Məhkəmə qərarları › İş №1(102)-2284/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2284/2024

24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2284/2024 24.12.2024 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü il tarixli, 1(105)-36/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 1(124)220/2023 nömrəli hökmü i lə (sədrlik edən H.S.Əliyev, hakimlər F.Z.Hümbətov və A.T.Rzayevadan ibarət tərkibdə) xx.xx.1973-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunun Qıvraq kəndində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, verilmiş ittihamdan Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsinə dair müddəalar xaric edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 25 sentyabr 2023-cü il ta rixdən hesablanmışdır. Hökmlə Zərərçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən verilmiş mülki iddia qismən təmin edilmiş, 113.007,6 (bir yüz on üç min yeddi manat altmış qəpik) manat təqsirləndirilən şəxs Məhkum tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da Cinayət Məcəlləsinin 178.3.2-ci təqsirli bilinərək məhkum olunmuşdur. Hökmdən Məhkum tərəfindən verilmiş şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən M.Ə.Rzayev, hakimlər E.G.Rəhimov və E.M.Əhmədovdan ibarət tərkibdə) 14 mart 2024-cü il tarixli, 1(105)- 36/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayı t Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən kassasiya şikayəti və məhkum tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz tanışı Şahid2 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs şəriki Şahid1 ilə birlikdə ünvan 3 ünvanında inşa etdiyi 1 girişli 7 mərtəbəli və ünvan 4 ünvanında inşa etdiyi 1 girişli 5 mərtəbəli çoxmənzilli yaşayış binalarına əvvəlki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət X idmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron ərazi idarəsindən, hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik hüquqi şəxsinin 4 saylı Abşeron ərazi idarəsindən təhvil və istismara verilməsinə dair çıxarışların alınmasında və bununla bağlı digər zəruri sənədləşdirmənin aparılmasında köməklik göstərməsi barədə 2021-ci ilin aprel ayının əvvəllərində özünə müraciətindən sonra bunu qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxsla müzakirə edib, aralarındakı cinayətkar niyyətə uyğun olaraq Zərərçəkmiş şəxs guya özlərinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində və digər qurumlarda yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olması nı və həmin vəzifəli şəxslər vasitəsi ilə guya qeyd olunan Komitə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilməsi zəruri olan tikinti obyektlərinə verilən koda dair şəhadətnaməni, tikintinin mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanılmasını, tikintinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq inşa edilməsini, tikintinin təhlükəsizliyini və sair halları təsdiq edən sənədləri toplayaraq, ünvan 3 ünvanında inşa edilmiş 1 girişli 7 mərtəbəli və ünvan 4 ünvanında inşa edilmiş 1 girişli 5 mərtəbəli çoxmənzilli yaşayış binalarının təhvil və istismara verilməsinə dair çıxarışları almaq imkanına malik olmasını Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən Şahid2 ofisində görüşləri zamanı Təqsirləndirilən şəxsla aralarındakı cinayətkar niyyətə uyğun olaraq yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində guya yüksək vəzifədə işləyən tanışlarına xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs və Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə maddi nemət olan 229.600 (iki yüz iyirmi doqquz min altı yüz) manat məbləğində pul vəsaitinin birbaşa yolla özləri vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirib, Zərərçəkmiş şəxs razılığını almaqla sövdələşdikdən sonra həmin adla 2021-ci ilin aprel ayının əvvəllərində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən Şahid2 ofisində Zərərçəkmiş şəxs 120.000 (bir yüz iyirmi m in) manat, eyni niyyətlə, 2021-ci ilin aprel ayının ortalarında Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən Şahid2 ofisində Zərərçəkmiş şəxs 24.600 (iyirmi dörd min altı yüz) manat, eyni niyyətlə 2021-ci ilin aprel ayının sonlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən Şahid2 ofisində Zərərçəkmiş şəxs 85.000 (səksən beş min) manat olmaqla, ümumilikdə 229.600 (iki yüz iyirmi doqquz min altı yüz) manat pul vəsaitini alaraq həmin pulu Təqsirləndirilən şəxsla aralarında bölüb şəxsi ehtiyaclarına xərclədikdən sonra cinayətkar niyyətlərini davam etdirərək, 2022-ci ilin yanvar ayının sonlarında qeyd olunan məsələnin müsbət həlli, yəni Şahid1 və Zərərçəkmiş şəxs birlikdə inşa etdiyi 1 girişli 7 mərtəbəli və 1 girişli 5 mərtəbəli çoxmənzilli yaşayış binala rının təhvil və istismara verilməsinə dair çıxarışların alınması üçün sonuncuların xeyrinə edəcəyi biləbilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində yüksək vəzifədə işləyən tanışına əvvəl razılaşdırılan məbləğdən əlavə olaraq maddi nemət olan 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin də rüşvət qismində verilməsinin zəruri olmasını Təqsirləndirilən şəxs vasitəsi ilə sonuncunun Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən ofisində Zərərçəkmiş şəxsla görüşləri zamanı aldatmaqla bildirib, onun razılığını almaqla sövdələşdikdən sonra, həmin adla 2022-ci ilin yanvar ayının sonlarında Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs ofisində sonuncu vasitəsi ilə Zərərçəkmiş şəxs əlavə olaraq 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini alıb həmin pul vəsaitini Təqsirləndirilən şəxsla aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 249.600 (iki yüz qırx doqquz min altı yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Müdafiəçi5 kassasiya şikayətini və məhkum kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışlar ki, məhkəmələr tərəfindən Məhkum törətmiş olduğu əmələ düzgün qiymət verilməmiş, cinayət işi üzrə sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcə lləsinin 143-146-cı maddələrinin tələbləri pozulmuşdur. Kassasiya şikayətinin müəllifləri iddia edir ki, Məhkum dələduzluq əməlini törətməmiş, onun zərərçəkmiş şəxsi aldatmaq niyyəti olmamış, o, biznes fəaliyyəti ilə məşğul olmaqla zərərçəkmiş şəxsə sənədlərin əldə edilməsində köməklik göstərmiş və bu məqsədlə işin icrasını Təqsirləndirilən şəxs həvalə etmiş, faktiki olaraq o, əsassız olaraq təqsirli bilinmiş, yəni düzgün olmayaraq hərəkətləri dələduzluq cinayəti kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif olunmuşdur. Müdafiəçi öz kassasiya şikayətində və məhkum kassasiya şikayətinə əlavədə göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü tarixli qərarının ləğv edilməsini, işə bəraətverici əsaslarla xitam ver ilməsini xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edil məsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi kassasiya şikayətində və məhkum kassasiya şikayətinə əlavədə məhkəmələrin sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozduqlarını, o cümlədən Məhkum dələduzluq cinayətində təqsirli olması, əməlinin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə hüquqi tövsifi barədə nəticələrini hərtərəfli araşdırılmayan, qeyrimötəbər sübutlarla əsaslandırdıqlarını iddia etməklə, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, Məhkum Cinayət Məcəll əsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, Müdafiəçi5 kassasiya şikayətini və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavəni CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görərək, bu şikayətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutla rın məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməlini törətməsi, müdafiəçinin kassasiya şikayətində iddia etdiyinin əksinə olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələ rinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməsinin mübahisələndirilməsi üzrə müdafiə tərəfinin dəlilləri (əməlində cinayət tərkibinin əlamətlərinin olmaması barədə iddiaları) onun barəsində verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) birinci instansiya məhkəməsində baxılmış sübutların məcmusu ilə, yəni o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, maddi sübutlar, sənədlər, istintaq hərəkətlərinin protokolları və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsin in sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edi lib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası Müdafiəçi5 kassasiya şikayətinin (kassasiya şikayətinə əlavə ilə birlikdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Məhkəmə kollegiyası, həm də onu nəzərə alır ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən və apellyasiya instansiyası məhkəməsi tərəfindən bu məsələ üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə yoxlanılarkən məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin təsbit etdiyi bütün hallar, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəzanı yüngülləşdirən halları (yəni cinayət nəticəsində dəymiş ziyanın məhkum tərəfindən qismən ödənilməsi), həmçinin ağırlaşdıran halların olmaması tarazlaşdırılmış şəkildə nəzərə alınmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın məqsədlərinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58), cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara (maddələr 59, 61) dair müddəalarına əməl olunmuş, cinayət qanununun ədalət prinsipi (maddə 8) pozulmamışdır. Təsvir olunanlar, ümumiyyətlə cin ayət işinin materialları apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6, 416.1.11 və 416.1-ci maddələrinin digər müddəalarında təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin (əlavə ilə birlikdə) təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Müdafiəçi5 kassasiya şikayəti təmin edilməməli (əlavə ilə birlikdə), Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü il tarixli, 1(105)-36/2024 nömrəli qərarı verilmiş kassasiya şikayətinə (əlavə ilə birlikdə) münasibətdə dəyişdirilmə dən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü il tarixli, 1(105)-36/2024 nömrəli qərarı müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar