Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2286/2023 07.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Məhkum müdafiəçisi İbrahimov Qanqa Cavanşir oğlunun iştir akları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2023-cü il tarixli qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Məhkum və onun müdafiəçisi Q.C.İbrahimov tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli hökmü ilə (hakimlər Quliyev Nizami Fərzi oğlu (sədrlik edən və məruzəçi), Musayev Aqil Əlimusa oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1986-cı il tarixdə Masallı rayonunun Ərkiv an kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində üç azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, “Topaz Marine” gəmiçilik şirkətində elektrik-mexanik vəzifəsində işləmiş, Masallı rayonunun Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, CM-nin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum CM-nin 29,120.1-ci maddəsi ilə ona görə təqsirli bilinərək məhkum edilmişdir ki, o, 30 aprel 2021-ci il tarixdə saat 17 radələrində Masallı rayonu Ərkivan qəsəbəsində birgə yaşadıqları fərdi yaşayış evində aralarında ailə-məişət münaqişəsi zəminində yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs öldürmək qərarına gələrək soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə onun döş qəfəsindən qəsdən bir zərbə vurmuş, sonra bədəninin müxtəlif nahiyələrinə əlindəki bıçaqla qəsdən çoxsaylı zərbələr vuraraq yetirildiyi anda həyat üçün təhlükəli olmaqlasağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinə nüfuz edən, sol plevranın zədələnməsi, sol tərəfli hemotoraks, xarici və daxili qanaxma ilə müşayiət olunan 3 ədəd kəsilmiş-deşilmiş yaralar, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan sol bazu, boyun, sağ əlin IV barmağı, hər iki əlin ovuc səthləri, sol əlin I barmağı nahiyələrində 9 ədəd kəsilmiş yaralar, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən sol gicgah nahiyəsində qançır, sağ əlin II barmağı nahiyəsində sıyrıqla müşayiət olunan bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs köməyinə gəlmiş şəxslər tərəfindən xəstəxanaya çatdırılmaqla göstərilən ixtisaslı tibbi yardım nəticəsində həyatı xilas edildiyindən, o, öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyərək, Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli hökmündən Məhkum, onun müdafiəçisi Q.C.İbrahimov və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Mə hkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) 07 iyun 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2023-cü il tarixli qərarından Məhkum, onun müdafiəçisi Q.C.İbrahimov və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ayrı-ayrılıqda kassasiya şikayətləri verərək aşağdakıları xahiş etmişlər: - Məhkum - qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin olunmasını; - müdafiəçi Q.C.İbrahimov və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs – hər birisi ayrı-ayrılıqda qərarın ləğv edilməsini və Məhkum əməllərinin CM-nin 29,120.1-ci maddəsindən CM-nin 131.2-ci maddəsinə tövsif edilməsi və CM-nin 73.2-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərarın qəbul olunmasını. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələrinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına əsaslanan və barəsində çıxarılmış yekun məhkəmə aktlarına istinad edən Məhkum həmin şikayətini onunla əsaslandırmışdır ki, o, uşaqlarının ağır xəstəlikdən əzab çəkmələrinə görə hadisə günü ruhi həyacan vəziyyətində olmuş, bu zaman arvadı Zərərçəkmiş şəxs öldürmək niyətində olmamış və sonuncuya xəsarətli ehtiyatsızlıqdan yetirmişdir. İbtidai araşdırma orqanı tərəfindən isə ona qarşı qərəzli ittiham irəli sürülmüş, bu ittiham üzrə mötəbər sübutlar əldə olunmamış, lakin buna baxmayaraq o, əsassız olaraq qəsdən adam öldürməyə cəhdə görə CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə heç bir araşdırma aparılmadan bu haqda Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılmış 29 dekabr 2022-ci il tarixli qanunsuz hökm dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Şərh edilən dəlillərə əsaslanaraq Məhkum onun kassasiya şikayətinin təmin olunmasını xahiş edir. Müdafiəçi Q.C.İbrahimov kassasiya şikyətində “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə, “İnsan hüquqlarına dair” Ümumi Bəyannamənin 11-ci maddəsinə, CPM-nin bir çox maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üz rə Avropa Məhkəməsinin bəzi qərarlarına, məhkəmələrin iş üzrə gəldikləri nəticələrə, ibtidai araşdırma zamanı toplanmış və birinci və apellyasiya instansiyası məhkəmələrəinin məhkəmə iclaslarında araşdırılmış sübutlara, əsasən də Məhkum və Zərərçəkmiş şəxs ifadələrinə, habelə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2023-cü il tarixli qərarına istinad edərək həmin qərarı mübahisələndirərək öz kassasiya müraciətini belə əsaslandırmışdır ki, istər ibtidai araşdırma orqanı, istərsə də məhkəmələr tərəfindən toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət verilməyərək Məhkum törətdiyi əməllər düzgün tövsif edilməmişdir. Araşdırılmış sübutlarla dəqiqliklə müəyən edilmişdir ki, Məhkum Zərərçəkmiş şəxs öldürmək niyyətində olmamış, uşaqla rının xəstəliyi ilə bağlı stress keçirərək özü-özünə çoxsaylı xəsarətlər yetirərkən təsadüfən bıçaq zərbələri onun hərəkətlərini dayandırmaq istəyən Zərərçəkmiş şəxs dəymiş və ona məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilmiş ağır, yüngül və dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Məhkəmələr isə bu xəsarətlərin sayının çoxluğundan çıxış edib Məhkum və Zərərçəkmiş şəxs ifadələrini nəzərə almayaraq məhkum olunmuş şəxsin zərərçəkmiş öldürmək niyyətində olması barədə əsassız nəticəyə gəlmiş və heç bir əsas olmadan onların baş vermiş hadisənin həqiqi halları barədə verdikləri ifadələrini nəzərə almaqdan imtina etmiş, qəbul etdikləri yekun məhkəmə aktlarının əsasına isə ibtidai araşdırma zamanı qanun pozuntularna yol verilməklə alınmış Zərərçəkmiş şəxs 24 may 2021-ci il tarixli ifadələrinə əsaslanmışlar. Halbuki, Zərərçəkmiş şəxs məhkəmə iclaslarında dəfələrlə bildirmişdir ki, o, belə ifadələr verməmiş və həmin ifadələr həqiqəti əks etdirmir. Kassasiya şikayətində daha geniş şəkildə təsvir edilmiş dəllərə əsaslanaraq müdafiəçi Q.C.İbrahimov onun da kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 2015-ci ildə Məhkum ilə ailə həyatı qurmuş və onların birgə nikahlarından üç azyaşlı övladları var. Uşaqlardan ikisi serebral iflic və ağır epilepsiya xəstəliyindən əziyyət çəkirlər, hər ikisi Masallı rayon Mərkəzi xəstəxanasında qeydiyyatdadırlar. Həyat yoldaşı Məhkum Azərbaycan Dövlət Dəniz Akademiyasının məzunu olmaqla Bakı da “Topaz-Marine” şirkətinə məxsus gəmidə elektrik-mexanik vəzifəsində işlməklə 42 gün işdə, 42 gün isə evdə olurdu. Hadisəyə qədər Məhkum işindəki problemlərə və, əsasən, uşaqların uzunmüddətli xəstəliyinə görə ruhi sarsıntı keçirirdi. Hadisə günü - 30 aprel 2021-ci il tarixdə xəstə uşaqların ikisi də ardıcıl olaraq qıcolmaya məruz qalmış, onlardan birini çox çətinliklə ayıltmış, digərini isə müxtəlif üsullardan istifadə etsələr də ayılda bilməmiş və buna görə o, və Məhkum özlərini itirmişlər. Bu vaxt Məhkum “Sərxan öldü!” deyərək stolun üstündəki meyvə qabından bıçağı götürüb həyətə çıxmış və bundan az sonra uşağın özünə gəldiyini görüb ona yardım etdikdən sonra o, da ərinə bu barədə xəbər vermək məqsədilə həyətə çıxdıqda, sonuncunun bıçaqla özünün qarın nahiyyəsinə zərbələr vurmasını gö rüb əlindən bıçağı almaq məqsədilə ona tərəf cummuşdur. Məhkum isə onu özündən itələyərək özünə zərbələr vurmaqda davam etdiyinə görə o, hətta xəsarət almasını hiss etmədən ona özünü öldürməməsi barədə yalvarışlar etsə də, Məhkum buna məhəl qoymamışdır. Buna görə o, Məhkumi qucaqlayaraq onun hərəkətlərini bir daha dayandırmaq istədikdə bıçaq zərbəsi onun kürəyindən dəymişdir. Kassasiya şikayəti müəllifinin fikrincə bütün bu hallar Məhkumin ona xəsarətləri ehtiyatsızlıqdan yetirməsinə dəlalət etməsinə, sonuncunun onu öldürmək niyyətində olmamasına baxmayaraq əri əsassız olaraq CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Bu nəticəyə gələn məhkəmələr iş üzrə toplanmış və araşdırılmış sübutlara düzgün qiymət verməmiş və onun adından 24 may 2021-ci il tarixli protokol da yazılmış, lakin əslində vermədiyi ifadələrinə əsaslanmışlar. Halbuki onun Məhkumlə münasibətləri həmişə yaxşı olmuş və hal hazırda da bu münasibətlər dəyişməmişdir. Qeyd olunan dəlillərə əsaslanaraq zərərçəkmiş Zərərçəkmiş şəxs də onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, CPM-nin 419.4-cü ma ddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum, onun müdafiəçisi Q.C.İbrahimovun və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, hər birisinin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinin məzmunundan göründüyü kimi, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirən kassasiya müraciətlərinin müəllifləri öz şikayətlərində həmin məhkəmə tərəfindən sübutlara qanuna müvafiq qaydada qiymət verilməyərək Məhkum əməlinin düzgün tövsif edilməməsini, nəticədə isə onun törətmədiyi cinayət əməlinə görə əsassız olaraq məhkum olunmasını iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələblərini CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kolle giyası Məhkum, müdafiəçi Q.C.İbrahimovun və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMnin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq y alnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kolle giyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarı nı ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından onlardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyi şdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiy yətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və a zadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolve rilməzliyini də nəzərdə tutur. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya h ərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halla rı hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmi ş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tə ləblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üç ün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qan unvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətlərinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bunun üçün məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə cavab verilməsi və iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün məhkəmələrin müəyyən olunmuş hesab etdikləri, Məhkum təqsirli bilindiyi ittihamda əksini tapmış işin hallarına və ibtidai ara şdırma zamanı qanuni yolla əldə edilmiş, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmaqla və tədqiq edilməklə, kassasiya şikayətlərinin dəlillərinin əksinə olaraq, CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş sübutların bir qisminə müraciət etməyi zəruri bilir. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihamın həmin sübutlarla tam təsdiq edilməsini hesab edən məhkəmələr belə nəticəyə gəlmişlər ki, Məhkum 30 aprel 2021-ci il tarixdə saat 17 radələrində Masallı rayonu Ərkivan qəsəbəsində birgə yaşadıqları fərdi yaşayış evində aralarında ailə-məişət münaqişəsi zəminində yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs öldürmək qərarına gə lərək soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə onun döş qəfəsindən qəsdən bir zərbə vurmuş, sonra bədəninin müxtəlif nahiyələrinə əlindəki bıçaqla qəsdən çoxsaylı zərbələr vuraraq yetirildiyi anda həyat üçün təhlükəli olmaqla sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinə nüfuz edən, sol plevranın zədələnməsi, sol tərəfli hemotoraks, xarici və daxili qanaxma ilə müşayiət olunan 3 ədəd kəsilmiş-deşilmiş yaralar, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan sol bazu, boyun, sağ əlin IV barmağı, hər iki əlin ovuc səthləri, sol əlin I barmağı nahiyələrində 9 ədəd kəsilmiş yaralar, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən sol gicgah nahiyəsində qançır, sağ əlin II barma ğı nahiyəsində sıyrıqla müşayiət olunan bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs köməyinə gəlmiş şəxslər tərəfindən xəstəxanaya çatdırılmaqla göstərilən ixtisaslı tibbi yardım nəticəsində həyatı xilas edildiyindən, o, öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyərək, sonuncunu qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum özünü bu əməlləri törətdiyinə görə ona qarşı CM-nin 29,120.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, 2015-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və onların birgə nikahlarından üç azyaşlı övladları var. Uşaqlardan ikisi serebral iflic və ağır epilepsiya xəstəliyindən əziyyət çəkirlər, hər ikisi Masallı rayon Mərkəzi xəstəxanasında qeydiyyatdadırlar. 30 aprel 2021-ci il tarixdə nahar vaxtı onun qızı X11 qıcolma tutaraq özündən getmiş, onu Zərərçəkmiş şəxslə birlikdə özünə gətirəndən sonra, oğlu Xi da qıcolma tutmuş və o, da huşunu itirərək özündən getmişdir. Lakin onlar oğluna kömək etməyə çalışsalar da, uşaq ayılmamış və onlar sonuncunun ölməsini zənn etmişlər. Bu hal ona ona çox pis təsir etdiyindən o, özünü öldürmək qərarına gəlmiş və bunun üçün masanın üzərindəki meyvə qabında olan bıçağı götürüb həyətə çıxmış, həmin vaxt özündə olmamış və bıçaqla özünə zərbələr vurmağa başlamışdır. Bu vaxt Zərərçəkmiş şəxs ona yaxınlaşıb qucaqlayaraq “mənə dəyir axı nə edirsən, üzün yanmasın” demiş, bu sözlərdən bir az özünə gəlmiş və özünü bədəninin müxtəlif nahiyyələrinə vura bilmədiyinə görə əlindəki bıçaqla boğazına da zərbələr endirmiş, bundan sonra baş verənlər isə yadında qalmamışdır. Xatırladığı odur ki, o, özünə xəsarətlər yetirdikdən sonra yerə yıxılmış, ayıldıqda isə həyət darvazasının açıldığını, valideynlərinin isə onun yanında olmalarını görmüşdür. O, həmçinin qeyd etmişdir ki, bu hadisəyə qədər onun Zərərçəkmiş şəxslə münasibətləri yaxşı olmuş, sonuncu bir dəfə 2016-cı ildə arvadı küsüb validenlərinin yaşadıqları evlərinə getsə də, sonradan onunla barışaraq yenidən birgə yaşadıqları evə qayıtmış, istər həmin vaxt, istərsə də birgə nikahda olan bütün dövrdə ona qarşı heç vaxt zor tətbiq etməmiş, hadisə günü də onu öldürmək niyyətində olmamışdır, onda olan xəsarətləri isə o, ehtiyatsızlıqdan yetirmişdir. Məhkum bu ifadələri ilə onun ibtidai araşdırma zamanı verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə birinci instansiya məhkəməsi CPM-nin 327.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq onun məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri də elan edərək tədqiq etmişdir. İbtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Məhkum göstərmişdir ki, 2003-2007-ci illərdə o, Azərbaycan Dənizçilik Akademiyasında oxumuş, 2007-2009-cu illərdə hərbi xidmətini Daxili Qoşunlarda keçirmiş, hərbi xidmətini başa vurduqdan sonra Türkiyədə işləmiş, 2012-ci ildən Azərbaycan Respublikasında fəaliyyət göstərən «Topaz Marine» gəmiçilik şirkətinə işə düzəlmiş və gəmidə elektrik-mexanik vəzifəsində işləmiş, həmin şirkətdə işlədiyi müddətdə 42 gün işdə, 42 gün evdə olmuşdur. Zərərçəkmiş şəxslə 2015-c i ildə evlənmiş, onların birgə nikahlarından üç uşaq anadan olmuşdur. Həyat yoldaşı Zərərçəkmiş şəxs ilə onun arasında əvvəllər heç bir mübahisə baş verməmiş, yalnız xırda söz-söhbət olmuşdur. 30 aprel 2021-ci il tarixdə saat 17 radələrində o, Masallı rayonunun Ərkivan qəsəbəsində yaşadığı evin girişində olan ümumi otaqda oturmuş, qonşu otaqda isə Zərərçəkmiş şəxs və uşaqları olmuşlar. Bundan başqa onlarla birlikdə yaşayan əmisi Şahid1 da evdə olmuş və onun uşaqları ilə oynamışdır. Həmin vaxt o, özünə aid olan bir sıra şəxsi problemləri haqda düşünməyə başlamış, bundan əsəbləşərək masanın üzərində olan mətbəx bıçağını götürüb həyətə çıxmış, onda yaranmış əsəb gərginliyi ilə əlaqədar özünün qarın nahiyəsinə və boğazına bir neçə dəfə bıçaqla zərbələr vurmuşdur. Bu vaxt Zərərçəkmiş şəxs evdən çıxıb ona tərəf gəlmiş, onu qucaqlayaraq özünə qəsd etməməyi, uşaqlarını fikirləşməyi deyərək bıçağı ondan almağa cəhd etmiş, o, isə Zərərçəkmiş şəxsi özündən kənarlaşdırmaq istəsə də, Zərərçəkmiş şəxs ondan aralaşmamış, yenidən özünə bıçaqla xəsarət yetirmək istəyən zaman bıçaq zərbəsi Zərərçəkmiş şəxsin kürək nahiyəsindən dəymişdir. Həmin vaxt o, nə etdiyini bilməmiş və Zərərçəkmiş şəxsə bilmədən bıçaqla xəsarətlər yetirmişdir. Onun Zərərçəkmiş şəxsə xəsarət yetirmək və ya onu öldürmək niyyəti olmamış, özü də bilmədən Zərərçəkmiş şəxsə bıçaqla zərbələr endirmişdir. Zərərçəkmiş şəxsi bıçaqla vurarkən həmin hadisəni heç kim görməmiş və hadisə təxminən 2 dəqiqə davam etmiş, bu zaman arvadı ona heç bir xəsarət yetirməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında zərər çəkmiş qis mində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, hadisə baş verən gün, yəni 30 aprel 2021-ci il tarixdə əri Məhkum uşaqların xəstəliyinə görə çox narahat idi ona görə ki, həmin ərəfədə uşaqlarının qıcolmaları tez-tez tuturdu. Həmin gün Məhkum onları Baba bulağına gəzməyə aparmaq istəyirdi, onun valideynləri isə əvvəl evdə olsalar da, sonradan birlikdə xəstəxanaya getmiş, kiçik, üç aylıq uşağının da sağlamlığında problemlər olduğuna və həkim onun havada gəzdirməyin xeyirli olduğunu dediyinə görə, o, uşağı geyindirib, Məhkumin əmisi Şahid1 onu həyətdə gəzdirməsini xahiş etmiş, sonuncu da bu xahişi yerinə yetirməyə razılaşaraq uşaqla birlikdə həyətə çıxmış, oğlu X və qızı X11 isə evdə qalmışlar. Qızı X11 onun yanında olmuş, oğlu X evdə velosiped sürmüş, Məhkum isə telefonla məşğul olmuşdur. Həmin vaxt qızı X11 özündən getmiş, o, da qışqıraraq Məhkumi köməyə çağırmış, onlar birlikdə uşağı özünə gətirdikdən sonra onu divana uzatmışlar. O, uşağın belə vəziyyətə düşməsinə görə həyacan keçirərək ağlamış və bu vaxt Məhkum qışqıraraq onu köməyə çağırdığına görə dərhal özünü oğlu Xın yıxılaraq qıcolması tutduğu yerə çatdırmış və sonuncunun özündən getdiyini, rənginin qaraldığını görmüşdür. Məhkum uşağın ölməsini zənn edib bu haqda ona dedikdən sonra masanın üzərindən mətbəx bıçaqını götürüb evdən çıxmış, o, isə uşağın yanında qalmışdır. Bu vaxt oğlu X dərindən nəfəs alaraq özünə gəlmiş və o, sevinərək bu haqda Məhkumə demək məqsədilə evdən həyətə çıxdıqda sonuncunun bıçaqla boyun hissəsinə zərbələr vurduğunu görmüşdür. Onun bunu etməməsi üçün o, Məhkumə yalvarış etməyə başlamış, onu qucaqlamış və bu an bıçaq zərbələri onun kürək nahiyəsindən dəymiş, Məhkum isə zərbələri özünə vurduğunu zənn etmişdir. O, isə bıçağı ondan almaq məqsədilə əli ilə həmin bıçağı tutarkən əlindən, Məhkum onu özündən itələyərkən döş qəfəsindən xəsarətlər almışdır. Həmin vaxt Məhkum boşalıb yerə yıxılmış, o, isə həyətdə olan stulda oturmuş və “Kömək edin, Məhkum özün öldürdü!” deyə qışqırmışdır. Bu vaxt qaynatası ilə qaynanası həyətə daxil olmuş, sonra da qonşuları həyətlərinə gələrək təcili tibbi yardıma zəng etmiş və o, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılmışdır. 2021-ci il may ayının 3-də o, xəstəxanada olarkən onun ilkin izahatı alınmış və həmin izahatında da o, Məhkumin onu qəsdən vurmadığını, hadisənin ehtiyyatsızlıqdan baş verdiyini bildirmişdir. 20 may 2021-ci il tarix də o, əlində olan xəsarətə görə Sumqayıt şəhərində yerləşən xəstəxanada əməliyyat olunmuş, zərər çəkmiş şəxs qismndə ilk ifadələri isə, iş materiallarında göstərildiyi kimi, mayın 24-də deyil, iyulun 16-da babasının vəfat etməsinin 7-si günü vermişdir. Zərərçəkmiş şəxs həmçinin göstərmişdir ki, hadisədən iki-üç ay qabaq Məhkum ona əmək haqqı kartından kiminsə pul çəkdiyini bildirmiş, o, da Məhkumə kartını yoxlatdırmadığı məsləhət görmüş, lakin bununla bağlı onların arasında mübahisə və ya münaqişə baş verməmişdir. Zərər çəkmiş şəxs ifadəsinə əlavə olaraq bildirmişdir ki, hadisədən dərhal sonra o, Məhkumlə barışmış, hazırda isə uşaqları ilə birlikdə sonuncunun valideynlərinin evində onlarla birlikdə yaşayır. İbtidai araşdırma zamanı zərər çəkmiş şəxs qismində dindirilərkən isə Zərərçəkmiş ş əxs göstərmişdir ki, hadisədən əvvəl Məhkum dəfələrlə özünün maaş kartından pulunun çəkildiyini, telefonunun dinlənildiyini bildirib evdə söz-söhbət salmışdır. O, dəfələrlə Məhkumə onun kartından pulu çıxarmadığını, kartı görmədiyini, kartdan pul çıxarmasından kimdənsə şübhələnirsə polisə müraciət etməyi bildirərək buna görə evdə söz-söhbət salmamağı xahiş etmişdir. Onların birinci və ikinci uşaqları serebral iflic olduğundan Məhkumə uşaqların xatirinə evdə söz-söhbət salmamağı xahiş etmiş, lakin Məhkum onu dinləməyərək həyatından narazılıq etmiş, özünü öldürəcəyini demişdir. Hətta qayınatası da buna görə Məhkumi həkimə aparmaq istəmiş, lakin sonuncu bu təklifə razı olmamışdır. 30 aprel 2021-ci il tarixdə saat 17 radələrində qayınatası Qədir və qayınanası X11 evdən çıxıb xəstəxanaya getmiş və oradan həkimi evə gətirib Məhkumi ona göstərmək istəmişlər. Həmin vaxt o, körpə uşağı Mətini qucağında saxlamış, digər uşaqları X11 və X isə birinci mərtəbədə başqa otaqda oyun oynamış, Məhkumin əmisi Şahid1 isə X11la Xin yanında olmuşdur. Qayınatasıgil gedəndən 5 dəqiqə sonra Məhkum yenidən ona bank hesabından pul çıxarıldığını bildirib onunla mübahisə etməyə başlamış, o, Məhkumə bu hərəkətlərdən əl çəkməyi, onun bank hesabına heç kimin müdaxilə etmədiyini demiş, bu zaman Məhkum evdən həyətə çıxmış, o, isə körpə uşağını Şahid1 verib Məhkumin arxasınca həyətə çıxmışdır. Bu vaxt o, həyətdə Məhkumin götürdüyü bıçaqla özünə, qarın nahiyəsinə zərbələr vurduğunu görmüşdür. O, dərhal Məhkumə yaxınlaşıb bıçağı onun əlindən almaq istəmiş, yalvararaq uşaqlarına yazığı gəlməsini demiş, Məhkum is ə əsəbləşərək əvvəl onun kürək nahiyəsindən bıçaqla vurmuş, daha sonra bıçaqla onu dayanmadan vurmağa başlamış, bir neçə bıçaq zərbəsi ilə xəsarət aldıqdan sonra huşu gedərək yerə yıxılmışdır. Həmin vaxt qayınanası və qayınatası həyətə daxil olmuş və o, huşunu itirib özündən getdiyindən sonradan baş verənlərdən xəbəri olmamış, bir müddət sonra anasının səsini eşitmiş, anasından 5 dəqiqə sonra təcili yardım maşını gəlmiş və o, həmin avtomaşınla Lənkəran rayon xəstəxanasına aparılmışdır. Ondan əvvəl Məhkumi qonşuları Şahid6 öz avtomaşınında xəstəxanaya aparmışdır. Lənkəran rayon xəstəxanasında onun üzərində əməliyyat aparılmış və həkimlər onu həyata qaytarmışlar. Məhkumin onu və özünü bıçaqla vurmasının səbəbini bilmir, lakin hadisədən əvvəlki günlərdə onun çox əsəbi olduğunu görmüşdür. Şa hid1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında göstərmişdir ki, o, hadisə günü qardaşı Şahid3un, yəni Məhkum və Zərərçəkmiş şəxslərin yaşadıqları evdə, Məhkumin valideynləri isə xəstaxanaya getmişlər. Həmin vaxt Zərərçəkmiş şəxsin ondan balaca uşağı götürüb həyətə hava almağa aparmasını xahiş etmiş, o, da bu xahişi yerinə yetirərək Məhkumin balaca qızını götürüb onlardan aralıda olan köhnə evlərinin həyətinə aparmışdır. Həyətdə olarkən Zərərçəkmiş şəxsin qışqıraraq Məhkumin özünü öldürdüyünü deməsini eşidib dərhal yaşadığı evin həyətinə qayıtmış və orda artıq qardaşı Şahid3in, onun arvadı X11ın olmalarını, sonuncunun Məhkumin başını qucağına qoyub boğazını yaylıqla sıxdığını, Zərərçəkmiş şəxsin isə stulda oturduğunu görmüşdür. O, əlavə olaraq həmçinin göstərmişdir ki, hadisə baş ve rən gün Zərərçəkmiş şəxslə Məhkum mübahisə etməmişlər. Şahid1 bu ifadələri ilə onun ibtidai araşdırma zamanı verdiyi ifadələri arasında ziddiyəytlərin olması müəyyən edildiyindən onun da məhkəməyədək icraat zamanı verdiyi ifadələri CPM-nin 329.1-cü maddəsinə əsasən elan edilərək tədqiq edilmişdir. Həmin dövrdə şahid qismində dindirilərkən isə Şahid1 göstərmişdir ki, onun arvadı vəfat etdiyindən öz evində tənha yaşamış, 2018-ci ildə qardaşı Şahid4 onu evinə dəvət etmiş, həmin vaxtan da o, Şahid3ün evində yaşayır. Məhkum onun qardaşı oğlu olmaqla 2015-ci ildə Zərərçəkmiş şəxslə ailə qurmuş və onların birgə nikahdan üç azyaşlı uşaqları var. 30 aprel 2021-ci il tarixdə saat 16 radələrində o, Məhkum, Zərərçəkmiş şəxslə və uşaqları evdə olmuş, həmin vaxt həyətə düşdükdə Məhkumlə Zərərçəkmiş şəxs in mübahisə etdiklərini görüb bu mübahisəyə qarışmayaraq kənara çəkilmişdir. O, Məhkumin körpə uşağını götürüb bağa aparıb orada gəzdirmiş, təxminən 15 dəqiqədən sonra Zərərçəkmiş şəxsin qışqırıq səsini eşidib bağdan qaldığı evin həyətinə gəlmiş, bu zaman Zərərçəkmiş şəxsin stulda oturmasını, Məhkumin isə yerdə yıxılmış vəziyyətdə oduğunu, hər ikisinin üst-başının qanın içərisində olduğunu görüb şok vəziyyətinə düşmüş, nə etmək lazım olduğunu bilməmişdir. Bu vaxt qardaşı Qədir və onun arvadı X11 həyətə daxil olmuş, qardaşının və arvadının qışqırığına qonşular köməyə gəlmiş, daha sonra təcili yardım maşını çağırılaraq onların ikisini də xəstəxanaya aparmışlar. Şahid1 həmçinin qeyd etmişdir ki, Məhkumlə Zərərçəkmiş şəxsin arasında mübahisələri olsa da, heç vaxt ciddi münaqişə baş verməmişdir. O, bağda olduğundan hadisənin hansı şəraitdə baş verməsini, kimin kimə vurmasını görməmiş, Zərərçəkmiş şəxsin qışqırıq səsinə hadisə yerinə gəlmişdir. İş maiteriallarından görünür ki, Şahid4, X11 (Məhkum valideynləri), Şahid3 (zərərçəkmiş Zərərçəkmiş şəxs anası), Şahid7, Şahid6, Şahid9, Şahid8 və başqaları da həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında şahid qismində dindirilmiş, lakin həmin şahidlər öz ifadələrində yalnız hadisə baş verdikdən sonra hadisə yerinə gəldiklərindən, bəziləri isə ümumiyyətlə hadisə yerində olmadıqlarından bundan əvvəl Məhkum ilə Zərərçəkmiş şəxs arasında mübahisə olubolmaması, Məhkumin isə həm arvadına, həm də özünə bıçaqla xəsarət yetirməsinin səbəbləri və məqsədi barədə bilmədiklərini göstərmişlər. Buna görə, mə hkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edilmiş həmin ifadələrin hazırki qərarda təkrarən təsvirinə ehtiyac görmür. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 06 may 2021-ci il tarixli 303 nömrəli rəyinə görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində – döş qəfəsinə nüfuz edən, sol plevranın zədələnməsi, sol tərəfli hemotoraks, xarici və daxili qanaxma ilə müşayiət olunan 3 ədəd kəsilmiş-deşilmiş yaralar, sol bazu, boyun, sağ əlin İV barmağı, hər iki əlin ovuc səthləri, sol əlin I barmağı nahiyələrində 9 ədəd kəsilmiş yaralar, sol gicgah nahiyəsində qançır, sağ əlin II barmağı nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən döş qəfəsinə nüfuz edən, sol plevranın zədələnməsi, sol tərəf li hemotoraks, xarici və daxili qanaxma ilə müşayiət olunan 3 ədəd kəsilmiş-deşilmiş yaralar, sol bazu, boyun, sağ əlin IV barmağı, hər iki əlin ovuc səthləri, sol əlin I barmağı nahiyələrində 9 ədəd kəsilmiş yaralar kəsici-deşici əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni ekspertizaya təqdim edilmiş bıçaqla bədən səthində aşkar edilmiş kəsilmiş-deşilmiş və kəsilmiş yara nahiyələrinə vurma nəticəsində əmələ gələ bilməsi istisna edilmir, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, yetirilmə müddəti tibbi sənəddə göstərilən tarixə xx.xx.2021-ci ilə uyğun gəlir və hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə döş qəfəsinə nüfuz edən, sol plevranın zədələnməsi, sol tərəfli hemotoraks, xarici və da xili qanaxma ilə müşayiət olunan 3 ədəd kəsilmiş-deşilmiş yaralar həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sol bazu, boyun, sağ əlin IV barmağı, hər iki əlin ovuc səthləri, sol əlin I barmağı nahiyələrində 9 ədəd kəsilmiş yaralar sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş kəsilmiş-deşilmiş və kəsilmiş yaralar cərrahi müdaxiləyə məruz qaldıqları üçün eyni və ya müxtəlif növ kəsici-deşici əşyaların təsirindən törənməsini daha dəqiq aydınlaşdırmaqdan ötrü hadisə vaxtı zərərçəkmişin əynində olan paltarlar Birliyin məhkəmə-tibbi kriminalistika şöbəsinə təqdim edilməklə dəqiq cavab almaq mümkündür. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin yerləşmə nahiyələrini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər daha çox digər şəxs və ya şəxslər tərəfindən yetirilə bilərdi, xəsarətlər daha çox gövdənin sol səthində yerləşməklə istiqaməti soldan sağa, öndən arxaya, arxadan önə doğru olmuşdur. Məhkəmə tibbi ekspertizasının 06 may 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Məhkum bədəni üzərində-qarın böşluğuna nüfuz edən, böyük piyliyin zədələnməsi, xarici və daxili qanaxma ilə müşaiyyət olunan 1 ədəd kəsilmiş deşilmiş yara, boyun nahiyyəsində 7 ədəd kəsilmiş yaralar, təpə nahiyyəsində 2 ədəd sıyrıqlar və cızıqlar müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər kəsici deşici əşyanın təsirindən törənmişdir. Ekspertizaya təqdim edlmiş bıçaqla bədən səthində aşkar edil miş xəsarətlər alınan nahiyyələrə vurma nəticəsində əmələ gələ bilər, yetirilmə müddəti 30 aprel 2021-ci il tarixə uyğun gəlir və hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə qarın boşluğuna nüfuz edən, böyuk piyliyin zədələnməsi, xarici və daxili qanaxma ilə müşaiyyət olunan 1 ədəd kəsilmişdeşilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, boyun nahiyyələrində 7 ədəd kəsilmiş yaralar sağlamlığa yüngül zərərvurmaya, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Məhkum bədəni üzərində aşkar edilmiş xəsarətlərin yerləşmə nahiyyələrini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər əlçatan nahiyyələrdə yerləşdiyindən şəxsin özü tərəfindən özünə yetirlməsi inkar olunmur, digər şəxs və şəxslər tərəfindən yetirilməsi uyğ un və inandırıcı deyildir. Həm yuxarıda təsvir edilmiş ifadələrin, iş materiallarında olan əməliyyat məlumatının, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizlarının rəylərinin müqayisəli şəkildə birgə təhlili, Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlərin sayı, lokalizasiyası, ağırlıq dərəcəsi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, qeyd olunan rəylərlə Məhkum həm özünə, həm də Zərərçəkmiş şəxs bıçaqla xəsarətlər yetirməsinin ardıcılığı göstərilməsə də, bu halın müəyyən edilməsi eskpertiza tədqiqatının aparılması nəticəsində müəyyən edilməsi mümkün olmasa da, Məhkum özündə olan bıçaqla həm özünə, həm də Zərərçəkmiş şəxs müxtəlif xəsarətləri bilərəkdən, yəni qəsdən yetirmiş və onun tərəfindən bu əməllər heç də ehtiyatsızlıqdan törədilməmişdir. Bundan əvvəl isə məhkumla zərər çə kmiş şəxs arasında ailə-məişət zəminində mübahisə baş vermiş (Zərərçəkmiş şəxs və Şahid1nin ibtidai araşdırma zamanı verdikləri ifadələrə görə) və bundan sonra da Məhkum tərəfindən məhz qəsdən ona ittiham olunmuş əməlləri törətmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası birinci və apellyasiya instansiysı məhkəmələri tərəfindən həm məhkum olunmuş şəxsin və zərərçəkmişin, həm də şahidlərin bir qismininin məhkəmə iclasında verdikləri ifadələri Zərərçəkmiş şəxs məsuliyyətinin yüngülləşdirilməsinə yönəlmiş ifadələr kimi qiymətləndirilməsi, iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının əsası kimi isə sonuncunun əməllərini qəsdən törətməsinə dəlalət edən sübutların, xüsusən də zərərçəkmiş Zərərçəkmiş şəxs ibtidai aradırma zamanı heç bir təsir və ya təzyiq göstərilmədən verdiyi ifadələrinin mötəb ər sübutlar kimi qəbul edilməsi ilə razılaşır və belə qənaətə gəlir ki, Məhkum əməllərinin ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurma kimi qiymətləndirilərək həmin əməllərin CM-nin 131.2-ci maddəsi ilə tövsif edilməsi, bununla da müdafiəçi Q.C.İbrahimovun və zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətlərinin bu hissədə təmin edilməsi üçün heç bir əsas yoxdur. Bu qənaəti ilə bağlı, məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, işə birinci instansiyası məhkəməsində baxılarkən Zərərçəkmiş şəxs 24 may 2021-ci il tarixdə Masallı rayon prokurorluğunda dindirilməsinə dair iddiası da yoxlanlmış və həmin dindirmə zamanı tərtib edilmiş protokolun “İstintaq hərəkəti protokollarının qeydi” kitabında 2021-ci ilə aid olan 368 nömrəsi ilə qeydə alınması müəyyən edilmiş dir. Eyni zamanda, Zərərçəkmiş şəxs göstərilən tarixdə dindirilməsi zamanı CPM-nin 125.2-ci maddəsində təsbit edilmiş hər hansı pozuntuya yol verilməsi də araşdırılmış sübutlarla müəyyən olunmamışdır. Bu hal da onu təsdiq edir ki, Zərərçəkmiş şəxs 24 may 2021-ci il tarixdə Masallı rayon prokurorluğunda dindirilərək yuxarıda təsvir edilmiş, Məhkum ona qəsdən bıçaq xəsarətlərini yetirməsi barədə doğru ifadələr vermiş, sonradan isə həmin ifadələrini dəyişərək Məhkum ona xəsarətləri qəsdən deyil, ehtiyatsızlıqdan yetirdiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, onun tərəfindən bu məzmunda ifadələrin verilməsinin səbəbi, özünün də dəfələrlə vurğuladığı kimi, əri olan Məhkum ilə barışıq əldə etməsi, sonuncu həbs olunandan sonra onun himayəsində üç azyaşlı uşaqların qalmaları, özünün heç yerdə işləməyərək buna görə həm maddi, həm də mənəvi cəhətdən əziyyət çəkməsi, Məhkumin tezliklə azadlığa buraxılmasının istəməsi kimi halların meydana gəlməsi olmuşdur. Bununla belə, məhkəmə kollegiyası kollegiyası hesab edir ki, həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr Məhkum ona ittiham olunmuş əməli törədərkən Zərərçəkmiş şəxs öldürmək məqsədində olması, yəni onun qəsdinin sonuncunun həyatdan məhrum edilməsinə yönəlməsi və onun əməlinin CM-nin 29,120.1-ci maddəsi ilə tövsif edilməli olması barədə nəticəyə gələrkən yalnız ehtimallara, əsasən də zərərçəkmişə yetirilmiş xəsarətlərin xarakterinə, ağırlıq dərəcəsinə və sayına əsaslanmmış, cinayət əməlinin subyektiv cəhədinə, yəni adam öldürməyə birbaşa qəsdin olmasına dəlalət edən sübutlar əldə etməmişlər. Bu qənaəti ilə bağlı mə hkəmə kollegiyası cinayət işi üzrə toplanmış və araşdırılmış sübutlara bir daha müraciət etməyi zəruri bilir. Belə ki, həmin sübutlardan görünür ki, 30 aprel 2021-ci il tarixdə saat 17 radələrində Məhkum ilə Zərərçəkmiş şəxs arasında mübahisə və münaqişə hər hansı başqa şəxsin iştirakları olmadan, onların ikisinin arasında baş vermiş və həmin münaqişə zamanı Məhkum özündə olan bıçaqla zərərçəkmişə müxtəlif, o cümlədən sağlamlığa ağır zərər vuran xəsarətlər yetirdikdən sonra özü, heç kimi müdaxiləsi olmadan hərəkətlərini dayandıraraq bıçağı tullamış, digər tərəfdən isə istər bundan əvvəl, istərsə də qanuna zidd əməlini törədərkən Zərərçəkmiş şəxs öldürməklə hədələməmiş, buna nail olmağa cəhd etməmiş, qəsdən adam öldürmə ilə bağlı əməlini başa çatdırmaqdan ötrü onun kifayət qədər gücü və imk anı olsa da bunlardan da istifadə etməmiş və hətta sonradan törətdiyi əmələ görə peşmançılıq hissi keçirdiyini bildirmişdir. Qeyd olunmalıdır ki, təsvir olunan hallar nəinki Məhkum (o, cinayət təqibinin bütün mərhələlrində təkidlə bildirmişdir ki, onun Zərərçəkmiş şəxs öldürmək niyyəti heç vaxt olmamışdır) və Zərərçəkmiş şəxs məhkəmə iclaslarında, həm də ibtidai araşdırma zamanı verdikləri ifadələrlə də təsdiq olunur, digər tərəfdən sonradan hadisə yerinə gəlmiş şahidlərin ifadələri ilə də üst-üstə düşür. Göründüyü kimi, bütün bu halları nəzərlərindən qaçırmış ibtidai araşdırma orqanı və məhkəmələr yalnız Zərərçəkmiş şəxsda aşkar edilmiş xəsarətlərin sayına və dərəcəsinə əsaslanaraq Məhkum zərər çəkmiş şəxsi öldürmək məqsədilə ona bu xəsarətləri yetirməsi, yəni onun qəsdən adam öldürməyə cəhd etməsi barədə ehtimal xarakterli nəticəyə gəlmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə, bu nəticə həm işin faktiki halları ilə, həm cinayət qanunvericiliyinin tələbləri ilə, həm də “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı Qərarında əksini tapmış izah və tövsiyələrlə uzlaşmır. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə görə cinayət məsuliyyəti CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuşdur. Qanunun bu normasının mənasına görə, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Qəsdən adam öldürməyə cəhd emə cinayəti isə yalnız birbaşa qəsdlə törədilir, yəni bu zaman təqsirkar şəxs d igər şəxsin həyatına qəsd edərkən öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun ictimai təhlükəli nəticəsini qabaqcadan görür və bu nəticənin baş verməsini arzu edir, lakin öz iradəsindən asılı olmayaraq həmin nəticənin baş verməsinə nail olmur. Bu zaman təhlil edilən cinayətin başa çatdırılmaması səbəbləri müxtəlif ola bilər və şəxsin qəsdən adam öldürməyə cəhd etməsi barədə nəticəyə gəlmək üçün ilk növbədə onun etdiyi hərəkətlərin nəticəsini qabaqcadan görməsinin və bu nəticəni arzu etməsinin sübuta yetirilməsi tələb olunur. Belə sübutlar əldə edilmədikdə, digər tərəfdən isə təqsirkarın öz əməlləri ilə zərər çəkmiş şəxsin sağlamlığına hər hansı zərər vurması müəyyən edildikdə isə həmin əməllər baş vermiş nəticələrə əsasən sağlamlıq əleyhinə cina yət kimi qiymətləndirilməlidir. Qəsdən adam öldürməyə cəhd etmə əməlinin sağlamlığa bu və ya digər zərər vurma əməlindən fərqləndirmək üçün həmçinin təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilməli, bunun üçün isə işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri və davranışı nəzərə alınmalıdır. Qanunvericiliyin tələblərinə verilmiş təfsirə uyğun olan izah həmçinin “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında da əksini ta pmışdır. Həmin Qərarın 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Məhkəmə kollegiyasının yuxarıda göstərilən qənaəti həmçinin cinayət qanunvericiliyinin aşağıdakı normalarının tələblərindən irəli gəlir. Belə ki, CM-nin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin ) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. CM-nin 25.3-cü maddəsinin tələbinə görə isə, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. CM-nin 29-cu maddəsində göstərilmişdir ki, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə kollegiyası hazırki iş üzrə Məhk um qəsdinin nəyə yönəlməsi ilə bağlı cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olunmuş hallara əsaslanaraq cinayətin subyektiv cəhətinin əsas əlaməti olan təqsir anlayışını təhlil etməyi zəruri hesab edir. Təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti nəzərdə tutulur. Təqsirsizlik prezumpsiyası və təqsirə görə məsuliyyət prinsipləri ilə təqsir cinayət tərkibinin mütləq elementi kimi təsbit olunur və şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsasını təşkil edir. Belə ki, CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyi n bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüq uqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davra nışın əqli və iradəvi tərəflərini təşkil edir. Əqli meyar ondan ibarətdir ki, təqsirli şəxs əməlin ictimai təhlükəliliyini və belə əməlin törədəcəyi ictimai təhlükəli nəticələri dərk edir. İradi element cinayətin subyektinin şüurunda baş verən iradəvi proseslərlə səciyyələnir, yəni şəxs ictimai təhlükəli nəticələrin baş verməsini arzu edir və ya şüurlu surətdə onlara yol verir, yaxud yüngül fikirliliklə ictimai təhlükəli nəticələrin qarşısının alınmasına ümid edir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyində təqsirin forması bilavasitə Məcəllənin Xüsusi hissəsindəki normanın dispozisiyasında nəzərdə tutula və ya normanın mətninin şərh edilməsi yolu ilə müəyyən edilə bilər. Təqsirin formasının müəyyən edilməsi - yalnız qəsdən törədilmiş əməllərin cinayət məsuliyyətinə səbəb olduğu hallarda müvafiq məsuliyətin yaranıb-yaranmaması (CM-nin 128-ci maddəsi), obyektiv cəhətdən oxşar cinayətlərin fərqləndirilməsi (əməlin CM-nin 186 və ya 187-ci maddəsi ilə tövsif edilməsi), cinayətlərin təsnifatının müəyyən edilməsi (CMnin 15-ci maddəsinə müvafiq olaraq yalnız qəsdən törədilmiş cinayətlər xüsusilə ağır cinayətlər hesab olunur), cəzaçəkmə müəssisəsinin növünün təyin edilməsi (CM-nin 56.1ci maddəsi) kimi məsələlərin həlli üçün zəruridir. Məhkəmə kollegiyası Məhkum əməlinin düzgün tövsif edilməsi üçün işin hallarına bu təfsirdən yanaşaraq həmçinin vurğulamağı lazım bilir ki, iş üzrə toplanmış sübutlara əsasən, Məhkum Zərərçəkmiş şəxs baş vermiş mübahisə zəminində sonuncuya qarşı qəzəb hissi yaransa da və buna görə özü ilə yanaşı həmçinin ona da özündə olan bıçaqla x əsarətlər yetirmək niyyəti olsa da, o, hər hansı başqa niyyət izləmədən təsadüfən yaranmış niyyətinə uyğun olaraq bıçaqla Zərərçəkmiş şəxs ağır, yüngül dərəcəli və dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmiş, lakin onu öldürmək niyyətində olmayaraq və onun ölümünün baş verməsini arzu etməyərək kənar müdaxilə olmadan öz hərəkətlərini dayandırmış, onun ölə bilməsini isə heç ehtimal belə etməmişdir. Bu hallar bir daha onu göstərir ki, Məhkum ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs ölməsini arzulamamış, yəni onun qəsdi birbaşa belə nəticənin baş verməsinə yönəlməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün yuxarıda təsvir edilənlərə görə Məhkum Zərərçəkmiş şəxs müxtəlif xəsarətlər yetirərək onun sağlamlığına ağır və yüngül zərər vurması mübahisəsiz sübut olunsa da, bu nlar sonuncunun əməlində CM-nin 29, 120.1-ci maddədə nəzərdə tutulmuş cinayət tərkibinin mövcud olmasına kifayət etmir. Belə ki, Məhkum qarşı CM-nin 29,120.1-ci maddəsi ilə irəli sürülmüş ittiham apellyasiya instansiyası məhkəməsinin qərarı ilə birgə təhlil edildikdə görünən odur ki, həm ittiham, həm də birinci instansiyası məhkəməsinin hökmü, habelə həmin hökmün qüvvədə saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin qərarı məhkum olunmuş şəxsin ifadələri ilə yanaşı yalnız zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinə əsaslanır ki, bu ifadələrin məzmunundan da Məhkum Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyəti görünmür, məhkumun belə məqsədinin olmasına dair başqa sübutlar da əldə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həm bu hallar, həm də Məhkum hadisədən sonrakı davr anışı (əməlindən peşman olması) onun Zərərçəkmiş şəxs öldürmək məqsədində olmasına dəlalət etmədiyindən onun törətdiyi cinayət əməli baş vermiş nəticənin daha ağırına uyğun olaraq, yəni zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurma kimi qiymətləndirilib CM-nin 29,120.1-ci maddəsindən, kassasiya şikayətində göstərildiyi kimi, CM-nin 131.2-ci maddəsinə deyil, CM-nin 126.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinə dair gəldiyi qənaətlə bağlı vurğulayır ki, qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərin xüsusi bir növünün sağlamlıq əleyhinə olan cinayətlərin ən təhlükəlisidir. Təhlil edilən cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, CM-nin 126-cı maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri ola n insan sağlamlığına zərər vurulur, yəni həmin cinayətin obyekti insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Cinayətin obyektiv cəhətinə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərindən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər, lakin insan sağlamlığına ağır zərər hərəkətsizliklə də vurula bilər. Bu, o halda mövcud olacaqdır ki, təqsirkar şəxs zərərçəkmiş barəsində etməli olduğu hərəkəti etməsin və nəticədə onun sağlamlığına ağır zərər vurulsun. Subyektiv cəhətdən isə qeyd olunan cinayət həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış sübutların fövqündə qanunvericiliyin tələblərinə, onlara veri lmiş təfsirə əsaslanaraq araşdırılmış sübutların Məhkum qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi məsələsinə bu sübutların mümkünlüyü və kifayət etməsi nöqteyi nəzərindən yanaşıb qiymətləndirərək və məhkəmənin hökmünün ehtimallara əsaslana bilməməsi (apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, həmin qərar cinayətin subyektiv cəhətinin sübuta yetirilməsi hissəsində sübutlara deyil, yalnız ehtimallara və subyektiv mülahizələrə əsaslanmışdır), bütün şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə həll olunmasına dair qanunvericiliyin təlbələrindən çıxış edərək bir daha Məhkum cinayət əməlinin CM-nin 29,120.1-ci maddəsindən CM-nin 126.1-ci maddəsinə ilə tövsif edilməsini qanuni və əsaslı sayır və hesab edir ki, bu haqda qənaət cinayət mühakimə icraatının təməl prin siplərindən biri olan təqsirsizlik prezumpsiyasına və prosessual qanunvericiliyin aşağıdakı tələblərinə də uyğundur. Belə ki, məhkəmə kollegiyası həmçinin vurbulamağı lazım bilir ki, cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borc lu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. CPM-nin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı s übuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, no n neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin bu ya digər cinayəti törətməkdə təqsirli bilinməsi üçün qanunvericiliyin təsvir olunan normalarına, eyni zamanda həmin cinayətin bütün cəhətlərinin, o cümlədən subyektiv cəhətin müəyyən edilməsi zamanı da əməl olunmalı, bu cəhətləri təsdiq edən mötəbər sübutlar əldə edilməli, ibtidai araşdırma orqanının və bunlarla bağlı məhkəmələrin gəldikləri nəticə mülahizə xarakteri daşımamalıdır. Təsvir edilən normaların mənası həmçinin onu ehtiva edir ki, faktiki olaraq ictimai təhlükəlil iyinə görə yüngül əməl törətmiş şəxsin ona qarşı daha ağır cinayətin törədilməsinə görə irəli sürülmüş ittiham üzrə cinayət işlərinə baxarkən məhkəmələr həmin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələri təqsirkarın xeyrinə həll etməklə sonuncunun əməlini CM-nin bir maddəsindən digərinə tövsif etmək, şəxsə qarşı irəli sürülmüş ittihamdan bu və ya digər epizodu xaric etmək hüququna da (CPM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş hüquq) malikdirlər o şərtlə ki, bu haqda hökmün çıxarılması və ya qərarın qəbul edilməsi ilə cinayət törətmiş şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması ilə nəticələnməsin. İttiham tərəfinin isə vəzifəsidir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamı təsdiq edən mötəbər sübutları qanuni üsullarla toplası n, həmin sübutları məhkəməyə təqdim edərək onların araşdırılmasına nail olsun, habelə müdafiə tərəfinin irəli sürdüyü əks dəlilləri qanuna müvafiq qaydada (sübutlara əsaslanmaqla) təkzib etsin. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd edir ki, CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcm usuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Bu norma törədilmiş cinayətin bütün əlamətləri, o cümlədən subyektiv cəhəti üzrə də nəticəyə gəlmək üçün kifayət edən mötəbər sübutların qanuni üsullarla toplanılmasını və onların məhkəmə iclasında araşdırılmasını tələb edir. Mötəbər olmayan, qanusuz yollarla əldə edilmiş, yaxud da məhkəmədə tədqiq olunmamış sübutların məhkəmənin iş üzrə gəldiyi hər hansı nəticənin və ona uyğun qəbul edilmiş yekun məhkəmə aktının əsası kimi qəbul edilməsi, ya da belə nəticənin subyektiv ehtimallara və mülahizələrə əsaslanması qanunsuz və yolverilməz hesab edilməlidir. Bu təfsir prosessual qanunvericiliyinin aşağıdakı normasının da tələblərindən irəli gəlir. Belə ki, CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hal larda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanara q; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mü mkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə uyğun hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən əda lət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hök m çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2 005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barəd ə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. Belə ki, Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla m ühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Həmçinin məhkəmə kollegiyası hazırki iş üzrə zərər çəkmiş Zərərçəkmiş şəxs və bir sıra şahidlərinin ibtidai araşdırma zamanı verdikləri ifadələrinin sübut kimi qəbul edilməli olmasına münasibətdə vurğulayır ki, CPM-nin 349.5-ci maddəsində “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən şəxsin, zərərçəkmişin və ya şahidin təkcə onların məhkəmədə verdikləri ifadələrini deyil, həmçinin həmin şəxslərin ibtidai araşdırma zamanı verdikləri ifadələrini də nəzərdə tutur o şərtlə ki, həmin ifadələrin qanunsuz yolla (CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə) alınması müəyyən edilməmiş olsun, buna görə belə ifadələr məhkəmə tərəfindən sübutlar siyahısından ç ıxarılmasın, bu ifadələr digər sübutlarla təsdiq edilsin və qanuni yolla alınmış ifadələr kimi məhkəmə iclasında tədqiq edilərək onlara yekun məhkəmə aktlarında məcmu qaydasında qiymət verilsin. Beləliklə, Məhkum, onun müdafiəçisi Q.C.İbrahimovun və zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətlərinin dəlilləri ilə qismən razılaşan məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə, maddi hüquq normalarına yuxarıda göstərilən şəkildə verdiyi təfsirə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə, Ali Məhkəmənin Plenumunun izahına və araşdırılmış sübutlarla təsdiq olunan işin müəyyən olunmuş faktiki hallarına əsaslanaraq hesab edir ki, Məhkum cinayət əməli CM-nin 29,120.1-ci maddəsindən CMnin 126.1-ci maddəsinə tövsif edilməklə yanaşı ona bu maddə ilə cəza birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmış hallara əsasən, CM-nin 8, 41, 58, 59, 60 və 61-ci maddələrinin tələblərinə uyğun olaraq CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə təyin olunmalı, lakin bu cəza aşağıda göstərilənlərə görə həmin sanksiyanın yuxarı həddinin dörddə üçü hissəsindən çox olmamalı, onun cəza çəkmə müəssisinin növü isə CM-nin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq müəyyən edilməldir. Birinci instansiya məhkəməsinin Məhkum cəza təyin edərkən nəzərə aldığı cəzanı yüngülləşdirən hallar isə ondan ibarətdir ki, onun himayəsində üç azyaşlı uşaqları var (CM-nin 59.1.4-cü maddəsində göstərilən hal), o, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmuş, zərərçəkmiş şəxslə barışıq əldə etmiş (CM-nin 59.1.12- ci maddəsində nəzərdə tutulmuş hal), sonuncu onun arvadıdır, oğlu Sərxan Əbilzadə “psixotomoz ləngimə” “epilepsiya, vest sindromu tez-tez təkrarlanma” diaqnozu ilə, qızı X11 Əbilzadə “serebral iflic” və “qıcolma və spazm” diaqnozu ilə xəstəliklərdən əzab çəkirlər, məhkum yaşayış yeri üzrə müsbət səciyyələndirilir, onun öhdəsində həmçinin qoca valideyinləri olmaqla özü ailədə yeganə qazanc gətirə şəxsdir. Həmçinin iş üzrə CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası, yuxarıda qeyd edildiyi kimi, CM-nin 59.1.1.2-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, məhz bu hala görə Məhkum CM-nin 126.1-ci maddəsi ilə təyin ediləcək cəza həmin maddənin sanksiyasında m üəyyən edilmiş cəzanın yuxarı həddinin dörddə üç hissəsindən çox olmamalıdır. Beləki, CM-in 60.1-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 59.1.8, 59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. CM-nin 126.1-ci maddəsinin sanksiyasında isə üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzasının müəyyən edilməsini, buna görə bu maddədə göstərilən cinayətin CM-nin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab edilməsini nəzərə alaraq məhkəmə kollegiyası Məhkum əməlinin tövsif edildiyi maddəyə əsasən təyin olunacaq azadlıqdan məhr um etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olmasını qanuni və əsaslı hesab edir. CM-nin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib Məhkum, onun müdafiəçisi Q.C.İbrahimovun və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayətlərinin dəlillərini bir daha nəzərdən keçirərək və müdafiəçi Qanqa İbrahimovun və zərərçəkmiş Zərərçəkmiş şəxs həmin şikayətlərin təmin edilməsi, dövlət ittihamçısı H.B.İmranovun isə kassasiya şikayətlərinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayətləri qismən təmin edilməli, Məhkum CM-nin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2023-cü il tarixli qərarı isə kassasiya şikayətlərinə münasibətdə dəyişdirilməklə Məhkum cinayət əməli CM-nin 29,120.1-ci maddəsindən CM-nin 126.1-ci maddəsinə tövsif olunmalı, ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və o, həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Pros essual Məcəlləsinin 419.10.4-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayətləri qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2023-cü il tarixli qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilsin və ona bu maddə əsasında cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar kassasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2286/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2286/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver