Məhkəmə qərarları › İş №1(102)-2289/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2289/2023

21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2289/2023 21.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-768/2022 nömrəli, 21 noyabr 2022-ci tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayət inə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2 ünvanında yaşamışdır. 2. 04 may 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 170.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 23 may 2022-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs3la qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək 06 iyun 2021-ci il tarixdə saat 12 radələrindən 07 iyun 2021-ci il tarixdə saat 13:30 radələrinə kimi olan müddət ərzində vahid niyyətlə X5 məxsus Hacıqabul rayonu Atbulaq kənd ərazisində yerləşən qoyunçuluq fermasına qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 100 manat olan 7 ədəd dəmir materialdan düzəldilmiş heyvan yemləmək üçün qalotları, hər birinin 30 manat dəyəri olan dəmir materialdan 30 ədəd dəmir barmaqlıqları, hər biri nin 15 manat dəyəri olan 15 ədəd dəmir boruları, hər birinin 40 manat dəyəri olan 4 ədəd kiçik tutumlu su çənlərini, 150 manat dəyərində bir ədəd dəmir materialdan düzəldilmiş qutunu, fermanın həyətində olan damdan isə hər birinin 200 manat dəyəri olan 2 ədəd odun sobalarını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 2535 (iki min beş yüz otuz beş) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən maddi tələbatının ödənilməsi üçün tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə Təqsirləndirilən şəxs3la qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək 09 iyun 2021-ci il tarixdə saat 12 radələrində X1 məxsus Hacıqabul rayonu Atbulaq kənd ərazisində yerləşən qoyunçuluq fermasına qanunsuz daxil olaraq oradan 500 manat dəyərində dəmir materialdan su çənini, digər saxlanc yeri hesab edilən damın qapısını açmaq yolu ilə dama qanunsuz daxil olaraq oradan hər birinin 100 manat dəyəri olan 4 ədəd dəmir materialdan olan borular gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 900 (doqquz yüz) manat ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Həmçinin o, təkrarən maddi tələbatının ödənilməsi üçün tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs3la qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək 09 iyun 2021-ci il tarixdə saat 14:30 radələrində Zərərçəkmiş şəxs3 məxsus Hacıqabul rayonu Atbulaq kənd ərazisində yerləşən qoyunçuluq fermasına qanunsuz daxil olaraq oradan hər birinin 20 manat dəyərində 9 ə dəd dəmir materialdan düzəldilmiş dəmir barmaqlıqları, hər birinin 15 manat dəyərində 8 ədəd dəmir qalotları, digər saxlanc yeri hesab edilən damın qapısını açmaq yolu ilə dama qanunsuz daxil olaraq oradan 30 manat dəyərində bir ədəd list dəmiri, 100 manat dəyərində bir ədəd əl arabasını,150 manat dəyərində 50 metr uzunluqda armaturu, hər birinin 100 manat dəyərində 3 ədəd dəmir sobanı, hər birinin 150 manat dəyərində 3 ədəd generatorları gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 1330 (min üç yüz otuz) manat ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Daha sonra o, tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 Etibar oğlu ilə tamah niyyəti ilə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə aralarında razılaşma əldə etdikdən sonra on səkkiz yaşına çatmış şəxs olan xx.x x.2003-cü il təvəllüdlü oğlu Təqsirləndirilən şəxs1 oğurluğa getməsinə razılıq verərək yetkinlik yaşına çatmayanı cinayətkar qrupa cəlb etmiş, bundan sonra 13 iyun 2021-ci il tarixdə saat 21 radələrində “Gilan» MMC-yə məxsus Hacıqabul rayonu Atbulaq kənd ərazisində yerləşən qoyunçuluq fermasına qanunsuz daxil olaraq digər saxlanc yeri hesab edilən damın qapısını açmaq yolu ilə dama qanunsuz daxil olaraq oradan 1760 (min yeddi yüz altmış) manat dəyərində 28 ədəd dəmir materialdan düzəldilmiş qapıları gizli olaraq talamaqla zərərçəkmiş şəxsə 1760 (min yeddi yüz altmış) manat ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bununla yanaşı o, tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 Etibar oğlu ilə tamah niyyəti ilə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə araların da razılaşma əldə etdikdən sonra on səkkiz yaşına çatmamış şəxs olaraq xx.xx.2003-cü il təvəllüdlü oğlu Təqsirləndirilən şəxs1 oğurluğa getməyə razılıq verərək yetkinlik yaşına çatmayanı cinayətkar qrupa cəlb etmiş, bundan sonra 15 iyun 2021-ci il tarixdə saat 22 radələrində “Gilan» MMC-yə məxsus Hacıqabul rayonu Atbulaq kənd ərazisində yerləşən qoyunçuluq fermasına qanunsuz daxil olaraq orada yaşayış məntəqəsi hesab edilən evə qanunsuz daxil olaraq hər birinin 40 manat dəyəri olan 12 ədəd plastik materialdan olan qapılarını və hər birinin 30 manat dəyəri olan 15 ədəd plastik materialdan olan pəncərələrini və 300 manat dəyərində bir ədəd dəmir qapını oğurlayarkən qoyunçuluq fermasının gözətçisi Şahid1 gəlməsini görərək öz iradəsindən asılı olmayan səbəblərə görə zərərçəkmiş şəxsə 1230 (m in iki yüz otuz) manat ziyan vurmaqla təkrarən oğurluğa yəni özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir.

5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-356/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 170.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmə si, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 20 iyun 2022ci ildən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Həmin hökmlə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 da təqsirli bilinərək məhkum edilmişlər.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən apellyasiya şikayəti verilmişdir.

8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-768/2022 nömrəli, 21 noyabr 2 022-ci tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-356/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

10. Kassasiya şikayətində təyin edilmiş cəzanın ağır olduğu iddia edilməklə, daha yüngül cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Res publikası CPM”) 419cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşd ırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Məhkum verdiyi kassasiya şikayətində ona təyin edilən cəzanın ağır olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarın ın kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-768/2022 nömrəli, 21 noyabr 2022-ci tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

19. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və icti mai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

20. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

21. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edi lir.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

23. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alın ması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

24. Məhkəmə kollegiyası Məhkum ona daha yüngül cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edib apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndi rilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.

25. İş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən hal kimi ilk dəfə məhkum edilməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını, cəzasını yüngülləşdirən hal olaraq zərərçəkmiş şəxslərlə və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışmasını, cinayət nəticəsində vurulmuş maddi ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərin və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ondan heç bir şikayət və tələbinin olmamasını, cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alıb, ona cinayətlərin məcmusu qaydasında təqsirli bilindiyi müvafiq maddələrin sanksiyalarının ən aşağı həddinə yaxı n cəza təyin etməklə, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.

26. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

27. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübu tlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

28. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

29. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-768/2022 nömrəli, 21 noyabr 2022-ci tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilən kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-768/2022 nömrəli, 21 noyabr 2022-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar