Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2283/2025 21.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Nurlan Sahib oğlu Əliyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumların müdafiəçisi Müdafiəçi5 iştirakları ilə, Bakı Apellyasi ya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2025-ci il tarixli 1(103)663/2025 nömrəli qərarından Məhkum2 və Məhkum1 müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Günel Səmədova) 20 dekabr 2024cü il tarixli, 1(009)-143/2024 nömrəli hökmü ilə, 29 avqust 1970-ci ildə Qəbələ şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, məhkumluğu olmayan, işləməyən, Qəbələ şəhəri, Musabəyov küçəsi, ev 5-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 204.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq olunaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməklə 2 (iki) il 6 (altı) ay sınaq müddətinin müəyyən edilmiş, xx xxxxxxxx 1979-cu ildə Fizuli rayonu, Bala Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, bir yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Füzuli rayonu, Bala Bəhmənli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, M.Hadi 107A küçəsində yerləşən Göz Xəstəxanasında məskunlaşmaqla yaşayan Məhkum1 Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhk um edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq olunaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 2 (iki) il 6 (altı) ay sınaq müddəti müəyyən edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum2 və Məhkum1 təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan tarixdə və mənbədən istintaqla müəyyən edilməyən yerdə və şəraitdə hazırlanmış 85 ədəd 100 ABŞ dolları nominallı PF98730507H, PF98730060H, PF98730004H, PF98730210H, PF98730020H, PF98740846H, PF98730039H, PF98730299H, PF98730212H, PF98730070H, PF98730506H, PF98702582H, PF98730078H, PF98730010H, PF98730077H, PF98733008H, PF98729010H, PF98730578H, PF98730068H, PF98730252H, PF98730061H, PF98730254H, PF98730295H, PF987 40832H, PF98730204H, PF98731859H, PF98731861H, PF98730509H, PF98730002H, PF98739844H, PF98730251H, PF98730532H, PF98720830H, PF98730065H, PF98730004H, PF98702492H, PF98749520H, PF98730213H, PF98730522H, PF98730067H, PF98730090H, PF98729058H, PF98730523H, PF98730508H, PF98730005H, PF98730524H, PF98750031H, PF98720847H, PF98730579H, PF98730001H, PF98730055H, PF98730050H, PF98730001H, PF98730576H, PF98750031H, PF98730209H, PF98731801H, PF98730240H, PF98730097H, PF98730085H, PF98730075H, PF98730230H, PF98730266H, PF98730076H, PF98730079H, PF98730269H, PF98730002H, PF98720875H, PF98731849H, PF98750081H, PF98730599H, PF98730004H, PF98739868H, PF98745521H, PF98730533H, PF98702405H, PF98731829H, PF98730072H, PF98730201H, PF98730001H, PF98730283H, PF98739950H, PF98730014H, PF98747518H, PF98750005H seriya və nömrəli 8500 ABŞ dolları məbləğində xarici valyutada olan saxta pul əsginaslarını satış məqsədi əldə edərək 2023cü ilin noyabr dekabr aylarınadək qabaqcadan əlbir olduğu Məhkum2 yaşadığı ünvan 2 ünvanında yerləşən evdə saxlamaqla şəxsiyyəti istintaqla araşdırılan tanışı “Anar” adlı şəxsin məsləhət və məlumatları, habelə maneələri aradan qaldırmaqla görüşmələri və xarici valyutada olan saxta pul əsginaslarını təqdim etməklə qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə satmaq qərarına gəlib xarici valyutada olan saxta pul əsginaslarını almaq üçün özlərinə 2023-cü ilin noyabr ayının sonlarında “Anar” adlı şəxsin vasitəsilə müraciət etmiş Şahid Rəfail oğlu ilə özlərində olan xarici valyutada olan saxta pul əsginaslarını sata biləcəyinə dair razılığa gəlib sonuncu ilə razılaşmaq la, vahid niyyətlə ilkin olaraq xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 4 saylı Vərəm əleyhinə dispanserinin yanında şəxsiyyəti istintaqla araşdırılan “Anar” adlı şəxsin vasitəsi ilə Şahid 450 manat məbləğində pul vəsaitini alıb sonuncuya 5 ədəd 100 ABŞ dolları nominallı PF98730507H, PF98730060H, PF98730004H, PF98730210H, PF98730020H seriya və nömrəli 500 ABŞ dolları məbləğində xarici valyutada olan saxta pul əsginaslarını verərək, daha sonra xx.xx.2013cü il tarixdə Şahid Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində yerləşən “Bravo” supermarketdə quraşdırılmış “mpay” elektron ödəmə sistemi vasitəsi ilə rekvizitlərini təqdim etdiyi öz adına olan "xxxx" ASC-yə məxsus 4098********1940 nömrəli Leobank bank kartına köçürdüyü 1000 manat, e ləcə də xx.xx.2023-cü il tarixdə 4 saylı Vərəm əleyhinə dispanserinin yanında Şahid 1000 manat məbləğində pul vəsaitini nağd qaydada şəxsən almaqla cəmi 2000 manat məbləğində pul vəsaitini ələ keçirib, Şahid 30 ədəd 100 ABŞ dolları nominallı PF98740846H, PF98730039H, PF98730299H, PF98730212H, PF98730070H, PF98730506H, PF98702582H, PF98730078H, PF98730010H, PF98730077H, PF98733008H, PF98729010H, PF98730578H, PF98730068H, PF98730252H, PF98730061H, PF98730254H, PF98730295H, PF98740832H, PF98730204H, PF98731859H, PF98731861H, PF98730509H, PF98730002H, PF98739844H, PF98730251H, PF98730532H, PF98720830H PF98730065H, PF98730004H seriya və nömrəli 3000 ABŞ dolları məbləğində xarici valyutada olan saxta pul əsginaslarını verib, cəmi 2450 manat məbləğində pul vəsaiti alaraq Məhkum2 və şəxsiyyəti i stintaqla araşdırılan “Anar” adlı şəxslə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə vahid niyyətlə 3500 ABŞ dolları məbləğində, cinayətkar niyyətlərini davam etdirərək 5000 ABŞ dolları məbləğində xarici valyutada olan saxta pul əsginaslarını 4000 manat pul vəsaiti müqabilində satmaq barədə gəldikləri razılıqlarına əsasən xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “Bolmart” supermarketdə quraşdırılmış “mpay” elektron ödəmə sistemi vasitəsi ilə rekvizitlərini təqdim etdiyi öz adına olan "xxxx" ASC-yə məxsus 416973******0020 nömrəli bank kartına Şahid köçürdüyü 300 manat məbləğində pul vəsaitini ələ keçirib, eləcə də qalan məbləğin saxta xarici valyutanın satışı zamanı verilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixdə 5000 ABŞ dolları məbləğində xarici valyutada olan saxta pul əs ginaslarını Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən Mərkəzi Univermağın yaxınlığında Şahid satarkən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılmaqla Baş idarənin ünvan 4 ünvanında yerləşən inzibati binasına gətirilib üzərinə keçirilən baxış zamanı 50 ədəd 100 ABŞ dolları nominallı PF98702492H, PF98749520H, PF98730213H, PF98730522H, PF98730067H, PF98730090H, PF98729058H, PF98730523H, PF98730508H, F98730005H, PF98730524H, F98730001H, F98750031H, PF98730055H, PF98730209H, PF98750031H, PF98730050H, PF98731801H, PF98720847H, PF98730001H, PF98730240H, PF98730579H, PF98730576H, PF98730097H, PF98730085H, PF98730075H, PF98730230H, PF98730266H, PF98730076H, PF98730079H, PF98730269H, PF98730002H, PF98 720875H, PF98731849H, PF98750081H, PF98730599H, PF98730004H, PF98739868H, PF98745521H, PF98730533H, PF98702405H, PF98731829H, PF98730072H, PF98730201H, PF98730001H, PF98730283H, PF98739950H, PF98730014H, PF98747518H, PF98750005H seriya və nömrəli 5000 ABŞ dolları məbləğində xarici valyutada olan saxta pul əsginasları aşkar olunaraq götürülmüş, xarici valyutada olan saxta pul əsginaslarını Məhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əldə etməklə şəxsiyyəti istintaqla araşdırılan “Anar” adlı şəxsin köməkçiliyi ilə Məhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə satmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əli Məmmədov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Emin Əliyev) 10 iyul 2025-ci il tarixli, 1(103)-663/20 25 nömrəli qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 1(009)-143/2024 nömrəli hökmü dəyişdirilmiş, hökmdən Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, Məhkum2 CM-in 204.1-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasından CM-in 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında olduğu cəmi 1 (bir) il 9 (doqquz) gün müddət çıxılmış onun üzərində 3 (üç) il 11 (on bir) ay 21 (iyirmi bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 10 iyul 2025-ci il tarixdən hesablanmış, Məhkum1 Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasından CM-in 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında olduğu cəmi 1 (bir) il 9 (doqquz) gün müddət çıxılaraq, Məhkum1 üzərində 3 (üç) il 11 (on bir) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 10 iyul 2025-ci il tarixdən hesablanmışdır. Məhkumlar Məhkum2 və Məhkum1 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2025-ci il tarixli, 1(103)-663/2025 nömrəli qərarının ləğv edilməsini və işə yeni apellyasiya baxışının təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi5 kassasiya ş ikayətlərini onunla əsaslandırmışdır ki, əməliyyat-axtarış fəaliyyətini və ibtidai araşdırmanı həyata keçirən orqanlar tərəfindən Məhkum2 və Məhkum1 hüquqları pozulmuş, məhkumlar qanunsuz və əsassız həbs edilmiş, hüquqi əsas olmadan azadlıq hüququndan, müdafiə hüququndan məhrum edilmiş, qəddar və qeyri-insani, ləyaqəti alçaldan rəftara məruz qoyulmaqla, əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilmiş, qərəzsiz, müstəqil və ədalətli olmayan Bakı Apellyasiya Məhkəməsi tərəfindən qanunsuz və əsassız məhkum edilmişlər. Kassator fikrincə birinci instansiya məhkəməsi gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırmayıb, iş üzrə məhkəmənin müəyyən etdiyi hallar sübuta yetirilməyib, ittiham qərarı çıxarıb, cinayət təqibi istisna edən halların mövcudluğuna baxmayaraq cinayət qanunu ilə nəzərə tutulmayan əmələ görə ittiham hökmü çıxarıb. Apellyasiya instansiya məhkəməsi isə birinci instansiya məhkəməsi tərəfindən müdafiə tərəfinin təqdim etdiyi sübutların tədqiqindən əsassız olaraq imtina edildiyini görsə də, apellyasiya baxışı istintaqla aparılması barədə müdafiə tərəfinin vəsatətini təmin etməyərək işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etməmişdir. Belə ki, məhkumların saxta əsginasları Azərbaycan Respublikasında satmaq fikri olmamışdır, sadəcə olaraq Prokurorluğun Baş Korrupsiya İdarəsinin Əməliyyat İdarəsi tərəfindən saxta qurulmuş və onların təkidi ilə Şahid Rafael oğlunu (hal-hazırda o, müxtəlif cinayətlər törətməsinə görə həbsdədir) həmin qanunsuz əməliyyata cəlb etməklə qanunsuz və əsassız olaraq CM-in 204.1-ci maddəs i ilə cinayət işi başlanılaraq məhkəməyə verilmişdir. Əsas məqam ondan ibarətdir ki, məhkəmələr sübut növü kimi natamam ekspertizaların (xx.xx.2023-cü il tarixli 5/1643 saylı və xx.xx.2023-cü il tarixli 5/16676/6291-9/9229 saylı) rəylərini əsas götürməklə nəzərə almamışlar ki, ibtidai istintaq tərəfindən verilmiş ittiham cinayət işində olan materiallarla uzlaşmır və Ali Məhkəmənin 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarın 9-cu bəndi ilə cəlbetmə qərarı mahiyyəti üzrə tam şəkildə fərqlidir, yəni aşkar edilmiş əsginaslar açıq şəkildə fərqlənməsi, rəylərdə vurğulanması ona dəlalət edir ki, məhkəmələr qəsdən təkrar ekspertiza təyin etməyərək labüdlüyü təmin etməmişlər. Kassatorun fikrincə, birinci instansiya məhkəməsi gəldiyi nəticələr üzrə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hal ları araşdırmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar sübutlarla təsdiq olunmamışdır. Bununla belə birinci instansiya məhkəməsi cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq, cinayət qanunu ilə nəzərdə tutulmayan əmələ görə məhkumlar barələrində ittiham hökmünü çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsi tərəfindən müdafiə tərəfinin təqdim etdiyi sübutların tədqiqindən əsassız olaraq imtina edildiyini müəyyən etsə də, müdafiə tərəfinin apellyasiya baxışının istintaqla aparılması barədə vəsatətini təmin etməmiş, bununla da işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, müdafiəçinin kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumlar Məhkum2 və Məhkum1 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkumlara elan edilmiş ittiham məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla təsdiq edilməmiş, lakin birinci instansiya məhkəməsi sübutları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə uyğun tədqiq etmədən qərəzli mövqe tutaraq, işin hallarının tam və hərtərəfli araşdırılması barədə müdafiə tərəfinin vəsatətləri təmin etmədən, mümkün olmayan sübutlara əsaslanıb Məhkum2 və Məhkum1 əməli əsassız olaraq CM-in 204.1-ci maddəsi ilə tövsif etmiş və barələrind ə ittiham hökmü çıxarmışdır. Apellyasiya instansiya məhkəməsi isə müdafiə tərəfinin yuxarıda göstərilən pozuntular barədə apellyasiya şikayətində irəli sürülmüş dəlilləri araşdırmadan hökmü qüvvədə saxlamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə bağlı cinayət işinin materialları araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli satış məqsədi ilə pul və ya qiymətli kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlamada, habelə əldə etməd ə və ya satmada ifadə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci mad dənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiqi edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. İstintaq orqanı məhkumlar Məhkum2 və Məhkum1 onlara qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmalarını təsdiq etmək üçün məhkəməyə məhkumların özlərinin və şahidin ifadələri, əkspertiza rəyləri, maddi və digər sübutlar təqdim etmişdir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə sübutlar araşdıraraq onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olmaları sübutlarla tam təsdiq olunmuşdur. Apellyasiya instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum2 və Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxıb, məhkumların əməllərinin tövsifi və onların elan edilmiş ittiham üzrə təqsirinin sübuta yetirilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, əməllərinin CM-in 178-ci maddəsinə tövsif edilməsi barədə dəlillərlə razılaşmamışdır. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən iş üzrə sübutların tədqiqi zamanı CPMin 144-145-ci maddələrinin tələblərinin icra edilməsini yoxlayarkən cinayət işinin materia llarını, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları nəzərdən keçirərək belə nəticəyə gəlir ki, məhkəmələr sübutlara düzgün qiymət vermişlər. Həmin sübutlar cinayət hadisəsinin baş vermə faktını və hallarını, habelə məhkumlar Məhkum2 və Məhkum1 cinayət hadisələri ilə əlaqəsini təsdiqləyir və onların ittihamda təsvir edilmiş əməlləri törətmələri barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının qənaətinə görə, ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş, məhkumların təqsirini təsdiq edən sübutların etibarlığını şübhə altına almaq üçün əsaslar yoxdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq cinayət hadisəsinin baş verməsini və məhkumların təqsirini təsdiq edən sübutl arın mötəbər və qəbul edilə bilən olması barədə nəticəyə gəlmişdir. Həmin sübutlar hökmdə ətraflı təsvir olunmuş, məhkəmə kollegiyası onların mahiyyətinin yenidən təsvir edilməsinə zərurət görmür. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələri məhkumların hökmün təsviri hissəsində göstərilən əməlləri törətmələri barədə yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları düzgün qiymətləndirmiş, həmin s übutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bu b arədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkumlar Məhkum2 və Məhkum1 əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkumlar Məhkum2 və Məhkum1 əməllərinin cinayət olmasını aradan qaldıran hallar və ya həmin əməlin cinayət qanununun digər maddəsinə tövsif edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, kassasiya şikayətlərinin mə hkumlar Məhkum2 və Məhkum1 əldə etdiyi və satmağa cəhd etdiyi saxta xarici valyuta – ABŞ dollarının əsginaslarının əsil əsginaslardan açıq fərqlənməsi və bu əsasa görə onların əməllərinin CM-in 178-ci maddəsi ilə təyin edilməsi barədə dəlili iş materiallarına əsaslanmır və işdə olan sübutlarla təkzib olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il № 79 Qərarının 9-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, satış məqsədilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, əldə etmə və ya satma zahiri cəhətdən dələduzluq cinayətinin əlamətlərinə oxşar olsa da, belə əməllər xüsusi norma kimi çıxış edən CM-in 204-cü maddəs i ilə tövsif olunmalıdır. Saxta pulun, xarici valyutanın və ya qiymətli kağızların satılması o zaman dələduzluq kimi qiymətləndirilə bilər ki, onlar aşkar formada əslindən fərqlənsinlər və həmin pulun, valyutanın və qiymətli kağızların dövriyyədə istifadə edilməsi istisna edilsin. Bu zaman təqsirləndirilən şəxsin qəsdinin aşkar surətdə məhdud şəxslər dairəsinin aldadılmasına yönəlməsi sübut edilməlidir. Bununla yanaşı, saxta lotereya bileti əsasında uduş (pul, əmlak) əldə etmə CM-in 204-cü maddəsinin dispozisiyası ilə əhatə olunmadığına görə, belə əməl də CM-in 178-ci maddəsi ilə tövsif olunmalıdır. Cinayət işi üzrə keçirilmiş pul nişanlarının məhkəmə texniki ekspertizalarının 04 və 06 dekabr 2023-cü il tarixli rəylərindən görünür ki, Məhkum2 və Məhkum1 götürülmüş saxta pul nişanlarının əsil pul nişanlarından fərqlənməsi adi xarici görüşünə əsasən deyil, onların hazırlandığı kağızın və boyaların kimyəvi tərkiblərinin və pul nişanlarının müdafiə vasitələrinin lüminisənsiyasının fərqlərinə əsasən müəyyən edilmişdir. Bu isə onu göstərir ki, həmin saxta pul nişanların əslindən fərqlənməsi üçün xüsusi bilik və tədqiqatın aparılması tələb olunur. Bundan başqa, iş materiallarından görünür ki, məhkumlar tərəfindən həmin saxta pul nişanları hər hansı bir konkret adamı və ya adamları aldadıb əsil valyuta vasitələri kimi deyil, məhz dövriyyəyə buraxılması üçün saxta pul kimi satmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin bu hallarını əsaslandıran yuxarıda göstərilən ekspertiza rəyləri cinayət-prosessual qanunvericiliyi tələblərinə uyğun keçirilmiş, ekspertlər onların qarşısında q oyulmuş bütün sübutları dolğun cavablandırmış, rəyin nəticələri ekspertlər tərəfindən əsaslandırılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr əsaslı və düzgün olaraq ekspertiza rəyləri məhkumların təqsirini təsdiq edən mötəbər və mümkün sübut kimi qəbul qiymətləndirmişlər. Kassasiya şikayətlərinin həmin ekspertiza rəyləri barədə dəlilləri əsassızdır. Bundan başqa, hüquq-mühafizə orqanları tərəfindən məhkumların saxta xarici valyutanın satılmasına təhrik edilməsi barədə kassasiya şikayətlərinin dəlili də işin hər hansı bir sübutuna əsaslanmır. Əksinə həm məhkumların, həm Şahid ifadələrindən açıqaydın görünür ki, məhkumlar saxta xarici pul nişanlarının satılması öz təşəbbüsü ilə həyata keçirmişlər. Hüquq-mühafizə orqanlarının nümayəndələri isə məhkumların cinayət əməllə rini başlanmadan sonra onları ifşa etmək məqsədi ilə müvafiq əməliyyat tədbirləri görmüşlər. Odur ki, məhkəmə kollegiyası məhkumların müdafiəçisi tərəfindən verilən kassasiya şikayətlərinin dəlillərini əsassız olduğu qənaətinə gəlir. Apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, şikayətlərə Azərbaycan Respublikası CPM-in normalarının tələblərinə riayət edilməklə baxılmış, ciddi qanun pozuntusuna yol verilməmişdir. Kassasiya kollegiyası şikayətlərin bu barədə dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, Məhkum2 və Məhkum1 əməlləri CM-in 204.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və məhkumların əməllərinin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə ibtidai istintaq orqanı sübutların toplanmasında, birinci və apellyasiya instansiyası məhkəmələri isə sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Yekun məhkəmə qərarları qəbul edilərkən məhkəmələr tərəfindən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, məhkumlar Məhk um2 və Məhkum1 barələrində Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olmaları sübuta yetirilmiş və məhkumların əməllərinin CM-in 178-ci maddəsinə tövsif edilməsi və ya cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Kassasiya şikayətində həmçinin göstərilir ki, məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatətləri əsassız olaraq təmin olunmamış və rədd edilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, məhkəmə istintaqı zamanı birinci instansiya məhkəməsi verilmiş vəsatətləri müzakirə edib tərəflərin fikrini öyrənilməklə müvafiq qərarlar qəbul etmişdir. İşdən görünür ki, məhkəmə t ərəfindən vəsatətlərə baxılarkən heç bir prosessual pozuntulara yol verilməmiş, vəsatətlərlə bağlı proses iştirakçılarının fikirləri dinləyib qərarları qəbul edilmişdir. Həmin qərarların əsassız olmasına dəlalət edən hallar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin bu dəlili də əsassızdır. Kassasiya şikayətində həmçinin göstərilmişdir ki, hazırkı cinayət işi üzrə apellyasiya icraatı zamanı apellyasiya şikayətində irəli sürülmüş dəlillər əlavə istintaq aparılmadan, yalnız birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar əsasında araşdırılmışdır. Kassatorun fikrincə, bu yanaşma ilə apellyasiya instansiyası məhkəməsi qanunvericiliklə onun üzərinə qoyulmuş işin hallarını tam və hərtərəfli araşdırmaq vəzifəsini icra etməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəli lini əsassız hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsinin baxışı zamanı cinayət işi üzrə bütün sübutlar və müdafiə tərəfinin irəli sürdüyü dəlillər tam şəkildə araşdırılmış və qiymətləndirilmişdir. Bu araşdırmanın nəticəsində müəyyən edilmiş hallar və əldə olunmuş məlumatlar apellyasiya şikayətində göstərilən dəlillərə hüquqi qiymət vermək üçün kifayət olmuş, əlavə araşdırmanın aparılmasına zərurət yaranmamışdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin müdafiə tərəfinin apellyasiya müraciətini birinci instansiya məhkəməsinin icraat materialları əsasında həll etməsi qanunvericiliyin tələblərinə uyğun və əsaslı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumlar Məhkum2 və Məhkum1 barəsində “Konstitusiya və Suverenlik İli” münasibə tilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli Qərarı tətbiq edilməlidir. Belə ki, həmin Qərarın 3.1-ci hissəsinə əsasən az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslərin cəzaları 6 ay azaldılmalıdır. Göründüyü kimi məhkumlar Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsi ilə təqsirli bilinmişlər. Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsinin sanksiyası beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum et mə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Cinayət işinin materiallarından görünür ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə Amnistiya haqqında qərarın qəbul edildiyi gün məhkumların azadlıqdan məhrum etmə cəzası üzrə çəkilməmiş cəza müddəti 1 ildən artıq olmuşdur. Qərarın 19.5-ci maddəsinə əsasən məhkəmələr – bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində amnistiya tətbiq edir. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, məhkumlar Məhkum2 və Məhkum1 barələrindəki qərarının k assasiya şikayətlərinə münasibətdə ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmiş, lakin məhkumlar Məhkum2 və Məhkum1 barələrində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli Qərarının 3.1-ci maddəsi tətbiq edilməlidir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2025-ci il tarixli 1(103)-663/2025 nömrəli qərarını isə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisi nin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli Qərarına əsasən dəyişdirilməsini əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2025-ci il tarixli 1(103)-663/2025 nömrəli qərarı dəyişdirilsin. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli Qərarı tətbiq edilsin və qərarın 3.1-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2025-ci il tarixli 1( 103)-663/2025 nömrəli qərarı ilə Məhkum2 çəkilməsi üçün müəyyən edilmiş 3 (üç) il 11 (on bir) ay 21 (iyirmi bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılsın. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli Qərarı tətbiq edilsin və qərarın 3.1-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2025-ci il tarixli 1(103)-663/2025 nömrəli qərarı ilə Məhkum1 çəkilməsi üçün müəyyən edilmiş 3 (üç) il 5 (beş) ay 21 (iyirmi bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılsın. Qərar qalan hissəsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2283/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2283/2025
21.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver