Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2285/2023 21.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-293/2023 nömrəli, 03 iyul 2023-cü il tar ixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1968-ci il tarixdə Bərdə rayonu, Nazırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, fərdi qaydada pambıqçılıqla məşğul olan, Bərdə rayonu, Nazırlı kəndində qeydiyyatda olmaqla yaşayır. 2. 16 noyabr 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 07 dekabr 2022-ci il tarixdə Bərdə Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 2022-ci ilin mart ayının əvvəllərində bələdiyyə mülkiyyətində olan təbiət ərazilərində, «Yaşıllıqların götürülməsi Qaydası Haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilməli olduğu halda, müvafiq normativ hüqu qi aktların şərtlərini pozmaqla qanunsuz şəkildə 2022-ci ilin mart ayının əvvəllərində Bərdə rayonu, Nazırlı kənd arası asfalt yoldan sağ istiqamətdə kənd təsərrüfatlı və yaşayış məntəqəsində pay torpaqlarına gedən 12 metr məsafəni əhatə edən Nazırlı bələdiyyəsinin mülkiyyətində olan yoldan 580 metr məsafədə yerləşən özünə məxsus inşa etdiyi fərdi yaşayış evinə gedən torpaq yolun ağac və kollardan təmizlənməsi məqsədi ilə həmin yoldan keçən istintaqa məlum olmayan traktor sürücüsünə 20 manat məbləğində pul verərək yolda olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 nömrəli Qərarı ilə müəyyən edilmiş 2022-ci ilin fevral-mart aylarında 1 ədəd diametri 34 sm olan tut ağacının kəsilməsinə görə təbiətə 350 manat məbləğində, 1 ədəd diametri 24 sm olan söyüd ağacının kəsilməsinə görə təbiətə 200 manat məbləğində, 2 ədəd diametri 12 sm olan söyüd ağaclarının kəsilməsinə görə təbiətə 240 manat məbləğində, 1 ədəd diametri 18 sm olan söyüd ağacının kəsilməsinə görə təbiətə 200 manat məbləğində, 1 ədəd diametri 22 sm olan söyüd ağacının kəsilməsinə görə təbiətə 200 manat məbləğində, 1 ədəd diametri 14 sm olan söyüd ağacının kəsilməsinə görə təbiətə 150 manat məbləğində, 1 ədəd diametri 10 sm olan söyüd ağacının kəsilməsinə görə təbiətə 120 manat məbləğində, 1 ədəd diametri 16 sm olan söyüd ağacının kəsilməsinə görə təbiətə 150 manat məbləğində, 1 ədəd diametri 17 sm olan söyüd ağacının kəsilməsinə görə təbiətə 180 manat məbləğində, 1 ədədi 80 manat təşkil edən cəmi 13120 (on üç min yüz iyirmi) manat məbləğində 164 ədəd böyürtkən kolu ağac və kolları kökündən çıxartdırmış, ümumilikdə isə təbiətə küllü miqdarda, yəni 14910,00 manat məbləğində maddi ziyan vurmuşdur.
5. Bərdə Rayon Məhkəməsinin 1(021)-16/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, cəzanın icrası müddətinin Məhkum cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmiş, həmçinin digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin 1(021)-16/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli hökmünün ləğv edilməsi və iş üzrə ə mtəəşünaslıq ekspertizası keçirməklə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim işə baxarkən onun 2-ci qrup əlil olduğundan ağac kəsməyə imkanının olmadığını nəzərə almamışdır. Həmçinin, hakim hadisə yerinə baxış keçirməmiş və əmtəəşünaslıq ekspertizası təyin etməmişdir ki, qiymətləndirilmə şişirdilmiş şəkildə verilmiş, 14910 manat ziyan vurulması yalan və qərəzdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-293/2023 nömrəli, 03 iyul 2023-cü tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 1(021)-16/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarınd an Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində cinayət əməlinin törədilməsində təqsirliliyinin sübuta yetirilmədiyi iddia edilməklə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-293/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum bəraət verilməsi xahiş edilir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsin də məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Kassasiya şikayətində Məhkum cinayət əməlinin törədilməsində təqsirliliyinin sübuta yetirilmədiyi iddia edilməklə, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-293/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərba ycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
21. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası müdafiəçinin Məhkum təqsirliliyinin sübuta yetirilmədiyinə dair dəlillərini əsassız hesab edir.
22. Belə ki, məhkumun birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının t ələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkum özünü təqsirli bilməsə də, onun şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, tonun həm ibtidai araşdırma zamanı, həm də ki birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin mahiyyəti, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, hadisə yerinə baxış keçirilməsi protokolu və ona əlavə edilmiş fotoşəkillərlə, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü yoxlanılarkən sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsəl ələrində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
25. Aşağı instansiya məhkəmələrinin Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə gəldiyi nəticələrlə razılaşmaqla yanaşı məhkəmə kollegiyası aşağıda qeyd edilən məqamlara da toxunmağı zəruri hesab edir.
26. Bərdə rayonu, Nazırlı kənd arası asfalt yoldan sağ istiqamətdə kənd təsərrüfatlı və yaşayış məntəqəsində pay torpaqlarına gedən 12 metr məsafəni əhatə edən və Nazırlı bələdiyyəsinin mülkiyyətində olan yoldan 580 metr məsaf ədə yerləşən özünə məxsus inşa etdiyi fərdi yaşayış evinə torpaq yolunun açılması məqsədi ilə həmin ərazidə bitmiş ağac və kolların traktordan istifadə etməklə məhv edilməsinin məhz Məhkum tərəfindən icra edilməsi onun özünün ibtidai istintaq dövründə və məhkəmələr qarşısında verdiyi ifadələrlə yanaşı həmçinin traktorun sürücüsü olan Şahid4, digər şahidlər Şahid5, Şahid1, Şahid2, E.O.Orucev və A.Z.Zeynalovun ifadələri təsdiqləndiyindən hazırki cinayət işinin mübahisəsiz halını təşkil edir.
27. Eyni ilə həmin ərazidə məhv edilən ağac və kolların məhz Məhkum verilən ittihamda göstərildiyi kimi 1 ədəd diametri 34 sm olan tut ağacı, 1 ədəd diametri 24 sm olan söyüd ağacı, 2 ədəd diametri 12 sm olan söyüd ağacları, 1 ədəd diametri 18 sm olan söyüd ağacı, 1 ədəd diametri 22 sm olan söyüd ağacı, 1 ədəd diametri 14 sm olan söyüd ağacı, 1 ədəd diametri 10 sm olan söyüd ağacı, 1 ədəd diametri 16 sm olan söyüd ağacı, 1 ədəd diametri 17 sm olan söyüd ağacı, 164 ədəd böyürtkən kolundan ibarət olması, hazırki cinayət əməli törədilən tarixdən əvvəl həmin ərazidə yanğının baş verməsi ilə əlaqədar aparılan araşdırma zamanı çəkilən və cinayətin törədilməsi yerinin ilkin vəziyyətini əks edən fotoşəkillərlə əməlin törədilməsindən sonra həmin ərazinin faktiki vəziyyətində yaranmış fərq, eləcə də hadisə yerində qalan kəsilib və kökündən çıxarılmış bitkilərin vəziyyəti nəzərə alınmaqla müəyyən edildiyindən, həmçinin hazırki cinayət işinin mübahisəsiz halıdır.
28. Nəhayət, Məhkum törətdiyi cinayət əməlinin nəticəsində vurulan ziyanın məhz 14910,00 manat təşkil etməsi, əvvəlki paraqrafda sadalana n sayda və növdə ağac və kolların xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli, 421 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”na 1 nömrəli əlavə olan “Fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulmaqla ağacların və kolların götürülməsi (kəsilməsi), zədələnməsi (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın hesablanması üçün Miqdar”da göstərilən qiymətlərə əsaslanmaqla hesablandığından, eyni ilə cinayət işinin mübahisəsiz halını təşkil edir.
29. Bu məqamda məhkəmə kollegiyası həmçinin xatırladır ki, Azərbayca n Respublikası CPM-nin 264.1-ci maddəsində təsbit edilmiş qaydaya görə, cinayət təqibi üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədi ilə ekspertiza təhqiqatının aparılması yalnız elm, texnika, incəsənət və ya sənət sahəsində, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliklər tələb edildikdə həyata keçirilir.
30. İstinad edilən prosessual-hüquqi normanın tələbini nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, Məhkum törətdiyi cinayət əməlinin nəticəsində vurulan ziyanın məbləği normativ-hüquqi akt olan Nazirlər Kabinetinin müvafiq qərarında təsvir edilmiş məbləğlərin sadə riyazi üsulla hesablandığından, məhkəmələrin hazırki cinayət işi üzrə əmtəəşünaslıq ekspertizasının təyin etməmələri ilə pozuntuya yol verdikləri barədə kassasiya şikayətinin müvafiq dəlili də əsassızd ır.
31. Bununla belə, məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Məhkum təqsirləndirildiyi maddənin ən yuxarı həddində cəza təyin etmələri ilə razılaşmayaraq hesab edir ki, bunun nəticəsi olaraq Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinin tələblərinə tam riayət edilməmişdir.
32. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, baxılan işdə Məhkum cəzasını ağırlaşdıran hallar yoxdur, eyni zamanda onun 2-ci qrup əlil olması, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yüngülləşdirən hal kimi nəzərə alınan amil mövcuddur. Lakin, apellyasiya instansiyası məhkəməsi onun cəzasını müəyyən edərkən bu halı nəzərə alsa da, məhkum edilmiş şəxsə həddindən artıq sərt cəza təyin etmişdir.
33. Məhkəmə kollegiyasının fikrincə, sadalanan məsuliyyəti y üngülləşdirən halın mövcudluğu və hər hansı cəzanı ağırlaşdıran halın olmadığı, Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas verir.
34. Bu səbəbdən Bərdə Rayon Məhkəməsinin 1(021)-16/2023 nömrəli, 20 fevral 2023cü il tarixli hökmü ilə ona Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə təqsirli bilinib təyin edilmiş 05 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 3 (üç) il müddətə qədər endirilməli və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.
35. Məhkəmə kollegiyası hesab edir ki, bu cəza vasitəsi ilə də Məhkum islah edilməsinə nail olmaq, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatmaq mümkündür.
36. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-293/2023 nömrəli, 03 iyul 2023cü tarixli qərarı Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinə əsasən yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4cümaddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti qismən təmin edilsin. Kassasiya şikayətinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-293/2023 nömrəli, 03 iyul 2023-cü tarixli qərarı dəyişdirilsin. Bərdə Rayon Məhkəməsinin 1(021)-16/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirli bilinib təyin edilmiş 05 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 3 (üç) il müddətinə endirilsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-293/2023 nömrəli, 03 iyul 2023-cü tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.