.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə Məhkum təqsirliliyinin sübuta yetirilməsi barədə mötəbər və yekun nəticəyə gəlmək üçün sübutların kifayət etmədiyini hesab etmiş, ittiham tərəfi mövcud şübhələri aradan qaldıra biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin təqdim olunmuş sübutların Məhkum ona istinad edilən cinayə t əməllərini törətməkdə təqsirli bilmək üçün kifayət etməməsi, onun təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlməsi sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulması ilə əldə edilmiş qənaət kimi qiymətləndirilə bilməz. Belə ki, artıq yuxarıda istinad olunduğu kimi, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirlən dirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). İnsan Hüquqları üzrə Av ropa Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərə dair qəbul etdiyi qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xəl əl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcəd ə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixl i qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnamələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkum yuxarıda təsvir edilən xüsusatlar barədə ifadəsində verdiyi məlumatların həqiqiliyi, araşdırılmış digər sübutların mötəbərliyi təkzib olunmadığı vəziyyətdə apellyasiya məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 179.3.2, 213-1.2.1 və 308.1-ci maddələri ilə bəraət verməsi, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olu nmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin öz nəticəsini təsdiq edən bütün sübutları tədqiq etdiyini, onların həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirdiyini, CPM-nin 125-ci maddəsində göstərilən yolverilməz sübutlardan istifadə etmədiyini, ümumi şəkildə isə CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol vermədiyini qeyd edərək Məhkum təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan dövlət ittihamçısı kassasiya protestinin dəlillərini qəbuledilməz sayaraq həmin protestin təmin edilm əsi üçün əsaslar görmür. Belə olan halda məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı X2, həmin protestin təmin edilməməsi barədə isə bəraət almış şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi1 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli və Məhkum təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-in 179.3.2, 213-1.2.1 və 308.1-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2023-cü il tarixli, 1(103)-835/2023 nömrəli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2023-cü il tarixli, 1(103)-835/2023 nömrəli hökmü v erilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2283/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2283/2023
31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver