Məhkəmə qərarları › İş №1(102)-2287/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2287/2023

21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2287/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 avqust 2022-ci il tarixli qərarından Məhkum və müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli 1(100)-37/2022 nömrəli (hakimlər: Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Əliyev Nural Turab oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxx 1970-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə nəzərdə tutulm uş cinayət əməlini törətməkdə təqsirli bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun “həbs”də və “ev dustaqlığı”nda saxlanıldığı 3 (üç) ay müddət ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəzasından çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılmış, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilmiş və məhkəmə iclası zalında həbs edilmiş, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin başlanğıcı həbs edildiyi tarixdən, yəni 18 yanvar 2022-ci il tarixindən hesablanması, Məhkum barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdiri lmədən saxlanılması hökm edilmişdir. Hökmdən Məhkum müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Məmmədov Çingiz Böyükxan oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət məhkəmə tərkibdə) 5 avqust 2022-ci il tarixli 1(104)-256/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 avqust 2022-ci il tarixli qərarından Məhkum və müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən ayrıayrılıqda kassasiya şikayətləri v erilmişdir. İŞİN HALLARİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni, 11 (on bir) ədəd polietilen kəsikləri bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,728 qram, 0,743 qram, 0,506 qram, 0,937 qram, 0,872 qram, 0,638 qram, 0.964 qram, 1,045 qram, 0,828 qram, 0,719 qram, 0,697 qram olmaqla ümumi təmiz çəkisi 8,677 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından artıq yəni, ayrıayrılıqda təmiz çəkiləri 1,884 qram və 5,896 qram olmaqla ümumi təmiz çəkisi 7,780 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq yaşadığı ünvan 2 ünvanında saxlamış, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X13 şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 12 yanvar 2021-ci il tarixdə saat 17 radələrində onun yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evin yataq otağında yerləşən masanın üzərindən 11 (on bir) ədəd polietilen kəsikləri bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,728 qram, 0,743 qram, 0,506 qram, 0,937 qram, 0,872 qram, 0,638 qram, 0.964 qram, 1,045 qram, 0,828 qram, 0,719 qram, 0,697 qram olmaqla ümumi təmiz çəkisi 8,677 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və ayrı-ayrılıqda təmiz çəkiləri 1,884 qram və 5.896 qram olmaqla ümumi təmiz çəkisi 7,780 qram təşkil edən narkotik vasitə olan qurudulmuş m arixuana aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Məhkum və müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu, ayrı-ayrılıqda verdikləri eyni məzmunlu kassasiya şikayətlərini onunla əsaslandırmışdırlar ki, Məhkum barəsində olan məhkəmə qərarları qeyri-obyektiv və əsassızdır. Əvvəla, cinayət işinin ibtidai istintaqı zamanı işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, həmçinin təqsirli bilinməsinə dair cinayət qanunvericiliyinin normaları kobud şəkildə pozulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə obyektiv hüquqi qiymət verə bilməmiş onun gəldiyi nəticə işin faktiki halları ilə uyğun gəlməmiş, həmçinin ittiham hökmündə göstərilən hallar işdə sübutlarla təsdiq edilə bilməmişdir. Məhkəmələr əsassız olaraq törədilmiş cinayət ə məlini CM-nin 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Məhkum ona elan edilmiş ittihamla özünü qismən, CM-in 234.1-ci maddəsilə təqsirli bilərək ifadəsində baxış zamanı aşkar edilmiş narkotik vasitələrin və 2 ədəd tərəzinin ona məxsus olduğunu bildirsə də, həmin heroin və marixuanadan heç kəsə satmadığını, əvəzli, yaxud əvəzsiz olaraq vermədiyini, belə bir məqsədinin də, olmadığını, həmin narkotik vasitələri xəstəliyilə bağlı bədənində ağrıları olduğu üçün özü istifadə etmək məqsədilə əldə edərək saxladığını, narkotik vasitəni əldə etməkdə çətinlik çəkdiyi üçün onları artıq miqdarda aldığını və narkotik vasitələri aldıqdan sonra onları istifadə edərkən dozalarını dəqiq müəyyənləşdirmək üçün tərəzidə çəkərək onları böldüyü nü göstərmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Onkoloji Xəstəxanası tərəfindən verilmiş 18 may 2021-ci il tarixli 263 nömrəli arayışdan görünür ki, Məhkum Gəncə Şəhər Onkoloji Xəstəxanasında “S-vari bağırsağın törəməsi” diaqnozu ilə qeydiyyatdadır. Odur ki, göstərilənlərə əsasən, Gəncə Apellyasiya Məhkəməsinin qərarını dəyişdirməklə Məhkum əməlini CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyası hədlərində ədalətli bir cəza təyin olunmasını xahiş edirlər. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin pr okuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 avqust 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərində məhkum barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.15-ci mad dəsində (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 avqust 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəs ində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyy ən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüqu qi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-c i maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətp rosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayı la bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 avqust 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkə n məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətlərində törədilmiş cinayət əm əlinin məhkəmələr tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli olduğu iddia edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli qərarının 4-cü bəndində göstərilmişdir ki, törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəz ərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 9-cu bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və y a saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələrin müxtəlif növlərdə olması, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən, kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum satış məqsədi ilə külli miqdarda narkotik vasitəni ə ldə edib, daşıma və saxlama cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətlərində qeyd edilmiş, məhkumun narkotik vasitənin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Belə ki, iş materiallarında olan 12 yanvar 2021-ci tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan marixuana və heroin əldə edib istifadə etməsi, yaşadığı evdə saxlaması və onların qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında keçirilmiş tədbirlər nəticəsində Məhkum yaşadığı ünvan 2 ünvanının qarşısı nda saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin X13 şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı hər hansı bir qanunsuz əşya aşkar edilməmiş, şübhəli şəxs Məhkum yaşadığı fərdi yaşayış evinin otağında öz şəxsi istifadəsi üçün bükümlərdə narkotik vasitə heroin, marixuana və iki ədəd elektron tərəzi saxladığını bildirmişdir. Həmçinin, cinayət işinin materiallarında olan 12 yanvar 2021-ci tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, ünvan 2 ünvanında yaşayan Məhkum yaşadığı fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı həmin evin yataq otağında Məhkum əli ilə stolun üzərini göstərərək, bükümlərdə olan kütlələrin narkotik vasitə heroin, sellofan torbada və kibrit qutusunda olan kütlələrin isə narkotik vasitə olan marixuana old uğunu bildirmiş, həmin kütlələrin yanında iki ədəd elektron tərəzi aşkar edilmişdir. Sonra sellofan torbada və kibrit qutusunda olan kütlələrə ayrı-ayrılıqda baxış keçirilmiş, baxış zamanı kütlələrin kəskin iyli yaşıl rəngli, narkotik vasitə marixuanaya bənzər olmaları müəyyən edilmişdir. Daha sonra 11 (on bir) ədəd sellofan bükümlərə baxış keçirilmiş, bükümlərin kəskin iyli, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər olmaları müəyyən edilmişdir. İki ədəd elektron tərəzilərə baxış keçirilən zaman onların adsız, birinin gümüşü, digərinin isə qara rəngli olmaları müəyyən edilmişdir. Daha sonra kütlələr elektron tərəzidə çəkilmiş, narkotik vasitə marixuanaya bənzər kütlələrin ümumi çəkisi 11,72 qram, narkotik vasitə heroinə bənzər kütlələrin ümumi çəkisinin isə 9,55 qram olması müəyyən ed ilmişdir. Bundan sonra 4 (dörd) ədəd paketlərin üzərilərinə müvafiq qeydlər aparılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional Bölməsinin 13 yanvar 2021-ci il tarixli 16/35 nömrəli materialların məhkəmə ekspertizası və məhkəmə-bioloji ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2021-ci il tarixdə şübhəli şəxs Məhkum məxsus fərdi yaşayış evinin otağından götürülmüş 11 (on bir) bükümdə narkotik vasitə heroinə bənzər kütlələr.” yazılar və imzalar olan kağız paketdəki, 11 (on bir) ədəd polietilen kəsikləri bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,728 qram, 0,743 qram, 0,506 qram, 0,937 qram, 0,872 qram, 0,638 qram, 0.964 qram, 1,045 qram, 0,828 qram, 0,719 qram, 0,697 qram, ümumi təmiz çəkisi 8,677 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2021-ci il tarixdə şübhəli şəxs Məhkum məxsus fərdi yaşayış evinin otağından götürülmüş 1 (bir) ədəd sellofan torbada və 1 (bir) ədəd kibrit qutusunda narkotik vasitə marixuanaya bənzər kütlələr.” yazılar və imzalar olan kağız paketdəki, ayrı-ayrılıqda təmiz çəkiləri 1,884 qram, 5.896 qram, ümumi təmiz çəkisi 7,780 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2021-ci il tarixdə şübhəli şəxs Məhkum məxsus fərdi yaşayış evinin otağından götürül müş 1 (bir) ədəd elektron tərəzi.” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd “gümüşü” rəngli elektron tərəzinin üzərində heroin izləri vardır. Bu iz mikro çəki təşkil etdiyindən, yəni tərəzinin ölçmə həddindən aşağı olduğundan izin miqdarı təyin olunmur. Tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2021-ci il tarixdə şübhəli şəxs Məhkum məxsus fərdi yaşayış evinin otağından götürülmüş 1 (bir) ədəd elektron tərəzi.” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd “qara” rəngli elektron tərəzinin üzərində heroin izləri vardır. Bu iz mikro çəki təşkil etdiyindən, yəni tərəzinin ölçmə həddindən aşağı olduğundan izin miqdarı təyin olunmur. Tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2021-ci il tarixdə şübhəli şəxs Məhkum məxsus fərdi yaşayış evinin otağından götürülmüş 1 (bir) ədəd sellofan torbada və 1 (bir) ədəd kibrit qutusunda narkotik vasitə marixuanaya bənzər kütlələr.” yazılar və imzalar olan kağız paketdəki marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2021-ci il tarixdə şübhəli şəxs Məhkum məxsus fərdi yaşayış evinin otağından götürülmüş 11 (on bir) ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələr.” yazılar və imzalar olan kağız paketdəki heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X13 Şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru, Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 12 yanvar 2021-ci il tarixli qərarının Məhkum yaşadığı evə baxış keçirilməsinə dair hissəsi qanuni hesab edilmişdir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi kassasiya şikayətlərində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın (Gəncə Şəhər Onkoloji Xəstəxanasında “S-vari bağırsağın törəməsi” diaqnozu ilə qeydiyyatda olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Cinayət işi nin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7” X18 canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair 15 oktyabr 2021-ci il tarixli 766 nömrəli rəyindən görünür ki, Məhkum xx.xx.2020-ci il tarixdən “S-vari bağırsağın törəməsi” diaqnozu ilə xəstəxanada ambulator qeydiyyatdadır, qeyd olunan xəstəlik uzun sürən xroniki gedişli xəstəliklərə aiddir. Məhkum hazırki sağlamlıq durumu ilə əlaqədar onun cəzaçəkmə müəssisəsində saxlanıla bilməsi məqsədə müvafiq hesab edilir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab ed ir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun və müdafiəçisinin kassasiya şikayətləri isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum və müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 avqust 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar